Məhkəmə qərarları › İş №e-2(009)-2414/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2414/2025

05.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2414/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi H.N.Hüseynovun iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılır. Mövcud fərmanın ikinci bəndinə əsasən yaradılmış müvafiq komissiya tərəfindən Cavabdeh ünvan 1 ünvanında daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin olunana qədər Bakı Qarnizonu üzrə mənzil komissiyasının protokolu ilə Cavabdeh ünvan 2 ünvanında Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti yaşayış sahəsi verilməsi qərara alınmış və xx.xx.2012-ci il tarixli 170 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə ona ünvan 2 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Cavabdeh ünvan 1 ünvanında daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Daimi yaşayış sahəsi ilə təmin edildikdən sonra Cavabdeh ünvan 2 ünvanındakı xidməti yaşayış sahəsini Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsi üçün edilmiş xəbərdarlıqlara baxmayaraq, sözügedən xidməti yaşayış sahəsini hazırkı vaxta qədər təhvil verməmiş və onun tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonluna aid olan xidməti yaşayış sahəsindən “mənzillə təmin edilmədən” məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələblərini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsiyyət Baş İdarəsi tərəfindən Müdafiə Nazirliyinin Mənzil-istismar Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq X1 Komissiyanın xx.xx.2015-ci il tarixli 8 nömrəli protokolu əsasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, B.Məmmədov küçəsiində yerləşən 19 saylı evin 39 saylı mənzili daimi verilmişdir. İş üzrə “Kirayəyə verən” qismində N saylı hərbi hissəsinin Mənzil-Komissiyasının sədri ilə “Kirayəçi” qismində hərbi qulluqçu mayor Cavabdeh arasında bağlanılmış 170 nömrəli xx.xx.2012ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, “Kirayə verən” Bakı şəhəri N saylı h/h Bakı şəhəri, Səbail rayonu, Mətbuat pr-ti, 4 nömrəli binada 170 nömrəli mənzildə yerləşən Dövlət mənzil fonduna aid, yaşayış sahəsi 41,63 kv.m. ibarət 2 otaqlı yaşayış sahəsinin kirayə haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün “Kirayəçi” Cavabdeh 3 nəfər ailə üzvlərinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. İş üzrə Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 1 saylı Mənzil İstismar sahəsinin rəisi A.Həsənov tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh 170 No-li, xx.xx.2012-ci il tarixli kirayə müqaviləsi əsasında Mətbuat pr-ti, bina 4, mənzil 170 ünvanda verilən 2 otaqlı, sahəsi 41,63 kv.m. olan xidməti yaşayış sahəsinə köçərkən müvafiq hallar meydana gəldikdə şərtsiz olaraq mənzili təhvil verəcəyi barədə iltizam imzalamışdır. Nəzərinə çatdırır ki, 170 No-li, xx.xx.2012-ci il tarixli kirayə müqaviləsinin 2.4.11-ci yarımbəndinə əsasən bu müqavilə ləğv edildikdən və ya xitam verildikdən sonra razılaşdıqları müddətdə (lakin 30 gündən artıq olmamaq şərti ilə) Kirayəçi yaşayış sahəsini təhvil-təslim aktına əsasən Kirayəyə verənə təhvil verməlidir. Hal-hazırda ünvan 4 təmin olunması ilə əlaqədar olaraq Cavabdeh yaşadığı xidməti mənzili xx.xx.2024-cü il tarixədək təhvil vermək tapşırılır. Qeyd olunan müddətdə mənzili təhvil vermədiyi təqdirdə kirayə müqaviləsində və qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olaraq tədbirlərin görülməsi barədə xəbərdar edilir. Mənzilin təhvil verilməsi və bununla bağlı əlaqəli məsələlərin həlli üçün MN Mİİ-nin Mənzil bölməsinə müraciət etməsi xahiş olunur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Cavabdeh ünvan 3 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı Qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2015-ci il tarixli 8 nömrəli protokolu ilə dövlət vəsaiti hesabına mənzillə təmin olunana qədər Cavabdeh 3 nəfər ailə üzvü ilə birlikdə ünvan 4 ünvanında Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti yaşayış sahəsi verilməsi qərara alınmış və daimi yaşayış sahəsi ilə təmin edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, daimi yaşayış sahəsi ilə təmin edildikdən sonra cavabdehə ünvan 3 ünvanındakı xidməti yaşayış sahəsini Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsi üçün edilmiş xəbərdarlıqlara baxmayaraq, həmin xidməti yaşayış sahəsini hazırkı vaxta qədər təhvil verməmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən “mənzillə təmin edilmədən” məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı ilə əlaqədar həmin fərmanın ikinci bəndinə əsasən yaradılmış müvafiq komissiya tərəfindən Cavabdeh ünvan 5 ünvanında daimi yaşayış sahəsi ilə təmin edilmişdir. Cavabdehin hazırda yaşadığı Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospektində yerləşən 4 saylı evin 170 saylı mənzili Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mnzil fondunun balansındadır, həmin mənzil cavabdehə dövlət vəsaiti hesabına mənzillə təmin olunana qədər verilmişdir (3 nəfər ailə tərkibi ilə). Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospektində yerləşən 4 saylı evin 173 saylı mənzilindən “mənzillə təmin edilmədən” məcburi çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olduğundan, pulun tutulması hissəsində isə təmin edilmədiyindən, həmçinin iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi dövlət orqanı olduğundan və dövlət rüsumu ödəməkdən azad olduğundan, cavabdehdən dövlət nəfinə 100 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən “mənzillə təmin edilmədən” məcburi çıxarılsın. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar