Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2431/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 28 saylı evin 20 saylı mənzilinin Cavabdeh tərəfindən boşaldılması, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC-nin hərracın nəticələri haqqında xx.xx.2022-ci il tarixli № 65/01 saylı yekun Protokoluna əsasən ilkin hərrac qiyməti 210 000 manat müəyyən edilmiş, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 28 saylı evin 20 saylı mənzili 133 875 manata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş olan Cavabdeh mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 28 saylı evin 20 saylı mənzili İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Keçirilmiş hərracın yekunlarına dair protokola məhəl qoymayaraq cavabdehlər fərdi yaşayış evini boşaltmaqdan imtina edir. Bu da İddiaçı ASC-nin öz qanuni mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir. İddia ərizəsinə əlavə edilmiş qanuni sənədlərdən göründüyü kimi İddiaçı ASC yuxarıda göstərilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin qanuni mülkiyyətçisidir, lakin cavabdehlərin qanunsuz hərəkətlərinə görə İddiaçı ASC mülkiyyət hüququnun bütün elementlərinə sahib olmadığından faktiki mülkiyyət hüququnu həyata keçirə bilmir. Hal-hazırda cavabdehlərin İddiaçı ASC-nin mülkiyyətində olan mənzildə məskunlaşaraq, iddiaçının qanuni tələblərinə məhəl qoymaması və mənzili tərk etməmələrindən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə ehtiyac duyulur. Belə ki, cavabdehlərin qanunsuz əməlləri, qanuni mülkiyyətçi İddiaçı ASC-nin mülkiyyət hüququnu tam realizə etməyə imkan vermir, habelə əmlak üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Eyni zamanda gələcəkdə əmlakın qanuni mülkiyyətçisi kimi, onun hüquqi müqəddəratını müəyyən etmək, əmlakın özgəninkiləşdirilməsində yarana biləcək problemlərin və risklərin qarşısını almaq üçün cavabdehərin yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxarılmağa ehtiyac vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun ifadə vermiş, iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş razılaşmadan görünür ki, ipotekaqoyan kimi Cavabdeh və ipoteka saxlayan İddiaçı ASC razılaşırlar ki, ipoteka predmetinin satış üsulu “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq açıq auksion formasında olan hərrac vasitəsilə həyata keçirilməldir. İş materiallarında olan Hərrac Təşkilatının hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 65/01 saylı Protokolundan görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 28, mənzil 20 133.875 manata İddiaçı ASC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 28, mənzil 20 xx.xx.2022-ci il tarixdən İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, Hərrac Təşkilatının hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 65/01 saylı Protokoluna əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 28, mənzil 20 133.875 manata İddiaçı ASC-yə satılmışdır və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 28, mənzil 20 xx.xx.2022-ci il tarixdən İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM-157.4) Azərbaycan Respublikasının MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1.) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2.) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun qeyd edilən maddəsinin mənasından belə nəticəyə gəlmək olur ki, tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldildikdə, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər həmin daşınmaz əmlakı əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaltmalıdırlar. Məhkəmə hesab edir ki, mübahisəli Bakı şəhəri Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 28, mənzil 20 tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin daşınmaz əmlaka dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan mənzilə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı ASC-nin Bakı şəhəri Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 28, mənzil 20-nin cavabdeh tərəfindən boşaldılmasına, bütün əşyaların çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsinə dair tələbi qanuni və əsaslıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 28, mənzil 20 Cavabdeh tərəfindən boşaldılmalı və bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməli, dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 28, mənzil 20 Cavabdeh tərəfindən boşaldılsın və bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2431/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2431/2024
27.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver