Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2433/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1̇ Muxtar qızı, Cavabdeh2 və Əlı̇ yeva Ayla Kamal qızına qarşı istifadə hüququnun itirilmiş hesab olunmasına, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1̇ Muxtar qızı, Cavabdeh2 və Əlı̇ yeva Ayla Kamal qızına qarşı istifadə hüququnun itirilmiş hesab olunmasına, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən, 67 evin 16 saylı mənzilinin cavabdehlər Cavabdeh1̇ Muxtar qızı, Cavabdeh2 və Əlı̇ yeva Ayla Kamal qızı tərəfindən boşaldılmasına, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsinə; Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən, 67 saylı evin 16 saylı mənzilinə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının itirilmiş hesab olunmasına; ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, “Daşınar və Daşınmaz Əmlakın Satışı X4” MMC-nin hərracın nəticələri haqqında xx.xx.2021-ci il tarixli, 44/01 saylı yekun Protokoluna əsasən ilkin hərrac qiyməti 485 000 manat müəyyən edilmiş, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 16 saylı mənzili 309.187,50 nanata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-nin xeyrinə ipoteka yüklü edilmiş olan Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 16 saylı mənzili İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Keçirilmiş hərracın yekunlarına dair protokola məhəl qoymayaraq cavabdehlər fərdi yaşayış evini boşaltmaqdan imtina edir. Bu da İddiaçı ASC-nin öz qanuni mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir. “Elektron Notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışa əsasən Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 sözügedən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 16 saylı mənzilində yaşayırlar. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1̇ Muxtar qızı, Cavabdeh2 və Əlı̇ yeva Ayla Kamal qızı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar işin məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia tələbinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyatda olan məlumat çıxarışdan görünür ki, Cavabdeh1̇ Muxtar qızı, Cavabdeh2 və Əlı̇ yeva Ayla Kamal qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********* saylı, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr., ev 67, 16 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan hərracın yekunları barədə 44/01 saylı, xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 16 saylı mənzilini ipoteka saxlayan İddiaçı ASC 309 187.50 manata almışdır. İş materiallarında olan 21 may 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə müqavilədən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 16 saylı mənzilini ipoteka saxlayan İddiaçı ASC 309 187,50 manata almışdır. İş masteriallarında olan Əlı̇ yeva Ayla Kamal qızı tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2013-cü il tarixli ərizədən görünür ki, o, atası Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 67 saylı evin 16 saylı mənzilinin ipotekaya qoyulmasına etiraz etmir. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir. İş masteriallarında olan Cavabdeh1̇ Muxtar qızı tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67 ünvanında yerləşən, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus 16 saylı mənzilin Rabitəbank ASC-yə ipoteka qoyulmasına etiraz etmir. İpoteka müqaviləsinin şərtləri ilə tanışdır və banka olan faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin mənzilə yönəldilməsinə razıdır və bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı öhdəsinə götürür. Təqdim olunmuş İİ-JQ 460743 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X2 arasında 05 may 1984-cü ildə nikahlarını bağlamışlar. Nikahdan sonra arvada Mədətova soyadı verilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericirlikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan huquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqndan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla biriikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə)tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İpoteka haqqında Qanunun 59.4-cü maddəsinə əsasən, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67, 67 saylı mənzil hərracın yekunları barədə 44/01 saylı, xx.xx.2021-ci il tarixli protokola əsasən ipoteka saxlayan İddiaçı ASC tərəfindən alınmış və sonuncunun həmin əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67, 67 saylı mənzi xx.xx.2021-ci il tarixdə keçirilən açıq hərracda İddiaçı ASC tərəfindən əldə olunduğundan,və həmin mənzilə dair İddiaçı ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1̇ Muxtar qızının, Cavabdeh2 və Əlı̇ yeva Ayla Kamal qızının Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 67 evin 16 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin, mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Həmin qətnamə cavabdehlər Cavabdeh1̇ Muxtar qızının, Cavabdeh2 və Əlı̇ yeva Ayla Kamal qızının Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 67 evin 16 saylı mənzilində qeydiyyatlarının ləğv edilməsi üçün əsasdır. Cavabdehlər Cavabdeh1̇ Muxtar qızından, Cavabdeh2 və Əlı̇ yeva Ayla Kamal qızından müştərək qaydada 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-2433/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2433/2024
12.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver