Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2462/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mən İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşam. xx.xx.1997-ci il tarixdəAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə əvvəlcə traktorçu peşəsinə, xx.xx.1999-cu il tarixdən çilingər peşəsinə qəbul olunmuşam. İşlədiyim müddət ərzində işimin öhdəsindən layiqincə gəlmişəm, heç bir nöqsana yol verməmişəm. xx.xx.2025-ci il tarixdə məni idarəyə çağırıb, ərizəyə qol çəkdirdib, işdən azad ediblər. Mən nəyə imza etdiyimi bilməmişəm. Mənə dedilər ki, ərizəyə imza etməsən, maddə ilə işdən çıxarılacaqsan. Mən də məcburiyyət qarşısında qalıb imza etmişəm. xx.xx.2025-ci il tarixdə Əmək kitabçamı idarədən alarkən mənə məlum oldu ki, 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2025-ci il tarixli, 6/3- 1K-2369/25 saylıəmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləmə xitam verilmişdir. Bundan sonra mən Qaradağ rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişəm. Həmin ərizənin surətini iddia ərizəmə əlavə edirəm. Mən 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2025-ci il tarixli, 6/3-1K-2369/25 saylıəmrini qanunsuz hesab edirəm. Hesab ediəm ki, mənimlə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Nəzərinizə çatdırıram ki, ailədə yeganə qazanc gətirən şəxs mənəm, oğlum hərbi xidmətdədir, qızım ali təhsil alır. X5 müharibəsi iştirakçısıyam. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, iddiaçı işdən çıxarılandan qısa müddət sonra bununla bağlı Qaradağ rayon prokurorluğuna şikayət etmişdir. Bu hal da onu təsdiq edir ki, iddiaçı öz iradəsinin ziddinə olaraq işdən azad olunub. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyib, təmin olunmamasını məhkəmədən xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun öz ərizəsi əsasında xitam verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə traktorçu vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1999-cu il tarixdə çilingər peşəsinə keçirilmişdir. xx.xx.2025-ci il tarixli İddiaçıtərəfindən imzalanmış ərizənin surətindən görünür ki, İddiaçı 22 sentyabr 2025-ci il tarixindən onun öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə traktorçu vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 22 sentyabr 2025-ci il tarixdə öz xahişi ilə 22 sentyabr 2025-ci il tarixdən işdən azad olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Beləliklə, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, işçi işdən çıxma ilə bağlı 22 sentyabr 2025-ci il tarixdə ərizə ilə müraciət etmiş, ərizəsində 22 sentyabr 2025-ci il tarixdə işdən azad olunmasını xahiş etmişdir. İşəgötürən isə onu özünün təşəbbüsünə əsasən ərizədə qeyd olunduğu 22 sentyabr 2025-ci il tarixdə (qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) işdən azad etmişdir. Bundan başqa iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün psixoloji təzyiqə məruz qaldığını bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2462/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2462/2025
12.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver