Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2465/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Eduadoviçin Bakı şəhəri, Səbail Rayonu, Asəf Zeynallı küçəsində yerləşən 29 nömrəli evin 6 saylı mənzildən çıxarılması və İddiaçı ona məxsus Bakı şəhəri, Səbail Rayonu, Asəf Zeynallı küçəsində yerləşən 29 nömrəli binanın 6 saylı mənzilə daxil olmasına hərhansı maneçilərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən İddiaçı verilmiş Seiriya MH ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən, 29 nömrəli evin 6 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Lakin cavabdeh tərəfindən həmin mənzilə daxil olarkən mənzildən çıxmağa imtina edir və mənzilə iddiaçı tərəfindən daxil olmasına maneəçilər yaradır. Belə ki, cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. Həmin mənzil 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşir. İddiaçıya məxsus olduğu ev 29 ünvanda yerləşən 6 nömrəli mənzil isə ikinci mərtəbədə yerləşir. Hal-hazırda cavabdeh tərəfindən 6 nömrəli mənzildə yaşayaraq mənzildən çıxmasına imtina edir. Bunu da bildirmək istəyir ki, İddiaçı tərəfindən Cavabdeh həmin mənzildə məskunlaşıb yaşamasına icazə verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı yaşlı adamdır, evi satmaq istəyir. Cavabdeh birinci mərtəbədəki mənzilin mülkiyyətçisinin qohumudur və orada qeydiyyatdadır, iddiaçı ilə heç bir əlaqəsi yoxdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, mübahisəli mənzili əslində atası alıb, sadəcə olaraq o vaxt barəsində cinayət işi üzrə araşdırma gedirdi, ona görə mənzili öz adına yox, hazırki iddiaçının adına qeydiyyatdan keçiriblər. Hazırda o, mənzilin əvəzinə 15-20.000 dollar və ya evro verməyə hazırdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -10 mart 2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 ünvan 2-nı İddiaçı satmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, İddiaçı ünvan 2 ünvanına mülkiyyət hüququ 31 avqust 2006-cı il tarixində qeydiyyata alınmışdır. -Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 29, mənzil 5-də qeydiyyatdadır. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Hazırda cavabdeh iddiaçıya məxsus mənzildə yaşayır, iddiaçı isə həmin mənzildə yaşamır. İddiaçı mülkiyyətində olan mənzildən cavabdehin çıxarılmasını xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək mənzilin atasının vəsaiti hesabına alındığını, mənzilin pulu ona qaytarıldığı halda evdən çıxacağını, hazırda 15-20 min evro pul məbləğini iddiaçıya verə biləcəyinə istinad edərək iddianın rədd olunmalı olduğunu bildirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdeh isə qonşu mənzil olan Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 29, mənzil 5-də qeydiyyatdadır. Məhkəmə hesab edir ki, cavabdehin ünvan 2 ünvanda yerləşən mənzildən çıxmaması mülkiyyətçi olan İddiaçı mülkiyyət hüququnu pozur. Belə ki, iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir və onun bu hüquqdan istifadə imkanı cavabdeh tərəfindən məhdudlaşdırılır. Qeyd edilən işin faktiki hallarına və yuxarıda sadalanan ölkədaxili və beynəlxalq hüquq normalarının mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı özünə məxsus mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, cavabdeh ünvan 2-nın onun atasının vəsaiti hesabına alınması kimi dəlillərə istinad edərək iddiaya etiraz etsə də, iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ qeydiyyata alınmışdır və çıxarış qüvvədədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2-dan çıxarılmalı, İddiaçı ona məxsus ünvan 2-ya daxil olmasına hər-hansı maneə aradan qaldırılmalı, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2-dan çıxarılsın. İddiaçı ona məxsus ünvan 2-ya daxil olmasına hər-hansı maneə aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2465/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2465/2025
12.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver