Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-247/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 32 ildir ki, neft sahəsində əmək fəaliyyəti ilə məşğul olur. "xxxx" İB-də 11 il dəniz və hava nəqliyyatı şöbəsinin rəisi, xx.xx.2023-cü il tarixdə "xxxx" İB-də direktorun nəqliyyat üzrə müavini şöbəsi ştatı açılmış və o, yeganə namizəd olaraq təqdim edilmişdir. Bundan sonra SOCAR-ın aidiyyatı rəhbərliyi tərəfindən müsahibədən uğurla keçmiş, sonra isə şirkətin prezidenti Rövşən Nəcəf da onun namizədliyini dəstələdikdən sonra vəzifəyə təyin edilməsi üçün şirkətin müşahidə şurasına sənədləri təqdim edilmişdir. Müşahidə şurası qərar qəbul edənədək məktub əsasında müvəqqəti həmin vəzifəni icra etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" İB-nə X6 direktor təyin edilmişdir. Həmin şəxs “X10 Company”-dən (UBOC-dan) onların şirkətə keçirilmiş və özü ilə bərabər həmin şirkətdən demək olar ki, bütün işçi heyətini gətirmişdir. Həmin şəxs ilk öncə hələ rəsmi şəkildə direktor təyin edilməmişdən, yəni əmr verilməmişdən əvvəl ondan 2-ci mərtəbədə baş mühəndis ilə baş direktorun kadr məsələləri üzrə müavininin iş otaqları arasında yerləşən iş otağını tərk etməsini tələb etmişdir. O, da oranı tərk edərək dəniz və hava nəqliyyatı şöbəsinin işçilərinin yanında ümumi iş otağında yerləşmişdir. Direktor onun müavinini olan Seymur Cəlilovu xx.xx.2024-cü il tarixdə səhər saatlarında yanına çağıraraq şöbəni S.Cəlilovun idarə etməsini, onun heç bir işə qarışmaması və onu iş otağını da tərk etməsi barədə göstərmiş vermişdir. Əlavə olaraq bildirir ki, işdən çıxmasından təxminən 2 ay əvvəl direktor Əli Qurbanovun göstərişi əsasında şirkət tərəfindən ona verilən “Toyota Prado” markalı xidməti avtomobil də geri alınmışdır. "xxxx" İB-də öz iş otağı və xidməti maşını olmayan yeganə şöbə müdiri olan şəxs o, idi. Bundan sonra hətta X6 onun şöbəsinə uzun müddətli yoxlama göndərsə də, o, heç bir nəticə əldə edə bilməmişdir. xx.xx.2024-cü il tarixdə şirkətin kadr məsələləri üzrə müşaviri Rəşxan Qaraşlı işdən çıxma barədə hazır ərizəni ona təqdim edərək bildirmişdir ki, “direktor sizinlə işləmək istəmir bu ərizəni imzalamağınız lazımdır”. Həmin günü kadr məsələləri departamentinin müdiri Toğrul Əliyev dəfələrlə zəng edərək işdən çıxması barədə ərizəni imzalamasını, əks halda yenidən onun şöbəsinə yoxlama təyin edəcəyini və mütləq qüsurlar tapılaraq maddə ilə işdən çıxarılacağı barədə ona xəbərdarlıq etmişdir. O, da iş yerindəki bu münasibətdən yorularaq, əsəbi, gərgin halda xx.xx.2024-cü il tarixdə saat 19.00 radələrində (iş saatından sonra) həmin ərizəni imzalamışdır. Sonra fikrini dəyişib, səhər işə gedən zaman təxminən 09-10 arası işdən çıxma barədə ərizəni geri götürməsi barədə şirkətdaxili yazışma olan opentext vasitəsilə baş direktora rəsmi ərizə yazaraq əvvəlki ərizəni geri götürdüyünü (etibarsız hesab olunması üçün) bildirmişdir. Həmin sistemdən isə 10.42-də çıxarış çap etmişdir. Lakin onun ərizəsi sistemdə olmasına baxmayaraq saat 10.36-da işdən çıxması ƏMASA işlətmişdirlər. Bundan sonra əmrini və əmək kitabçasını rəsmi qaydada ona təqdim etməmişlər. Hətta xx.xx.2024-cü il tarixdə səhər saatlarında hələ işdə olmasına baxmayaraq, istifadəsində olan (***-***-**-**) korporativ nömrəni direktorun göstərişi ilə bloklamışlar. Həmin gün işə giriş-çıxış kartını blokladıqları üçün işdən çıxa bilməmişdir. Daha sonra müraciət edərək xx.xx.2024-cü il tarixdə əmri və əmək kitabçası almış və mediasiya şurasına müraciət etmişdir. Nəzərə almaq lazımdır ki, o, günlük 100 gəmini və təxminən 4 vertolyot idarə edən bir şəxs olmuşdur. Yəni, 1 gün ərzində işdən çıxması qeyri-mümkün idi. Əlavə olaraq bildirir ki, Qurbanov Əli hələ "xxxx" İB-yə rəsmi direktor təyin edilməmişdən, yəni əmr verilməmişdən əvvəl onun iş otağından çıxması barədə göstəriş vermişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh Dövlət Neft Şirkəti Cavabdeh xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-166/2024 nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməklə, onun əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatında həmçinin göstərmişdir ki, iddiaçı ona qarşı qərəzli münasibət səbəbi ilə təkid nəticəsində xx.xx.2024-cü il tarixdə işdən azad olunma barədə əmri yazmış, həmin günü axşam fikirindən daşınmış, ərizənin geri götürülməsi barədə ərizə yazmış, xx.xx.2024-cü il tarixdə onun işdən azad olunma barədə əmri verilmədən və elektron bildiriş bazasında yerləşdirilmədən cavabdeh təşkilatın opentext sisteminə yerləşdirilmiş, məhkəmə təqdim edilən sənəddə də həmin vaxtın 10.42 olması müəyyən olunur, hansı ki cavabdeh sənədin 17.37-də daxil olmasını bildirir, bu icraata qəbulnan bağlı göstərilən müddətdir. Cavabdeh tərəfindən sənəd dövriyyəsində viza verən xüsusi xətt rəhbərinin lövhə hissəsi və sənədin təşəbbüskarı barədə məlumat məhkəməyə təqdim edilmədiyindən hesab edir ki, bu hissədə məhkəmə tərəfindən araşdırılma aparılmamışdır və obyektiv qiymətləndirilmə edilməklə nəticəyə gəlinə bilməz. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün müddət də ötürülməmişdir, iddiaçıya əmək kitabçası rəsmi qaydada təqdim olunduğu vaxtdan Mediasiya təşkilatına müraciət və başa çatma müddəti də nəzərə alınmamaqla məhkəməyə 1 ay müddət ötürülmədən müraciət olunmuşdur. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı ilə "xxxx" İB arasında xx.xx.2014-cü il tarixdə 373 saylı əmək müqaviləsi bağlanmış və o, Dəniz nəqliyyatının idarə edilməsi şöbəsinin 16-cı dərəcəli rəisi vəzifəsinə işə qəbul edilmişdir.İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə "xxxx" İB-nin xx.xx.2024-cü il tarixli 14-2-1/3-1K- 166/2024 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmişdir. Həmin əmr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bildiriş bazasına xx.xx.2024-cü il tarixdə saat 10.35-də daxil edilmişdir. İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bildiriş bazasına daxil edildikdən, sonra İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsini, xx.xx.2024-cü il tarixindən növbəti əmək məzuniyyətinə çıxmağına və məzuniyyətin son günü əmək müqaviləsinə xitam verilməsinə dair ərizəsi xx.xx.2024-cü il tarixdə saat 17.37-də sistemə daxil olmuşdur. İddiaçıla bağlanmış əmək müqaviləsinə xahişi ilə qanunvericiliyə uyğun olaraq xitam verildikdən sonra, artıq tərəflər arasında əmək münasibətləri bitmiş hesab edildiyindən, onun əvvəlki ərizəsinin etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. İddiaçının xx.xx.2024-cü il tarixli ərizəsinin hüquqi qüvvəsi olmadığından həmin ərizəsi nəzərə alına bilməzdi. İddiaçının xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verildiyindən xəbəri olmuş, həmçinin xx.xx.2024-cü il tarixdə iddiaçıya son haqq-hesab ödənilmiş, həmçinin xx.xx.2024-cü il tarixdə saat 10.55-də kadrlar üzrə aparıcı mütəxəssis Mehriban Aslanova tərəfindən iddiaçının şəxsi e-mailinə əmək müqaviləsinin ləğv edilməsi haqqında qeyd vərəqəsi göndərilmiş, həmçinin xx.xx.2024-cü il tarixdə telefon vasitəsi ilə iddiaçıya günün sonunda əmək kitabçasını götürməyi barədə məlumat verilmişdir. İddiaçı əmək kitabçasını götürmədiyindən onun ünvanına xx.xx.2024-cü il tarixdə teleqramla müraciət edərək, əmək kitabçasının götürülməsi üçün "xxxx" İB-nə gəlməsi və ya əmək kitabçasının poçt vasitəsilə ev ünvanına göndərilməsinə razılıq verib-verməməsi barədə soruşulmuşdur. İddiaçı teleqrama cavab vermədiyi üçün təkrarən telefonla əlaqə saxlanılmış və razılığı əsasında əmək kitabçası poçt vasitəsi ilə şəxsən xx.xx.2024-cü il tarixdə özünə təhvil verilmişdir. Bundan əlavə, iddia ərizəsində işdən çıxma əmrinin əsaslandırılmaması, Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələblərinin pozulması ilə bağlı qeydi də əsassızdır. Belə ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsində müəyyən edilmiş hər hansı əsasların biri ilə xitam verilməmiş, İddiaçıla bağlanmış əmək müqaviləsinə onun özünün xahişi ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmiş və xx.xx.2024cü il tarixli əmrdə də geniş qeyd edilmişdir. Cavabdehin nümayəndəsi eyni zamanda bildirmişdir ki, işdən azad olunma barədə ərizəsini iddiaçı təzyiq altında yazmamışdır. Həmçinin göstərmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirakı barədə ərizə ilə mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməsinə dair arayış verilmiş, xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 aylıq məhkəməyə müraciət etmə müddətini ötürməklə məhkəməyə, həmçinin mediasiya təşkilatına müraciət etmişdir. Belə ki, İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda öz hüquqlarına laqeyd yanaşaraq bunu etməmiş və iddia müddətini ötürmüşdür. Cavabdehin nümayəndəsi iddia tələblərinin əsassız olması və iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan aşağıdakı əsaslara görə rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5öz ifadəsində göstərmişdir ki, o, kardrlar üzrə baş direktorun müavini vəzifəsində işləyir. 2024-cü ilin sentyabr ayında həmin vəzifəyə təyin olunmuşdur. Mübahisə ilə bağlı bildirir ki, İddiaçı qarşı hər hansı təzyiq və qərəzli yanaşma olmamışdır, onun işində kifayət qədər çox nöqsanlar olmuşdur, dəvət olunaraq həmin nöqsanlar onun diqqətinə çatdırılmış, İddiaçı işdən çıxma barədə ərizə təqdim etmişdir. Ərizə ona məcburi qaydada yazdırılmamışdır. Şahid həmçinin göstərmişdir ki, İddiaçı işlədiyi idarədə yoxlanılma aparılmamış, lakin nöqsanlar aşkar olunmuşdur və bu barədə İddiaçı bildirilmişdir. Opentext daxili sənəd dövriyyəsidir, onu kim yükləyirsə onun adı qeyd olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, "xxxx" İB-də Departament rəisidir. İddiaçı özü ərizə yazaraq başqa işəgötürənlə müqavilə bağladığını bildirərək işdən çıxma ərizəsi yazmış, onun ərizəsi əsasında işdən çıxma əmri verilmiş və elektron bildiriş sistemində yerləşdirilmişdir. Ərizə təzyiq altında alınmamış, könüllü yazılmışdır. Əmr verilib elektron bildiriş sistemində yerləşdirildikdən sonra İddiaçı 2-ci ərizəsi daxil olmuşdur. İşdən çıxandan sonra işçiyə əmək kitabçası təqdim olunur, iddiaçıya işdən çıxma barədə məlumatı vermişlər, son haqqhesab onun şəxsi kart hesabına keçirilmiş, iddiaçı həmin pul vəsaitini kartdan çıxarmışdır, iddiaçıya əmək kitabçasının götürülməsi ilə bağlı məluat verilmişdir. Opentextə ərizəni yükləyən şəxs barədə məlumat olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o, İcrayə nəzarət və kargüzarlıq üzrə şöbə rəisinin müavini vəzifəsində işləyir. İddiaçı "xxxx" İB-nin inzibati binasının 5-ci mərtəbəsində yerləşən otaqda otururdu, 3 ay müddətinə Baş direktorun müavini vəzifəsini əvəz etmişdir, həmin müddətdə 2-ci mərtəbədə olan otağa keçmiş, sonra özü “Sahil” metrosunun yaxınlığında yerləşən inzibati binayə getmiş, sonra yenidən 2-ci mərtəbədəki otağa qayıtmış, 5-ci mərtəbədə əvvəlki otağa keçmək istəyəndə orada yerləşməsi mümkün olmadığı üçün təcrid olunmuş otaq ona verilmişdir. İddiaçı otaqsız qalmayıb, onu otağının dəyişməsi onun səlahiyyətinə aid olmayıb. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2014-cü il tarixdə "xxxx" İBnin İdarəetmə apartının Dəniz nəqliyyatının idarə edilməsi şöbəsinin 16-cı dərəcəli şöbə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə "xxxx" İB-nin İdarəetmə aparatının Dəniz və hava nəqliyyatı şöbəsinin 16-cı dərəcəli şöbə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilmişdir. İş üzrə Dəniz və hava nəqliyyatı şöbəsinin rəisi İddiaçı tərəfindən "xxxx" İB-nin Baş direktoru X3 adına yazılmış xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, başqa işəgötürənlə əmək müqaviləsi bağladığını nəzərə alaraq onunla bağlanan əmək müqaviləsinə xitam verərək onu xx.xx.2024-cü il tarixdən işdən azad etməsini xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 14-2-1/3-1K-166/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddəsinin 3-cü hissəsini rəhbər tutaraq və başqa işəgötürənlə əmək müqaviləsi bağladığını nəzərə alaraq Cavabdeh idarəetmə aparatının Dəniz və hava nəqliyyatı şöbəsinin 16-cı dərəcəli rəisi İddiaçı ilə xx.xx.2014-cü il tarixli, 373 N nömrəli əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. Əmrin verilməsi üçün əsas kimi İddiaçı şəxsi ərizəsi göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bildiriş bazasında İddiaçı aid olan (xxxxxxx000122) onlayn əmək müqaviləsinə dəyişiklikdən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı (xxxxxxx0001X0) əmək müqaviləsinə xitam verilmiş və həmin sənəd xx.xx.2024-cü tarixdə saat 10.35-də sistemə yerləşdirilmişdir. İş üzrə xxxxxxx0001X0 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İB-nin xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-166/2024-cü il tarixli əmri ilə İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə (işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə “Dəniz və hava nəqliyyatı” şöbəsinin rəisi İddiaçı tərəfindən "xxxx" İB-nin Baş direktoru Əli Qurbanovun adına yazılmış xx.xx.2024-cü il tarixli ərizəsinin surətinə əsasən "xxxx" İB-nin baş direktorunun müşaviri X2 tələbi ilə o, xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə ərizə yaşmışdır. Ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına və məzuniyyətin son günü üçün müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş üzrə "xxxx" İB-nin İnsan resursları departamentinin (İRD) rəisi Toğrul Əliyev, İRD-nin Personal uçotu qrupunun kadrlar üzrə aparıcı mütəxəssisi Mehriban Aslanova və həmin qrupun kadrlar üzrə mütəxəssisi Rüxsarə Məmmədova tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib edərək göstərmişlər ki, "xxxx" İB-nin idarəetmə aparatının Dəniz və hava nəqliyyatı şöbəsinin rəisi İddiaçı xx.xx.2024-cü il tarixdən işdən azad edilmişdir və son iş günü ona əmək kitabçasının götürülməsi barədə məlumat verilmiş və sonradan onunla dəfələrlə əlavə saxlanılsa da, İddiaçı əmək kitabçasını götürməkdən imtina etmişdir. İş üzrə "xxxx" İB-nin Baş direktorun kadr məsələləri üzrə müavini vəzifəsini müvəqqəti icra edən Rəşxan Qaraşlı tərəfindən İddiaçı ünvanlanmış teleqramdan görünür ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verildiyi üçün ona məxsus əmək kitabçasının götürülməsi üçün "xxxx" İB-nin İRD-yə gəlməsi barədə məlumat verilsə də, bu günədək İB-yə gəlməmişdir. Bir daha əmək kitabçasını İB-dən götürməsini və ya götürmək imkanını yoxdursa əmək kitabçasının idarə tərəfindən poçt xidməti vasitəsilə göndərilməsi barədə əlaqələndirici şəxsə razılıq bildirməsini xahiş etmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş debet haqqında bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" İB tərəfindən son haqq-hesab üçün 5.953,71 manat ödəniş edilmişdir. İş üzrə İddiaçı işlədiyi müddət ərzində aldığı əmək haqqı hesablaşması barədə haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı 2.728,05 manat (kompensasiya-cari il), 3.803,36 manat (kompens. 1-ci əvvəlki dövr), 623,81 manat (vəzifə maaşı), 25 manat (ARDNŞ-nın əmr.əs.gün.y.xər), 436,67 manat (peşəkarlıq), 62,38 manat (iş staj.g. əlavə ödəniş), cəmi 7.679,27 manat hesablanmış, həmin məbləğdən 38,27 manat (işsizlik ödənişi-işçidən), 230,38 manat (3% ə/h-dan DSMF-a tutulma), 76,54 manat (Həmkarlar İttifaqı), 11,23 manat (YAP üzvlük haqqı), 1.215,55 manat (gəlir vergisi), 153,59 manat (icbari tibbi sığorta-işçi), 5.953,71 manat (növb.kənariş/azad), cəmi 7.679,27 manat tutulmuşdur. İş üzrə Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-00682 saylı arayışından görünür ki, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə ərizənin etibarsız hesab edilməsi, "xxxx" İB-nin 14-2-1/3-1K-166/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa, xx.xx.2024-cü il tarixdən işə bərpa olunan günə kimi məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən müraciət edənin xeyrinə tutulması barədə tələblərə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə saat 10.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında SOCAR-ın Cavabdeh nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi - xx.xx.2024-cü il tarixi, İMS üçün ərizənin tarixi – xx.xx.2024-cü il tarixi göstərilmişdir. İş üzrə "xxxx" İB tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kəngərli və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli 14-2-1/2-165/2025 saylı məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə İB-nin Baş direktoruna müraciət edərək “başqa işə götürənlə əmək müqaviləsi bağladığına görə” xx.xx.2024-cü il tarixdən Əmək müqaviləsinə xitam verməklə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçı xahişi nəzərə alaraq AR ƏM-nin 69.3-cü maddəsinə əsasən ərizəsində göstərdiyi gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İB-nin İnsan resursları departamentinin (İRD) personal uçotunun kadrlar üzrə aparıcı mütəxəssisi tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı elektron poçt ünvanına e-mail vasitəsilə Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini göndərmiş və “Qeyd vərəqəsi”nin (İB-yə məxsus inventarların təhvil verilməsi barədə) imzalanaraq Departamentə təhvil verilməsini xahiş etmişdir. Eləcə də, telefon vasitəsilə günün sonunda ona əmək kitabçasının götürülməsi barədə məlumat verilmişdir. Lakin İddiaçı əmək kitabçasını İnsan resursları departamentindən (İRD) götürməmiş və “Qeyd vərəqəsi”ni imzalamaqdan imtina etmişdir. Bundan başqa, onunla dəfələrlə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış və əmək kitabçasının götürülməsi barədə ona məlumat verilmişdir. Həmçinin yaşadığı ünvana poçt vasitəsi ilə teleqram vurulmuşdur. Teleqram göndərildikdən sonra yenidən onunla telefon vasitəsi ilə əlaqə saxlanılmış, özünün razılığına əsasən əmək kitabçasının və əmrin surətinin poçt vasitəsi ilə ev ünvanına göndərilərək şəxsən özünə təhvil verilmişdir. İddiaçı (xx.xx.2024-cü il tarixli) əvvəl yazdığı ərizənin etibarsız edilməsi barədə 2-ci ərizəsi İRD-nə işdən azad edildikdən sonra (X1 (EHP) bildiriş alındıqdan sonra) daxil olunmuşdur. İddiaçı "xxxx" İB tərəfindən ayrılmış “Toyota Prado” markalı, 10AD390 dövlət nömrə nişanlı xidməti avtomobilin sürücüsü X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bu səbəbdən sözügedən xidməti avtomobildə sürücü kimi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Kərimov Mirağa, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Abbasov İlyas, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Quliyev İlqar, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Əmirov Azər və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Rəhimov Rəşad işləmişdir. xx.xx.2024-cü il tarixindən İddiaçı əmək məzuniyyətinə çıxması ilə əlaqədar olaraq, sürücü də məzuniyyətə çıxmışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədən İddiaçı yenidən əmək məzuniyyətinə yollanmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim etmiş və verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə xx.xx.2014-cü il tarixdə "xxxx" İB arasında əmək müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında o, "xxxx" İB-nin İdarəetmə aparatının Dəniz nəqliyyatının idarə edilməsi şöbəsinin 16-cı dərəcəli şöbə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə "xxxx" İB-nin İdarəetmə aparatının Dəniz və hava nəqliyyatı şöbəsinin 16-cı dərəcəli şöbə rəisi vəzifəsinə keçirilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə başqa işəgötürənlə əmək müqaviləsi bağlanılmasını nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi barədə ərizə ilə "xxxx" İB-nə müraciət etmiş və "xxxx" İBnin xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə (başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı) əsasən xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 32 ildir ki, neft sahəsində əmək fəaliyyəti ilə məşğul olmuş, "xxxx" İB-də 11 il dəniz və hava nəqliyyatı şöbəsinin rəisi, xx.xx.2023cü il tarixdə "xxxx" İB-də direktorun nəqliyyat üzrə müavini şöbəsi ştatı açılmış və o, yeganə namizəd olaraq təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" İB-nə X6 direktor təyin edilmiş, həmin şəxs ilk öncə hələ rəsmi şəkildə direktor təyin edilməmişdən, yəni əmr verilməmişdən əvvəl ondan 2-ci mərtəbədə baş mühəndis ilə baş direktorun kadr məsələləri üzrə müavininin iş otaqları arasında yerləşən iş otağını tərk etməsini tələb etmişdir. O, da oranı tərk edərək dəniz və hava nəqliyyatı şöbəsinin işçilərinin yanında ümumi iş otağında yerləşmişdir. Direktor onun müavinini olan Seymur Cəlilovu xx.xx.2024-cü il tarixdə səhər saatlarında yanına çağıraraq şöbəni S.Cəlilovun idarə etməsini, onun heç bir işə qarışmaması və onu iş otağını da tərk etməsi barədə göstəriş vermişdir. İşdən çıxmasından təxminən 2 ay əvvəl direktor Əli Qurbanovun göstərişi əsasında şirkət tərəfindən ona verilən “Toyota Prado” markalı xidməti avtomobil də geri alınmışdır. xx.xx.2024-cü il tarixdə şirkətin kadr məsələləri üzrə müşaviri Rəşxan Qaraşlı işdən çıxma barədə hazır ərizəni ona təqdim edərək bildirmişdir ki, “direktor sizinlə işləmək istəmir bu ərizəni imzalamağınız lazımdır”. Həmin günü kadr məsələləri departamentinin müdiri Toğrul Əliyev dəfələrlə zəng edərək işdən çıxması barədə ərizəni imzalamasını, əks halda yenidən onun şöbəsinə yoxlama təyin edəcəyini və mütləq qüsurlar tapılaraq maddə ilə işdən çıxarılacağı barədə ona xəbərdarlıq etmişdir. O, da iş yerindəki bu münasibətdən yorularaq, əsəbi, gərgin halda xx.xx.2024-cü il tarixdə saat 19.00 radələrində (iş saatından sonra) həmin ərizəni imzalamışdır. Sonra fikrini dəyişib, səhər işə gedən zaman təxminən 09-10 arası işdən çıxma barədə ərizəni geri götürməsi barədə şirkətdaxili yazışma olan opentext vasitəsilə baş direktora rəsmi ərizə yazaraq əvvəlki ərizəni geri götürdüyünü (etibarsız hesab olunması üçün) bildirmişdir. Həmin sistemdən isə 10.42-də çıxarış çap etmişdir. Lakin onun ərizəsi sistemdə olmasına baxmayaraq saat 10.36-da işdən çıxması ƏMASA işlətmişdirlər. Bundan sonra əmrini və əmək kitabçasını rəsmi qaydada ona təqdim etməmişlər. Hətta xx.xx.2024-cü il tarixdə səhər saatlarında hələ işdə olmasına baxmayaraq, istifadəsində olan (***-***-**-**) korporativ nömrəni direktorun göstərişi ilə bloklamışlar. Həmin gün işə giriş-çıxış kartını blokladıqları üçün işdən çıxa bilməmişdir. Daha sonra müraciət edərək xx.xx.2024-cü il tarixdə əmri və əmək kitabçası almış və mediasiya şurasına müraciət etmişdir. Bu səbəbdən iddiaçı cavabdeh Dövlət Neft Şirkəti Cavabdeh xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-166/2024 nömrəli əmrinin ləğv edilməsini, məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməklə, onun əvvəlki vəzifəsinə bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, müraciətində işdən çıxma tarixini qeyd etmiş, işəgötürən tərəfindən isə onunla bağlanılmış əmək müqaviləsinə iddiaçının qeyd etdiyi tarixdən - xx.xx.2024-cü il tarixdən xitam verilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə təkrar ərizə ilə cavabdehə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə yazdığı ərizənin etibarsız hesab edilməsini, xx.xx.2024-cü il tarixdən növbəti əmək məzuniyyətinə çıxmağı və məzuniyyətinin son günü əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, işdən azad olunma əmri xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bildiriş bazasına xx.xx.2024-cü il tarixdə saat 10.35-də daxil edilmiş, iddiaçının xx.xx.2024cü il tarixli işdən çıxma ərizəsinin etibarsız hesab edilməsi barədə ərizəsi isə cavabdehin İcrayə nəzarət və kargüzarlıq şöbəsinə xx.xx.2024-cü il tarixdə 17.37-də daxil olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının işdən azad olunma barədə ərizəsinin etibarsız hesab edilməsinə dair təkrar ərizəsi onun iradə ifadəsinə uyğun işdən azad olunma əmrində göstərildiyi tarixdən əmək münasibətlərinə xitam verilməsi barədə əmrin artıq elektron bildiriş bazasına yerləşdirdikdən sonra müvafiq şöbəyə daxil olduğundan məhkəmə hesab edir ki, iddiaçının əvvəlki ərizəsini etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi artıq mövcud olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qəbul etdiyi əmr qanunvericiliyin tələblərinə tam uyğun olmuş, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Məhkəmə iddiaçının yazdığı ərizənin məcburetmə və təzyiq altında yazılması ilə bağlı gətirdiyi dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər əsassızdır və hər hansı mötəbər sübutla təsdiq olunmur. Məhkəmə qeyd edir ki, iddiaçının işdən azad olunmasına iradə ifadəsinin olmaması hətta onun ikinci müraciəti ilə bağlı verdiyi ərizəsində də təkzib olunur. Belə ki, iddiaçı həmin ərizədə işdən azad olunmasına dair iradə ifadəsini bildirir, yalnız bu halın məzuniyyətdən sonra baş verməsini arzulayır. Göründüyü kimi iddiaçı işdən çıxma barədə ərizənin təzyiq və məcburetmə altında yazılmasını göstərsə də, işin fatiki halları ilə iddiaçının bu dəlilləri öz təsdiqini tapmamış, eyni zamanda bu halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu hallar məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələblər əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbləri bu hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı işdən azad olunduğu xx.xx.2024-cü il tarixdən sonra işə çıxmamış, işdən azad olunması barədə əmrin qəbulundan məlumatı olmuş, həmin tarixdə ona son haqq-hesabı ödənilmiş və şəxsi e-mailinə əmək müqaviləsinin ləğv edilməsi haqqında qeyd vərəqəsi göndərilmişdir. İddiaçıya əmək kitabçasının götürülməsi barədə məlumat verilsə də, o, bundan imtina etmiş, işəgötürən poçt vasitəsi ilə əmək kitabçasını iddiaçıya göndərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı əmək kitabçasını təqdim edildiyi tarixdən sonra Mediasiya təşkilatına müraciət etməsini göstərsə də, məhkəməyə təqdim olunan sübutlarla məlumatın işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərilməsi, bununla da müddətin axımının həmin tarixdən (xx.xx.2024-cü il tarixdən) başlanılmalı olması müəyyən edilir. İddiaçı isə Mediasiya təşkilatına xx.xx.2024-cü il tarixdə müraciət etmiş, Mediasiya təşkilatında araşdırma xx.xx.2024-cü il tarixdə bitmiş, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron sisteminə yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 2-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Məhkəmə qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqların bərpası ilə əlaqədar hüquqlarının pozulduğunu bildiyi andan qanunda nəzərdə tutulmuş 1 aylıq müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyindən, iddiaçının iddia müddətinin ötürülməməsi ilə bağlı dəlilləri məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla təkzib olunduğundan, məhkəmə hesab edir ki, onun xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi bu əsasla da əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı Dövlət Neft Şirkəti Cavabdeh xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-166/2024 nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməklə, onun əvvəlki vəzifəsinə bərpa olunması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-247/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-247/2025
04.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver