Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2489/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının qanuni təmsilçisi R.R.Cavadovun iştirakı ilə İddiaçı MMM-nin Cavabdeh qarşı kommunal xidmət haqqı borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMM Cavabdeh qarşı kommunal xidmət haqqı borcunun ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən yaşayş binasına "xxxx" MMM tərəfindən kommunal xidmətlər göstərilir. Xidmətlərin göstərilməsinə dair yaşayş və qeyri-yaşayş sahələrinin sahibləri ilə "xxxx" MMM arasında xidmət müqavilələri mövcuddur və həmin müqavilələrə əsasən ödənişlər aparılır. Cavabdeh və "xxxx" MMM arasında xx.xx.2021-ci il tarixli “Mənzil Kommunal xidməti haqqında” müqavilələr bağlanılmşdır. Cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi ev 4, 14-cü mərtəbədə yerləşən 37 saylı, ümumi sahəsi 130,6 kv.m təşkil edən mənzil sahəsinə, 18-ci mərtəbədə yerəşən 49 saylı, ümumi sahəsi 130,6 kv.m təşkil edən mənzil sahəsinə və 18-ci mərtəbədə yeriəşən 50 saylı, ümumi sahəsi 160,6 kv.m. təşkil edən mənzillərə görə kommunal xidmət haqqının ödənilməsinə dair yazılı bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli bildirişdə göstərilmişdir ki, üç mənzil üzrə xx.xx.2025-ci il tarixinə 6256,54 manat borc yaranmışdır. Bundan əlavə müxtəlif vaxtlarda telefon vasitəsilə sözügedən mənzillərin kommunal xidmət haqlarının ödənilməsi xahiş edilsə də, bu günə kimi məsələ öz həllini tapmamışdır. 37 saylı mənzilə aid xx.xx.2021-ci il tarixli “Mənzil Kommunal xidməti haqqında” müqavilənin 2.2-ci maddəsinin bəndinə əsasən, “Sifarişçi” yerinə yetirilmiş iş və xdmət haqlarını vaxtında ödəməlidir. Həmin müqavilənin 3.2-ci bəndinə uyğun olaraq, “Sifarişçi” hər ayın 05-i tarixindən gec olmayaraq, 130,6 kv.m. mənzil sahəsi üçün, yay aylarında, yəni may ayının 01-dən noyabr ayının 01-nə kimi olan müddət ərzində, hər kv.m. üçün 0,85 manat olmaqla, cəmi 111 manat, qış aylarında isə, yəni noyabr ayının 01-dən may ayının 01-nə kimi olan müddət ərzində, hər kv.m. üçün 1,20 manat olmaqla, cəmi 156,72 manat məbəği “İcraçı”ya ödəyir (ödəniş nəğd və ya köçürmə yolu ile aparılır). Eləcə də, müqavilənin 3.4-cü bəndinə əsasən, ödəmənin hər gecikdirilən günü üçün borcun məbəğinin 0.1% miqdarında, ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu hesablana bilər (dəbbə pulunun məbləği “İcraçı” tərəfindən müəyyən edilir). 49 saylı mənzilə aid xx.xx.2021-ci il tarixli “Mənzil Kommunal xidməti haqqında” müqavilənin 2.2-ci maddəsinin bəndinə əsasən, “Sifarişçi” yerinə yetirilmiş iş və xidmət haqlarını vaxtında ödəməlidir. Həmin müqavilənin 3.2 bəndinə uyğun olaraq, “Sifarişçi” hər ayın 05-i tarixindən gec olmayaraq, 130,6 kv.m. mənzil sahəsi üçün, yay aylarında, yəni may ayının 01-dən noyabr ayının 01-nə kimi olan müddət ərzində, hər kv.m. üçün 0,85 manat olmaqla, cəmi 111 manat, qış aylarında isə, yəni noyabr ayının 01-dən may ayının 01-nə kimi olan müddət ərzində, hər kv.m. üçün 1,20 manat olmaqla, cəmi 156,72 manat məbləği “İcraçı”ya ödəyir (ödəniş nəğd və ya köçürmə yolu ilə aparılır). Eləcə də, müqavilənin 3.4-cü bəndinə əsasən, Ödəmənin hər gecikdirilən günü üçün borcun məbəğinin 0.1% miqdarında, ümumi məbəğin 10%-dən çox olmamaqla dəbbə pulu hesablana bilər (dəbbə pulunun məbləği “İcraçı” tərəfindən müəyyən edilir). 50 saylı mənzilə aid xx.xx.2021-ci il tarixli "Mənzil Kommunal xdməti haqqında" müqavilənin 2.2-ci maddəsinin bəndinə əsasən, "Sifarişçi" yerinə yetirilmiş iş və xidmət haqlarını vaxtında ödəməlidir. Həmin müqavilənin 3.2 bəndinə uyğun olaraq, "Sifarişçi" hər ayın 05-i tarixindən gec olmayaraq, 160,6 kv.m. mənzil sahəsi üçün, yay aylarında, yəni may ayının 01-dən noyabr ayının 01-nə kimi olan müddət ərzində, hər kv.m. üçün 0,85 manat olmaqla, cəmi 136,51 manat, qış aylarında isə, yəni noyabr ayının 01-dən may ayının 01-nə kimi olan müddət ərzində, hər kv.m. üçün 1,20 manat olmaqla, cəmi 192,72 manat məbləği "İcraçı"ya ödəyir (ödəniş nəğd və ya köçürmə yolu ilə aparılır). Eləcə də, müqavilənin 3.4-cü bəndinə əsasən, Ödəmənin hər gecikdirilən günü üçün borcun məbləğinin 0.1% miqdarında, ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu hesablana bilər (dəbbə pulunun məbləği “İcraçı” tərəfindən müəyyən edilir). Cavabdeh ilə bağlanmış müqavilələrin şərtərinə əsasən 37 saylı mənzilə görə noyabr 2023 dekabr 2023 dövrü üçün (2 ay) 175,00 manat; yanvar - dekabr 2024-cü il dövrü üçün (12 ay) 1050,02 manat, yanvar - sentyabr 2025-ci il dövrü üçün (9 ay) 916,81 manat, cəmi 2141,84 manat, 49 saylı mənzilə görə noyabr 2023 - dekabr 2023 dövrü üçün (2 ay) 175,00 manat; yanvar dekabr 2024-cü il dövrü üçün (12 ay) 1050,02 manat, yanvar - sentyabr 2025-ci il dövrü üçün (9 ay) 916,81 manat, cəmi 2141,84 manat, 50 saylı mənzilə görə noyabr 2023 - dekabr 2023 dövrü üçün (2 ay) 214,94 manat; yanvar dekabr 2024-cü il dövrü üçün (12 ay) 1289,62 manat, yanvar - sentyabr 2025-ci il dövrü üçün (9 ay) 1126,01 manat, cəmi 2630,56 manat, yekun olaraq 6914,24 manat məbəğində borc yaranmışdır və onun İddiaçı MMM-in hesabına ödənilməsi zəruridir. Cavabdeh noyabr 2023-cü il tarixindən bu günə qədər olan müddət ərzində kommunal xidmət haqlarını ödəməmiş, nəticədə İddiaçı MMM kommunal xidmətlərə dair müqavilənin şərtərinə uyğun olaraq, xx.xx.2025-ci il tarixinə 691,42 (6914,24 x 10 %) manat məbləğində dəbbə pulu hesablamışdır.Göstərilənləri nəzərə alaraq iddiaçı kommunal xidmət haqqı qismində xx.xx.2025-ci il tarixinə 6.914,24 manat məbləğində yaranmış borcun, 691,42 manat məbləğində dəbbə pulunun, dövlət rüsumu üçün ödənilmiş 97,0 manat vəsatin, ümumilikdə 7.702,66 manat pulun Cavabdeh tutularaq İddiaçı MMM-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının qanuni təmsilçisi X1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının qanuni təmsilçisinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə “İcraçı” qismində İddiaçı MMM ilə “Sifarişçi” qismində Cavabdeh arasında bağlanılmış mənzil-kommunal xidməti haqqında xx.xx.2021-ci il tarixli müqaviləsinin surətindən görünür ki, “Sifarişçi”nin tapşırığı ilə “İcraçı” öz üzərinə ünvan 3 ünvanda yerləşən binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 130,6 kv.m. olan 37 saylı mənzilin sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin abad saxlanması və s. öhdəliyini üzərinə götürür (bənd 1.1). “Sifarişçi” “İcraçı” tərəfindən yerinə yetirilmiş iş və xidmət haqlarını vaxtında ödəməlidir (bənd 2.2). “Sifarişçi” hər ayın 05-i tarixindən gec olmayaraq, 130,6 kv.m. mənzil sahəsi üçün, yay aylarında, yəni may ayının 01-dən noyabr ayının 01-nə kimi olan müddət ərzində, hər kv.m. üçün 0,85 manat olmaqla, cəmi 111 manat, qış aylarında isə, yəni noyabr ayının 01-dən may ayının 01-nə kimi olan müddət ərzində, hər kv.m. üçün 1,20 manat olmaqla, cəmi 156,72 manat məbəği “İcraçı”ya ödəyir (ödəniş nəğd və ya köçürmə yolu ile aparılır) (bənd 3.2).Ödəmənin hər gecikdirilən günü üçün borcun məbəğinin 0.1% miqdarında, ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu hesablana bilər (dəbbə pulunun məbləği “İcraçı” tərəfindən müəyyən edilir) (bənd 3.4). İş üzrə “İcraçı” qismində İddiaçı MMM ilə “Sifarişçi” qismində Cavabdeh arasında bağlanılmış mənzil-kommunal xidməti haqqında xx.xx.2021-ci il tarixli müqaviləsinin surətindən görünür ki, “Sifarişçi”nin tapşırığı ilə “İcraçı” öz üzərinə ünvan 3 ünvanda yerləşən binanın 18-ci mərtəbəsində, ümumi sahəsi 130,6 kv.m. olan 49 saylı mənzilin sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin abad saxlanması və s. öhdəliyini üzərinə götürür (bənd 1.1). “Sifarişçi” “İcraçı” tərəfindən yerinə yetirilmiş iş və xidmət haqlarını vaxtında ödəməlidir (bənd 2.2). “Sifarişçi” hər ayın 05-i tarixindən gec olmayaraq, 130,6 kv.m. mənzil sahəsi üçün, yay aylarında, yəni may ayının 01dən noyabr ayının 01-nə kimi olan müddət ərzində, hər kv.m. üçün 0,85 manat olmaqla, cəmi 111 manat, qış aylarında isə, yəni noyabr ayının 01-dən may ayının 01-nə kimi olan müddət ərzində, hər kv.m. üçün 1,20 manat olmaqla, cəmi 156,72 manat məbəği “İcraçı”ya ödəyir (ödəniş nəğd və ya köçürmə yolu ile aparılır) (bənd 3.2).Ödəmənin hər gecikdirilən günü üçün borcun məbəğinin 0.1% miqdarında, ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu hesablana bilər (dəbbə pulunun məbləği “İcraçı” tərəfindən müəyyən edilir) (bənd 3.4). İş üzrə “İcraçı” qismində İddiaçı MMM ilə “Sifarişçi” qismində Cavabdeh arasında bağlanılmış mənzil-kommunal xidməti haqqında xx.xx.2021-ci il tarixli müqaviləsinin surətindən görünür ki, “Sifarişçi”nin tapşırığı ilə “İcraçı” öz üzərinə ünvan 3 ünvanda yerləşən binanın 18-ci mərtəbəsində, ümumi sahəsi 160,6 kv.m. olan 50 saylı mənzilin sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin abad saxlanması və s. öhdəliyini üzərinə götürür (bənd 1.1). “Sifarişçi” “İcraçı” tərəfindən yerinə yetirilmiş iş və xidmət haqlarını vaxtında ödəməlidir (bənd 2.2). “Sifarişçi” hər ayın 05-i tarixindən gec olmayaraq, 160,6 kv.m. mənzil sahəsi üçün, yay aylarında, yəni may ayının 01dən noyabr ayının 01-nə kimi olan müddət ərzində, hər kv.m. üçün 0,85 manat olmaqla, cəmi 136,51 manat, qış aylarında isə, yəni noyabr ayının 01-dən may ayının 01-nə kimi olan müddət ərzində, hər kv.m. üçün 1,20 manat olmaqla, cəmi 192,72 manat məbləği “İcraçı”ya ödəyir (ödəniş nəğd və ya köçürmə yolu ilə aparılır) (bənd 3.2).Ödəmənin hər gecikdirilən günü üçün borcun məbəğinin 0.1% miqdarında, ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu hesablana bilər (dəbbə pulunun məbləği “İcraçı” tərəfindən müəyyən edilir) (bənd 3.4). İş üzrə "xxxx" MMM tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 3, 37,49,50 saylı mənzil üzrə kommunal xidmət haqqı ödənişləri tam və vaxtında ödənilməmiş, nəticədə xx.xx.2025-ci il tarixə 6256,54 manat borc yaranmışdır. Buna baxmayaraq bu günə qədər mənzilinə göstərilən kommunal xidmətlər dayandırılmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137-ci maddəsinə, eləcə də mənzil kommunal xidməti haqda müqavilənin tələblərinə əsasən, mülkiyyət sahibləri üzərinə düşən kommunal xidmət haqlarını ödəməyə borcludurlar. Yuxarıda göstərilən nəzərə alaraq kommunal xidmət haqqı qismində yaranmış 6256,54 manat məbləğində borcu "xxxx" MMM hesabına birdəfəlik ödənilməsini təmin etməsini xahiş olunur. Xidmət haqqı ödənilmədiyi halda mənzilinə göstərilən kommunal xidmətlər xx.xx.2025-ci il tarixdə xəbərdarlıq edilmədən dayandırılacaq, borcun ödənilməsi üçün məhkəməyə müraciət olunacaqdır. İş üzrə "xxxx" MMM tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri, H.Ələsgərova 4 ünvanda olan 37,49,50 saylı mənzillərin kommunal xidmət Cavabdeh ilə bağlanmış müqavilələrin şərtərinə əsasən Bakı şəhəri, H.Ələsgərova 4 ünvanında yerləşən: 37 saylı mənzilə görə 2023-cü ilin noyabr - dekabr ayları üçün (2 ay) 175,00 manat; 2024-cü ilin yanvar - dekabr ayları üçün (12 ay) 1050,02 manat, 2025-ci ilin yanvar - sentyabr ayları üçün (9 ay) 916,81 manat, cəmi 2141,84 manat; 49 saylı mənzilə görə 2023-cü ilin noyabr - dekabr ayları üçün (2 ay) 175,00 manat; 2024-cü ilin yanvar - dekabr ayları üçün (12 ay) 1050,02 manat, 2025-ci ilin yanvar - sentyabr ayları üçün (9 ay) 916,81 manat, cəmi 2141,84 manat; 50 saylı mənzilə görə 2023-cü ilin noyabr - dekabr 2023 dövrü üçün (2 ay) 214,94 manat; 2024-cü ilin yanvar - dekabr ayları üçün (12 ay) 1289,62 manat, 2025-ci ilin yanvar - sentyabr ayları üçün (9 ay) 1126,01 manat, cəmi 2630,56 manat olmaqla, yekun olaraq 6914,24 manat məbəğində borc yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, H.Ələsgərova 4 ünvanda yerləşən binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 130,6 kv.m. olan 37 saylı mənzil, həmin binanın 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,6 kv.m. olan 49 saylı mənzil və həmin binanın 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 160,6 kv.m. olan 50 saylı mənzil Cavabdeh məxsusdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı və Cavabdeh arasında xx.xx.2021ci il tarixli “Mənzil-kommunal xidməti haqqında” 3 müqavilə bağlanılmışdır. Həmin müqavilələrə əsasən cavabdeh ümumi sahəsi 130,6 kv.m. olan 37 və 49 saylı mənzil sahələri üçün, yay aylarında, yəni may ayının 01-dən noyabr ayının 01-nə kimi olan müddət ərzində, hər kv.m. üçün 0,85 manat olmaqla, cəmi 111 manat, qış aylarında isə, yəni noyabr ayının 01-dən may ayının 01nə kimi olan müddət ərzində, hər kv.m. üçün 1,20 manat olmaqla, cəmi 156,72 manat məbləğində xidmət haqqı iddiaçıya ödənilməsi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, həmin müqavilələrə əsasən cavabdeh ümumi sahəsi 160,6 kv.m. olan 50 saylı mənzil sahəsi üçün, yay aylarında, yəni may ayının 01-dən noyabr ayının 01-nə kimi olan müddət ərzində, hər kv.m. üçün 0,85 manat olmaqla, cəmi 136,51 manat, qış aylarında isə, yəni noyabr ayının 01-dən may ayının 01-nə kimi olan müddət ərzində, hər kv.m. üçün 1,20 manat olmaqla, cəmi 192,72 manat məbləğində xidmət haqqı iddiaçıya ödənilməsi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh və "xxxx" MMM arasında xx.xx.2021-ci il tarixli “Mənzil Kommunal xidməti haqqında” müqavilələr bağlanılmışdır. Cavabehlə bağlanmış müqavilələrin şərtlərinə əsasən 2023-cü ilin noyabr ayından 2025-ci ilin sentyabr ayına qədər cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi ev 4, 14-cü mərtəbədə yerləşən 37 saylı, ümumi sahəsi 130,6 kv.m təşkil edən mənzilə görə 2141,84 manat, həmin ünvanın 18-ci mərtəbədə yerləşən 49 saylı, ümumi sahəsi 130,6 kv.m təşkil edən mənzilə görə 2141,84 manat, eyni ünvanın 18-ci mərtəbədə yerləşən 50 saylı, ümumi sahəsi 160,6 kv.m. təşkil edən mənzilə görə 2630,56 manat, ümumilikdə 6914,24 manat məbəğində borc yaranmışdır və onun İddiaçı MMM-in hesabına ödənilməsi zəruridir. Cavabdeh noyabr 2023-cü il tarixindən bu günə qədər olan müddət ərzində kommunal xidmət haqlarını ödəməmiş, nəticədə İddiaçı MMM kommunal xidmətlərə dair müqavilənin şərtərinə uyğun olaraq, xx.xx.2025-ci il tarixinə 691,42 (6914,24 x 10 %) manat məbləğində dəbbə pulu hesablamışdır. Bu səbəbdən iddiaçı kommunal xidmət haqqı qismində xx.xx.2025-ci il tarixinə 6.914,24 manat məbləğində yaranmış borcun, 691,42 manat məbləğində dəbbə pulunun, dövlət rüsumu üçün ödənilmiş 97,0 manat vəsatin, ümumilikdə 7.702,66 manat pulun Cavabdeh tutularaq İddiaçı MMM-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir (maddə 135.2.3). Göstərilən Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər (maddə 137.7). Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (maddə 137.10) . Mənzil qanunvericiliyin yuxarıda tələblərinə əsasən yaşayış sahəsinin və kommunal xidmətlərin ödənilməsi vəzifəsi mənzilin mülkiyyətçisinin vəzifəsidir. Məhkəmə qeyd edir ki, iddiaçı kommunal xidmətlərin ödənilməsini mənzil mülkiyyətçilərindən tələb edə bilər. Lakin qanun həmin vəzifənin, yəni mənzil kommunal xidmət haqqının ödənilməsini mülkiyyətçinin vəzifəsi olduğunu müəyyən edir. Məhkəmə mənzil qanunvericiliyinin tələblərinə əsasən qeyd edir ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsində yerləşən 4 saylı evin 37, 49, 50 saylı mənzillər üzrə kommunal xidmətlərdən istifadə ilə bağlı yaranmış borca görə bağladığı müqavilə şərtinə uyğun cavabdehlik daşıdığından, iddiaçı yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tutulmalı olan borcla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Göstərilən Məcəllənin 142.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış “Mənzil-kommunal xidməti haqqında” xx.xx.2021-ci il tarixli müqavilələr ilə cavabdeh ona məxsus ümumi sahəsi 130,6 kv.m. olan 37 və 49 mənzillərin hər kv.m. üçün iddiaçıya 156,72 manat, ümumi sahəsi 160,6 kv.m. olan 50 saylı mənzilin hər kv.m. üçün iddiaçıya 192,72 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və iddiaçıya hər 3 mənzil üzrə müqavilə şərtinə uyğun cəmi 6914,24 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən uzun müddət ərzində cavabdehə məxsus olan mənzillərə xidmət göstərildiyindən və cavabdeh tərəfindən göstərilən xidmətlə bağlı yaranmış borc ödənilmədiyindən, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə kommunal xidmət haqqı qismində xx.xx.2025-ci il yaranmış 6914,24 manat pulun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 691,42 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də əsaslı hesab edilərək təmin edilməlidir. xx.xx.2021-ci il tarixli mənzil-kommunal xidməti haqqında 3.4-cü bəndinə əsasən ödəmənin hər gecikdirilən günü üçün borcun məbəğinin 0.1% miqdarında, ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu hesablana bilər (dəbbə pulunun məbləği “İcraçı” tərəfindən müəyyən edilir). Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 97 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMM-nin xeyrinə tərəflər arasında bağlanmış xx.xx.2021-cü il tarixli “Mənzilkommunal xidməti haqqında” müqavilələrinə əsasən ödənilməmiş mənzil kommunal xidmət haqqına görə xx.xx.2025-ci il tarixə yaranmış 6914,24 manat, 691,42 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 97 manat, cəmi 7.702,66 (yeddi min yeddi yüz iki manat, altmış altı qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2489/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2489/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver