Məhkəmə qərarları › İş №e-2(009)-256/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-256/2023

24.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-256/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı nümayəndə və vəkili X11, cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi”, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X17 xx.xx.2022-ci il tarixli, 141/22-İA/İR nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 1514 №-li əmək müqaviləsinə əsasən cavabdeh ASC-də İnsan Resursları Departamentinin Təşkilati İnkişaf şöbəsinin mütəxəssisi vəzifəsinə işə götürülmüş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. İlkin olaraq bankda İnsan Resursları Departamentinin Təşkilati İnkişaf şöbəsinin mütəxəssisi vəzifəsində əmək fəaliyyətinə başlasa da 2021-ci ilin noyabr ayında həmin şöbənin rəhbəri vəzifəsinə keçirilmişdir. Cavabdeh ASC-nin X17 xx.xx.2022-cı il tarixli, 141/22- İA/İR №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə isə göstərilmişdir ki, bankda 2021-ci ilin sentyabr-dekabr aylarında baş tutmuş “RM məktəbi" layihəsi çərçivəsində qaliblərin müəyyən edilməsi üçün keçirilmiş imtahanda qalib olmuş şəxslərə təqdim edilməsi məqsədilə aşağıdakı hədiyyələr alınmış və alınmış hədiyyələr təyinatı üzrə təqdim olunması üçun guya onun sərəncamına verilmişdir. iPad Pro 12,9 (5th Gen). 512 GB, Wi-Fi + 4G, Space grey, 2021 (MHR83) - 2 ədəd, MacBook pro 16 with X24 Core i9, 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0) - 2 ədəd, iPhone 13 Pro 512 GB, Blue (MLVH3) - 3 ədəd, Headsets APPLE AirPods (3rd generation), (MME73) - 2 ədəd, X22 7GPS, 45 mm, Midnight Aluminium, X19, (MKN53) - 2 ədəd. “RM məktəbi” layihəsi üzrə qalib olmuş iştirakçılara faktiki olaraq verilmiş hədiyyələr isə aşağıdakılar olmuşdur: iPad Pro 12,9 (5th Gen), 512 GB. Wi-Fi + 4G, Space grey, 2021 (MHR83) -1 ədəd, MacBook pro 16 with X24 Core i9 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0)-1 ədəd, iPhone 13 Pro, 512 GB, Blue (MLVH3)-1 ədəd, Headsets APPLE AirPods (3 nd generation), (MME73) -1 ədəd, X22 7GPS 45 mm, Midnight Aluminium, X19, (MKN53) - 1 ədəd. Keçirilmiş audit zamanı müəyyən edilmişdir ki, onun sərəncamında (cavabdehliyində) qalmış avadanlıqlar bunlar olmuşdur: iPad Pro 12,9 (5th Gen) 512 GB, Wi-Fi + 4G, Space grey, 2021 (MHR83) -1 ədəd, MacBook pro 16 with X24 Core i 9, 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0)-1 ədəd, iPhone 13 Pro, 512 GB, Blue (MLVH3) - 2 ədəd, Headsets APPLE AirPods (3 nd generation), (MME73) -1 ədəd, X22 7GPS, 45 mm, Midnight Aluminium, X19, (MKN53) - 1 ədəd. Əmrdə qeyd edilmişdir ki, X2 məlum olmuşdur ki, qalıq avadanlıqların hər hansı formada hədiyyə və ya şəxsi məqsədlər üçün istifadəsi nəzərdə tutulmamışdır. X4 mövcud vəziyyətdən istifadə edərək vəzifə səlahiyyətlərini aşmış və qeyd edilən avadanlıqlar barədə bilavasitə rəhbərinə məlumat vermədən sərəncam vermiş və bir ədəd "MacBook pro" avadanlığını rəhbərlik etdiyi şöbənin işçisi X1 vermiş, o isə öz növbəsində bu avadanlığı sonradan sataraq gəlir əldə etmiş və həmin vəsaiti mənimsəməklə kredit borclarının azaldılması üçün istifadə etmişdir. Eyni zamanda “İphone Pro13” markalı mobil telefonunu da əsassız olaraq S.Rzaquliyevanın istifadəsinə vermişdir. Sərəncamında qalmış digər avadanlıqlar isə oz mülahizəsinə əsasən əsassız olaraq mənimsəmiş və şəxsi məqsədlər üçün istifadə etməklə aşındırmışdır. Göstərilənlərlə bağlı qeyd edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X17 xx.xx.2022-ci il tarixli, 141/22-İA/İR №-lı əmri qanunsuz və əsassızdır. 2021-ci ilin sentyabr-dekabr aylarında təşkil olunmuş “RM məktəbi” layihəsi təşkil edilərkən yuxarıda qeyd olunan əşyaların planlaşdırılması, alınması və digər təşkilati məsələlər İnsan Resursları Departamentinin Təşkilati İnkişaf şöbəsinin mütəxəssisi Simuzər Rzaquliyeva tərəfindən həyata keçirilmişdir. Beləliklə də o, həmin vaxtlarda İnsan Resursları Departamentinin Təşkilati İnkişaf şöbəsində baş mütəxəssis vəzifəsində çalışdığından həmin proseslərdə iştirakı nəzərdə tutulmamış və həmin layihə ilə əlaqəsi olmamışdır. 2021-ci il noyabr ayında isə İnsan Resursları Departamentinin Təşkilati İnkişaf şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. Şöbəyə rəhbər təyin edilərkən onunla rəhbərlik edəcəyi şöbəyə məxsus inventarın təhvil-təslimi aparılmayıb, yeni vəzifəsi ilə bağlı vəzifə təlimatı öhdəlikləri rəsmi qaydada ona təqdim edilməyib, onlarla tanış edilməmişdir. Həmin vəzifəyə təyin edilməyinə baxmayaraq yenə də “RM məktəbi" layihəsi ilə bağlı bütün işlər S.Rzaquliyevanın icraatında olmuşdur. Təşkil olunmuş tədbirdən sonra qalan 6 ədəd avadanlıq onun və digər 4 nəfər iş yoldaşının istifadə etdiyi ümumi iş otağına qoyulmuşdur və bu zaman o nə həmin otaqda olmamış, nə də həmin əşyaları kimdənsə təhvil almamışdır. Bu barədə tərəfindən həmin vaxt İnsan Resursları Departamentinə müvəqqəti rəhbərliyi həyata keçirən Cavid Quliyevə məlumat verilmişdir. Cavid Quliyev bildirmişdir ki, “hədiyyələr hələlik sizin otaqda qalsın, sonra baxarıq". Əlavə olaraq bankın İnformasiya Texnologiyaları departamentinın əməkdaşından və anbardar Çingiz Əsgərovdan həmin məhsulları necə edəcəkləri ilə bağlı məlumat istədikdə, hər iki tərəf həmin məhsulların X9 aid olduğunu və onlarla bağlı onların sərəncam verməli olduqlarını ona bildirmişdirlər. Beləcə qeyd olunan avadanlıqlar İnsan Resursları Departamentinə müvəqqəti rəhbərliyi həyata keçirən Cavid Quliyevin göstərişinə əsasən müxtəlif vaxtlarda müxtəlif işçilərin istifadəsinə verilmişdir. Bir ədəd İphone 13 Pro Max modeli isə bankın o vaxtki sədri Taleh Kazımovun məlumatı olmaqla və onun icazəsi ilə Simuzər Rzaquliyevanın istifadəsinə verilmişdir. Xüsusilə qeyd etmək istəyir ki, yuxarıda göstərilən avadanlıqlarla bağlı heç bir təhvil-təslim aktı tərtib edilməmişdir. Həmin avadanlıqların ümumi istifadədə olan iş otağında saxlanması üçün etibarlı saxlanc yeri təmin edilməmişdir. Ümumiyyətlə isə bu tip avadanlıqların gələcəkdə bank tərəfindən hər hansı məqsədlər üçün istifadə edilməsi üçün onların saxlanması onun vəzifə səlahiyyətlərinə aid olmamışdır. Həmin vaxt Cavid Quliyev (hazırda idarə heyətinin sədri və həm də onun işəgötürən qismində çıxış edən) İnsan Resursları Departamentinın rəhbəri vəzifəsi vakant olduğu üçün bankın idarə heyəti üzvü olaraq departamentin fəaliyyətinə nəzarəti həyata keçirirdi və o, tabeçilik üzrə C.Quliyevdən icazə almaqla həmin avadanlıqlardan iş məqsədləri üçün istifadə etmişdir. Halbuki, ASC-nin X14 rəhbəri Orxan Vahabov iddia edir ki, o, həmin avadanlıqların qablaşdırılmasını pozaraq, icazəsiz və pozuntuya yol verməklə götürüb istifadə etmişdir. Hesab edir ki, o, Vahabovun həmin iddiaları tamamilə əsassızdır. Ümumiyyətlə, ASC-də çalışdığı 7 il müddətində istifadəsinə verilmiş heç bir əmlak, həmçinin hazırda sözügedən texniki vasitələr heç bir rəsmiləşdirmə (təhvil-təslim) aparılmadan istifadəsinə verilmişdir. Nümunə üçün 2017-ci ilin sonlarında bank tərəfindən ona şəxsi istifadə üçün təqdim edilmiş iPhone 8+ avadanlığını, daha sonralar təqdim edilmiş Airpods Pro, Samsung mobil telefonu və müxtəlif elektron və digər əşyaları qeyd edə bilər. 2022-ci ilin yanvar ayında iş məqsədləri üçün daimi istifadəsinə verilən Lenovo Thinkpad kompüteri də heç bır təhvil-təslim aktı olmadan ona təqdim edilmişdir. Ümumiyyətlə, bankda işlədiyi müddətdə işçilərə verilən bu tip cihaz və avadanlıqların hər hansı bir formada təhvil-təslim aktı əsasında rəsmiləşdirilməsi aparılmayıb. İş məqsədləri və ya şəxsi istifadə üçün əməkdaşlara təqdim edilən əşyalar bir növ bankda əvvəldən formalaşmış adətlər əsasında qeyri-rəsmi formada təqdim edilmişdir. Əmrdə qeyd edilir ki, S.Rzaquliyevanın "Macbook’ avadanlığını satması və hansısa məqsədlərlə istifadə etməsi ilə bağlı onun heç bir məlumatı olmamışdır. Bu hal ona yalnız 2022-ci ilin sentyabr ayında aparılan araşdırma zamanı məlum olmuşdur. S.Rzaquliyeva sonradan “Macbook" avadanlığının və istifadəsinə verilən bir ədəd İphone Pro mobil telefonunun dəyərini tam olaraq banka geri ödəmişdir. Digər sözügedən avadanlıqlar isə tərəfindən banka təhvil verilmiş, buna baxmayaraq ondan həmin avadanlıqların yenisinin alınaraq banka verilməsi tələb edilmişdir. Araşdırma zamanı 04 oktyabr 2022-ci il tarixində onu elə həmin gündən etibarən 9 gün müddətinə ödənişli əmək məzuniyyətinə göndərilməyi ilə bağlı bankın rəhbərliyi tərəfindən göstəriş verilmişdir. Ondan məzuniyyət hüququndan istifadə ilə bağlı ərizə alınmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 138-cı maddəsinin 2-a bəndinə zidd olaraq məzuniyyətin başlanmasına 5 gün qalmış məzuniyyət əmri verilmədən, həmin maddəyə əsasən onu məzuniyyət əmri ilə tanış etmədən Məcəllənin 140-cı maddəsinin 5-ci bəndinə zidd olaraq 3 gün öncədən məzuniyyət haqqını ona ödəmədən məzuniyyətə göndərilmişdir. 8 gün müddəti tamam olduqdan sonra məzuniyyətin daha 2 gün müddətinə, 14 oktyabr 2022-ci il tarixinədək uzadıldığı ona bildirilmişdir. Bununla da öz qanunsuz əməllərini həyata keçirmək üçün onun Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ “Paşa Bank" ASC tərəfindən pozulmuşdur. Həmçinin, ASC-nin səlahiyyətli şəxsləri Orxan Vahabov və İlham Hüseynov onu cinayət törətməkdə ittiham edərək guya həmin avadanlıqları mənimsədiyini bildirmiş və əməlində cinayət tərkibinin olduğunu ona bildirmişlər. Bu səbəbdən də əmək müqaviləsinə xitam verməzdən əvvəl həmin şəxslər ondan əşyaların dəyərini ödəməyini tələb etsə də o, həmin tələbi rədd edərək heç bir pozuntuya yol vermədiyini onlara bildirmişdir. Əşyaların dəyərinin ödənilməsi ilə bağlı heç bir yazılı sənəd ona təqdim edilməyib. A4 formatlı kağızda qeyd edilmiş qeyri-müəyyən bir bank hesabına 8808.70 AZN məbləğində vəsaiti ödəməyi ondan tələb edilmişdir. Bu hal ilə bağlı Orxan Vahabov tərəfindən əlyazma ilə yazılmış məbləğ və hesab nömrəsi olan A4 formatlı kağızı maddi sübut kimi ərizəsinə əlavə edir. Bu hal özlüyündə yuxarıda adları sadalanan şəxslərin qanunsuz əməllərini sübut etməklə onun qanunsuz işdən çıxarılmağını təsdiq edən haldır. Əmrdə qeyd edilir ki, guya o mövcud vəziyyətdən istifadə edərək vəzifə səlahiyyətlərini aşmış, qeyd edilən avadanlıqlar barəsində bilavasitə rəhbərinə məlumat vermədən sərəncam vermişdir. Göründüyü kimi, cavabdeh onu, Cinayət Məcəlləsinin 179-cu maddəsinə nəzərdə tutulmuş “mənimsəmə və ya israf etmə cinayəti törətməkdə ittiham edir. Belə olan halda cavabdehə sual olunur, nə üçün barəsində cinayət işinin başlanılması üçün müvafiq dövlət orqanlarına məlumat verilməmişdir? Əgər onun əməlində hansısa hüquq pozuntusunun tərkib əlamətləri olmuşdursa, bu zaman işəgötürən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət təqibi orqanlarına bu barədə məlumat verilməli; cinayət təqibi orqanları tərəfindən araşdırma aparılmalı, əməlinin Cinayət Məcəlləsinin hansı maddəsinin tərkibini yaratdığı müəyyən edilməli; təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməli; barəsində ittiham hökmü çıxmalı; ittiham hökmü qanuni qüvvəyə minməli. Yalnız bu proseslərdən sonra işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü əsas götürməklə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verə bilərdi. Ancaq göründüyü kimi, işəgötürən əsassız mühakimə yürüdərək onu, hüquq pozuntusu törətməkdə ittiham etmiş, həmin əsassız mühakimələrini əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə əsaslandırmağa çalışmış və onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərini pozaraq xitam vermişdir. Əlavə olaraq bildirir ki, xx.xx.2022-ci il tarixdə, saat 12:30-da bankın sədri Cavid Quliyevin qəbulunda olmuş və yekun müzakirələrində heç bir razılıq əldə edilmədiyindən elə həmin gün saat 13:00 radələrində ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a" bəndinə əsasən onun təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Ərizənin bankın məsul əməkdaşı tərəfindən qəbul edilmədiyini görüb əlavə olaraq elə həmin gün saat 14:00 radələrində eyni məzmunlu ərizəni yaxınlıqdakı poçt şöbəsindən teleqram vasitəsilə banka təqdim etmişdir. Həmin gün bankın İnsan Resursları departamentinin yeni direktoru Zibeydə Hacıyeva tərəfindən ona iki eyni formalı əmr (141/22-İA/İR №-li əmr) təqdim edilmiş, birinci əmr axşam saat 17:35-də ikinci eyni məzmunlu əmr isə saat 19:39-da təqdim edilmişdir. Birinci əmrdən fərqli olaraq ikinci əmrin sonunda “Bu əmr xx.xx.2022-ci il tarixdə, saat 09:30-da ünvan 1 ünvanında qəbul edilmişdir” yazısı qeyd edilmişdir. Bu da onu sübut edir ki, həmin yazı sonradan əmrə daxil edilmiş və guya həmin gün saat 09:30-da qəbul edilmişdir. Məlumat üçün qeyd edir ki, həmin gün saat 14:26-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair arayış əldə etmişdir. Həmin arayış faktiki olaraq həmin anda onunla bağlanmış əmək müqaviləsinin hüquqi qüvvədə olduğunu sübut edir. Ümumiyyətlə, həmin gün elektron portalı mütəmadi yoxlamış və əminliklə deyə bilər ki, onunla bağlanmış əmək müqaviləsinə həmin gün saat 17:20-dən sonra xitam verilmişdir. Hesab edir ki, onun işdən çıxarılmağı tam qanunsuz və əsasızdır. Qeyd edir ki, bu günə kimi əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə daxili intizam qaydalarını heç vaxt pozmamış və heç bir intizam tənbehi almamışdır. Vurğulayır ki, əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qeyd olunanlar həqiqəti əks etdirməyən faktlara istinad edildiyi üçün əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarıb. Onun işdən azad olunmağının əsası kimi qeyd edilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Lakin, onun konkret olaraq hansı əmək vəzifəsindən irəli gələn öhdəliyini icra etmədiyini konkret olaraq göstərilməmişdir. xx.xx.2022-ci il tarixli 141/22-İA/İR №-li əmr həqiqəti əks etdirmir, yalnız konkret olmayan ümumi xarakterli formal mülahizələr əsasında onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər və hüquq pozuntuları haqqında əmrdə heç bır əsaslandırma təsbit edilməmişdir. Onun fəaliyyəti nəticəsində müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə, yəni onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzuna heç bir ziyan dəyməmişdir. 06 12.2022-ci il tarixində ƏƏSMN yanında X15 Xidmətində qəbulda olarkən, əmək müfəttişi tərəfindən ona verilən məlumata görə Müfəttişlik tərəfindən onun şikayəti əsasında Paşa Bank ASC-yə məktubla müraciət olunaraq ona aid olan sənədlərin, konkret olaraq əmək müqaviləsinə xitam əmrində qeyd edilən avadanlıqların onun sərəncamına verilməsi ilə bağlı təhvil-təslim aktının, audit yoxlamasının çıxarışı və ya aktının, onun tərəfindən imzalanmış izahatın surətinin və onun tərəfindən və bankın sədri tərəfindən imzalanmış “Təşkilati İnkişaf şöbəsinin rəhbərinin vəzifə təlimatının və s. sənədlərin təqdim olunmasını xahiş etmişdir. Bank tələb olunan sənədləri tam təqdim etmədiyindən (adıçəkilən sənədlərin heç biri mövcud olmadığı üçün təqdim edilməmişdir) müfəttişlik tərəfindən müraciəti araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Belə kı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən AR ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01 yanvar 2023-cü il tarixinədək dayandırıldığından X15 Xidməti tərəfindən Cavabdeh ASC-də yoxlama aparılması mümkün olmamışdır. Əmrdə yol verdiyi kobud səhvin və ya hüquq pozuntusunun nədən ibarət olması, habelə əmək funksiyasına daxil olan hansı işi (xidməti) yerinə yetirmədiyi göstərilməli olduğu halda göstərilməmişdir. Belə ki, tərəfindən qeyd olunan avadanlıqların qəbul olunmasını təsdiq edən təhvil-təslim aktı mövcud deyildir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi verərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bankda 2021ci ilin sentyabr-dekabr aylarında “RM məktəbi” layihəsi baş tutmuşdur. Qeyd edilən layihənin məqsədi bankda çalışan Müştəri Menecerlərinin (Relationship manager, qısa RM) peşəkarlıq səviyyəsinin artırılması olmuşdur. Buna görə də Müştəri Menecerlərinə fərqli sahələr üzrə təlimlər keçirilmiş və eyni zamanda həm təlim prosesi çərçivəsində həm də yekunda qiymətləndirilmə aparıİmaqla ilk üç yeri tutan Müştəri Menecerləri mükafatlandırılmışdır. Bunun üçün də Bank tərəfindən keçirilmiş imtahanda qalib olmuş şəxslərə təltif edilməsi məqsədi ilə hədiyyələr alınmışdır. Həmin hədiyyələr sırasına aşağıdakılar daxildir: - iki ədəd iPad Prb 12.9(5th Gen), 512 GB, Wİ-Fİ+4G, Space grey, 2021(MHR83); - iki ədəd MacBook Pro 16 with X24 Core İ9, 16 GB,1TB, Boz kosmos,(Z0XZ0); - üç ədəd iPhone 13 Pro, 512 GB, Blue (MLVH3); - iki ədəd Headsets APPLE Air Pods (3nd generation), (MME73); - iki ədəd X22 7 GPS, 45 mm, Midnight Aluminium, X19 (MKN53). Qeyd edilən hədiyyələr məhz keçirilmiş layihə çərçivəsində imtahanda qalib olmuş şəxslər üçün nəzərdə tutulmuşdur. “RM məktəbi” layihəsi yekunlaşdıqdan sonra X20 funksiyası tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə audit yoxlaması aparılmış və müəyyən edilmişdir ki, aşağıda adları qeyd edilən əmlaklar; bir ədəd iPad Pro 12.9(5th Gen), 512 GB, Wİ-Fİ+4G, Space grey, 2021(MHR83); - İki ədəd İPhone 13 Pro, 512 GB, Blue (MLVH3); - bir ədəd Headsets APPLE AirPods (3nd generation), (MME73); - bir ədəd X22 7 GPS, 45 mm, Midnight Aluminium, X19 (MKN53) - 1 ədəd MacBook Pro 16" with X24 Core İ9, 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0); Zeynəb Abdullayevə və tabeliyində olan əməkdaş Simuzər Rzaquliyeva tərəfindən öz şəxsi məqsədləri üçün istifadə edilməklə istismar edilmişdir. X5 tərəfindən ona dair hissədə (1 ədəd MacBook Pro 16" with X24 Core İ9, 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0), bir ədəd iPhone 13 Pro, 512 GB Blue (MLVH3)) vurulmuş maddi ziyan ödənilmişdir. Qeyd edilən pozuntularla əlaqədar olaraq İddiaçı izahatı alınmış və o, bir ədəd iPhone 13 Pro telefonunu 2022-ci ilin yanvar ayından sentyabr ayına qədər, bir ədəd X21 elektron saatını 2022-ci ilin aprel ayından sentyabr ayının sonuna qədər istifadə etdiyini, bir ədəd “İPad Pro”nu 2022-ci ilin fevral ayından əsassız istifadə etdiyini və 2022-ci ilin sentyabr ayında ofisə qaytardığını bildirmişdir. Bütün məhsullar barəsində rəhbərliyin razılığı olmadan istifadə etməklə sərəncam vermişdir. Qeyd olunan səbəblərdən Cavabdeh ASC-nin 141/22-İA/İR nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə X4 ilə bağlanmış xx.xx.2015-ci il tarixli 514 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, fəaliyyətində edilmiş pozuntulara görə xitam verilmişdir. Əmr Əmək Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq tərtib edilmişdir. İddiaçı X4 ilə imzalanmış xx.xx.2015-ci il tarixli, 514 nömrəli əmək müqaviləsinin 5-ci bəndinə və qanunvericiliyin tələblərinə əsasən tərəflərdən birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti nəzərdə tutulmuşdur. İddiaçı izahatında təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl etdiyini etiraf etmiş, həmin məhsullar barəsində rəhbərliyin razılığı olmadan istifadə etməklə sərəncam vermişdir. İddiaçı Zeynəb Abdullayevə məhsulların Bank tərəfindən keçirilmiş imtahanda qalib olmuş şəxslərə təltif edilməsi məqsədi ilə hədiyyə şəklində alındığını və onların əmək funksiyasının icrası ilə əlaqədar olmadığını bilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edilən avadanlıqların hədiyyə şəklində Banka məxsus olduğunu bilmiş və həmin avadanlıqları istifadə etdiyini təsdiqləmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi digər hallar formal mülahizələrdir və bunu təsdiq edəcək sübutlar yoxdur. Yuxarıda göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh ASC xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı dəymiş ziyana görə 8808.70 manat məbləğində vəsaitin, mediasiya prosesi üzrə ödənilmiş 50 manat xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 59 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı nümayəndə və vəkili X16 xx.xx.2023-cü ildə etiraz ərizəsi verərək iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-785/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(004)-2960/2022 saylı mülk iş Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş İddiaçı Cavabdeh ASC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə başlanmış 2(009)-256/2023 saylı mülk işlə birləşdirilməsi üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndə və vəkili X16 bildirmişdir ki, xx.xx.2015-ci il tarixdən əmək müqaviləsinə əsasən cavabdeh ASC-də İnsan Resursları Departamentinin Təşkilati İnkişaf şöbəsinin mütəxəssisi vəzifəsinə işə götürülmüşdür. İlk iş yeri Cavabdeh Açıq Səhmdar Cəmiyyəti olmuşdur. 7 il ərzində karyerasını həmin müəssisədə qurmuşdur. Sonradan həmin şöbədə müdir vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində nə şifahi, nə də yazılı xəbərdarlıq almamışdır. Həmişə peşəkarlığına görə fərqlənmişdir. xx.xx.2022-cı il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Kobud şəkildə əmək müqaviləsinə xitam verilmişdir. Bu elə bir səbəbdir ki, işçi başqa yerdə özünə iş tapa bilməz. Sentyabr-oktyabr aylarında müsabiqə keçirilmiş, həmin müsabiqə nəticəsində nəzərdə tutulan hədiyyələr verilmiş, qalan hədiyyələr isə qalmışdır. Hədiyyələr xərclər sferasına daxildir, müəssisənin əmlakı siyahısına daxil deyil. Zeynəb xanım işlədiyi şöbədə dəfələrlə belə müsabiqələr keçirilmiş və artıq qalan hədiyyələr digər əməkdaşlar tərəfindən götürülmüşdür. Qüsursuz fəaliyyət göstərən Zeynəb xanımın işdən çıxarılması qərəzlidir. İddiaçının işdənçıxma ərizsəsi ola-ola iki fərqli əmr vardır. Ərizəsi cavabdeh tərəfindən qəbul edilmişdir. Əmrdə hətta vaxt 09:30-da verilmısi göstərilmişdir. Bütün bunlar hamısı bəhanədir. Zeynəb xanım işdən çıxmalı idi. Bankın rəhbəri olan Cavid Quliyev vaxtı ilə İnsan Resursları Departamentinin rəhbəri olmuşdur. O, istəmirdi ki, Zeynəb xanım təşkilati şöbəyə rəhbər seçilsin. Zeynəb xanım, C.Quliyev məzuniyyətdə olan zaman Mərkəzi Bankın rəhbəri tərəfindən şöbəyə rəhbər təyin edilmişdir. C.Quliyev məzuniyyətdən gələndə görüb ki, Zeynəb xanım artıq rəhbər vəzifədədir. Ondan ikinci Qarabağ Müharibəsində iştirak edən şəxsi işdən çıxarmağını xahiş etmişdir. Zeynəb xanım isə onu işdən çıxarmamış və beləliklə C.Quliyev ilə Zeynəb xanım arasında ədavət başlamışdır. Ədavətin nəticəsində Zeynəb xanımı hədiyyələri bəhanə edərək işdən çıxarmışlar. Hətta Zeynəb xanıma demişlər ki, hədiyyələrin pulun versə də işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə çıxacaqdır. Zeynəb xanımın peşəkarlığını nəzərə almamışlar. Müəssisənin anbarı var. Həmin hədiyyələr anbara verilməli idi. Bununla yanaşı müsabiqəni S.Rzaquliyeva təşkil etmişdir. Zeynəb xanımın onunla əlaqəsi yoxdur. Həmin malların heç bir təhvil-təslim aktı verilməmişdir. Əmrdə mənimsəmə qeyd edilsə də, hüquq mühafizə orqanlarına müraciət edərdilər. Həmçinin audit yoxlamasının nəticəsi də yoxdur və təqdim edilməmişdir. Zeynəb xanımın həmin məhsulları saxlamaqla bağlı əmək müqaviləsində hər hansı səlahiyyəti göstərilməmişdir. Zeynəb xanım bu məsələdə məsuliyyət daşımır. Bütün bunlara əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə əmək müqaviləsinə xitam verilərkən 72-ci maddədə nəzərdə tutulan qəsdən və ya etinasızlıqla işin və xidmətin ahənginin pozulması və mülkiyyətçiyə ziyan dəyməsi faktı olmalıdır. Amma bunların heç biri yoxdur, çünki hədiyyə məqsədilə alınmışdır. Həmin hədiyyələr xərclər sferasına daxildir. Zeynəb xanım onların heç birini şəxsi istifadəsi üçün istifadə etməmişdir. Yalnız icazə ilə istifadə etmişdir. Hesab edir ki, iddia əsaslıdır. Odur ki, İddiaçı iddiasının təmin edilməsini, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiasının isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir, o, Xarici Dillər Universitetini qırmızı diplomla bitirmişdir. Prezident təqaüdçüsü olmuşdur. Daha sonra ADA universitetini bitirmişdir. 4 aydır ki, heç bir yerdə iş tapa bilməmişdir. ADA universitetində dərs deməyə başlamışdır. 2015-ci ildə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə işə qəbul olunmuş, sonradan şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Cavid Quliyevlə işləməyə başlayanda artıq qərəzli münasibətlər görmüşdür. Ona tapşırılan bütün işləri yerinə yetirmişdir. C.Quliyev açıq şəkildə ona bildirmişdir ki, onu rəhbər vəzifəsində görmür. O, 23 yaşlı Qarabağ veteranını işdən çıxarmağı desə də onu işdən çıxarmamışdır. İzahatı isə yazmaqda onu yanıltdılar. 17 oktyabr tarixində ona bildirdilər ki, hədiyyələrin pulunu ödəsə də işdən çıxardacaqlar. O, işdən çıxmaqla bağlı ərizə yazmış və ərizəni Tural Nəbiyev adlı İnsan Resursları Departamentinin mütəxəssisinə təqdim etmişdir. Həmin əmlakları o, satmamışdır, Simuzər xanım satmışdır. İcazə alıb istifadə etmişdir. Hətta ona işlə bağlı “Lenovo” markalı kompüteri də təhvil-təslim aktı olmadan vermişlər. İşdən çıxan zaman həmin kompüteri təhvil vermişdir. İcazəsiz heçnədən istifadə etməmişdir. Ümumiyyətlə, tək o yox, bütün işçilər bu cür əmlaklardan istifadə edirlər. Onu ədavət nəticəsində işdən çıxarmışlar. Qeyd edilənlərə əsasən onun iddiasının təmin edilməsini, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiasının isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 iddia ərizəsində gösətərilənləri müdafiə edərək bildirmişdir ki, eyni vaxtda iki şəxsi işdən azad etmişlər. İstənilən işçi bilir ki, həmin əmlaklar ona məxsus deyil. Onlar müsabiqə üçün alınmış və artıq qalan əmlaklar da müəssisənin əmlakıdır. Həmin hədiyyələr Zeynəb xanımın otağına yerləşdirilmişdir. Təyinatı da ondan ibarət olub ki, yenidən müsabiqə keçirilərsə, onlardan istifadə edilsin. Zeynəb xanım izahatında da göstərmişdir. Burada təhvil-təslim aktının olmasına ehtiyac yoxdur. Çünki hər bir işçi bilməlidir ki, onun otağında istifadə etdiyi əmlaklar onun deyil. İşçi də özü həmin əmlaklar barəsində sərəncam vermişdir. Digər işçi S.Rzaquliyeva da həmin əmlaklar barəsində sərəncam vermişdir. Hədiyyələrdən təyinatına uyğun olmayan şəkildə istifadə etmişlər. İşəgötürənə də ziyan vurmuşlar. Bu ziyanla bağlı Yasamal rayon Məhkəməsinə müraciət etmişlər. İşçinin ailə vəziyyəti nəzərə alınaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı şikayət verilməmişdir. İşəgötürənin hüququdur. Burada delikt törədilmişdir. Bu əsas verir ki, əmək müqaviləsinə xitam verilsin. İşçiyə təklif edilmişdir ki, ziyanı ödəsin və həmin əmlakları götürsün. Lakin o, qəbul etməmişdir. Ümumiyyətlə, işçi bilir ki, əgər ona qarşı qərəzli münasibətlər var, o, diqqətli olmalıdır ki, gələcəkdə onun üçün hər hansı problem yaradacaq hərəkətlərə yol verməsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiasının təmin edilməsini, İddiaçı iddiasının isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin isə iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan X6 iştirak edilməməsi” barədə 25 noyabr 2022-ci il tarixli, MŞB/9-00547 nömrəli Arayışın surətindən görünür ki, İddiaçı X6 iştirak etməmişdir. İş materiallarında olan X3 sonra prosesin davam etdirilə bilməməsi” barədə 29 noyabr 2022-ci il tarixli, MŞB/5-03679 nömrəli Arayışın surətindən görünür ki, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan xx.xx.20015-ci il tarixli, 514 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə “İnsan Resursları Departamentinin Təşkilati İnkişaf” şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-yə “İnsan Resursları Departamentinin Təşkilati İnkişaf” şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 141/22-İA/İR nömrəli əmrin surətindən görünür ki, Cavabdeh ASC-nin İnsan Resursları Departamentinin Təşkilati İnkişaf şöbəsinin rəhbəri İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 514 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, “RM School” layihəsindən qalan hədiyyələr ( 1ədəd Mac, 1 ədəd ipad, 1 ədəd apple watch, 2 ədəd iphone 13 pro) X9 aid ofis otağında saxlanılmışdır. 1 ədəd iphone 13 pro markal telefonu S.Rzaquliyeva CEO-dan şifahi icazəsini alaraq vermiş, digər telefonu isə özü istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə həmin telefonun istifadəsini dayandırmışdır. Bu barədə rəhbərliyə və heç kəsə məlumat verilməmişdir. 1 ədəd Mac “PO school” bitdikdən sonra S.Rzaquliyevanın müraciətinə əsasən işlə bağlı ona təqdim etmişdir. 1 ədəd apple saatı aprel ayından sentyabr ayının sonuna qədər İddiaçı tərəfindən istifadə edilmiş və bu barədə rəhbərliyə məlumat verilməmişdir. 1 ədəd ipad fevral ayında “PO school” zamanı təlim prosesində istifadə üçün İddiaçı istifadəsində olmuşdur. 2022-ci ilin sentyabr ayında ofisə qaytarmışdır.1 ədəd airpods tədbir günü iştirakçılardan birinə təqdim edilmişdir. S.Rzaquliyevaya təqdim edilən telefondan başqa, digər məhsulların təyinatının hədiyyədən korporativ istifadəyə dəyişilməsi ilə bağlı rəhbərlikdən razılıq alınmamışdır. İzahatda heç bir təzyiq olmadan yazıldığı qeyd edilmişdir. İş materiallarında olan sifariş № 1-PB-CON-978-2021 üçün təhvil-təslim aktının surətindən görünür ki, iPad Pro 12,9 (5th Gen). 512 GB. Wi-Fi + 4G, Space grey, 2021 (MHR83) - 2 ədəd, MacBook pro 16 with X24 Core i9. 16 GB. 1TB. Boz kosmos, (Z0XZ0) - 2 ədəd, iPhone 13 Pro. 512 GB, Blue (MLVH3) - 3 ədəd, Headsets APPLE AirPods (3rd generation), (MME73) - 2 ədəd, X22 7GPS, 45 mm, X8 Sport Band, (MKN53) - 2 ədəd məhsullar "xxxx" MMC tərəfindən Cavabdeh ASC-yə təhvil verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki: xx.xx.20015-ci il tarixli, 514 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh ASC-yə “İnsan Resursları Departamentinin Təşkilati İnkişaf” şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 17 noyabr 2021-ci il tarixində həmin şöbənin rəhbəri vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə verərək bildirmişdir ki, “RM School” layihəsindən qalan hədiyyələr ( 1ədəd Mac, 1 ədəd ipad, 1 ədəd apple watch, 2 ədəd iphone 13 pro) X9 aid ofis otağında saxlanılmışdır. 1 ədəd iphone 13 pro markal telefonu S.Rzaquliyeva CEOdan şifahi icazəsini alaraq vermişdir.digər telefonu isə özü istifadə etmişdir.xx.xx.2022-ci il tarixdə həmin telefonun istifadəsini dayandırmışdır. Bu barədə rəhbərliyə və heç kəsə məlumat verilməmişdir. 1 ədəd Mac “PO school” bitdikdən sonra S.Rzaquliyevanın müraciətinə əsasən işlə bağlı ona təqdim etmişdir. 1 ədəd apple saatı aprel ayından sentyabr ayının sonuna qədər İddiaçı tərəfindən istifadə edilmiş və bu barədə rəhbərliyə məlumat verilməmişdir. 1 ədəd ipad fevral ayında “PO school” zamanı təlim prosesində istifadə üçün İddiaçı istifadəsində olmuşdur. 2022-ci ilin sentyabr ayında ofisə qaytarmışdır.1 ədəd airpods tədbir günü iştirakçılardan birinə təqdim edilmişdir. S.Rzaquliyevaya təqdim edilən telefondan başqa, digər məhsulların təyinatının hədiyyədən korporativ istifadəyə dəyişilməsi ilə bağlı rəhbərlikdən razılıq alınmamışdır. İzahatda heç bir təzyiq olmadan yazıldığı qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, 141/22-İA/İR nömrəli əmrin surətindən məlum olur ki, Cavabdeh ASC-nin İnsan Resursları Departamentinin Təşkilati İnkişaf şöbəsinin rəhbəri İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 514 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Sifariş 1-PB-CON-978-2021 üçün təhvil-təslim aktının surətindən görünür ki, iPad Pro 12,9 (5th Gen). 512 GB. Wi-Fi + 4G, Space grey, 2021 (MHR83) - 2 ədəd, MacBook pro 16 with X24 Core i9. 16 GB. 1TB. Boz kosmos, (Z0XZ0) - 2 ədəd, iPhone 13 Pro. 512 GB, Blue (MLVH3) - 3 ədəd, Headsets APPLE AirPods (3rd generation), (MME73) - 2 ədəd, X22 7GPS, 45 mm, Midnight Aluminium. X19, (MKN53) - 2 ədəd məhsullar "xxxx" MMC tərəfindən Cavabdeh ASCyə təhvil verilmişdir. xx.xx.20215-ci tarixli “Əmək Müqaviləsi”nin 5-ci bəndinə əsasən işçi işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 199-cu maddəsinə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən isə əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmə işçinin, konkret halda İddiaçı tam maddi məsuliyyət daşıması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri sayır. Əmək Məcəlləsinin 198-ci maddəsinə görə Əmək Məcəlləsinin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 199-cu maddəsinə görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Əmək Məcəlləsinin 200-cü maddəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. ƏM-nin 200-cü maddəsinin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi işçi o halda vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır ki, bununla bağlı işəgötürənlə işçi arasında sonuncunun tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlasın. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 10-cu maddəsində digər əsaslarla yanaşı işçinin işəgötürənə vurduğu ziyana görə məsuliyyət daşıması şərtinin məcburi şərt kimi əmək müqaviləsində göstərilməsini nəzərdə tutmuşdur və işçinin tam maddi məsuliyyət daşıması barədə ayrı-ayrı istisna hallarda bağlanan yazılı müqavilələrdən fərqli olaraq işçinin vurduğu ziyana görə ümumi qaydada məsuliyyət daşıması işçi ilə işəgötürən arasında bağlanan hər bir müqavilədə öz əksini tapmalıdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 5-ci bəndindən görünür ki, işçinin işəgötürənə vurduğu ziyana görə tam maddı məsuliyyət daşıması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan əmək münasibətləri pozularkən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı, İddiaçı Cavabdeh ASC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi”, tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, işçinin işəgötürənə vurduğu ziyan sübuta yetirildiyindən İddiaçı dəymiş ziyana görə 8808.70 (səkkiz min səkkiz yüz səkkiz manat yetmiş qəpik) manat tutularaq iddiaçı Cavabdeh ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 59 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh ASC tərəfindən mediasiya prosesi üzrə ödənilmiş 50 (əlli) manat, 59 (əlli doqquz) manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X17 xx.xx.2022-ci il tarixli, 141/22-İA/İR nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. İddiaçı dəymiş ziyana görə 8808.70 (səkkiz min səkkiz yüz səkkiz manat yetmiş qəpik) manat, mediasiya prosesi üzrə ödənilmiş 50 (əlli) manat, 59 (əlli doqquz) manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar