Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-256/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh Oktay qızının iştirakları ilə, İddiaçı - Cavabdeh Oktay qızına qarşı “əmlakın naturada bölgüsü və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 sentyabr 2024-cü il tarixdə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh Oktay qızına qarşı “əmlakın naturada bölgüsü və s.” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bakı şəhəri,Səbail rayonu,F.Əmirov küçəsi 1 saylı evin 50 saylı sahəsi 17,0 kv.m və sahəsi 13,6 kv.m olan yataq otaqlarından,sahəsi 36.38 kv.m olan zaldan,sahəsi 15 kv.m olan dəhlizdən,sahəsi 5.6 kv.m olan vanna otağından və sahəsi 3 kv.m olan tualetdən ibarət olan paylı mülkiyyətimizdə olan mənzilin ümumi sahəsinin 1/2 hissəsində ifadə olunan payımm naturada ayrılması, mənzilin naturada bölünməsi mümkün olmadığı təqdirdə mənzilin hərraca çıxarılaraq satılması, mənzilin satışından əldə olunmuş pulun əmlakdakı paylara mütənasib surətdə tərəflər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayonu,Fikrət Əmirov küçəsi,ev l ünvandakı 50 saylı mənzil bizim atamıza məxsus olmuşdur. Atamın vəfatmdan sonra həmin ümumi sahəsi 90.58 kv.m, yaşayış sahəsi isə 58.58 lcv.m olan həmin mənzil qanuna müvafıq olaraq,birinci növbəli vərəsələr kimi cavabdehlə mənim aramda bərabər paylarla bölünmüşdür.ƏMDX-nin DƏRİ< və R-i Publik Hüquqi şəxsinin verdiyi xx.xx.2023-cü il tarixli ÇİXARİŞ əsasında mənzilin '/2 hissəsinə mənim,l/2 hissəsinə isə Cavabdeh Oktay qızımn adına adıııa rəsmləşdirilmişdir. Bildirirəm ki, qeyd olunan mənzil 4 otaqdan 3 otağa düzəldilmişdir və sahəsi kv.m və sahəsi 13,6 lcv.m olan yataq otaqlarından,sahəsi 36.38 kv.m olan zaldan,sahəsi 15 kv.m olan dəhlizdən,sahəsi 5.6 lcv.m olan vanna otağından və sahəsi 3 lcv.m olan tualetdən ibarətdir. Cavabdeh mənim həmin mənzildə yaşamağıma narazılıq etdiyi üçün,paylı miilkiyyətimizdə olan həmin mənzildəki payımı real bazar qiyməti ilə almağı cavabdehə təklif etmişəm.Lakin, cavabdeh mənim payımı almaqdan imtina etmişdir və sonradan mənzilin qıfılmı dəyişdirərək mənim mənzildə yaşamağıma qanunsuz olaraq q,əsdən mane olmuşdur. Buna görə də məhkəməyə müraciət etmişəm və Səbail Rayon Məhkəməsinin L2023-CÜ il tarixli qətnaməsi ilə paylı mülkiyyətimizdə olan həmin mənzilə köçürülmüşəm. Həmin mübahisəyə baxılması zamanı cvabdeh mənzilin yarı dəyərinin ona verilməsini və ya mənzilin satılaraq satış pulunun amızda paylara mütənasib olaraq bölüşdürülməsini təklif etmişdir.Həmin təlclif əsasmda tərəfımizdən barışıq sazişihazırlanmışdır lakin cavabdeh sonda həmin təklifı qəbul etməmiş və yalnız ona mənzilin dəyərinin yarsmdan çox yuxarı olan 180.000 manat verilərsə öz payını qarşı tərəfə verə biləcəyi barədə məhkəməyə ərizə vermişdir.Beləliklə,cavabdeh mübahisəni məhkəmədən kənar həll etmək üçün özünün irəli sürdüyü təklifdən imtina etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin mənzilə köçürülsəm də bu, bizim mənzilə dair mübahisəmizin tam həll olması ilə nəticələnməmişdir.Hesab edirəm ki, mənim həmin mənzilə dair mülkiyyət hüquqlarımm təmin edilməsi üçün paylı mülkiyyətimizdə olan həmin mənzildəki paylarımızm naturada ayrılması zəaıridir.Hesab edirəm ki,məzildəki paylarımızın naturada ayrılması aramızdakı narazılığın tam həll olması ilə nəticələnə bilər.Əks halda mənzil açıq hərracda satılaraq,satışdan əldə edilmiş məbləğ aramızda paylara mütənasib olaraq bölüşdürülməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək təmin edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, onun cavabdehə onun payını əldə etməsi üçün kompensasiya verməyə kifayət qədər imkanı yoxdur. Məhkəmə iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, onun iddiaçıya payından imtina etmək üçün kompensasiya verməyə kifayət qədər imkanı yoxdur. Evin hərraca çıxarılmasına etiraz etmir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri,Səbail rayonu,F.Əmirov küçəsi 1 saylı evin 50 saylı mənzilinin 1/2 hissəsi Cavabdeh və 1/2 hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri,Səbail rayonu,F.Əmirov küçəsi 1 saylı evin 50 saylı mənzilinin 1/2 hissəsi Cavabdeh və 1/2 hissəsi İddiaçı mülkiyyətində olmaqla qeyd olunan şəxslərin ümumi paylı mülkiyyətindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, ümumi gərgin ailə münasibətləri zəminində tərəflərin bir evdə yaşaması mümkün deyildir. Bu səbəbdən iddiaçı mənzilin naturada bölünməsini, bu mümkün olmadığı halda mənzilin açıq hərracda satılaraq satışdan əldə olunan vəsaitin tərəflər arasında paylarına uyğun olaraq bölünməsini xahiş edir. AR Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yəni ümumi əmlakdan payın naturada ayrılmasının mümkün olmaması müəyyən edildikdən sonra paylı mülkiyyətçi yalnız bundan sonra payına uyğun olaraq digər mülkiyyətçidən ona kompensasiya ödənilməsini tələb edə bilər. Paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Bundan başqa əgər payın naturada ayrılmasına yol verilmirsə bu halda paylı mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarında olan 30 iyul 2024-cü il tarixli ekspert rəyində Bakı şəhəri,Səbail rayonu,F.Əmirov küçəsi 1 saylı evin 50 saylı mənzilinin tərəflər arasında 1/2 və 1/2 paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi iddiaçılarıın mübahisəli mənzildəki payının naturada ayrılmasının mümkünsüzlüyü ekpert rəyi ilə təsdiq olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıların öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisindən almasının həyata keçirilməsi mümkünsüzdür. Beləliklə, cavabdehin iddiaçılara paylarına müvafiq olaraq kompensasiya ödəmək imkanının olmaması müəyyən olunduğundan, iddiaçıların iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 1/2 və Cavabdeh 1/2 hissədə paylı mülkiyyəti kimi tanınmış Bakı şəhəri,Səbail rayonu,F.Əmirov küçəsi 1 saylı evin 50 saylı mənzili hərraca çıxarılaraq satılsın, mənzilin satışından əldə olunmuş pul vəsaiti əmlakdakı paylara mütənasib surətdə iddiaçı və cavabdeh arasında bölünsün. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmətikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat vəsait cavabdehdən tutulub dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN**********;AZ41NABZ********************, Dövlət XəzinədarlığıAgentliyi,KOD210005;VÖEN**********;MüxbirhesAz41NABZ**********0******** ** S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlkin Rüstəmli