Məhkəmə qərarları › İş №e-2(009)-2582/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2582/2025

16.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2582/2025 16.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn onunla bağladığı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi kimi tanınması, onun əvvəlki vəzifəsinə, yəni təsərrüfat bölməsinin müdiri vəzifəsinə bərpa edilməyi və əmək müqaviləsinə əsassız xitam verildiyi gündən etibarən əvvəlki işinə bərpa olunduqdan sonra işini icra edənədək yığılmış əmək haqqının cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, Səhiyyə Nazirliyi tabeliyində olan Səhiyyə İdarəsi ləğv edildikdən sonra, varis kimi fəaliyyət göstərən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) X7 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Vərəm şöbəsinin təsərrüfat bölməsinin müdiri vəzifəsində müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Sonradan həmin şöbə ləğv edilmiş, rəhbərliyin təşəbbüsü ilə öz ərizəmlə işdən azad edilmişəm və daha sonra eyni tabelikdə olan TƏBİB-in Cavabdehndə eyni vəzifəyə – təsərrüfat bölməsinin müdiri vəzifəsinə işə qəbul olunmuşam. İşə qəbul edilərkən hesab edirdim ki, əvvəlki kimi müddətsiz əmək müqaviləsi bağlanacaq, çünki tutduğum vəzifə müvəqqəti deyil, daimi xarakter daşıyır və TƏBİB sisteminə daxil olan başqa X8ə keçid etmişdim. Lakin cavabdeh işəgötürən, Əmək Məcəlləsinin tələblərini pozaraq mənimlə əsassız şəkildə müddətli əmək müqaviləsi bağlamış, daha sonra isə xx.xx.2025-ci il tarixdə “əmək müqaviləsinin müddətinin bitməsi” əsası ilə işə xitam vermişdir. Ama son haqq-hesab həmin günü deyil, xx.xx.2025-ci il tarixdə əmək haqqı kartıma ödənilmişdir. Lakin bu günə qədər mənə əmək kitabçası verilməmiş və əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə rəsmi qaydada tanış olmağım işəgötürən tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 29 noyabr 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi qulluqçu vəzifələrinin Vahid X1”na əsasən, təsərrüfat müdiri müəssisə və təşkilatların təsərrüfat-xidməti işlərinə rəhbərlik edir, avadanlıqların qorunması və bərpasını, təmir-təchizat və maddi-texniki təminatı təşkil edir. Bu vəzifə mövsümi və ya layihə xarakterli deyil, daimi xarakter daşıyır. Bu səbəbdən işəgötürən tərəfindən müddətli müqavilə bağlanması üçün heç bir hüquqi əsas mövcud olmayıb. Əsas olmadan əmək müqaviləsinə xitam verilməsi, yəmni Mənimlə bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi (müddətin qurtarması) əsasında xitam verilib.Lakin bu bənd yalnız qanuni şəkildə bağlanmış müddətli müqavilələrə tətbiq oluna bilər.Mənimlə bağlanan müqavilə isə qanunsuz olaraq müddətli edilmişdir. Əmək Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və əmək funksiyasını icra etmə bacarığını yoxlamaq məqsədilə sınaq müddəti ilə bağlana bilər. Altı ay müddətinədək bağlanmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilə bilər. Mənimlə cavabdeh arasında bağlanmış müqavilənin 2.1-ci bəndində göstərilmişdir: “Bu müqavilə müddətli bağlanmışdır-3 ay sınaq müddəti ilə.”Həmin müqavilənin 2.3-cü bəndinə əsasən isə “əmək müqaviləsi xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək bağlanmışdır.” Göründüyü kimi, “sınaq müddəti” ilə “müddətli əmək müqaviləsi” anlayışları hüquqi baxımdan tamamilə fərqli anlayışlardır.Hər iki anlayışın eyni müqavilədə tətbiqi qanunvericiliyin mahiyyətinə ziddir. Bundan əlavə, 6 ay müddətə bağlanmış müqavilədə 3 ay sınaq müddəti müəyyən edilməsi məntiq və hüquq baxımından ağlabatan deyil, çünki belə halda sınaq dövrü əmək münasibətlərinin yarısını əhatə edir və sınağın məqsədini – işçinin bacarığının ilkin yoxlanılmasını – aradan qaldırır. Əmək münasibətlərində mövcud olan bütün qeyri-müəyyənliklər və ziddiyyətlər işçinin xeyrinə izah edilməlidir (Əmək Məcəlləsinin 9- cu maddəsi). Buna görə də, bu müqavilə işçinin xeyrinə müddətsiz əmək müqaviləsi kimi qiymətləndirilməlidir. Etirazın dəlilləri: İddiaçı iddia tələbi üzrə cavabdeh tərəf olan TƏBİB-in AXMnə qarşı yönəldilmiş ərizəsində "əmək müqaviləsinə əsassız xitam verilməsi" ilə bağlı qeyd olunan xüsusatları aşağıda göstərdiyimiz dəlillərlə təkzib edərək Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verildiyi qənaətindəyik. İddiaçı ilə AXM arasında xx.xx.2025-ci il tarixli **********057 nömrəli əmək müqaviləsi imzalanmış və o, əmək müqaviləsinə əsasən birinci 3 ayı sınaq müddəti hesab edilməklə xx.xx.2025-ci il tarixinədək 6 ay 1 gün müddətinə işə qəbul edilmişdir. İddia ərizəsində qeyd etdiyi həqiqətə uyğun olmayan və faktlara söykənməyən ifadələrdən tam fərqli olaraq özünün də təsdiq etdiyi kimi bu Əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47 "f" bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanılmış və 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən, yəni əmək müqaviləsinin müddəti başa çatdığına görə müqaviləsinə xitam verilərək işdən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73cü maddəsinə əsasən xitam verilməmişdən öncə İddiaçı xx.xx.2025-ci il tarixdə bildirişlə rəsmi məlumat verilmişdir. Əlavə olaraq qeyd edirik ki, İddiaçı işlədiyi müddətdə bir çox nöqsanlara yol vermişdir. Belə ki, AXM əməkdaşlarının Şəmkir regional xəstəxanasında cari ilin avqust ayında həyata keridikləri monitorinq zamanı Gəncə regional şöbəsinə göndərilmiş təsərrüfat mallarınının paylaşdırılması barədə heç bir təsdiqedici sənəd olmamışdır. Təsərrüfat mallarını təhvil almış madddi məsul şəxs olan İddiaçı izahatında malları tələbnaməsiz paylaşdırdığını bildimişdir. Etirazın təsviri hissəssinə istinad edərək bir daha təsdiq olunur ki, iddiaçı ilə АXМ arasında müddətli əmək müqaviləsi bağlanmış və müqavilə müddəti başa çatdıqda əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin müddəti bitdikdə onun uzadılması, və ya xitam əmri ilə əmək münasibətlərinin sonlandırılması İşəgötürənin diskression səlahiyyətinə aiddir. İddiaçının tələbinin təmin edilməsi İşəgötürənin yenidən iddiaçı ilə əmək müqaviləsi bağlamasına məcbur etmək hesab olunar ki, bu da özlüyündə İşəgötürənin hüquqlarının pozulmasıdır. İddiaçının tələbi özlüyündə heç bir maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı AXM-ə qarşı iddiasının rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, sonuncu dəfə təsərrüfat müdiri işləməyə başlamazdan əvvəl dörd il müddətində o, təsərrüfat qardaşı vəzifəsində işləmişdir. Aldığı əmək haqqı arasında da fərq olmuşdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, etiraza əlavə olaraq həmçinin bildirmişdir ki, iddiaçının əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. İddia tələbi əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X8 19 yanvar 2021-ci il tarixli, 3 nömrəli qərarından görünür ki, Gəncə şəhər səhiyyə idarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla Gəncə şəhər səhiyyə idarəsinin əsasında Gəncə şəhər Birləşmiş xəstəxanası PHŞ yaradılmışdır. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh X8 Şəmkir regional xəstəxanası Gəncə regional şöbəsində təsərrüfat bölməsində bölmə müdiri peşəsinə qəbul edilmişdir. - Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X8 Cavabdehn 12 sentyabr 2025-ci il tarixli, 18-1-93/3-1-2195/2025 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, 1. Cavabdehn Şəmkir regional xəstəxanasının Gəncə regional şöbəsinin təsərrüfat bölməsinin bölmə müdiri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin başa çatması ilə) 13 sentyabr 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış xx.xx.2025-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixdə əmək müqavilənizin müddəti bitdiyi üçün sizinlə bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X8 19 yanvar 2021-ci il tarixli, 3 nömrəli qərarından görünür ki, Gəncə şəhər səhiyyə idarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla Gəncə şəhər səhiyyə idarəsinin əsasında Gəncə şəhər Birləşmiş xəstəxanası PHŞ yaradılmışdır. İddiaçı 13 mart 2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X8 Cavabdehn təsərrüfat bölməsinin bölmə müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X8 Cavabdehn 12 sentyabr 2025-ci il tarixli, 18-1-93/3-1-2195/2025 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, 1. Cavabdehn Şəmkir regional xəstəxanasının Gəncə regional şöbəsinin təsərrüfat bölməsinin bölmə müdiri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin başa çatması ilə) 13 sentyabr 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış xx.xx.2025-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Hazırda, iddiaçı əmək müqaviləsinə xitam verilməsinə və işdən azad edilməsinə dair 12 sentyabr 2025-ci il tarixli 18-1-93/3-1-2195/2025 saylı əmrin qanunsuzluğunu və əsaslılığını mübahisələndirir. Cavabdeh tərəf isə əmrin qanuni və əsaslı olduğunu bildirərək iddia əsassız olduğundan iddianın rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 2.3-cü maddəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır. - 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. - 9-cu maddəsinin “q” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. - 10-cu maddəsində göstərildiyi kimi, Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir - 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. -15-ci maddəin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. - 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 73-cü maddəsinə əsasən, 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. - 300.1-ci maddəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. - Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Göstərilən maddi hüquq normalarının müqayisəli şəkildə təhlili əsasında belə nəticəyə gəlmək olar ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə müəyyən edilsə də, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilə bilər və həmin hallar əmrdə göstərilməklə əsaslandırılmalıdır. İşin materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinin tətbiq edilməsini sonuncu qanunsuz sayaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış 13 mart 2025-ci il tarixli əmək müqaviləsinə əsasən 13 mart 2025-ci il tarixindən Cavabdeh X8 Şəmkir regional xəstəxanasının Gəncə regional şöbəsinin təsərrüfat bölməsində bölmə müdiri vəzifəsinə işə qəbul edilmiş və 12 sentyabr 2025-ci il taxrixli, 18-1-93/3-1- 2195/2025 saylı əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən (müqavilə müddətinin bitməsi) onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. İddiaçıya xx.xx.2025-ci il tarixdə ona bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə xitam olunacağı ilə bağlı bildiriş göndərilmişdir. Məhkəmə hesab edir ki, hazırki işdə işəgötürən əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermiş və iddiaçını işdən azad etmiş, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, bu zaman iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinən İ və İV hissələrinə, 47-ci maddəsinin «f» bəndinin tələbləri baxımından məhkəmə qeyd edir ki, əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olduğunu müəyyən etmişdir. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Bundan başqa, məhkəmə iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında göstərilmişdir ki, İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumuməhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətininvə iradələrinin aşkar edilməsi üçünişin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Qanunvericiliyə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Bu baxımdan, məhkəmə iddiaçı tərəfin müqavilənin müddətsiz hesab edilməsi ilə bağlı dəlillərini də əsaslı saymır. Belə ki, iddiaçı iddia ərizəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) X7 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Vərəm şöbəsinin təsərrüfat bölməsinin müdiri vəzifəsində müddətsiz əmək müqaviləsi əsasında işləməsini, sonradan həmin şöbə ləğv edilməsini, rəhbərliyin təşəbbüsü ilə öz ərizəmlə işdən azad edilməsini və daha sonra eyni tabelikdə olan TƏBİB-in Cavabdehndə eyni vəzifəyə – təsərrüfat bölməsinin müdiri vəzifəsinə işə qəbul olunmasını göstərsə də, məhkəmə iclasında izahat verən zaman bildirmişdir ki, sonuncu dəfə təsərrüfat müdiri işləməyə başlamazdan əvvəl dörd il müddətində o, təsərrüfat qardaşı vəzifəsində işləmişdir. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın işə bərpa edilməsi ilə bağlı hissəsinin əsassız olması nəticəsinə gəldiyi üçün digər törəmə tələblərin də əsassız saydığından onlara prosessual qənaət prinsipi baxımından ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar