Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-280/2024 20.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Pilot Residence" Mənzil-Tikinti Kooperativinə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Pilot Residence" Mənzil-Tikinti Kooperativinə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən (çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Ratropoviçlər küçəsi 9, m7, m1) mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 34.960 (otuz dörd min doqquz yüz altmış) manat və dövlət rüsumu kimi ödənilmiş 199.88 manatın Cavabdehndən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Elektron məhkəmə informasiya sistemindən müəyyən edilir ki, iddiaçı X2 Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində 4 otaqdan ibarət (çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Ratropoviçlər küçəsi 15, m8, m4) mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 64.724 (altmış dörd min yeddi yüz iyirmi dörd) manat və dövlət rüsumu kimi ödənilmiş 284.17 manatın Cavabdehndən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və 2(009)-142/2024 nömrə altında hazırda məhkəmənin icraatındadır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh “Pilot Residence" Mənzil-Tikinti Kooperativinə qarşı "pul" tələbinə dair mülki işlə iddiaçı X1 Cavabdehnə qarşı “pul” tələbinə dair mülki iş üzrə cavabdeh eyni olmaqla eyni növlü işlər olduğundan bir icraata birləşdirilməli və həmin işlər üzrə iddialara birlikdə baxılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə hazırki mülki işin məhkəmənin icraatında olan 2(009)-142/2024 saylı mülki işə birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Pilot Residence" Mənzil-Tikinti Kooperativinə qarşı "pul" tələbinə dair 2(009)-280/2024 saylı və iddiaçı X1 Cavabdehnə qarşı “pul” tələbinə dair 2(009)-142/2024 saylı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş işlər üzrə icraat 2(009)-142/2024 №-si ilə aparılsın. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-280/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-280/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver