Məhkəmə qərarları › İş №e-2(009)-292/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-292/2024

15.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-292/2024 15.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (3-cü şəxslər X2, X1) “birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evlərinin satılmasından əldə edilən pul vəsaitinin bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (3-cü şəxslər X2, X1) “birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evlərinin satılmasından əldə edilən pul vəsaitinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia qaldırmışdır və həmin mülki iş e-2(009)-290/2024 Səbail Rayon Məhkəməsinin digər hakimi Mədinə Bağırovanın icraatına daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə şifahi vəsatətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan e- 2(009)-292/2024 saylı mülki iş ilə Səbail Rayon Məhkəməsinin icraatında olan e-2(009)- 290/2024 saylı mülki işlər bir-biri ilə əlaqəli olduğundan ilkin olaraq icraata qəbul edilmiş mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin bir icraatda birləşdirilməsini qəbul etdiyini və ona etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, e-2(009)-292/2024 saylı mülki iş e-2(009)-290/2024 saylı mülki iş ilə əlaqəli olduğundan Səbail Rayon Məhkəməsinin digər hakimi Mədinə Bağırovanın icraatına mülki iş daha öncə daxil olduğundan e-2(009)-292/2024 saylı mülki iş e-2(009)-290/2024 saylı mülki işlə birləşdirilməlidir. MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə tələblərin birləşdirilməsini mümkün hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 263-264, 266-268-ci maddələrinə əsasən, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı (3-cü şəxslər X2, X1) “birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evlərinin satılmasından əldə edilən pul vəsaitinin bölünməsi” tələbinə dair e- 2(009)-292/2024 saylı mülki iş Səbail Rayon Məhkəməsinin digər hakimi Mədinə Bağırovanın icraatında olan İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair e-2(009)- 290/2024 saylı mülki iş ilə bir icraatda birləşdirilsin. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar