Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-309/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Əkbərova Səbı̇ nə Malı̇ k qızının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Əkbərova Səbı̇ nə Malı̇ k qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh Cantek MMC arasında bağlanmış əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkələşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsasları: İddiaçı xx.xx.2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi əsasında cavabdeh Cantek MMC tərəfindən “baş mühasib” vəzifəsinə işə qəbul edilmişdir. Bir müddət sonra iddiaçı tərəfindən cavabdehə əmək müqaviləsinin xitam verilməsil ilə əlaqədar müraciət edilsə də cavabdehlə əlaqə saxlamaq mümkün olmamış və indiyədək iddiaçı əmək fəaliyyəti göstərməməsinə baxmayaraq onunla bağlanmış əmək müqaviləsi qüvvədə qalmışdır. Bu səbəbdən iddiaçı başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq hüququndan məhrum olmuşdur. İddiaçı tərəfindən əmək müqaviləsinin ləğv edilməsi və əmək müqaviləsinə xitam verilməsilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkələşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə dair cavabdehə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə rəsmi müraciət edilsə də cavabdeh tərəfindən hər hansı cavab verilməmiş və dövlət xidməti tərəfindən isə bu vəzifələrin icra olunması üçün məhkəmə qərarının alınması tələbi müəyyən edilmişdir. Həmçinin, Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən cavabdeh tərəfindən fəaliyyətinin dayandırılması barədə DVX-yə müraciət edilmiş və cavabdehin fəaliyyəti xx.xx.2019cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. İddiaçı Əkbərova Səbı̇ nə Malı̇ k qızının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə olan məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və iddianı təmin edərək yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iddianın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını və növbəti məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışın surətindən görünür ki, "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 34, qanuni təmsilçisi X3 olmaqla xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Əkbərova Səbı̇ nə Malı̇ k qızı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və o, Cavabdeh MMC -də baş mühasib vəzifəsinə işə götürülmüşdür. xx.xx.2021-ci il tarixdə bildiriş çap edilərkən müqavilə qüvvədə olmuşdur. -Əkbərova Səbı̇ nə Malı̇ k qızının "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin ləğv olunması xahiş edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Əkbərova Səbı̇ nə Malı̇ k qızına ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X4 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. -Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məktubundan görünür ki, vergi orqanı tərəfindən "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixinədək dayandırılması təmin edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 34, qanuni təmsilçisi X3 olmaqla xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış, Əkbərova Səbı̇ nə Malı̇ k qızı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sisteminə daxil edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixinədək dayandırılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. -35-ci maddəsinin İİİ hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin a) bəndinə əsasən, işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququ vardır. - 69-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 34, qanuni təmsilçisi X3 olmaqla xx.xx.2007-ci il tarixdə qeydiyyata alınması ilə yanaşı həmçinin hüquqi şəxsin ərizəsinə əsasən fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixinədək dayandırılması və cavabdeh MMC-nin hazırda faktiki olaraq fəaliyyət göstərməməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinin dəlillərini təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, eləcə də həmin dəlilləri təkzib edəcək hər hansı bir hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. İddiaçı onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, müddətsiz əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC ilə Əkbərova Səbı̇ nə Malı̇ k qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməli, iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 100 (bir yüz) manat (50 manat dövlət rüsumu, 50 manat mediasiya xərci) məhkəmə xərci Cavabdeh MMC-dən tutularaq iddiaçı Əkbərova Səbı̇ nə Malı̇ k qızına ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC ilə Əkbərova Səbı̇ nə Malı̇ k qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. İddiaçı tərəfindən ümumilikdə ödənilmiş 100 (bir yüz) manat (50 manat dövlət rüsumu, 50 manat mediasiya xərci) məhkəmə xərci Cavabdeh MMC-dən tutularaq iddiaçı Əkbərova Səbı̇ nə Malı̇ k qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-309/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-309/2024
06.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver