Məhkəmə qərarları › İş №e-2(009)-394/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-394/2025

11.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-394/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, mirasın faktiki qəbul edilmiş hesab edilməsi, miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı miras paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki,1962-ci ildə keçmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, dalan 2, ev 2 (yeni qaydalarla: ünvan 2 atası X5 mülkiyyətinə verilmişdir. Həmin əmlaka dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırılmasına və qiymətləndirilməsinə dair pasport onlara təqdim edilmişdir. Atası X13 xx.xx.1986-cı il tarixdə dünyasını dəyişmişdir. Buna dair ölüm haqqında şəhadətnamə verilmişdir. Atasının vəfatından sonra xx.xx.1986-cı ildə 1799/86 nömrəli vərəsəlik işi açılmış və mərhum atasından qalan digər əmlaklara dair vərəsəlik işi açılmış, lakin miras əmlak – Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, dalan 2, ev 2 (yeni qaydalarla: ünvan 2 ilə bağlı isə işi açılmamışdır. Məhz bu səbəbdən də qeyd edilən əmlak mərhum atasından qalmış hesab olunur. Atası X13 vəfat etdikdən sonra dəfnlə bağlı bütün xərclər də onun tərəfindən həyata keçirilmişdir. Onlar altı bacı-qardaş olmaqla faktiki olaraq vərəsəliyi qəbul etmişlər. Həmin vaxtdan onlar orada yaşamış, sərf olunmuş kommunal sərfiyyatına görə də kommunal ödənişlərini ödəmişlər. Göründüyü kimi, mərhum valideynləri dünyasını dəyişdikdən sonra onlar vərəsəliyi qəbul edərək həyatlarına davam etmişlər. Mərhum atası X2 qalan miras əmlakın qəbul edilməsi üçün o, rəsmi olaraq aidiyyatı qurumlara müraciət etməmişdir. Belə ki, kənd yeri olduğundan o, faktiki vərəsəliyi qəbul edəcəyini zənn etmiş, miras əmlakın onun mülkiyyətinə verildiyini hesab etmişdir. Hal-hazırda vərəsəlik şəhadətnaməsi olmadığından o, bir sıra maneələrlə rastlaşmışdır. Mərhum atasından qalmış miras əmlaka dair bundan öncə Səbail rayon Məhkəməsinə müraciət etsə də, Səbail rayon Məhkəməsinin 2(009)- 419/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qərara alınmış, iddianın təmin olunmamasını isə mübahisəli evin texniki pasportunun mövcud olmasına baxmayaraq bu iddiaçının atasının həmin evə hər hansı hüquq əldə etməsinə əsas vermədiyi və texniki pasport evin və digər tikilinin texniki göstəricilərini əks etsə də, hüquqmüəyyənedici sənəd qüvvəsinə malik olmadığı qeyd edilmişdir. Halbuki hazırda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim etmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışa əsasən sözügedən əmlaka dair mülkiyyət hüququ mərhum atası X8 məxsus olmuşdur. Məhz belə olduğu halda yenidən vərəsəliyin qəbul edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı Notariat Ofisinə yaxınlaşmışdır. Mərhum atası X2 qalmış miras əmlaka dair vərəsəliyi qəbul edib vərəsəlik şəhadətnaməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı Notariat Ofisinə müraciət etsə də, cavabdeh orqan tərəfindən ona mərhum atasından qalan digər əmlaklardan imtina etməsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verməmiş, bu barədə xx.xx.2024-cü il tarixli, 778 saylı imtina məktubu təqdim edilmişdir. Halbuki, bu imtina əsası tam absurd olmaqla onun vərəsəlik hüququna toxunur. Odur ki, sözügedən vərəsəlik işi ilə bağlı olaraq ədalət mühakiməsini həyata keçirən məhkəməyə ümidi qalır. Göstərilənləri nəzərə alaraq iddiaçı mərhum X3 qalmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, dalan 2, ev 2 (yeni qaydalarla: ünvan 2 mirasa dair payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı Notariat Ofisinin hərəkətlərinin qanunsuz hesab edilməsi, mərhum X3 qalmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, dalan 2, ev 2 (eyni qaydalarla: ünvan 2 miras əmlakın tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi, mərhum X3 qalmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, dalan 2, ev 2 (yeni qaydalarla: ünvan 2 miras əmlak üzrə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı dəqiqləşdirilmiş iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, atasının 6 vərəsəsi olmuş, onlardan ikisi Səfər adlı qardaşı və Səliyəxanım adlı bacısı vəfat etmişdir, miras əmlak faktiki onun tərəfindən qəbul edilmişdir, orada yaşayır, sağ olan bacıqardaşlarının öz evləri var. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını və şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının bacısıdır. Atasından qalan ev qardaşı İmran tərəfindən qəbul edilmişdir və orada yaşayır. Onların hər birinin ayrıca evi var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının qardaşıdır. Atasının adına olan və ondan miras qalan ev qardaşı İmran tərəfindən qəbul olunmuşdur və qardaşı həmin evdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 öz ifadəsində göstərmişdir ki, o, İddiaçı qardaşı nəvəsidir. Təsdiq edir ki, ulu babasından qalan evdə İddiaçı yaşayır. İş üzrə doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki: - X12 xx.xx.1938-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X14, anası X29 göstərilmişdir; - X4 xx.xx.1940-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X14, anası X29 göstərilmişdir; - X26 xx.xx.1948-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X14, anası X29 göstərilmişdir; - X19 xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X14, anası X29 göstərilmişdir; - İddiaçı xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X14, anası X29 göstərilmişdir; - X6 xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X14, anası X29 göstərilmişdir. İş üzrə xx.xx.1986-cı il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X14 xx.xx.1986-cı il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1986-cı il tarixdə 58 No ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1986-cı il tarixdə xx.xx.1986-cı ildə X7 adına Bakı şəhəri 1 saylı dövlət notariat kontorunda 1799/86 nömrəli vərəsəlik işi açılmış, miras qoyanın bütün övladları, o cümlədən İddiaçı xx.xx.1986-cı il tarixdə miras əmlakdan (“VAZ- 21063” markalı avtomobildən) anası X20 xeyrinə imtina etmişlər. İş üzrə Bakı şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1986-cı il tarixdə vəfat etmiş X7 vərəsəsi - arvadı X23r (1/2 hissəyə). Şəhadətnamə verilən miras əmlak – “VAZ-21063” markalı avtomobildən ibarətdir. İş üzrə Bakı şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1986-cı il tarixdə vəfat etmiş X7 vərəsəsi - arvadı X20 adına “VAZ-21063” markalı avtomobilə (1/2 hissə) dair Mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə xx.xx.1999-cu il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X29 xx.xx.1999-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 99 No ilə qeyd edilmişdir. İş üzrə Əzizbəyov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 519 No ilə qeyd edilmişdir. İş üzrə Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X19 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 258 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri 1 saylı notariat ofisi tərəfindən İddiaçı nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1986-cı ildə vəfat etmiş X5 adına Bakı şəhəri 1 saylı dövlət notariat kontorunda xx.xx.1986-cı il tarixdə 1799/86 nömrəli vərəsəlik işi açılmış və xx.xx.1999-cu il tarixdə vəfat etmiş arvadı X29 miras əmlakı qəbul etmişdir. Eyni zamanda vərəsəlik işinə aid arxiv sənədlərindən görünür ki, miras qoyanın bütün övladları, o cümlədən İddiaçı xx.xx.1986-cı il tarixdə miras əmlakdan imtina etmişdir. Belə ki, nəzərinə çatdırırlar ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Qeyd olunanları nəzərə alaraq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin 1-ci bəndinin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xilmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsi, dalan 2, ev 2 (Yeni qaydalarla: AZ1045, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2024-cü il tarixdən X7 adına qeydiyyata alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının atası X14 xx.xx.1986-cı ildə Bakı şəhərində vəfat etmiş və onun ölümü ilə əlaqədar miras açılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.1986-cı ildə vəfat etmiş X7 adına xx.xx.1986-cı il tarixdə Bakı şəhəri 1 saylı dövlət notariat kontorunda 1799/86 nömrəli vərəsəlik işi açılmış, miras qoyanın övladları - X12, X4, X26, X19, İddiaçı, X6 - miras əmlakdan (“VAZ-21063” markalı avtomobildən) anaları X20 xeyrinə imtina etmişlər və xx.xx.1986-cı il tarixdə miras qoyanın arvadı X29 miras əmlakı qəbul etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, X29 xx.xx.1999-cu il tarixdə, Əliyeva (Məmmədova) Səliyəxanım Ağahüseyn qızı xx.xx.2008-ci il tarixdə, X19 xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, miras qoyan X14 vəfat etdikdən sonra miras əmlak kimi “VAZ-21063” markalı avtomaşın mövcud olmuş, hazırda mübahisə predmeti olan daşınmaz əmlak dövlət reyestrində qeydiyyata yalnız xx.xx.2024-cü il tarixdə alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, 1962-ci ildə keçmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, dalan 2, ev 2 (yeni qaydalarla: ünvan 2 atası X5 mülkiyyətinə verilmişdir. Həmin əmlaka dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırılmasına və qiymətləndirilməsinə dair pasport onlara təqdim edilmişdir. Atası X13 xx.xx.1986-cı il tarixdə dünyasını dəyişmişdir. Atasının vəfatından sonra xx.xx.1986-cı ildə 1799/86 nömrəli vərəsəlik işi açılmış və mərhum atasından qalan digər əmlaklara dair vərəsəlik işi açılmış, lakin miras əmlak – Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, dalan 2, ev 2 (yeni qaydalarla: ünvan 2 ilə bağlı isə işi açılmamışdır. Məhz bu səbəbdən də qeyd edilən əmlak mərhum atasından qalmış hesab olunur. Atası X13 vəfat etdikdən sonra dəfnlə bağlı bütün xərclər də onun tərəfindən həyata keçirilmişdir. Onlar altı bacı-qardaş olmaqla faktiki olaraq vərəsəliyi qəbul etmişlər. Həmin vaxtdan onlar orada yaşamış, sərf olunmuş kommunal sərfiyyatına görə də kommunal ödənişlərini ödəmişlər. Göründüyü kimi, mərhum valideynləri dünyasını dəyişdikdən sonra onlar vərəsəliyi qəbul edərək həyatlarına davam etmişlər. Mərhum atası X2 qalan miras əmlakın qəbul edilməsi üçün o, rəsmi olaraq aidiyyatı qurumlara müraciət etməmişdir. Belə ki, kənd yeri olduğundan o, faktiki vərəsəliyi qəbul edəcəyini zənn etmiş, miras əmlakın onun mülkiyyətinə verildiyini hesab etmişdir. Hal-hazırda vərəsəlik şəhadətnaməsi olmadığından o, bir sıra maneələrlə rastlaşmışdır. Hazırda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim etmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışa əsasən sözügedən əmlaka dair mülkiyyət hüququ mərhum atası X8 məxsus olmuşdur. Məhz belə olduğu halda yenidən vərəsəliyin qəbul edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı Notariat Ofisinə yaxınlaşmışdır. Mərhum atası X2 qalmış miras əmlaka dair vərəsəliyi qəbul edib vərəsəlik şəhadətnaməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı Notariat Ofisinə müraciət etsə də, cavabdeh orqan tərəfindən ona mərhum atasından qalan digər əmlaklardan imtina etməsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verməmiş, bu barədə xx.xx.2024-cü il tarixli, 778 saylı imtina məktubu təqdim edilmişdir. Halbuki, bu imtina əsası tam absurd olmaqla onun vərəsəlik hüququna toxunur. Bu səbəbdən iddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı Notariat Ofisinin hərəkətlərinin qanunsuz hesab edilməsi, mərhum X3 qalmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, dalan 2, ev 2 (Yeni qaydalarla: ünvan 2 miras əmlakın tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi, mərhum X3 qalmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, dalan 2, ev 2 (yeni qaydalarla: ünvan 2 miras əmlak üzrə payının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 154-cü maddəsinə əsasən fiziki şəxsin mülkiyyətində mülki dövriyyədən çıxarılmamış, miqdarı və dəyəri məhdudlaşdırılmadan istənilən əmlak ola bilər. Fiziki şəxs özünə mənsub olan əmlak üzərində mülkiyyət hüququna malik olur. Fiziki şəxs öldüyü halda onun öz əmlakına olan hüquqları miras kimi qalır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş əmlak hüquqlarının, o cümlədən mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də əmlak hüququ sahiblərinin mənafelərinin qorunması baxımından vacibdir. Bu qeydiyyat nəticəsində şəxsin qanunla müəyyən edilmiş qaydada və əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka dair hüquqlarının tanınması bu hüquqların pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair hüquqları (mülkiyyət və s.) təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, yalnız reyestrdə qeydiyyata alındığı andan sonra şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququ yaranmış olur. İşin faktiki halları ilə müəyyən edilir ki, hazırkı mübahisə predmeti olan daşınmaz əmlak üzərində miras qoyanın mülkiyyət hüququ onun vəfat etdiyi vaxt deyil, 2024-cü ildə yarandığından və ölümü zamanı miras aktivinə daxil olmadığından, miras qoyanın vərəsələri isə miras açıldığı zaman (1986-cı il) yalnız miras qoyanın əmlakı kimi “VAZ-21063” markalı avtmobildən birinci növbəli vərəsələr kimi analarının xeyrinə imtina etdiklərindən məhkəmə hesab edir ki, notariat orqanının iddiaçıya 1986-cı ildə miras əmlakdan imtina etməsi əsası ilə mübahisəli daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etməsi əsaslı olmamışdır. Məhkəmə iddiaçının miras əmlakı faktiki qəbul edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs subyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir. Mirasın qəbulu eyni zamanda iradəli aktdır ona görə ki, o, vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar və şahid ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçı atası X7 adına 2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçən mübahisəli evə faktiki yiyələnməklə mirası qəbul etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, aşağıda göstərilən qanunun tələblərinə əsasən iddiaçının miras əmlakı qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, notariat ofisi iddiaçıya miras əmlaka vərəsəlik hüquqlarının rəsmiləşdirməsindən imtina etdiyindən, həmçinin iddiaçı miras qoyanın birinci növbəli vərəsəsi olduğundan, iddiaçı miras əmlaka vərəsəlik hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Göstərilən Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Məhkəmə qeyd edir ki, miras əmlakın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi, həmin əmlaka faktiki olaraq yiyələnməsi kimi qiymətləndirilməlidir. Belə ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi lə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu iki yolla – formal üsulla və qeyri-formal üsulla həyata keçirilir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbul edilməsi dedikdə, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Əgər miras əmlakın tərkibinə yaşayış evi daxil olarsa, ondan evin kirayəçilərinə kirayə haqqı verilməsi və ya evin təmir edilməsi barədə müraciət olunması mirasın qəbul edilməsi kimi sayıla bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının miras qalmış əmlakı qəbul etmək niyyəti olmuş və bu hal onun həmin əmlakda yaşamaqla ona faktiki olaraq sahiblik etməsi ilə tam təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, miras əmlak faktiki olaraq iddiaçı tərəfindən qəbul edildiyindən və bu hal məhkəmə iclasında öz təsdiqini tapdığından, iddia tələbi mirasın qəbul edilməsi hissəsində əsaslı hesab edilməli, miras əmlak üzərində iddiaçının vərəsəlik hüquqları tanınmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Miras əmlak kimi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, dalan 2, ev 2 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına vərəsəlik şəhadətnaməsinin verilməsindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən imtina edilməsi əsassız hesab edilsin. X10 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, dalan 2, ev 2 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı mirasın qəbul edilməsi faktı müəyyən edilsin və onun həmin əmlak üzərində 1-ci növbəli vərəsə kimi pay hüququ tanınsın. Qətnamə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, dalan 2, ev 2 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar