Məhkəmə qərarları › İş №e-2(009)-401/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-401/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-401/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmli, iddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı «pul» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə 24 yanvar 2024-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 720,74 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddia tələbi belə əsaslandırılmışdır ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında bağlanmıș BPM**********91 saylı xx.xx.2021-ci il tarixli tam kart müqaviləsinə əsasən șəxsi istehlak məqsədilə iki tərəfli tam kart ödaniș kartı olan plastik kart verilmișdir. Həmin müqavilənin 1.1.6-cı bəndinə əsasən müștəriyə, borcalana overdraftın təqdim edilməsi barədə Tərəflər arasında razılașma olmadığı hałda tam kart vasitəsilə kart, cari hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması “Texniki overdraft" adlandırılmışdır. Bundan başqa, müqavilənin 7.2.17-ci bəndinə əsasən bankın texniki overdraft baş verdiyi təqdirda, yaranmış borcu, həmin məbləğə 4.1.1.1-ci yarımbənddə qeyd olunan annuitet ödəniş qrafikində 4.1.1.2-ci yarımbənddə qeyd olunan Razılaşmada va ya 4.12.4-cü yarımbənddə qeyd olunn SMS-də göstərilən ilik faiz dərəcəsi ilə hesablanmış faizləri va bankın tariflərində va ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərinin müştəridən tələb etmək va müqavilənin 7.3.7-ci bəndinə əsasən borcalan texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu, həmin məbləğə 4.1.1.1-ci yarımbənddə qeyd olunan annuitet ödəniş qrafikində 4.1.1.2-ci yarımbənddə qeyd olunan Razılaşmada va ya 4, 1.2.4-cü yarımbənddə qeyd olunan SMS-də göstərilən ilik faiz dərəcəsi ilə hesablanmış faizləri və bankın tariflərində və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərinin banka ödəmək vəzifəsidir. Cavabdeh xx.xx.2023-cü il tarixində 594.01 manat, daha sonra müxtalif tarixlarde 0l .02.2023-xx.xx.2023-cü il tarix aralıqlarında cəmi 128.72 manat olmaqla, cəmi 722.73 manat kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan Bankın vəsaiti hesabına əsassız varlanmışdır. Cavabdeh hesabdan artıq edilən əməliyyətdan — 722.73 manat məbləğindən cəmi 1.99 manat müəyyən vaxtlarda ödəniş etmişdir. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında tərəfimizdən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdərlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, ərizədə yazılanlar əsassızdır. Qeyd olunan tarixlərdə pul köçürməmiş və pul çıxarmamışdır. “ABB” banka borcu olmayıb, kredit almamışdır. Bank ilə sadəcə debit kart müqaviləsi var. O da boş kartdır. İddianın rədd olunması xahiş olunur. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinin, əsassız varlanmanı əks etdirən arayışın və hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında xx.xx.2021-ci il tarixdə ikitərəfli (ön tərəfi debet kartı, arxa tərəfi kredit kartı olmaqla) plastik kart verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə 594,01 manat, daha sonra isə müxtəlif tarixlərdə 128,72 manat olmaqla ümumilikdə 722,73 manat kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aaprmışdır. Hazırda cavabdehin 720,74 manat borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 7.12.7-ci bəndinə əsasən bankın texniki overdraft baş verdiyi təqdirda, yaranmış borcu, həmin məbləğə 4.1.1.1-ci yarımbənddə qeyd olunan annuitet ödəniş qrafikində 4.1.1.2-ci yarımbənddə qeyd olunan Razılaşmada va ya 4.12.4-cü yarımbənddə qeyd olunn SMS-də göstərilən ilik faiz dərəcəsi ilə hesablanmış faizləri va bankın tariflərində va ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərinin müştəridən tələb etmək bankın vəzifəsidir. Müqavilənin 7.3.7-ci bəndinə əsasən texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu, həmin məbləğə 4.1.1.1-ci yarımbənddə qeyd olunan annuitet ödəniş qrafikində 4.1.1.2-ci yarımbənddə qeyd olunan Razılaşmada va ya 4, 1.2.4-cü yarımbənddə qeyd olunan SMS-də göstərilən ilik faiz dərəcəsi ilə hesablanmış faizləri və bankın tariflərində və ya müvafıq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini banka ödəmək borcalanın vəzifəsidir. Beləliklə işdə olan sübutlarla müəyyən edilmişdir ki, cavabdeh plastik kart hesabından istifadə zamanı onun hesabına səhv köçürülmüş və ona aid olmayan iddiaçıya məxsus pul vəsaitini xərcləməklə heç bir qanuni əsas olmadan əsassız olaraq varlanmış və bunun nəticəsində banka ziyan vurmuşdur. Bu səbəbdən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin 722,73 manat pul vəsaitini istifadə etdikdən sonra həmin məbləğdən 1,99 manat geri ödəniş etməsi cavabdehin həmin pulun ona aid olmadığını bilərək xərclədiyini təsdiq edən amillərdən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 284.5.3-cü və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 720,74 manat məbləğində pul vəsaiti, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh tutulub "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar