Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-445/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər 2 saylı Bakı “ASAN Xidmət”i Mərkəzində Notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 2 saylı Bakı “ASAN Xidmət”i Mərkəzində Notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh1 qarşı onun X1 qanun üzrə vərəsəsi kimi tanınması və X1 miras əmlakından İddiaçı aid olan paya münasibətdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçının birinci tələbi onun xx.xx.2022-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X1 qanun üzrə vərəsəsi kimi tanınması barədədir. Hakim qeyd edir ki, Mülki Məcəllənin X-cu bölməsində vərəsəlik hüququna dair müddəalar nəzərdə tutulmuşdur və həmin normalarda ölmüş şəxsin (miras qoyanın) qanun üzrə 5 növbədə vərəsələrinin dairəsi konkret göstərilir (MM 1159-cu maddəsi). Yəni qanunvericilikdə ölmüş şəxsin (miras qoyanın) vərəsəsinin dairəsi konkret olaraq müəyyən edildiyindən məhkəmə qaydasında şəxsin ölmüş şəxsə münasibətdə qanun üzrə vərəsəlik hüququnun tanınması barədə tələbinə baxılması yolverilməz hesab edilməlidir. İddiaçının ikinci tələbi notariat orqanı üzərinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmə öhdəliyinin qoyulması ilə bağlıdır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən inzibati orqan üzərinə vəzifənin qoyulması ilə bağlı irəli sürülmüş bu tələbə ümumi məhkəmədə baxıla bilməz. AR İPM-nin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən dövlət notariat kontorları inzibati orqan hesab edilir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4№-li qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə hakim yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərdən birinə məhkəmə qaydasında, digər tələbə isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsi iddianın yolverilməzliyinə görə iddiaçıya geri qaytarılmalıdır. Hakim izah edir ki, iddiaçı inzibati orqan üzərinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmə vəzifəsinin qoyulmasına dair tələblə inzibati məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 151-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər 2 saylı Bakı “ASAN Xidmət”i Mərkəzində Notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair verdiyi iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya inzibati orqan üzərinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmə vəzifəsinin qoyulmasına dair tələblə inzibati məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-445/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-445/2023
16.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver