Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-462/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X17 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, Ərizəçi və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində 12 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir ölkənin vətəndaşlığına mənsub olmaması, habelə 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı ərizəsini belə əsaslandırmışdır ki, mən 19 aprel 1969-cu il tarixdə keçmiş SSRİ-də doğulmuşam. 1986-cı ildə Azərbaycan vətəndaşı X7 ilə ailə qurmuşam. Bizim birgə nikahımızdan xx.xx.1987-ci il təvəllüdlü X18 iğlu, xx.xx.1988-ci il təvəllüdlü X8 , xx.xx.1991-ci il təvəllüdlü X9, xx.xx.1994-cü il təvəllüdlü X10 və xx.xx.1996-cı il təvəllüdlü X3 beş uşağımızanadan olub. Qeyd edirəm ki, 1999-cu ildən ailəmlə birlikdə köçüb Azərbaycan Respublikasına gəlmişəm və çox uzun müddətdir ki, ünvan 1 ünvanında yaşayıram. Uşaqlarım hamısı Azərbaycan Respublikasının vətəndaşıdır. Oğlanlarım Azərbaycan Respublikasında hərbi xədmət keçib. Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikasının vətəndaşlığını almamışam və ona Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini təsdiq edən sənədim verilməmişdir. Buna görə hazırda mənim şəxsiyyətimi təsdiq edən sənəd yoxdur. Hazırda mən Azərbaycan Respublikası vətəndaşı deyiləm. Qeyd edirəm ki, mənim Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi də mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etsəmdə onlar mənimAzərbaycan Respublikasının vətəndaşı olmadığımı bildirmiş və mənə bildirmişdilər ki başqa dövlətə mənsubiyyətimin olmaması və Azərbaycanda Daim yaşamaq faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməliyəm. Qeyd edirəm ki, mən hazırda heç bir dövlətin vətəndaşı deyiləm və 25 ildən çoxdur ki, daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayıram. Buna görə də hazırda tərəfimdən məhkəməyə müraciət edilmişdir. Mən 2006cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamışam, heç bir dövlətin vətəndaşı deyiləm və şəxsiyyətimi təsdiq edən etibarlı sənədlərim yoxdur. Mənim 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamağımı sənədlər də təsdiq edir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli, 3-38-2/33- 4014/24 nömrəli məktubundan göründüyü kimi mənim dövlət sərhədindən hərəkətim barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Belə olan halda mənim heç bir dövlətin vətəndaşlığına mənsub olmamağım, habelə Azərbaycan Respublikasında daimi yaşamağım faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Sonradan ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun 1999-cu ildən 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasında yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili ərizəyə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayədəsi ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 58 saylı MKİS-in166 №-li arayışında qeyd edilmişdir ki, X5 Səbail rayonu, M.Hüseyn küçəsi 67 saylı evin 2 saylı mənzilində qeydiyyatsız yaşayır. Dövlət Miqrasiya Xidmətinin 03 fevral 2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, 19 aprel 1969-cu il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. AR Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, xx.xx.1969-cu il təvəllüdlü X2 dövlət sərhədindən hərəkəti barəsində İAMAS bazasında məlumat qeydə alınmamışdır. RF-nin Azərbaycan Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsinin 26 iyul 2011-ci il tarixli arayışında qeyd edilmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi Rusiya Federasiyasının vətəndaşı deyildir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçi 1999-cu ildən Azərbaycan Respublikasına köçərək daimi olaraq burda yaşamışdır. O vaxtdan hazırki vaxta kimi ərizəçi onunla qonşuluqda yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 bildirmişdir ki, ərizəçinin oğludur. 1987-ci il təvəllüdlüdür. 1999-cu il tarixdən ərizəçi ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçərək daimi olaraq burda yaşamışdır. Həmin vaxta kimi ərizəçi RF-da, Rostov vilayətində yaşamışdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla, ərizəçinin izahatı, şahid ifadələri və iş materialları ilə müəyyən olundu ki, X4 həqiqətən 1999-cu ildən hazırki vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşamış və heç bir dövlətin vətəndaşlığına mənsub olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən məhkəmə eyni zamanda qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi işlərinə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi həqiqətən 1999-cu ildən hazırki vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşadığını və heç bir dövlətin vətəndaşlığına mənsub olmadığı faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar var və həmin faktlar məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nın 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1999-cu ildən 01 yanvar 2006-cı il tarixə kimi Azərbaycan Respublikasının ərazisində daimi yaşamış olması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-462/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-462/2025
12.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver