Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-477/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40 saylı “Təmir xidmətlərinin göstərilməsinə dair müqavilə” və bu müqaviləyə xx.xx.2022-ci il tarixli 01 saylı Əlavəyə əsasən iddiaçya məxsus olan ünvan 1 ünvandakı, 22 saylı mənzilində təmir işlərinin aparılması üçün qabaqcadan onun tərəfindən cavabdehə 21.000 manat ödəniş olunmasına və bu işlərin başa çatdırılması üçün son icra müddətinin xx.xx.2022-ci il tarixli müəyyən edilməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən öhdəliklər yerinə yetirilməyərək mənzildə sifariş edilmiş təmir işləri başa çatdırılmamış, rəsmi qaydada tələb olunmasına və dəfələrlə danışıqlar aparılmasına baxmayaraq, cavabdeh tərəfindən təmir işlərinin başa çatdırılmasından və qabaqcadan ödənmiş olan pul vəsaitini geri qaytarmamışdır. Təmir işlərinin başlanması üçün "xxxx" MMC-nin ünvan 2 ünvandakı binanın 288ci blokunun zirzəmisində yerləşən ofisində xx.xx.2022-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 11.000 manat olmaqla, ümumilikdə 21.000 manat nağd şəkildə qabaqcadan ödənişlər qəbzlə rəsmiləşdirilməklə bilavasitə Cəmiyyətin direktoru Cavabdeh2 verilmiş və onun tərəfindən qəbz imzalanaraq möhür vurulmaqla qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə “Təmir xidmətlərinin göstərilməsinə dair müqavilə” bağlanarkən ilkin olaraq 3 ay ərzində təmir işlərinin görülüb başa çatdırılacağı barədə Cavabdeh2 ilə qarşılıqlı razılığa gəlinmişdir. Lakin daha sonra işlərin görülməsi süni şəkildə Cəmiyyət tərəfindən uzadılmağa başlanılmışdır. xx.xx.2022-ci il tarixli 01 saylı müqaviləyə Əlavə ilə cavabdeh "xxxx" MMC müqavilə ilə nəzərdə tutulan işləri xx.xx.2022-ci il tarixədək tam başa çatdıraraq, aktla təhvil verməsini rəsmən öhdəsinə götürmüşdür. Cavabdeh2 eyni zamanda xx.xx.2021-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş Cavabdeh1 MMC-nin də qanuni təmsilçisidir (hüquqi ünvan: AZ1073, ünvan 3 təmir işləri xx.xx.2022-ci il tarixdən "xxxx" MMC tərəfindən birtərəfli qaydada dayandırılmış, qabaqcadan nağd şəkildə Cavabdeh2 tam olaraq material və usta pulları verilmiş, mağazalardan onun seçdiyi divar kağızları, laminat və otaqların qapıları satışdan alınmamış, cavabdehin satıcılara beh verildiyi bildirsə də, sonradan yalan olduğu ortaya çıxmış, müxtəlif bəhanələrlə işlərin davam etdiriləcəyi bildirilərək, icra müddəti süni surətdə dəfələrlə uzadılmışdır. Cavabdeh2 telefon əlaqələrindən mütəmadi yayınmış, yalan vədlər verməklə aldadaraq, 3,5 aydan çox bir müddətdə mənzilində heç bir iş görməmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 40 saylı “Təmir xidmətlərinin göstərilməsinə dair müqavilə”nin 2.1-ci maddəsinin müddəaları pozularaq təmir işləri aşağı səviyyətdə və keyfiyyətsiz görülmüş, təmir zamanı alt qonşunun mənzilinə subasma ilə 200 manat zərər vurulmuşdur. Belə ki, onun tərəfindən seçilmiş kafel-metlax əvəzinə digəri alınaraq vurulmuş, tualetdə kafel və metlax arası doldurulmadığından sızma nəticəsində dəhlizin divarı nəm çəkmiş, hamam otağında qapı kənarına kafel vurulmamış, istilik sistemi istidən deformasiyaya davamsız nazik plastik borularla qoşulmuş, bu borular əyri və səhv, yəni birbaşa xətt qoyulmadan quraşdırılmış, dəfələrlə irad olunsa da aradan qaldırılmamış, istilik mövsümü başladıqda bu borular istiliyin təsirindən əyilmiş, divar kağızı yapışdırılmalı divarlar hamarlanmamış qalmış, mənzilin çöl qapısı quraşdırılarkən əyri qoyulmuş və sonradan irad edildikdə düzəldilmiş, otaqların qapı çərçivəsinin hündürlük yeri normal ölçüdən 3 sm. az düzəldilmiş (sonradan beton hissə yenidən sökülməli olub), plastik pəncərələrin açma qolu səhv tərəfdən qoyulmuş, bir plastik qapıya deffektli qıfıl vurulmuş, pəncərələrin açılış forması sifariş olunan kimi qoyulmamış, iki otaqda pəncərələr tərs tərəfdən açılışla qoyulmuş, eyvanda quraşdırılan plastikdən şkaf qapıları sifariş olunan kimi dörd taylı deyil, iki taylı düzəltdirilmiş, dəhlizdə divarlarla kafel döşəmə arasındakı yarıqlar tutulmamış, eyvanda kərpic hörgünün üstü və yan dayaqlar malalanmamış, eyvanların fasad tərəfdən malalanması nahamar şəkildə keyfiyyətsiz olunmuş, pəncərələrin iki tərəfli, kombi borusunun çıxışının yanları malalanmamış qalmış, eyvan pəncərələrinin altlıqları qoyulmamışdır. Eləcə də, təmir işləri zamanı ehtiyatsızlıq səbəbindən mənzilin alt qonşusunun evini su basması nəticəsində hamam otağındakı elektrik naqilləri sıradan çıxmaqla və mənzildə olan yorğandöşəkləri korlanmaqla onlara maddi zərər vurulmuşdur. İlyas Sətdarzadə tərəfindən əvvəl hər dəfə şifahi və daha sonra xx.xx.2022-ci il tarixli iltizamnamə ilə yazılı şəkildə xx.xx.2022-ci il tarixdə təmir işlərin tamamlanması və nöqsanların aradan qaldırılması və yaxud ödənilmiş pul vəsaitinin geri qaytarılması vəd olunsa da, bu öhdəliklərin heç birinə əməl olunmamışdır. Onun tərəfindən xx.xx.2022-ci il tarixdə məktubla "xxxx" MMC-nin direktoru Cavabdeh2 müqavilə ilə işlərin keyfiyyətsiz olduğu və vaxtında icra olunmadığı səbəbdən göstərilən xidmətdən imtina edildiyi barədə yazılı şəkildə rəsmən bildirilmiş, xx.xx.2022-ci il tarixli qarşılıqlı razılaşma aktı ilə dəyəri müəyyən edilmiş görülməmiş işlərə görə əvvəlcədən ödənilmiş 7997 manat məbləğində pul vəsaitinin 10 gün müddətində geri qaytarılması tələb olunmuşdur. Dəfələrlə tələb olunmasına baxmayaraq cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 tərəfindən 7997 manat pul vəsaiti bu günədək geri qaytarılmamış, bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. Həmçinin, onun həyat yoldaşı Fazil Allahverdi Cavabdeh2 məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq məktubu sonuncuya çatdırılmaq üçün Cəmiyyətin ünvan 4 ünvandakı binanın 288-ci blokunun zirzəmisində yerləşən ofisinə getmək istədikdə, Cavabdeh2 ofisin bağlandığını və daha orada fəaliyyət göstərmədiklərini bildirmiş, həyat yoldaşının ünvanına təhqiramiz sözlər və “get hara istəyirsən de, lap DTX-ya de” kimi ifadələr işlətmiş, məhkəməyə müraciət olunacağı təqdirdə heç bir ödəniş etməyəcəyini söyüşlə bildirərək təhdid etməkdən belə çəkinməmişdir. Eləcə də, Cavabdeh2 məhkəməyə müraciət olunacağı təqdirdə müqavilənin məbləğini saxtalaşdırmaqla artıracağını və özünün deyil, iddiaçının borclu çıxaracağını açıq şəkildə bildirilmişdir. Cavabdeh2 özünün bu hərəkətləri ilə ölkə qanunvericiliyini və sadə vətəndaşların hüquq və haqqlarını heçə saydığını nümayiş etdirmişdir. xx.xx.2021-ci il tarixli ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 5 ünvanında yerləşən 22 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. xx.xx.2022-ci il tarixli 40 saylı “Təmir xidmətlərinin göndərilməsinə dair” müqavilədən də görünür ki, onunla "xxxx" MMC arasında ona məxsus mənzildə 23.865 manat məbləğində təmir işlərinin görülməsinə dair razılaşma olmuşdur. xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixli 40 saylı “Təmir xidmətlərinin göstərilməsinə dair” müqaviləyə 01 saylı Əlavədən də görünür ki, təmir işlərinin xx.xx.2022-ci il tarixə kimi tamamlanması barədə tərəflər arasında əlavə razılaşma olmuşdur. xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, "xxxx" MMC-nin direktoru Cavabdeh2 təmir xidmətinin görülməsi üçün 21.000 manat pul aldığını etiraf etmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, o, "xxxx" MMC-yə həmin tarixdə10.000 manat ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, o, "xxxx" MMC-yə həmin tarixdə 11.000 manat ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, o, "xxxx" MMC-yə həmin tarixdə 11.000 manat ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli razılaşma aktından görünür ki, cavabdeh 7997 manat məbləğində işlərin görülməməsini etiraf etmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan da görünür ki, iddiaçı cavabdehə 10 gün müddətində görülməmiş işlərin haqqı olan 7997 manat pul qaytarmağına, əks halda isə məhkəməyə müraciət edəcəyinə dair xəbərdarlıq etmişdir. Göründüyü kimi, onunla cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış xidmət müqaviləsinin şərtinə iddiaçı tərəfindən əməl edilərək cavabdehə əvvəlcədən hissə-hissə 21.000 manat məbləğində pul verilmiş, lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, sifarişə uyğun işi yerinə yetirməmiş və icra etmədiyi işin pulu olan 7997 manat pul vəsaitini də qaytarmaqdan imtina etmişdir. Nəticədə, cavabdeh qanunsuz olaraq iddiaçının hesabına və ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər "xxxx" MMC və onun direktoru Cavabdeh2 tərəfindən ona vurulmuş 7997 manat məbləğində maddi zərərin geri qaytarılması, ona vurulan mənəvi zərərə görə 3000 manat təzminat ödənilməsi və 100 manat dövlət rüsumunun (30 manat + 1% (69,97 manat)=100 manat) ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 50 saylı evin 22 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə “İcraçı” qismində "xxxx" MMC-ni (nəzdində olan təmir-tikinti şöbəsi) təmsil olunan Cavabdeh2 ilə “Sifarişçi” qismində İddiaçı arasında bağlanmış təmir xidmətlərinin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, 40 saylı müqavilənin kserosurətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi” müqavilənin icrası ilə əlaqədar zəruri olan bütün sənədləri, əgər mövcuddursa dizayn layihəsini və məlumatları icraçıya verməyi, əgər mövcuddursa, dizayn layihəsini, tikinti və təmirə aid olan bütün materialları “İcraçı”ya təqdim etməyi, “İcraçı”nın işinin bu müqavilənin şərtlərinə uyğun olan nəticələrini qəbul etməyi, “İcraçı”nın haqqını bu müqavilənin 4.1ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. “Sifarişçi” işin vaxtında əla keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüququna malikdir (bənd 1.2). Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “İcraçı” müqavilənin 1.1.-ci bəndində göstərilmiş işləri “Sifarişçinin” tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini, bu tapşırığın icrası ilə əlaqədar digər şəxslərin müstəsna hüquqlarını pozmağa öz üzərinə götürmüşdür. Zərurət olduğu hallarda tapşırığın icrasına “Sifarişçi”nin razılığını aldığı təqdirdə üçüncü şəxsləri cəlb etməyi, götürdüyü işlərin haqqının ödənilməsini tələb etmək hüququna malikdir (bənd 2.1). “İcraçı” görülən işlərə heç bir müdaxilə olunmadan, 60 ay müddətinə tam təminatı verməli, bu müddət ərzində yaranan qüsurlar aradan qaldırılmalıdır (bənd 2.3). Müqavilənin 3.1-ci bəndinə əsasən “Sifarişçi” müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün “İcraçı”ya smeta dəyərinə uyğun olaraq hər bir işin iş vahidi müəyyənləşdirilməklə görülmüş işin həcmi və bu iş həcminin əsası olan təhvil-təslim aktına uyğun olaraq hesablanmaqla 21.524+2340=23865 manat ödəniş edir. İlkin olaraq “Sifarişçi” ümumi məbləğin 40%-ni ödəyir, yerdə qalan məbləğ görülən işlərin müqabilində ödənilir. Son ödəniş təhvil-təslim aktı bağlandıqda ödənilməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən “İcraçı” onun tərəfindən təqdim edilmiş layihə eskizlərdə səhv məlumatın verilməsi nəticəsində “Sifarişçi”yə, “Sifarişçi”nin işçilərinə və ya üçüncü şəxslərə dəymiş zərərə və ya ziyana, ya da hər hansı bədən xəsarətinin yetirilməsinə cavabdehdir. İş üzrə “Sifarişçi” qismində İddiaçı ilə “İcraçı” qismində "xxxx" MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış təmir xidmətlərinin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli 40 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli 01 nömrəli əlavənin surətindən görünür ki, icraçı müqavilə ilə nəzərdə tutulan işləri xx.xx.2022-ci il tarixədək tam başa çatdıraraq, sifarişçiyə aktla təhvil verilməsini öhdəsinə götürmüşdür. İş üzrə ödəniş qəbzlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə - 2.850 manat ödəniş edilmişdir. İş üzrə Cavabdeh2 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli iltizamnamənin surətindən görünür ki, o, bu iltizamnamə ilə yazılı surətdə təsdiq edir ki, Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, Mehmandarov küçəsi, bina 50 mənzil 22-də, 3 ay ərzində təmir işlərinin görülməsi üçün X1 qabaqcadan xx.xx.2022-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 11.000 manat olmaqla, ümumilikdə 21.000 manat nağd şəkildə almışdır. Aldığı pulların bir hissəsi müqabilində dizayn xidməti işləri, elektrik işləri, divarlara suvaq və emulsiya vurulması, isti döşəmə yığılması, kafel-metlax işləri, döşəmənin sökülməsi və dikt vurulması işləri, istilik sistemi və santexnika işləri görülmüşdür. Razılaşdırılmaya əsasən ödənilmiş pulların qalan hissəsi ilə aşağıdakı işlər görülməli idi: otaqların divarlarına divar kağızları alınıb vurulması, döşəmələrə laminat alınıb vurulması, otaqların qapılarının alınıb quraşdırılması, eyvanın nəmişlikdən izolyasiyası və təmirinin tamamlanması, təmir işlərini tam başa çatdırıb, elektrik və santexnika aksessuarlarının quraşdırılması. Cavabdeh2 təmir işlərinin tam başa çatdırılmasının tərəfindən müəyyən səbəblərdən 2 aydan çox gecikdirildiyini etiraf edərək, bu İltizamnamə ilə öhdəsinə götürmüşdür. İltizamnamənin 3-cü bəndində qeyd olunmuş qalan təmir işlərinin icrası xx.xx.2022-ci il tarixədək başa çatdırılacaq tərəfindən təhvil veriləcəkdir. Əks təqdirdə götürməmiş qalan işlər və materialların alınması üçün ona ödənilmiş pullar tərəfindən geri qaytaracaqdır. İş üzrə Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, Mehmandarov küçəsi, bina 50, mənzil 22-də təmir işlərinin icraçısı Cavabdeh2 və onun usta işləyən atası Nəsirov Mehman, digər tərəfdən təmir olunan mənzilin sahibəsi İddiaçı və onun həyat yoldaşı, təmirin sifarişçisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli razılaşma aktının surətindən görünür ki, həqiqətən təmir işlərinin görülməsi üçün F.Allahverdi tərəfindən Cavabdeh2 ümumilikdə ödənmiş 21.000 manat müqabilində xx.xx.2022-ci il tarixdən bu günədək sifariş olunan təmir işlərinin bir hissəsi görülmüşdür və təmir işlərini tam başa çatdırmaq üçün ümumilikdə 7997 manat tələb edən aşağıdakı işlərin görülməsi qalmışdır: otaqlara divar kağızları alınaraq vurulması (110 kv.m.), döşəmələrə laminat alınaraq vurulması (105 kv.m.), döşəmələrə laminat altı qubka alınaraq vurulması, döşəmələrə plintus alınaraq vurulması, otaqların qapılarının alınaraq quraşdırılması, eyvanların fasad işini başa çatdırmaq,elektrik və santexnika aksessuarlarının quraşdırılması, tamamlama işləri (təmizlik, zibil daşıması və digər). İş üzrə İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoru Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, "xxxx" MMC-nin direktoru Cavabdeh2 ilə bağladığı xx.xx.2022-ci il tarixli 40 saylı təmir xidmətlərinin göstərilməsinə dair müqavilə və bu müqaviləyə xx.xx.2022-ci il tarixli 01 saylı əlavəyə əsasən mənzilinin təmir işlərinin başa çatdırılması üçün son icra müddəti rəsmən xx.xx.2022-ci il tarixli müəyyən olunmasına baxmayaraq, Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, Mehmandarov küçəsi, bina 50-dəki 22 saylı mənzilin təmir işləri bu günədək başa çatdırılmamış qalmışdır. Bağlanmış müqavilədə müddət göstərilməsə də, şifahi danışıqla ilk əvvəl 3 ay ərzində təmir işlərinin başa çatdırılacağı barədə qarşılıqlı razılaşma əldə olunaraq, təmir işlərinin görülməsi üçün qabaqcadan xx.xx.2022-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 11.000 manat olmaqla, ümumilikdə 21.000 manat nağd şəkildə ödəniş olundu. Cəmiyyətin direktoru Cavabdeh2 tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam və vaxtında icra olunmamışdır. Dəfələrlə tələb olunmasına baxmayaraq, əvvəl hər dəfə şifahi və daha sonra xx.xx.2022-ci il tarixli iltizamnamə ilə yazılı söz verilərək uzadılan təmir işlərinin icra müddətinə əməl olunmamışdır. Daha sonra xx.xx.2022-ci il tarixli müqaviləyə 01 saylı əlavə ilə xx.xx.2022-ci il tarixədək bu müddət uzadılsa da, bu günədək rəsmən razılaşdırılmış öhdəliyə Cəmiyyətin direktoru Cavabdeh2 tərəfindən əməl olunmamış, iyul ayının əvvəlindən bu günədək qalan təmir işləri görülməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq "xxxx" MMC-nin direktoru Cavabdeh2 ilə bağlanmış 40 saylı xx.xx.2022-ci il tarixli müqavilə ilə göstərdiyi xidmətlərdən imtina edir, xx.xx.2022-ci il tarixli razılaşma aktı ilə qarşılıqlı şəkildə müəyyən edilmiş olan görülməmiş işlərə görə əvvəlcədən ödənilmiş 7997 manat məbləğində pul vəsaitini 10 gün müddətində geri qaytarmasını xahiş etmişdir. Əks təqdirdə onun tərəfindən məhkəməyə müraciət olunacaqdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 40 saylı təmir xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, Mehmandarov küçəsində yerləşən 50 saylı evin 22 saylı mənzilində təmir işlərinin görülməsi üçün iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 11.000 manat, ümumilikdə 21.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Tərəflər arasında bağlanılmış təmir xidmətlərinin göstərilməsinə dair müqaviləyə xx.xx.2022-ci il tarixli 01 saylı əlavəyə əsasən cavabdeh təmir işlərinin xx.xx.2022-ci il tarixədək tam başa çatdırılmasını öhdəsinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru Cavabdeh2 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli iltizamnamə ilə 3 ay ərzində təmir işlərinin görülməsi üçün cəmi 21.000 manat məbləğində pulun alınmasını və aldığı pulların bir hissəsi müqabilində müəyyən işlərin görülməsini təsdiq etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli razılaşma aktında Cavabdeh2 ona ümumilikdə ödənilmiş 21.000 manat müqabilində sifariş olunan təmir işlərinin bir hissəsinin görməsini və təmir işlərini tam başa çatdırmaq üçün görülməyən işlər üçün sərf olunacaq məbləğin 7997 manat olması qeyd edilmişdir,yəni təmir üçün alınmış məbləgin 7997 manatı xərclənməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla "xxxx" MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış xidmət müqaviləsinin şərtinə onun tərəfindən əməl edilərək, cavabdehə əvvəlcədən hissə-hissə 21.000 manat məbləğində pul verilmiş, lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, sifarişə uyğun işi yerinə yetirməmiş və icra etmədiyi işin pulu olan 7997 manat pul vəsaitini də qaytarmaqdan imtina etmişdir. Nəticədə cavabdeh qanunsuz olaraq onun hesabına varlanmış və ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu səbəbdən iddiaçı cavabdeh "xxxx" MMC və onun direktoru Cavabdeh2 tərəfindən ona vurulmuş 7997 manat məbləğində maddi zərərin geri qaytarılması, mənəvi zərərə görə 3000 manat təzminat ödənilməsi və dövlət rüsumunun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilə sifariş əsasında təmir işlərinin görülməsi ilə bağlı olduğu üçün, həmin müqavilə növünə görə podrat müqaviləsi hesab edilir. Bu səbəbdən məhkəmə hazırki mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəalarını tətbiq etməyi zəruri hesab edir. AR Mülki Məcəllənin 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləyə əsasən 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Məhkəmə podratçının üzərinə götürdüyü öhdəliyin pozulmasını və tam yerinə yetirilməməsini, bu səbəbdən də iddiaçının (sifarişçinin) öhdəliyin yerinə yetirilməsini deyil, ödənilmiş pulun təmirə sərf olunmamış hissəsinin qaytarılmasını tələb etmək hüququnun qanunla müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb tam qanunidir. AR Mülki Məcəllənin 759.1-ci madəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 385-ci madəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. AR Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Qanunun bu tələbini əsas tutaraq məhkəmə qeyd edir ki, iddiaçının (sifarişçinin) müqavilədən imtinası podratçının hərəkətləri (hərəkətsizliyi) ilə bağlı olduğu üçün, yəni podratçı üzərinə götürdüyü işləri müəyyən olunmuş vaxt ərzində və tam həcmdə görmədiyi üçün və bu işlərin görülməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmadığı üçün, həmçinin podratçının özü tərəfindən etiraf olunduğu kimi aldığı pul məbləğindən (21.000 manat) görmədiyi işlərə görə xərclənməmiş 7997 manat qaldığından, iddiaçı təmir işlərinin görülməsi üçün ödənilmiş 21.000 manatdan icra edilməyən iş üçün qalmış və təmirə xərclənməmiş 7997 manatın tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 7997 manat məbləğində pulun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia əsaslı olaraq hər iki cavabdehə - hüquqi şəxs və onun qanuni təmsilçisinə qarşı qardırılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Həmin Məcəllənin: Maddə 91-2.1. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Maddə 91-2.2. Cəmiyyətin kollegial icra orqanı yalnız fiziki şəxslərdən ibarət ola bilər. Maddə 91-2.3. Cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir. Maddə 91-2.4. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır. Maddə 91-2.5. Kənar idarəçi icra orqanı kimi cəmiyyətə münasibətdə idarəetməni qeyriqənaətbəxş həyata keçirməsi nəticəsində və üçüncü şəxslərə ziyan vurduğu zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki,MMC-nin icra orqanı cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və üç cür olur: kollegial,təkbaşına və qarışıq.İcra orqanının səlahiyyətləri cəmiyyət iştirakçısına və ya başqa şəxsə verilə bilər. Qanunvericiliyin yuxarıda göstərilən müddəalara baxımından Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəçisi icra orqanı kimi vurduğu zərərə görə məsuliyyət daşıdığından podratçı təşkilatın qanuni təmsilçisi və MMC-nin idarəçisi kimi Cavabdeh2 də MMC ilə birlikdə hazırkı tələb üzrə cavabdehlik daşıyan şəxsdir. Məhkəmə vurulmuş mənəvi ziyana görə 3.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsiən əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 3000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, maddi ziyanın tutulması hissəsində tələb təmin olunduğu üçün, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-dən və Cavabdeh2 İddiaçı xeyrinə 7997 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat, cəmi 8097 (səkkiz min doxsan yeddi) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-477/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-477/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver