Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-48/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçılar İddiaçı4, İddiaçı6, S.N.Qurbanovun, onların və digər iddiaçıların nümayəndəsi və vəkili Vəkil4, İddiaçılar E.Ə.İmanovun, N.E.Hüseynovun, S.N.Qurbanovun, İddiaçı3 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil5, Cavabdeh1 MTK-nın nümayəndəsi Vəkil3, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil6, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin nümayəndəsi E.S.Nəbiyevin, 3-cü şəxs qismində cəlb edilmiş A.M.Seyidovun iştirakları ilə İddiaçılar İddiaçı4 və qeyrilərinin cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 MMC-yə, Cavabdeh3 qarşı öhdəliklərin lazımi qaydada icra edilməməsi, müqavilə üzrə hüquqların istifadəsinə yaradılmış məhdudiyyətlərin və maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi tələblərinə dair, həmçinin iddiaçılar X7 və qeyrilərinin cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 MMC-yə, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə qarşı qanunsuz tikilinin sökülməsi və s. tələblərinə dair iddia ərizələri üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı4 və qeyriləri cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 MMC-yə, Cavabdeh3 qarşı öhdəliklərin lazımi qaydada icra edilməməsi, müqavilə üzrə hüquqların istifadəsinə yaradılmış məhdudiyyətlərin və maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı7, İddiaçı6, İddiaçı5 ilə ayrı-ayrılıqda Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Belə ki, İddiaçı4 ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 1/52 saylı Müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostpoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m-dən ibarət mənzili tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 2.1-ci və 2.3-ci maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m-nin qiyməti 2400,70 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 399.000 manat təşkil etmişdir. Həmin Müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini başlandığı gündən 30 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı4 xx.xx.2020-ci il tarixində həmin mənzil üçün kooperativin xəzinəsinə 399.000 manat tam ödəniş etmiş və İddiaçı4 Cavabdeh1 MTK-yə borcu qalmamışdır. İddiaçı1 oğlu ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında da bağlanılmış xx.xx.2018-ci il tarixli, 1/028 saylı Müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostpoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 194,67 kv.m-dən ibarət mənzili tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 2.1-ci və 2.3-ci maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m-nin qiyməti 2200 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 428.274 manat təşkil etmişdir. Həmin Müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini başlandığı gündən 30 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı1 xx.xx.2020-ci il tarixində həmin mənzil üçün kooperativin xəzinəsinə Müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh1 MTK-yə borcu qalmamışdır. İddiaçı3 ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında da bağlanılmış xx.xx.2018-ci il tarixli, 5/008 saylı müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostpoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m-dən ibarət mənzili tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 2.1 və 2.3-ci maddələrində tikilən mənzilin ümüumi sahəsi 1 kv.m-nin qiyməti 2200 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 511.148 manat təşkil etmişdir. Həmin Müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini başlandığı gündən 24 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı3 xx.xx.2019-cu il tarixində həmin mənzil üçün kooperativin xəzinəsinə Müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh1 MTK-yə borcu qalmamışdır. İddiaçı7 ilə Cavabdeh1 MTK arasında da bağlanılmış xx.xx.2022-ci il tarixli, 98 saylı Müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostpoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 11 -ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 145 kv.m-dən ibarət mənzili tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 2.1 və 2.3-ci maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m-nin qiyməti 2206,90 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 320.000 manat təşkil etmişdir. Həmin Müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikintiquraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini başlandığı gündən 5 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı7 xx.xx.2022-ci il tarixində həmin mənzil üçün kooperativin xəzinəsinə Müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə borcu qalmamışdır. İddiaçı2 ilə Cavabdeh1 MTK arasında da bağlanılmış xx.xx.2017-ci il tarixli, 2/027 saylı Müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostpoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m-dən ibarət mənzili tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 2.1-ci və 2.3-ci maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m-nin qiyməti 1950 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 344.623,50 manat təşkil etmişdir. Həmin Müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini başlandığı gündən 30 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı2 xx.xx.2017-ci il tarixində həmin mənzil üçün kooperativin xəzinəsinə Müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh1 MTK-yə borcu qalmamışdır. İddiaçı5 ilə Cavabdeh1 MTK arasında da bağlanılmış xx.xx.2021-ci il tarixli, 5/H9hl saylı Müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostpoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 176 kv.m-dən ibarət mənzili tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 2.1-ci və 2.3-ci maddələrində tikilən mənzilin ümüumi sahəsi 1 kv.m-nin qiyməti 2273.29 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 400.099 manat təşkil etmişdir. Həmin Müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcının aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini başlandığı gündən 30 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı2 xx.xx.2021-ci il tarixində həmin mənzil üçün kooperativin xəzinəsinə Müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh1 MTK-yə borcu qalmamışdır. İddiaçı6 ilə Cavabdeh1 MTK arasında da bağlanılmış xx.xx.2017-ci il tarixli, 26 saylı və xx.xx.2017-ci il tarixli, 1/05 saylı Müqavilələrə əsasən, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostpoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 221,35 kv.m-dən ibarət mənzili tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilələrin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. xx.xx.2017-ci il tarixli, 1/05 saylı Müqavilənin 3.1-ci və 3.2-ci maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m-nin qiyməti 1600 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 80.000 manat təşkil etmişdir. xx.xx.2017-ci il tarixli, 26 saylı Müqavilənin 2.2.5-ci maddəsinə əsasən yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi tamamlandığı gündən sonra tikinti işlərini 24 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı6 xx.xx.2017-ci il tarixində həmin mənzil üçün kooperativin xəzinəsinə Müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh1 MTK-yə borcu qalmamışdır. Cavabdeh olan Cavabdeh1 MTK mənzilləri iddiaçılara satarkən həmin inşa ediləcək binanın Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 3/10-497 saylı layihəsi ilə, eyni zamanda həmin binanın girişlərinin və həyətyanı sahəsinin maket və reklam (broşur) təsvirləri ilə tanış edərkən həmin layihədə və broşurlarda binanın bloklarının girişlərinin həyətyanı istiqamətdə olması, binanın həyətyanı sahəsinin qapalı tipdə və ərazidə hər hansı tikintinin olmaması nəzərdə tutulmuş, bu səbəbdən iddiaçılar cavabdehlə razılaşaraq yuxarıda qeyd olunan alqı-satqı müqavilələri əsasında mənzilləri almışlar. Lakin Cavabdeh1 MTK müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini lazımı qaydada icra etməyərək inşa edilmiş binada şəhərsalma və tikinti normalarının pozuntusuna yol vermişdir. İlk öndə qeyd etmək istəyirlər ki, Cavabdeh1 MTK çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişini bağlamış, həmin blokun 1-ci mərtəbəsini binanın blokunda olan mülkiyyətçilərinin ümumi mülkiyyətində olan sahənin istifadəsini məhdudlaşdırmaqla, həmin hissəyə binanın bütün mülkiyyətçilərinin pilləkən vasitəsilə girişini qadağan etmiş, çoxməzilli binanın mülkiyyətçilərin yanğın təhlükəsizliyi ilə bağlı pilləkən vasitəsilə təxliyyə olunması məhdudlaşdırılmış və qeyri-qanuni əməllər nəticəsində binanın 1-ci mərtəbəsinin pilləkən və pilləkən meydançasından istifadəni tam qapadaraq Şəhərsalma və Tikinti normalarının, X2 Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası X1 kobud pozuntusuna yol vermişdir. Bundan başqa bildirmək istəyirlər ki, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində binanın rəsmi dövlət orqanları tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazəsi olmayan 2 mərtəbəni əhatə edən qanunsuz dəmir tikili tikilmişdir. Həmin qanunsuz tikilinin tikilməsinin MTK tərəfindən orada kommersiya fəaliyyəti göstərəcək şəxsə - Cavabdeh3 icazə verildiyi bildirilmiş, bundan sonra həmin şəxs qeyd olunan qanunsuz tikilini tikmiş, bu qanunsuz tikilinin həmin şəxsin obyektinin motorxanasının yeri kimi fəaliyyətinin olacağı bildirilmişdir. Qeyd olunan qanunsuz tikilinin binanın həyətində mövcud olması və fəaliyyət göstərməsi də Şəhərsalma və Tikinti normalarının, X2 Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası X1 kobud pozuntusu deməkdir və cavabdeh qanunvericiliyə zidd davranışları davam etdirməkdə israrlıdır. Çoxmənzilli yaşayış binasının 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində 3 bloku birləşdirən, layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikilən eyvan tipli tikililər mövcuddur. Qeyd olunan qanunsuz tikilinin binanın həyətində mövcud olması və fəaliyyət göstərməsi də Şəhərsalma və Tikinti normalarının kobud şəkildə pozulması deməkdir. Eyni zamanda qeyd etmək istəyirlər ki, 3-cü blokun qarşısından olan həyətyanı sahədən yeraltı qaraja layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan pilləkənli keçid (yol) açılmışdır. Qeyd edirlər ki, binanın həyətində qeyd olunan yeraltı qaraja keçidin mövcud olması birbaşa sakinlər üçün real təhlükə yaradır və Şəhərsalma və Tikinti normalarının kobud şəkildə pozulması deməkdir. Bundan başqa bildirmək istəyirlər ki,çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, “Pilot Residence MTK tərəfindən təxminən 600- 800 kv.m. sahəni əhatə edən ərazidə həmin binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili tikilmişdir, halhazırda Cavabdeh2 MMC-yə heç bir hüquq olmadan icarəyə verilən qanunsuz tikilidə faktiki etibarsız olan icarə müqaviləsi əsasında Cavabdeh2 MMC fəaliyyət göstərir və qeyd olunan qanunsuz tikilidə fəaliyyət göstərən Cavabdeh2 MMC-nin fəaliyyəti bina sakinlərinin binadan və binanın layihə üzrə göstərilən həyətindən normal istifadəsi üçün problem yaradır. Həm Cavabdeh1 MTK, həm də Cavabdeh2 MMC faktiki sakinlərə məxsus olan, onların layihəyə əsasən istifadə edə biləcəyi binanın həyətini qanunsuz şəkildə istifadə edərək qanunsuz gəlir əldə edirlər. Qeyd olunan qanunsuz tikilinin binanın həyətində mövcud olması və fəaliyyət göstərməsi də Şəhərsalma və Tikinti normalarının pozuntusudur. Cavabdeh1 MTK-nın binanın təsdiq edilmiş layihədən kənar özbaşına qanunsuz tikililər tikməsi, qanunsuzluqlar etməsi, sakinlərin hüquqlarını kobud surətdə pozması birinci dəfə deyil, bundan əvvəldə olmuş, Səbail rayon Məhkəməsinin qərardadı ilə (e- 16(009)-4/2022 saylı, xx.xx.2022) sökülmüşdür və Cavabdeh1 MTK barışıq sazişi bağlayaraq (Səbail rayon Məhkəməsinin e-2(009)-2014/2022 saylı, xx.xx.2022 tarixli qərardadı) dolayısı ilə etdiyi qanunsuzluqları qəbul etmişdir. Lakin Cavabdeh1 MTK bu qanunsuzluqlara dayanmadan davam edir, sakinlari daim aldadır, hüquqlarını pozur, eyni zamanda qanunvericilik normalarını və tələblərini qərəzli şəkildə öz əməlləri ilə inkar edir. Özbaşına olması iddia olunan tikilinin sökülməsi ilə bağlı iddianı irəli sürmək hüququ (subyektiv hüququ) yalnız həmin tikilinin inşası nəticəsində hüquq və mənafeləri pozulan şəxsə, habelə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Göstərilənləri nəzərə alaraq iddiaçılar Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh1 çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin 3-cü blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrin (köçürmə yollarının (təxliyyə) pilləkən və pilləkən meydançasının hissəsinin) ümumi istifadəsinə qaytarılması, həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələrin və məhdudiyyətlərin cavabdehlərin öz maliyyə vəsaiti hesabına aradan qaldırılması, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində layihədə göstərilməyən və heç bir rəsmi icazəsi olmayan qanunsuz tikilinin (orada fəaliyyət göstərəcək kommersiya qurumunun motorxanası üçün MTK tərəfindən icazə verilən iki mərtəbəni əhatə edən dəmirtikili) sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikilən eyvan tipli tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokun qarşısında olan həyətyanı sahədən yeraltı qaraja layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan pilləkənli keçidin bağlanması və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, təxminən 600-800 kv.m. sahəni əhatə edən və layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan hal-hazırda Cavabdeh2 MMC-yə icarəyə verilən qanunsuz tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin cavabdehlərin öz maliyyə vəsaiti hesabına bərpa edilməsi və dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar X19, X11 və X20 cavabdehlər Cavabdeh1 MTK-yə, Cavabdeh2 MMC-yə, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə qarşı qanunsuz tikilinin sökülməsi və s. tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, onlar təxminən 5-7 ildir ki, ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilmiş bina(lar)da yaşayırlar və mənzillər üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Binanın həyətində layihəyə uyğun olaraq şəhərin ekoloji sağlamlığı baxımından və sakinlərin asudə vaxtlarında istirahəti üçün “yaşıl bağ” sahəsi salınmalı olduğu halda Cavabdeh1 MTK tərəfindən hündürmərtəbəli binanın həyətinin düz ortasında böyük hissəsi tutan və təhlükəsizlik qaydalarına riayət olunmadan, guya gələcəkdə tikilməli olacaq hansısa restoran üçün nəzərdə tutulmuş havalandırma sistemi, kondisioner, digər avadanlıqlar üçün dəmir konstruksiya ilə hasara alınmış “istehkam” qurulmuşdur. Halbuki, həmin dəmir konstruksiya binanın layihəsində nəzərdə tutulmamışdır, hazırda və gələcəkdə onların və uşaqları üçün böyük təhlükə qurulmuş avadanlıqların səs-küyü, ekoloji çirklənmə, təhlükəsiz işləmə və s.) yaradır. Belə ki, onsuz da zəbt olunmuş balaca həyətdə bu qurğu yaşlı insanlar, uşaqlar və qadınlar üçün əlavə risk mənbəyidir. Bundan başqa, layihədə nəzərdə tutulan ümumi istifadədə olan həyətin binanın 5-ci bloku tərəfindən zəbt edilərək qeyri-yaşayış sahəsinə birləşdirilmiş və təxminən 400-500 kv.m. həyətyanı sahə tikilərək Cavabdeh2 MMC-yə icarəyə verilmişdir. İş icraçısı Babək adlı şəxs tikdiyi binaya pul verib alan sakinlərə bu formada zülm verməkdədir. Cavabdeh2 MMC kimi bir şirkətdə belə qanunsuzluqları görməzdən gəlir. Bunların fikri yalnız pul qazanmaqdan ibarətdir. İnsan həyatı bunlar üçün rol oynamır. Bununla yanaşı binanın 3-cü blokunun pilləkəna giriş hissəsi tam bağlanılaraq orada olan qeyri-yaşayış sahəsinə birləşdirilməklə MTK tərəfindən icarəyə verilmişdir. Bununla da maddi maraqlar ön plana çəkilərək sakinlərin həmin hissədən binadakı mənzillərinə rahat şəkildə giriş-çıxışı bilərəkdən məhdudlaşdırılmışdır. Hal-hazırda onlar 3-cü bloka giriş çıxışlarını 4-cü blok vasitəsilə edirlər. 3-cü blokda hər hansı bir yanğın təhlükəsi olarsa və ya hər hansısa təbii fəlakət gələrsə onların binadan çıxmaq üçün olan yeganə giriş çıxışları yoxdur. Həmçinin binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən iki qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz birləşdirici asma körpü inşa edilmişdir ki, bu da layihədə nəzərdə tutulmamışdır. Həmin körpünün heç bir dayağı yoxdur və altından keçən piyadalar üçün yüksək təhlükə törətməkdədir. Onlar hər gün oradan gedib gələrkən istifadə edirlər və onların azyaşlı övladları o yoldan istifadə edir, oradan məktəbə gedib-gəlirlər. Həmin yolun düz üstündən heç bir tikinti qaydalarına uyğun olmayan körpü salınaraq layihədə giriş-çıxışı içəri tərəfdən nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə yoldan giriş-çıxış qoyulmuşdur. Bu artıq özbaşınalığın pik həddidir. Onu da qeyd edirlər ki, buna qədər sakinlərin şikayəti əsasında həmin hissədə qanunsuz quraşdırılmış analoji körpü sökülsə də, MTK hazırda fəaliyyət göstərən körpüyə dair heç bir tədbir görməmişdir. Belə ki, həmin körpü dedikləri qanunsuz və təhlükə mənbəyi olan tikilidən yan-yana bir ədəd də var idi. Onu gəlib MKİS və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarının iştirakı ilə sökülmüşdür. Keçən il bundan qabaq 5-ci blokun bağlanması halı olmuş və orada da indiki kimi bloka giriş-çıxış bağlanmışdır. Səbail rayon Məhkəməsinin qərarı ilə həmin sahə açılmış və sakinlər öz bloklarından rahat istifadə edirlər. İş icraçısı olan Babək adlı şəxs bundan əvvəlki məhkəmə proseslərindən sonra qanunsuz hərəkətlərini saxlamış, ancaq son günlərdə tikinti işlərini yenidən bərpa etmişdir. Göründüyü kimi "xxxx" MTK ölkə qanunlarının ziddinə olaraq öz qanunsuz əməli fəaliyyətini davam etdirir. Bu səbəbdən də hüquqlarının müdafiəsi məqsədilə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq iddiaçılar Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh1 MTK-ya çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin 3-cü blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin əvvəlki layihəyə uyğun olaraq bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrin (köçürmə yollarının (təxliyyə), lift, pilləkən və pilləkən meydançasının hissəsinin) ümumi istifadəsinə qaytarılması və həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələrin və məhdudiyyətlərin cavabdehin öz maliyyə vəsaiti hesabına aradan qaldırılması, binanın həyətində qanunsuz quraşdırılmış dəmir konstruksiya və havalandırma sistemlərinin cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi, binanın həyətində tikilmiş qanunsuz tikilinin sökülməsi, binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Səbail rayon Məhkəməsinin 2(009)-2183/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar X8 və qeyrilərinin cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MMC, Səbail rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı qanunsuz tikilinin sökülməsi və s. tələbinə dair e-2(009)-2183/2023 saylı mülki iş məhkəmənin icraatında olan iddiaçılar İddiaçı4 və qeyrilərinin cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MMC, Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələblərinə dair e-2(009)-939/2022 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı4 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı6 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı X19 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçıların nümayəndəsi və vəkili Vəkil4 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıların nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehlərin nümayəndəsinin məhkəmə iclasında gətirdiyi dəllilər əsassızdır. Məhkəmə iclasında da rəy vermiş ekspert göstərmişdir ki, mübahisə predmeti olan bütün qanunsuz tikililərin mövcudluğu bina sakinlərinin mənafeyinə və hüquqlarına toxunur, onların belə tələblə çıxış etməyə subyektiv hüququ var. Tikililər hər hansı dövlət təşkilatı ilə razılaşdırmamışdır, buna görə də qanunsuzdur, məhkəməyə bununla əlaqədar sübutlar təqdim edilmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçılar S.N.Qurbanovun, E.Ə.İmanovun, N.E.Hüseynovun, İddiaçı3 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil5 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 MTK-nın nümayəndəsi Vəkil3 iddiaları qəbul etməyərək və iddialara qarşı yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, hər hansı bir görülmüş işin və ya fəaliyyətin 2017-ci il layihəsindən fərqli olması və ya həmin layihədə nəzərdə tutulmaması onun qanunsuz olması demək deyildir. İş üzrə verilmiş ekspert rəyi iddianın əsaslı olmasını təsdiq etmir. Belə ki, ekspert görülmüş işlərin qanuna zidd olduğunu təsdiq etməmişdir. Ekspert qarşısında qoyulmuş 1-ci sualla bağlı bildirir ki, görülmüş işlər sakinlərə mane (məhdudiyyət) yaradır. Ekspert qarşısında qoyulmuş 2-ci, 3-cü və 4-cü suallardakı göstərilən işlərin iddiaçıların hüquqlarının məhdudlaşdırılıb-məhdudlaşdırmaması ilə bağlı isə qeyd edir ki, bu ekspertin səlahiyyətinə aid deyildir. Halbuki, ekspert məhdudiyyətlə bağlı 1-ci suala müsbət cavab vermişdir. Analoji dörd halla (məhdudiyyətlərin qiymətləndirilməsi) bağlı rəydə fərqli yanaşmanın olması iki nəticədən birini çıxarmağa əsas verir: ekspert sonrakı 3 məsələyə münasibətdə səlahiyyətsizdirsə, deməli birinci məsələ üzrə də səlahiyyətli deyil. Yox, əgər birinci məsələ üzrə özünü səlahiyyətli bilib mane yaradıldığını bildirirsə, sonrakı üç halla bağlı mane yaradıldığını bildirmirsə, deməli həmin 3 halla bağlı mane mövcud deyil, olsa idi ekspert təsdiq edərdi. Birinci sualla bağlı qərardadda 3-cü blokun girişində görülmüş işlərin orada yaşayan sakinlərə mane yaradıb-yaratmaması sualında söhbət məhz 3-cü blokda yaşayan sakinlərdən gedir. İddiaçıların heç biri həmin blokda yaşamır, yəni bu məsələ ilə bağlı subyektiv hüququna malik deyildir. Yanğın təhlükəsizliyi qaydalarına əməl edilib-edilməməsinə nəzarət, edilməməsi halında tədbir görülməsi isə müvafiq icra hakimiyyəti orqanının (Fövqəladə Hallar Nazirliyi) səlahiyyətindədir. Subyektiv hüququna toxunulmayan şəxslərin bu mülki-prosessual iddia icraatı qaydasında qaldırması qanunla müəyyən edilmiş icraat deyildir. Ekspert rəy verərkən mübahisəli binanın yerləşdiyi ərazi üzrə 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılmış əlavə və dəyişiklik layihəsini nəzərə almamış, yalnız 2017-ci il layihəsinə istinad etmişdir. Halbuki, həmin 2019-cu il layihəsi də ekspert əraziyə baxış keçirdənə və rəy verənədək təqdim edilmiş və iş materiallarında vardır. İddiaçılar 2017-ci il layihəsinə istinad edir, halbuki binanın yerləşdiyi ərazi üzrə 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılmış əlavə və dəyişiklik layihəsi vardır və işlər həmin layihəyə uyğundur. İddiaçılar həmin layihənin 2017-ci il layihəsinin təsdiq edildiyi dövlət orqanlarının hamısı ilə razılaşdırılmadığına istinad edərək onun guya mötəbər olmadığını israrla bildirir. Bununla əlaqədar bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi” Qaydalarının 1.4-1-ci maddəsinə əsasən, tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün tikintiyə icazə icraatı ilə bağlı təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmur. Görülmüş işlərin böyük hissəsi binanın tikinti sahəsini təşkil etməyən hissəsində icra edilmişdir. Yəni həmin işlərin görülməsinin 2017-ci il layihəsinin razılaşdırıldığı bütün dövlət orqanları ilə razılaşdırılması qanunvericiliklə tələb edilmir. “Binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi” iddia tələbi həm də ona görə əsassızdır ki, həmin iş (körpü) Bakı şəhəri Səbail İcra Hakimiyyəti ilə razılaşdırılaraq, 2023-cü il noyabrın 02-də onlar tərəfindən təsdiq edilmişdir. Cavabdehin nümayəndəsi hər 2 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddiaya dair izahat verməmiş, bunu məhkəmə iclasının təxirə salınması ilə bağlı vəsatətinin təmin edilməməsi ilə əlaqədar olduğunu bildirmiş, lakin məhkəməyə təqdim etdiyi yazılı etirazda göstərmişdir ki, iddiaçılar İddiaçı4, X12, İddiaçı3, X13, İddiaçı6 və İddiaçı5 tərəfindən cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı “Öhdəliklərin lazımı qaydada icra edilməməsi, müqavilə üzrə hüquqların istifadəsinə yaradılmış məhdudiyyətlərin və manelərin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddia tələbinin Cavabdeh3 aid hissəsi sonuncuya məxsus olan Cavabdeh1 MTK-nın inşa etdiyi Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 3-cü girişində olan qeyri-yaşayış sahəsi ilə bağlıdır. Belə ki, 3-cü girişin sağ tərəfindən həmin qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulmuş havalandırma sisteminin istixanası və motorxanası üçün dəmir kostruksiyadan ibarət qoruyucu hissə quraşdırılmışdır. Bundan başqa, iddiaçıların tələb etdikləri yanğın çıxışı bərpa olunması da həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 3-cü girişdə nəzərdə tutulmalı olan bir tələbdir. Bildirmək istəyir ki, iddiaçıların Cavabdeh3 ilə bağlı iddia tələbləri tamamilə əsassızdır. Belə ki, Cavabdeh3 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Alqı-satqı” müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsindəki və 2-ci girişinin 2-ci mərtəbəsindəki qeyri-yaşayış sahələri, xx.xx.2019-cu il tarixli “Alqı-satqı” müqaviləsinə əsasən həmin yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi, həmçinin xx.xx.2021-ci il tarixli “Alqı-satqı” müqaviləsinə əsasən həmin yaşayış binasının 3-cü girişinin 1-ci mərtəbəsində və 3-cü girişinin 2-ci mərtəbəsindəki qeyri-yaşayış sahələri tam ödəniş həyata keçirilməklə Cavabdeh3 satılmışdır. Bundan başqa, həmin yaşayış binasının 3-cü girişinin sağ tərəfindən qeyd olunan qeyri-yaşayış sahələrində fəaliyyəti nəzərdə tutulan ictimai iaşə xidməti ilə bağlı tələb olunan havalandırma sisteminin istixanası və motorxanası üçün quraşdırılmalı olan dəmir konstruksiya üçün nəzərdə tutulmuş sahə də Cavabdeh1 MTK ilə və müvafiq qurumlarla razılaşdırılmışdır. Belə olan halda, iddiaçıların belə bir tələbi dolayı yolla mülkiyyətçinin öz mülkiyyətindən istifadə hüququnu məhdudlaşdırmaq hesab olunmalıdır. Həmçinin, iddiaçıların tələb etdiyi yanğın çıxışının bərpa olunması da Cavabdeh3 mülkiyyətindən istifadə hüququnun məhdudlaşdırılması hesab olunmalı, eyni zamanda tikinti və təhlükəsizlik normalarının tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh3 satılmış yaşayış binasının 3-cü girişindəki 1-ci və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin inşası Cavabdeh1 MTK tərəfindən ona verilmiş layihə əsasında inşa edilmişdir. Cavabdeh3 öz təşəbbüsü ilə hər hansı layihə əldə etməmişdir və dəmir-beton konstrukisyasının qurulmasını həyata keçirməmişdir. Ona təqdim olunmuş layihə əsasında qeyriyaşayış sahəsini satın almışdır. Yəni, Cavabdeh3 sakinlərə məxsus olan və ya ümumi istifadədə olan hər hansı girişi bağlamamışdır və Cavabdeh1 MTK tərəfindən ona təqdim olunmuş layihə üzrə qeyri-yaşayış sahəsini hazırki vəziyyətdə satın almışdır. Bundan başqa, yaşayış binasının layihəsinə və real tikintiyə nəzər salındıqda görünür ki, iddiaçıların tələb etdiyi yanğın çıxışının Cavabdeh3 məxsus qeyri-yaşayış sahəsinin içərisindən açılması qeyri-mümkündür. Çünki, belə bir çıxışın açılması üçün yaşayış binasının layihə üzrə daşıyıcı kolonları sökülməlidir. Bu da yaşayış binasının bünövrəsinin zərər görməsinə səbəb olacaqdır. Belə söküntünün həyata keçirilməsinə səlahiyyətli dövlət orqanlarının da razılıq verməsi qeyri-mümkündür. Həmçinin, belə bir söküntünün həyata keçiriləcəyi təqdirdə yaşayış binasının təhlükə ilə üzləşəcəyi üçün, digər sakinlərin və mülkiyyətçilərin də razılığı alınmalı və onlar da məlumatlandırılmalıdırlar. Çünki, belə söküntünün həyata keçiriləcəyi təqdirdə digər sakinlərin və mülkiyyətçilərin həmin yaşayış binasında, təhlükəli bir vəziyyətdə yaşamaq istədiklərinin olması belə şübhə altındadır. Göründüyü kimi, bir neçə iddiaçının yaşayış binasında belə təhlükəli bir tələblərinin olması subyektiv və qərəzli yanaşma hesab olunmalıdır. Belə bir söküntü Cavabdeh3 üçün də mülkiyyətçi kimi arzuolunmaz bir haldır. Çünki, həmin qeyri-yaşayış sahəsi nəzərdə tutulmuş ictimai iaşə üçün yararsız vəziyyətə düşəcəkdir, həm də təhlükəli vəziyyətdə olan yaşayış binasında qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmaq istəyindən imtina etmək məcburiyyətində qalacaqdır. Bundan başqa, layihəyə və real tikintiyə nəzərə salındıqda görünür ki, Cavabdeh1 MTK tərəfindən layihə tam olaraq icra olunmamışdır. Belə ki, layihə üzrə MTK yaşayış binasının 3-cü girişin bir başa həyatə və dayanacağa çıxışını təmin edəcək əlavə pilləkən tikintisi aparmalı idi. İddiaçıların yanğın çıxışı tələbləri də bu pilləkənin inşası ilə tam təmin olunmuş olacaqdı. Əgər qeyd olunan pilləkən inşa olunsa həm iddiaçıların tələbləri təmin olunmuş olar, həm də yaşayış binası təhlükəli söküntüyə məruz qalmaz. Eyni zamanda, 3-cü girişin sağ tərəfində quraşdırılmış dəmir konstruksiyanın da iddiaçılara və yaşayış binasının sakinlərinə hər hansı maneələr yaratması mümkün deyildir. Əksinə qeyri- yaşayış sahəsinin təyinatı üzrə istifadəsi zamanı yaranacaq hər hansı xoşagəlməz tüstünün həyətyanı sahəyə buraxılmaması və həmin konstruksiyada quraşdırılacaq havalandırma sistemi vasitəsilə uzaqlaşdırılması sakinlər üçün də arzuolunan bir haldır. Göründüyü kimi, bir neçə iddiaçının yaşayış binasında belə təhlükəli bir tələblərinin olması subyektiv və qərəzli yanaşma hesab olunmalıdır. Qeyd olunanlardan göründüyü kimi, hazırki iddia üzrə Cavabdeh3 ilə bağlı iddiaçıların tələbi əsassızdır, mülki və tikinti ilə bağlı qanunvericiliyin tələblərinə zidd olduğu üçün, həmin hissədə iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 154-cü maddəsinə əsasən işdə iştirak edən tərəf iddiaya qarşı etirazını əlavə olunmuş sənədlərlə birlikdə məhkəməyə təqdim etməyə haqlıdır. Məhkəmə iclasında izahatı alınmış müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil6 yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, iddiaçılar X19, X11 və qeyrilərinin iddia ərizələrində göstərdikləri ilk 3 tələbə münasibət bildirmədən qeyd etmək istəyir ki, onların iddi tələbinin 4 hissəsi birbaşa hüquqlarını müdafiə etdiyi Maraqlı şəxs maraqlarına toxunur. Belə ki, Cavabdeh1 MTK ilə Maraqlı şəxs arasında bağlanmış “Çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair” QY-06/04-01 nömrəli Müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostopoviçlər və Nizami küçələrinin kəsişməsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 4cü girişinin 2-ci mərtəbəsində yerləşən 412,81 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsi haqqı tam ödənildikdən sonra Maraqlı şəxs satılmışdır.Digər tərəfdən bildirir ki, Cavabdeh1 MTK-yə qarşı iddia ərizəsi verərək digər tələblərlə yanaşı kooperativ tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində yerləşən məhəllədə inşa edilmiş 5 girişdən ibarət yeni çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs mülkiyyətində olan 412,81 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə Nizami küçəsi istiqamətindən girişin təmin edilməsinə və həmin istiqamətdə 3 ədəd körpünün inşa edilməsinə dair Plan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Yəni həmin körpülər iddiaçıların öz iddia ərizələrində qeyd etdikləri kimi qanunsuz deyil və tam əsaslı olaraq inşa edilmişdirlər. Beləliklə hesab edir ki, iddiaçıların iddia ərizəsinin 4-cü hissəsi, yəni “binanın arxa tərəfində ikinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini” əsassızdır və o, təmin edilə bilməz. Nümayəndə iddiaçılar X7, X3 və qeyrilərinin iddia ərizələrinin “4. Binanın arxa tərəfində ikinci mərtəbədə yerləşən qeyriyaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi” hissəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin nümayəndəsi X23 izahatında göstərmişdir ki, dəfələrlə sakinlərin etdiyi yazılı müraciəti əsasında həmin binada olmuşlar, X1 pozulması halı aşkara çıxarılmış, müvafiq inzibati protokol tərtib edilmiş, bununla bağlı sakinlərə yazılı cavab verilmişdir. Layihə sənədləri tərtib edilərkən müvafiq icra qurumlarından razılıqlar alınmalıdır. Məhkəmə iclasında 3-cü şəxs qismində cəlb edilmiş X14 göstərmişdir ki, MTK tərəfindən qanunsuz inşa edilən tikililər onların hüquqlarını kobud şəkildə pozur, sahələrdən sərbəst istifadə etməyə maneçilik törədir. Vəsatət əsasında məhkəməyə dəvət edilmiş ekspert X9 izahatında göstərmişdir ki, ekspert qarşısına qoyulan suallara verilən 2-ci və 3-cü cavablardakı halların, yəni 850 kv.m. tikilinin və eyvan tipli tikilinin sakinlərin hüquqlarına toxunma halına qiymət verilməsi onun səlahiyyətinə aid olmamış hüquqi məsələdir. Lakin həmin tikililərin mövcud olması keçidin daralmasına, bununla da sakinlərin gediş-gəlişinin məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2 MMC-nin nümayəndələri, Səbail rayon İcra Hakimiyyətinin və cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində İddiaçı5 arasında bağlanılmış Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 5/H9h1 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 176 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 2273,29 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 400.099 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün “Alıcı” 400.099 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “İstismara qəbul Aktı”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ). İş üzrə Cavabdeh1 MTK tərəfindən İddiaçı5 verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, o, 5/H9h1 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTKnın Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 5-ci girişində 9-cu mərtəbəsində ümumi sahəsi 176 kv.m. olan mənzilə görə kooperativin xəzinəsinə tam ödəniş etmişdir. İş üzrə “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində X15 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 1/52 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 2400,70 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 399.000 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün “Alıcı” 399.000 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihəsmeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “İstismara qəbul Aktı”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ). İş üzrə Cavabdeh1 MTK tərəfindən X10 verilmiş maliyyə arayışın surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixli 1/52 nömrəli müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 9-cu mərtəbəsində yerləşən sahəsi 166,2 kv.m. ibarət mənzil hissəsinə görə xx.xx.2020-ci il tarixdə şirkətin xəzinəsinə 399.000 manat ödəniş etmişdir. Borcu tam ödənilərək bağlanmış və şirkət qarşısında heç bir öhdəliyi qalmamışdır. İş üzrə “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində İddiaçı2 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 2/027 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 1950 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 344.623,50 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün “Alıcı” 344.623,50 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihəsmeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “İstismara qəbul Aktı”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ). İş üzrə Cavabdeh1 MTK tərəfindən İddiaçı2 verilmiş maliyyə arayışın surətindən görünür ki, o, Cavabdeh1 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m.-dən ibarət mənzil üçün 50.000 manat məbləğində kooperativin xəzinəsinə xx.xx.2017-ci il tarixdə ödəniş keçirmişdir. İş üzrə “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində İddiaçı1 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 1/028 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 194,67 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 2200 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 428.724 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün ilkin ödəniş kimi “Alıcı” 213.400 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). Ümumi dəyərinin qalan hissəsi xx.xx.2018-ci il tarixdən başlayaraq 12 ay ərzində, hər ayın 29-dan gec olmayaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Aylıq ödəniş qrafiki”ndə şərtləndirilmiş qaydada “Alıcı” tərəfindən ödənilməlidir (bənd 3.2). “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “İstismara qəbul Aktı”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ). İş üzrə Cavabdeh1 MTK tərəfindən X5 verilmiş maliyyə arayışın surətindən görünür ki, o, xx.xx.2018-ci il tarixli 1/028 nömrəli müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında sahəsi 194,67 kv.m. ibarət mənzil hissəsinə görə xx.xx.2018-ci il tarixə heç bir öhdəliyi qalmamışdır, borcu tam ödənilərək bağlanmışdır. İş üzrə “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində İddiaçı3 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 5/008-4 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 2200 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 511.148 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün ilkin ödəniş kimi “Alıcı” 90.000 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). Ümumi dəyərinin qalan hissəsi xx.xx.2018-ci il tarixdən başlayaraq 12 ay ərzində, hər ayın 01-dən gec olmayaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Aylıq ödəniş qrafiki”ndə şərtləndirilmiş qaydada “Alıcı” tərəfindən ödənilməlidir (bənd 3.2). “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “İstismara qəbul Aktı”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ). İş üzrə Cavabdeh1 MTK tərəfindən İddiaçı3 verilmiş maliyyə arayışın surətindən görünür ki, o, xx.xx.2018-ci il tarixli 5/008-4 nömrəli müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzili yaşayış binasının beşinci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m. ibarət mənzil hissəsi üçün kooperativin xəzinəsinə xx.xx.2019-cu il tarixdə tam ödəniş olunmuşdur və kooperativə heç bir borcu qalmamışdır. İş üzrə “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində İddiaçı7 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 98 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 11-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 145 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 2206,90 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 320.000 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün ilkin ödəniş kimi “Alıcı” 120.000 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). İlkin ödəniş edildikdən sonra, ümumi dəyərinin qalan hissəsi növbəti ayın başlayaraq 12 ay ərzində, hər ayın 1-dən gec olmayaraq, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Aylıq ödəniş qrafiki”ndə şərtləndirilmiş qaydada “Alıcı” tərəfindən ödənilməlidir (bənd 3.2). “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “İstismara qəbul Aktı”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ). İş üzrə Cavabdeh1 MTK tərəfindən İddiaçı7 verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixli 98 nömrəli müqaviləyə əsasən Cavabdeh1 MTK-nın Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 11-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 145 kv.m. ibarət olan mənzil hissəsi üçün kooperativin xəzinəsinə heç bir borcu yoxdur. İş üzrə “Podratçı” qismində Cavabdeh1 MTK ilə “Sifarişçi” qismində İddiaçı6 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında mənzil hissəsinin tikintisi haqqında 1/05 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləsinin surətinə əsasən “Sifarişçi”nin çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində, sahəsi 50,00 kv.m.-dən ibarət mənzilin hissəsini tikib “Sifarişçi”yə təhvil verilməsinə, “Sifarişçi” isə öz növbəsində tikilən mənzil hissəsini qəbul etməsinə və həmin mənzil hissəsinin haqqını bu Müqaviləsinin şərtlərinə uyğun şəkildə ödəməsinə dair üzərlərinə öhdəliklər götürmüşlər (bənd 1.1). Bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin hissəsi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, “Müqavilə No26” ilə “Sifarişçi”nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 160,00 kv.m-dən ibarət təmirsiz mənzil ümumilikdə 221,35 kv.m-dən ibarət olmaqla 4 otaqdan və köməkçi sahələrdən ibarətdir (bənd 1.2). “Podratçı” bu Müqavilədə göstərilən şərtlər daxilində qeyd edilən mənzili – elektrik və qaz xətlərinin mənzilin girəcəyinə qədər, su və kanalizasiya xəttlərinin mənzilin şaxtasına kimi təmin etməklə, otaqlarda və eyvanlarda plastik pəncərə və plastik qapılar olmaqla (daxili qapılar istisna olmaq şərti ilə) həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tikinti işlərini başa çatdıraraq natura şəklində “Sifarişçi”yə təhvil verir (bənd 2.1). Tikilən mənzilin ümumi sahəsinin oxdan-oxa 1 kv.m-nin qiyməti 1600 manat müəyyən edilmişdir (bənd 3.1). Müqavilə üzrə nəzərdə tutulmuş mənzil hissəsinin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 80.000 manat təşkil etmişdir (bənd 3.2). “Sifarişçi” mənzil hissəsinin 80.000 manat olmaqla tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 4.1). “Podratçı”nın layihə-smeta sənədlərinin hazırlanmasını və müvafiq qaydada təsdiq edilməsini təmin etmək vəzifələrinə daxil edilmişdir (bənd 6.2.1). İş üzrə “Podratçı” qismində Cavabdeh1 MTK ilə “Sifarişçi” qismində İddiaçı6 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında qaraj tikintisi haqqında 03 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləsinin surətinə əsasən “Sifarişçi”nin çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında 2 ədəd qaraj tikib “Sifarişçi”yə təhvil verilməsinə, “Sifarişçi” isə öz növbəsində onun sifarişi ilə tikilən qarajı qəbul etməsinə və həmin qarajın haqqını bu Müqaviləsinin şərtlərinə uyğun şəkildə ödəməsinə dair üzərlərinə öhdəliklər götürmüşlər (bənd 1.1). “Podratçı” bu Müqavilədə göstərilən şərtlər daxilində qeyd edilən qarajı həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tikinti işlərini başa çatdıraraq natura şəklində “Sifarişçi”yə təhvil verir (bənd 2.1). Müqavilə üzrə nəzərdə tutulmuş 2 ədəd qarajın qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 60.000 manat təşkil etmişdir (bənd 3.1). “Sifarişçi” qarajın haqqını 60.000 manat olmaqla tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 4.1). “Podratçı”nın layihə-smeta sənədlərinin hazırlanmasını və müvafiq qaydada təsdiq edilməsini təmin etmək vəzifələrinə daxil edilmişdir (bənd 6.2.1). İş üzrə “Tikinti Şirkəti” qismində Cavabdeh1 MTK ilə “Əmlak Mülkiyyətçisi” qismində İddiaçı6 arasında bağlanmış 26 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləsinin surətinə əsasən “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat və **********36- 05101-093010 reyestri nömrəsi ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarış ilə öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112,97 kv.m-dən ibarət mənzili sökülmək üçün Cavabdeh1 MTK-nə təhvil verməyi, bu Müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür (bənd 1.1). Bu müqavilənin 1.1.3 bəndində göstərilən müddəalar üstün olmaq şərti ilə “Tikinti şirkəti” ünvan 2 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan mənzilin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 7-ci mərtəbəsində 136,00 kv.m.dən ibarət təmirli mənzilləri “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür (bənd 1.1.2). “Əmlak mülkiyyətçisi” onun mülkiyyətinə verilməməsi nəzərdə tutulmuş təmirli mənzilin təmirindən imtina edir. “Tikinti şirəkti” təmir üçün nəzərdə tutulmuş 1 kv.m. üzrə 300,0 manat olmaqla 136,0 kv.m. x 300,0 manat = 40.800,0 manat məbləğində pulun əvəzi olaraq həmin mənzilə əlavə edilməsi şərti ilə daha 40.800,0 / 1.700,0 = 24,0 kv.m.-dən ibarət sahəni və ümumilikdə 160,00 kv.m-dən ibarət təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi üzərinə götürür (bənd 1.1.3). “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırdıqdan və “Əmla mülkiyyətçisi”nə bu barədə yazılı məlumat verildikdən sonra növbəti 5 ay da daxil olmaqla onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə xx.xx.2017-ci il tarixindən başlayaraq “Əmlak mülkiyyətçisi”nə aylıq 700,0 manat məbləğində kirayə haqqını nağd və ya köçürmə yolu ilə əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə ödəyir, “Əmlak mülkiyyətçisi”nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir (bənd 1.2). İş üzrə Cavabdeh1 MTK tərəfindən İddiaçı6 verilmiş maliyyə arayışın surətindən görünür ki, o, Cavabdeh1 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında ümumi sahəsi 50,0 kv.m.-dən ibarət mənzil üçün 80.000 manat məbləğində kooperativin xəzinəsinə xx.xx.2017-ci il tarixdə ödəniş keçirmişdir. İş üzrə “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində Cavabdeh3 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair O-2/01 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləsinin surətindən görünür ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 106,39 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsini tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etməyi və həmin sahənin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər (bənd 1.1). İş üzrə Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair O-2/01 nömrəli müqaviləsinə 1 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh1 MTK-nın Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inda etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının ikinci giriş, 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üçün alıcı Cavabdeh3 öhdəliyi aşağıdakı şərtlərlə Cavabdeh1 MTK-ya verir: ümumi sahəsi 106,39 kv.m.-dən ibarət qeyriyaşayış sahəsinin tikintisinə görə Cavabdeh1 MTK-ya tam ödənişi müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürür, qeyri-yaşayış sahəsini natura şəklində qəbul etdikdən sonra qeyriyaşayış sahəsinə quraşdırılacaq su, elektrik, qaz sayğaclarının, qaz detektorunun dəyərini və telefon kabelləşməsi işlərinin, qeyri-yaşayış sahəsinin sığorta haqqlarından əlavə bütün kommunal, o cümlədən liftin istismarı, blokların işıqlandırılması, abadlıq, daimi suyun təchizi, havalandırılma sistemlərinin xərclərini, mühafizə xidmətinin haqqnını müəyyən edilmiş məbləğdə ödəməyi öhəsinə götürür. İş üzrə Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli O-2/01 nömrəli müqaviləsinə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çox mənzilli yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi 106,39 kv.m. ibarət olmaqla, qeyri-yaşayış sahəsi üçün tam ödənişi kooperativin xəzinəsinə xx.xx.2019-cu il tarixdə ödəmişdir. İş üzrə “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində Cavabdeh3 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair O-1/01 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləsinin surətindən görünür ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 301,36 kv.m.-dən ibarət və 2-ci girişinin 2-ci mərtəbəsində ümumi sahəsi 104,16 kv.m.-dən ibarət, ümumilikdə 405,52 kv.m. olan qeyri-yaşayış sahəsini tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etməyi və həmin sahənin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər (bənd 1.1). İş üzrə Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair O-3/01 nömrəli müqaviləsinə 1 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh1 MTK-nın Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inda etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının ikinci giriş, 1-ci və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üçün alıcı Cavabdeh3 öhdəliyi aşağıdakı şərtlərlə Cavabdeh1 MTK-ya verir: ümumi sahəsi 405,52 kv.m.-dən ibarət qeyriyaşayış sahəsinin tikintisinə görə Cavabdeh1 MTK-ya tam ödənişi müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürür, qeyri-yaşayış sahəsini natura şəklində qəbul etdikdən sonra qeyriyaşayış sahəsinə quraşdırılacaq su, elektrik, qaz sayğaclarının, qaz detektorunun dəyərini və telefon kabelləşməsi işlərinin, qeyri-yaşayış sahəsinin sığorta haqqlarından əlavə bütün kommunal, o cümlədən liftin istismarı, blokların işıqlandırılması, abadlıq, daimi suyun təchizi, havalandırılma sistemlərinin xərclərini, mühafizə xidmətinin haqqnını müəyyən edilmiş məbləğdə ödəməyi öhəsinə götürür. İş üzrə Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli O-1/01 nömrəli müqaviləsinə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çox mənzilli yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi 301,36 kv.m. və eyni girişin 2-ci mərtəbəsində sahəsi 104,16 kv.m. ibarət olmaqla, ümumi sahəsi 405,52 kv.m-dən ibarət qeyriyaşayış sahəsi üçün tam ödənişi kooperativin xəzinəsinə xx.xx.2019-cu il tarixdə ödəmişdir. İş üzrə “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində Cavabdeh3 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair O-3/01 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləsinin surətindən görünür ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 3-cü girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 62,80 kv.m.-dən ibarət və 3-cü girişinin 2-ci mərtəbəsində ümumi sahəsi 597,34 kv.m.-dən ibarət, ümumilikdə 660,14 kv.m. olan qeyri-yaşayış sahəsini tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etməyi və həmin sahənin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər (bənd 1.1). İş üzrə Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair O-3/01 nömrəli müqaviləsinə 1 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh1 MTK-nın Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inda etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının ikinci giriş, 1-ci və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üçün alıcı Cavabdeh3 öhdəliyi aşağıdakı şərtlərlə Cavabdeh1 MTK-ya verir: ümumi sahəsi 660,14 kv.m.-dən ibarət qeyriyaşayış sahəsinin tikintisinə görə Cavabdeh1 MTK-ya tam ödənişi müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürür, qeyri-yaşayış sahəsini natura şəklində qəbul etdikdən sonra qeyriyaşayış sahəsinə quraşdırılacaq su, elektrik, qaz sayğaclarının, qaz detektorunun dəyərini və telefon kabelləşməsi işlərinin, qeyri-yaşayış sahəsinin sığorta haqqlarından əlavə bütün kommunal, o cümlədən liftin istismarı, blokların işıqlandırılması, abadlıq, daimi suyun təchizi, havalandırılma sistemlərinin xərclərini, mühafizə xidmətinin haqqnını müəyyən edilmiş məbləğdə ödəməyi öhəsinə götürür. İş üzrə Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli O-3/01 nömrəli müqaviləsinə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çox mənzilli yaşayış binasının 3-cü girişinin 1-ci mərtəbəsində sahəsi 62,80 kv.m. və eyni girişin 2-ci mərtəbəsində sahəsi 597,34 kv.m. ibarət olmaqla, ümumi sahəsi 660,14 kv.m-dən ibarət qeyriyaşayış sahəsi üçün tam ödənişi kooperativin xəzinəsinə xx.xx.2021-ci il tarixdə ödəmişdir. İş üzrə “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində X11 arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 3/H4h2 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləsinin surətindən görünür ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 3-cü girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 125 kv.m.-dən ibarət mənzili tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m-nin qiyməti 2.200 manat müəyyən edilir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 275.000 manat təşkil edir (bənd 2.3). Müqavilə imzalanan gün “Alıcı” 275.000 manat məbləği tam ödəməyi öhdəsinə götürür (bənd 3.1). İş üzrə Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, X11 3/H4h2 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK-nın Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü girişində H4/h2 saylı mənzilə görə kooperativin xəzinəsinə tam ödəniş etmişdir. İş üzrə Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, X20 xx.xx.2018-ci il tarixli 1/12h nömrəli müqaviləsinə iəsasən Cavabdeh1 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında 45 kv.m. mənzil hissəsi üçün 2.875,00 manat məbləğində kooperativin xəzinəsinə xx.xx.2020-ci il tarixində ödəniş keçirdi və şirkətə heç bir borcu yoxdur. İş üzrə “İlkin icarəyə verən” qismində X16 ilə “İlkin icarəçi” qismində Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin icarə müqaviləsinin kserosurətindən görünür ki, müqaviləyə əsasən “İlkin icarəyə verən” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində çoxmənzilli yaşayış binasının 3, 4 və 5-ci girişinin 1-ci mərtəbəsində və həyətdə yerləşən, sahibliyində və öz istifadəsində olan ümumi 1539,67 kv.m. qeyri-yaşayış sahəsini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ilkin icarəyə verməyi öz öhdəsinə götürür (bənd 1.1). “İlkin icarəçi” icarə obyektini istifadəsinə qəbul edib əvəzində “İlkin icarəyə verən”ə bu müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür (bənd 1.2). Müqavilə hər iki tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir. Müqaviləyə əsasən icarə müddəti 10 il müəyyən edilir və icarə müddəti “İcarə müddəti”nin açılışı tarixdən hesablanmağa başlayacaqdır (bənd 2.1). “İlkin icarəçi” “İlkin icarəyə verən”ə icarə haqqının hesablanmasına başlayan tarixdən etibarən vergilər daxil 29.000 manat məbləğində, bu müqavilə ilə müəyyənləşdirilmiş icarə müddəti ərzində, sabit aylıq icarə haqqı ödəyəcəkdir (bənd 3.1). İş üzrə “Satıcı” qismində Cavabdeh1 MTK ilə “Alıcı” qismində Maraqlı şəxs arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair QY-06/04-01 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləsindən görünür ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 412,81 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsini “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etməyi və həmin sahənin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər (bənd 1.1). Tikilən qeyri-yaşayış sahəsinin oxdan-oxa 1 kv.m.-nin qiyməti 2500 manat müəyyən edilir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş ümumi sahəsi 412,81 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin qiyməti ümumilikdə bütün vergilər də daxil olmaq şərti ilə 1.032.025,00 manat təşkil edir. İş üzrə Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Maraqlı şəxs xx.xx.2023-cü il tarixli QY-06/04-01 nömrəli müqaviləsinə əsasən Cavabdeh1 MTKnın Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 2-ci mərtəbəsində ümumi sahəsi 412,81 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi üçün tam ödənişi 1.032.025,00 manat məbləği kooperativin xəzinəsinə xx.xx.2023-cü il tarixdə ödəmişdir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi, ev 7,9,11,13,15 (Yeni qaydalarla: AZ1001, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 378 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdən tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs mülkiyyətindədir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakn Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində yerləşən 7,9,11,13,15 saylı evin 3 saylı mənzili (Yeni qaydalarla: AZ1001, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, 15,M8,m3) xx.xx.2023-cü il tarixdən tam mülkiyyət hüququ üzrə X7 mülkiyyətindədir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/3827 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən: -1-ci sual üzrə: Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə razılaşdırılmış eskiz layihəsində Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 3-cü blokunun giriş qapısının mövcud olduğu, lakin həmin giriş qapısının və eləcə də ikinci mərtəbəyə giriş hissəsinin döşəmə səviyyəsində beton tökülərək bağlandığı müəyyən olunmuşdur. 3-cü blokun pilləkən qəfəsinin giriş qapısının və ikinci mərtəbəyə giriş hissəsinin döşəmə səviyyəsində beton tökülərək tədqiq olunan yaşayış binasının bağlanmasının xx.xx.2001-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ No 01-2001) tələblərinin 4-cü maddəsinin (binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri) 4.8ci bəndinin tələblərinə zidd olduğu və həmin işlərin görülməsinin orada yaşayan sakinlərin nöqteyinəzərdən giriş-çıxışlarına maneə yaratdığı müəyyən olunur. -2-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 3-cü blokunun girişinin sağ tərəfində 1.9x6.1 metr ölçüdə və 4.3 m. hündürlükdə dəmir konstruksiyalı tikilinin mövcud olduğu və həmin tikilinin eskiz layihəsində nəzərdə tutulmadığı müəyyən olunmuşdur. Eyni zamanda çox mərtəbəli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində dəmir konstruksiyadan inşa edilmiş tikilinin mövcud olmasının iddiaçıların hüquqlarına xələl gətirməsinin və ya hüquqlarını məhdudlaşdırmasının müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətinə aid deyildir. -3-cü və 4-cü suallar üzrə: Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 5-ci blokunun qarşısında sahəsi 850 kv.m.olan həyətdə tikilinin və 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində eyvan tipli 1.3 m enində 26.6 m uzunluqda tikilinin mövcud olduğu və həmin tikilinin eskiz layihəsində nəzərdə tutulmadığı müəyyən olunmuşdur. Eyni zamanda çox mərtəbəli yaşayış binasının 5-ci bloku qarşısında sahəsi 850 kv.m. olan həyətdə tikilinin və 3-cü,4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində eyvan tipli 1.3 m enində 26.6 m uzunluqda tikilinin mövcud olmasının iddiaçıların hüquqlarına xələl gətirməsinin və ya hüquqlarını məhdudlaşdırmasının müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətinə aid deyildir. İş üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X18 Agentliyi tərəfindən Cavabdeh1 MTK binasında yaşayan sakinlərə İddiaçı7 və digərlərinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa olunmuş yaşayış binasında MTK tərəfindən layihədən kənar əlavə tikinti-quraşdırma işlərinin aparılması və bu səbəbdən sakinlərin həyat və sağlamlıqları üçün ciddi təhlükənin yaranması barədə müraciətinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) X18 Agentliyində baxılmışdır. Sözügedən ünvanda inşa olunmuş yaşayış binasının layihə sənədləri ETSN-nin X18 Agentliyinə təqdim olunmadığından tikinti-layihəsi ilə əlaqədar Agentlikdə rəsmi məlumat mövcud deyildir. Lakin bununla belə bildirirlər ki, yaşayış binasının istismarı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydalara ciddi riayət olunmalı, lakin layihədən kənar aidiyyəti icra orqanları ilə razılaşdırılmaqla təşkil olunmuş qeyri-yaşayış sahələrində əmələ gələn qaz-toz tullantılarının atqı normaları yol verilə bilən həddlər daxilində olmaqla ötürücü boruları sanitar-ekoloji tələblər nəzərə alınmaqla ətraf minimum 10,0 metr radiusda yerləşən binalardan hündürə qaldırılmalı, sorucu və ötürücü qurğuların istismarı zamanı səs-küy və vibrasiya normalarının (həyətdaxili ərazilərdə) maksimum 60 dBA həddində olması təmin olunmalıdır. Sorucu ventilyasiya sistemlərinin birbaşa binanın həyətinə - uşaq meydançasına yönəldilməsi yolverilməz hesab olunur. Mövcud binada hər hansı konstruksiya dəyişikliyinin edilməsi, giriş hissəsinin bağlanması, mərtəbənin funksional təyinatının dəyişdirilməsi, binanın həyətində əlavə tikintilərin aparılması və s.hallar digər dövlət qurumlarının səlahiyyətlərinə aid olduğundan müraciətinizin həmin qurumlarda araşdırılması təmin olunmalıdır. Ərazidə X18sının obyektlərinə aid olan layihələr üzrə müraciətlər olduğu halda sanitarekoloji qaydalara ciddi riayət olunması üçün tələbər müəyyən olunacaqdır. Mövcud vəziyyət üzrə ərazidə ölçmə işlərinin aparılması Nazirliyin aidiyyəti qurumları tərəfindən təmin ediləcəkdir. İş üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 3/10-497 saylı sərəncamı ilə təsdiqlənmiş layihənin halhazırda qüvvədə olub-olmaması, layihədə dəyişiklik olub-olmaması, olubsa da "xxxx" MTK-nın həmin layihəyə uyğun olmayan digər layihənin həmin ərazidə əsaslı inşaat işlərinə başlamaq üçün əsaslı sənəd olub-olmaması və bu inşaat işlərinin aparılması üçün "xxxx" MTK-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəsmi icazə verilib-verilməməsinə dair məlumatın verilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı cənab Vüqar Zeynalova, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin rəisi cənab Cəbrayıl Xanlarova, məlumat üçün Bakı şəhəri, Səbail rayonu, ünvan 7 ünvanında yaşayan İddiaçı7 və digərlərinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 7ndə Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasının ətrafında əlavə tikinti işlərinin aparılması haqqında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli kollektiv müraciətə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail rayon İcra Hakimiyyətinin başçısına və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə xx.xx.2023-cü il tarixli 3-35-1/2-2324/2023 nömrəli məktubla müraciət edilmiş, tam olaraq tədbir görülmədiyi üçün vətəndaşların təkrar narazılığına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq müvafiq tədbirlərin görülməsi üçün göstərişlərin verilməsi və nəticəsi barədə müraciət müəlliflərinə məlumatın təqdim edilməsi bir daha xahiş olunmuşdur. İş üzrə Azərbaycan Respublikasının Fövqəldə Hallar Nazirliyi X27 Xidməti tərəfindən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasında yaşayan Samir Qurbanova ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 9 ünvanında yerləşən Cavabdeh1 MTK-nın 5 girişli, zirzəmili, 11 mərtəbəli mansardlı yaşayış binasında əməkdaşları tərəfindən cari il ərzində planlı plandankənar yoxlamalar aparılmış və bir sıra yanğın təhlükəsizliyi norma və qaydalarının kobud şəkildə pozulması faktları aşkar edilmişdir. Belə ki, layihə sənədləri X27 Xidməti ilə razılaşdırılmadan həyətyanı sahədə binaya bitişik olaraq birmərtəbəli qeyri-yaşayış obyektinin (“Bazar store” ticarət obyektinin anbarı) inşa olunduğu, zirzəmi sahəsində pilləkən qəfəsi və lift holunun qarşısında tambur şlüzlərin quraşdırılmadığı, zirzəmi sahəsindən bayıra aparan mövcud iki pilləkən qəfəsinin çıxışlarının tikilərək bağlanıldığı, mərtəbələrdən yeganə təxliyə yolu ilə olan tüstülənməyən pilləkən qəfəsinin birbaşa həyətyanı sahəyə çıxışında sözügedən anbarın inşa edildiyi və çıxışın dəhlizlə məhdudlaşdırıldığı, tikilinin yanğınsöndürmə avtomobillərinin binaya yaxınlaşmasında məhdudiyyətin yaratdığı, yaşayış binasının istismarının X27 Xidməti ilə razılaşdırılmadığı müəyyən edilmişdir. X1 pozulması faktı ilə bağlı məsul şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 518.1-ci “X1 pozulması və ya yerinə yetirilməməsi” maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və mövcud pozuntuların aradan qaldırılması üçün “Yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə Qərar”ın nüsxəsi sahibkar X6 təqdim olunmuşdur. Lakin ötən müddət ərzində qeyd olunan pozuntular aradan qaldırılmadığı üçün məsul şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 536.1-ci, yəni “Yanğın təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarın və tələbnamənin yerinə yetirilməməsi” maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində inzibati iş açılmışdır. Qeyd olunan qanuna zidd halların aradan qaldırılması məqsədilə səlahiyyətləri çərçivəsində müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə Xidmətə məlumat verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə müvafiq məzmunlu məktb ünvanlanmışdır. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh2 MMC-nin Cavabdeh1 mağazasının müdiri X21 ünvanlanmış xx.xx.2023-cü il tarixli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarının aradan qaldırılması üçün məcburi göstərişin surətindən görünür ki, idarə tərəfindən müəssisəsində “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və s. Azərbaycan Respublikası qanunlarının və ətraf mühitin mühafizəsi haqqında sahəsində digər mövcud qanunvericilik və normativ aktlarının tələblərinə riayət olunmasının vəziyyəti yoxlanılmış və xx.xx.2023-cü il tarixli 82868 nömrəli akt tərtib olunmuşdur. Müəyyən edilmişdir ki, Cavabdeh2 MMC-nin Cavabdeh1 mağazasının təndirxanasının ötürücü borusu sanitar-ekoloji normalara uyğun olaraq quraşdırılmamışdır. Cavabdeh2 MMC-nin Cavabdeh1 mağazasının təndirxanasında formalaşan qaz toz tullantularının atqı normaları yol verilə bilən həddlər daxilində olmaqla ötürücü boruları sanitar-ekoloji tələblər nəzərə alınmaqla ətraf ərazidə minimum 10 metr radiusda yerləşən binalardan hündürə qaldırılması və bu barədə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilməsinin təmin edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsi tərəfindən Cavabdeh1 MTK-nın binasında yaşayan sakinlərə, surəti Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X17 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, onların xx.xx.2023cü il tarixli şikayət ərizəsi ilə Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 və ünvan 11ndə yerləşən binada Cavabdeh1 MTK tərəfindən layihədə kənar işlərin aparılması barədə göndərdiyi sənədlərə FHN Əməliyyat-İstintaq İdarəsində baxılmışdır. Müraciətində Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 və ünvan 11ndə yerləşən binada Cavabdeh1 MTK tərəfindən heç bir icazə almadan layihədən kənar apardığı tikinti işlərinin sakinlər üçün qarşısı alınmaz maneələr törətdiyi, həyat və sağlamlıq üçün təhlükə yaratdığı, ərazidə 700-800 kv.m. sahəni əhatə edən, layihədə göstərilməyən qanunsuz tikili tikilərək Cavabdeh2 MMC-nin icarəsinə verildiyi bildirilmiş və “Pilot” Residence” MTK tərəfindən qanunsuz tikinti işləri aparmasına görə cinayət işinin başlanması xahiş olunmuşdur. Qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlardan yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin satlamlığına ağır və ya az ağır nəticələrə səbəb olduğu təqdirdə Fövqəladə Hallar Nazirliyinin istintaq aidiyyətinə verilmiş Azərbaycan Respublikası CM-nin 222-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Yoxlama zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MTK tərəfindən layihədən Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 və ünvan 11 ünvanında yerləşən binada inşa edilmiş və hazırda Cavabdeh2 MMC-nin saxlanc anbarı kimi istifadə olunan tikilinin layihəsi "xxxx" MMC tərəfindən tərtib olunmuş və Fövqəladə Hallar Nazirliyi Dövlət Baş Ekspertiza İdarəsi ilə razılaşdırılmış və aparılmış işlər zamanı layihədən kənarlaşmalar olmamışdır. Odur ki, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 və ünvan 11ndə yerləşən binada Cavabdeh1 MTK tərəfindən layihədən kənar, özbaşına tikinti işlərinin aparılması aşkar edildiyi təqdirdə aidiyyəti qurumlara müraciət edə bilərlər. İş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X27 Xidməti tərəfindən Bakı şəhəri 19 saylı Vəki Bürosunun vəkili Vəkil4 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 13 ünvanında yerləşən “Pilot” Residence” MTK-nın 5 girişli, zirzəmili, 11 mərtəbəli mansardlı yaşayış binasında əməkdaşları tərəfindən cari il ərzində yoxlamalar aparılmış və bir sıra yanğın təhlükəsizliyi sahəsində tikinti norma və qaydalarının kobud şəkildə pozulması faktları aşkar edilmişdir. Belə ki, layihə sənədləri X27 Xidməti ilə razılaşdırılmadan həyətyanı sahədə binaya bitişik olaraq birmərtəbəli qeyri-yaşayış obyektinin (Cavabdeh2 ticarət obyektinin anbarı) inşa olunduğu, zirzəmi sahəsində pilləkən qəfəsi və lift holunun qarşısında tambur şlüzlərin quraşdırılmadığı, zirzəmi sahəsindən bayıra aparan mövcud iki pilləkən qəfəsinin çıxışlarının tikilərək bağlanıldığı, mərtəbələrdən yeganə təxliyə yolu olan tüstülənməyən pilləkən qəfəsinin birbaşa həyətyanı sahəyə çıxışında sözügedən anbarın inşa edildiyi və çıxışın dəhlizə məhdudlaşdırıldığı, tikilinin yanğınsöndürmə avtomobillərinin binaya yaxınlaşmasında məhdudiyyətin yaratdığı, yaşayış binasının istismarının X27 Xidməti ilə razılaşdırılmadığı müəyyən edilmişdir. O cümlədən müraciətdə sadalanan suallara cavab olaraq bildirirlər ki, hər biri üzrə yerində yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktı olaraq təsdiq edilmişdir. Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulmasına görə məsul şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məlumat üçün bildirirlər ki, baş verə biləcək yanğın hadisəsi zamanı insanların həyat və sağlamlığına ehtimal edilən zərərin qarşısının alınması, norma və qayda pozuntularının aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə müvafiq məzmunlu məktublar ünvanlanmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Vəkil4 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, onun ünvan 15 ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın həyətyanı sahəsində tikililərin inşa edilməsi barədə xx.xx.2023-cü il tarixli 19VB-512 nömrəli müraciətinə baxılmışdır. Bildirirlər ki, Cavabdeh1 MTK-nın inşa etdiyi yaşayış binasında avtomobil dayanacağının tikintisi zamanı layihədən kənarlaşdırmaya yol verildiyinə görə sahəsi 850 kv.m. olan qeyri-yaşayış sahənin tikintisi tərəflərindən verilmiş 0293 nömrəli xx.xx.2021-ci il tarixli “Qərar”la dayandırılmış və əraziyə nəzarət üçün Səbail rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır. Yaşayış binasına tərəflərindən Ö/005803 nömrəli xx.xx.2022-ci il tarixli “İstismara hazırlıq aktı” verilmişdir. Digər tikililərin inşası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada Agentliyə heç bir məlumat daxil olmamışdır. Bununla belə mütəxəssisləri tərəfindən Səbail rayonunda tikilməkdə olan obyektlərə dövlət nəzarəti həyata keçirilərkən Cavabdeh1 MTK tərəfindən inşası başa çatdırılmış layihədən kənar balkondan Nizami küçəsinə pilləkən quraşdırılmasının və avtodayanacağının 2-ci mərtəbəsinin inşasının qarşısını alınmış və tikililər sökülərək ərazi əvvəlki vəziyyətinə gətirilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, birgə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı7, İddiaçı6, İddiaçı5, S.N.Qurbanov, N.Ə.İmanov və N.E.Hüseynovla Cavabdeh1 MTK arasında MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının müxtəlif mənzilləri ilə bağlı müvafiq alqı-satqı müqavilələri bağlanılmış, birgə iddiaçılar alqı-satqı müqavilələri əsasında əldə etdikləri mənzillərlə əlaqədar pay haqlarını tam ödəmişlər. İddiaçılar İddiaçı4 və qeyriləri tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçılar Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh1 çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin 3-cü blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrin (köçürmə yollarının (təxliyyə) pilləkən və pilləkən meydançasının hissəsinin) ümumi istifadəsinə qaytarılması, həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələrin və məhdudiyyətlərin cavabdehlərin öz maliyyə vəsaiti hesabına aradan qaldırılması, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində layihədə göstərilməyən və heç bir rəsmi icazəsi olmayan qanunsuz tikilinin (orada fəaliyyət göstərəcək kommersiya qurumunun motorxanası üçün MTK tərəfindən icazə verilən iki mərtəbəni əhatə edən dəmirtikili) sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikilən eyvan tipli tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokun qarşısında olan həyətyanı sahədən yeraltı qaraja layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan pilləkənli keçidin bağlanması və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, təxminən 600-800 kv.m. sahəni əhatə edən və layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan hal-hazırda Cavabdeh2 MMC-yə icarəyə verilən qanunsuz tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin cavabdehlərin öz maliyyə vəsaiti hesabına bərpa edilməsi və dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar X19 və qeyriləri tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçılar Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh1 MTK-ya çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin 3-cü blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin əvvəlki layihəyə uyğun olaraq bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrin (köçürmə yollarının (təxliyyə), lift, pilləkən və pilləkən meydançasının hissəsinin) ümumi istifadəsinə qaytarılması və həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələrin və məhdudiyyətlərin cavabdehin öz maliyyə vəsaiti hesabına aradan qaldırılması, binanın həyətində qanunsuz quraşdırılmış dəmir konstruksiya və havalandırma sistemlərinin cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi, binanın həyətində tikilmiş qanunsuz tikilinin sökülməsi, binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi şəxsin yaradılmasının və fəaliyyətinin həyata keçirilməsinin əsaslarını təsbit edən 58-ci maddəsinin İ, İİ və İİİ hissələrinə və 59-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Mülki Məcəllənin 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Bu anlayışda kooperativin mahiyyətini xarakterizə edən, onu təşkilati-hüquqi forma olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlər öz əksini tapmışdır. Qanunverici kooperativi hər hansı gəlir əldə etmək niyyəti olmadan, fiziki və ya hüquqi şəxslərin əsasən eyni (oxşar) olan şəxsi tələbat və maraqlarını təmin etmək məqsədi ilə könüllü şəkildə öz imkan və vəsaitlərini birləşdirməklə yaratdıqları xüsusi növ hüquqi şəxs kimi müəyyən etmişdir. Kooperativlərin ən geniş yayılmış növü olan mənzil-tikinti kooperativlərinin anlayışı Mənzil Məcəlləsinin 109.1-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə görə, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Məhz üzvlərin konkret ehtiyacının (yaşayış sahəsinə olan tələbatın) təmin edilməsi məqsədilə yaradıldığı üçün mənzil-tikinti kooperativləri istehlak xarakterli olmaqla müəyyən müddətə təşkil edilir, nəzərdə tutulmuş məqsədə nail olunduğu halda kooperativin fəaliyyətinə son qoyulur. Bununla bağlı Mənzil Məcəlləsinin 109.4 və 109.5-ci maddələrində qeyd edilir ki, mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Mülki Məcəllə və digər qanunlar ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin qeyd edilən müddəaları MTK-nın hansı məqsədlə yaradılmasını və onun ləğvinin hüquqi əsaslarını nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində çoxmənzilli yaşayış binası 2017-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəsi əsasında inşa edilib ayrı-ayrı şəxslərlə alqı-satqı müqaviləsi bağladıqdan sonra binada hazırki mülki iş üzrə mübahisə predmeti olan əlavə tikililər də inşa edilmiş, binanın 3-cü girişi bağlanılmışdır. Məhkəmə digər tərəfdən qeyd edir ki, mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). Mənzil Məcəlləsinin 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 MTK tərəfindən 2017-ci il tarixli eskiz layihəsi əsasında inşa edilmiş binanın 3-cü blokunun girişi bağlanılmışdır. Məhkəmə qeyd edir ki, bloka girişin bağlanması sakinlərin həmin girişdən istifadə etməsini və yanğın təhlükəsizliyi ilə bağlı pilləkən vasitəsi ilə təxliyə olunmalarını məhdudlaşdırdığından və bu fakt ekspert rəyi ilə də təsdiq olunduğundan, iddia tələbi həmin girişin açılması, əvvəlki vəziyyətinin bərpa edilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. “X2” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yanğın nəzarəti - yanğın təhlükəsizliyi sahəsində norma standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən dövlət nəzarəti fəaliyyətinin xüsusi növüdür; yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir; yanğın təhlükəsizliyi tələblərinin pozulması - yanğın təhlükəsizliyi tələblərinin yerinə yetiril məməsi və ya lazımınca yerinə yetirilməməsidir; yanğın təhlükəsizliyi tədbirləri - yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi sahəsində fəaliyyətdir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək. Göstərilən Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı hüquqları vardır: yanğın zamanı həyatının, sağlamlığının və əmlakının müdafiəsi. Azərbaycan Respublikasında X1 4.8-ci maddəsinə əsasən müəssisələrin, binaların və tikililərin otaqlannda aşağıdakılar qadağandır: - mövcud normativ sənədlərlə əvvəlcədən şərtləşdirilmiş hallar istisna olmaqla, zirzəmilərdə və kürsü mərtəbələrində AAM, YM və bantın saxlanılması; - partlayıcı maddələr, qazla dolu balonlar, qablaşdırılmış aerozol mallar, sellüloid və digər partlayış-yanğın təhlükəli maddə və materialların saxlanılması və istifadəsi; - çardaqlarda, texniki mərtəbələrdə, ventkameralarda və digər texniki otaqların istehsalat sahələrində, emalatxanalar təşkil etmək, həmçinin qeyd edilən yerlərdə məhsulun, avadanlığın, mebelin və digər əşyaların saxlanılmasına yol vermək; - lift xollarında, boşluqlarında, anbarlar, köşklər, dükanlar və s. yerləşdirmək; - əgər onlara giriş ümumi pilləkən qəfəsindən təyin edilməyibsə, orada yanar materiallar anbar və emalatxanalar təşkil etmək, həmçinin zirzəmi və kürsü mərtəbələrdə başqa təsərrüfat otaqları yerləşdirmək; - eyvanlardakı və lojalardakı layihə ilə nəzərdə tutulmuş qapı və lyükları çıxarmaq, eləcə də qonşu seksiyalara gedən keçidləri və bayır nərdivanlarına çıxışları mebellə, avadanlıqla və digər əşyalarla tutmaq; - otaqların yığışdırılmasında və paltarların yuyulmasında benzindən, ağ neftdən və digər AAM və YM istifadə etmək, həmçinin donmuş boruları İehimləmə lampalarından və ya digər üsullarla açıq alovdan istifadə etməklə qızdırmaq; - iş yerini yağlı sürtgü materiallardan təmizlənməmiş saxlamaq; - müəyyən olunmuş, təsdiq edilmiş norma və qaydalarda nəzərə alınmış hallar istisna olmaqla pəncərələrdə bütöv barmaqcıqlı qəfəslər quraşdırmaq; - yanğın baş verməsində təhlükəsizlik zonalarına aid olan lojaların və eyvanların şüşələnməsi; pilləkən qəfəslərində və dəhlizlərdə anbarlar (kiçik anbarlar) yaratmaq, həmçinin pilləkənin iki səki arasında olan hissəsinin altından və onların meydançalarında əşyalar, mebellər və digər yanar materiallar (birinci və kürsülü mərtəbələrindəki pilləkənin iki səki arasında olan hissənin altında ancaq yanmayan materialdan olan arakəsmələrlə çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə qovşaqları, su ölçən qovşaqlar və elektrik lövhələri qorumağa icazə verilir) saxlamaq; - binaların istehsalat və anbar otaqlarında (5 dərəcəli odadavamlı binalardan başqa) yanan və çətin yanar material və metal lövhəciklərdən antresollar, kontorlar və digər otaqlar inşa etmək və ya qurumaq. Həmin Qaydaların 5.3-cü maddəsinə əsasən köçürmə çıxışlarında aşağıdakılar qadağan olunur: -köçürmə yollarında (5 odadavamlılıq dərəcəsi olan binalardan başqa) tavanların, divarların, pilləkan qəfəslərinin və meydançaların, eləcə də pilləkan qəfəslərində yanar konstruksiyalardan düzəldilmiş pilləkan qəfəslərinin və meydançaların bəzədilməsi üçün yanan materiallardan, boyalardan istifadə edilməsi; - keçidlərin, dəhlizlərin, tamburların, qalereyaların, lift xollarının, pilləkan qəfəslərinin və pilləkanların mebellə, şkafla, avadanlıqla, ayrı-ayrı materiallarla və ya hazır məhsullarla tutulması, eləsə də köçürmə çıxışlarının qapısının mismarlanması; - tamburların çıxışlarında (şəxsi yaşayış evlər və mənzillər istisna olmaqla) paltarın qurudulması, qarderob kimi istifadə edilməsi, avadanlıq və materialların müvəqqəti və ya daimi saxlanılması; - köçürmə yollarında turniketlərin, dəhlizlərin, sürüşən, fırlanan, qalxıb-endirilən qapıların və digər sərbəst çıxışa mane olan qurğuların quraşdırılması; - pilləkən qəfəslərində, xol və tamburlarda öz-özünə bağlanan qapıları təsbiq (fıksasiya) etmək və ya çıxartmaq. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir (maddə 35.3). Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, binanın 3-cü, 4-cü və 5-ci blokun 2-ci mərtəbəsində 26,6 m.uzunluğunda eskiz layihəsində nəzərdə tutulmayan eyvan tipli tikili, eyni zamanda binanın 5-ci blokunun qarşısında 850 kv.m. olan həyətdə eskiz layihəsində nəzərdə tutulmayan tikili, 3-cü blokun girişinin sağ tərəfindən dəmir konstruksiyalı eskiz layihəsində nəzərdə tutulmayan tikili inşa edilmişdir. Məhkəmə qeyd edir ki, mənzil qanunvericiliyinin tələblərinə əsasən yaşıllaşdırma və abadlaşdırma işləri nəzərdə tutulan sahələr mənzil mülkiyyətçilərinin ümumi əmlakı hesab olunduğundan, həmin sahələrdə aparılan hər hansı yenidənqurma və tikinti işləri yalnız sahə mülkiyyətçilərinin razılığı ilə aparıla bilər. Lakin mənzil mülkiyyətçilərinin ümumi mülkiyyəti hesab edilən həyətyanı sahədə, o cümlədən 3-cü, 4-cü, 5-ci blokunun qarşısında inşa edilmiş əlavə tikililər sahə mülkiyyətçilərinin müvafiq razılığı alınmadan inşa edildiyindən, bununla da sahə mülkiyyətçilərinin hüquqları pozulduğundan, eyni zamanda həmin tikililərin inşası ilə bağlı müvafiq icra qurumlarından razılıq alınmadığından və qanunsuz tikili hesab edildiyindən, iddia tələbləri həmin tikililərin sökülməsi hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, binanın 3-cü blokunun qarşısında olan həyətyanı sahədən yeraltı qaraja pilləkənli keçidi layihədə nəzərdə tutulmadığından, həmin keçidin bağlanması və layihəyə uyğun əvvəlki vəziyyətə gətirilməsi hissəsində də tələb əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ— subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə152.5.). Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Məhkəmə iclasında 3-cü blokun girişinin bağlanılmasının, eyvan tikilisinin və həyətdə 850 kv.m. sahəli tikilinin inşasının ”Pilot Residence” MTK tərəfindən həyata keçirilməsi müəyyən olunduğundan məhkəmə hesab edir ki, bloka girişin açılması və qeyd edilən tikililərin sökülməsi öhdəliyi MTK-nın üzərinə qoyulmaqla, bu işlər onun vəsaiti hesabına həyata keçirilməlidir. Dəmir konstruksiyalı tikilinin Cavabdeh3 tərəfindən inşa edilməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin tikilinin sökülməsi vəzifə kimi Cavabdeh3 üzərinə qoyulmalı və onun vəsaiti hesabına həyata keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh qismində göstərilən Cavabdeh2 MMC icarə müqaviləsi əsasında qeyri-yaşayış sahəsindən istifadə etdiyindən, özbaşına tikililər MTK və Cavabdeh3 tərəfindən inşa edildiyindən, qaldırılan tələblər digər cavabdehlərə münasibətdə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda eskiz layihəsində nəzərdə tutulmayan tikililər səlahiyyətli orqanların razılığı olmadan da inşa edilmişdir. Belə ki, iddiaçıların dəfələrlə müvafiq icra qurumlarına etdiyi müraciətlər əsasında onlara verilən cavablarda həmin tikililərin qanunsuz inşa edilməsi, qanunvericiliklə müəyyən edilən norma və qaydaların pozulması faktının aşkara çıxarılması, bununla bağlı müvafiq tədbirlərin görülməsi barədə də məlumat verilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi; ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi; şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi; tikintiyə icazə verilməsi; şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması; tikinti fəaliyyətinin peşə sahələrinin, tikinti materiallarının və məmulatının, tikinti təyinatlı avadanlıqlann, maşın və mexanizmlərin sertifikatlaşdınlmasının təşkili; tikintiyə nəzarətin həyata keçirilməsi; tikinti layihələrinin ekspertizadan keçirilməsi; şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi; tikinti obyektlərinin istismarına icazə verilməsi; şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi; tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; təhlükəsizliyin təmin edilməsi; ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi; şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi; tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması; ictimaiyyətin məlumatlandırılması. Göstərilən Məcəllənin 9-cu maddəsinə əsasən yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsizliyi təmin edilməlidir. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblər əsasında şəhərsalma və tikintiyə dair normativ sənədlərdə tikinti ərazilərinin və obyektlərinin yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirləri nəzərdə tutulmalıdır. Eyni Məcəllənin 62-ci maddəsində əsasən pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, ram palar və liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. Yaşayış binalarının hər mərtəbəsinə azı bir, digər ictimai binaların hər mərtəbəsinə isə iki pilləkən (məcburi pilləkən) vasitəsi ilə giriş nəzərdə tutulmalıdır. Məcburi pilləkənlərin əvəzində siyirtmə (açılıb bağlanan) pilləkənlərin və ya eskalatorların istifadəsinə yol verilmir. Həmin pilləkənlərin əvəzində rampalar istifadə oluna bilər. Bu Məcəllənin 62.2-ci maddəsində göstərilən məcburi pilləkən birbaşa pilləkən qəfəsində nəzərdə tutulmalıdır. Bu tələb üç mərtəbəyədək yaşayış evlərinə və iki səviyyəli mənzillərə, iki mərtəbədən və iki mənzildən ibarət yaşayış binalarına, kənd və ya meşə təsərrüfatı təyinatlı binalara şamil olunmur. Birinci mərtəbəsinin döşəməsindən sonuncu mərtəbəsinin döşəməsinə qədər hündürlüyü 11,2 metrdən çox olan yaşayış binalarında həmçinin liftlər quraşdırılır. Liftlər təhlükəsizlik tədbirlərinə əməl edilməklə quraşdırılmalı və istifadə zamanı təhlükə yaranmasının qarşısını alan keyfiyyətə malik olmalıdır. Liftlərin yerləşdiyi obyektlərin sahibləri bu qurğuları saz vəziyyətdə saxlamağa borcludurlar. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: - tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; - bu Məcəllənin 92.4.1 -ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; - bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; - bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldınlmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Məhkəmə iddiaçılar S.Qurbanov, N.İmanov və N.Hüseynovun irəli sürdükləri iddia tələbinin binanın arxa tərəfindən 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün sökülməsi hissəsi üzrə qeyd edir ki, iddiaçıların həmin tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları mövcud olmadığından, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, həmin tikili sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan sahədə deyil, küçədə inşa edildiyindən, eyni zamanda qanunsuz tikilinin sökülməsi ilə bağlı qərar qəbul etmək və tələb irəli sürmək hüququ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən müvafiq icra qurumuna (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) həvalə edildiyindən, iddiaçıların belə tələblə çıxış etmələrinə subyektiv hüquqları yoxdur. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birgə iddiaçılar tərəfindən qaldırılan iddia tələbləri qismən təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbləri qismən təmin edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh3 müştərək qaydada tutularaq birgə iddiaçılara ödənilməli, iş üzrə keçirilmiş ekspertiza xərci də (100 manat) onlara aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia tələbləri qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh1 çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin 3-cü blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikili sökülsün, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişi layihəyə uyğun olaraq əvvəlki vəziyyəti bərpa edilsin, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin birinci mərtəbəsi mülkiyyətçilərin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələri (köçürmə yollarının (təxliyyə) pilləkən və pilləkən meydançasının hissəsi) onların ümumi istifadəsinə qaytarılsın, həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələr və məhdudiyyətlər Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına aradan qaldırılsın. Çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində layihədə göstərilməyən və heç bir rəsmi icazəsi olmayan qanunsuz dəmir konstruksiyalı tikili sökülsün və layihəyə uyğun olaraq əvvəlki vəziyyəti Cavabdeh3 öz maliyyə vəsaiti hesabına bərpa edilsin. Çoxmənzilli yaşayış binasının 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikilən eyvan tipli tikili sökülsün və layihəyə uyğun olaraq əvvəlki vəziyyəti Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilsin. Çoxmənzilli yaşayış binasının 3-cü blokun qarşısında olan həyətyanı sahədən yeraltı qaraja layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan pilləkənli keçid bağlanılsın və layihəyə uyğun olaraq əvvəlki vəziyyəti Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilsin. Çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən 850 kv.m. sahəni əhatə edən və layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan hal-hazırda Cavabdeh2 MMC-yə icarəyə verilən qanunsuz tikili sökülsün və layihəyə uyğun olaraq əvvəlki vəziyyəti Cavabdeh1 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilsin. İddiaçılar S.N.Qurbanovun, N.Ə.İmanovun və N.E.Hüseynovun qaldırdıqları iddia tələbi binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi hissəsində onların həmin tələblə çıxış etməyə subyektiv hüquqları olmadığından təmin edilməsin. İddia tələbləri Cavabdeh2 MMC-yə və digər cavabdehlərə münasibətdə təmin edilməsin. Cavabdeh1 MTK-dan və Cavabdeh3 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutularaq birgə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı7, İddiaçı6, İddiaçı5 ödənilsin. Cavabdeh1 MTK-dan və Cavabdeh3 müştərək qaydada keçirilmiş ekspertiza xərcin əvəzi kimi 100 (yüz) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-48/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-48/2024
01.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver