Məhkəmə qərarları › İş №e-2(009)-481/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-481/2022

17.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-481/2022 17.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Macarıstan Respublikasının Bakıdakı Səfirliyinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Macarıstan Respublikasının Bakıdakı Səfirliyinə qarşı işə bərpa tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Macarıstan Respublikasının Bakıdakı Səfirliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Macarıstan Respublikasının Bakıdakı Səfirliyinin 31 avqust 2021-ci il tarixli 04 nömrəli əmrinin ləğv edilməsi, Macarıstan Respublikasının Bakıdakı Səfirliyində sürücü vəzifəsinə bərpa olunması və 31.08.2021-ci il tarixindən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Macarıstan Respublikasının Bakıdakı Səfirliyinin nümayəndəsi və vəkili Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edib, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının üzv olduğu “Diplomatik əlaqələr haqqında” 1961-ci il aprel ayının 18-də X1 Təşkilatının Konfransında qəbul edilmiş Vyana Konvensiyasının 31-ci maddəsinin tələbləri nəzərə alınmaqla Macarıstan Səfirliyi cinayət, mülki və inzibati yurisdiksiyadan imminitetə malikdır. Macarıstan Respublikası həmin Konvensiyanın 32-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan yurisdiksiyaya qarşı immunitetdən imtina etməmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, mülki-prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində «iş məhkəmədə baxılmalı deyildirsə» ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş ərizə həmin məhkəmədə baxılmalı deyilsə, həmin ərizə (iddia) Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin təsiri dairəsinə düşür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı Macarıstan Respublikasının Bakıdakı Səfirliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsinə və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar