Məhkəmə qərarları › İş №e-2(009)-481/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-481/2025

20.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-481/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC-nin C.F.Mahmudovn iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməklə çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməklə çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC ilə Qaffarov İmran Sabir oğlu arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 136/09/AAF nömrəli kredit müqaviləsi üzrə 20.000 manat kredit götürülmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 53 saylı evin 25 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Sonradan ona məlum olmuşdur ki, qohumu Qaffarov İmran Sabir oğlu krediti ödəmədiyi üçün borcla çoxalmış və bank tərəfindən məhkəməyə müraciət etmişdir. Belə ki, Qafarov İmran ödənişi ödəmədiyi üçün gecikmə olub üzərinə faizlər yığılmışdı. Borclar vaxtında ödənmədiyi üçün faizlərlə birgə 38.267,88 manat borc yaranmışdır. Cavabdeh2 BOKT ASC-nin iddia tələbi Binəqədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(001)-2133/2011 nömrəli qətnaməsi ilə təmin edilmişdir. Borclara görə məhkəmədə 25 saylı mənzilin açıq həracda satılması və satışdan qalan pulun isə ona qaytarılması qərarı qəbul olunmuşdur. Belə ki, həmin qətnaməyə görə tələbin ona məxsus olan əmaka yönəldilməsi qət edilmişdir. Göstərilənlərlə bağlı Qaffarov İmran Sabir oğlu ona yalan məlumat verərək onu aldatmışdır. O, da bu işlərlə maraqlanmadığı üçün xəbəri olmadan məhkəmə qətnaməsi icraya yönəldilmiş və hərracda satışa çıxarılaraq Bankın mülkiyyətinə götürülmüşdür. Belə ki, sonradan əldə etdiyi sənədlərdən ona məlum olmuşdur ki, "xxxx" MMC-nin Hərracın yekunlarına dair xx.xx.2012-ci il tarixli, Y-1011 nömrəli Protokoluna əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 53 saylı evin 25 saylı mənzili "xxxx" ASC-yə (indiki Cavabdeh2 BOKT ASC) borc əvəzinə verilmişdir. Onun nə məhkəmədən, nə də keçirilən hərraclardan xəbəri olmamışdır. Artıq 1 aya yaxın bir müddətdir ki, o, "xxxx" MMC-ni axtarır. Lakin həmin MMC-nin bağlandığı və arxivinin yerinin bilmədiyi ona bildirilir. Odur ki, keçirilən hərraclar barədə ona məlumat verilməməsinin səbəblərini araşdıra bilmir. Hərrac təşkilatı hərracın keçirilməsi barədə ona nəinki “çatdırılmasını təsdiq etmə üsulu ilə” xəbər vermis, hətta şifahi də məlumat verməmişdir. Halbuki məhkəmə qətnamələrində onun faktiki ünvanıtam dəqiqliklə göstərilmişdir. Bütün məhkəmə sənədləri onun faktiki ünvanına çatdırıldığı halda, nədənsə nə icra şöbəsi, nə də hərrac təşkilatı ona icra prosesi barədə heç bir məlumat vermədən əmlakını gizli yolla hərracda Banka satıblar. Bu da Azərbaycan Respublikasının “İpoteka” və “İcra haqqında” Qanunlarına tamamilə ziddir və onun əmlak hüquqları pozulmaqdadır. Qanunvericiliyin tələbində də göründüyü kimi hərrac qanunun pozulması ilə keçirildikdə hərrac etibarsız hesab edilməlidir. Eyni zamanda icra məmuru tərəfindən icra haqqında qanunun tələbi pozulmaqla ona könüllü icra müddətinin verilməməsi də qanuna ziddir. Cavabdeh2 BOKT ASC həmin hərracı xx.xx.2012-ci il tarixli şəhadətnamə əsasında borc əvəzinə mülkiyyətə götürmüşdür. Lakin keçirilən hərraclar barədə onlara qanunun tələbləri pozulmaqla məlumat verilmədiyi üçün onların hərracla iştirak etmək hüquqları məhdudlaşdırılmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53 ünvanında yerləşən evin 25 nömrəli mənzilinə dair keçirilən hərracın nəticələri haqqında xx.xx.2012-ci il tarixli, Y-1011 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53 ünvanında yerləşən evin 25 nömrəli mənzilinə dair Cavabdeh2 BOKT ASC-nin adına verilmiş RX seriyalı, ******* nömrəli, **********22-05101-093026 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli qeydiyyat tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, Binəqədi rayon Məhkəməsində 2011-ci il tarixli qətnamə qəbul edilərkən məhkəmə iclaslarında onun iştirakı təmin edilməmiş və qətnamədən məlumatı olmamışdır. 2024-cü ilin sonlarında Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi onlara gələrək bildirmişdir ki, evi artıq hərracdan onlar almışlar, mülkiyyət hüquqlarını təsdiq edən sənədi göstərmişlər, həmin vaxt ona məlum olmuşdur ki, mülkiyyətində olan evlə əlaqədar hərrac keçirilmiş, lakin ona məlumat verməmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X1 iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, hərracın qanuna əsaslarla keçirilməsini təsdiq edən sübutlar onlarda da mövcud deyil. Bank 2013-cü ildə iddiaçının evini hərracdan alsa da, ləğv prosesində olduğu, öhdəliklər ləğvediciyə ötürüldüyü, daha sonra onlara qaytarıldığı, bank Bank Olmayan Kredit Təşkilatına çevrildiyi və bu müddət uzun çəkdiyi üçün mübahisəli evlə bağlı heç bir tədbir görülməmişdir. 2024-cü ilin sonlarında İddiaçı müraciət olunmuşdur ki, ev üzərində onların mülkiyyət hüququ yaranmışdır, həmin hüquqdan istifadə edib onları evdən çıxarma ilə bağlı məhkəməyə verəcəklər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxslər Bakı şəhəri Binəqəli rayon İcra Şöbəsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik Hüquqi Şəxsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" MMC-nin hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanlar üzrə bildirişlər göndərilsə də, məhkəmə bildirişi müvafiq qeydlə (“bina sökülüb”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsində istifadədə olan 0.1348 ha torpaq sahəsində yerləşən 53 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 38,3 kv.m. ümumi, 26,0 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 25 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 88671 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə Binəqədi rayon Məhkəməsinin 2(001)-2133/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh Qaffarov İmran Sabir oğlundan kredit görə 17.256,14 manat əsas borcu, 2.303,60 manat gecikdirilmiş faiz borcu, 1.100 manat dəbbə pulu, cəmi 20.659,74 manat, hüquqi yardıma görə 332 manat və məhkəmə xərci kimi ödənilmiş 20 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-yə verilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsində olan 0.1348 ha torpaq sahəsində yerləşən 53 saylı beşmərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 38,3 kv.m. ümumi, 26.0 kv.m. yaşayış sahəsindən ibarət iki otaqlı 25 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi, vəsaitinin ödənişlərin məbləğindən artıq qalan hissəsi İddiaçı qaytarılması, İddiaçı, X4, X2 və Nümayəndə mənzilin açıq hərracda satıldığı tarixdən bir ay müddətində mənzildən çıxarılması qət edilmişdir. İş üzrə Bakı şəhərinin notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli şəhadətnaməsinin surətindən görünür ki, yaşayış əmlakının açıq hərracda satılması barədə fiziki və hüquqi şəxslərin və xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2133/11 saylı qərara, xx.xx.2011-ci il tarixli, 2(001)-2133/11 saylı icra vərəqəsinə və xx.xx.2012-ci il tarixli "xxxx" Hərracın yekunları barədə Y-1011 No-li Protokola əsasən ünvan 2 ünvanda yerləşən mənzilin mülkiyyət hüququnun ünvan 3 "xxxx" ASC-yə məxsus olmasını təsdiq etmişdir. Həmin əmlak 26,0 kv.m. yaşayış sahəsi, 38,3 kv.m. ümumi sahəsi olan 2 otaqlı mənzildən ibarətdir və əvvəllər xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikasının DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 956 kitab, 88671 vərəq, **********22-05101-093026 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus olmuş və keçmiş mülkiyyətçinin əmlakın (mənzil) borcu olduğu üçün "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsində yerləşən 53 saylı binanın 25 saylı mənzilin hüquqi subyekti "xxxx" ASC-dir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsində yerləşən 53 saylı evin 25 saylı mənzili tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 42PB saylı əmrin surətindən görünür ki, X6 borcunun əvəzinə hərracda alınaraq İddiaçı məxsus ünvan 2, 26.0 kv.m. yaşayış sahəsi, 12.3 kv.m. yardımçı sahəsi, 38.3 kv.m. ümumi sahədən ibarət 2 otaqlı dövlət reyestrindən xx.xx.2013-cü il tarixli verilmiş çıxarışa əsasən 25.500 manat qiymətlə "xxxx" ASC-nin balans uçotuna investisiya mülkiyyəti kimi qəbul edilməsi əmr edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2-(001)-2133/2011 saylı qətnaməsi ilə cavabdeh Qaffarov İmran Sabir oğlundan kreditə görə cəmi 20.659,74 manat, hüquqi yardıma görə 332 manat və məhkəmə xərci kimi ödənilmiş 20 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-yə verilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsində olan 0.1348 ha torpaq sahəsində yerləşən 53 saylı beşmərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 38,3 kv.m. ümumi, 26.0 kv.m. yaşayış sahəsindən ibarət iki otaqlı 25 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi, vəsaitinin ödənişlərin məbləğindən artıq qalan hissəsi İddiaçı qaytarılması, İddiaçı, X4, X2 və Nümayəndə mənzilin açıq hərracda satıldığı tarixdən bir ay müddətində mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhərinin notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli şəhadətnaməsinə əsasən yaşayış əmlakının açıq hərracda satılması barədə fiziki və hüquqi şəxslərin və xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2133/11 saylı qərara, xx.xx.2011-ci il tarixli, 2(001)- 2133/11 saylı icra vərəqəsinə və xx.xx.2012-ci il tarixli "xxxx" Hərracın yekunları barədə Y-1011 Noli Protokola əsasən ünvan 2 ünvanda yerləşən mənzilin mülkiyyət hüququnun "xxxx" ASC-yə (indiki Cavabdeh2 BOKT ASC-yə) məxsus olmasını təsdiq etmiş, həmin əmlak 2 otaqlı mənzildən ibarətdir və əvvəllər xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikasının DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı məxsus olmuş və keçmiş mülkiyyətçinin əmlakın (mənzil) borcu olduğu üçün "xxxx" ASC-nin (indiki Cavabdeh2 BOKT ASC-nin) mülkiyyətinə keçmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" ASC-nin (indiki Cavabdeh2 BOKT ASC-nin) tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 42PB saylı əmrinə əsasən Qaffarov İmran Sabir oğlunun borcunun əvəzinə hərracda alınaraq İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsində yerləşən 53 saylı evin 2 otaqdan ibarət 25 saylı mənzili mənzili dövlət reyestrindən xx.xx.2013-cü il tarixli verilmiş çıxarışa əsasən 25.500 manat qiymətlə "xxxx" ASC-nin (indiki Cavabdeh2 BOKT ASC-nin) balans uçotuna investisiya mülkiyyəti kimi qəbul edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun nə məhkəmədən, nə də keçirilən hərraclardan xəbəri olmamışdır. Artıq 1 aya yaxın bir müddətdir ki, o, "xxxx" MMC-ni axtarır. Lakin həmin MMC-nin bağlandığı və arxivinin yerinin bilmədiyi ona bildirilir. Odur ki, keçirilən hərraclar barədə ona məlumat verilməməsinin səbəblərini araşdıra bilmir. Hərrac təşkilatı hərracın keçirilməsi barədə ona nəinki “çatdırılmasını təsdiq etmə üsulu ilə” xəbər vermis, hətta şifahi də məlumat verməmişdir. Bütün məhkəmə sənədləri onun faktiki ünvanına çatdırıldığı halda, nədənsə nə icra şöbəsi, nə də hərrac təşkilatı ona icra prosesi barədə heç bir məlumat vermədən əmlakını gizli yolla hərracda Banka satıblar. Qanunvericiliyin tələbində də göründüyü kimi hərrac qanunun pozulması ilə keçirildikdə hərrac etibarsız hesab edilməlidir. Eyni zamanda icra məmuru tərəfindən icra haqqında qanunun tələbi pozulmaqla ona könüllü icra müddətinin verilməməsi də qanuna ziddir. Cavabdeh2 BOKT ASC həmin hərracı xx.xx.2012-ci il tarixli şəhadətnamə əsasında borc əvəzinə mülkiyyətə götürmüşdür. Lakin keçirilən hərraclar barədə onlara qanunun tələbləri pozulmaqla məlumat verilmədiyi üçün onların hərracla iştirak etmək hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 53 saylı evin 25 nömrəli mənzilinə dair keçirilən hərracın nəticələri haqqında xx.xx.2012-ci il tarixli, Y-1011 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsini, Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53 ünvanında yerləşən evin 25 nömrəli mənzilinə dair Cavabdeh2 BOKT ASC-nin adına verilmiş RX seriyalı, ******* nömrəli, **********22-05101-093026 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. «İpoteka haqqında» AR Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Qeyd olunan normalardan göründüyü kimi, qanunverici təşkil edilmiş hərracda mülkiyyətçinin alıcı qismində iştirak etmək imkanını təmin etməklə, bu imkanın reallaşdırılması və hərracda iştirakla bağlı digər hüquqlardan istifadə edə bilməsi üçün ona hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin göndərilməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Bu baxımdan məhkəmə qeyd edir ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində qanundan irəli gələn hüququn dayışıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Diqqətə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına dəlalət edir. Odur ki, hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən hərracın keçirilməsi zamanı mülkiyyətçi kimi ona hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsi tələbinə riayət olunacağından əmin olmalıdır. Heç kəs hüquqlarının, o cümlədən mülkiyyət hüququnun pozulmasını daimi olaraq gözləməyə və ya istənildən anda onların pozula biləcəyini güman etməyə məcbur edilə bilməz. Sonuncu xüsusat qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edən hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda vurğulanan qaydasına əməl edilməməsi (yəni hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməməsi) hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda əmlakın mülkiyyətçisinin əmlak mənafeyini pozulması ilə də nəticələnə bilər. Hazırki işdən görünür ki, icra sənədinin verilməsinə əsas olmuş Binəqədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi çıxarılarkən, İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Bu hallar onu göstərir ki, İddiaçı nə qətnamənin qəbul edilməsindən, nə də ki, hərracın keçirilməsindən xəbəri olmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericilik hərrac təşkilatının üzərinə hərrac keçirilməsi barədə ipoteka qoyana bildiriş verilməsi vəzifəsini qoyur və ipoteka qoyanın hərracda iştirak etmək hüququnun məhdudlaşdırılması, həmin əmlakı əldə etmək hüququndan məhrum edir. Məhkəmə iclasında hərracın keçirilməsinə dair bildirişlərin iddiaçıya göndərilməsi, hərracın keçirilməsi vaxtı barədə iddiaçının məlumatı olmasına dair sübutlar aşkar edilməmişdir. Məhkəmə iclasında eyni zamanda icra sənədi üzrə tələbkar Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi tərəfindən də etiraf olunmuşdur ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə tərəflərə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumat verilməsini təsdiq edən sübutlar onlarda da mövcud deyil və bu səbəbdən məhkəməyə təqdim edə bilmirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında onlara qarşı qaldırılan iddianı əsaslı hesab edərək iddianı qəbul etmişdir. Cavabdeh2 BOKT ASC ipoteka predmetini hərracdan əldə etsə də, 2013-cü ildən mülkiyyətinə keçmiş evlə əlaqədar evin əvvəlki mülkiyyətiçisinə məlumat da verməmişdir. AR MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hərracın yekunları barədə protokol etibarlı əqd hesab edilə bilməz və bu səbəbdən də bağlandığı andan etibarsız hesab edilməlidir. «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd edilən Məcəllənin 337.2-ci madəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Beləliklə məhkəmə hesab edir ki, hərrac “İpoteka haqqında” AR Qanununun tələblərini pozulmaqla keçirildiyi üçün onun etibarsız hesab edilməsi ilə bağlı tələb tam əsaslıdır. Məhkəmə iddiaçının hərracın keçirilməsi ilə bağlı məhkəməyə müraciət etmə müddətinin ötürülməməsinə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mənzilin hərrac təşkilatı tərəfindən satılmasından 2024-cü ilin sonlarında məlumat almışdır. Bu fakt cavabdehin nümayəndəsi tərəfindən də etiraf olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi vaxtdan bir il ərzində hərracın yekunları protokolun etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün, onun tərəfindən məhkəməyə müraciət etmək üçün müddət ötürülməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi hərracın yekunları barədə Y-1011 saylı, xx.xx.2012-ci il tarixli protokolun etibarsız hesab edilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hərracın yekunları barədə protokol məhkəmə qaydasında etibarsız hesab edildiyi üçün, həmin hərracın hüquqi nəticələri də ləğv edilməlidir. Belə ki, hərrac protokolu əsasında iddiaçının mülkiyyətində olan mənzil "xxxx" ASC-nin (indiki Cavabdeh2 BOKT ASC-nin) mülkiyyətinə keçmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hərracın yekunları barədə protokol əsasında daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 53 saylı evin 25 saylı mənzilin "xxxx" ASC-nin (indiki Cavabdeh2 BOKT ASC-nin) mülkiyyətinə keçməsi barədə qeyd və verilmiş çıxarış ləğv edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 53 saylı evin 25 saylı mənzilinin "xxxx" ASC-yə (indiki Cavabdeh2 BOKT ASC-yə) satılması haqqında "xxxx" MMC tərəfindən xx.xx.2012-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə Y-1011 saylı protokol bağlandığı andan etibarsız hesab edilsin və həmin hərracın nəticələri ləğv edilsin. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli hərracın yekunları barədə Y-1011 saylı protokol əsasında Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 53 saylı evin 25 saylı mənzilin "xxxx" ASC-nin (indiki Cavabdeh2 BOKT ASC-nin) mülkiyyətinə keçməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və həmin qeyd əsasında verilmiş xx.xx.2013cü il tarixli, RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********22-05101-093026, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar