Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-483/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı (3-cü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb olunmaqla) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı bağın icarədarı hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (3-cü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb olunmaqla) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətininin “X1 və İstismarı” Birliyi ilə X5 arasında bağlanmış “Bağın icarəyə verilməsi barəsində” 7210 saylı xx.xx.2001-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsi olan 1630 nömrəli bağın icarədarı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin ralğaB“ Təsərrüfatının İnkişafı və İstismarı” Birliyi ilə Tağıyev Şamxal Kərim oğlu arasında bağlanmış nığaB“ icarəyə verilməsi barəsində” 7210 saylı, xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0.20 ha torpaq sahəsi olan 1630 nömrəli bağ X4 istifadəyə verilmişdir. nığaB“ icarəyə verilməsi barəsində” 7210 saylı, xx.xx.2001-ci il tarixli müqavilənin 9-cu bəndində Hüseynov İsmayıl Yusif oğlu bağ sahəsini icarəyə götürmüş X3 ailə üzvü kimi qeyd edilmişdir. X5 xx.xx.2007-ci ildə vəfat etmişdir. Tağıyev Şamxal Kərim oğlunun vəfatından sonra və hazırda da nığaB“ icarəyə verilməsi barəsində” 7210 saylı, xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində sahəsi 0.20 ha olan 1630 nömrəli bağ İddiaçı sahibliyi və istifadəsindədir. nığaB“ icarəyə verilməsi barəsində” 7210 saylı, xx.xx.2001-ci il tarixli müqavilənin 11-ci bəndinə əsasən bağ icarədarı vəfat etdikdə müqavilədə ailə üzvü kimi qeyd edilmiş şəxslə yenidən müqavilə bağlanır. Qeyd olunmalıdır ki, qanuni istifadədə olan torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsinin həmin torpaq sahəsinin qanuni istifadəçisinin vərəsələri tərəfindən həyata keçirilməsinin mümkünlüyü müvafiq qanunvericiliyə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. İcarə münasibətləri bir qayda olaraq, Mülki Məcəllənin müddəaları ilə tənzimlənir. Bununla belə, torpaq icarəsi münasibətlərinin müvafiq tənzimlənmə qaydası “İcarə haqqında” Qanunda və “Torpaq icarəsi haqqında” Qanunda müəyyən edilmişdir. Həmin normativ hüquqi aktların müddəaları əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olunmasını və bunlardan istifadə edilməsini, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən etməklə, icarəçi vəfat etdiyi halda torpaq sahəsi üzərində icarə hüquqlarının onun vərəsələrinə (hüquqi varislərinə) keçməsini istisna etmir. Belə ki, “İcarə haqqında” Qanunun 13-cü maddəsinin altıncı hissəsinin ikinci bəndinə əsasən icarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə görə icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı Bakı Şəhər İcra Hakimiyyətininin “X1 və İstismarı” Birliyi ilə X5 arasında bağlanmış “Bağın icarəyə verilməsi barəsində” 7210 saylı xx.xx.2001-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsi olan 1630 nömrəli bağın icarədarı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmədən xahiş etmiş və izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinə əsasən bağ evləri üçün torpaq sahələri yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından verilir. Həmçinin bu Məcəllənin 46-cı maddəsinin 1-ci hissəsində dövlət mülkiyyətində olan torpaqlar göstərilmiş və bu növ torpaqların bağ evləri üçün verilməsi nəzərdə tutulmamışdır. “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində dövlət mülkiyyətində olan hansı torpaqların icarəyə verilməsi göstərilmişdir. Ümumiyyətlə dövlət mülkiyyətində olan torpaqlar əsasən istifadəyə icarə əsasında verilir və bu Məcəllənin 51-ci maddəsinə, eləcə də, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Qanunvericiliyin ruhundan da aydın olur ki, dövlət mülkiyyətində olan torpaqlar bağ evi və s. bu kimi hallar üçün deyil, yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə icarəyə, həmçinin mühüm dövlət layihələri üçün isə istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda qüvvədə olan normativ hüquqi aktlarda vətəndaşla Bakı Şəhər İcra Hakimiyyəti arasında bağ evi üçün torpaq sahəsinin icarəyə verilməsi halı mövcud deyildir. İddiada istinad edilən “X1 və İstismarı” Birliyi ilə iddiaçı arasında bağlanmış müqaviləyə münasibətdə isə bildirir ki, sözügedən idarə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə ləğv edilmiş və bağ təsərrüfatı idarələrinin arxivləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ləğv edilmiş idarənin əvəzindən qanunvericiliyə zidd şəkildə hər hansı icarə müqaviləsi bağlamaq səlahiyyəti yoxdur. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.16.4-cü yarımbəndinə uyğun olaraq “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət mülkiyyətində olan torpaq sahələri icarəyə və yaxud istifadəyə verilə bilər. Yuxarıda qeyd edilənləri, o cümlədən qüvvədə olan maddi hüquq normalarının müddəalarını nəzərə alaraq, iddianın Bakı Şəhə İcra Hakimiyyətinə münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan 15 avqust 2007-ci il tarixli, 464 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 avqust 2007-ci ildə ölmüşdür. Ölüm haqqında 10 avqust 2007-ci il tarixli 447 №-li akt qeydi ilə tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin ralğaB“ Təsərrüfatının İnkişafı və İstismarı” Birliyi ilə Tağıyev Şamxal Kərim oğlu arasında bağlanmış 7210 saylı, 20 noyabr 2001-ci il tarixli nığaB“ icarəyə verilməsi haqqında Müqavilə”dən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0.20 ha torpaq sahəsi olan 1630 nömrəli bağ X4 10 il müddətinə icarəyə verilmişdir. Müqavilənin 9-cu bəndində Hüseynov İsmayıl Yusif oğlu bağ sahəsinin icarədarı X3 ailə üzvü kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3158/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2015/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair çıxarışın verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2179/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2015/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan narazı qalan iddiaçının kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 3158/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Qeyd olunan qərardaddan görünür ki, iddiaçı icarə müqaviləsində icarədarın ailə üzvü kimi qeyd edilməsinə, icarədarın sağlığında onunla birlikdə bağ sahəsindən istifadə etməsinə və icarədarın ölümündən sonra da hazırki vaxtadək bağ sahəsinin faktiki olaraq onun istifadəsində olmasına və s. istinad etməklə mübahisəli bağ sahəsinin icarədarı hesab edilməsi barədə yeni məhkəmə mübahisəsi açmaq hüququna malikdir və bağın icarədarı hesab edildikdən sonra həmin bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin ralğaB“ Təsərrüfatının İnkişafı və İstismarı” Birliyi ilə Tağıyev Şamxal Kərim oğlu arasında bağlanmış 7210 saylı, 20 noyabr 2001-ci il tarixli nığaB“ icarəyə verilməsi haqqında Müqavilə”nin 11-ci bəndindən görünür ki, bağ icarədarı vəfat etdikdə və ya o daimi yaşayış üçün başqa yerə köçdükdə bağın icarə müqaviləsi onun müəyyən edilmiş müddəti bitənədək, “İcarədarın” özü ilə birgə yaşayan ailə üzvlərindən, yaxud ondan ayrı yaşayan yaxın qohumlarından (valideynləri, uşaqları, qardaşları, bacıları, babası, nənəsi, arvadı və ya əri) birisi ilə yenidən bağlanılır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Qanuna müvafiq olaraq torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Əsasnamənin 2-ci bəndində özəlləşdirməyə çıxarılmış torpaqların, o cümlədən həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, qanuni istifadədə olan torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsinin həmin torpaq sahəsinin qanuni istifadəçisinin vərəsələri tərəfindən həyata keçirilməsinin mümkünlüyü müvafiq qanunvericiliyə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilən qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. İcarə münasibətləri bir qayda olaraq, MM-in müddəaları ilə tənzimlənir. Bununla belə, torpaq icarəsi münasibətlərinin müvafiq tənzimlənmə qaydası “İcarə haqqında” Qanunda və “Torpaq icarəsi haqqında” Qanunda müəyyən edilmişdir. Həmin normativ hüquqi aktların müddəaları əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olunmasını və bunlardan istifadə edilməsini, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən etməklə, icarəçi vəfat etdiyi halda torpaq sahəsi üzərində icarə hüquqlarının onun vərəsələrinə (hüquqi varislərinə) keçməsini istisna etmir. “İcarə haqqında” Qanunun 13-cü maddəsinin altıncı hissəsinin ikinci bəndinə əsasən icarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə görə icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı şəhəri İcra Hakimiyyətinin ralğaB“ Təsərrüfatının İnkişafı və İstismarı” Birliyi ilə Tağıyev Şamxal Kərim oğlu arasında bağlanmış 7210 saylı, 20 noyabr 2001-ci il tarixli nığaB“ icarəyə verilməsi haqqında Müqavilə” əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0.20 ha torpaq sahəsi olan 1630 nömrəli bağ X4 10 il müddətinə icarəyə verilmiş, müqavilənin 9-cu bəndində Hüseynov İsmayıl Yusif oğlu bağ sahəsinin icarədarı X3 ailə üzvü kimi qeyd edilmişdir. X5 xx.xx.2007-ci ildə vəfat etmişdir. nığaB“ icarəyə verilməsi haqqında” 7210 saylı xx.xx.2001-ci il tarixli müqavilənin 11-ci bəndinə əsasən bağ icarədarı vəfat etdikdə müqavilədə ailə üzvü kimi qeyd edilmiş şəxslə yenidən müqavilə bağlanır. Məhkəmə iclasında eləcə də müəyyən edilmişdir ki, Tağıyev Şamxal Kərim oğlunun vəfatından sonra və hazırda da nığaB“ icarəyə verilməsi barəsində” 7210 saylı xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində sahəsi 0.20 ha olan 1630 nömrəli bağ İddiaçı sahibliyi və istifadəsindədir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin “X2 və İstismarı” Birliyi ilə X5 arasında bağlanmış 7210 saylı, xx.xx.2001-ci il tarixli Bağın icarəyə verilməsi barəsində müqavilə üzrə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsi olan 1630 nömrəli bağın icarədarı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin “X2 və İstismarı” Birliyi ilə X5 arasında bağlanmış 7210 saylı, xx.xx.2001-ci il tarixli Bağın İcarəyə verilməsi barəsində müqavilə üzrə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsi olan 1630 nömrəli bağın icarədarı hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-483/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-483/2025
23.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver