Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-516/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçı Məlı̇ kov Aqı̇ l Tofı̇ q oğlunun, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Məlı̇ kov Aqı̇ l Tofı̇ q oğlunun (3-cü şəxs qismində Azərbaycan Dövlət X3 tabeliyində Regı̇ onal Su Melı̇ orası̇ ya Xı̇ dmətı̇ nin Mil-Qarabağ və X2 İstismarı İdarəsi işə cəlb olunmaqla) cavabdeh Azərbaycan Dövlət X3 tabeliyində Regı̇ onal Su Melı̇ orası̇ ya Xı̇ dmətı̇ nə qarşı işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, maddi zərər, mənəvi zərər və əlavə xərclərin ödənilməsi tələbinə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məlı̇ kov Aqı̇ l Tofı̇ q oğlu 3-cü şəxs qismində Azərbaycan Dövlət X3 tabeliyində Regı̇ onal Su Melı̇ orası̇ ya Xı̇ dmətı̇ nin Mil-Qarabağ və X2 İstismarı İdarəsi işə cəlb olunmaqla cavabdeh Azərbaycan Dövlət X3 tabeliyində Regı̇ onal Su Melı̇ orası̇ ya Xı̇ dmətı̇ nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinin Mil-Qarabağ və X2 İstismarı İdarəsinin baş mühəndisi vəzifəsinə bərpa olunması öhdəliyinin Azərbaycan Dövlət X3 tabeliyində Regı̇ onal Su Melı̇ orası̇ ya Xı̇ dmətı̇ nin üzərinə qoyulması, məcburi iş buraxmaya görə 450 manat, mediasiya xərcinə görə 50 manat, hüquqi yardıma görə 340 manat, cəmi 840 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2008-ci ildən xx.xx.2024-cü il tarixədək 16 il 11 ay müddətində fasiləsiz olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı “ Açıq Səhmdar Cəmiyyətinin Miİ-Qarabağ və X2 İstismarı idarəsinin baş mühəndisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin “xx.xx.2023-cü il tarixli 2356 saylı fərmanına əsasən "xxxx" ASC çevrilmə formasnda yenidən təşkil yolu ilə Cavabdeh yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyinin xx.xx.2024-cü il tarixli, 001/F nömrəli əmri ilə Cavabdehn təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən onun tutduğu baş mühəndis vəzifəsinin ixtisara düşəcəyi barədə imza etdirməklə məktub təqdim edilmişdir. Əslində işlədiyi idarədə heç bir ştat ixtisarı olmamışdır. "xxxx" ASC-nin Mil- Qarabağ və X2 İstismarı İdarəsinin adı Cavabdeh yaradıldıqdan sonra da dəyişilməmiş, öz əvvəlki adını, ştat cədvəlində də baş mühəndis vəzifəsi saxlanılmışdır. O, Mil-Qarabağ və X2 İstismarı İdarəsinin müdiri Valeh Qaraşovun təqdimatı əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyinin tabeliyində olan “X8 Xidməti" Publik hüquqi şəxsi idarə heyətinin sədri Zakir Quliyevin 573 saylı, xx.xx.2024-cü il tarixli əmri ilə baş mühəndis vəzifəsindən AR Əmək Məcəlləsinin 70-ci b (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) maddəsinə əsasən işdən azad olunmuşdur. Bu zaman “işəgötürən" azadolunmanın zəruriliyini əsaslandırmamışdır. İdarənin onun tutmuş olduğu baş mühəndis vəzifəsinə isə, 2 ay əvvəl Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzrfəsindən pensiyaya çıxarılmış, 1959-cu il təvəllüdlü, 66 yaşlı, Valeh Qaraşovun və Zakir Quliyevin yaxın dostu X6 təyin edilmişdir. İdarədə ştat ixtisarı olsaydı bu təyinat baş tutmazdı. Qeyd etdiyi kimi, sonuncu iş yerində və vəzifədə, sırf öz ixtisası üzrə, fasiləsiz 17 il işlədiyi, bu müddət ərzində əmək intizamına riayət etdiyi, rəhbərlik tərəfindən cəza almadığı, ailəsinin tərkibinin 5 nəfərdən ibarət olduğu, hazırda 3 övladının təhsil müəssisələrində təhsil aldıqları halda, onun saxta ştat ixtisarı adı altında işindən azad edilməyi, yerinə pensiyaya çıxmış şəxsin təyin edilməsi ədalətsizlikdir. Ona son haqq-hesab, noyabr, dekabr ayları üçün əmək haqqı ödənilməmişdir. Hesab edir ki, onun vəzifədən ştat ixtisarı səbəbilə işdən azad olunmağı qanunsuz və əsassızdır. 14 mart 2025-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, onun Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinin Mil- Qarabağ və X2 İstismarı İdarəsinin baş mühəndisi vəzifəsinə bərpa olunması öhdəliyinin Azərbaycan Dövlət X3 tabeliyində Regı̇ onal Su Melı̇ orası̇ ya Xı̇ dmətı̇ nin üzərinə qoyulması, məcburi iş buraxmaya görə 4800 manat, əmək haqqının az hesablanmasına görə 3644 manat, mediasiya xərcinə görə 50 manat, hüquqi yardıma görə 340 manat, cəmi 8.444 manat, mənəvi zərərə görə 5000 manat, ümumilikdə 13.444 manat pulunu cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemində yerləşdirdiyi sənədlərdən məlum olur ki, lanȯ ıgeR“ Su Melı̇ orası̇ ya Xı̇ dmətı̇ ” publik hüquqi şəxsin yaradıldığı vaxtdan sonra, Mil-Qarabağ və X2 İstismarı İdarəsinin strukturunun və ştat cədvəli xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş və ştat cədvəlində idarənin “rəhbərlik” bölməsində baş mühəndis vəzifəsi ixtisar edilməmiş, -həmin vəzifə eyni ad altında əvvəldə olduğu kimi qalmış, - təsdiqlənmiş yeni ştat cədvəli eyni tarixdən, xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir. İddiaçı xx.xx.2024-cü il tarixədək idarənin baş mühəndisi vəzifəsində qaldığı halda, X6 xx.xx.2024-cü il tarixdən həmin vəzifəyə təyin edilmiş, hal-hazıradək işləməkdədir. İddiaçının vəzifə maaşı xx.xx.2024-cü il tarixdən 1600 manat müəyyən edilsiyi halda, ona 4 ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək 690 manat əvvəlki vəzifə maaşı hesablanmaqla sonuncu haqq-hesab verilmişdir. 1600 manat - 690 manat x 4 ay = 3644 manat vəsait az hesablanmışdır. Bundan əlavə, iddiaçı xx.xx.2024-cü il tarixdən bu günədək, yəni xx.xx.2025-ci il tarixədək, 3 ay məcburi iş buraxmaya görə 3 ay x 1600 manat = 4800 manat vəsaitdən məhrum olmuşdur. Beləliklə, cavabdehin iddiaçıya 8444 manat borcu yaranmışdır. 14 mart 2025-ci il tarixdə İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinin Mil-Qarabağ və X2 İstismarı İdarəsinin baş mühəndisi vəzifəsinə bərpa olunması öhdəliyinin Azərbaycan Dövlət X3 tabeliyində Regı̇ onal Su Melı̇ orası̇ ya Xı̇ dmətı̇ nin üzərinə qoyulması, məcburi iş buraxmaya görə 4800 manat, əmək haqqının az hesablanmasına görə 3644 manat, mediasiya xərcinə görə 50 manat, hüquqi yardıma görə 340 manat, mənəvi zərərə görə 5000 manat, ümumilikdə 13.834 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi və ərizəyə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini əsassız olduğundan qəbul etmədiyini bildirmiş və izah etmişdir ki, Azərbaycan X3 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanına əsasən tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh yaradılmışdır. X8 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Azərbaycan X3 tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il 232 nömrəli qərarı ilə Cavabdehn Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Həmin Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərmanın 3-2 hissəsi və 5.3-5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh yaradılmışdır. Qeyd olunan normativ hüquqi aktlardan da göründüyü kimi, “Azərbaycan Dövlət X3 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh yaradımışdır. Azərbaycan Dövlət X3 xx.xx.2024-cü il tarixli 001/f nömrəli Əmri ilə Cavabdehn strukturu təsdiq edilmişdir. Təsdiq edilmiş struktur və işçilərin say həddi daxilində Xidmətin strukturuna daxil olan tabeli qurumların-idarələrin təsdiq edilmiş strukturu və ştat cədvəllərinə əsasən, işçilərin ştat vahidləri ixtisara düşmüşdür. Bu zaman qanunvericilin bütün təlləbləri cavabdeh tərəfindən yerinə yetirilməklə, bütün işçilərə qarşı həyata keçirilmişdir. İddiaçı çatası bütün müavinət və kompensasiyalar, son haqq hesab verilməklə bütün tələbləri tamlıqla ödənilmişdir. Məhkəməyə təqdim olunan bank çıxarışlarından da göründüyü kimi, İddiaçı hətta işə gəlmədiyi günlər və aylar üzrə pulı məbləğləri ödənilmişdir. İddiaçı Mil-Qarabağ və X4 İstismarı İdarəsində tutduğu baş mühəndis vəzifəsində ixtisara düşəcəyi barədə “xəbərdarlıq” verilməklə, 573 saylı, xx.xx.2024-cü il tarixli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunduqdan sonra ona ödəniləsi bütün pullar ödənilmişdir. Xüsusilə qeyd etmək istərdi ki, İddiaçı ixtisara düşəcəyi barədə “xəbərdarlıq” verilsə də, Mil-Qarabağ və X4 İstismarı İdarəsinin işə davamiyyət-tabel jurnalından da göründüyü kimi, işə gəlməsə də, ona hər ay işə baş mühəndis kimi əmək haqqı hesablanaraq pul məbləğləri verilmişdir. Lakin İddiaçı ara-sıra idarənin inzibati binasına gələrək iş vaxtı idarənin fəaliyyətinə maneəçiliklər törətməklə, işçilər arasında nifaq salmaq, özünü rəhbər kimi aparmaqla əməkdaşlarla kobud-qaba rəftar etməsi onun təsdiq olunmuş yeni strukturda baş mühəndis vəzifəsində qalıb işləməsi rəhbərlik tərəfindən birmənalı qarşılanmamışdır. Belə ki, işlədiyi idarənin əməkdaşları dəfələrlə Azərbaycan X3 rəhbərliyinə müraciət edərək, baş mühəndis İddiaçı adi vurma cədvəlini bilmədiyini, kollektor, berma, damma, kollektorun toxunulmaz məsafəsi nə qədərdir və s. bu kimi adi mühəndisin bilməli olduğu sadə sualları bilməyən şəxsin rəhbər vəzifədə işləməsinə qarşı müraciətləri İddiaçı qurumda rəhbər vəzifədə, baş mühəndis kimi qalıb işləməsinin yolverilməz olduğunu göstərirdi. Hətta işində dönüş yaratmaqla, vəzifə funksiyalarına uyğun işini günün tələblərinə uyğun olaraq qurmasını rəhbərlik tərəfindən xəbərdarlıq edilməklə dəfələrlə bildirilsə də, İddiaçı əksinə idarəyə hərdən gəlməklə idarənin əməkdaşlarının iş fəaliyyətinə maneçiliklər törətmişdir. Bu baxımdan rəhbərlik tərəfindən ona axırıncı xəbərdarlıqla şiddətli töhmət verilməsi məqsədə müvafiq hesab edilmişdir. Mil-Qarabağ və X4 İstismarı İdarəsində baş mühəndis vəzifəsinə təyin olunan X6 uzun müddət həmin vəzifədə işləmişdir. İşlədiyi müddət ərzində özünün iş bacarığı, təhsili, savadı, kollektivdə işgüzar nüfuzu və s. nəzərə alınaraq, o, X5 İdarəsinin rəisi təyin olunmuşdur. Aparılan məlum islahatlardan sonra rəhbərlik tərəfindən qəbul edilən müvafiq göstərişlərə əsasən Əhliman Kərimovun iş bacarığı, fəaliyyəti və kollektivdə qazandığı uğurlar, işgüzar nüfuzu nəzərə alınaraq, yenidən Mil-Qarabağ və X4 İstismarı İdarəsində baş mühəndis vəzifəsinə təyin olunmuşdur. Agentliyin respublika üzrə bütün struktur vahidlərində çevrilmə formasında yenidən təşkili ilə bağlı həmçinin Cavabdehndə də, struktur dəyişikliyi ilə bağlı bütün işçilərə “xəbərdarlıq" verilməklə, yeni ştat cədvəlinə əsasən daha təcrübəli, iş təcrübəsi daha yüksək olan savadlı və kollektivdə nüfuz sahib olan Əhliman Kərimov baş mühəndis vəzifəsinə təyin olunmuşdur. Qeyd olunduğu kimi, İddiaçı keçmiş “Azmelsutəsərrüfat" ASC-nin Mil-Qarabağ və X4 İstismarı İdarəsində baş mühəndis vəzifəsində işlədiyi dövrdə kollektivin nüfuzuna xələl gətirməklə, fasilələrlə işə davamiyyəti, iş vaxtı sərxoş vəziyyətdə işçilərlə münasibətdə özünü mühəndis-rəhbər vəzifənin əməkdaşı kimi əməkdaşlara qarşı kobud-qaba aparması və s. bu kimi hallar idarənin inzibati binasında dəfələrlə təkrarlanan xoşagəlməz bu kimi hadisələr onun baş mühəndis kimi fəaliyyətinə xitam verlməklə, işdən azad olunmasına əsaslar yaratmışdır. Cavabdeh tərəfindən iddiaçıya tutduğu baş mühəndis vəzifəsinin ixtisara düşəcəyi barədə “xəbərdarlıq” göndərilməklə, 573 saylı xx.xx.2024-cü il tarixli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti publik hüquqi şəxsin 573 nömrəli, 16 dekabr 2024-cü il tarixli əmrindən görünür ki, 16 dekabr 2024-cü il tarixindən Azərbaycan Meliorasiya və SU X7 Cəmiyyətinin Mil-Qarabağ və X4 İstismarı İdarəsinin baş mühəndisi İddiaçı ştatın ixtisarı ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət X3 tabeliyində olan X8 Xidməti publik hüquqi şəxs tərəfindən Mil-Qarabağ və X4 İstismarı İdarəsinin baş mühəndisi İddiaçı ünvanlanmış Ştat vahidinin ixtisara düşməsi barədə 9/05-133 saylı, xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət X3 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli, 2356 nömrəli Fərmanına əsasən "xxxx"Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh yaradılmışdır. Azərbaycan Dövlət X3 xx.xx.2024-cü il tarixli, 001/F nömrəli əmri ilə Cavabdehn təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən onun tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün o, bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində onun ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq onun razılığı olduğu halda orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə onun müraciət etdiyi gündən ləğv edilə bilər. İş materiallarında olan "xxxx"Açıq Səhmdar Cəmiyyətinin 006-k nömrəli, xx.xx.2008-ci il tarixli əmrindən görünür ki, İddiaçı 21 yanvar 2008-ci il tarixdən Mil-Qarabağ və X4 İstismarı İdarəsinin baş mühəndisi vəzifəsinə təyin edilmişdir. Təqdim olunmuş Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti publik hüquqi şəxsin 385 nömrəli, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, X6 28 oktyabr 2024-cü il tarixindən Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətin X5 İdarəsinin rəisi vəzifəsindən X8 Xidməti publik hüquqi şəxsin strukturuna daxil olan Mil-Qarabağ və X4 İstismarı İdarəsinin baş mühəndisi vəzifəsinə 3 ay müddətinə keçirilir. Təqdim olunmuş Azərbaycan Dövlət X3 tabeliyində olan X8 Xidməti publik hüquqi şəxsin Mil-Qarabağ və X4 İstismarı İdarəsinin 13 avqust 2024-cü il tarixində təsdiq edilmiş və qüvvəyə minmiş Ştat Cədvəlindən görünür ki, ştat cədvəlində “Rəhbərlik” bölməsində aylıq vəzifə maaşı 1600 manat olan 1 ştat vahidi “Baş mühəndis” vəzifəsi vardır. Təqdim olunmuş X8 Xidməti publik hüquqi şəxsin X9 Komitəsi tərəfindən X8 Xidməti publik hüquqi şəxsin İdarə Heyətinin sədrinə ünvanlanmış 06 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Dövlət X3 xx.xx.2024-cü il tarixli 001/f nömrəli əmri, X8 Xidməti publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 13/4/3-1-71-ü/2024 nömrəli əmri, eləcə də, təsdiq olunmuş təşkilati struktur və ştat cədvəlləri və müvafiq siyahı üzrə ştat vahidlərinin ixtisara düşməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli 9/05-36(a) nömrəli müraciətlə bağlı bildirilir ki, qaldırılan məsələ ilə əlaqədar X8 Xidməti publik hüquqi şəxsin X9 Komitəsinin iclası keçirilmiş və protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən adları təqdim olunmuş siyahıda qeyd olunan işçilərlə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi bildirilir. Beləliklə, iş materiallarından və tərəflərin izahatlarından görünür ki, İddiaçı "xxxx"Açıq Səhmdar Cəmiyyətinin 006-k nömrəli, xx.xx.2008-ci il tarixli əmrinə əsasən 21 yanvar 2008ci il tarixdən Mil-Qarabağ və X4 İstismarı İdarəsinin baş mühəndisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət X3 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli, 2356 nömrəli Fərmanına əsasən "xxxx"Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh yaradılmışdır. X8 Xidməti publik hüquqi şəxs tərəfindən İddiaçı Ştat vahidinin ixtisara düşməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq göndərilərək, Azərbaycan Dövlət X3 xx.xx.2024-cü il tarixli, 001/F nömrəli əmri ilə Cavabdehn təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən onun tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşdüyü, ona görə də, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi bildirilmişdir. Həmin bildirişdə xəbərdarlıq müddəti ərzində əmək funksiyasının icrasından həftədə 1 gün azad olunacağı bildirilmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq, mübahisənin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: - bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; - bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; - beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; - on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: - bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; - bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Göründüyü kimi, qanunverici işçi ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçiyə əmək stajından asılı olaraq müəyyən olunmuş müddətlərdə əvvəlcədən rəsmi xəbərdarlıq edilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi, eləcə də xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə işdənçıxarma müavinətini bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilməsi qaydasını müəyyən etmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə görə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin maddənin 2-ci hissəində isə, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda işəgötürən tərəfindən işdə saxlanmasına üstünlük verilən şəxslərin siyahısı göstərilmişdir. Normadan da göründüyü kimi, qanunvericilikdə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçinin peşəkarlıq səviyyəsinin məhz işəgötürən tərəfindən müəyyən edilməsi qaydası müəyyən edilmişdir. Lakin sözügedən hüquq normasının tətbiq edilməsi üçün mərhələli şəkildə bir neçə şərtə əməl edilməlidir: əvvəla, müvafiq müəssisədə faktiki olaraq işçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata keçirilməlidir, daha sonra həmin müəssisədə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün eyni ixtisas (peşə) üzrə bir neçə işçi çalışmalıdır. Məhz göstərilən şərtlər mövcud olduqda işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi həyata keçirilir. Azərbaycan Dövlət X3 tabeliyində olan X8 Xidməti publik hüquqi şəxs tərəfindən Mil- Qarabağ və X4 İstismarı İdarəsinin baş mühəndisi İddiaçı ünvanlanmış Ştat vahidinin ixtisara düşməsi barədə 9/05-133 saylı, xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət X3 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli, 2356 nömrəli Fərmanına əsasən "xxxx"Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh yaradılmışdır. Azərbaycan Dövlət X3 xx.xx.2024-cü il tarixli, 001/F nömrəli əmri ilə Cavabdehn təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən onun tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Bununla yanaşı, məhkəməyə təqdim edilmiş Azərbaycan Dövlət X3 tabeliyində olan X8 Xidməti publik hüquqi şəxsin Mil-Qarabağ və X4 İstismarı İdarəsinin 13 avqust 2024-cü il tarixində təsdiq edilmiş və qüvvəyə minmiş Ştat Cədvəlindən görünür ki, ştat cədvəlində “Rəhbərlik” bölməsində aylıq vəzifə maaşı 1600 manat olan 1 ştat vahidi “Baş mühəndis” vəzifəsi vardır. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi üçün əsas olmamışdır. Ona görə də, iddiaçı əvvəlki işinə bərpa olunmalı, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olunmuşdur ki, Azərbaycan Dövlət X3 tabeliyində olan X8 Xidməti publik hüquqi şəxsin Mil-Qarabağ və X4 İstismarı İdarəsinin 13 avqust 2024-cü il tarixində təsdiq edilmiş və qüvvəyə minmiş Ştat Cədvəlinə əsasən baş mühəndisin aylıq vəzifə maaşı 1600 manat olduğu halda, iddiaçıya yeni ştat cədvəli üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək haqqında olan fərq də ödənilməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddianın mənəvi ziyanın əvəzi olaraq 5000 manat məbəğində pulun tutulması barədə iddia təmin edilə bilməz, belə ki, iddiaçı müqavilənin ləğv edilməsi ilə əlaqədar ona mənəvi ziyanın dəyməsini müəyyən olunmuş qaydada sübut etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və ona məcburi işburaxmaya görə əmək haqqı, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək haqqında olan fərq 3644 (üç min altı yüz qırx dörd) manat (tutmalar nəzərə alınmaqla) ödənilməli, cavabdehdən iddiaçının xeyrinə mediasiya xərcinə görə 50 (əlli) manat, hüquqi yardıma görə 340 (üç yüz qırx) manat tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Dövlət X3 tabeliyində Regı̇ onal Su Melı̇ orası̇ ya Xı̇ dmətı̇ publik hüquqi şəxsin 573 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ləğv edilsin. Məlı̇ kov Aqı̇ l Tofı̇ q oğlu Azərbaycan Dövlət X3 tabeliyində Regı̇ onal Su Melı̇ orası̇ ya Xı̇ dmətı̇ nin Mil-Qarabağ və X2 İstismarı İdarəsində baş mühəndis vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilsin. Cavabdeh Azərbaycan Dövlət X3 tabeliyində Regı̇ onal Su Melı̇ orası̇ ya Xı̇ dmətı̇ publik hüquqi şəxsdən iddiaçı Məlı̇ kov Aqı̇ l Tofı̇ q oğlunun xeyrinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək haqqında olan fərq 3644 (üç min altı yüz qırx dörd) manat (tutmalar nəzərə alınmaqla), mediasiya xərcinə görə 50 (əlli) manat, hüquqi yardıma görə 340 (üç yüz qırx) manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-516/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-516/2025
18.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver