Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-531/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər X27 və qeyrilərinə qarşı qohumluq faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzərində irsi transmissiya qaydasında vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X27 və qeyrilərinə qarşı qohumluq faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X62 ilə rəsmi nikaha daxil olaraq, onun atasından miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçərək bu ünvana qeydiyyata düşmüşdür. Həmin tarixdən hazırkı vaxtadək bu ünvanda yaşayır. Bakı şəhəri ZDS İK-nin verdiyi xx.xx.1979-cu il tarixli “Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışı”ndan görünür ki, ünvan 3-də yerləşən fərdi yaşayış evi üzərindən mərhum X4 mülkiyyət hüquqları 154 nömrəli kitabın 5337-ci səhifəsində paylı mülkiyyət kimi qeydə alınmışdır. Bundan əlavə qeyd olunan çıxarışda mərhum ərinin, qaynanasının, ərinin qardaşının və digər qohumlarının daşınmaz əmlak üzərində payları müəyyən olunmuşdur. Adları çıxarışda qeyd olunan şəxslər anadan olduqları gündən ünvan 3 ünvanında yerləşən evdə yaşamış bu əmlaka sahiblik etmişlər. Məhz bu səbəbdən də onların mülkiyyət hüquqları rəsmi qeydə alınmışdır. Mülkiyyətçilərdən mərhum ərinin əmisi X28 ailə qurmamış, övladları olmamış, 1943-cü il tarixdə Vorkuta şəhərində ölmüşdür. Mərhum əri ölümündən əvvəl bu şəxsdən qalan miras əmlak üzərində vərəsəlik hüquqlarının tanınmasını xahiş etsə də, maraqlı şəxs Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 297 nömrəli arayışda qeyd edilmişdir ki, 1943cü il tarixdə ölmüş X11 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 27/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən bu qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdükləri məlum olmuşdur. Mülkiyyətçilərdən mərhum ərinin atasının bibisi X84 ailə qurmamış, övladları olmamış, cavanikən 1946-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Mərhum əri ölümündən əvvəl bu şəxsdən qalan miras əmlak üzərində vərəsəlik hüquqlarının tanınmasını xahiş etsə də, maraqlı şəxs Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 293 nömrəli arayışda qeyd edilmişdir ki, 1946-cı il tarixdə ölmüş X63 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 28/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən bu qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdükləri məlum olmuşdur. Mülkiyyətçilərdən mərhum ərinin nənəsi X30 ailə qurduqdan sonra Məmmədbağır Nəcəfovla birgə nikahdan 2 oğlu və 1 qızı - X17, X28 və Nəcəfova (Əliyeva) Adilə Məmmədbağır qızı anadan olmuşlar. X2 1955-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Mərhum əri ölümündən əvvəl bu şəxsdən qalan miras əmlak üzərində vərəsəlik hüquqlarının tanınmasını xahiş etsə də, maraqlı şəxs Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 295 nömrəli arayışda qeyd edilmişdir ki, xx.xx.1955-ci il tarixdə ölmüş X18 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 29/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən bu qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdükləri məlum olmuşdur. Mülkiyyətçilərdən mərhum ərinin bibisi Nəcəfova (Əliyeva) Adilə Məmmədbağır qızı ailə qurmamış, övladları olmamış, xx.xx.1956-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Mərhum əri ölümündən əvvəl bu şəxsdən qalan miras əmlak üzərində vərəsəlik hüquqlarının tanınmasını xahiş etsə də, maraqlı şəxs Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 296 nömrəli arayışda qeyd edilmişdir ki, xx.xx.1956-cı il tarixdə ölmüş Nəcəfova (Əliyeva) Adilə Məmmədbağır qızının ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 26/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən bu qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdükləri məlum olmuşdur. Mülkiyyətçilərdən mərhum ərinin qardaşı X31 ailə qurmamış, övladları olmamış, xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Mərhum əri ölümündən əvvəl bu şəxsdən qalan miras əmlak üzərində vərəsəlik hüquqlarının tanınmasını xahiş etsə də, maraqlı şəxs Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 294 nömrəli arayışda qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixdə ölmüş X19 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 25/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən bu qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdükləri məlum olmuşdur. Mülkiyyətçilərdən mərhum ərinin anası Nəcəfova (Məmmədova) Zeynəbxanım Əzim qızı xx.xx.1958-ci il tarixdə X17 ilə ailə qurmuş, X17 xx.xx.1974-cü il tarixdə ölmüş, Nəcəfova (Məmmədova) Zeynəbxanım Əzim qızı isə xx.xx.1999-cu il tarixdə ölmüşdür. Həmin şəxslərin birgə nikahından 2 oğlan 3 qız övladları - əri X73, X45, X53, X29 və X32 dünyaya gəlmişdir. Mülkiyyətçilərdən mərhum əri X64 xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. Həmin şəxslə o, xx.xx.2002-ci il tarixdə Bakı şəhər Səbail rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. X37 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində “COVİD-19” pandemiyasından vəfat etmişdir. Hazırki iddia ərizəsinə əlavə edilən 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu tərəfindən verilən xx.xx.2024-cü il tarixli 886 nömrəli arayışdan görünür ki, xx.xx.1953-cü ildə doğulmuş, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X33 irs qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi - arvadı İddiaçı tərəfindən 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət daxil olmuş və onun ərizəsi əsasında xx.xx.2021-ci il tarixli V-628/2021 saylı vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən olunmuşdur. Mərhum əri X64 yuxarıda adları qeyd olunan mülkiyyətçilərdən miras qalan əmlak üzərində öz vərəsəlik hüquqlarının tanınmasını xahiş etsə də, maraqlı şəxsin bu müraciətə verdiyi xx.xx.2020-ci il tarixli 293, 294, 295, 296 və 297 nömrəli məktublarda qeyd edilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənədləri və qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün müvafiq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edilməlidir. Bundan sonra mərhum əri X64 maraqlı şəxs Bakı şəhəri 8 saylı notariat ofisinə qarşı Bakı şəhəri Səbail rayon Məhkəməsində xüsusi icraat qaydasında mülki iş başlatmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-1018/2020 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi X38 xx.xx.2016-ci il tarixdə ölmüş doğma qardaşı X31, xx.xx.1956-ci il tarixdə ölmüş bibisi (atasının doğma bacısı) Əliyeva (Nəcəfova) X74, xx.xx.1955-ci il tarixdə ölmüş nənəsi (atasının anası) X30, 1943-cü il tarixdə ölmüş əmisi (atasının qardaşı) X28 və 1946-ci il tarixdə ölmüş atasının bibisi (ata atasının doğma bacısı) X84 ilə qohumluq əlaqəsində olması faktı, X12 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X13 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X8 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, Əliyeva (Nəcəfova) X39 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X54 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın X62 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmiş, həmin qətnamə X46 yuxarıda qeyd olunan miras paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsas hesab edilmişdir. Bundan sonra mərhum X37 Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli ev üzərində öz mülkiyyət hüquqlarının tanınması üçün zəruri işlərə başlamış və şəhadətnamənin alınması zamanı digər vərəsələr - ərinin bacıları X34 tərəfindən 3 saylı Bakı “ASAN xidmət” mərkəzində (8İ-14428, 14429, 14430, 14431, 14432, 14433 reyestr nömrəli), Cavabdeh4 tərəfindən Bakı 28 saylı Notariat Ofisində (8İ-1735, 1736, 1737, 1738, 1739, 1740 reyestr nömrəli), Cavabdeh3 tərəfindən Bakı 28 saylı Notariat Ofisində (8İ- 1760, 1762, 1762, 1764, 1765, 1766 reyestr nömrəli) verilən miras əmlakdan imtina ərizələri vərəsəlik işinə əlavə edilmişdir. Hazırki iddiaya surəti əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış”dan da görünür ki, miras əmlak üzərində mərhum ərinin mülkiyyət hüquqları tanınmışdır. Lakin X37nun ölümündən sonra bu əmlak üzərində vərəsəlik hüququ olan ərinin bacıları mübahisəyə başlamış və Bakı şəhəri Səbail rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2102/2022 qərardadına əsasən, maraqlı şəxslər X34, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1018/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi X38 (İddiaçı (prosessual hüquqi varisi qismində təmsil edilən) maraqlı şəxslər Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı “qohumluq faktının, mirasın qəbulu faktının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra ərinin bacıları ilə aralarında olan mübahisəni həll etdikləri üçün onlar birlikdə Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmişlər və orada xx.xx.2023-cü il tarixdə MŞB/8/-2023-00949 nömrəli Barışıq Sazişi imzalamışlar. Saziş bağlandıqdan sonra onlar öz aralarında olan mübahisəni həll edib mərhum ərinə miras qalan əmlak üzərində vərəsəlik hüquqlarının qeydə alınması üçün müraciət etsələr də, bu dəfə yenidən onlara ərinin miras qoyanların qohumu olmasının məhkəmə qaydasında təsdiq edilməli olduğu bildirilmişdir. Bundan sonra tərəfindən Səbail rayon Məhkəməsinə müraciət edilmiş və xüsusi icraat qaydasında iş başlanılmışdır. Lakin, hazırki iddia ərizəsinə əlavə edilən Səbail rayon Məhkəməsinin e-2(009)-2320/2024 saylı qərardadı ilə onun hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi barədə ərizənin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunmuş və ərizə sənədlərlə birlikdə ona geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “ərizəçi irsi transmissiya qaydasında mərhum həyat yoldaşı tərəfindən qəbul edilməmiş miras əmlakı əldə etmək və mirasdan pay almaq hüququna malikdir. Bu hal nəzərə alınmalıdır”. Məhz məhkəmənin bu qərardadından sonra tərəfindən 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edilərək, orada onun ərizəsi əsasında açılan vərəsəlik işi üzrə şəhadətnamənin verilməsi xahiş edilmişdir. Qeyd edilən ərizə xx.xx.2024-cü il tarixdə notariat ofisi tərəfindən qəbul edilsə də, bu günədək həmin ərizəyə heç bir reaksiya verilməmişdir. Notariat ofisinin bu hərəkətsizliyini o, ərizənin icraatından və vərəsəlik hüququna dair şəhadətnamənin verilməsindən imtina kimi qiymətləndirir. Nəzərə alsalar ki, vərəsəlik işi 2021-ci il tarixdən cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin icraatındadır, o zaman bu qənaətə gəlmək mümkündür ki, cavabdeh qanunvericilikdə nəzərdə tutulan müddəti ötürərək öz hərəkətsizliyi ilə vərəsəlik hüquqlarını qeydə almaqdan imtina edir. Onu da qeyd edir ki, Səbail rayon Məhkəməsinin yuxarıda qeyd edilən qərardadında onun iddia icraatı qaydasında məhkəmə icraatı başlamaq hüququ qeyd edildiyindən o, həmin hüququndan istifadə etmək qərarına da gəlmişdir və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi yeganə çıxış yolu kimi görmüşdür. Belə hesab edir ki, məhkəmə onun hazırki iddia ərizəsi tam və hərtərəfli araşdıraraq mərhum ərindən irsi transmissiya qaydasında ona qalan Bakı şəhəri, Səbail rayonu, 8ci Kiçik Qala döngəsi, ev 21-ə dair onun vərəsəlik hüquqlarını tanıyacaq və iddianın təmin olunması barədə qətnamə çıxaracaqdır. Göstərilənləri nəzərə alaraq iddiaçı mərhum X37nun xx.xx.2016-cı il tarixdə ölmüş doğma qardaşı X31, xx.xx.1956-cı il tarixdə ölmüş bibisi (atasının doğma bacısı) Əliyeva (Nəcəfova) X74, xx.xx.1955-ci il tarixdə ölmüş nənəsi (atasının anası) X30, 1943-cü il tarixdə ölmüş əmisi (atasının qardaşı) X28 və 1946-cı il tarixdə ölmüş atasının bibisi (ata atasının doğma bacısı) X84 ilə qohumluq əlaqəsində olması faktı, X12 miras qalmış ünvan 5 ünvana olan 1/5 hissədə payın, X13 miras qalmış ünvan 6 ünvana olan 1/5 hissədə payın, X8 miras qalmış ünvan 5 ünvana olan 1/5 hissədə payın, Əliyeva (Nəcəfova) X39 miras qalmış ünvan 7 ünvana olan 1/5 hissədə payın, X54 miras qalmış ünvan 7 ünvana olan 1/5 hissədə payın, X62 tərəfindən faktiki qəbul edilməsi faktını müəyyən edərək həmin miras əmlak üzərində onun irsi trasmisiya qaydasında vərəsəlik hüqüqlarının tanınmasına və yuxarıda qeyd olunan miras paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmənin gedişində sənədlər toplanaraq onun mərhum X37nun miras qoyanlarla qohumluq dərəcələri müəyyən olunmuş və bu miras qoyanlardan o, mərhum ərinə miras qalan əmlakın kütlə payı dəqiqləşdirilmişdir. Bu səbəbdən də o, iddianın dəqiqləşdirilməsinə dair ərizə vermək qərarına gəlmişdir. Belə ki, Bakı şəhəri, Səbail rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 05/Q53/19 №-li məktubundan görünür ki, X11 və Əliyeva (Nəcəfova) Adilə Məmmədbağır qızının, X66 «Vətəndaşlıq vəziyyəti Aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X11 və Əliyeva (Nəcəfova) Adilə Məmmədbağır qızının, X66 doğum və nikah haqqında akt qeydi aşkar olunmamışdır. Bu isə onu deməyə əsas verir ki, adları yuxarıda qeyd olunan şəxslərin onun mərhum X37 ilə ata xətti üzrə qohum olmasına dair hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında tanınmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı onun mərhum X37nun xx.xx.1955-ci il tarixdə ölmüş X18 ata xətti üzrə nənəsi olması faktının müəyyən olunması və X13 miras qalan ünvan 5 ünvanda olan 4/20 (1/5) hissədə payın X62 tərəfindən faktiki qəbul edilməsi faktını müəyyən edərək həmin miras əmlak üzərində onun irsi transmissiya qaydasında vərəsəlik hüquqlarının tanınması; - onun mərhum X37nun 1943-cü il tarixdə ölmüş X10 ata xətti üzrə əmisi olması faktının müəyyən olunması və X5 miras qalan ünvan 5 ünvanda olan 4/20 (1/5) hissədə payın X62 tərəfindən faktiki qəbul edilməsi faktını müəyyən edərək həmin miras əmlak üzərində onun irsi transmissiya qaydasında vərəsəlik hüquqlarının tanınması; - onun mərhum X37nun xx.xx.1956-cı il tarixdə ölmüş Əliyeva (Nəcəfova) X48 ata xətti üzrə bibisi olması faktının müəyyən olunması və Əliyeva (Nəcəfova) X39 miras qalan ünvan 7 ünvanda olan 4/20 (1/5) hissədə payın X62 tərəfindən faktiki qəbul edilməsi faktını müəyyən edərək həmin miras əmlak üzərində onun irsi transmissiya qaydasında vərəsəlik hüquqlarının tanınması, - onun mərhum X37nun 1946-cı il tarixdə ölmüş X63 ata xətti üzrə bibisi olması faktının müəyyən olunması və X54 miras qalan ünvan 6 ünvanda olan 4/20 (1/5) hissədə payın X62 tərəfindən faktiki qəbul edilməsi faktını müəyyən edərək həmin miras əmlak üzərində onun irsi transmissiya qaydasında vərəsəlik hüquqlarının tanınması, - Məmmədova (Nəcəfova) Zeynəbxanım Əzim qızından miras qalan ünvan 5 ünvanda olan 1/20 hissədə payın X62 tərəfindən faktiki qəbul edilməsi faktını müəyyən edərək həmin miras əmlak üzərində onun irsi transmissiya qaydasında vərəsəlik hüquqlarının tanınması, - X12 miras qalan ünvan 7 ünvanda olan 1/20 hissədə payın X62 tərəfindən faktiki qəbul edilməsi faktını müəyyən edərək həmin miras əmlak üzərində onun irsi transmissiya qaydasında vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 öz izahatında göstərmişdir ki, hazırda iddiaçının müəyyən edilməsi xahiş etdiyi qohumluq faktı mərhum həyat yoldaşının iddiası üzrə işə baxılarkən müəyyən edilmişdir, lakin nümayəndəsi olduğu şəxslərin şikayəti əsasında həmin qətnamə ləğv olunub baxılmamış saxlanılmışdır. Hazırda tərəflər arasında hər hansı bir mübahisə yoxdur, İddiaçı miras əmlakı transmissiya qaydasında faktiki qəbul etmişdir və orada yaşayır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh X40 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X56 öz ifadəsində göstərmişdir ki, o, həm qonşudur, həm də iddiaçının həyat yoldaşı Asiflə qohumluq münasibəti olmuşdur. Belə ki, Asifin nənəsi ilə onun babası doğma bacı-qardaşdılar. O, həqiqətən təsdiq edir ki, Nurşərəf Asifin ata xətti üzrə nənəsi, Musa ata xətti üzrə əmisi, Adilə ata xətti üzrə bibisi, Minə xanım ata xətti üzrə bibisidir. Evdə Asifin valideynləri, bacı-qardaşları yaşamış, Lalə gəlin gəlmiş, onların vəfatından sonra Lalə həmin evdə tək yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X57 öz ifadəsində göstərmişdir ki, o, qonşudur. Laləni və Asifi tanıyır, onların evinə gedib-gəlir. Lalə həmin evə gəlin gəlib. Asifin özü və bacıqardaşları həmin evdə yaşamışlar, anası, Asifin 1 qardaşı və 1 bacısı vəfat etimişdir, evdə hazırda Lalə yaşayır. İş üzrə İ-JQ seriyalı 310227 nömrəli, xx.xx.1974-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X17 xx.xx.1974-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə akt qeydləri kitabında 425 nömrə ilə qeyd edilmişdir. İş üzrə xx.xx.1979-cu il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnaməsinin surətinə əsasən X17 ilə X20 arasında xx.xx.1958-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1768 №-li akt qeydi icra edilmişdir, nikahdan sonra ərə Nəcəfov, arvada Nəcəfova soyadı verilmişdir. İş üzrə Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhahətnaməsinə əsasən X62 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 813 No ilə qeyd edilmişdir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5-8-1xx/xx-2025 nömrəli, xx.xx.2025-ci il tarixli arayışına əsasən X62 ilə X23 arasında xx.xx.2002-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 20 №-li akt qeydi icra edilmişdir, nikahdan sonra ərə Nəcəfli, arvada Nəcəfli soyadı verilmişdir. Qeyd: Nikaha A.S.Nəcəflinin xx.xx.2021-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2021-ci ildə 813 No-li akt qeydi ilə 3 saylı Bakı Asan x/m qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.1999-cu il tarixli ölüm haqqında akt qeydinə əsasən X24 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə akt qeydləri kitabında 126 nömrə ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X84 1946-cı ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 14 № ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X28 1943-cü ildə Rusiya Federasiyası Vorkuta şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 13 № ilə qeyd edilmişdir. İş üzrə Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 925 № li ölüm haqqında arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X30 xx.xx.1955-ci ildə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Səbail rayonu VVADQ şöbəsində ölüm haqqında xx.xx.1955-ci il tarixli 421 №-li akt qeydi tərtib olunmuşdur. İş üzrə Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.1956-cı ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1956-cı ildə 104 № ilə qeyd edilmişdir. İş üzrə 13 mart 1964 tarixdə verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X53 xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X25, ana qrafasında X20 göstərilmişdir. İş üzrə xx.xx.1977-ci ildə verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X29 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş,ata qrafasında X17, ana qrafasında X24 göstərilmişdir. İş üzrə Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən xx.xx.1979-cu il tarixli, 154 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, 8-ci Kiçik Qala küçəsində yerləşən 21 saylı evi paylı mülkiyyət hüququ üzrə 1/5 hissədə X4, 1/5 hissədə X41, 1/5 hissədə X35, 1/5 hissədə X19, 1/5 hissədə X21, 1/5 hissədə X11, 1/5 hissədə Adilə Məmmədbağır qızının, 1/5 hissədə Minəxanım Nəcəf qızının adlarına qeydiyyata alınmışdır. İş üzrə Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q-197/09 nömrəli, xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, X31 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1958-ci il tarixdə 1944 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X6r. Qeyd edilən şəxsin ölümü xx.xx.2016-cı ildə 1150 saylı aktla 3 saylı Bakı Asan x/m qeydiyyat şöbəsində qeydə alınmışdır. İş üzrə xx.xx.1964-cü il tarixli doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X64 xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuşdur, X1, anası X6r. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X31 xx.xx.2016-cı ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 1150 № ilə qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X3 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. İş üzrə Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X46 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 294 saylı məktubun surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X19 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət daxil olmuş və 25/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə tutulan müddətin ötürüldüyü məlum olmuşdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənədləri və qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün müfaviq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edilməsi bildirilmişdir. İş üzrə Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X46 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 295 saylı məktubdan görünür ki, xx.xx.1955-ci il tarixdə ölmüş X18 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət daxil olmuş və 29/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə tutulan müddətin ötürüldüyü məlum olmuşdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənədləri və qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün müfaviq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edilməsi bildirilmişdir. İş üzrə Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X46 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 296 saylı məktubun surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə ölmüş X7 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət daxil olmuş və 26/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə tutulan müddətin ötürüldüyü məlum olmuşdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənədləri və qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün müfaviq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edilməsi bildirilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X11, Əliyeva (Nəcəfova) Adilə Məmmədbağır qızının və X66 “Vətəndaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, X11, Əliyeva (Nəcəfova) Adilə Məmmədbağır qızının və X66 doğum və nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2102/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın surətindən görünür ki, maraqlı şəxslər X34, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1018/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi X38 (İddiaçı (prosessual hüquqi varisi qismində təmsil edilən) maraqlı şəxslər Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı “qohumluq faktının, mirasın qəbulu faktının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardadından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1018/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi X38 xx.xx.2016-cı il tarixdə ölmüş doğma qardaşı X31, xx.xx.1956-cı il tarixdə ölmüş doğma qardaşı X31, xx.xx.1956-cı il tarixdə ölmüş bibisi (atasının doğma bacısı) Əliyeva (Nəcəfova) X74, xx.xx.1955-ci il tarixdə ölmüş nənəsi (atasının anası) X30, 1943-cü il tarixdə ölmüş əmisi (atasının qardaşı) X28 və 1946-cı il tarixdə ölmüş atasının bibisi (ata atasının doğma bacısı) X84 ilə qohumluq əlaqəsində olması faktı, X12 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X14 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X8 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, Əliyeva (Nəcəfova) X39 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X54 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın X62 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir, həmin qətnamə X46 yuxarıda qeyd olunan miras paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Maraqlı şəxslər X34, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə qətnamədən apellyasiya şikayəti vermişdir. Kollegiya qeyd etmişdir ki, maraqlı şəxsin cavabında qohumluq əlaqələrinin müəyyən edilmədiyi və mirasın qəbulu müddətinin ötməsi ilə əlaqədar imtina edilmiş, mirasın qəbul etmə müddətinin məhkəmə qaydasında bərpa etdikdən sonra, müvafiq sənədləri təqdim etməklə, təkrar müraciət etmək hüquqları izah edilmişdir. ərizəçi isə müraciət etmək ardıcıllığına və prosessual qanunvericiliyin tələblərinə müvafiq hüquqi fakt kimi zərurətin mövcudluğunu müəyyən (sübut) etmədən, hüquq haqqında mübahisə olan məsələ üzrə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1953-cü ildə doğulmuş xx.xx.2021-ci il tarixdə vəfat etmiş X36 irs qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi arvadı İddiaçı tərəfindən Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət daxil olmuş və onun ərizəsi əsasında xx.xx.2021-ci il tarixli V-628/2021 saylı vərəsəlik işi açlımış, vərəsələrin dairəsi müəyyən olunmuşdur. İcraatında olan vərəsəlik işi ilə bağlı X36 qalmış miras əmlaka dair hüquqmüəyyənedici sənəd verildikdə, X38 vərəsəsinə Qanun vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən “Qanunçuluq” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1932-ci il təvəllüdlü X9 ölümü haqqında arayışının qohumluq dərəcəsini sübut edən sənədlər təqdim etdikdən sonra əldə edə biləcəkdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Qanunçuluq” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsində yerləşən 21 saylı fərdi yaşayış evinin 1/5 hissəsi Bakı şəhəri 1 saylı DNK-nın 2-kn-N-887 reyestr nömrəli xx.xx.1979-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X35, X42, X4, X19 adlarına və ilkin olaraq (qeydiyyat tarixi qeyd olunmamışdır) 1/5 hissəsi X48, 1/5 hissəsi X10, 1/5 hissəsi X66 və 1/5 hissəsi X15 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Məhkəmə iddia ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə iddiada göstərilən tələblərin hüquqi əhəmiyyətli olan qohumluq münasibətlərinin müəyyən edilməsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X62 ilə rəsmi nikaha daxil olaraq onun atasından miras qalmış Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsində yerləşən 21 saylı evə gəlin köçərək qeydiyyata düşmüş və hal-hazıradək həmin evdə yaşayır. X62 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki,Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsində yerləşən 21 saylı ev ilkin olaraq paylı mülkiyyət hüququ üzrə X48 (1/5 hissəsi), X10 (1/5 hissəsi), X66 (1/5 hissəsi), X16 (1/5 hissəsi) adlarına hüquqi qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsində yerləşən 21 saylı fərdi yaşayış evin 1/5 hissəsi xx.xx.1979-cu il tarixli qərar üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X35, X42, X4, X19 adlarına qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı Asif Nəcəflinin X1 xx.xx.1974-cü il tarixdə, anası Nəcəfova (Məmmədova) Zeynəbxanım Əzim qızı xx.xx.1999-cu il tarixdə, doğma qardaşı X31 xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, o, mərhum X37nun xx.xx.1955-ci il tarixdə ölmüş X18 ata xətti üzrə nənəsi olması, 1943-cü il tarixdə ölmüş X10 ata xətti üzrə əmisi olması, xx.xx.1956-cı il tarixdə ölmüş Əliyeva (Nəcəfova) X48 ata xətti üzrə bibisi olması, 1946-cı il tarixdə ölmüş X63 ata xətti üzrə bibisi olması faktının müəyyən olunması, X13, X5, Əliyeva (Nəcəfova) X39 və X58 miras qalmış (hər birinə məxsus olan evin 4/20 (1/5) hissəsi), Məmmədova (Nəcəfova) Zeynəbxanım Əzim qızından və X12 miras qalmış (hər birinə məxsus olan evin 1/20 hissəsi) payların X62 tərəfindən faktiki qəbul edilməsi faktını müəyyən edərək həmin miras əmlak üzərində iddiaçının irsi transmissiya qaydasında vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı A.Nəcəflinin ata xətti üzrə nənəsi X30 xx.xx.1955-ci ildə, ata xətti üzrə əmisi X26 1943-cü ildə, ata xətti üzrə bibisi Əliyeva (Nəcəfova) X74 xx.xx.1956-cı ildə, ata xətti üzrə bibisi X85 1946-cı ildə vəfat etmişlər. İş üzrə təqdim edilmiş sənədlərdə iddiaçının mərhum həyat yoldaşının ata xətti üzrə nənəsinin X30, ata xətti üzrə əmisinin X26, ata xətti üzrə bibisinin Əliyeva (Nəcəfova) X74, ata xətti üzrə bibisinin X85 olması təsdiq olunsa da, miras qoyanlarla iddiaçının mərhum həyat yoldaşının qohumluq münasibətlərini təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, X11, Əliyeva (Nəcəfova) Adilə Məmmədbağır qızının və X66 doğumu barədə sənədlər Səbail rayon Qeydiyyat Şöbəsində aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, miras qoyanlar X18, X10, Əliyeva (Nəcəfova) X48, X66 iddiaçının mərhum həyat yoldaşı ilə qohumluq münasibətlərində olmasını təsdiq edən müvafiq sənədlər aşkar olunmadığından və həmin qohumluq faktının müəyyən edilməsi iddiaçıya miras qalmış əmlaka vərəsəlik hüquqlarının tanınması üçün lazım olduğundan, iddiaçı həmin qohumluq faktların müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini müəyyən edir. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə şahid ifadələri ilə miras qoyan X18 iddiaçının mərhum həyat yoldaşının ata xətti üzrə nənəsi, ata X10 iddiaçının mərhum həyat yoldaşının xətti üzrə əmisi, Əliyeva (Nəcəfova) X48 iddiaçının mərhum yoldaşının ata xətti üzrə bibisi, X66 iddiaçının mərhum yoldaşının ata xətti üzrə bibisi olması faktı müəyyən edildiyindən, həmin hüquqi əhəmiyyətli faktlar da təsdiq olunmalıdır. Məhkəmə mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı tələb üzrə aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2016-ci il tarixdə ölmüş X31 iddiaçının mərhum həyat yoldaşının doğma qardaşı, xx.xx.1956-ci il tarixdə ölmüş Əliyeva (Nəcəfova) X74 iddiaçının mərhum həyat yoldaşının bibisi (atasının doğma bacısı), xx.xx.1955-ci il tarixdə ölmüş X30 iddiaçının mərhum həyat yoldaşının nənəsi (atasının anası), 1943-cü il tarixdə ölmüş X28 iddiaçının mərhum həyat yoldaşının əmisi (atasının qardaşı) və 1946-cı il tarixdə ölmüş X84 iddiaçının mərhum həyat yoldaşının atasının bibisidir (babasının doğma bacısı). Həmin şəxslər uzun illər əvvəl vəfat etsələr də onlardan miras qalmış paylar iddiaçınn həyat yoldaşı Asif Nəcəflidən başqa əvvəlki növbənin vərəsələrinin heç biri tərəfindən qəbul edilməmişdir. Asif Nəcəfli və onun valideyinləri isə Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evdə fasiləsiz olaraq yaşayaraq həmin evdən istifadə və həmin evə sahiblik edərək bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş və həmin şəxslərdən miras qalmış payları faktiki qəbul etmişlər. X83 valideyinləri də mirasın qəbulu ilə bağlı müvafiq sənədləşdirmə işlərini apararaq faktiki qəbul etdikləri miras əmlaka dair hüquqlarını qanunvericliliklə müəyyən edilmiş qaydada rəsmiləşdirmədən vəfat etmişlər. Asif Nəcəfli isə öz növbəsində qeyd edilən şəxslərdən miras qalmış paylarını faktiki qəbul etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı həyat yoldaşının ölümündən sonra Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsində yerləşən 21 saylı evinə faktiki yiyələnməklə mirası qəbul etmişdir. Lakin iddiaçı miras əmlakı faktiki olaraq qəbul etsə də, həmin əmlakı qanunla müəyyən edilmiş müddət ərzində vərəsəlik hüquqlarının rəsmiləşdirməmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən qanunun tələblərinə əsasən iddiaçının miras əmlakı qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Göstərilən Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi lə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu iki yolla – formal üsulla və qeyri-formal üsulla həyata keçirilir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbul edilməsi dedikdə, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Əgər miras əmlakın tərkibinə yaşayış evi daxil olarsa, ondan evin kirayəçilərinə kirayə haqqı verilməsi və ya evin təmir edilməsi barədə müraciət olunması mirasın qəbul edilməsi kimi sayıla bilər. Miras hər iki üsulla qanunla müəyyən edilmiş müddət ərzində qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının həyat yoldaşı X38 ölümündən sonra iddiaçının həmin evdə yaşaması və həmin əmlakı idarə etməsi müəyyən edildiyindən, iddiaçı həmin əmlaka irsi transmissiya qaydasında vərəsəlik hüquqlarının tanınmasını tələb etməkdə tam haqlı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) miras qoyanın birinci növbəli vərəsələri hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının həyat yoldaşı Asif Nəcəfli miras açıldıqdan sonra vəfat etsə də, eyni zamanda mirası faktiki qəbul etsə də, miras əmlakı öz adına rəsmiləşdirə bilməmişdir. Yuxarıda qeyd olunduğu kimi mirasın qəbul edilməsi özlüyündə bir sıra hərəkətlərin məcmusunu özündə ehtiva edir. Yəni mirasın qəbulu prosesi o vaxtı başa çatmış olur ki, bu proses vərəsənin həmin əmlaka yiyələnməsi və həmin əmlaka mülkiyyət hüquqlarının tanınması ilə rəsmiləşdirilsin. İddiaçının həyat yoldaşı isə miras açıldıqdan sonra orada yaşasa da və mirası faktiki qəbul etsə də, həmin əmlakı öz adına rəsmiləşdirməmişdir. Yəni faktiki olaraq iddiaçının həyat yoldaşı miras əmlakı qəbul etməmiş vəfat etmişdir. Belə olan halda miras əmlakı almaq hüququ iddiaçıya keçmişdir. Qeyd olunmalıdır ki, iddiaçıdan başqa miras qoyanın ölümündən sonra mübahisəli əmlak heç bir növbə vərəsə tərəfindən nə formal, nə qeyri-formal üsulla qəbul edilməmişdir, bu hal miras qoyanların məhkəmə iclasında iştirak edən vərəsələri tərəfindən də etiraf olunmuşdur. Həmin əmlak miras qoyanın ölümündən sonra yalnız iddiaçının idarəçiliyində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci madəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir(maddə 1243.3). Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, iddiaçı miras əmlakı transmissiya qaydasında qəbul etdiyi üçün və bu hal iş üzrə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığı üçün, onun həmin əmlakı qəbul edilməsi faktı müəyyən edilməli və həmin əmlaka vərəsəlik hüquqları tanınmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. X18 iddiaçının mərhum X37nun ata xətti üzrə nənəsi, X10 iddiaçının mərhum X37nun ata xətti üzrə əmisi, Əliyeva (Nəcəfova) X48 və X66 iddiaçının mərhum X37nun ata xətti üzrə bibiləri olmaları üzrə qohumluq münasibətləri müəyyən edilsin. Miras qoyanlar - X13, X5, Əliyeva (Nəcəfova) X39 və X58 miras qalmış (hər birinə məxsus olan evin 4/20 (1/5) hissəsi), Məmmədova (Nəcəfova) Zeynəbxanım Əzim qızından və X12 miras qalmış (hər birinə məxsus olan evin 1/20 hissəsi) Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsində yerləşən 21 saylı evin 18/20 hissəsinə iddiaçı – İddiaçı mirasın trasmissiya qaydasında qəbul edilməsi faktı müəyyən edilsin və həmin hissəyə (18/20) onun vərəsəlik qaydasında mülkiyyət hüquqları tanınsın Qətnamə Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsində yerləşən 21 saylı evin 18/20 hissəsinə İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-531/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-531/2025
03.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver