Məhkəmə qərarları › İş №e-2(009)-547/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-547/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-547/2024 13.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixli 799687 saylı “Kompleks bank xidməti müqaviləsi“nə və xx.xx.2020-ci il tarixli „ödəniş kartların hazırlanmasına və verilməsinə dair“ ərizəyə əsasən “MasterCard Unembossed” debet kart təqdim edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli 799687 saylı „Kompleks bank xidməti müqaviləsi“ əsasında yaradılmış **********799687001 saylı (valyuta USD) kart hesabı üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi aparılan əməliyyatlar nəticəsində 1253.40 ABŞ dolları məbləğində texniki overdraft (ödəniş əməliyyatları üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc) yaranmışdır. xx.xx.2020-ci il tarixli 799687 saylı „Kompleks bank xidməti müqaviləsi“ nin 3.4.5-ci maddəsinə əsasən müştəri yaranmış „Texniki overdrafta görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarır. Həmin müqavilənin 5.16.5.-ci maddəsinə əsasən, kart sahibi və ya kart istifadəçisi kartdan istifadə etməklə yalnız hesabdakı qalıq pul vəsaitləri həcmində əməliyyatlar həyata keçirməli, hesab üzrə overdrafta yol verməməlidir. Texniki overdraft yaranarsa, həmin vəsaitə texniki overdraftın yarandığı tarixin 6-cı günündən etibarən Bank tərəfindən illik 42% olmaqla faiz hesablanır.Qeyd olunan faizlərin hesablanması limitdən artıq vəsaitin istifadə olunduğu halda tətbiq olunur. xx.xx.2020-ci il tarixli 799687 saylı „Kompleks bank xidməti müqaviləsi“nə və AR Mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır.Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdehn İddiaçı ASC-nin xeyrinə 1253,40 ABŞ dolları əsas kredit borcu və 397,50 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1650,90 ABŞ dolları və 48,07 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 799687 saylı “Kompleks bank xidməti müqaviləsindən” görünür ki, Bank tərəfindən Cavabdeh “MasterCard Unembossed” debet kart təqdim edilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 1253,40 ABŞ dolları əsas kredit borcu və 397,50 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1650,90 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “Kompleks bank xidməti müqaviləsinə” əsasən bank tərəfindən Cavabdeh “MasterCard Unembossed” debet kart təqdim olunmuşdur. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun 1253,40 ABŞ dolları əsas kredit borcu və 397,50 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 1253,40 ABŞ dolları əsas kredit borcu və 397,50 ABŞ dolları məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 48,07 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, 799687 saylı “Kompleks bank xidməti müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixə yaranmış 1253,40 (bir min iki yüz əlli üç dollar, qırx sent) ABŞ dolları əsas, 397,50 (üç yüz doxsan yeddi dollar, əlli sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 1650,90 (bir min altı yüz əlli dollar, doxsan sent) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48,07 (qırx səkkiz manat yeddi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar