Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-561/2022 17.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun əmisinə X6a "xxxx" MTK tərəfindən müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badasdar qəsəbəsi, A.Abbaszadə, 17 ünvanında yerləşən torpaq sahəsini və torpaq sahəsində olan tikililəri "xxxx" MTK-ya satılmasını təklif etmişlər. Nizami Süleymanov və "xxxx" MTK ilə xx.xx.2005-ci il tarixli, 01 saylı müqavilə əsasında razılaşma nəticəsində "xxxx" MTK Nizami Süleymanova müəyyən miqdarda pul ödəmişdir və 5 mənzili satmışdır. X6 xx.xx.2008-ci il tarixdə "xxxx" MTK-ya müraciət edərək, ona satılmış mənzilləri ərizədə qeyd edilən yaxın qohumların adına rəsmiləşdirilməsini xahiş etmişdir. Digər mənzillərdən bir yerdə İddiaçı adına 9-cu mərtəbədə yerləşən 3 otaqlı 128,2 kv.m. və 142,9 kv.m. olan mənzilləri rəsmiləşdirilməsini xahiş etmişdir. "xxxx" MTK tərəfindən həmin xahiş əsasında sözügedən mənzilləri onun adına rəsmiləşdirilmişdir. Bu faktı təsdiq edən hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən təqdim edilən arayışı ərizəsinə təqdim edir. Müəyyən səbəblər əsasında "xxxx" MTK tərəfindən binanın tikilməsi gecikdirdi və yalnız bir il olar ki, binanın tikilməsi başa çatıb. Binanın tikilməsi başa çatandan sonra İddiaçı tərəfindən mənzilinin qapısının açarını dəyişdirmişdir. Bir müddət imkan olmadığına görə həmin mənzildə təmir-tikinti işlərini aparmamışdır. Bu yaxınlarda yeni tikilmiş binada mənzilinə baş çəkərkən görmüşdür ki, mənzilin qapısı dəyişdirilib və təmir işləri gedir. O, "xxxx" MTK-ya müraciət edərək bildirmişdir ki, onun mülkiyyətində olan mənzildə digər şəxslər təmir işləri aparırlar. "xxxx" MTK tərəfindən bildirilmişdir ki, bu barədə heç bir məlumatı yoxdur. Bir müddəti sonra müəyyən olunmuşdur ki, həmin mənzil səhvən Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh adına olan alqı-satqı müqaviləsində 9-cu mərtəbə, 3 otaqlı 140,1 kv.m. qeyd edilsə də, binanın tikinti sənədlərinə əsasən və mənzilin nömrəsinə əsasən yaşayış mərtəbələri nəzərə alaraq, həmin mənzil onun mülkiyyətində olan mənzillə eyni mərtəbə təşkil etmir. Onun mənzili ünvanı qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən təqdim edilən arayışında qeyd edilir ki, Bakı şəhəri, ünvan 2 qeyd edilmişdir. Cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilən sənədlər əsasında mənzilin ünvanı ünvan 5, mənzil 25 qeyd edilmişdir. Qeyd olunanlardan görünür ki, mənzillərin nömrələri belə fərqlidir. Nəzərə alsalar ki, hər bir mərtəbədə 3 mənzil yerləşir, 22-ci mənzilin üstü 25-ci mənzil olmalıdır, yəni Cavabdeh mənzili əslində bir mərtəbə yuxarıdadır. Bu faktı daşınmaz əmlak dövlət reyestri xidməti tərəfindən verilən arayışda təsdiq edir, onun mənzilin 8-ci mərtəbədə olaraq qeyd edərək. Bu faktları cavabdehə dəfələrlə bildirilsə də, Cavabdeh şikayətlərinə və təkliflərinə məhəl qoymamışdır. Cavabdehin hərəkətləri nəticəsində faktiki olaraq o, mülkiyyətində olan mənzilindən istifadə edə bilmir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanından ona məxsus olan əşyaları ilə birlikdə çıxardılması və mənzili ona təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, məhkəmə iclasında ekspert də bir daha təsdiq etdi ki, iddiaçının mülkiyyətində olan mənzil binanın 8-ci, cavabdehin mülkiyyətində olan mənzil 10-cu mərtəbədə yerləşir. Başqa sözlə, cavabdeh iddiaçıya məxsus mənzili qanunsuz zəbt etmişdir. Bu səbəbdən cavabdehin əmlakları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh və 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və vəkilin izahatını və şahidin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, rəy tərtib edilərkən nə iddiaçının, nə cavabdehin mülkiyyətində olan mənzilə dair texniki pasport təqdim edilməmişdir. Sənədlərlə iddiaçının mənzilinin binanın 8-ci mərtəbəsində yerləşməsi müəyyən olunur. Baxış keçirilmiş mübahisəli mənzilin sahə ölçüləri cavabdeh tərəfindən məhkəməyə təqdim olunan texniki pasportdakı ölçülərlə eynilik təşkil edir. Hazırda məhkəmə tərəfindən təqdim olunmuş cavabdehin mənzilinə dair texniki pasportdan belə müəyyən olunur ki, cavabdehin mənzili binanın 10-cu mərtəbəsində yerləşir. İddiaçının mənzilinə dair texniki göstəriciləri əks etdirən texniki pasport mövcud olmadığı üçün cavabdehin istifadəsində olan və baxış zamanı tədqiqata təqdim edilmiş mənzilin ona məxsus olub-olmamasını konkret müəyyən etmək mümkün deyil. Hər mərtəbədə 2 müxtəlif sahəli 3 otaqlı mənzillər mövcuddur. İş üzrə X6 tərəfindən "xxxx" MTK-nın sədri Ə.Abdullayevə ünvanlanmış xx.xx.2008-ci il tarixli məktubun surətindən görünür ki, onun "xxxx" MTK-dan (xx.xx.2005-ci il tarixli 01 nömrəli müqavilə) aldığı 12-ci mərtəbənin 5 mənzilini 9-cu mərtəbəntin uyğun mənzilləri ilə əvəz edilməsi və bu mənzillərdən 1-ci blok, 9-cu mərtəbədə yerləşən 4 otaqlı 184,9 kv.m. olan mənzilin X1 adına (ş/v seriya AZE No ********), 1-ci blok, 9-cu mərtəbədə yerləşən 3 otaqlı 128,2 kv.m. və 3 otaqlı 142,9 kv.m. olan mənzillərin İddiaçı adına (ş/v seriya AZE No ********), 1-ci blok, 12-ci mərtəbədə yerləşən 3 otaqlı 128,2 kv.m. olan mənzilin isə X2 adına (ş/v seriya AZE No ********) yenidən sənədləşdirilməsini xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli mənzilin texniki pasportun surətindən görünür ki, X4 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, bina 17, giriş 1 mənzil 25 binanın 10-cu mərtəbəsində yerləşir, 3 yaşayış otaqlardan ibarətdir, ümumi sahəsi 135,4 kv.m., yaşayış sahəsi 85,8 kv.m təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən 17 saylı evin ümumi sahəsi 135,40 kv.m. olan 25 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. İş üzrə Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş və "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən "xxxx" MTK ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 140,3 kv.m., yaşayış sahəsi 83,15 kv.m., yardımçı sahəsi 57,15 kv.m. olan 3 otaqlı mənzili İddiaçı satmışdır. İş üzrə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən, 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 140,3 kv.m. təşkil edən 22 saylı mənzil xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/2832 saylı rəyinə əsasən: -1 və 2-ci suallar üzrə: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17 ünvanında yerləşən çoxmərtəbəli binanın eskiz layihəsini və tikinti cizgilərini və işin materiallarında olan digər texniki sənədlərinə uyğun olaraq çoxmərtəbəli bina +-0.00 səviyyəsindən 16 mərtəbəli olmaqla, 1 mərtəbəli qeyri-yaşayış sahəsindən və 15 yaşayış mərtəbəsindən ibarət olduğu müəyyən olunmuşdur. Həmin 17 ünvanında yerləşən çoxmərtəbəli bina hal-hazırda faktiki olaraq +-0.00 səviyyəsindən 16 mərtəbəli olmaqla, 1 mərtəbəli qeyri-yaşayış sahəsindən və 15 yaşayış mərtəbəsindən ibarətdir. - 3-cü sual üzrə: ünvan 5 ünvanında yerləşən çox mərtəbəli binanın eskiz layihəsini və tikinti cizgilərini və iş materiallarında olan digər texniki sənədlərinə uyğun olaraq çoxmərtəbəli binanın mənzillərin nömrələnməsi hansı qaydada aparılıb-aparılmamasının müəyyən olunması tikinti ekspertinin səlahiyyətinə aid deyildir. - 4 və 5-ci suallar üzrə: ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli binanın eskiz layihəsinə əsasən binanın 8-ci mərtəbəsində olan 1-ci üç otaqlı mənzilin sahəsi – 129,43 kv.m., 2-ci üç otaqlı mənzilin sahəsi – 144,2 kv.m., 9-cu mərtəbəsində olan 1-ci üç otaqlı mənzilin sahəsi – 129,25 kv.m., 2-ci üç otaqlı mənzilin sahəsi – 144,03 kv.m. və 10-cu mərtəbəsində olan 1-ci üç otaqlı mənzilin sahəsi – 130,02 kv.m., 2-ci üç otaqlı mənzilin sahəsi – 144,73 kv.m. olduğunu nəzərə alaraq, İddiaçı adına olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışda qeyd edilən ümumi sahəsi 140,3 kv.m. mənzili və Cavabdeh adına verilən çıxarışda qeyd edilən ümumi sahəsi 135,4 kv.m. mənzili ilə uyğunluq təşkil etmədiyi müəyyən olunur. - 6-cı sual üzrə: ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli binanın eskiz layihəsini və tikinti cizgilərini və işin materiallarında olan digər texniki sənədlərinə uyğun olaraq çoxmərtəbəli binanın 8-ci, 9-cu və 10-cu mərtəbədə yerləşən 3 otaqlı mənzillərin faktiki ümumi sahəsi təqribən 135,08 kv.m. təşkil edir. - 7-ci sual üzrə: Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17 giriş 1 ünvanında yerləşən çoxmərtəbəli binanın eskiz layihəsini və tikinti cizgilərini və işin materiallarında olan digər texniki sənədlərinə uyğun olaraq və hal-hazırda binanın faktiki vəziyyətinə uyğun olaraq işin materiallarında olan İddiaçı adına olan mənzil hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən binanın 8-ci mərtəbəsində yerləşdiyini nəzərə alaraq, İddiaçı faktiki istifadəsində olan və satılmış mənzillər eyni mərtəbədə yerləşir. - 8-ci sual üzrə: ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli binanın eskiz layihəsini və tikinti cizgilərini və işin materiallarında olan digər texniki sənədlərinə uyğun olaraq və hal-hazırda binanın faktiki vəziyyətinə uyğun olaraq işin materiallarında olan Cavabdeh adına verilən çıxarışa əsasən 3 otaqlı 135,40 kv.m. ümumi sahəsi olan 25 nömrəli mənzilə dair texniki pasport və mərtəbəliyini müəyyən edən arayış olmadığından, Cavabdeh adına verilən çıxarışa əsasən mülkiyyətinə verilmiş 25 nömrəli mənzili çoxmərtəbəli binanın hansı mərtəbəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki,İddiaçı "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin ümumi sahəsi 140,3 kv.m. olan 22 saylı mənzilini alaraq həmin mənzil üzərində hüquqlarını qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq arayış əldə etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin ümumi sahəsi 135,4 kv.m. olan 25 saylı mənzilini onun əvvəlki mülkiyyətçisi X3 almış və əmlak üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq müvafiq çıxarış almışdır. İddiaçı tərəfindən irəldi sürülmüş tələbdən görünür ki, onun əldə etdiyi mənzilin nömrəsi ilə və cavabdehin alqı-satqı yolu ilə əldə etdiyi mənzilin nömrəsi fərqlidir, belə ki, onun mənzili 22 saylı, cavabdehin mənzili 25 saylı mənzildir, onların mənzilləri eyni mərtəbədə yerləşə bilməz, cavabdeh faktiki olaraq ona məxsus mənzili zəbt edərək onun həmin mənzil üzərində olan mülkiyyət hüquqlarını pozur və bu səbəbdən iddiaçı cavabdehin onun mülkiyyətində olan mənzildən çıxarılmasını tələb edir. Məhkəmə qaldırılan tələb üzrə zəruri biliyə malik olan ekspertin müvafiq rəyinini alınması zəruriliyini nəzərə alaraq həmin mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertlə mübahisəli binada yerləşən həm mübahisəli, həm də başqa mərtəbələrdə yerləşən mənzillərə baxış keçirilmiş və müvafiq rəy verilmişdir. Həm ekspert rəyi, həm ekspert rəyinə dair izahat verən ekspertin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin adına verilmiş arayış və çıxarışlarda qeyd edilən müxtəlif sahəli mənzillər bir-biri ilə uyğunluq təşkil etmir. Eyni zamanda İddiaçı mülkiyyətində olan mənzilin binanın 8-ci mərtəbədə yerləşdiyi ekspert rəyi ilə, cavabdehin mülkiyyətində olan mənzilin isə binanın 10-cu mərtəbəsində yerləşməsi mövcud texniki pasportla və ekspertin məhkəmədə verdiyi izahatlarla müəyyən edilmişdir. Lakin ekspert nə rəydə, nə də məhkəmə iclasında izahat verərkən cavabdehin istifadəsində olan mənzilin iddiaçının mülkiyyətində olan mənzil olmasına dair konkret fikir bildirə bilməmişdir. Məhkəmə iddiaçının mülkiyyətində olan mənzilin, eyni zamanda yerli baxış zamanı təqdim olunmuş mənzilin də binanın 8-ci mərtəbədə yerləşdiyi, lakin cavabdehin istifadəsində olan mənzilin iddiaçının mülkiyyətində olan mənzil olmasına dair nə iddiaçı tərəfindən təqdim olunmuş sübutla, nə də ekspert rəyi ilə müəyyən edilə bilməməsini nəzərə alınaraq hesab edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyil. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdehin mülkiyyətində olan mənzillərin bir-biri ilə uyğunluq təşkil etməsi müəyyən edilmədiyindən, cavabdehin faktiki istifadəsində olan mənzilin ümumi sahəsi onun texniki pasport və ekspert rəyinin tədqiqatı nəticəsində müəyyən edilən ölçüsünə uyğun olduğundan, lakin binanın 10-cu mərtəbəsində yerləşməsi müəyyən edilsə də, iddiaçının mülkiyyətində olan mənzilin cavabdehin hazırda istifadəsində olan mənzil olmasının müəyyən edilməsi mümkün olmadığından, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki tələb irəli sürməyə subyektiv hüququ olmamışdır. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd olunduğundan, məhkəmə xərcləri iddiaçıya aid edilməli və iddiaçıdan keçirilmiş ekspertiza xərcinin əvəzi kimi 100 manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanından ona məxsus olan əşyaları ilə birlikdə çıxardılması və mənzili ona təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərci – 100 (yüz) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-561/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-561/2022
17.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver