Məhkəmə qərarları › İş №e-2(009)-562/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-562/2022

02.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-562/2022 02.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh “X1 Countries” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Countries” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, nümayəndəsi olduğu M.L.Malynnovskyinin işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər elektron sistem vasitəsi ilə 29.01.2022-ci il tarixdə məhkəməyə ünvanlanmışdır.Onun elektron vasitəsiylə göndərilən iddia ərizəsində iddiaçı kimi M.L.Malynnovskyi göstərilməsinə baxmayaraq e-sistem həmin səxsin xarici vətəndaş olduğu üçün texniki yanlışlıq ucbatından iddiaçı və nümayəndə kimi onu qeydə almışdır.Bu da həmin iş üzrə icraat zamanı bütün sənədlərdə onun adının göstərilməsiylə nəticələnə bilər.E-kabinetində bu yanlışlığı gördükdən sonra qərara gəlmişdir ki, məhkəməyə müraciət edərək e-kabinet vasitəsi ilə göndərdiyi ərizəni geri götürsün, iddia ərizəsi və sənədləri kağız daşıyıcılarda məhkəməyə təqdim etsin.Bu səbəbdən məhkəmədən e-kabinet vasitəsi ilə göndərilən iddia ərizəsinin geri qaytarılmasını xahiş edir. AR MPM-nin 150.1.9-ci maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci maddəsinin rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1 Countries” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar