Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-564/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və X6 ona məxsus ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: onun oğlu X9 və Cavabdeh xx.xx.2005-ci il tarixində nikaha daxil olmuşlar. Həmin nikahdan onların övladları xx.xx.2006-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X10 anadan olmuşdur. Həmin tarixdən onlar onun evində ünvan 1 ünvanında yaşamağa başlamışlar. X2 və Cavabdeh nikahlarına xitam verilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 530/2025 saylı iş üzrə icraatında mübahisə vardır. Cavabdeh nikaha xitam verilməsinə dair iddia ərizəsi ilə müraciət etməsinə baxmayaraq ona məxsus evdən çıxmaqdan imtina edir. Cavabdehin həmin mənzildə yaşamağa heç bir hüququ yoxdur. Həmin evin kommunal xidmətləri onun adındadır. Cavabdeh kommunal xidmətlərdən istifadə etməsinə baxmayaq onları ödəmir. Dəfələrlə insident olmuş, polisləri evə cavabdeh dəvət etmiş, onun və ailəsinin rahatlığını pozmuşdur. Hər dəfə nəyininsə oğurlanmasını və ya xəsarət alması kimi qərəzli şikayətlərlə cavabdeh Səbail polisinə müraciət etmişdir. Bundan başqa iddiaçının iradəsinə zidd olaraq cavabdehi Səbail 9-cu bölmə evə qanunsuz köçürtmüşdür, qapı açarını cavabdeh qırmaqla evə daxil olmuşdur. Onun oğlu ilə aralarındakı nikaha xitam verilməsi halında o və ailəsinin cavabdehlə birgə yaşamaqları mümkün olmayacaqdır. Cavabdeh könüllü şəkildə ona məxsus ünvan 1 ünvanından çıxmadığından bu barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. “Əmlak” konsepsiyası yalnız “mövcud əmlak” ilə məhdudlaşmır və həmçinin ərizəçinin azından mülkiyyət hüququndan səmərəli istifadənin əldə edilməsi ilə bağlı ağlabatan və qanuni gözləntisinin olduğunu iddia edə biləcəyi əmlakı, o cümlədən tələbi əhatə edə bilər. “Gözlənti” sözü gedən mülkiyyət marağını nəzərdə tutan qanunvericilik normasına və ya hüquqi akta əsaslandıqda “qanuni” hesab edilir. Göstərilən səbəblərdən iddiaçının yalnız istifadə hüququnun mövcudluğunun qanuni gözlənti hüququ istisna etmir. Yəni, iddiaçının qanundan irəli gələn qazanılmış haqqı vardır və qanuni gözləntisi mövcuddur. Qazanılmış haqlar və qanuni gözlənti mülkiyyət hüququnun dairəsindədir. Mülkiyyət hüququnun Dövlət Reyestrində qeydiyyata alınması inzibati orqanın passiv legitimləşdirmə funksiyasıdır, reyestrdə qeydiyyata alınmadıqdan əvvəl də mülkiyyət hüququ mövcuddur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə hər kəsin mülkiyyət hüququnun olduğu və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola biləcəyi təsbit olunmuşdur. Eyni maddədə mülkiyyət hüququnun mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq,əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olduğu vurğulanır. Qeyd edilməlidir ki, hər hansı bir şəxsin mənzilə sahib olub-olmaması, onun ehtiyacının ödənilib ödənilməməsi dövlətin siyasi funksionallığından irəli gələn pozitiv öhdəliklərindəndir. Mənzil hüququnun sosial hüquq olaraq var olması, iddiaçının mülkiyyət hüququna qeyri-mütənasib şəkildə müdaxilə etməsi demək deyildir. Göründüyü kimi iddiaçının iddia tələbi üzrə subyektiv hüququ mövcuddur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiər edərək həmçinin bildirmişdir ki, cavabdeh qızı ilə birlikdə Rusiya ölkəsinə oğlunun yanına getmişdir, evdə onun heç bir əşyası yoxdur, ümumiyyətlə cavabdeh əvvəl Kürdəmirdə yaşayıb ailəsi ilə birlikdə, son iki ildə iddiaçının evinə köçüb, köçəndə yalnız geyim gətirmiş, hazırda isə paltarlarını da yığışdırıb özü ilə aparmışdır. Lakin, cavabdehin getməsi müvəqqəti xarakter daşıyır, oğlunun yanına gedib hərdən orada qalır, qayıtdıqdan sonra yenə evə gəlib məcburi evə daxil olmaq istəyəcək, mübahisə yaranacaq. Odur ki, tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Kommunal xidmətləri ödəmək haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanı İddiaçı adına qeyd edilmişdir. - ünvan 2 MKİS-nin 1822 saylı arayışından görünür ki, İddiaçı oclu ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. - Azərişıq ASC-nin bildirişindən görünür ki, ünvan 3 ünvanının abunəçisi İddiaçı adına qeyd edilmişdir. - Səbail rayon MKTB-nin qəbzindən görünür ki, ünvan 1 ünvanı İddiaçı adına qeyd edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-530/2025 saylı qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməsi, X8 və Cavabdeh Ərəstun qızı arasında Kürdəmir rayon Yenikənd kənd İcra nümayəndəliyi tərəfindən xx.xx.2005-ci il tarixdə 15 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması müəyyən edilməsi, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-530/2025 saylı qərardadı ilə sabit pul məbləğində müvəqqəti alimentin tutulması barədə qərardadı ləğv edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan X1 üçün X3 Cavabdeh Ərəstun qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması, qətnamə aliment alınması hissəsində dərhal icra edilməsi, ilkin iddia üzrə cavabdeh X3 ödəniləcək illik alimentin həcminə görə 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, birgə nikah dövründə əldə edilmiş Cavabdeh adına eydiyyatda olan **-EK-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET EQUİNOX” minik markalı nəqliyyat vasitəsi üzərində X5 ½ payının müəyyən edilməsi qət edilmişdir. Əsaslandırıcı hissə: İşin materiallarından görünür ki, ünvan 1 ünvanında kommunal xərcləri ödəmək üçün X7 adı 2024-cü ildə qeydiyyata alınmış və o orada qeydiyyatsız yaşayır. İddiaçının oğlu X9 və Cavabdeh xx.xx.2005-ci il tarixində nikaha daxil olmuşlar, bu nikahdan onların övladları xx.xx.2006-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X10 anadan olmuşlar. İşin materiallarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-530/2025 saylı qətnaməsi ilə X9 və Cavabdeh nikahı pozulmuş və həmin qətnamə ilə eyni zamanda tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlaka da pay hüquqları tanınmışdır. Hazırda iddiaçı cavabdehin onun evindən çıxarılmasını iddia edir və tələbinin əsaslandırılması olaraq oğlu ilə nikahlarının pozulmasını və sahibi olduğu evə cavabdehin hüququnun olmamasını göstərir. Müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ev reyestrdə qeydə alınmamış ev kimi özbaşına tikili statusundadır və həmin ev iddiaçının faktiki sahibliyində olmaqla uzun müddətdir ki, orada ailə üzvləri ilə yaşamış, yaşamaqda da davam edir. İddia ərizəsində cavabdehin də 2005-ci ildə həmin evə gəlin köçməsi göstərilsə də, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəsndəsi cavabdehin mübahisəli mənzildə son iki ildə yaşamasını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. -159.1 Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. - 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. İşin materiallarından görünür ki, hazırkı iddia üzrə məhkəmə araşdırması davam edərkən cavabdehlə iddiaçının oğlu arasında bağlanmış nikahın pozulmasına dair qətnamə qəbul edilmişdir. Bundan əlavə, müəyyən edilmişdir ki, cavabdeh ona qaldırılmış hazırki iddia barədə məlumatlı olsa da, iddiaya mövqe bildirmədən elektron məhkəmə informasiya sistemindən göründüyü kimi, 12 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının hüdudlarını tərk etmişdir. Bu faktı iddiaçı da təsdiq etmiş və əlavə olaraq qeyd etmişdir ki, onun mübahisəli evdə hazırda heç bir əmlakı da yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmçinin, qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırki iddianı qaldırarkən cavabdeh mübahisəli evdə yaşadığından və iddiaçının tələbi ilə evdən çıxmadığından sonuncu onun həmin evdə yaşamağa hüququ olmamasını mübahisələndirmişdir. Məhkəmə baxışı dövründə cavabdeh əmlakı ilə birlikdə evi və Azərbaycan Respublikasının ərazisini tərk etmişdir. İddiaçı tərəf cavabdehin qayıtdıqdan sonra yenə evə gəlib daxil olmaq istəyəcəyini və mübahisə yaranacağını bildirsə də, bununla bağlı hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Belə olan halda, hazırki iddianın təmin ediləcəyi təqdirdə qətnamənin icrasının müəyyən anlaşılmazlıqlara səbəb ola bilməsini və mövcud vəziyyətdə, yəni cavabdehin hazırda evi tərk etməsini nəzərə alaraq məhkəmə iddianın təmin edilməsini mümkün saymır. Lakin, məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, cavabdehin hazırki icraat zamanı ona qarşı qaldırılmış iddiaya mövqe bildirmədən məhkəmə araşdırması dövründə mübahisəli evi tərk etməsi halında onun yenidən müəyyən müddətdən sonra iddiaçının sahibi olduğu evə sonuncunun iradəsinə zidd daxil olması baş verdiyi halda iddiaçının ona qarşı eyni məzmunlu iddia qaldırmaq hüququnu istisna etmir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-564/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-564/2025
23.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver