Məhkəmə qərarları › İş №e-2(009)-568/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-568/2023

19.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-568/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarədən əldə olunmuş vəsaitin paya uyğun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 aprel 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarədən əldə olunmuş vəsaitin paya uyğun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20B saylı mənzilinin cavabdehlər tərəfindən kommersiya məqsədləri üçün icarəyə verilərək aylıq gəlirlər əldə edildiyinə görə əldə edilən həmin aylıq icarə haqlarının payına uyğun hissəsinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsindəki 10 saylı evin 20 və 20B saylı mənzilləri Cavabdeh1 Anatolevna ilə paylı mülkiyyətlərindədir. 20 saylı evin 6/1 hissəsi, 20B saylı evin isə 12/1 hissəsi onun yerdə qalan hissələri isə cavabdehə məxsusdur. Paylı mülkiyyətlərindəki mənzillər cavabdehlərin istifadəsindədir və onlar həmin sahələrdən ürəyi istədiyi kimi, maneəsiz istifadə edirlər. Mənzilin otaqlı biribirindən ayrı, iç-içə olmayan, biri digəri ilə əlaqəsi olmayan və iki giriş qapısından ibarətdirlər. Mənzillər cavabdehlərin tam istifadəsi və sərəncamındadır. Cavabdehlər bundan sui-istifadə edərək həmin mənzilərdən qeyriyaşayış sahəsi kimi istifadə edir və razılığı olmadığı halda otaqları kommersiya fəaliyyəti göstərən şəxslərə yüksək qiymətlərlə icarəyə verərək həmin icarə haqlarının hamısını özləri alırlar və paylı mülkiyyətdən əldə etdiyi gəlirlərdən ona ödənişlər etmirlər. Bunlar azmış kimi onlar iddiaçını mülkiyyətində olan mənzillərə daxil olmağına maneələr yaradaraq mənzildən istifadə etməyimə imkan verməmişlər. Tələbi üzrə mənzildən istifadəya yaradılan maneələr aradan qaldırılmış və o, 20 saylı mənzilə köçürülmüşdür. Cavabdehlər Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsindəki 10 saylı evin 20B saylı mənzilini komersiya məqsədləri üçün icarəyə verərək həmin mənzildən gəlir əldə edirlər. Həmin icarə haqqında cavabdehlərdən payına uyğun vəsait tələb etsə də əsaslı tələbi təmin olunmamışdır. Cavabdehlərdən Cavabdeh1 Anatolevnanın paylı mülkiyyətdə olan mənzilləri razılığı olmadan icarəyə verərək gəlir əldə etdiyinə görə T. Əliyarbəyov küçəsindəki 10 saylıevin 20-ci mənzilinə dair cavabdehlə aralarında “qarşılıqlı razılaşma müqaviləsi” bağlanılmış, həmin mənzil üzrə icarə haqqından əldə edilmiş gəlirlərin öz paylarına uyğun aralarında bölüşdürülmüşdür. Lakin sonradan həmin icarə müqavilə pozulduğuna görə ödənişlər dayandırılmışdır. Cavabdehlər Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küçəsindəki 10 saylı evin 20B saylı mənzilini icarəyə verərək gəlirlər əldə etməyə başlamış və həmin gəlirlərdən ona ödənişlər etməmişlər. Hal-hazırda həmin mənzil icarədir və aylıq icarə haqqı cavabdehlərə ödənilir. Paylı mülkiyyətdə olan mənzili icarəyə verərək uzun müddət cavabdehlər gəlir əldə edərək payına uyğun ona ödəniş etmədiklərindən əldə olunmuş aylıq icarə haqqından ödənilməli olan vəsaitlər məhkəmə qaydasında onlardan tutularaq xeyrinə ödənilməlidir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək,cavabdehlərdən Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20B saylı təsərrüfat obyektinin sahələrindən əldə olunmuş və hazırda əldə edilən icarə haqlarının 1/12 hissəsinin onun xeyrinə tutulması, xx.xx.2017-ci il tarixdən cari tarixədək olan dövrə görə və xx.xx.2002-ci il tarixli icarə müqaviləsi üzrə icarə məbləğləri üzrə icarə məbləğinin ödənilmədiyi gündən məhkəmə qərarının çıxarıldığı günədən ümumi məbləğlərinin dövrlər üzrə AR Mərkəzi Bankın müəyyən etdiyi illik faiz bank uçot dərəcəsinə uyğun hesablanaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsini tam müdafiə edib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəmə iclasına dəvət edilmiş, lakin məhkəmə iclasında iştirak (nümayəndəsinin iştirakını təmin etməmiş) etməmişdirlər. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan: Dövlət Vergi Xidmətinin 10 mart 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, uçotbaza məlumatlarına əsasən Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixdən cari tarixədək olan dövr ərzində ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 1kv.m olan təsərrüfat subyektinin (obyektin) icarəyə verildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə vergi bəyannamələri vergi orqanına təqdim olunmadığı üçün əldə edilmiş gəlir məbləğini müəyyən etmək mümkün olmamışdır. Fiziki şəxs Cavabdeh2 vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmadığı müəyyən edildiyi üçün tərəfindən əldə edilmiş gəlir məbləği barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır. Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-29/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “mənzilə köçürülmə və paya uyğun icarə haqqının verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20B saylı mənzilinin Cavabdeh1 tərəfindən icarəyə verilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-563/2007 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair (xx.xx.2002-ci il tarixli icarə müqaviləsi üzrə icarə məbləğləri) iddiası qismən təmin edilmişdir. Həmin qətnamə ilə 01 noyabr 2002-ci il tarixdən 01 may 2007-ci il tarixədək cavabdeh tərəfindən alınmış icarə haqqının 1/12 hissəsi kimi 180 manat pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Yuxarıda göstərilən məhkəmə qətnamələrini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin “01 noyabr 2002-ci il tarixli icarə müqaviləsi üzrə icarə məbləğləri üzrə icarə məbləğinin ödənilmədiyi gündən məhkəmə qərarının çıxarıldığı günədək olan icarə haqlarından yaranan pulun cavabdehlərdən tutulması hissəsinə” hazırki halda məhkəmə yalnız “xx.xx.2021-ci il tarixdən hazırki dövrə kimi icarə haqlarından yaranan pulun Cavabdeh1, 01 may 2007-ci il tarixdən hazırki dövrə kimi icarə haqlarından yaranan pulun Cavabdeh2 tutulması hissəsinə”, habelə “01 yanvar 2017-ci il tarixdən cari tarixədək olan icarə haqlarından yaranan pulun cavabdehlərdən tutulması hissəsinə” isə hazırki halda məhkəmə yalnız “xx.xx.2021-ci il tarixdən hazırki dövrə kimi icarə haqlarından yaranan pulun Cavabdeh1, 01 yanvar 2017-ci il tarixdən hazırki dövrə kimi icarə haqlarından yaranan pulun Cavabdeh2 tutulması hissəsinə” münasibətdə qiymət bildirilməlidir. Belə ki, tələbin “01 noyabr 2002-ci il tarixli icarə müqaviləsi üzrə icarə məbləğləri üzrə icarə məbləğinin ödənilmədiyi gündən məhkəmə qərarının çıxarıldığı günədək olan icarə haqlarından yaranan pulun cavabdehlərdən tutulması”na aid hissədə Cavabdeh1 münasibətdə 2021-ci il tarixədək tələb olunan icarə haqqından pay tələbinə Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-29/2021 saylı, Cavabdeh2 münasibətdə isə 01 may 2007-ci il tarixədək tələb olunan icarə haqqından pay tələbinə Səbail rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-563/2007 saylı qətnamələri ilə artıq qiymət verilmişdir. Tələbin “01 yanvar 2017-ci il tarixdən cari tarixədək olan icarə haqlarından yaranan pulun cavabdehlərdən tutulması”na aid hissədə Cavabdeh1 münasibətdə 2021-ci il tarixədək tələb olunan icarə haqqından pay tələbinə Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-29/2021 saylı qətnaməsi ilə artıq qiymət verilmişdir. Mülki-prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iş materiallarında olan sənədləri iddiaçının ərizəsində qeyd etdikləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20B saylı mənzilinin Cavabdeh2 tərəfindən 01 may 2007-ci il tarixdən, Cavabdeh1 tərəfindən isə 2021-ci il tarixdən kommersiya məqsədləri üçün icarəyə verilərək aylıq gəlirlər əldə etdiyini təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əlavə olaraq Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı məktubundan da görünür ki, 2017-ci il tarixdən 2022-ci il tarixədək olan dövr üzrə Cavabdeh1 tərəfindən gəlir əldə edildiyi müəyyən olunmamış, Cavabdeh2 isə ümumiyyətlə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçı tərəfindən onun əsaslarına dair heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunmadığı üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarədən əldə olunmuş vəsaitin paya uyğun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar