Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-570/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 10 iyun 2025ci il tarixdə, Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 18.450 manat pul, 6.205 manat maddi ziyan, 2.000 manat mənəvi zərərin əvəzi, 500 manat vəkil xərci və dövlət rüsumunun 166 manat, cəmi 27.321 manat məbləgində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən 1079b saylı 0,06 ha olan torpaq sahəsi mənim xüsusi mülkiyyətimdədir və sosial şəbəkələr vasitəsilə tanıdığım Cavabdeh MMC-yə müraciət edərək bağ evi tikmək üçün aramızda 10 iyul 2023-cü il tarixdə cavabdeh ilə Fərdi ev tikintisi və təmiri haqqında 22 saylı müqavilə bağlamışdım.Müqaviləni mən və cavabdeh olan baş direktoru X1 imzalayaraq MMC-nin möhürü ilə təsdiqləmişdir. Müqavilənin «Müqavilənin predmeti» adlanan bölümündə olan şərtlərə görə mən sifarişçi kimi mənə məxsus Abşeron (müqavilədə səhvən Sabunçu qeyd olunmuşdur) rayonu Novxanı qəsəbəsində yerləşən 1079b saylı 0,06 ha olan torpaq sahəsində, layihəyə uyğun təsdiq olunmuş ümumi sahəsi 160 kv.m fərdi evin tikintisini və təmiri icraçıya həvalə edilmişdir. Müqaviləyə və qarşılıqlı razılaşmaya əsasən evintikintisi 1 kv.m 300 manat təşkil edir. Mən cavabdehə (icraçıya) ümumi ödənişi 30%+30%+30% və işin sonunda qalan10% ödəməli idim. Hər ödənişin istifadəsindən sonra cavabdeh mənə ona verilən məbləğə uyğun olaraq görülən işin siyahısını təqdim etməli idi. Müqavilənin «İcraçının öhdəlikləri» bəndlərinin şərtlərinə görə cavabdeh öz üzərinə götürürdü ki, razılaşdırılmış layihəni yüksək keyfiyyətdə və bütün tikinti normativlərinə uyğun olaraq tikib mənə təhvil verəcək və tikilən evə 15 il zəmanət verilir (tikintiyə aid olmayan səbəbləristisna olmaqla) Sifarişçi ilə razılaşdırılmış vaxtda, tikintiyə başlanan tarixdən 5 ay sonra tam təhvilverməli idi. İcraçı özü üzərinə götürür ki, tikintini bütün tikintiyə qoyulmuş normativlərə əsasən görülməli idi. Mənim tərəfimdən Cavabdeh MMC-yə 48000 manat ödənilmişdir. Bunun 17 iyul 2023-cü il tarixli, 100 nömrəli qəbzə əsasən15000 manat, kassa mədaxil orderə əsasən 19 avqust 2023-cü il tarixdə 20000 manat və 04 dekabr 2023-cü il tarixdə yenə də kassa mədaxil orderə əsasən 13000 manat ödənilmişdir. Həmin pul vəsaitinə cavabdeh olan Cavabdeh MMC-nindirektoru X1 ilə bizim qarşılıqlı razılaşmamıza ğörə o bağ evini mənə “pod mayak” təhvil verməli idi. Mən dəfələrlə cavabdeh olan Cavabdeh MMC-nin direktoru X1 ilə telefon əlaqəsi saxlayırdım, lakin hər dəfə bir bəhanə ilə məni ümüd verirdi, mən işimi axıra kimi ğörəcəm, indi bəzi problemlərim var, onları həll edim, məşqul olacam. Mən də inanırdım. Sonra o zənğlərə cavab vermədi, mən də məcbu olaraq ondan şikayət etməyə başladım. Axırıncı dəfə mən, oğlum Nicat 03 fevral 2024-cw il tarixdə Cavabdeh MMC-nin Amar Plazada yerləşən ofisində onun direktoru olanElçin və onun şəriki olan Mirağa ilə görüşdük və yenə də həmişəki kimi bizə söz verdilər ki, ustalarını işi tamamlamak üçün göndərəcəklər. Biz bir müddət gözlədik, ondan sonra memara müraciət etdik ki, layihəni hazırlasın, halbuki, layihənin hazırlanması da cavabdehin öhdəliyində idi. Layinənin hazıranması üçün memara 200 manat pul köçürmüşdüm (qəbzi əlavə edirəm). Layihə hazırlanandan sonra biz evin tikilişini tamamlamaq niyyətinə gəldik və bu səbəbdən də mən yarım tikilinin qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət etdim və 22 fevral 2024-cü il tarixli qiymətləndirmə aktı mənə təqdim olundu. Həmin akta əsasən yarım tikili 29.550 manata qiymətləndirilmişdir (bu işə görə mən 250 manat pul ödəmişdim). Bakı şəhəri Nərimanov rayon Pİ İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru İ.İmanovun 21 mart 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar»ı ilə mənə şikayətimlə bağlı mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Aylar keçirdi, heç bir iş görülmürdü və yarım tikili də tamam yararsız vəziyyətə düşməsin deyə, həmçinin tikinti materialların qiymətlərinin qalxmalı ilə əlaqədar olaraq 2024-cü il iyul ayında biz qərara gəldik ki, evin tamalanması ilə bağlı başqa ustalar ilə razılaşdıq. Oktyabr ayında evin tikilişi tamamlandı, lakin tikinti materialların bahalaşması ilə bağlı ev ətrafı, eyvan və pilləkan üçün məhəccər qoyulmadı. Evin tamamlanması üçün mən həm tikinti materiallara və ustalara 20605 manat pul ödəmişdim və məhəccərin qoyulması üçün 3600 manat məbləğində vəsait ödənilməli idi, lakin vəsaitimiz olmadığı üçün mən məhəccərin qoyulmasına imkan olmadı. Cavabdeh tərəfindən mənə maddi ziyan da dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 10 iyul 2023-cü il tarixli müqavilənin (surətinin) 2.1-ci və 3.1-ci bəndlərindən görünür ki, Sifarişçi (İddiaçı) ona məxsus Novxanı qəsəbəsində yerləşən torpaq sahəsində, layihəyə uyğun təsdiq olunmuş ümumi sahəsi 160 kv.m olan fərdi evin tikintisini və təmirini Cavabdeh MMC-yə (İcraçı) həvalə edir. İcraçı öz üzərinə götürür ki, razılaşdırılmış layihəni yüksək keyfiyyətlə və bütün tikinti normativlərinə uyğun olaraq tikib Sifarişçiyə təhvil verəcək və tikilən evə 15 il zəmanət verir. Müqavilənin 2.2-ci bəndinə əsasən Sifarişçi və İcraçının razılaşmasına əsasən evlərin tikintisi ümumi 88000 manat təşkil edir. 17 iyul 2023, 19 avqust 2023 və 04 dekabr 2023-cü tarixli kassa mədaxil qəbzlərinin surətindən görünür ki, İddiaçı oğlu tərəfindən Cavabdeh MMC-yə ayrı-ayrılıqda, 15000, 15000 və 20000 manat olmaqla ümumilikd 50,000 manat məbləğində pul köçürülmüşdür. AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin 26 may 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən 1079b saylı, 0,06 ha torpaq sahəsində inşa edilən yarımtikilinin 22 fevral 2024cü il tarixinə kimi aparılmış tikinti-təmir işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribi 27,500 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən cavabdeh İcraçı qismində iddiaçının sifarişi əsasında Bakı şəhəri, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən 1079b saylı, 0,06 ha torpaq sahəsində, layihəyə uyğun təsdiq olunmuş ümumi sahəsi 160 kv.m olan fərdi evin tikintisini başa çatdırıb Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun müqabilində 88,000 manat İcraçıya pul ödəməyi öhdəsinə götürmüşlər. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehə ümumilikdə 50,000 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtda yerinə yetirməyərək, sözügedən evlərin tikintisini başa çatdırmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürmüş öhdəliyi lazımi qaydada və müddətdə yerinə yetirməmişdir. Bu isə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasıdır. İddia tələbinin “18,450 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş puldan (50,000 manat) cavabdeh tərəfindən görülən işlərin dəyərini təşkil edən pul (ekspert rəyi il müəyyən edilmiş 27,500 manat) vəsaiti çıxılmaqla tələbdə tutulması xahiş edilən 18,450 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın 6.205 manat maddi ziyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu halı təsdiq edə biləcək mötəbər sübut təqdim etmədiyindən, tələb bu hissədə əsassız hesab edilməlidir. Məhkəmə iddiaçının mənəvi təzminat kimi 2.000 manat tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə 500 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 18 yanvar 2025-ci il tarixli Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üçün Vəkil hesabına 500 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi qismən təmin olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi və hüquqi yardıma görə ödənilmiş vəsaitin 250 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18,450 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi və hüquqi yardıma görə ödənilmiş vəsaitin 250 manat hissəsi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən aparılmış məhkəmə-tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 manat vəsaitin 150 manat hissəsi İddiaçı, 150 manat hissəsi Cavabdeh MMC-dən tutulub AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin hesabına (hesab: Hesab № AZN AZ74AİİB400600F**********112, Bank "xxxx" ASC 28 Mərkəz Filialı,KOD200026;VÖEN**********;MüxbirhesAZ37NABZ******************** S.W.İ.F.T. AİİBAZ2XXXX) köçürülsün İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-570/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-570/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver