Məhkəmə qərarları › İş №e-2(009)-576/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-576/2025

01.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-576/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, SOCAR-ın Cavabdeh tərəfindən verilmiş 14-2-11/3-1K-399/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrdə qeyd edilmişdir ki, İddiaçı əmək və icra intizamı pozuntusuna yol vermis və bu barədə ona verilmiş əmri qanunvericilikdə müəyyən edilmiş qaydada mübahisələndirmək əvəzinə müraciət hüququndan suiistifadə etmişdir. O, SOCAR-ın Cavabdehndə 31 saylı komandanın qarovul rəis vəzifəsini icra etmişdir. O, işlədiyi müddətdə xx.xx.2024-cü il tarixdə Prezident Administrasiyasına və SOCAR Baş ofisinə Xidməti Nəzarət Şöbəsinin mühəndisi Elxan Cabbarlının hərəkətlərindən şikayət ünvanlamışdır. Şikayəti mahiyyəti bu olmuşdur ki, o, daim Elxan Cabbarlının hərəkətləri nəticəsində təzyiq altında olmuş və Elxan Cabbarlı ona qarşı əsassız araşdırmalar aparmışdır. Cavabdeh iddiaçının bu hərəkətini öz hüquqlarından sui-istifadə edərək işəgötürənin işgüzar nüfuzuna xələl gətirən hərəkət kimi qiymətləndirmiş və onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Belə ki, o, bir vətəndaş kimi dövlət orqanlarına müraciət etmək hüququndan istifadə etmiş və heç bir yalan informasiya vermədən baş verənləri öz müraciətində bildirmişdir. Cavabdeh orqanın onun müraciət hüququndan istifadə etməsi sui-istifadə kimi qiymətləndirilməsi tamamilə əsassızdır. Belə ki, işəgötürənin bu əsasla əmək müqaviləsinə xitam verməsi bütün konstitusion normalara ziddir. Əmrdə qeyd edilmişdir ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməlidir və bu əsasla münasibət bildirilməsi üçün Cavabdeh Həmkarlar İttifaqı Komitəsinə təqdimat verilmiş və nəticədə onun əmək müqaviləsinə SOCAR-ın Cavabdeh tərəfindən verilmiş 14-2-11/3-1K-399/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bütün qeyd edilənlərdən və təqdim etdiyi sənədlərdən aydındır ki, onun əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsi tamamilə işçinin hüquqlarını və mənafeyini pozan addımdır. İşçinin əmək və icra intizamını pozmasına görə tənbeh tədbirlər görülmüşdür. Bir intizam xətasına görə yalnız bir intizam tənbeh verilir. X2 və SOCAR Baş Ofisinə müraciətini, müraciət etmək hüququnu əmək intizamını pozmaq kimi qiymətləndirmiş və bu hərəkətləri işəgötürənin nüfuzuna xələl gətirən hərəkətlər kimi qiymətləndirmişdir. Cavabdehin bu hərəkəti işçinin əmək hüquqlarını pozur. Bu səbəbdən SOCAR-ın Cavabdeh tərəfindən verilmiş 14-2-11/3-1K-399/2024 saylı, xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli, o, işə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün, yəni 50 gün üçün işçinin əmək haqqının 1.090 manat olduğunu nəzərə alaraq (1.090:30)*50=1.816,66 manat cavabdehdən tutularaq ona ödənilməlidir. O, mübahisənin həlli məqsədilə AR ƏƏSMN yanında X20 xidmətinə müraciət ünvanlamışdır. Mübahisənin həlli məqsədilə o, xx.xx.2024-cü il tarixdə ünvan Təşkilatına müraciət etmişdir. ünvan Təşkilatı tərəfindən təqdim edilmiş MŞB/16/2024-01946 nömrəli, xx.xx.2025-ci il tarixli Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış təsdiq edir ki, cavabdeh SOCAR Cavabdeh səlahiyyətli nümayəndəsi mediasiya prosesində iştirak etməmişdir. İşçinin əmək və icra intizamını pozmasına görə tənbeh tədirləri bir dəfə görülmüşdür. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilməlidir. X4 və SOCAR Baş ofisinə müraciətini əmək intizamını pozması kimi qiymətləndirmək əsassızdır. Burada heç bir səhlənkarlıqdan, işəgötürənə vurulmuş ziyandan söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh SOCAR-ın Cavabdeh tərəfindən onun barəsində verilmiş 14-2-11/3-1K-399/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxma müddəti üçün 1.816,66 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh SOCAR-ın Cavabdeh tərəfindən onun barəsində verilmiş 14-2-11/3-1K-399/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxma müddəti üçün işə bərpa olunanadək ödənilməmiş pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, onun işdə olmaması xəstəliyi ilə bağlı olmuşdur, bununla bağlı sübutları məhkəməyə təqdim etmişdir. İşdən azad olunması isə qərəzli olmuşdur. Onun 4 azyaşlı övladı var. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz ərizəsi məhkəməyə təqdim edərək etirazda göstərilənləri müdafiə etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunan etiraz ərizəsində göstərilmişdir ki, Əlləzov X8 İdarəsində 31 saylı komandanın qarovul rəisi işləmişdir. O, işlədiyi zaman əmək funksiyalarını pozmasına, vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirməməsinə görə dəfələrlə inzibati tənbeh edilmişdir. 14-2- 11/3-1İ-134/2023 saylı, xx.xx.2023-cü il tarixli əmr ilə Qarovulun iş fəaliyyətinə lazımınca nəzarət etməməklə əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini etinasızlığa yol verərək keyfiyyətsiz yerinə yetirdiyinə görə 31 saylı komandanın qarovulun rəisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixdə XNŞ-nin böyük mühəndisləri Toğrul Həsənli və Hüseyn Qurbanov, mühəndisi Cabirli Elxan tərəfindən 31 saylı komandanın postlarında xidmətin təşkili və aparılması səviyyəsinin yoxlanılması zamanı qarovul rəisi İddiaçı qarovulunun iş fəaliyyətinə lazımınca nəzarət etmədiyinə 53 saylı (NBM) postun mühafizəçisi X1 04.30-da postu nəzarətsiz qoyaraq post köşkündə stulların üzərində yatması aşkarlanmışdır və saat 04.33-də 69 səyyar postun ərazisinə maneəsiz daxil olaraq mühafizə ərazisində sərbəst şəkildə hərəkət etmiş, həmin postun mühafizəçisi X25 post köşkündə olmaqla postu nəzarətsiz saxladığına görə onları aşkar edə bilməmişdir. 14-2-11/3-1İ-255/2023 saylı, xx.xx.2023-cü il tarixli əmr ilə əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini səhlənkarlığa və etinasızlığa yol verərək qismən yerinə yetirdiyinə görə 31 saylı komandanın qarovul rəisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. xx.xx.2024-cü il tarixdə XNŞ-nin böyük mühəndisi Hüseyn Qurbanov və mühəndisi Elxan Cabirli tərəfindən 31 saylı komandanın postlarında xidmətin təşkili və aparılması səviyyəsinin yoxlanılması zamanı 14 saylı səyyar postun (H.Əliyev adına NEZin daxili ərazisində) mühafizəçisi X5, qarovul rəisi İddiaçı tapşırığı ilə 14 saylı postu nəzarətsiz qoymaqla 15 saylı posta kömək məqsədilə gedib geri qayıtmaq tapşırığı verilməməklə, 41 saylı postda olması və 41 saylı postun ehtiyat mühəfizəçisi X3 19.31-də post köşkündə oturacaqda oturaraq yatması və 14 saylı postun nəzarətsiz qalması aşkarlanmışdır. 14-2-11/3-1İ-116/2024 saylı xx.xx.2024-cü il tarixli əmri ilə əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini səhlənkarlığa və etinasızlığa yol verərək qismən yerinə yetirdiyinə görə 31 saylı komandanın qarovul rəisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixdə 31 saylı komandada baş vermiş hadisə ilə bağlı xx.xx.2024-cü il tarixdə Heydər Əliyev adına NEZ-in 20 saylı sahəsindəki videomüşahidə kameralarına baxış keçirən zaman xx.xx.2024-cü il tarixdə saat 21.20-də 2 saylı (H.Əliyev adına NEZ-in Piyadalar üçün NBM, növbətçi hissə və metal yoxlayıcı elektron qurğu) posta təhkim olunmuş mühafizəçisi X13 və 50 saylı (H.Əliyev adına NEZ-in Bitum istehsalı üzrə 9 nömrəli istehsalatının çıxışında nəqliyyat vasitələri üçün NBM) posta təhkim edilmiş mühafizəçi X19 arasında xidmət zamanı münaqişə yarandığı və daha sonra bir-birilərinə fiziki güc tətbiq edərək dava etmələri müşahidə olunmuşdur. Əlavə olaraq baxış zamanı xidmətdə olan qarovul rəisi İddiaçı Rəhim oğlunun hadisə yerinə gəldiyi, münaqişənin şahidi olduğu və əlbəyaxa olan mühafizəçiləri sakitləşdirdiyi müşahidə olunmuşdur. Faktla bağlı akt tərtib olunmuşdur. İddiaçı hadisə barədə heç kimə məlumat vermədiyi, hadisəni sənədləşdirmədiyi və mühafizəçi S.Əsgərlini öz ərizəsi əsasında saat 22.00-dan xidmətini dayandıraraq (ailə vəziyyəti adı ilə qeyd apararaq) ərazidən uzaqlaşdırdığı məlum olmuşdur. Bundan başqa qarovul rəisi İddiaçı mühafizəçi Əsgərli Surxayı xidməti sənədlərdə 50 saylı posta təhkim etdiyini, XTŞ-nin növbə rəisinə verilən məlumatda mühafizəçilərin xidməti postları təhvil aldığını və təhvil-təslim zamanı nöqsanın qeydə alınmadığını göstərsə də, xidməti səçnədlərin yoxlanışı və müşahidə kameralarına baxış zamanı S.Əsgərlinin 50 saylı postu təhvil almadığı, ümumiyyətlə xidmətə 1 saatdan çox gec gəldiyi, bu barədə qarovul rəisinin heç kimə məlumat vermədiyi və müvafiq sənədləşmə aparmadığı məlum olmuşdur. Əlavə olaraq xidməti sənədlərə baxış zamanı mühafizəçi S.Əsgərlinin həmin gün 20.00-da xidmətə daxil olma və 22.00-da kənarlaşması barədə post cədvəlinin əlavəsinə edilən imzalarda oxşarlıq olmadığı üçün özünün imza etmədiyi şübhəsi yaranmışdır. 14-2-11/3-1İ-368/2024 saylı xx.xx.2024-cü il tarixli əmr ilə əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini səhlənkarlığa və etinasızlığa yol verərək qismən və keyfiyyətsiz yerinə yetirdiyinə və eyni zamanda əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini kobud şəkildə pozduğuna (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozma) görə 31 saylı komandanın qarovul rəisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə uyğun olaraq qüvvədə olan “Kollektiv müqavilə”nin 9.4-cü bəndinə əsasən 2024-cü ilin iyul ayı üzrə əmək haqqının 15% məbləğində cərimə edilmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli 14-2-11/3-5-1520/2024 nömrəli və təkmili araşdırmanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli 14-2-11/3-5-1973/2024 və xx.xx.2024-cü il tarixli 14-2-11/3-5-2623/2024 nömrəli xidməti yazılar və onlara əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Tİ-nin 31saylı komandasının mühafizəçiləri T.Ə.Cəfərli və S.N.Əsgərli tərəfindən həqiqətən də iş vaxtında və iş yerində əmək və icra intizamı pozuntusuna yol verilmişdir. Araşdırma nəticəsində o da müəyyən edilmişdir ki, pozuntuya yol verildiyi iş növbəsinə rəhbərlik etmiş komandanın qarovul rəisi İddiaçı da hadisəni xidməti sənədlərdə doğru olmayan qeydlər edərək İdarə rəhbərliyindən gizlətməyə cəhd göstərməklə, əmək və icra intizamı pozuntusuna yol vermişdir. Tİ-nin xx.xx.2024-cü il tarixli, 14-2-11/3-1İ-368/2024 nömrəli əmri ilə 31 saylı komandanın qarovul rəisi İddiaçı barədə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə uyğun olaraq, qüvvədə olan “Kollektiv müqavilə”nin 9.4-cü bəndinə əsasən 2024-cü ilin iyul ayı üzrə əmək haqqının 15 faiz məbləğində cərimə etmək), xx.xx.2024-cü il tarixli 14-2-11/3-1İ-375/2024 nömrəli əmri ilə komandanın mühafizəçiləri T.Ə.Cəfərli barədə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə uyğun olaraq, qüvvədə olan “Kollektiv müqavilə”nin 9.4-cü bəndinə əsasən 2024-cü ilin iyul ayı üzrə əmək haqqının 15 faiz məbləğində cərimə) və S.N.Əsgərli barədə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət) intizam tənbehi tədbirləri görülmüşdür. 31 saylı komandanın qarovul rəisi İddiaçı barəsində intizam tənbehinin verilməsinə dair əmri qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirmək əvəzinə respublika Konstitusiyası və qanunvericiliklə bir vətəndaş olaraq ona verilmiş müraciət etmək hüququndan sui-istifadə hallarına yol vermişdir. Belə ki, baş vermiş əmək və icra intizamını faktı üzrə yuxarıda qeyd olunan proseslər zamanı İşgəncələrə Qarşı Azərbaycan Komitəsindən (İQAK), təşkilatın aparat rəhbəri Pərviz Deystani tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidentinin adına ünvanlanaraq, xx.xx.2024-cü il tarixdə 14-2/1-4270/2024 nömrəli qeydiyyata alınmaqla, SOCAR-ın Baş Ofisinə daxil olmuş “Ərizə” başlıqlı müraciətə baxılmışdır. Daxil olmuş sənəddə İQAK-nın rəyasət heyətinin üzvü və fəal iştirakçısı İddiaçı guya işlədiyi İdarədə qabaqcıl və nümunəvi işçi olduğu, əmək funksiyalarını vicdanla və qüsursuz icra etməsi, bunlara baxmayaraq ona İdarə rəhbərliyi tərəfindən əsassız təzyiq və təhdidlər edildiyi, səhhətinin pisləşməsi ilə nəticələnən mənəvi və psixoloji sarsıntı, iztirab və işgəncələrə məruz qoyulduğu, bu hərəkətlərin onu özünə qəsd etməsi həddinə çatdırdığı qeyd olunmaqla, ona qarşı qeyri-qanuni əməllərə yol verilməsinə son qoyulması xahiş və tələb olunurdu. İQAK-dan daxil olmuş sənədin ünvanlanmasında subordinasiya qaydalarının pozulması, mətnində əks olunan məlumatlar və sonunda edilən xahişin məzmunu şübhə doğurduğundan qeyd olunan müraciət münasibət bildirilməsi üçün Cavabdeh xx.xx.2024-cü il tarixli 14-2-11/2-457/2024 nömrəli məktubu ilə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynova göndərilmişdir. SOCAR-ın Cavabdehndən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədrinə ünvanlanmış həmin məktubun Komitədə baxılması ərəfəsində, xx.xx.2024-cü il tarixdə 14-2/1-4270/2024 nömrəli qeydiyyata alınmaqla, SOCAR-ın Baş ofisinə daxil olmuş “Ərizə” başlıqlı müraciətlə həm tərtibat, həm də məzmun etibarı ilə eynillik təşkil edən müraciətlərin daxil olması davam etmişdir. Müraciətlərdən biri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli 3- 21/2-6974/2024 nömrəli müşayiət məktubu ilə (qeydiyyat: 14-2/1-5045/2024, xx.xx.2024-cü il), digəri isə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının xx.xx.2024-cü il tarixli 1-1- 10/2-Ə-6751-062/2024 nömrəli (qeydiyyat: 14-2/1-Ə-5764-1/2024, xx.xx.2024-cü il) müşayiət məktubu ilə baxılması üçün Baş ofisə göndərilmişdir. Cavabdeh İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli 14-2-11/2-457/2024 nömrəli məktubuna, Komitədən verilmiş xx.xx.2024-cü il tarixli K-73 nömrəli (qeydiyyat: 14-2-11/1-371/2024, xx.xx.2024-cü il) cavab məktubuna əsasən Komitənin adından müxtəlif instansiyalara ünvanlanmış yuxarıda qeyd olunan məktubların Komitəyə heç bir aidiyyəti olmadığı, məktubların ünvanlanmasının qeyri-qanuni olduğu, X10 aparat rəhbəri vəzifəsində çalışmadığı, İddiaçı Komitənin idarə heyətində və sıralarında heç vaxt olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xx.xx.2024-cü il tarixli 1-1-10/2-Ə-6751-062/2024 nömrəli müşayiət məktubu əsasında SOCAR-ın Baş ofisi və Tİ ilə yanaşı, "xxxx" MMC tərəfindən də araşdırma aparılmışdır. MMC tərəfindən aparılan araşdırma nəticəsində müraciətdə qeyd olunanların İddiaçı qarovul rəisi kimi əmək funksiyasının icrası ilə əlaqədar olaraq aşkar etdiyi, müvafiq qaydada aktlaşdırılmış və vaxtında tədbirlər görülmüş rutin əməliyyatlarla əlaqəli faktlar olduğu məlum olmuşdur (xidmət yazı, qeydiyyat: 14-2/3-6-2578/2024, xx.xx.2024-cü il). Daxil olmuş müraciətlərlə əlaqədar SOCAR-ın Baş ofisi tərəfindən araşdırma aparılması məqsədi ilə İddiaçı Baş ofisə dəvət olunaraq müraciətlərinə aydınlıq gətirilməsi üçün izahatı alınmışdır. Həmin izahat əsasında SOCAR-ın Baş Ofisindən Cavabdehnə daxil olan xx.xx.2024-cü il tarixli, 14-2-11/1- 371/2024 saylı və xx.xx.2024-cü il tarixli 14-2/3-11-9666/2024 saylı məktublar Tİ-nin Operativ şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı 31 saylı komandanın qarovul rəisi İddiaçı, mühafizəçilər X15, X9 və Tİ-nin Xidmətə nəzarət şöbəsinin (XNŞ) mühəndisi X16 izahatları alınmışdır. 31 saylı komandanın qarovul rəisi İddiaçı izahatında xx.xx.2024-cü il tarixdə Prezident Administarsiyasına və SOCAR Baş Ofisinə şikayət etməsinin səbəbini XNŞ-nin mühəndisi E.C.Cabirli tərəfindən özünə qarşı təzyiqlərin olması ilə əlaqələndirmişdir. Belə ki, şikayətçi E.C.Cabirli tərəfindən daim təzyiqlərə məruz qaldığını, sonuncunun təhriki ilə ona qarşı əsassız araşdırmalar aparıldığını qeyd etmiş, bunun səbəbini isə E.C.Cabirlinin 31 saylı komandada rəis işlədiyi dövrdə onun çoxsaylı qanunsuz əməllərini ifşa etdiyi ilə bağlı olduğunu bildirmişdir. O, əlavə olaraq izahatında E.C.Cabirlinin mühafizə olunan ərazilərə üzərində kəsici alətlə (bıçaq) daxil olduğunu və onun digər mühafizəçilərə nümayiş etdirdiyini vurğulamışdır. Araşdırma zamanı İddiaçı bir sıra suallar verilmiş, qarşı tərəf E.C.Cabirli barədə şikayət ərizəsindəki ittihamlarını əsaslandıra bilməmişdir. Daha sonra İddiaçı özünün üzvü olduğunu iddia etdiyi “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” (İQAK) adlı Qeyri-Hökümət Təşkilatının (QHT) adından SOCAR-ın prezidentinə ünvanladığı məktubda onun məruz qaldığı təzyiqlərin qeyd olunması barədə maraqlanılmışdır. İddiaçı cavabında E.C.Cabirli tərəfindən təzyiqlərə məruz qaldığını və işdən azad olunma ehtimalını düşünərək bu səpkidə QHT-yə müraciət etdiyini bildirmişdir. 31 saylı komandanın mühafizəçisi Eldəniz Əliyev izahatında, qarovul rəisi İddiaçı, E.C.Cabirlinin mühafizə olunan ərazilərə üzərində kəsici alətlə (bıçaq) daxil olduğunu və onu digər mühafizəçilərə nümayiş etdirdiyini, həmçinin onu izahatında şahid kimi göstərməsini həqiqəti əks etdirmədiyini bildirmişdir. X11 izahatında E.C.Cabirlinin yoxlama zamanı mühafizə olunan əraziyə kəsici alətlə (bıçaq) daxil olduğu iddiasına cavab verərkən, həmin dövrdən uzun müddət keçdiyi (2023-cü il), gecə saatları olması səbəbindən bu barədə dəqiq bir söz deyə bilməyəcəyini qeyd etmişdir. O, əlavə olaraq E.C.Cabirlinin üzərində kəsici alətə oxşar əşya və ya bıçaq olduğundan əmin olmadığını bildirmişdir. 31 saylı komandanın sabiq rəisi E.C.Cabirli izahatında, İddiaçı onun barəsində şikayət ərizəsindəki ittihamları qərəzli, şər-böhtan xarakter daşıdığından, həmçinin heç bir fakta əsaslanmadan ərizədə qeyd olunanları qəbul etmədiyini bildirmiş, komanda rəisi işlədiyi dövrdə İddiaçı ilə münasibətlərinin yaxşı olduğunu, tabeliyində olmuş işçilərlə xidmətin tələblərinə uyğun eyni qaydada rəftar (rəhbər-işçi münasibətləri) etdiyini qeyd etmişdir. Beləliklə də, 31 saylı komandanın qarovul rəisi İddiaçı xidməti fəaliyyətində dəfələrlə nöqsana yol verdiyi və barəsində İdarə tərəfindən intizam tənbehi tədbiri görüldüyü, gələcəkdə də bu kimi nöqsanlara yol verəcəyini və işini itirmə ehtimalının yüksək olduğunu düşünərək, özünümüdafiə kimi bu kimi tədbirlərə əl ataraq, yuxarı dövlət orqanlarına həqiqəti əks etdirməyən şikayətlər etmiş, o cümlədən 31 saylı komandanın sabiq rəisi E.C.Cabirli barəsində keçmiş dövrdə baş vermiş münasibətləri önə çəkərək onunla bağlı ittihamlar irəli sürmüşdür. Qeyd olunduğu kimi qarovul rəisi İddiaçı verilən təlimata baxmayaraq mühafizəçini post mühafizəsindən çıxarmaqla postu mühafizəsiz boş qoymasına görə Tİ-nin xx.xx.2024-cü il tarixli 14-2-11/3-1İ-116/2023 nömrəli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” və komandada mühafizəçilərin arasında baş vermiş münaqişə barədə rəhbərliyə məlumat vermədiyinə və bununla da təkrar əmək pozuntusuna yol verərək əmək funksiyalarının kobud şəkildə pozulması halına yol verdiyinə görə Tİ-nin xx.xx.2024-cü il tarixli 14-2-11/3-1İ-368/2024 nömrəli əmri ilə “aylıq əmək haqqının 15% məbləğinədək cərimə etmək” intizam tənbehi verilmişdir. Bu da İddiaçı yuxarıda qeyd olunan müraciətlərdə əks olunanlardan fərqli olaraq əmək fəaliyyətində qüsursuz işçi olmadığını göstərir. 31 saylı komandanın qarovul rəisi İddiaçı əmək qanunvericiliyi və qanunvericiliyin müddəalarına əsasən bağlanmış əmək müqaviləsi ilə ona verilmiş hüquqlardan, bu hüquqlardan əks formada sui-istifadə etməklə işçi olduğu İdarə və işəgötürən barədə müxtəlif dövlət qurumlarına həqiqətə uyğun olmayan, İdarə, işəgötürən və əmək kollektivinin adına və işgüzər nüfuzuna xələl gətirən məlumatlar göstərilmiş müraciətlər etmiş, İdarənin, işəgötürənin, habelə əmək kollektivinin qanunla qorunan mənafelərinə hər hansı formada ziyan (zərər) vurmaqla üzərinə düşən vəzifə borcunu (öhdəliklərini) qəsdən yerinə yetirməmişdir. İddiaçı öz əməlləri ilə əmək müqaviləsi bağlayan tərəflər (işəgötürən və işçi) arasında mövcud olmalı olan etimad (güvən) əlaqəsini zədələmiş, onun ümumiyyətlə aradan qalxmasına səbəb olmuşdur. Belə ki, əmək müqaviləsi bağlamaqla tərəflər arasında etimad münasibəti qurulur, qayda olaraq tərəflər sadəcə müqavilənin bağlandığı anda deyil, gələcəkdə də yerinə yetirilməli olan işlərin görüləcəyinə, müəyyən davranışların davam edəcəyinə güvənərək əmək münasibətinə girirlər və qarşılıqlı olaraq etimad şəraitində öz öhdəliklərini davam etdirməyi qərara alırlar. İddiaçı isə işçi kimi özünün əxlaqa və dürüstlüq qaydasına uyğun gəlməyən davranışı (onun nəticələri) ilə onunla olan əmək münasibətlərində mövcudluğu zəruri olan etimadı (güvəni) sarsıdaraq aradan qaldırmış, həmin münasibətləri davam etdirməyi mümkünsüz hala gətirmiş, əmək müqaviləsinin ləğv üçün zəmin yaratmışdır. Cavabdeh SOCAR Cavabdeh həmkarlar İttifaqı Komitəsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.2-ci maddəsinə uyğun olaraq 31 saylı komandanın qarovul rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsinə dair təqdimatla müraciət etmişdir. SOCAR Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin iclasında təqdimatla İddiaçı iştirakı ilə baxılmış və 18 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə 31 saylı komandanın qarovul rəisi İddiaçı barəsində AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin tətbiq olunmasına etiraz edilməmişdir. 14-2-11/3-1K- 399/2024 saylı xx.xx.2024-cü il tarixli əmr ilə 31 saylı komandanın qarovul rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) Cavabdeh ilə İddiaçı arasında bağlanmış 8365 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) Cavabdehnə 31 saylı komandaya əməyin ödənilməsinin 11-ci dərəcəsi üzrə qarovul rəisi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi tərəflərin razılığına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək 1 il müddətinə bağlanılmışdır. İş üzrə SOCAR Cavabdeh Operativ Şöbəsinin rəisi Anar Axundov tərəfindən Cavabdeh rəisi İlkin Rəhimova ünvanlanmış müraciətin araşdırılmasına dair xx.xx.2024-cü il tarixli Xidməti Məruzədən görünür ki, SOCAR Baş Ofisdən Cavabdehnə daxil olan 14-2-11/1-371/2024 saylı, xx.xx.2024-cü il tarixli və 14-2/3-11-9666/2024 saylı, xx.xx.2024-cü il tarixli məktublar Operativ şöbə tərəfindən araşdırılmışdır. Araşdırma zamanı şöbənin böyük mühəndisi Şahin Ramazanov tərəfindən 31 saylı komandanın qarovul rəisi İddiaçı, mühəfizəçilər X15, X9 və XNŞ-nin mühəndisi X16 izahatları alınmışdır. İddiaçı izahatında xx.xx.2024-cü il tarixdə Prezident Administrasiyasına və SOCAR Baş Ofisinə şikayət etməsinin XNŞ-nin mühəndisi E.Cabirli tərəfindən özünə qarşı təzyiqlərin olması ilə əlaqələndirmişdir. Belə ki, şikayətçi E.Cabirli tərəfindən daim təzyiqlərə məruz qaldığını, sonuncunun təhriki ilə ona qarşı əsassız araşdırmalar aparıldığını qeyd etmiş, bunun səbəbini isə E.Cabirlinin 31 saylı komandada rəis işlədiyi dövrdə onun çoxsaylı qanunsuz əməllərini ifşa etdiyi ilə bağlı olduğunu bildirmişdir. O, əlavə olaraq izahatında E.Cabirlinin mühafizə olunan ərazilərə üzərində kəsici alətlə (bıçaq) daxil olduğunu və onu digər mühafizəçilərə nümayiş etdirdiyini vurğulamışdır. Araşdırma zamanı İddiaçı bir sıra suallar verilmiş, qarşı tərəf E.Cabirli barədə şikayət ərizəsindəki ittihamlarını əsaslandıra bilməmişdir. Daha sonra İddiaçı özünün üzvü olduğu iddia etdiyi “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” (İQAK) adlı QHT-nin adından SOCAR Prezidentinə ünvanladığı məktubda onun məruz qaldığı təzyiqlərin qeyd olunması barədə maraqlanılmışdır. İddiaçı cavabında E.Cabirli tərəfindən təzyiqlərə məruz qaldığını və işdən azad olunma ehtimalını düşünərək bu səpkidə QHT-yə müraciət etdiyini bildirmişdir. X18 izahatında qarovul rəisi İddiaçı, E.Cabirlinin mühafizə olunan ərazilərə üzərində kəsici alətlə (bıçaq) daxil olduğunu və onu digər mühafizəçilərə nümayiş etdirdiyini, həmçinin onu izahatında şahid kimi göstərməsini həqiqəti əks etdirmədiyini bildirmişdir. X11 izahatında E.Cabirlinin yoxlama zamanı mühafizə olunan əraziyə kəsici alətlə (bıçaq) daxil olduğu iddiasına cavab verərkən, həmin hadisədən uzun müddət keçdiyi (2023-cü il), gecə saatları olması səbəbindən bu barədə dəqiq bir söz deyə bilməyəcəyini qeyd etmişdir. O, əlavə olaraq E.Cabirlinin üzərində kəsici alətə oxşar əşya olduğunu, lakin dəqiq bıçaq olduğundan əmin olmadığını bildirmişdir. E.Cabirli izahatında İddiaçı onun barəsində şikayət ərizəsindəki ittihamları qərəzli, şər-böhtan xarakter daşıdığını, həmçinin heç bir fakta əsaslanmadan ərizədə qeyd olunanları qəbul etmədiyini bildirmişdir. O, əlavə olaraq komanda rəisi işlədiyi dövrdə İddiaçı ilə münasibətlərinin yaxşı olduğunu, onun xidməti vəzifələrini layiqincə yerinə yetirdiyini, tabeliyində olmuş mühafizəçilərlə xidmətin tələblərinə uyğun eyni qaydada rəftar (rəhbər-işçi münasibətləri) etdiyini qeyd etmişdir. Nəticədə İddiaçı xidməti fəaliyyətində dəfələrlə nöqsana yol verdiyi və barəsində İdarə tərəfindən intizam tənbehi tədbiri görüldüyü, gələcəkdə də bu kimi nöqsanlara yol verəcəyini və işin itirmə ehtimalının yüksək olduğunu düşünərək, özünümüdafiə kimi bu kimi tədbirlərə əl ataraq həqiqəti əks etdirməyən şikayət etmişdir. Belə ki, o, E.Cabirli barəsində keçmiş dövrdə baş vermiş hadisələri ona çəkərək onunla bağlı ittihamlar irəli sürmüşdür. Bununla yanaşı Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı İQAK-ın idarə heyətinin üzvü olması barədə qeyd olunan QHT-yə sorğu göndərilmiş və sorğuya cavab olaraq mühafizəçinin komitənin idarə heyətində və onun sıralarında olmadığı qeyd edilmişdir (Qeyd: KNo73 saylı, xx.xx.2024-cü il tarixli məktub). Eyni zamanda cavab məktubunda özünü İQAK adlı QHT-nın aparat rəhbəri kimi təqdim edən Deystani Pərvizin qeyd olunan komitənin aparat rəhbəri olmadığı vurğulanmış və İddiaçı barədə SOCAR rəhbərliyinə ünvanladığı məktub həqiqəti əks etdirmir, qeyri-qanunidir. Əlavə olaraq bildirirlər ki, E.Cabirli barədə ünvanlanan şikayət aidiyyatı üzrə xidməti nəzarətə götürüldü və barəsində sadalanan ittihamlar nəzərə alınaraq sonuncunun xidmətinə təsir rəski araşdırılacaqdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq 31 saylı komandanın qarovul rəisi İddiaçı araşdırma zamanı özünü qeyrisəmimi aparması, həqiqəti əks etdirməyən şikayətlər etməsinə dair toplanılmış materiala müvafiq sərəncam verilməsi xahiş olunur. İş üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) Cavabdeh tərəfindən SOCAR Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin sədri Mahir Aşurova ünvanlanmış 14-2-11/3-1İ- 2304/2024 saylı xx.xx.2024-cü il tarixli təqdimata əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.2-ci maddəsinə uyğun olaraq 31 saylı komandanın qarovul rəisi İddiaçı ilə əlaqədar məsələyə münasibət bildirməsini xahiş etmişdir. İş üzrə SOCAR Cavabdeh Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin iclasının xx.xx.2024cü il tarixli 18 nömrəli qərarından görünür ki, qarovul rəisi İddiaçı Rəhim oğluna verilən təlimata baxmayaraq mühafizəçini çıxarmaqla postu boş qoymasına görə Tİ-nin xx.xx.2024-cü il tarixli 14-2- 11/3-1İ-116/2023 nömrəli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” və komandada mühafizəçilərin arasında baş vermiş münaqişə barədə rəhbərliyə məlumat vermədiyinə görə Tİ-nin xx.xx.2024-cü il tarixli 14-2-11/3-1İ-368/2024 nömrəli əmri ilə “aylıq əmək haqqının 15% məbləğinədək cərimə etmək” intizam tənbehləri verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddənin “ə” bəndinə əsasən isə işçi əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşsa, bu hal işçi tərəfindən əmək vəzifələrini kobud şəkildə pozması halı kimi qiymətləndirilir. Yol verdiyi əmək və icra intizamı pozuntusu hərəkətlərinin (hərəkətsizliyinin) dərəcəsindən xarakterindən asılı olaraq qərara alınmışdır ki, 31 saylı komandanın qarovul rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməlidir. Bu qərara gələrkən onun, öz əmək funksiyalarını və peşə borclarını (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozması, eyni zamanda əmək müqaviləsi bağlayaraq tərəflər arasında mövcud olmalı etimad (qüvən) əlaqəsinin zədələnməsi və ya ümumiyyətlə aradan qalxması əsas götürülmüşdür. Belə ki, onun bağladığı əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri səhlənkarlığa və etinasızlığa yol verərək tam yerinə yetirilməməsində əks olunan əmək və icra intizamı pozuntusuna yol verməsi hərəkətləri (hərəkətsizlikləri), digər işçilərə də mənfi tərbiyəvi təsir göstərir, etibarlı mühafizə xidmətinin təşkil edilməsinə maneə yaradır və komandada ümumi nizam-intizam səviyyəsinin aşağı düşməsinə, eləcə də işəgötürənin müqavilə üzrə “Sifarişçi” təşkilat qarşısında işgüzar nüfuzuna xələl gətirməsinə səbəb olur. 31 saylı komandanın qarovul rəisi İddiaçı Rəhim oğlu ilə bağlanmış əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməlidir. Bu qərara gələrkən onun öz əmək funksiyalarını və peşə borclarını (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozması, eyni zamanda əmək müqaviləsi bağlayan tərəflər arasında mövcud olmalı etimad (qüvən) əlaqəsinin zədələnməsi və ya ümumiyyətlə aradan qalxması əsas götürülmüşdür. Aparılan müzakirələrdən sonra HİK Rəyasət Heyəti yekdilliklə 31 saylı komandanın qarovul rəisi İddiaçı barəsində Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin tətbiq olunmasına etiraz etməməsi qərara alınmışdır. İş üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) Cavabdeh 14-2-11/3- 1K-399/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)- müvafiq əmrinə əsasən Heydər Əliyev adına X29 rekonstruksiyası edilərək modernizasiyası və idarə olunması həvalə edilmiş "xxxx" MMC-nin istehsalat sahələrinin xidmət müqaviləsi əsasında mühafizəsini həyata keçirən SOCAR-ın Cavabdeh (Tİ) 31 saylı komandasından daxil olmuş xx.xx.2024-cü il tarixli 14-2-11/3-5-1343/2024 nömrəli, komandanın mühafizəçiləri X7 və X14 iş vaxtında və iş yerində əmək və icra intizamı pozuntusuna yol vermələrinə dair xidməti yazı əsasında araşdırma aparılmışdır. Aparılmış ilkin araşdırmanın nəticələrinə dair hazırlanmış xx.xx.2024-cü il tarixli 14-2-11/3-5-1520/2024 nömrəli və təkmili araşdırmanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli 14-2-11/3-5-1973/2024 və xx.xx.2024-cü il tarixli 14-2-11/3-5-2623/2024 nömrəli xidməti yazılar və onlara əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Tİ-nin 31 saylı komandasının mühafizəçiləri T.Ə.Cəfərli və S.N.Əsgərli tərəfindən həqiqətən də iş vaxtında və iş yerində əmək və icra intizamı pozuntusuna yol verilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, pozuntuya yol verildiyi iş növbəsinə rəhbərlik etmiş komandanın qarovul rəisi İddiaçı da, hadisəni xidməti sənədlərdə doğru olmayan qeydlər edərək İdarə rəhbərliyindən gizlətməyə cəhd göstərməklə, əmək və icra intizamı pozuntusuna yol vermişdir. Qeyd olunmalıdır ki, baş vermiş fakt üzrə daha obyektiv nəticələr əldə etmək məqsədi ilə hadisədə digər hüquq pozuntusunun olub-olmamasını müəyyənləşdirmək üçün xx.xx.2024-cü il tarixli 14-2- 11/2-439/2024 nömrəli məktubla ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müraciət olunmuş, müraciət əsasında hüquq-mühafizə orqanı tərəfindən araşdırma aparılmış və Tİ-yə daxil olmuş xx.xx.2024-cü il tarixli 52/2-30198/2024 nömrəli (qeydiyyat: 14-2-11/1-337/2024, xx.xx.2024-cü il) məktuba əlavə edilmiş qərarda hadisədə cinayət hüquq pozuntusunun olmadığı müəyyən edilmişdir. Araşdırmanın nəticəsi olaraq Tİ-nin xx.xx.2024-cü il tarixli, 14-2-11/3-1İ- 368/2024 nömrəli əmri ilə 31 saylı komandanın qarovul rəisi İddiaçı barədə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə uyğun olaraq, qüvvədə olan “Kollektiv müqavilə”nin 9.4. bəndinə əsasən 2024-cü ilin iyul ayı üzrə əmək haqqının 15 faiz məbləğində cərimə etmək), xx.xx.2024-cü il tarixli 14-2-11/3-1İ-375/2024 nömrəli əmri ilə komandanın mühafizəçiləri T.Ə.Cəfərli barədə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə uyğun olaraq, qüvvədə olan “Kollektiv müqavilə”nin 9.4.bəndinə əsasən 2024-cü ilin iyul ayı üzrə əmək haqqının 15 faizi məbləğində cərimə) və S.N.Əsgərli barədə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət) intizam tənbehi tədbirləri görülmüşdür. Qeyd olunmalıdır ki, yuxarıda adları qeyd olunmuş barələrində intizam tənbehi tədbirləri görülmüş Tİ-nin 31 saylı komandasının işçiləri intizam tənbehlərinin verildiyi tarixdən hazırkı əmrin verildiyi tarixədək olan dövrdə intizam tənbehinin verilməsi əmrlərini qanunvericiliklə müəyyən edilmiş müddətlərdə və qaydada mübahisələndirməmiş, bununla da qanunvericiliyə əsasən həmin əmrlərin düzgün və əsaslı olduğunu qəbul etmişlər. Lakin qeyd olunanlara baxmayaraq 31 saylı komandanın qarovul rəisi İddiaçı, barəsində intizam tənbehinin verilməsinə dair əmri qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirmək əvəzinə, respublika Konstitusiyası və qanunvericiliklə bir vətəndaş olaraq ona verilmiş müraciət etmək hüququndan suiistifadə hallarına yol vermişdir. Belə ki, baş vermiş əmək və icra intizamı faktı üzrə yuxarıda qeyd olunan proseslər zamanı İşgəncələrə Qarşı Azərbaycan Komitəsindən (İQAK), təşkilatın aparat rəhbəri Pərviz Deystani tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidentinin adına ünvanlanaraq, xx.xx.2024-cü il tarixdə 14-2/1-4270/2024 nömrəli qeydiyyata alınmaqla, SOCAR-ın Baş Ofisinə daxil olmuş “Ərizə” başlıqlı müraciətə baxılmışdır. Daxil olmuş sənəddə, İQAK-nın rəyasət heyətinin üzvü və fəal iştirakçısı İddiaçı guya işlədiyi idarədə qabaqcıl və nümunəvi işçi olduğu, əmək funksiyalarını vicdanla və qüsursuz icra etməsi, bunlara baxmayaraq ona İdarə rəhbərliyi tərəfindən əsassız təzyiq və təhdidlər edildiyi, səhhətinin pisləşməsi ilə nəticələnən mənəvi və psixoloji sarsıntı, iztirab və işgəncələrə məruz qoyulduğu, bu hərəkətlərin onu özünə qəsd etməsi həddinə çatdırdığı qeyd olunmaqla, ona qarşı qeyri-qanuni əməllərə yol verilməsinə son qoyulması xahiş və tələb olunurdu. İQAK-dan daxil olmuş sənədin ünvanlanmasında subordinasiya qaydalarının pozulması, mətnində əks olunan məlumatlar və sonunda edilən xahişin məzmunu şübhə doğurduğundan, qeyd olunan müraciət münasibət bildirilməsi üçün Cavabdeh xx.xx.2024-cü il tarixli 14-2-11/2-457/2024 nömrəli məktubu ilə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynova göndərilmişdir. SOCAR-ın Cavabdehndən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədrinə ünvanlanmış həmin məktubun Komitədə baxılması ərəfəsində, xx.xx.2024-cü il tarixdə 14-2/1-4270/2024 nömrəli qeydiyyata alınmqla, SOCAR-ın Baş ofisinə daxil olmuş “Ərizə” başlıqlı müraciətlə həm tərtibat, həm də məzmun etibarı ilə eynilik təşkil edən müraciətlərin daxil olması davam etmişdir. Müraciətlərdən biri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-21/2-6974/2024 nömrəli müşayiət məktubu ilə (qeydiyyat: 14-2/1-5045/2024, xx.xx.2024-cü il), digəri isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xx.xx.2024-cü il tarixli, 1-1-10/2-Ə- 6751-062/2024 nömrəli (qeydiyyat: 14-2/1-Ə-5764-1/2024, xx.xx.2024-cü il) müşayiət məktubu ilə baxılması üçün Baş Ofisə göndərilmişdir. Cavabdeh İhgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli 14-2-11/2-457/2024 nömrəli məktubuna, Komitədən verilmiş xx.xx.2024-cü il tarixli K-73 nömrəli (qeydiyyat: 14-2-11/1-371/2024, xx.xx.2024-cü il) cavab məktubuna əsasən Komitənin adından müxtəlif instasiyalara ünvanlanmış yuxarıda qeyd olunan məktubların Komitəyə heç bir aidiyyəti olmadığı, məktubların ünvanlanmasının qeyri-qanuni olduğu, X10 aparat rəhbəri vəzifəsində çalışmadığı, İddiaçı Komitənin idarə heyətində və sıralarında heç vaxt olmadığı bildirilmişdir. Azərbaycan Respublikasv Prezidentinin Administrasiyasının xx.xx.2024-cü il tarixli 1-1-10/2-Ə-6751-062/2024 nömrəli müşayiət məktubu əsasında SOCAR-ın Baş ofisi və Tİ ilə yanaşı, "xxxx" MMC tərəfindən də araşdırma aparılmışdır. MMC tərəfindən aparılan araşdırma nəticəsində müraciətdə qeyd olunanların İddiaçı qarovul rəisi kimi əmək funksiyasının icrası ilə əlaqədar olaraq aşkar etdiyi, müvafiq qaydada aktlaşdırılmış və vaxtında tədbirlər görülmüş rutin əməliyyatlarla əlaqəli faktlar olduğu məlum olmuşdur (xidməti yazı, qeydiyyat: 14-2/3-6-2578/2024, xx.xx.2024-cü il). Daxil olmuş müraciətlərlə əlaqədar SOCARın Baş ofisi tərəfindən araşdırma aparılması məqsədi ilə İddiaçı Baş ofisə dəvət olunaraq müraciətlərinə aydınlıq gətirilməsi üçün izahatı alınmışdır. Həmin izahat əsasında SOCAR-ın Baş Ofisindən Cavabdehnə daxil olan xx.xx.2024-cü il tarixli 14-2-11/1-371/2024 saylı və xx.xx.2024-cü il tarixli 14-2/3-11-9666/2024 saylı məktublar Tİ-nin Operativ şöbəsi tərəfindən aşadırılmışdır. Araşdırma zamanı 31 saylı komandanın qarovul rəisi İddiaçı, mühafizəçilər X15, X9 və Tİ-nin Xidmətə nəzarət şöbəsinin (XNŞ) mühəndisi X16 izahatları alınmışdır. 31 saylı komandanın qarovul rəisi İddiaçı izahatında, xx.xx.2024-cü il tarixdə Prezident Administrasiyasına və SOCAR Baş Ofisinə şikayət etməsinin səbəbini XNŞ-nin mühəndisi E.C.Cabirli tərəfindən özünə qarşı təzyiqların olması ilə əlaqələndirmişdir. Belə ki, şikayətçi E.C.Cabirli tərəfindən daim təzyiqlərə məruz qaldığını, sonuncunun təhriki ilə ona qarşı əsassız araşdırmalar aparıldığını qeyd etmiş, bunun səbəbini isə E.C.Cabirlinin 31 saylı uomandada rəis işlədiyi dövrdə onun çoxsaylı qanunsuz əməllərini ifşa etdiyi ilə bağlı olduğunu bildirmişdir. O, əlavə olaraq izahatında, E.C.Cabirlinin mühafizə olunan ərazilərə üzərində kəsici alətlə (bıçaq) daxil olduğunu və onu digər mühafizəçilərə nümayiş etdirdiyini vurğulamışdır. Araşdırma zamanı İddiaçı bir sıra suallar verilmiş, qarşı tərəf E.C.Cabirli barədə şikayət ərizəsindəki ittihamlarını əsaslandıra bilməmişdir. Daha sonra İddiaçı özünün üzvü olduğunu iddia etdiyi “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” (İQAK) adlı Qeyri- Hökümət Təşkilatının (QHT) adından SOCAR-ın prezidentinə ünvanladığı məktubda onun məruz qaldığı təzyiqlərin qeyd olunması barədə maraqlanılmışdır. İddiaçı cavabında, E.C.Cabirli tərəfindən təzyiqlərə məruz qaldığını və işdən azad olunma ehtimalını düşünərək bu səpkidə QHTyə müraciət etdiyini bildirmişdir. 31 saylı komandanın mühafizəçisi Eldəniz Əliyev izahatında, qarovul rəisi İddiaçı, E.C.Cabirlinin mühafizə olunan ərazilərə üzərində kəsici alətlə (bıçaq) daxil olduğunu və onu digər mühafizəçilərə nümayiş etdirdiyini, həmçinin onu izahatında şahid kimi göstərməsini həqiqəti əks etdirmədiyini bildirmişdir. X11 izahatında E.C.Cabirlinin yoxlama zamanı mühafizə olunan əraziyə kəsici alətlə (bıçaq) daxil olduğu iddiasına cavab verərkən, həmin dövrdən uzun müddət keçdiyi (2023-cü il), gecə saatları olması səbəbindən bu barədə dəqiq bir söz deyə bilməyəcəyini qeyd etmişdir. O, əlavə olaraq E.C.Cabirlinin üzərində kəsici alətlə oxşar əşya və ya bıçaq olduğundan əmin olmadığını bildirmişdir. 31 saylı komandanın sabiq rəisi E.C.Cabirli izahatında, İddiaçı onun barəsində şikayət ərizəsindəki ittihamları qəzərli, şər-böhtan xarakter daşıdığını, həmçinin heç bir fakta əsaslanmadan ərizədə qeyd olunanları qəbul etmədiyini bildirmiş, komanda rəisi işlədiyi dövrdə İddiaçı ilə münasibətlərinin yaxşı olduğunu, tabeliyində olmuş işçilərlə xidmətin tələblərinə uyğun eyni qaydada rəftar (rəhbər-işçi münasibətləri) etdiyini qeyd etmişdir. Beləliklə də, 31 saylı komandanın qarovul rəisi İddiaçı xidməti fəaliyyətində dəfələrlə nöqsana yol verdiyi və barəsində İdarə tərəfindən intizam tənbehi tədbiri görüldüyü, gələcəkdə də bu kimi nöqsanlara yol verəcəyini və işini itirmə ehtimalının yüksək olduğunu düşünərək, özünümüdafiə kimi bu kimi tədbirlərə əl ataraq, yuxarı dövlət orqanlarına həqiqəti əks etdirməyən şikayətlər etmiş, o cümlədən 31 saylı komandanın sabiq rəisi E.C.Cabirli barəsində keçmiş dövrdə baş vermiş münasibətləri önə çəkərək onunla bağlı ittihamlar irəli sürmüşdür. Qeyd olunduğu kimi, qarovul rəisi İddiaçı Rəhim oğluna verilən təlimata baxmayaraq mühafizəçini post mühafizəsindən çıxarmaqla postu mühafizəsiz boş qoymasına görə Tİ-nin xx.xx.2024-cü il tarixli 14-2-11/3-1İ-116/2023 nömrəli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” və komandada mühafizəçilərin arasında baş vermiş münaqişə barədə rəhbərliyə məlumat vermədiyinə və bununla da təkrar əmək pozuntusuna yol verərək əmək funksiyalarının kobud şəkildə pozması halına yol verdiyinə görə Tİ-nin xx.xx.2024-cü il tarixli 14-2-11/3-1İ-368/2024 nömrəli əmri ilə “aylıq əmək haqqının 15% məbləğinədək cərimə etmək” intizam tənbehləri verilmişdir. Bu da İddiaçı yuxarıda qeyd olunan müraciətlərdə əks olunanlardan fərqli olaraq əmək fəaliyyətində qüusrsuz işçi olmadığını göstərir. Yuxarıda qeyd olunanlardan və qanunvericiliyin müddəalarından göründüyü kimi 31 saylı komandanın qarovul rəisi İddiaçı əmək qanunvericiliyi və qanunvericiliyin müddəalarına əsasən bağlanmış əmək müqaviləsi ilə ona verilmiş hüquqlardan, bu hüquqlardan əks formada sui-istifadə etməklə işçisi olduğu İdarə və işəgötürən barədə müxtəlif dövlət qurumlarına həqiqətə uyğun olmayan, İdarə, işəgötürən və əmək kollektivinin adına və işgüzar nüfuzuna xələl gətirən məlumatlar göstərilmiş müraciətlər etmiş, İdarənin, işəgötürənin, habelə əmək kollektivinin qanunla qorunan mənafelərinə hər hansı formada ziyan (zərər) vurmaqla üzərinə düşən vəzifə borcunu (öhdəliklərini) qəsdən yerinə yetirməmişdir. İddiaçı öz əməlləri ilə əmək müqaviləsi bağlayan tərəflər (işəgötürən və işçi) arasında mövcud olmalı olan etimad (güvən) əlaqəsini zədələmiş, onun ümumiyyətlə aradan qalxmasına səbəb olmuşdur. Belə ki, əmək müqaviləsi bağlamaqla tərəflər arasında etimad münasibəti qurulur, qayda olaraq tərəflər sadəcə müqavilənin bağlandığı anda deyil, gələcəkdə də yerinə yetirilməli olan işlərin görüləcəyinə, müəyyən davranışların davam edəcəyinə qüvənərək əmək münasibətinə girirlər və qarşılıqlı olaraq etimad şəraitində öz öhdəliklərini davam etdirməyi qərara alırlar. İddiaçı isə işçi kimi özünün əxlaqa və dürüstlük qaydasına uyğun gəlməyən davranışı (onun nəticələri) ilə onunla olan əmək münasibətlərində mövcudluğu zəruri olan etimadı (qüvəni) sarsıdaraq aradan qaldırmış, həmin münasibətləri davam etdirməyi mümkünsüz hala gətirmiş, əmək müqaviləsinin ləğvi üçün zəmin yaratmışdır. Yol verdiyi əmək pozuntusu hərəkətlərinin (hərəkətsizliyinin) dərəcəsindən və xarakterindən asılı olaraq qərara alınmışdır ki, 31 saylı komandanın qarovul rəisi İddiaçı Rəhim oğlu ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin 2-ci hissəsinin tələbinə uyğun olaraq 31 saylı komandanın qarovul rəisi İddiaçı ilə bağlı məsələyə münasibət bildirilməsi məqsədilə Cavabdeh Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərilmiş və HİK Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli iclasının 18 No-li qərarına əsasən işə gəlmədiyi və həmin günlərə sənəd təqdim edə bilmədiyi üçün 31 saylı komandanın qarovul rəisi İddiaçı barəsində AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinə etiraz edilməmişdir. Qeyd olunanlara əsaslanaraq və belə halların təkrarlanmaması məqsədi ilə 31 saylı komandanın qarovul rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. Əmrin əsası kimi Tİ-nin İnsan resursları şöbəsinin xidməti yazısı, Tİ-nin HİK-ə Təqdimatı, Tİ HİK Rəyasət Heyətinin xx.xx.2024cü il tarixli iclasının 18 No-li Qərarı göstərilmişdir. İş üzrə ünvan təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/16/2024-01946 saylı arayışın surətindən görünür ki, X17 “əmrin ləğvi, işə bərpa və kompensasiya” tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 11.30- 12.00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında SOCAR Tİ-nin (Cavabdeh) nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi - xx.xx.2024-cü il tarixi, mediasiya üçün ərizənin tarixi – xx.xx.2024-cü il tarixi göstərilmişdir. İş üzrə Bakı Medical Plaza tərəfindən verilmiş SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin (0944512 nömrəli xəstəlik vərəqəsinin dublikatıdır) surətindən görünür ki, SOCAR-ın Tİ-nin əməkdaşı İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdən azad edilmiş, ona “Sağ mil sümüyü başında yerdəyişməyən sınıq” diaqnozu qoyulmuşdur. İş üzrə SOCAR-ın Cavabdeh rəis müavini Nadir Həsənov tərəfindən “Güvən” Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanmış xx.xx.2025-ci il tarixli 14-2-11/2-81/2025 saylı məktubundan görünür ki, SOCAR-ın Cavabdeh sabiq işçisi İddiaçı əmək haqqı kartına daxil olmuş 619,55 manat pul vəsaiti işçinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli SN00008 ******* nömrəli xəstəlik vərəsəsinə əsasən DSMF tərəfindən ödənilən məbləğdir. İş üzrə SOCAR-ın Cavabdeh rəisi İlkin Rəhimov tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi Nemət Əvəzova ünvanlanmış xx.xx.2025-ci il tarixli 14-2- 11/2-82/2025 saylı faktların araşdırılması haqqında məktubundan görünür ki, SOCAR-ın Cavabdeh 31 saylı komandasının qarovul rəisi vəzifəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixdə xidmətdə yol verdiyi nöqsana görə barəsində xidməti araşdırma aparıldığı zaman (araşdırmanın nəticəsi olaraq Tİ-nin xx.xx.2024-cü il tarixli 14-2-11/3-1İ-368/2024 nömrəli əmri ilə 31 saylı komandanın qarovul rəisi R.Əlləzov barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə uyğun olaraq, qüvvədə olan “Kollektiv müqavilə”nin 9.4 bəndinə əsasən 2024-cü ilin iyul ayı üzrə əmək haqqının 15 faizi məbləğində cərimə etmək barədə intizam tənbehi tədbiri görülmüşdür) İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin aparat rəhbəri kimi qeyd edilmiş "xxxx" adlı şəxsin adından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezibenti Rövşən Nəcəfin adına ünvanlanmış xx.xx.2024-cü il tarixli və Azərbaycan Respublikasının İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə şurasının sədri Mikayıl Cabbarovun adına ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətlərdə İddiaçı İQAK-ın əməkdaşı – idarə heyətinin üzvü olması göstərilməklə barəsində SOCAR-ın Cavabdehndə aparılan araşdırma zamanı guya qanunsuz təsirlərə, psixoloji təzyiqlərə məruz qalması və araşdırmanın qeyri-obyektiv aparılmasına dair əsassız fikirlər qeyd edilmişdir. Müraciət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-21/2-6974/2024 nömrəli müşayiət məktubu ilə baxılması üçün Baş ofisə göndərilmişdir. Xidməti araşdırma zamanı İddiaçı izahatında 2020-ci ildən hazıradək İQAK-ın idarə heyətinin üzvü olduğunu bildirmişdir. Müraciətin ünvanlanmasında subordinasiya qaydalarının pozulması, mətnində əks olunan məlumatlar və sonunda edilən xahişin məzmunu şübhə doğurduğundan, qeyd olunan müraciət münasibət bildirilməsi üçün Cavabdeh xx.xx.2024-cü il tarixli 14-2-11/2-457/2024 nömrəli məktubu ilə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynova göndərilmiş, Komitədən verilmiş xx.xx.2024-cü il tarixli K-73 nömrəli cavab məktubunda Komitənin adından müxtəlif instansiyalara ünvanlanmış yuxarıda qeyd olunan müraciətlərin İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə heç bir aidiyyəti olmadığı, məktubların ünvanlanmasının qeyri-qanuni olduğu, X10 aparat rəhbəri vəzifəsində çalışmdığı, İddiaçı Komitənin idarə heyətində və sıralarında heç vaxt olmadığı bildirilmişdir. Aparılmış araşdırma və İddiaçı əvvəllər aldığı intizam tədbirləri nəzərə alınaraq Tİ-nin xx.xx.2024-cü il tarixli 14-2-11/3-1K- 399/2024 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. xx.xx.2025-ci il tarixli İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin İdarə Heyətinin sədri kimi qeyd edilmiş "xxxx" adlı şəxsin adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adına ünvanlanmış müraciətdə (imza və möhürlə təsdiq edilmiş) Komitəyə qarşı qərəzli davranılması qeyd edilmiş və İddiaçı İQAK-ın əməkdaşı olması bildirilməklə işə bərpa edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı barəsində xidməti araşdırmanın obyektiv aparılmasına qarşı təzyiq göstərmək məqsədilə sonuncunun İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşı, idarə heyətinin üzvü kimi təqdim edilməsi barədə həmin Komitənin əvvəlcə aparat rəhbəri, sonradan isə İdarə Heyətinin sədri kimi qeyd edilmiş "xxxx" adsoyadlı şəxsin adından xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli saxta müraciətlərin ünvanlanması ilə bağlı əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320-ci (hüquq verən və ya vəzifədən azad edən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxlataşdırma və ya qanunsuz hazırlama) maddələrinin tərkib əlamətləri olduğundan həmin faktın araşdırılaraq əməli törətmiş şəxs(lər)in müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsinə və araşdırmanın nəticəsi barədə məlumat verilməsinə göstəriş verməsini xahiş edirlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) Cavabdeh 31 saylı komandanın qarovul rəisi vəsifəsində xx.xx.2022-ci il tarixdən işləmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı işəgötürən tərəfindən xx.xx.2023cü il tarixli əmrlə qarovul iş fəaliyyətinə lazımınca nəzarət etməməklə əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini etinasızlığa yol verərək keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikası ƏM-nin 186.3-cü maddəsinə əsasən xəbərdarlıq edilmiş, xx.xx.2023-cü il tarixli əmrlə əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini səhlənkarlığa və etinasızlığa yol verərək qismən yerinə yetirdiyinə görə Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş, xx.xx.2024-cü il tarixli əmrlə əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini səhlənkarlığa və etinasızlığa yol verərək qismən yerinə yetirdiyinə görə Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 14-2- 11/3-1K-399/2024 saylı əmri ilə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (SOCAR-ın) Cavabdeh 31 saylı komandanın qarovul rəisi vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Tİ-nin İnsan resursları şöbəsinin xidməti yazısı, Tİ-nin HİK-ə təqdimatı, Tİ HİK Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli iclasının 18 No-li Qərarı göstərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, Konstitusiya ilə müəyyən edilən müraciət etmək hüququndan istifadə etmiş, cavabdeh onun bu hüquqdan istifadə etməsini suiistifadə kimi qiymətləndirmiş, işdən çıxma əmrində əvvəllər verilmiş intizam tənbehlərinə istinad etmiş, xəstə olduğu üçün üzrlü səbəbdən işdə olmadığı halda əmrdə bunu da qeyd etməklə bununla da qərəzli olaraq işdən azad olunma əmri qəbul etməklə onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı həmin əmrin ləğv edilməsini və onun işə bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Prezident Administrasiyasına və SOCAR Baş ofisinə şikayət ərizələri ilə müraciət edərək, XNŞ-nın mühəndisi E.Cabirli tərəfindən ona qarşı təzyiqlərin olmasını, sonuncunun təhriki ilə ona qarşı əsassız araşdırmalar aparılmasını qeyd etmiş, həmin şikayət ərizələri əsasında xidməti araşdırma aparılmış, şikayətdə həqiqəti əks etməyən məlumatların qeyd edilməsi arayışda göstərilmişdir. Cavabdeh iddiaçının müxtəlif dövlət qurumlarına müraciətini əmək qanunvericiliyinin müddəalarına əsasən onunla bağlanmış əmək müqaviləsi ilə ona verilmiş hüquqlardan sui-istifadə etməklə işçisi olduğu idarə və işəgötürən barədə həqiqətə uyğun olmayan məlumatlar verməsini və bu müraciətin onların qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurulması, mövcud olmalı olan etimad əlaqəsinin zədələnməsi kimi qiymətləndirmişdir. Məhkəmə tərəflərin tələb və etirazında istinad etdiyi bu hallar üzrə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -11-ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. -186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq, biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh iddiaçının müxtəlif təşkilatlara müraciətini işçinin hüquqlarından sui-istifadə etmək və işəgötürənin mənafeyinə ziyan vurmaq kimi qiymətləndirsə də, məhkəmə hesab edir ki, hətta müraciətdə göstərilənlər öz təsdiqini tapmadığı halda belə müraciət işəgötürənin mənafeyinə xələl gətirmə kimi qiymətləndirə bilməz. Azərbaycan Respublikası Kontitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir (1-ci hissə). Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz (2-ci hissə). Göründüyü kimi vətəndaşın dövlət orqanlarına müraciət etmək hüququ onun konstitusion hüququdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cü bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 10-cu maddəsinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. Göründüyü kimi, əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları baş vermiş hadisə ilə səbəbli əlaqənin olmasını şərtləndirir. İşəgötürən cavabdeh iddiaçının işdən azadolma əmrinin əsası kimi 2023 və 2024-cü illərdə iddiaçının əmək funksiyalarının lazımınca icra etməmə səbəbi ilə intizam məsuliyyətinə cəlb edilməsini və müxtəlif dövlət orqanlarına əsassız müraciət etməsini göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Məhkəmə qeyd edir ki, intizam tənbehi verilən gündən 6 ay müddətində işçi yeni intizam tənbehinə məruz qalmırsa, o, intizam tənbehi almayan hesab edilir. Başqa sözlə 6 aylıq müddət başa çatdıqdan sonra intizam tənbehi avtomatik olaraq götürülür. Həm SOCAR-ın Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli 18 saylı Qərarında, həm də iddiaçının işdən azad olunma əmrində iddiaçının artıq 6 aydan əvvəl, yəni qüvvədən düşmüş intizam tənbehlərinin verilməsinə istinad edilmişdir. Bu səbəbdən məhkəmə həmin intizam tənbehlərinə istinad edilməsini qanunvericiliyin tələblərinə zidd olma kimi qiymətləndirir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 22 sentyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarlar). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin normanın 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasının pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasının pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının işdən azad olunma əmri xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, sonuncu intizam tənbehi isə xx.xx.2024-cü il tarixdə, yəni işdən azad olunma əmri həmin intizam tənbehindən 6 ay keçdikdən sonra qəbul edilmişdir. Məhkəmə izah edir ki, işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri, əmək vəzifələrindən fərqlənir. Əmək funksiyası işçinin yerinə yetirdiyi iş və ya xidmətdir. Əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun olaraq yerinə yetirilməsidir. Əmək funksiyasının pozulması, işçinin yerinə yetirməli olan işlərin yerinə yetirilməməsidir. Əmək funksiyasını yerinə yetirərkən qanuna zidd hərəkət etməsi, verilmiş tapşırıqları yerinə düzgün yerinə yetirilməməsi əmək vəzifəsinin pozulması hesab edilir. Yuxarıda qeyd edildiyi kimi əmək vəzifələrinin işçi tərəfindən pozulması o halda kobud hesab edilir ki, həmin pozuntu Əmək Məcəlləsinin 72-ci maddəsində müəyyən edilmiş olsun. Məhz əmək vəzifələrinin kobud pozulması işəgötürənə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən intizam tənbehi kimi işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hüququ verir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələri səhlənkarlıqla yerinə yetirdiyinə görə ona 3 dəfə, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, intizam tənbehi verilmiş və həmin intizam tənbehləri artıq qüvvədən düşmüşdür. Məhkəmə hesab edir ki, iddiaçının qüvvədən düşmüş intizam tənbehlərinə istinad etməsi və iddiaçının dövlət orqanlarına müraciətini işəgötürənin mənafeyinə ziyanvurma kimi qiymətləndirməsi və bunların nəticəsində iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi barədə əmrin qəbul edilməsi əsaslı olmamışdır. Bununla da cavabdehin pozuntu kimi hesab etdiyi hallar işəgötürən tərəfindən düzgün qiymətləndirilməmiş və nəticədə bu hal düzgün əsaslandırılmamış əmrin qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Göründüyü kimi qanun birmənalı şəkildə işəgötürənə əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və əsaslara düzgün riayət etməsi vəzifəsi qoymuşdur. Beləliklə cavabdeh əmək müqaviləsinə xitam verərkən həm əmək müqaviləsinə xitam verilməsi qaydasını, həm də əsasını pozmuşdur. Əmək müqaviləsinə xitam verilməsi qaydasının pozulması onda ifadə olunmuşdur ki, işəgötürən əmri yuxarıda qeyd olunduğu kimi düzgün əsaslandırmamışdır. Əmək müqaviləsinə xitam verilməsi əsasının pozulması isə ondan ifadə olunmuşdur ki, işəgötürən əmr qəbul edərkən əsas tutduğu halı qanunun tələblərini pozmaqla tətbiq etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72, 83 və 187-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən, həmin əmr qanunsuz hesab edilməklə ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa olunmalıdır. Azərbaycan Respulikası Milli Məclisinn 575-İİQ No-li xx.xx.2004-cü il tarixli qanuni ilə təsdiq edilmiş “Dəyişdirilmiş Avropa Sosial Xartiyasının” 24-cü maddəsinə əsasən əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə tərəflər aşağıdakıları tanımaq öhdəliyini götürürlər: a) bütün işçilərin onların vəzifəsi və ya davranışı, yaxud müəssənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan, əmək münasibətlərinə xitam verilməməsi hüququ; b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olunduğu üçün, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumu 100 (yüz) manatdır. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan, lakin mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 (əlli) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı, eyni zamanda dövlət rüsumunun ödənilməli olan hissəsi - 50 (əlli) manat dövlət hesabına tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qəbul etdiyi xx.xx.2024-cü il tarixli 14-2-11/3-1K- 399/2024 saylı əmr ləğv edilsin, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə o, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) Cavabdeh 31 saylı komandaya əməyin ödənilməsinin 11-ci dərəcəsi üzrə qarovul rəisi vəzifəsinə bərpa edilsin. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) Cavabdehndən dövlət rüsumunun əvəzi kimi İddiaçı xeyrinə 50 (əlli) manat, dövlət nəfinə 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar