Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-589/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəlikləri üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə 2022-ci ilin sentyabr ayı üçün 2068 manat, ona müvafiq hesablanmalı olan DSMF xərci 206,80 manat, 2022-ci ilin oktyabr ayı üçün 2582 manat, ona müvafiq hesablanmalı olan DSMF xərci 258,2 manat, hüquqi yardım üçün ödənilmiş 500 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 84 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 fevral 2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh MMC AGSA/30 nömrəli xidmətlər barədə müqavilə bağlanmışdır. Cavabdeh MMC Rusiya Federasiyasında fəaliyyət göstərən ZAO SMART şirkətinin Azərbaycan Respublikasında rəsmi distributorudur. AGSA/30 nömrəli xidmətlər barədə müqavilənin 3.3-cü bəndinə əsasən İddiaçı vəzifələri müəyyən edilmişdir: 1. Təchiz edilən hər bir mal Cavabdeh MMC-nin göstərişlərinə və daşıyıcının hər hansı müvafiq qaydalarına və tələblərinə uyğun işarələnəcək və çatdırılma məntəqəsinə zədələnməmiş şəkildə çatması üçün müvafiq qaydada qablaşdırılacaq və mühafizə ediləcəkdir. 2. Xidməti təhvil verən zaman icraçı alıcıya həmin malların Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanunvericiliyə uyğun satışı üzrə lazım olan sənədləri: uyğunluq sertifikatlarını, gigiyena sertifikatlarını, keyfiyyət sertifikatlarını, baytarlığa dair müşayiətedici sənədləri və qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri verməlidir. Bununla yanaşı faktiki olaraq satış müdiri vəsifəsini icra etməklə, satış komandasını formalaşdırmaq, komandaya nəzarət və qısa müddətli təlim, satışın inkişaf etdirilməsi, distributurun bazasına vaxtında malın gətirilməsi, ZAO SMART şirkətindən sifarişlərin verilməsi, hesabatların verilməsi olmuşdur. İddiaçı göstərdiyi xidmət müqabilində 2022-ci ilin sentyabr ayına qədər xidmət haqqını almışdır. Lakin 2022-ci ilin sentyabr və oktyabr ayları üzrə xidmət haqqı ödənilməmişdir. Onu da qeyd edir ki, xidmət haqqı ZAO SMART şirkətindən Cavabdeh şirkətinin hesabına daha sonra işçilərə ödənilir. Hər ay ZAO SMART şirkətinin nümayəndəsi ödəniləcək xidmət haqqının məbləği barədə xidmət göstərən və ya işçilərə mail yazmaqla məlumatlandırır. Bununla da, Cavabdeh MMC-dən alacaqları vəsait barədə əvvəlcədən məlumatlı olurlar. Cavabdeh şirkəti İddiaçı 2022-ci ilin sentyabr ayı üzrə 2068 manat, oktyabr ayı üzrə 2582 manat xidmət haqqı ödəməlidir. Bildirir ki, ZAO SMART şirkəti hər ay xidmət haqqı ilə yanaşı həmin vəsaitə uyğun icbari tibbi sığortanı, dövlət sosial müdafiə fonduna ödəniləcək vəsait, habelə 14 faiz gəlir vergisini əlavə olaraq ödəmişdir. 2022-ci ilin sentyabr ayı üzrə icbari tibbi sığorta üzrə 12 manat, DSMF 205,6 manat, gəlir vergişi 259 manat, oktyabr ayı üzrə icbari tibbi sığorta 12 manat, DSMF 257 manat, gəlir vergisi 323,82 manat, cəmi sentyabr və oktyabr ayları üzrə icbari tibbi sığortanı, dövlət sosial müdafiə fonduna ödəniləcək vəsait, habelə 14 faiz gəlir vergisi - 1069,42 manat vəsait ödənilməlidir. Cavabdeh şirkəti İddiaçı olan borcunu könüllü ödəmədiyi üçün hüquqlarının məhkəmədə müdafiəsi üçün hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlayaraq 500 manat xidmət haqqı ödəmişdir. Mülki Məcəllənin 445.7-ci maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 2022-ci ilin sentyabr ayı üzrə ödənilməli 2544 (icbari tibbi sığortanı, dövlət sosial müdafiə fonduna ödəniləcək vəsait, habelə 14 faiz gəlir vergisi daxil) manatın illik beş faizi 53 manat, oktyabr ayı üzrə ödənilməli 3174 (icbari tibbi sığortanı, dövlət sosial müdafiə fonduna ödəniləcək vəsait, habelə 14 faiz gəlir vergisi daxil) manatın illik beş faizi 52,9 doxsan qəpik manat təşkil edir. AGSA/30 nömrəli xidmətlər barədə müqavilənin 8.1ci bəndinin tələbinə əsasən müqavilə üzrə öhdəliyini icra etməyən tərəf digər tərəf qarşısında tam maddi məsuliyyət daşıyır və vurduğu zərəri tam ödəməlidir. AGSA/30 nömrəli xidmətlər barədə müqavilənin 8.3-cü bəndinin tələbinə əsasən Müqavilə üzrə öhdəliklərin pozuntusu halı baş verdikdə, xüsusən xidmətlərin Müqavilədə göstərilən müddət ərzində çatdırmaması və Malları bu Müqavilənin şərtlərinə uyğun olaraq təchiz etməməsi, digər tərəf (öhdəliklərini pozmayan tərəf) tez bir zamanda öhdəliklərini pozan tərəfə (öhdəliklərin pozulması ilə bağlı) bildiriş göndərməlidir. Müqavilənin 8.4-cü bəndinin tələbinə görə Öhdəliklərini pozan tərəfə bu cür yazılı bildiriş verildikdə və öhdəliklərini pozan tərəf həmin bildirişdə göstərilən ağlabatan müddət ərzində pozuntuları aradan qaldırmağa yönəlmiş tədbirləri həyata keçirməyə başlamadığı halda öhdəliklərini pozmayan tərəf bu müqavilə ilə nəzərdə tutulmuş hüquqlara və hüquq müdafiə üsullarına malik olacaq. Bu müddəaların tələbinə əsasən müvafiq olaraq öhdəliyin pozulması barədə bildiriş tərtib edilərək Cavabdeh MMC-nin hüquqi və faktiki ünvanına göndərilmişdir. Cavabdeh bildiriş almasına baxmayaraq pozuntunu aradan qaldırmağa cəhd etməmişdir. İddiaçı cavabdehin nümayəndəsi ilə söhbətlər aparmış, lakin xidmət haqqının ödənilməsindən imtina edilmişdir. Bu səbəbdən İddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. 10 may 2023-cü il tarixdə ərizəçi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdehdən tələb olunan 2022-ci ilin sentyabr ayı üçün 2068 manat və 2022-ci il oktyabr ayı üçün 2582 manat vəsaitə görə əlavə olaraq icbari tibbi sığorta və gəlir vergisi üçün vəsait, illik 5 faiz məbləğində vəsait tələb edilmişdir. Yeni əldə edilmiş sənədlərə əsasən cavabdeh tərəfindən ödəniləcək vəsaitə uyğun olaraq ancaq DSMF Xərcinin ödənilməsi məlum olmuşdur. Odur ki, gecikdirilmiş 2068 manat və 2582 manat vəsaitə uyğun ödənilməli icbari tibbi sığorta, gəlir vergisi, habelə gecikdirilmiş pul vəsaitinin illik 5 faizi məbləğində vəsait azadlılmaqla, 2022-ci ilin ilin sentyabr ayı üçün 2068 manat, ona müvafiq hesablanmalı olan DSMF xərci 206,8 manat və 2022-ci il oktyabr ayı üçün 2582 manat vəsait, ona müvapfiq hesablanmalı olan DSMF 258,2 manat, hüquqi yardım üçün ödənilmiş 500 manat, ödənilmiş dövlət rüsumu 84 manat, cəmi 5699 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AGSA/30 nömrəli xidmətlər barədə müqavilənin 3.3-cü bəndindən görünür ki, xidmətlərin göstərilməsi ilə bağlı İcraçı aşağıdakıları təmin edəcəkdir: (a) Təchiz edilən hər bir mal Cavabdeh MMC-nin göstərişlərinə və daşıyıcının hər hansı müvafiq qaydalarına və tələblərinə uyğun işarələnəcək və çatdırılma məntəqəsinə zədələnməmiş şəkildə çatması üçün müvafiq qaydada qablaşdırılacaq və mühafizə ediləcəkdir. (b) Xidməti təhvil verən zaman icraçı alıcıya həmin malların Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanunvericiliyə uyğun satışı üzrə lazım olan sənədləri: uyğunluq sertifikatlarını, gigiyena sertifikatlarını, keyfiyyət sertifikatlarını, baytarlığa dair müşayiətedici sənədləri və qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri verməlidir. İş materiallarında olan Rabitəbank tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı hesabına göstərilmiş xidmətə görə xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 1517,84 manat; xx.xx.2022-ci il tarixdə 2696,79 manat; xx.xx.2022-ci il tarixdə 3234,10 manat; xx.xx.2022-ci il tarixdə 3139,83 manat; xx.xx.2022-ci il tarixdə 2516,77 manat; xx.xx.2022-ci il tarixdə 1986,21 manat; xx.xx.2022-ci il tarixdə 1986,21 manat köçürülmüşdür. İş materiallarında olan öhdəliyin pozulması barədə bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli Bakı şəhəri 20 saylı Vəkil Bürosunun 122 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, hüququ yardımın göstərilməsi ilə bağlı İddiaçı tərəfindən 487 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəyə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, 01 fevral 2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında AGSA/30 nömrəli xidmətlər barədə müqavilə bağlanmışdır. Cavabdeh MMC Rusiya Federasiyasında fəaliyyət göstərən ZAO SMART şirkətinin Azərbaycan Respublikasında rəsmi distributorudur. AGSA/30 nömrəli xidmətlər barədə müqavilənin 3.3-cü bəndinə əsasən İddiaçı xidmətlərin göstərilməsi ilə bağlı aşağıdakı vəzifələri müəyyən edilmişdir: Təchiz edilən hər bir mal Cavabdeh MMC-nin göstərişlərinə və daşıyıcının hər hansı müvafiq qaydalarına və tələblərinə uyğun işarələnəcək və çatdırılma məntəqəsinə zədələnməmiş şəkildə çatması üçün müvafiq qaydada qablaşdırılacaq və mühafizə ediləcəkdir. (b) Xidməti təhvil verən zaman icraçı alıcıya həmin malların Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanunvericiliyə uyğun satışı üzrə lazım olan sənədləri: uyğunluq sertifikatlarını, gigiyena sertifikatlarını, keyfiyyət sertifikatlarını, baytarlığa dair müşayiətedici sənədləri və qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri verməlidir. Göstərilən xidmətə görə haqq ZAO SMART şirkətindən Cavabdeh şirkətinin hesabına daha sonra işçilərə ödənilmişdir. Hər ay ZAO SMART şirkətinin nümayəndəsi ödəniləcək xidmət haqqının məbləği barədə xidmət göstərən və ya işçilərə mail yazmaqla məlumatlandırmışdır. Bununla da, İddiaçı Cavabdeh MMC-dən alacağı vəsait barədə əvvəlcədən məlumatlı olmuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, Cavabdeh şirkəti İddiaçı 2022-ci ilin ilin sentyabr ayı üçün 2068 manat, ona müvafiq hesablanmalı olan DSMF xərci 206,8 manat və 2022-ci il oktyabr ayı üçün 2582 manat, ona müvapfiq hesablanmalı olan DSMF xərci 258,2 manat ödənilməli olduğu halda ödənilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh xidmətlər barədə müqavisindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehdən Cavabdehndən İddiaçı xeyrinə 2022-ci ilin sentyabr ayı üçün 2068 manat, ona müvafiq hesablanmalı olan DSMF xərci 206,80 manat, 2022-ci ilin oktyabr ayı üçün 2582 manat, ona müvafiq hesablanmalı olan DSMF xərci 258,2 manat tutulmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən ödənilmiş 84 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. İddiaçının, hüquqi yardım xidməti üçün xidmət haqqı olaraq ödənilən 500 manat məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 20 saylı Vəkil Bürosuna 122 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilə üzrə 497 manat məbləğində pul ödənilmişdir. Təqdim olunmuş hesab nəzərə alınmaqla, məhkəmə hesab edir ki, hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 84 manat dövlət rüsumu da Cavabdehndən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə 2022-ci ilin sentyabr ayı üçün 2068 (iki min altmış səkkiz) manat, ona müvafiq hesablanmalı olan DSMF xərci 206,80 (iki yüz altı manat səksən qəpik) manat, 2022-ci ilin oktyabr ayı üçün 2582 (iki min beş yüz səksən iki) manat, ona müvafiq hesablanmalı olan DSMF xərci 258,2 (iki yüz əlli səkkiz manat iyirmi qəpik) manat, hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 84 (səksən dörd) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-589/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-589/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver