Məhkəmə qərarları › İş №e-2(009)-59/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-59/2024

23.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-59/2024 23.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ”Azneft” İstehsalat Birliyinə qarşı “torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması”, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ”Azneft” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı “ərazinin boşaldılması, zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ”Azneft” İstehsalat Birliyinə qarşı “torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ARDNŞ Cavabdeh əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilərək, torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 1634 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi mərhum X3nun adına sənədləşdirilərək fərdi evin tikilməsi üçün icazə verilmişdir. Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 14 iyul 2004-cü il tarixdə JN-13601H KOD00400016 nömrəli Şəhadətnamə verilmişdir. X3 xx.xx.2014-cü ildə dünyasını dəyişmişdir. Torpaq sahəsinə bitişik boş torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə uzun illər atası qulluq edərək orada yaxşılaşdırma, hamarlama və s. işləri aparmış, atası dünyasını dəyişəndən sonra isə həmin torpaq sahəsinə qulluq etmişdir. Bu günlərdə Cavabdeh əməkdaşları torpaq sahəsinə müştəri gətirərək oranı satmaq istədiklərini bildirdilər. Onlara həmin sahəyə təxminən 30 ildir qulluq etdiyini söyləyərək əgər həqiqətən də sahə onlara aiddirsə sənədlərini təqdim etmələrini xahiş etdi. Lakin onlar heç bir sənəd təqdim etmədilər. Bundan sonra cavabdehin əməkdaşları ona söylədilər ki, burada heç bir iş görə bilməzlər, bura onlara aiddir. Hazırki vəziyyətdə isə cavabdeh nə torpağa aid sənəd təqdim edir, nə də ki, onun hər hansısa abadlıq işləri aparmağına imkan vermir. Görünən odur ki, qeyd olunan torpaq sahəsinə dair cavabdehin hər hansısa hüquqları mövcud olmadığı halda uzun illər ərzində sahiblik etdiyi torpaq sahəsini qanunsuz olaraq satmaq istəyir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ”Azneft” İstehsalat Birliyi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi, 1-ci yaşayış massivi, 3-cü döngə ünvanında (koordinatlar: 398837.05 m B; 4467147.01 m C) yerləşən yararsız hala salınmış binaların (nasosxananı və əməliyyatçı otağı) və avadanlıqların cavabdeh tərəfindən bərpa edilməsi, Dövlət mülkiyyətində olan SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin əmlakına dəymiş 25199,03 manat dəyərində maddi ziyanın cavabdehdən tutularaq “Azneft” İB-yə ödənilməsi və əməliyyatçı otağının yerləşdiyi cavabdeh tərəfindən zəbt edilmiş 36 kv metrdən ibarət torpaq sahəsinin SOCAR-ın Cavabdeh “Bibiheybətneft” NQÇİ-nin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq "Azneft" İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi, 1-ci yaşayış massivi, 3-cü döngə ünvanında (koordinatlar: 398837.05 m B; 4467147.01 m C) yerləşən torpaq sahəsi SOCAR-ın Cavabdeh (İB), Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahəsidir. Həmin ərazidə faktiki olaraq Dövlət mülkiyyətində olan neft vurma nasosxanası, 200m3-lik (200 ton) yeraltı neft çənləri (rezervuarlar), nasosxana əməliyyatçısı otağı və sanitar qovşağı yerləşir. Cavabdeh hər tərəfdən 2 metr hündürlüyündə mişar daşı ilə hasarlanmış bu sahəyə daxil olmaq üçün sahənin dəmir darvazasının kilidini sındırmaqla əraziyə qazma texnikası ilə müdaxilə edilərək, içəridə olan 1 nasosxana binası, 1 ədəd Porşenli nasos, 6 (158 mm) düym kollektor (5 saylı briqadadan Neft yığım məntəqəsinə (NYM) qədər) 1104 kod nömrəli 73 mm neft xətti, 150 litrlik elektrik su qızdırıcısını yararsız hala salmışdır. Bundan əlavə o nasosxananın əməliyyatçı otağını sökərək yerləşdiyi təxminən 36 kv torpaq sahəsini zəbt etmiş və özünün hesab etdiyi əraziyə qatmışdır. Göstərilən qanunsuzluq nəticəsində ilkin hesablamalara görə NQÇİ-nin əmlakına 25199.03 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmənin xüsusi ilə diqqətinə çatdırırıq ki, nasosxana ərazisində torpağın alt qatında neft quyularından gələn xam neftin yığılması üçün istifadə olunan iri tutumlu (200m3) neft çənləri mövcuddur. Həmin neft çənləri hal-hazırda istifadəsiz olmasına baxmayaraq çox təhlükəlidir və hər hansı kiçik qığılcım nəticəsində texnogen xarakterli hadisələrin yaranmasına səbəb olar, bu da ətrafda yaşayan əhaliyə və ətraf mühitə ciddi təhlükə yarada bilər. Baş vermiş hadisə ilə bağlı (əraziyə qanunsuz daxil olma, ərazinin zəbti, mövcud olan tikililərin və avadanlıqların qanunsuz söküntüsü-dağıdılması və orada yeni qanunsuz tikinti işlərinin aparılmasının qarşısının alınması məqsədilə) NQÇİ-i tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat verilmişdir. Hal-hazırda Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi X8 izahatında bildirmişdir ki, nasosxana adlı ərazidə hal-hazırda işlər gedir, həmin əraziyə cavabdeh tərəfindən qazma texnikası ilə müdaxilə edilərək içəridəkiləri yararsız hala salmışdır. İlkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci tarixli, 163Y saylı sərəncamına əsasən Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində yerləşən bağ sahəsi X5 adına sənədləşdirilsin və orada fərdi evin tikintisinə icazə verilsin. İş materiallarında olan, JN-13601H KOD 00400016 saylı,xx.xx.2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X7 və onun ailə üzvləri Əliyeva Vəfa, İddiaçı, X9, X1 qəsəbəsi, Köhnə bağlar ərazisində yerləşən torpaq sahəsi onun kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilir. İş materiallarında olan AZ-İ 679034 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2014-cü ildə vəfat etmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahələrinin topoqrafik planından görünür ki, zəbt olunan sahə “Bibiheybətneft” NQÇİ-nin 3 saylı NQÇS-nin nasosxanası ərazisində yerləşir. İş materiallarında olan Bakı şəhər Səbail rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarına əsasən 42/23 nömrəli material üzrə cinayət işi başlamasının rədd edilməsi barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar vaxtından əvvəl qanunsuz və əsassız olduğundan ləğv edilmişdir və cinayət işi aidiyyəti üzrə ibtidai istintaq aparılması üçün RPİnin İstintaqı şöbəsinə göndərilmişdir. İş materiallarında olan “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin SƏ16-05/275 saylı xx.xx.2022-ci il tarixli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinə və Səbail rayon 41-ci Polis Bölməsinə ünvanlanmış məktubdan görünür ki, 3 saylı NQÇS-nin nasosxanasında ərazinin zəbt edilərək, ərazidə yerləşən inzibati binanın dağıdılaraq “Bibiheybətneft” NQÇİ-yə ciddi maddi ziyanla nəticələnmiş cinayət hadisəsinə düzgün hüquqi qimət verilməsini və təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsini istəmişlər. İş materiallarında olan “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin SƏ16-05/305 saylı xx.xx.2022-ci il tarixli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinə ünvanlanmış məktubdan görünür ki, eyni məzmunlu məktub ünvanlanmışdır. İş materiallarında olan “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2023-cü il tarixli, SƏ16-05/133 saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Səbail rayon 41-ci Polis Bölməsinə eyni məzmunlu məktub ünvanlanmışdır. İş materiallarında olan “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli, RŞ 16-05/258 saylı Səbail rayon İcra Hakimiyətinin başçısı Vüqar Zeynalova ünvanlanmış məktubdan görünür ki, özbaşına aparılan tikinti işlərinin sökülməsində və ərazinin boşaldılmasında köməklik istəmişlər. “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli, RŞ16-05/266 saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə eyni məzmunlu məktub ünvanlanmışdır. “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli, RŞ16-05/259 saylı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə eyni məzmunlu məktub ünvanlanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən “Azneft” İB-i tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə etirazda qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi, 1ci yaşayış massivi, 3-cü döngə ünvanında (koordinatlar: 398837.05 m B; 4467147.01 m C) yerləşən yararsız hala salınmış binaların (nasosxananı və əməliyyatçı otağı) və avadanlıqların cavabdeh tərəfindən bərpa edilməsi, Dövlət mülkiyyətində olan SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin əmlakına dəymiş 25199,03 manat dəyərində maddi ziyanın cavabdehdən tutularaq “Azneft” İB-yə ödənilməsi və əməliyyatçı otağının yerləşdiyi cavabdeh tərəfindən zəbt edilmiş 36 kv metrdən ibarət torpaq sahəsinin SOCAR-ın Cavabdeh “Bibiheybətneft” NQÇİ-nin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq "Azneft" İB-yə ödənilməsi barədə iddiasına etiraz olaraq bildirmişdir ki, bu tələblə bağlı "Azneft" İB-yi hüquq-mühafizə orqanına müraciət etmiş və hazırda X11 İdarəsində araşdırma aparılır. Lakin "Azneft" İB-yi araşdırmanın nəticəsinin nə ilə yekunlaşacağını gözləmədən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bu isə onu göstərir ki, “Azneft” İB-nin qeyd olunan torpaq sahəsinə dair hər hansısa hüquqları movcud olmadığı üçün hazırki tələblə məhkəməyə müraciət edərək öz əməkdaşlarının qanunsuz hərəkətlərini qanuniləşdirmək istəyir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının cavabdehə qarşı belə iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin cavabdeh tərəfindən zəbt edilmiş 36 kv metrdən ibarət torpaq sahəsinin SOCAR-ın Cavabdeh “Bibiheybətneft” NQÇİ-nin istifadəsinə qaytarılması hissəsində hesab edir ki, tələb bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001 -ci il tarixli 94 nömrəli qərarına əsasən neftqaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Məhkəmə, qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi, 1-ci yaşayış massivi, 3-cü döngə ünvanında (koordinatlar: 398837.05 m B; 4467147.01 m C) yerləşən yararsız hala salınmış binaların (nasosxananı və əməliyyatçı otağı) və avadanlıqların cavabdeh tərəfindən bərpa edilməsi, Dövlət mülkiyyətində olan SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin əmlakına dəymiş 25199,03 manat dəyərində maddi ziyanın cavabdehdən tutularaq “Azneft” İB-yə ödənilməsi hissəsində hesab edir ki, tələb bu hissədə sübuta yetirilmədiyi üçün təmin edilə bilməz. Belə ki, məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən nasosxana və əməliyyatçı otağının cavabdeh tərəfindən yararsız hala salınması hallarının təsdiqi ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Yəni qarşılıqlı iddia üzrə iddiaçının iddia etdiyi faktlar öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə sübut etmə yükü qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür və bu halı sübut etmək onun vəzifəsidir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mübahisəli binaların yararsız hala salınması müəyyən edilmədiyindən və bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ”Azneft” İstehsalat Birliyi tərəfindən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından tələb bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilir. Məhkəmə qarşılıqlı iddianın qismən təmin olunduğunu, qarşılıqlı iddia üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödədiyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 166 (bir yüz altmış altı) manat dövlət rüsumunun 80 (səksən) manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlkin iddia təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı tərəfindən zəbt edilmiş 36 kv metrdən ibarət torpaq sahəsi SOCAR-ın Cavabdeh “Bibiheybətneft” NQÇİ-nə qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 166 (bir yüz altmış altı) manat dövlət rüsumunun 80 (səksən) manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar