Məhkəmə qərarları › İş №e-2(009)-618/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-618/2025

02.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-618/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndə və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar Qulı̇ yeva Sevı̇ nc Qadı̇ r qızı və İddiaçı2 cavabdeh “X9” X8rşı işə bərpa, məcburi işburaxmaya görə kompensasiya ödənilməsi və müqavilənin dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Qulı̇ yeva Sevı̇ nc Qadı̇ r qızı və İddiaçı2 cavabdeh "X9" X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X9" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 155/k saylı əmrinin ləğv edilməsi, İddiaçı2 Bioloji kolleksiyalar şöbəsinin müdiri vəzifəsinə, İddiaçı1 Bitki ekologiyası laboratoriyasının müdiri vəzifəsinə bərpa olunmalı, onlara xx.xx.2025-ci il tarixdən işə bərpa olunduqları tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməsi, həmçinin İddiaçı2 və İddiaçı1 ilə bağlanmış əmək müqavilələrinin dəyişdirilərək, müqavilələrin müddəti müəyyən edilmədən (daimi) bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbi onunla əsaslandırılmışlar ki, İddiaçı2, “X10" publik hüquqi şəxslə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Bioloji kolleksiyalar şöbəsinin müdiri vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin müddəti 2 iİ müəyyən edilmişdir. İddiaçı1, “X10” publik hüquqi şəxslə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Bitki ekologiyası laboratoriyasının müdiri vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin müddəti 2 il müəyyən edilmişdir. “X10” publik hüquqi şəxsin rəhbərinin xx.xx.2024-cü il tarixli, 155/k saylı əmri ilə İddiaçı2 və İddiaçı1 AR Əmək Məcəlləsoinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndi əsas götürülməklə işdən azad edilmişlər. Hesab edirlər ki, cavabdehin həmin əmri ləğv edilməli, Məmmədova X1 şöbəsinin müdiri vəzifəsinə, İddiaçı1 Bitki ekologiyası laboratoriyasının müdiri vəzifəsinə bərpa olunmaqla, onlara xx.xx.2025-ci il tarixdən işə bərpa olunduqları tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməli, həmçinin onlarla bağlanmış əmək müqavilələri dəyişdirilərək, müqavilələr müddəti müəyyən edilmədən (daimi) bağlanmalıdır. AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək müqaviləsinin müddətli bağlanması hallarını müəyyən edən Əmək Məcəllənin 47-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. İşdən göründüyü kimi, hər iki iddiaçının tutduqları vəzifələr daimi xarakterə malik olmuşdur. İddiaçılarla cavabdeh arasında mövcud olmuş əmək münasibətlərində AR Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Beləliklə, iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə bağlanmış əmək müqavilələri AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü maddəsinin tələbləri pozulmaqla bağlanmışdır. İddiaçıların əmək funksiyalarının daimi xarakterə malik olduğu əvvəlcədən məlum olduğu üçün onlarla bağlanmış əmək müqavilələrinə AR Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilməklə, həmin maddə düzgün tətbiq edilməmişdir. AR Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Qanun normalarından və işin hallarından göründüyü kimi, iddiaçıların işdən azad edilmələri üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş əsaslar yoxdur. Şərh olunanlardan göründüyü kimi, Məmmədova X1 şöbəsinin müdiri vəzifəsinə, İddiaçı1 Bitki ekologiyası laboratoriyasının müdiri vəzifəsinə bərpa olunmalı, onlara xx.xx.2025-ci il tarixdən işə bərpa olunduqları tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməlidir. Məhkəmə iclasında iddiaçı Qulı̇ yeva Sevı̇ nc Qadı̇ r qızı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmiş, iddiada göstərilənlərə uyğun izahat verərək, iddianın əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X9” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, AMEA-nın Rəyasət Heyətinin 19/5 saylı, 7 oktyabr 2022-ci il tarixli Qərarı əsasında “X10” ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 saylı, 07 yanvar 2022-ci il tarixli Qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “X10” publik hüquqi şəxsi yaradılmışdır. 05 yanvar 2023-cü il tarixindən X10 publik hüquqi şəxsin ştat cədvəli təsdiqlənmişdir. Qeyd edilən tarixdən cari vaxta kimi hər bir işçi ilə 3 (üç) aylıq müddətli əmək müqaviləsi bağlanılır. AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə istinadən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Belə ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara əsasən tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Bu Məcəllə ilə İddiaçı2 və İddiaçı1 xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə) bağlanmış müddətli əmək müqavilələrinə xitam verilmişdir. İddiaçıların şikayəti ilə bağlı məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada xx.xx.2025-ci il tarixinədək bağlanmış müddətli əmək müqavilələrinə xitam veriləcəyi barədə Xəbərdarlıq ilə bağlı xx.xx.2024-cü il tarixində məlumat verilmişdir. Həmin tarixdə vətəndaşlara elektron daşıyıcı xəbərdarlıqları - Bildirişləri edilib. Eləcə də, müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 155/k saylı əmrin surətləri poçt yolu ilə yaşadıqları ünvana göndərilmişdir. İddiaçıların 2024-cü il dekabr ayı üçün son haqq-hesabları işçilərə tam şəkildə ödənilmişdir. Belə ki, ştat cədvəli üzrə İddiaçı2 vəzifə məvacibi 630 manat, əlavə günlərə görə 171,81 manat, son haqq-hesab 1183,98 manat olaraq ümumilikdə cəmi 1985,79 manat (əmək haqqından tutulmalar çıxıldıqdan sonra - 1690,70 manat) əmək müqaviləsinə xitam verildiyi tarixdə işçiyə ödənilmişdir. Həmçinin ştat cədvəli üzrə İddiaçı1 vəzifə məvacibi 670 manat, əlavə günlərə görə 274,08 manat, əvəzçiliyə görə 335,00 manat, son haqq-hesab 1317,54 manat olaraq ümumilikdə cəmi 2596,62 manat (əmək haqqından tutulmalar çıxıldıqdan sonra - 2120,31 manat) əmək müqaviləsinə xitam verildiyi tarixdə işçiyə ödənilmişdir. Bildirmək istəyir ki, İddiaçı2 və İddiaçı1 “X10” publik hüquqi şəxsi yarandığı vaxtdan etibarən xx.xx.2023-cü ildən AR Elm və Təhsil Nazirliyi Dendralogiya İnstitutunda 0,5 ştat işləyirlər. Müddətli əmək müqavilələrinə xx.xx.2025-ci ildə xitam verildikdən sonra isə hal-hazırda Dendralogiya İnstitutunda tam ştat (əsas iş yerləri) Aparıcı elmi işçi vəzifəsində işləməyə davam edirlər. Ona görə də, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı2 ilə “X10" publik hüquqi şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, Məmmədova X1 şöbəsinin müdiri vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az.Res.Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixinədək 2 il müddətinə bağlanmışdır. İş materiallarında olan İddiaçı1 ilə “X10” publik hüquqi şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı1 Bitki ekologiyası laboratoriyasının müdiri vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az.Res.Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixinədək 2 il müddətinə bağlanmışdır. Təqdim olunmuş Qulı̇ yeva Sevı̇ nc Qadı̇ r qızı və İddiaçı2 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, onlarla bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixində qurtardığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqavilələri üzrə münasibətlər növbəti dövr üçün davam etdirilməyəcək. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xx.xx.2025-ci il tarixdən etibarən onlarla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcək və əmək qanunvericiliyinin tələblərinə görə son haqq hesab aparılacaqdır. Təqdim olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “X10” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin yaradılması haqqında” 7 yanvar 2022-ci il tarixli 5 nömrəli Qərarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində X10 publik hüquqi şəxsin və Dendrologiya Bağı publik hüquqi şəxsin yaradılmasını qərara almışdır. Azərbaycan Milli Elmlər X3 Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq “X10” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilmişdir. Təqdim olunmuş Azərbaycan Milli Elmlər X2 “AMEA-nın X7 ləğv edilməsi haqqında” 19/5 nömrəli, 7 oktyabr 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli 5 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “X10” və “Dendrologiya Bağı”publik hüquqi şəxsləri yaradılmış, AMEA-nın X7 və Dendrologiya İnstitutunun mövcud əraziləri müvafiq olaraq yeni yaradılmış publik hüquqi şəxslərin əraziləri qismində müəyyən edilmişdir. Eyni zamanda, həmin ərazilərin idarə edilməsi, mühafizəsi, bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməi həmin bitkilərin qorunması və saxlanılması, ərazinin qorunması, cari fəaliyyətin və perspektiv inkişafının təmin edilməsi yeni yaradılan publik hüquqi şəxslərə həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2022-ci il tarixli 374 nömrəli qərarı ilə təsdiq edilmiş AMEA-nın yeni strukturuna X10 daxil edilməmişdir. Azərbaycan Milli Elmlər X4 qərara alır: AMEA-nın yeni strukturunda nəzərdə tutulmayan X10 ləğv edilsin. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “X10” publik hüquqi şəxsin 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin 1-ci bəndindən görünür ki, Bakı şəhər İcra Hakimiyyyəti Başçısının tabeliyində “X10” publik hüquqi şəxsin “Bitki ekologiyası” laboratoriyasının müdiri İddiaçı1 ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə) xitam verilmişdir. Əmrin 2-ci bəndindən görünür ki, Bakı şəhər İcra Hakimiyyyəti Başçısının tabeliyində “X10” publik hüquqi şəxsin “Bioloji kolleksiyalar” şöbəsinin müdiri İddiaçı2 ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə) xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs; əmək müqaviləsi (kontraktı) isə - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göründüyü kimi, əmək qanunvericiliyi əmək müqavilələrinin bağlanmasının sərbəstliyi prinsipini müəyyən etmişdir və əmək müqaviləsi bağlamaq işəgötürənin (habelə işçinin) hüququ kimi nəzərdə tutulmaqla o (onlar), qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz(lər). Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin maddənin 4-cü hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsi işçi ilə müddətli əmək müqaviləsi bağlanan halların siyahısını müəyyən etmişdir. Həmin maddənin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. İş materiallarından göründüyü kimi, iddiaçılarla əmək müqaviləsinə xitam verilməsi AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulan əsaslarla (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) həyata keçirilmişdir. Qanunun göstərilən norması əmək müqaviləsinin müddətinin qurtarmasına görə işçinin əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsində müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuşdur. Həmin maddənin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli 5 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “X10”və “Dendrologiya Bağı”publik hüquqi şəxsləri yaradılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2022-ci il tarixli 374 nömrəli qərarı ilə təsdiq edilmiş AMEA-nın yeni strukturuna X10 daxil edilməmişdir. Azərbaycan Milli Elmlər X2 “AMEA-nın 19/5 nömrəli, 7 oktyabr 2022-ci il tarixli Qərarına əsasən AMEA-nın yeni strukturunda nəzərdə tutulmayan X10 ləğv edilmişdir. Bundan sonra, yeni yaradılmış “X10" publik hüquqi şəxslə İddiaçı2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Məmmədova X1 şöbəsinin müdiri vəzifəsinə, İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı1 Bitki ekologiyası laboratoriyasının müdiri vəzifəsinə qəbul edilmişdir. Qeyd olunan əmək müqavilələrinin 2.3-cü bəndlərinə əsasən əmək müqavilələr “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığı ilə (Az.Res.Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixinədək 2 il müddətinə bağlanmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olunmuşdur ki, “X10" publik hüquqi şəxs tərəfindən iddiaçılar Qulı̇ yeva Sevı̇ nc Qadı̇ r qızı və İddiaçı2 xx.xx.2024cü il tarixdə bildiriş göndərilərək, onlarla bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixində qurtardığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqavilələri üzrə münasibətlərin növbəti dövr üçün davam etdirilməyəcəyi, xx.xx.2025-ci il tarixdən etibarən onlarla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə görə son haqq hesab aparılacağı bildirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “X10”publik hüquqi şəxsin 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən hər iki iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə) xitam verilmişdir. Yuxarıda şərh olunan halları müzakirə edərək və yuxarıda göstərilən əmək qanunvericiliyinin normalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, iddiaçılar ilə əmək müqavilələrinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, ona görə də, iddiaçıların tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar Qulı̇ yeva Sevı̇ nc Qadı̇ r qızı və İddiaçı2 cavabdeh "X9" X8rşı işə bərpa, məcburi işburaxmaya görə kompensasiya ödənilməsi və müqavilənin dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova i

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar