Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-627/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh SOCAR Cavabdeh nümayəndələri X7 və Nümayəndə iştirakları ilə, İddiaçı ("xxxx" MMC-nin “X21 Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Təhlükəsı̇ zlik İ̇darəsinə qarşı "işə bərpa və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı ("xxxx" MMC-nin “X21 Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Təhlükəsı̇ zlik İ̇darəsinə qarşı "işə bərpa və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində çıxardığı, əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi barədə 14-2-11/3- 1K-222/2023 nömrəli əmrinin ləğv edilməsi; onun Cavabdehndə işə bərpa olunmağı; məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi; xəstəliyə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti üçün müavinətin ona ödənilməsi üçün qanunvericiliklə işəgötürənə aid olunan öhdəliklərin icra olunmasının cavabdeh tərəfindən təmin edilməsi; cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi qismində 20.000 AZN (iyirmi min manat) pul məbləğinin Cavabdehndən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı xx.xx.2008-ci il tarixdə ARDNŞ (SOCAR) Cavabdehnə işə qəbul olunmuşdur. Həmin tarixdən etibarən müxtəlif vaxtlarda bir neçə dəfə vəzifə dəyişikliyi olsa da, bu, yalnız daha yuxarı vəzifəyə keçirilməyi ilə əlaqədar olmuş və həmin müddətdə heç bir ciddi intizam tənbehi almamışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixində SOCAR Cavabdehndə 31-ci komandaya əməyin ödənilməsinin 15-ci dərəcəsi üzrə komanda rəisi vəzifəsinə keçirilmişdir. Məlumat üçün bildirir ki, Cavabdeh xx.xx.2007-ci il tarixində “Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh” adı ilə hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış, xx.xx.2009-cu il tarixdə adı dəyişdirilərək, “Cavabdeh” adı ilə dövlət reyestrinə daxil edilmişdir. Yəni, Cavabdeh, AR Dövlət Neft Şirkəti (bundan sonra SOCAR adlandırılacaq) tabeliyində yaradılmış hüquqi şəxsdir və bu günədək, əsasən, SOCAR-ın və tabeliyindəki qurumların binalarının, ərazilərinin və digər əmlaklarının mühafizəsi sahəsində fəaliyyət göstərməkdədir. Buna görə də, hazırkı iddia ərizəsində cavabdeh barəsində bəhs edilərkən, “SOCAR Cavabdeh” adından istifadə olunması halında hər hansı yanlış anlaşılma, ixtilaf və ya qeyri-dəqiqlik kimi başa düşülməməsini əvvəlcədən xahiş edir. 2022-ci ilin sonlarından səhhətində problemlər yarandığına görə, müalicə almaq məcburiyyətində qalmışdır. Bununla əlaqədar xx.xx.2023-cü il tarixindən başlayaraq, müxtəlif vaxtlarda bir neçə dəfə müddəti uzadılmaqla, ən sonuncusu xx.xx.2023-cü il tarixdən-xx.xx.2023-cü il tarixinədək olan dövr üçün işdən azad edilməyini nəzərdə tutan SN 00007 № ******* saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsi” alıb iş yerinə təqdim etməklə, əmək fəaliyyətindən müvəqqəti azad olmuşdur. Lakin 2023-cü ilin oktyabr ayının 1-də xəstəlik vərəqəsini iş yerinə təqdim etdikdən bir neçə gün sonra iş yerindən ona bildirdilər ki, onun təqdim etdiyi Əmək qabiliyyətinin olmaması vərəqəsi (xəstəlik) vərəqəsi etibarlı deyil və buna görə onun işdən azad ediləcəyini dedilər. O, səhhətinin hələ də yaxşılaşmadığına baxmayaraq, iş yerinə geri qayıdıb işə çıxa biləcəyini ARDNŞ (SOCAR) Cavabdehndə aidiyyatı yuxarı rəhbərliyə və İnsan Resurları şöbəsinə bildirsə də, ona artıq işdən azad olunacağını və işə gəlməməyini dedilər. xx.xx.2023-cü il tarixində onu iş yerinə dəvət edərək, SOCAR Cavabdeh Həmkarlar İttifaqı Komitəsi sədrinin, həmçinin orada olan Cavabdeh insan resursları və hüquq şöbələri rəhbərlərinin iştirakı ilə keçirilən iclasda ona bildirildi ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək dövrdə o, işdə olmalı olduğu halda, heç bir üzürlü səbəb olmadan iş buraxmış və buna görə də, barəsində işdən azad olunma növündə intizam təhbehi tətbiq ediləcək. O, həmin iclasda işdən azad edilməyi ilə razılaşmayaraq, bunun əsassız olduğunu, onun səhhəti ilə əlaqədar müalicə almaq məqsədilə işdən müvafiq xəstəlik vərəqəsi əsasında azad olduğunu bildirdiyində isə onlar ona, təqdim etdiyi “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin etibarsız olduğunu, bununla bağlı guya xx.xx.2023-cü il tarixli 129 №-li məktubun daxil olduğunu dedilər. O, bununla razılaşmayaraq, həmin məktubun hansı əsasla və nəyə görə həmin məzmunda verildiyini soruşduqda isə, öyrəndi ki, ona Əmək qabiliyyətinin olmaması vərəqəsi təqdim etmiş tibb mərkəzinə SOCAR Cavabdeh tərəfindən daha əvvəlki tarixlərdə məhz onunla bağlı müraciət olunmuş və sonra həmin məktub alınmışdır. O, həmin iclasda ona qarşı ittihamlar ilə razılaşmayaraq, xəstəlik vərəqəsinin etibarsızlığı barədə məktubun əsaslı olmadığını, xəstəliyinin müalicəsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməklə iş buraxdığını, tibb müəssisəsinin sonrakı məktubunun onun müalicə almağı faktını heç cür təkzib etmədiyini bildirdi. Görünür ki, SOCAR Cavabdeh tərəfindən həmin tibb mərkəzinə müraciət olunaraq, ona verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin etibarsız olduğunu bəyan edilməsi üçün təzyiq göstərilmişdir. Çünki, həmin xəstəlik vərəqəsində onun xəstəliyi göstərilməklə, xəstəliyə görə işdən müvəqqəti azad olunmağı əsaslandırılmışdır. Belə ki, onun iş yerinə təqdim etdiyi SN 00007 № ******* saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsi” məhz həmin tibb müəssisəsinin Həkim Müalicə Komissiyasının sədri R.İ.Mikayılov tərəfindən təsdiq edilmişdir. O, isə həmin xəstəlik vərəqəsinə əsasən işdən azad olduğuna inanmış (çünki, həqiqətən xəstəlikdən və verdiyi kəskin ağrılardan əziyyət çəkirdi) və göstərilən müddətdə işə çıxmayaraq, uzun müddətli müalicə almışdır. Sonradan tibb müəssisəsinin bəhs olunan xx.xx.2023-cü il tarixli 129 №-li məktubu barəsində əldə etdiyi məlumatlara görə, həmin məktubda SOCAR Cavabdeh onunla birlikdə cəmi 10 (on) nəfər işçilərinə həmin tibb müəssisəsi tərəfindən verilmiş ayrı-ayrı 10 ədəd “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin etibarsız olması qeyd olunmuşdur. Sözügedən işçilərdən isə yalnız onun barəsində xəstəlik vərəqəsinin etibarsızlığı əsas gətirilərək, xəstəliyi müddətində üzrsüz səbəbdən iş buraxmağına görə Əmək Məcəlləsinin 70. maddəsinin ç) bəndi üzrə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı intizam tənbehi tətbiq edilmiş, digər əməkdaşların xəstəlik vərəqələrinin etibarsızlığına görə isə əvvəlcə yalnız bir neçəsinə töhmət elan edilsə də, sonradan həmin töhmətlər ləğv edilmiş və heç bir digər əməkdaş barəsində intizam tənbehi verilməmiş, onların hamısı işə buraxılmışdırlar. Həmçinin, əldə etdiyi məlumata görə, müvafiq tibb müəssisəsi xəstəlik vərəqələrinin etibarsız olduğunu məktubla bildirməyə məcbur edilmişdir. Belə ki, etibarlı xəstəlik vərəqələrinin etibarsız olduğunu qeyd etməsi üçün tibb müəssisəsinə SOCAR Cavabdeh (insan resursları şöbəsinin rəisi) tərəfindən hədə-qorxu gəlinmiş, guya SOCAR Cavabdeh bir neçə əməkdaşının məhz həmin tibb müəssisəsindən xəstəlik vərəqəsi almasının şübhə yaratdığı və buna görə, həmin tibb müəsssisəsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediləcəyi bildirilmişdir. Beləliklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab olunan məktubda ondan başqa digər 9 (doqquz) nəfərə verilmiş xəstəlik vərəqələrinin “etibarsız” qeyd olunmasına baxmayaraq, yalnız onun barəsində, özü də, ƏM-nin 70. maddəsinin ç) bəndi üzrə əmək müqaviləsinə xitam verilməsinə dair intizam tənbehi verilməsi, özlüyündə, olduqca şübhəli haldır və məhz onun barəsində belə qərar (əmr) çıxarılması, ona qarşı SOCAR Cavabdeh qərəzli mövqe tutduğunu aydın əks etdirir. Həmin görüşdən sonra, o, işdən azad olunduğunu öyrənib, iş yerindən ona əmək kitabçasını təqdim etmək üçün çağırılmağını gözləməyə başladı. Nəhayət, xx.xx.2023-cü il tarixində o, elektron hökumət portalında şəxsi kabinetinə daxil olaraq, orada əmək müqaviləsinə xitam verildiyi barədə məlumatı gördü və həmin gün SOCAR Cavabdehnə gedərək, belə məlumatın həqiqi olub-olmadığını soruşduqda, orada insan resursları şöbəsindən ona işdən azad olunmağı barədə xx.xx.2023-cü il tarixində əmr çıxarıldığını bildirdilər və dedilər ki, əmək kitabçasını, əmək müqaviləsinin və digər sənədlərinin nüsxəsini sonra gəlib götürməlidir. xx.xx.2023-cü il tarixdə onu SOCAR Tİ-nin insan resursları şöbəsindən zəng edərək, idarəyə çağırdılar. O, həmin tarixdə yenidən idarəyə getdi və ona işdən azad olunmağı barədə 14- 2-11/3-1K-222/2023 nömrəli əmrin surətini işəgötürən tərəfindən imzalanmamış vəziyyətdə, əmək müqaviləmin və ona əlavələrin surətlərini (əslləri təqdim olunmadı) işdən rəsmi olaraq azad olunduğu tarixdən 4 (dörd) gün sonra təqdim etdilər. Barəsində çıxarılmış əmrin məzmunu ilə tanış olarkən, ona qarşı qərəzli mövqeyin olduğunu bir daha orada gördü. Yuxarıda qeyd etdiyi əsassız ittihamlar ilə yanaşı, orada guya ona xəbərdarlıq verilməsi, işə geri çağırılmağı ilə əlaqədar dəfələrlə bildiriş, zəng edilsə də mümkün olmadığı qeyd edilmişdir ki, bunların həqiqəti əks etdirmədiyini nəzərə çatdırır. Belə ki, onun işlək telefon nömrəsi idarədə mövcud olmuşdur və xəstəlik vərəqəsinin bitməsindən sonrakı mübahisəli dövrdə bir neçə dəfə onunla əlaqə saxlanılmış, idarəyə dəvət olunmuşdur. Hətta 14-2-11/3-1K-222/2023 nömrəli əmrin mətnində onun xx.xx.2023-cü il tarixdə iş yerinə gəldiyi barədə qeyd də mövcuddur. Yuxarıda da qeyd etdiyi kimi, o, əmrdə əsassız olaraq göstərildiyi kimi, 4 ay müddətində əsassız iş buraxmamışdır. xx.xx.2023cü il tarixdən etibarən onun işə gəlməməyinin əsl səbəbi, xəstəliyə görə müvəqqəti işdən azad olduğu müddətin sonunda ona iş yerindən - işdən azad olunacağı üçün artıq işə gəlməməyinin bildirilməsi olmuşdur. Lakin işdən azad edilməyi məsələsinin bu qədər uzun müddətdə həyata keçirilməsi, son anadək onun işdən azad edilməyi üçün qanuni əsasların olmadığından ehtiyat etdiklərini və bunun üçün ona xəstəlik vərəqəsi vermiş tibb müəssisəsinə təzyiq göstərilməsi də daxil olmaqla, qanunsuz olaraq, işdən azad edilməyi üçün zəmin hazırladıqlarını deməyə əsas verir. Bu, həmçinin, onun xəstəliklə əlaqədar işdən azad olduğu müddətdən sonrakı dövrdə, guya özbaşına iş buraxdığını əsaslandırmaları üçün zəmin hazırlamaq məqsədini daşımışdır. İşlədiyi dövr ərzində həmişə işinə məsuliyyətlə yanaşmış biri olaraq, vicdanlılıq, ədalətlilik prinsiplərini rəhbər tutmuş və əmək fəaliyyəti zamanı işəgötürənin mənafeyinin qorunması, kollektivdə intizamın subordinasiyanın qorunması məqsədilə ən yüksək işgüzarlıq keyfiyyətlərini təmin etmişdir. Bu səbəbdəndir ki, bu günədək heç bir ciddi intizam tənbehi almadan, nümunəvi işçi olaraq çalışmışdır. Onun işdən azad edilməyinin də intizamsızlıq və əmək funksiyalarının pozulması halı ilə əlaqədar olmadığını, əsassız olaraq, guya üzrsüz səbəbdən iş buraxmağı ilə əlaqədar olması, yuxarıda qeyd etdiklərinin həqiqi olduğuna inanmaq üçün kifayətdir. Bundan əlavə, qeyd etmək istəyir ki, ona son haqq-hesab ödənilərkən, SN 00007 № ******* saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsi” əsasında əmək fəaliyyətindən müvəqqəti azad olunduğu dövr olan xx.xx.2023xx.xx.2023-cü il tarixləri aralığındakı müddət üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilməmişdir. Belə ki, əmək fəaliyyətindən müvəqqəti azad olunduğu dövr üçün ona müavinətin hesablanması üçün Cavabdeh əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinəti öz hesabına ödəməklə yanaşı, qalan dövr üçün müavinətin ödənilməsi üçün qanunveriliklə müəyyən edilmiş öhdəliklərini icra etməmişdir. Nəticədə, ona zərər vurulmuş, o, gəlirdən məhrum olduğu üçün borc almaq məcburiyyətində qalmışdır. O, ailədə yeganə qazanc əldə edən şəxsdir. Onun himayəsində həyat yoldaşı və iki uşağı ilə yanaşı, əmək qabiliyyəti olmayan, yaşlı valideynləri də vardır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində nəinki o, işindən məhrum olmuş və ailəsi yeganə qazancından məhrum omuşdur. Cavabdehndə sonuncu vəzifə üzrə aylıq vəzifə maaşı, xx.xx.2022-ci il tarixli 5072-2/16 saylı əlavə üzrə 1934 AZN (bir min doqquz yüz otuz dörd manat) təşkil etmişdir. Bundan başqa, əmək haqqına, müntəzəm olaraq, hər təqvim ayı üçün əlavələr hesablanmışdır. Bildirir ki, Cavabdeh ona qarşı yol verdiyi hüquqlarının pozuntusu nəticəsində məcburi iş buraxdığı ötən aylar ərzində onun maliyyə vəziyyəti pisləşmiş, o və ailəsi halal zəhməti nəticəsində almalı olduğu qazancdan məhrum olmuşdur. Bu isə öz növbəsində, onun dolanışıq üçün borca girməyi ilə, ailəsinin güzəranının kəskin pisləşməsi ilə nəticələnmişdir. Bütün bunlar onun psixiki sarsıntılar və mənəvi iztirablar keçirməyinə gətirib çıxarmış, Cavabdeh tərəfindən ona qarşı yol verilən ədalətsizlik və hüquqlarının kobud pozuntusu əsəblərinin korlanmasına və səhhətində nevroloji problemlərin yaranmasına yol açmışdır. Odur ki, məhkəmənin diqqətinə çatdırır ki, o, Cavabdeh tərəfindən hüquqlarının pozulmasından irəli gələrək, çox çətin vəziyyətdədir və baş verənlər nəticəsində 20000 AZN (iyirmi min manat) məbləğində mənəvi zərərə məruz qalmışdır. Hesab edir ki, Cavabdeh ona qarşı prinsip apararaq, ayrı-seçkilik edərək, ona qarşı təzyiqlər göstərilərək, əmək müqaviləsinin əsassız olaraq ləğv edilməsi, xəstəliyə görə ona ödənilməli müavinət, məcuri iş buraxma dövründək əmək haqqı məbləği ödənilməyərək hüquqlarının pozulması müqabilində, Cavabdeh tərəfindən ona mənəvi zərərin əvəzi qismində 20 000 AZN (iyirmi minmanat) ödənilməlidir. İşdən əsassız olaraq azad edilməyi və pozulmuş hüquqlarının bərpa edilməsi üçün X16 Xidmətinə yazılı şikayət vermişdir. Həmçinin, ona xəstəlik vərəqəsi verən tibb müəssisəsi barəsində aidiyyatı hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə əvvəlcə xx.xx.2023-cü il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif, daha sonra isə xx.xx.2024-cü il tarixində mediasiya prosesinə dəvət göndərilmişdir, lakin qarşı tərəf heç bir üzrlü səbəb göstərmədən mediasiya prosesində iştirak etməmiş və barışıq əldə olunmamışdır. Mediasiya xərcləri onujn tərəfindən tam şəkildə ödənilmişdir. “Xəstəlik vərəqələrinin verilməsi və müalicəsağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarına 2 saylı Əlavə,“Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimatın 4-cü hissəsində müəyyən olunur ki, şəxs xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Əmək qabiliyyətinin itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və daha çox artırılması, müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin tibb müəssisəsində təşkil olunmuş həkim-məsləhət komissiyasının təsdiqindən sonra mümkündür. İxtisaslar üzrə şöbələri olan tibb müəssisələrində xəstəlik vərəqələrinin 6 gündən artıq uzadılması baş həkim tərəfindən şöbə müdirinə həvalə edilir (8. hissə). Xəstəlik vərəqəsini 6 gündən çox artırmağa ixtiyar verilmiş şəxslərin hamısına xəstəni şəxsən müayinə etdikdən və tibbi müayinələrin nəticəsini öyrəndikdən sonra xəstəlik vərəqəsini artırmağa icazə verilə bilər (9. hissə). Təqdim etdiyi xəstəlik vərəqəsində (“Əmək qabiliyyətinin olmaması vərəqəsi”) xəstəlik vərəqəsinin verilməsinə dair qanunvericiliyin tələblərinə əməl olunduğunu görə bilərsiniz. Belə ki, o, xəstəliyinin müalicəsi müddətində müntəzəm olaraq müayinələrdən keçmiş və xəstəliyinin sağalması üçün təyin olunan müddətlər həkim rəyi əsasında, sonuncusu xx.xx.2023-cü il tarixində olmaqla, bir neçə dəfə uzadılmışdır. Həmin xəstəlik vərəqəsinin sonradan etibarsız hesab olunması nəticəsində, hüququn vicdanlılıq prinsipi nəzərə alınmaqla, onun xəstəlik vərəqəsinin həqiqiliyinə inanaraq, xəstəlik vərəqəsində müəyyən olunmuş işdən azad olma müddətində işə getməməyinin işəgötürən tərəfindən üzrsüz hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12. maddəsinin 1. hissəsinin g) bəndində, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək-əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri kimi qeyd edilmişdir. Onun xx.xx.2023-cü il tarixində işdən azad edilməyi barədə əmrin surəti imzasız və möhürsüz halda, əmək kitabçası ilə birlikdə yalnız xx.xx.2023-cü il tarixdə, yəni əmrin çıxarıldığı tarixdən 4 gün sonra ona təqdim olunmuşdur. Həmin sənədləri təhvil almağı ilə bağlı işəgötürənin əmək kitabçalarının təhvil verilməsi kitabında xx.xx.2023-cü il tarixində imza etmişdir. Beləliklə, cavabdeh tərəfindən barəsində əmək müqavilənin ləğv edilməsi haqqında çıxarılmış əmr, həmçinin, prosessual normalar pozulmaqla çıxarıldığı üçün qanunsuzdur və ləğv edilməlidir. Əmək Məcəlləsinin 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə, əsassız və qanunsuz olaraq verilmədikdə, işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh tərəfindən heç bir əsas olmadan, ona əmək haqqı məbləği ödənilməmiş və bununla, əmək müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə düşən vəzifə və öhdəliklərin icrasından əsassız olaraq imtina olunmuşdur. Odur ki, ona vurulmuş mənəvi zərərin əvəzi qismində 20 000AZN (iyirmi min manat) məbləğin Cavabdeh tərəfindən ona ödənilməsinə dair tələbini qanuni və əsaslı hesab edir. Etirazın dəlilləri: Cavabdeh SOCAR Cavabdeh iddia ilə razı deyil və hesab edir ki, iddia əsassız olduğuna görə təmin olunmamalıdır. Belə ki, Abuzərov X6 İdarəsində sonuncu iş yeri Tİnin 31 saylı komandasının (H.Əliyev adına X26-strateji obyekt) rəisi vəzifəsində işləmiş və xidməti işində aşkarlanmış ciddi nöqsanlarla bağlı araşdırmanın nəticələri əsasında (buraxılış rejimini kobud surətdə pozaraq buraxılış rejimi Qaydalarının tələblərini icra etmədiyi) və əvvəllər intizam tənbehi olduğuna görə (Tİ-nin xx.xx.2022-ci il tarixli SOCAR**********00040020A00147 saylı əmr obyektin mühafizəsini təşkili və xidmətin aparılmasına nəzarət üzrə əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri səhlənkarlığa yol verərək keyfiyyətsiz yerinə yetirdiyi), onun barəsində toplanmış materiallar (qeyd olunmalıdır ki, İddiaçı oqlu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işə çıxmamış və İdarəyə Baş Səhiyyə Mərkəzinin 16 saylı poliklinikasının "bel ağrısı” diaqnozu ilə "əmək qabiliyyətinin olmaması vərəqəsi” təqdim etmiş və xx.xx.2022-ci il tarixdə işə çıxmışdır), əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericiliyin tələblərinə riayət olunaraq Həmkarlar İttifaqının razılığını almaq məqsədilə Tİ-nin Həmkarlar İttifaqı Komitəsinə göndərilmişdir. Tİ HİK Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli iclasının 168 №-li Qərarı ilə onun barəsində AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən müvafiq tədbirin görülməsinə razılıq vermişdir. Tİ HİK-in Rəyasət Heyətinin iclasına xx.xx.2023-cü il tarixdə dəvət olunmuş və iştirak etmiş, xx.xx.2023-cü il tarixdə İdarəyə gələrək xx.xx.2023-cü il tarixdə İdarəyə gələcəyini bildirmiş və öz xahişi ilə işdən azad olunması barədə ərizə yazacağını xahiş etmiş, onun uzun müddət ərzində İdarədə işlədiyi nəzərə alınaraq buna razılıq verilmiş, lakin İddiaçı xx.xx.2023-ci il tarixdən naməlum səbəbdən işə çıxmamış (İdarəyə gəlməmiş) və sonralar ardıcıl olaraq xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “X22” xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “kəskin respirator xəstəliyi” diaqnozu ilə, işə başlamalı xx.xx.2023-cü il tarixdə, General Hospital” Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “kəskin nevrosteniya” diaqnozu ilə, işə başlamalı xx.xx.2023-cü tarixdə və 2 saylı X1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “obsesiv kompulsiv pozuntu, depresiv daxil olmalar” diaqnozu ilə, işə başlamalı xx.xx.2023-cü il tarixdə “əmək qabiliyyətinin olmaması vərəqələrini kənar şəxs vasitəsi ilə İdarəyə təqdim etmiş, işə çıxmamasında davam edərək İddiaçı bir daha “General Hospital” Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “bel-oma radikulitinin kəskinləşməsi diaqnozu, işə başlamalı xx.xx.2023-cü il tarixdə “əmək qabiliyyətinin olmaması vərəqəsi” İdarəyə təqdim etmiş, lakin "General Hospital” Tibb Mərkəzinin direktoru R.İ.Mikayılov xx.xx.2023-cü il tarixli 129 nömrəli Tİ-yə ünvanlanmış məktubunda bildirmişdir ki, İddiaçı verilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək SN ******* nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsi” ləğv edilmişdir və həkim-terapevt X13 “töhmət” intizam tənbehi verilmişdir. Qeyd olunmalıdır ki, özünü doğrultmayan əməkdaşları barəsində ciddi qərar qəbul edildiyi hallarda onlar tibb müəssisələrinə üz tutaraq müxtəlif diaqnozlar üzrə və uzunmüddətli olmaqla “Əmək qabiliyyətinin olmaması vərəqəsi” təqdim edərək aylarla yayındıqlarına və belə halların intensif xarakter daşıdığına və bir neçə əməkdaşa vərəqələr “General hospital” tibb mərkəzi tərəfindən verilməsində şübhəli məqamların olduğunu nəzərə alaraq məsələnin araşdırılması üçün Tİ-nin rəhbərliyi xx.xx.2023-cü il tarixdə rəsmi məktubla Azərbaycan Respublikasının Səhiyyə naziri cənab Teymur Mustafayevə və Azərbaycan Respublikasının Tibb Ərazi Bölmələrinin İcraçı direktoru cənab Vüqar Qurbanova sorğular göndərmiş və xx.xx.2023-cü il tarixdə “General Hospital” tibb mərkəzinin direktoru R.İ.Mikayılov tərəfindən Cavabdehnə və Səhiyyə Nazirliyinə göndərilmiş məktubunda bildirilmişdir ki, həkim-terapevt X13 xəstələri tam müayinə etmədiyi üçün ona “töhmət” intizam tənbehi verilmişdir. Tİ-nin rəhbərliyi rəsmi məktublarla AR SN-ə və AR TƏBİB- ə yuxarıda qeyd olunanlarla bağlı təkrar xx.xx.2023-ci il tarixdə sorğular göndərilmişdir. "General Hospital” Tibb Mərkəzinin direktoru R.İ.Mikayılovun xx.xx.2023-cü il tarixli 129 nömrəli məktubu ilə bağlı İddiaçı xx.xx.2023-cü il tarixdə Tİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri M.Aşurov tərəfindən İdarəyə dəvət olunmuş, məktubla tanış edilmiş və izahat yazması təklif olunmuş, lakin İddiaçı hazırda xidmətdə olmadığını, müalicə aldığını bildirərək izahat yazmaqdan imtina edərək İdarəni tərk etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən heç bir üzrlü sayılacaq hər hansı səbəb göstərmədən işə çıxmadığına görə, onun heç bir əsası olmadan 4 aydan çox müddət ərzində qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olduğunu nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi üçün xx.xx.2023-cü il tarixdə Tİ Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərilməsi və sonuncunun xx.xx.2023-cü il tarixli 191 saylı qərarı ilə xitam verilməsinə razılıq vermişdir. Hər bir halda üzrlü səbəb varsa İdarəyə gəlib təqdim olunması üçün xx.xx.2023-cü il tarixdə “XƏBƏRDARLİQ BİLDİRİŞİ” "xxxx" MMC şirkəti vasitəsilə İddiaçı İdarəyə təqdim etdiyi ünvana göndərilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinin nüməyəndəsi ilə birlikdə İdarənin işçiləri “XƏBƏRDARLİQ BİLDİRİŞİ” ni İddiaçı əlbəəl verilməsi üçün yaşadığı ünvana getmiş, evinin qapısını döydükdə açan olmamış, telefon vasitəsilə ona məxsus 050 *** ** ** nömrəsinə zəng vurulmuş, lakin İddiaçı tərəfindən telefona cavab verilməmiş və bu akt tərtib olunmuşdur. Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında AR NK-nin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 1-ci hissəsinə əsasən “Sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur.” Bununla da İddiaçı hərəkətləri (hərəkətsizlikləri) (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, İddiaçı 4 aydan artıq müddət ərzində) AR ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirilmiş və onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ”ç” bəndinə əsasən Tİ-nin xx.xx.2023-cü il tarixli 14-2- 11/3-1 K-222-2023 saylı əmri ilə xitam verilmişdir. AR ƏM-nin 290-cı maddəsinin Qeyd hissəsində 290-cı maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı ona mənəvi ziyanın vurulmasına dair ƏM-nin 290-cı maddisinə göstərilən hallarla bağlı heç bir sübutlar təqdim etməmişdir. İddiaçı “işə bərpa və əməyin ödənilməsi” iddiasını təmin edilməməsini xahiş etmişdir. İzahatlar: Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, noyabr ayında təqdim etdiyi bülleteni dəfələrlə təqdim etsə də qəbul etmədiklərini, çünki işdən azad edildiyini bildirdiklərini, iyul ayından maaş almadığını, poçtla bülleteni qəbul etmədiklərini, ona şifahi olaraq araşdırma prosesi getdiyindən işə buraxılmadığının bildirildiyini, həmçinin ambulator rejimə uyğun olaraq müayinələrdən geçdiyini, bülletenin ləğv edilməsi barədə heç bir sənədləşmə olmadığını, bülletenin ləğv edilməsi qaydalarının pozulduğunu, Səhiyyə Nazirliyinə bununla bağlı məlumat verilmədəyini, bununla bağlı prokurorluq orqanına şikayət etdiyini və araşdırma aparıldığını, əmrdə 4 ay işə gəlmədiyi qeyd edilsə də, HK-nin qərarında yalnız 01 oktyabr 2023-cü ilədək xəstəlik vərəqəsinin ləğv edildiyi müddətdə işə gəlməməsinin müzakirə olunmasını qeyd edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, bülletenin ləğv edilməsi barədə heç bir sənədləşmə olmadığını, bülletenin ləğv edilməsi qaydalarının pozulduğunu, Səhiyyə Nazirliyinə bununla bağlı məlumat verilmədəyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh SOCAR Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı 01 oktyabr 2023-cü il tarixindən işə çıxmalı olduğu halda işə çıxmır, 01 noyabrda General Hospitaldan məktub daxil olmuşdur. xx.xx.2023-cü ildə bununla bağlı təqdimat verilmiş, Həmkarlar İttifaqı Komitəsi onun işə çıxmaması ilə bağlı məlumatlı olmuşdur. noyabr ayının 2-dən 15-ə kimi olan bülleteni onlara təqdim etməmiş, yalnız 2024-cü ildə məhkəməyə müraciət etdikdən sonra məhkəməyə təqdim etmişdir. Yenə də 2 oktyabr tarixindən 1 noyabr tarixinədək heç bir üzrlü səbəb və ya xəstəlik vərəqəsi təqdim etməmiş və işə gəlməmişdir. Ona görə də işdən çıxarılması barədə əmrdə artıq 4 ay işə çıxmamağı qeyd edilmişdir. 07 dekabr tarixində əmrin verilməsinə səbəb isə onun işə gəlməsini gözləmələri olmuşdur, çünki ola bilərdi ki, o, yenə bülletendə olsun, işəgötürənin isə bundan məlumatı olmasın. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh SOCAR Cavabdeh nümayəndəsi X14 iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin “X21 Mərkəzinin nümayəndəsi X8 bildirmişdir ki, iddiaçı və digər işçilər barədə rəsmi məktub daxil oldu, araşdırdılar, ambulator rejimin pozulması müəyyən edildi, bununla bağlı həkimə töhmət verdilər. Bu işlə bağlı dəfələrlə dövlət qurumlarına çağırılmış, izahatlar vermişdir. Xəstə üç gündən bir vaxtında gəlməlidir və müayinələrdən keçməlidir. Xəstə tərəfindən rejim pozulduqda üç nəfərdən ibarət həkim məsləhət komissiyası iclas keçirir və yazılı qaydada qərar çıxarılır, bülleten ləğv edilir. Əlavə olaraq ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bülleteni kompyuterlə qeydiyyata alırlar, blankları Səhiyyə Nazirliyindən alırlar. Üç komissiya üzvü, bir digər həkim yoxlama apararaq qərar qəbul etmişlər. Ləğv olunmuş xəstəlik blankları ilə bağlı hesabat vermirlər. Sorğu verən Təhlukəsizlik İdarəsinə bununla bağlı məlumat vermişlər. Səhiyyə Nazirliyi tərəfindən yoxlama aparılarkən qeydiyyat kitabında etdikləri hərəkətləri araşdırır. Ambulator rejimin pozulması xəstənin vaxtında yoxlamalara gəlməməsi ilə müəyyən edilir – ambulator kartoçkada qeydiyyat aparılır, gəlmədiyi günlər göstərilir. 6 gündən sonra həkim-məsləhət komissiyası müayinəyə baxır, o, bununla bağlı yoxlama aparmışdır. Həmin dövrdə İddiaçı vaxtlı-vaxtında gəlib getməyib, amma xəstəliyi olub, yoxlamalardan vaxtında keçmədiyinə görə bülleten ləğv edilib. Əgər xəstə olmasaydı İddiaçı ümumiyyətlə xəstəlik vərəqəsi açılmazdı. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin olunmalıdır. Sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -ARDNŞ-nin Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 5072-2 saylı əmək müqaviləsindən görünür ki, Abuzərov X10 Təşkili şöbəsinə əməyin ödənilməsinin 13-cü dərəcəsi üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. - İşəgötürənlə işçi İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 5072-2 saylı əmək müqaviləsinə 5072-2/2 saylı əlavədən görünür ki, Əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdən aşağıdakı dəyişikliklər edilir: İşçinin tutduğu vəzifə “böyük mühəndis” adlandırılır. - İşəgötürənlə işçi İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 5072-2 saylı əmək müqaviləsinə 5072-2/4 saylı əlavədən görünür ki, Əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən aşağıdakı dəyişikliklər edilir: İşçinin işlədiyi struktur bölmə Mühafizənin Təşkili və Koordinasiya departamentının Kənar təşkilatların mühafizə xidmətinə nəzarət şöbəsi adlandırılır. - İşəgötürənlə işçi İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 5072-2 saylı əmək müqaviləsinə 5072-2/7 saylı əlavədən görünür ki, Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən aşağıdakı dəyişikliklər edilir: İşçi 30 saylı komandanın rəis müavini vəzifəsinə keçirilir. - İşəgötürənlə işçi İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 5072-2 saylı əmək müqaviləsinə 5072-2/8 saylı əlavədən görünür ki, Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən aşağıdakı dəyişikliklər edilir: İşçi 30 saylı komandanın əməyin ödəilməsinin 15-ci dərəcəsi üzrə komanda rəisi vəzifəsinə keçirilir. - İşəgötürənlə işçi İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 5072-2 saylı əmək müqaviləsinə 5072-2/11 saylı əlavədən görünür ki, Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən aşağıdakı dəyişikliklər edilir: İşçi əməyin ödəilməsinin 15-ci dərəcəsi üzrə 17 saylı komandanın komanda rəisi vəzifəsinə keçirilir. - İşəgötürənlə işçi İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 5072-2 saylı əmək müqaviləsinə 5072-2/12 saylı əlavədən görünür ki, Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən aşağıdakı dəyişikliklər edilir: İşçi 30 saylı komandanın rəis müavini vəzifəsinə keçirilir. - İşəgötürənlə işçi İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 5072-2 saylı əmək müqaviləsinə 5072-2/14 saylı əlavədən görünür ki, Əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən aşağıdakı dəyişikliklər edilir: İşçi 29 saylı komandanın rəis müavini vəzifəsinə keçirilir. Razılaşdırılmış dəyişiklik və əlavələr dərhal qüvvəyə minir və Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. - İşəgötürənlə işçi İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 5072-2 saylı əmək müqaviləsinə 5072-2/15 saylı əlavədən görünür ki, Əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən aşağıdakı dəyişikliklər edilir: İşçi 31 saylı komandaya ƏÖ-nin 15-ci dərəcəsi üzrə komanda rəisi vəzifəsinə keçirilir. - SOCAR Cavabdeh İntizam tənbehinin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, SOCAR**********00040020A00474 nömrəli əmrindən görünür ki, ... mühafizəçi E.Y.İlyasovun yol vermiş olduğu əmək və icra intizamı pozuntusu hərəkəti, qüvvədə olan əmək qanunvericiliyinə əsasən, əmək funksiyalarının kobud şəkildə pozulması halı kimi də qiymətləndirilir. SOCAR-ın Baş Ofisinin xx.xx.2022-ci il tarixli SOCAR**********00040020A00147 nömrəli əmrinin 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə göstərilənləri, eləcə də mühafizəçi E.Y.İlyasovun xx.xx.2022-ci il tarixdən hazirki vaxtadək naməlum səbəblərdən iş buraxmasını (işdə olmamasını) nəzərə almaqla, Obyektin mühafizəsinin təşkili və xidmətin aparılmasına nəzarət üzrə əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri səhlənkarlığa yol verərək keyfiyyətsiz yerinə yetirdiyinə görə, 31 saylı komandanın rəisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş, Komanda rəisi İddiaçı nəzərinə çatdırılmışdır ki, bu əmrin verildiyi tarixdən etibarən altı ay müddətində xidmətində bir daha nöqsana yol verərsə, barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəkdir. - "xxxx" MMC-nin X21 Mərkəzinin SN 00007 seriyalı, ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı kəskin nevrostemiya diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəlik vərəqəsi verilmişdir. - "xxxx" MMC-nin X21 Mərkəzinin SN 00007 seriyalı, ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı kəskin nevrostemiya diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəlik vərəqəsi verilmişdir. - 2 saylı X1 SN 00007 seriyalı, ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “obsesiv kompulsiv pozuntu, depresiv daxil olmalar” diaqnozu ilə 2 saylı X1 xəstəlik vərəqəsi verilmişdir. - "xxxx" MMC-nin “X21 Mərkəzinin SN 00007 seriyalı, ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “bel-oma radikulitinin kəskinləşməsi” diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək xəstəlik vərəqəsi verilmişdir. - SOCAR Cavabdeh Azərbaycan Respublikasının Tibbi Ərazi X2 xx.xx.2023-cü il tarixdə ünvanlanmış sorğusundan görünür ki, adları göstərilən-İddiaçı: xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2023-xx.xx.2023-cü il (Seriya SN 00008 №0070157, SN 00008 №0117056, xx.xx.2023- 31.03.20** SN ***07 №0317977 və digər 4 əməkdaşları bir neçə aydır ki, “Əmək qabiliyyətinin olmaması vərəqələri” təqdim edərək məsuliyyətdən yayınırlar. Vərəqələr “General hospital” tibb mərkəzi tərəfindən verilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqələrinin verilməsində şübhəli məqamların olduğunu nəzərə alaraq məsələnin araşdırılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. - X21 Mərkəzinin SOCAR Cavabdehnə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X21 Mərkəzinin rəhbərliyi HMK-nın iclasını keçirtmişdir, iclas zamanı X23 heyətinə SOCAR Cavabdeh işçilərinə xəstəlik vərəqələrini açarkən daha diqqətli almaları tapşırılmışdır. Həkim-terapevt X13 xəstələri tam müayinə etmədiyi üçün töhmət verilmişdir. - X21 Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “General Hospital" Tibb Mərkəzi tərəfindən SOCAR Tİ-nin işçiləri İddiaçı verilmiş SN ******* və digər 7 əməkdaşlarının xəstəlik vərəqələrinin əsassız verilməsi müəyyən edildiyindən əmək qabiliyyətinin olmaması vərəqələri ləğv edilərək həkim-terapevt X13 töhmət verilmişdir. - xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, xx.xx.2023-cü il tarixdən xidmətə gəlməyən, 31 saylı komandanın rəisi İddiaçı Tİ HİK-nin sədri M.Aşurov tərəfindən xx.xx.2023-cü il tarixdə Tİ-yə dəvət olunmuşdur. Ti-yə gələn İddiaçı diqqətinə HİK sədri M.Aşurov tərəfindən ‘'General Hospitardan Tİ-yə daxil olan 129 saylı 01.11 2023-cü il tarixli məktubun məzmunu çatdırıldı, sözügedən məktubda onun təqdim etdiyi SN0978S70 nömrəli xəstəlik vərəqəsinin əsassız verilməsi səbəbindən ləğv edildiyinin qeyd olunduğu bildirildi və İddiaçı izahat yazmaq üçün XTŞnın mühəndislər olan otağına göndərildi. İddiaçı XTŞ-nin mühəndislər olan otağına gələrək hazırda da xidmətdə olmadığını, müalicə aldığını bildirdirdi və izahat yazmaqdan imtina etdi. - Azeri Expressin xx.xx.2023-cü il tarixli Aktından görünür ki, xx.xx.2023 tarixində Cavabdeh şirkətindən Ramana, Bakı, Azərbaycan ünvanında yerləşən İddiaçı ********** adına Azeri Express MMM şirkəti vasitəsi ilə qaimə nömrəsi A384542 olan məktub göndərilmişdir. Vətəndaş ilə 4 gündür əlaqə saxlanılır, amma zənglərə cavab vermir. Bununla yanaşı ünvan da natamamdır. Bu səbəblərdən məktub çatdırılmamışdır. - SOCAR-ın Cavabdeh 31 saylı komandasının rəisi İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdən hal-hazıradək işə çıxmır, həmin tarixdən xx.xx.2023-cü il tarixinədək əmək qabiliyyətininin müvəqqəti itirilməsi barədə müvafiq sənəd idarəyə təqdim olunub. xx.xx.2023-cü il tarixdən etibarən buraxılmış iş günlərini üzürlü sayacaq hər hansı sənəd, bildiriş, yazılı və ya şifahi məlumat olmadığından, məsələ araşdırılıb və müvafiq struktur bölmə tərəfindən hüquqi rəy verilib. Belə ki, qeyd olunan müddət ərzində heç bir üzürlü səbəb göstərmədən işə çıxmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilməsi qərara alınıb. Qanunvericiliyin tələbinə uyğun olaraq, məsələyə münasibət bildirməsi üçün xx.xx.2023-cü il tarixdə Cavabdeh Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərilib və sonuncunun xx.xx.2023-cü il tarixli, 191 saylı qərarı ilə əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilməsinə etiraz edilməyib. Bununla belə, xx.xx.2023-cü il tarixdən halhazıradək buraxmış olduğu iş günlərini üzürlü sayacaq sənəd vardırsa, xx.xx.2023-cü il tarixdə, iş gününün sonunadək İdarəyə təqdim etməyi xahiş olunmuşdur. Əks təqdirdə, növbəti iş günü əmək müqaviləsi ləğv ediləcəkdir. - xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, SOCAR Cavabdeh HİK-nın baş mühasibi X5, İnsan resursları şöbəsinin rəis müavini X12 SOCAR Nəqliyyat İdarəsində sürücü peşəsində işləyən X3 və Hüquq şöbəsinin böyük hüquq məsləhətçisi X9 iştirakları ilə Cavabdeh rəhbərliyi tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Xəbərdarlıq bildirişini (xx.xx.2023-cu tarixdən xx.xx.2023-cü il tarixə kimi iş buraxmasına görə, iş günlərini üzürlü sayacaq sənədinin olmasını və xx.xx.2023-cü il tarixdə iş gününün sonuna kimi İdarəyə təqdin etməsi barədə) 31 saylı komandada rəisi vəzifəsində işləyən İddiaçı Yaqut oğluna şəxsən çatdırılması üçün “NİVA" markalı dövlət nömrə nişanı ** PN *** olan avtomobillə onun yaşadığı Bakı şəhəri, Ramana qəsəbəsi, Yeni yaşayış massivindək evinə getdilər. Qeyd olunan ünvanın həyətin dəmir qapısının qarşısında dayanıb, dəmir qapın dəfələrlə döydülər və xeyli gözlədilər, lakin, həyət qapısını açan olmadı, evdə heç kim olmadığını zənn edib insan resursları şöbəsinin rəis müavini A Hüseynov tərəfindən saat 12:50-də (050) *** ** ** mobil telefon vasitəsi ilə İddiaçı məxsus (050) *** ** ** mobil nömrəyə zəng vurdular, lakin İddiaçı tərəfindən telefona cavab verilmədi. Mobil telefon vasitəsilə həmin ünvanın qarşısının fotoşəklini və video çəklişini etdilər. - SOCAR Cavabdeh Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış təqdimatdan görünür ki, Cavabdeh XTŞ-nin rəisi M.Mehdiyevin xx.xx.2023-cü il tarixli 14-2-11/3-5- 2527/2023 saylı xidməti yazısına baxılmışdır. Təqdim olunmuş xidməti yazıdan və xidməti yazıya əlavə olunmuş sənədlərdən görünür ki, 31 saylı komandanın rəisi İddiaçı 16.01,2023-cü il tarixdən xidmətə çıxmamış, 04.11,2023-cü il tarixdə Tİ-nin HİK-nin sədri M.Aşurov tərəfindən İdarəyə dəvət olunmuş və “General Hospital” Tibb Mərkəzinin HMK-nin sədri R.İ.Mikaylovun SOCAR Cavabdehnə təqdim etdiyi 01.11,2023-cü il tarixli 129 nömrəli məktubu ona təqdim olunaraq, məktubda qeyd olunan SOCAR Tİ-nin işçisi İddiaçı verilmiş SN ******* nömrəli əmək qabliyyətinin olmaması vərəqəsi əsassız olduğu üçün ləğv edilməsi barədə bildirilmişdir. Qeyd olunan əmək qabliyyətinin olmaması vərəqəsində İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək qabliyyətinin olmaması qeyd olunmuşdur. Faktla bağlı mühafizəçi İddiaçı izahat verilməsi bildirilmiş, lakin o, “General Hospital” Tibb Mərkəzi tərəfindən, verilmiş SN0978570 nömrəli əmək qabliyyətinin olmaması vərəqəsinin saxta olmasını bilmədiyini, həqiqətən xəstə olmasını qeyd etməklə, izahat verməkdən imtina etmiş və bu barədə akt tərtib olunmuşdur. Nəzərə alınmalıdır ki, qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əsasən xəstəliklə əlaqədar işçinin üzrlü səbəblərdən iş buraxması AR NK-nin xx.xx.1993-cü il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təlimatla müəyyən edilmiş rəsmi sənədlərlə təsdiq edilməlidir. Bununla da, 31 saylı komandanın rəisi İddiaçı hərəkəti, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirilməli və o, həmin Məcəllənin 186-cı maddəsinin 1-ci bəndinə əsasən məsuliyyətə cəlb edilməlidir. Yol verdiyi əmək və icra intizamı pozuntusu hərəkətlərinin (hərəkətsizliyinin) dərəcəsindən xarakterindən asılı olaraq qərara alınmışdır ki, 31 saylı komandanın mühafiəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməlidir. Bu qərara gələrkən onun, öz əmək funksiyalarını və peşə borclarını (öhdəliklərini) kobud şəkildə pozmasına görə müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozması əsas götürülmüşdür. Belə ki, onun bağladığı əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri səhlənkarlığa və etinasızlığa yol verərək kobud şəkildə pozmasında əks olunan hərəkətləri (hərəkətsizlikləri), digər işçilərə də mənfi tərbiyəvi təsir göstərir, etibarlı mühafizə xidmətinin təşkil edilməsinə maneə yaradır və komandada ümumi nizam-intizam səviyyəsinin aşağı düşməsinə, eləcə də işəgötürənin müqavilə üzrə “Sifarşçi” təşkilat qarşısında işgüzar nüfuzuna xələl gətirməsinə səbəb olur. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinə əsasən “Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır." Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.2 maddəsinə uyğun olaraq 31 saylı komandanın mühafizəçisi İddiaçı ilə əlaqədar məsələyə münasibət bildirilməyi xahiş edilmişdir. - SOCAR Cavabdeh Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin iclasının 17 noyabr 2023cü il tarixli 191 saylı qərarından görünür ki, Cavabdeh XTŞ-nin rəisi M.Mehdiyevin xx.xx.2023-cü il tarixli 14-2-11/3- 5-2527/2023 saylı xidməti yazısına baxılmışdır. Təqdim olunmuş xidməti yazıdan və xidməti yazıya əlavə olunmuş sənədlərdən görünür ki, 31 saylı komandanın rəisi İddiaçı xx.xx.2023-cü il tarixdən xidmətə çıxmamış. xx.xx.2023-cü il tarixdə Tİ-nin HİK-nin sədri M.Aşurov tərəfindən İdarəyə dəvət olunmuş və “General Hospital” Tibb Mərkəzinin HMK-nin sədri R.İ.Mikayılovun SOCAR Cavabdehnə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 129 nömrəli məktubu ilə İddiaçı tanış etmişdir. Məktubdan aydın olur ki, SOCAR Tİ-nin işçisi İddiaçı verilmiş SN ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız olduğu üçün ləğv edilib. İddiaçı “General Hospital” Tibb Mərkəzini məhkəməyə verəcəyini bildirib. Fakt isə odur ki, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq iş buraxmasının səbəbini rəsmi təsdiq edən sənəd təqdim etməmişdir. Onu da qeyd edək ki, İddiaçı xidmətində yol verdiyi qanun pozuntularına görə barəsində yazılmış təqdimat HİK-ə göndərilmişdi. xx.xx.2023-cü ildə HİK-in iclasında məsələyə baxılmış və İddiaçı barəsində AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinə etiraz edilməmişdir. Aparılan müzakirələrdən sonra HİK Rəyasət Heyəti yekdilliklə 31 saylı komandanın rəisi İddiaçı barəsində ARƏM-nin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinə etiraz edilməmişdir. - SOCAR Cavabdeh 14M1/3-1K-222/2023 saylı xx.xx.2023-cü il tarixli İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında Əmrdən görünür ki, Cavabdeh xidmətin təşkili şöbəsinin rəisi Mehman Mehdiyevin xx.xx.2023-cü il tarixli 14-2-11/3-5-2527/2023 saylı xidməti yazısı və ona əlavə olunmuş sənədlərdən müəyyən olmuşdur ki, 31 saylı komandanın rəisi İddiaçı xx.xx.2023-cü il tarixdən bu günədək işə gəlmir və qeyd olunan tarixdən xx.xx.2023-cü il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə davamlı vərəqələr təqdim etmişdir. İddiaçı xidmətdə yol verdiyi kobud pozuntulara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.2 maddəsinə uyğun olaraq məsələyə münasibət bildirilməsi məqsədilə Cavabdeh Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərilmiş, xx.xx.2023-cü ildə HİK-ın iclasında məsələyə baxılmış İddiaçı barəsində AR ƏM-nın 70-cı maddəsinin ç bəndinin tətbiq edilməsinə etiraz edilməmişdir və qərar qüvvəyə mindiyi tarixdən İddiaçı bu günədək işə gəlməmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı Tİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri M.Aşurov tərəfindən İdarəyə dəvət olunmuş və “General Hospital” X23 Müalicə Komissiyasının sədri və eyni zamanda Mərkəzin baş həkimi R.İ.Mikayılovun SOCAR Cavabdehnə ünvanladığı xx.xx.2023-cü il tarixli 129 nömrəli məktubu ilə tanış edilmişdir. Məktubdan aydın olur ki, SOCAR Tİ-nin işçisi İddiaçı (xx.xx.2023-cü il tarixdən–xx.xx.2023-cü i l tarixədək) verilmiş SN ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız olduğu uçün ləğv edilib İddiaçı isə “General Hospital” Tibb Mərkəzini məhkəməyə verəcəyini bildirərək İdarənin inzibati binasını tərk etmiş və bu gününədək ondan İdarəyə hər hansı bir istər yazılı, istərsə də şifahi məlumat daxil olmamış, xx.xx.2023-cü il tarixdən etibarən (4 aydan artıq müddət ərzində) buraxılmış iş günlərini üzrlü hesab edəcək hər hansı sənəd, bildiriş və ya məlumat təqdim edilməmişdir. Bununla da, 31 saylı komandanın rəisi İddiaçı hərəkəti (hərəkətsizliyi) qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin 'a' bəndinə (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsasən işçi tərəfindən onunla bağlanmış əmək müqaviləsi üzrə üzərinə götürdüyü vəzifələrinin kobud şəkildə pozulması halı kimi qiymətləndirilərək onun həmin Məcəllənin 186-cı maddəsinin 1-cı bəndinə əsasən məsuliyyətə cəlb edilərək, əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin ‘ç’ bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən işəgötürən tərəfindən ləğv edilməsinin mümkünlüyü nəzərdə tutulur. Belə ki, qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əsasən özünün, yaxın qohumunun xəstəliyi ilə əlaqədar işçinin üzrlü səbəblərdən ış buraxması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat la müəyyən edilmiş rəsmi sənədlə (1-ci bənd ‘Sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətim itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur) təsdiq edilməlidir. 31 saylı komandanın rəisi İddiaçı tərəfindən isə qeyd olunduğu kımı xx.xx.2023-cü il tarixdən etibarən (4 aydan artıq müddət ərzində) buraxılmış ış günlərinin üzürlu hesab edəcək hər hansı sənəd bildiriş və ya məlumat İdarəyə təqdim edilməmişdir. Digər tərəfdən, İdarəyə (işəgötürənə) 31 saylı komandanın rəisi İddiaçı tərəfindən xəstəlik və ya əmək qanunvericiliyi ilə nəzərdə tutulmış hər hansı başqa səbəblərdən öz hesabına ödənişsiz məzuniyyətin verilməsinə (AR Əmək Məcəlləsi, maddə 129-130) dair müraciət də daxil olmamışdır. Qeyd olunmalıdır ki, 31 saylı komandanın rəisi İddiaçıla bağlanmış əmək müqaviləsinə AR ƏM-nın 72-cı maddəsinin “a” bəndini əsas götürməklə Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin mümkünlüyünə Məcəllənin 71-ci maddəsinin 2-cı hissəsi ilə təsbit olunmuş şərtin (Bu Məcəllənin 70-cı maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın əmək və icra intizamının normal ahəng, pozulmuş olsun) mövcudluğu da əsas vermişdir. Bu qərara gələrkən onun öz əmək funksiyalarını və peşə borclarını (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın,əmək və icra intizamının normal ahəngini pozması əsas götürülmüşdür. Belə ki, adı çəkilən işçi ölkə üzrə strateji əhəmiyyətə malik obyektin mühafizəsini həyata keçirən komandanın rəisi vəzifəsini tutur, onun uzun müddət İdarəyə (işəgötürənə) hər hansı bir məlumat və ya bildiriş təqdim etmədən iş buraxması işdə olmaması halı isə etibarlı Mühafizənin təmin edilməsi üzrə komandanın üzərinə qoyulmuş xidmətin təşkili və aparılmasında yarana biləcək boşluqlann və digər xoşagəlməz halların baş vermə ehtimallarının artmasına zəmin yaradır. Bundan başqa, 31 saylı komandanın rəisi İddiaçı barəsində AR ƏM-nın 70-ci maddəsinin “ç” bəndində təsbit olunmuş əsasla tədbir görülməsində İdarə tərəfindən (nümayəndələrin) dəfələrlə onunla istər rabitə və ya digər vasitələrlə istərsə də özu tərəfindən təqdim olunmuş yaşayış ünvanına getməklə əlaqənin yaradılmasına göstərilmiş cəhdlərin nəticəsiz olması eləcə də onun özünün hərəkəti (hərəkətsizliyi) barədə İdarəyə hər hansı sənəd bildiriş və ya məlumat verməməsi halları da nəzərə alınmışdır. Göstərilənləri nəzərə alaraq və Azerbaycan Respublikasının Əmək Məcəlləsinin 80.2 maddəsinə uyğun olaraq 31 saylı komandanın rəisi İddiaçıla bağlı məsələyə münasibət bildirilməsi məqsədilə Cavabdeh Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərilib və HİK Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli iclasının 191 №-li qərarına əsasən işə gəlmədiyi və həmin günlərə sənəd təqdim edə bilmədiyi üçün 31 saylı komandanın rəisi İddiaçı barəsində AR ƏM-nın 70-cı maddəsinin “ç” bəndinin tətbiq edilməsinə etiraz edilməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində İddiaçı evinə "xxxx" MMM vasitəsi ilə qaıme nömrəsi A384542 olan barəsində qəbul edilmiş qərarla bağlı məktub (bildiriş) göndərilmişdir. Lakin İddiaçı ünvanına məktub çatdırmaq və özü ilə əlaqə saxlamaq mümkün olmamışdır. xx.xx.2023-cü il tarixində Cavabdeh insan resursları şöbəsinin rəis müavini Alov Hüseynov, hüquq şöbəsinin böyük hüquq məsləhətçisi Elxan İlyasov və HİK-nın işçisi Faiq Gülməmmodov bildirişi təqdim etmək üçün İddiaçı yaşadığı ünvana getmişdir. Evdə heç kim olmadığı və telefonla əlaqə yaratmaq olmadığı üçün bildirişi təqdim etmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq 31 saylı komandanın rəisi İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. -"xxxx" MMC-nin “X21 Mərkəzinin xx.xx.2023-cü il tarixli 22 nömrəli əmrindən həkim terapevt X13 xəstəlik vərəqələrini verərkən etdiyi nöqsanlara görə töhmət verilmişdir. -"xxxx" MMC-nin “X21 Mərkəzinin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, SOCAR Tİ-nin işçisi İddiaçı ambulator rejimi pozduğuna görə ona verilmiş SN ******* seria nömrəli xəstəlik vərəqəsi ləğv edilərək həkim-terapevt X13 töhmət verilmişdir. -"xxxx" MMC-nin “X21 Mərkəzinin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, SOCAR Tİ-nin işçisi İddiaçı ambulator rejimi pozduğuna görə ona verilmiş SN ******* seria nömrəli xəstəlik vərəqəsi Həkim Məsləhət Komissiyasının qərarına əsasən ambulator rejimi pozduğuna görə ləğv edilmişdir. - 2 saylı X1 SN 00007 seriyalı, ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “obsesiv kompulsiv pozuntu, depresiv daxil olmalar” diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi də daxil olmaqla işdən azad edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdə ARDNŞ (SOCAR) Cavabdehnə işə qəbul olunmuş, əmək fəaliyyəti dövründə müxtəlif vaxtlarda bir neçə dəfə vəzifə dəyişikliyi olmuş, sonuncu dəfə xx.xx.2021-ci il tarixində SOCAR Cavabdehndə 31-ci komandaya əməyin ödənilməsinin 15-ci dərəcəsi üzrə komanda rəisi vəzifəsinə keçirilmişdir. Cavabdeh tərəfin mövqeyindən görünür ki, Abuzərov X6 İdarəsində sonuncu iş yeri Tİ-nin 31 saylı komandasının (H.Əliyev adına X26-strateji obyekt) rəisi vəzifəsində işləyərkən Tİ-nin xx.xx.2022-ci il tarixli SOCAR**********00040020A00147 saylı əmri - obyektin mühafizəsini təşkili və xidmətin aparılmasına nəzarət üzrə əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri səhlənkarlığa yol verərək keyfiyyətsiz yerinə yetirdiyi üçün töhmət almış və sonrakı fəaliyyətində xidməti işində aşkarlanmış ciddi nöqsanlarla bağlı araşdırmanın nəticələri əsasında (buraxılış rejimini kobud surətdə pozaraq buraxılış rejimi Qaydalarının tələblərini icra etmədiyi) və əvvəllər intizam tənbehi olduğuna görə onun barəsində toplanmış materiallar əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericiliyin tələblərinə riayət olunaraq Həmkarlar İttifaqının razılığını almaq məqsədilə Tİ-nin Həmkarlar İttifaqı Komitəsinə göndərilmişdir. Tİ HİK Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli iclasının 168 №-li Qərarı ilə onun barəsində AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən müvafiq tədbirin görülməsinə razılıq vermişdir. Muəyyən edilmişdir ki, iddiaçının adına olan və cavabdehə təqdim edilmiş Baş Səhiyyə Mərkəzinin 16 saylı poliklinikasının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "bel ağrısı” diaqnozu ilə, işə başlamalı xx.xx.2022-ci il, “X22” xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “kəskin respirator xəstəliyi” diaqnozu ilə, işə başlamalı xx.xx.2023-cü il tarixdə, General Hospital” Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixdən 31,05.2023-cü il tarixədək “kəskin nevrosteniya” diaqnozu ilə, işə başlamalı xx.xx.2023-cü tarixdə və 2 saylı X1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək “obsesiv kompulsiv pozuntu, depresiv daxil olmalar” diaqnozu ilə, işə başlamalı xx.xx.2023-cü il tarixdə, “General Hospital” Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “bel-oma radikulitinin kəskinləşməsi diaqnozu, işə başlamalı xx.xx.2023-cü il tarixdə əmək qabiliyyətinin olmaması vərəqələri əsasında işdə olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, SOCAR Cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Azərbaycan Respublikasının Tibbi Ərazi X2 xx.xx.2023-cü il tarixdə sorğu ünvanlayaraq özünü doğrultmayan əməkdaşlarının barəsində ciddi qərar qəbul edildiyi anda onların tibb müəssisələrində üz tutaraq müxtəlif diaqozlar üzrə və uzunmüddətli olmaqla “Əmək qabiliyyətinin olmaması vərəqəsi” təqdim edərək yayınmaları və bu yayınmaların aylarla davam etməsininin intensiv xarakter daşıması həmin vərəqələrin hansı yolla əldə edilməsi ilə bağlı müəyyən şübhələr yaratması ilə əlaqədar iddiaçının, eləcə də digər əməkdaşların “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin verilməsində şübhəli məqamlar olmasını nəzərə alaraq məsələlərin araşdırılması üçün aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. «General Hospital» Tibb Mərkəzinin SOCAR Tİ-nin işçiləri İddiaçı verilmiş SN ******* və digər 7 əməkdaşlarının xəstəlik vərəqələrinin əsassız verilməsi müəyyən edildiyindən əmək qabiliyyətinin olmaması vərəqələri ləğv edilərək həkim-terapevt X13 töhmət verilməsinə dair xx.xx.2023-cü il tarixli məktubu cavabdehə daxil olduqdan sonra artıq işdə olan iddiaçıya məktubla bağlı məlumat verilərək onun izahat yazılmasından imtina etməsi ilə bağlı xx.xx.2023-cü il tarixli Akt tərtib edilmişdir. Bundan sonra cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdən heç bir üzrlü sayacaq hər hansı səbəb göstərmədən işə çıxmadığına görə, onun heç bir əsası olmadan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə olan müddət ərzində qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olduğunu nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi üçün xx.xx.2023-cü il tarixdə Tİ Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərilmiş və sonuncunun xx.xx.2023-cü il tarixli 191 saylı qərarı ilə xitam verilməsinə razılıq vermişdir. Lakin, cavabdeh tərəfin izahatlarından görünür ki, Həmkarlar İttifaqı Komitəsinin qərarının olmasına baxmayaraq iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməyərək hər bir halda üzrlü səbəb varsa İdarəyə gəlib təqdim olunması məqsədi ilə xx.xx.2023-cü il tarixdə “XƏBƏRDARLİQ BİLDİRİŞİ” "xxxx" MMC şirkəti vasitəsilə İddiaçı İdarəyə təqdim etdiyi ünvana göndərilmiş, xx.xx.2023-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinin nüməyəndəsi ilə birlikdə İdarənin işçiləri “XƏBƏRDARLİQ BİLDİRİŞİ”ni İddiaçı əlbəəl verilməsi üçün yaşadığı ünvana getmiş, onunla telefon əlaqəsi saxlanılmış, lakin həmin bildirişi ona təqdim etmək mümkün olmamışdır. Beləliklə də, cavabdeh tərəf sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunmasını təsbit edən «Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında» AR NK-nin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 1-ci hissəsinə əsasən İddiaçı 4 aydan artıq müddət ərzində heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə görə hərəkətlərini AR ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirilmiş və onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ”ç” bəndinə əsasən Tİ-nin xx.xx.2023-cü il tarixli 14-2-11/3-1 K-222-2023 saylı əmri ilə xitam verilmişdir. İddiaçı hazırda həmin əmrin qanuniliyini mübahisələndirərək tələbinin əsası kimi 2023-cü ilin oktyabr ayının 1-də ona iş yerinə təqdim etdiyi Əmək qabiliyyətinin olmaması vərəqəsi (xəstəlik) vərəqəsi etibarlı olmaması üçün işdən azad ediləcəyini bildirmələrini, lakin işdən çıxarılmamasını, xx.xx.2023-cü il tarixində onu iş yerinə dəvət edərək, SOCAR Cavabdeh Həmkarlar İttifaqı Komitəsi sədrinin, həmçinin orada olan Cavabdeh insan resursları və hüquq şöbələri rəhbərlərinin iştirakı ilə keçirilən iclasda xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək dövrdə o, işdə olmalı olduğu halda, heç bir üzürlü səbəb olmadan iş buraxdığına görə də barəsində işdən azad olunma növündə intizam təhbehi tətbiq ediləcəyini, onun isə xəstəlik vərəqəsinin etibarsızlığı barədə məktubun əsaslı olmadığını, xəstəliyinin müalicəsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməklə iş buraxdığını, tibb müəssisəsinin sonrakı məktubunun onun müalicə almağı faktını heç cür təkzib etmədiyini bildirməsini, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab olunan məktubda ondan başqa digər 9 (doqquz) nəfərə verilmiş xəstəlik vərəqələrinin “etibarsız” qeyd olunmasına baxmayaraq, yalnız onun barəsində, özü də, ƏM-nin 70. maddəsinin ç) bəndi üzrə əmək müqaviləsinə xitam verilməsinə dair intizam tənbehi verilməsinin qanunsuz olmasına istinad etmişdir. Həmçinin müəyyən edilir ki, 2 saylı X1 SN 00007 seriyalı, ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, İddiaçı “obsesiv kompulsiv pozuntu, depresiv daxil olmalar” diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi də daxil olmaqla işdən azad edilmişdir. Məhkəmə tərəflərin iddia və etirazında istinad etdiyi hallar üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. İş materiallarında olan tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, eləcə də Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin normanın 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. - 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin normanın 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllinin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Həmin normanın «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan, işçinin bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuya qanunvericiliklə verilən hüquqdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. İntizam tənbehinin verilməsi qaydaları isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsi ilə tənzimlənir. Həmin normanın İ hissəsi intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Həmin normanın İİ hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 187-ci maddəsinin İİİ hissəsinə görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən bir il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Məhkəmənin mövqeyi: Məhkəmə, ilk öncə qeyd etməyi zəruri sayır ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir üzrlü sayılacaq hər hansı səbəb göstərmədən işə çıxmadığına görə işdən azad edilməsinə dair cavabdehin dəlillərini əsaslı saymır və hesab edir ki, bu dəlillər müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin “X21 Mərkəzinin nümayəndəsi X4 izahatının məzmunu ilə tam təkzib edilir. Belə ki, müəyyən edilmişdir ki, SOCAR Tİ-nin işçisi İddiaçı ambulator rejimi pozduğuna görə ona verilmiş SN ******* seriya nömrəli xəstəlik vərəqəsinin ləğv edilməsi və bununla bağlı həkimterapevt X13 töhmət verilməsi heç də həmin xəstəlik vərəqələrinin qeyri-səhih və ya saxta olması ilə bir bağlılığı olmamışdır. İddiaçı həqiqətən də xəstəliyi ilə əlaqədar müayinə və müalicə edilmiş, sadəcə ambulator rejimin pozulması hallarına yol vermiş, vaxtlı-vaxtında gəlib yoxlamalardan keçmədiyinə görə xəstəlik vərəqəsi ləğv edilmiş, bu əsaslara görə də həkim-terapevt X13 töhmət verilmişdir. «Seymur-M” MMC-nin “X21 Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubunda SOCAR Tİ-nin işçisi İddiaçı adına xəstəlik vərəqəsinin ləğv edilməsi onun əsassız verilməsi ilə əsaslandırılsa da, bu əsassızlığın nədən ibarət olması açıqlanmamışdır. Lakin məhkəməyə təqdim edilmiş məktublarında ləğvin əsası kimi ambulator rejimin pozulması göstərilmişdir. Verilmiş izahatdan da görünür ki, ambulator rejimin pozulması xəstənin yoxlamalara vaxtında gəlməməsi ilə müəyyən edilir – ambulator kartoçkada qeydiyyat aparılır, gəlmədiyi günlər göstərilir. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya intizam tənbehinin verilməsi zamanı əmək qanunvericiliyi ilə təsbit edilmiş prosedur qaydalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçının adına olan xəstəlik vərəqəsinin ləğv edilməsi tibbi əsaslarla deyil, vərəqəni verən tibb müəssisəsinin daxili prosedur qaydalarının pozulması səbəbindən baş verdiyindən, bu hal onun üzürsüz səbəbdən işə çıxmaması kimi qiymətləndirilə bilməz. Cavabdeh iddiaçının və uzun müddətli əmək qabiliyyətinin olmaması vərəqələri əsasında işdə olmayan digər işçilərin bu vərəqələrin verilməsi ilə bağlı apardığı araşdırmalar (sorğular verilməsi) nəticəsində iddiaçının xəstəlik vərəqələrinin əsassız verilməsi müəyyən edilməklə yanaşı, onun adına olan əmək qabiliyyətinin olmaması vərəqələrinin ləğv edilərək həkim-terapevt X13 töhmət verilməsinə dair «General Hospital» Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu əldə edildikdən sonra iddiaçının adına olan SN ******* saylı xəstəlik vərəqəsinin dövründə onun üzürsüz səbəbdən işə çıxmamasını əsas götürərək, ona intizam tənbehi vermək məqsədilə qanunla müəyyən edilmiş qaydalar əsasında əmək müqaviləsinə xitam verilməsi üçün xx.xx.2023cü il tarixdə Tİ Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərmiş və sonuncu xx.xx.2023-cü il tarixli 191 saylı qərarı ilə əmək münasibətinə xitam verilməsinə razılıq vermişdir. Lakin, müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh bu müqaviləyə xitam verməyərək bunu iddiaçının hər bir halda üzrlü səbəbə dair müvafiq sənədinin təqdim oluna bilməsi ehtimalı ilə izah etmiş və bu məqsədlə də iddiaçının ünvanına rəsmi bildiriş göndərmiş, hətta nümayəndələrinin belə onun evinə getməsini göstərmişdir. Məhkəmə, cavabdehin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bu müqaviləyə xitam verməməsinin səbəblərinə dair irəli sürdüyü dəlilləri buna dair müvafiq sənədlər təqdim etməsinə baxmayaraq inandırıcı saymır. Belə ki, məhkəmə qeyd edir ki, cavabdehin mövqeyindən yanaşıldıqda artıq o iddiaçının “əmək qabiliyyətinin olmaması vərəqəsi”nin “General Hospital” tibb mərkəzi tərəfindən ləğv edilməsinə dair məktubunu almaqla onun xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində işə üzürsüz səbəbdən çıxmamasına tam əmin olduğu halda, xx.xx.2023-cü il tarixi də daxil olmaqla sonrakı yaxın tarixlərdə əmək müqaviləsinə xitam verilməsinə dair əmrini qəbul edə bilərdi. Lakin, cavabdehin özlərinin bildirdiyinə görə, iddiaçının xx.xx.2023-cü il tarixdən də işə gəlmədiyi halda, xx.xx.2023-cü il tarixə kimi göstərdiyi qaydada barəsində əmr verməyərək gözləmə mövqeyində olmasına dair izahatları məhkəmə səmimi verilən izahatlar kimi qəbul etmir. Məhkəmə, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək qabiliyyətinin olmaması vərəqəsinin cavabdeh tərəfin qəbul etmək istəmədiklərinə dair izahatlarını inandırıcı sayır və qeyd edir ki, cavabdeh tərəfin iddiaçının 02 oktyabr - 01 noyabr 2023-cü il tarixinədək də heç bir üzrlü səbəb olmadan işə çıxmamasına dair dəlilləri işin araşdırılmış halları ilə öz təsdiqini tarmamışdır. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2023-cü il tarixindən işdə olmamasının səbəbi cavabdehin iddiaçının adına olan xəstəlik vərəqələri ilə bağlı araşdırma aparılmasının və işdən azad edilməsinin şifahi qaydada ona bildirmələri olmuşdur. Məhz bu baxımdan məhkəmə iddiaçının bununla bağlı izahatlarını inandırıcı sayır. Çünki, işin materiallarından görünür ki, “X21 Mərkəzinin məktubu xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, əgər iddiaçı həqiqətən də xx.xx.2023-cü il tarixdən üzürsüz səbəblərdən işə çıxmamışdırsa, “X21 Mərkəzi»nin məktubunu gözləməyə zərurət olmadan onun barəsində intizam tənbehinin görülməsi üçün kifayət qədər əsas var idi. Lakin göründüyü kimi, cavabdeh “X21 Mərkəzinin məktubunun xx.xx.2023-cü il tarixdə daxil olmasından sonra hətta iddiaçını İdarəyə dəvət edərək ondan müvafiq izahat almağa da cəhd etmiş və bu halı aktlaşdırmışdır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixə kimi işə çıxmamasının səbəbi həm cavabdehin təşəbbüsü, həm də 2-14 noyabr tarixlərində əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqəsi olmuşdur. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü tarixə kimi işə çıxmaması nə Tİ Həmkarlar İttifaqı Komitəsinə işəgötürən tərəfindən göndərilmiş təqdimatda öz əksini tapmamış, nə də ki, sonuncunun xx.xx.2023-cü il tarixli 191 saylı qərarı ilə müzakirə edilməmişdir. Həmin qərarla iddiaçının yalnız ləğv edilmiş xəstəlik vərəqəsində göstərilən müddət, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək heç bir üzrlü sayılacaq hər hansı səbəb göstərmədən işə çıxmadığına görə, onun heç bir əsas olmadan göstərilən müddət ərzində qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngin pozulması müzakirə olunmuşdur. Lakin, iddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli əmrdə onun xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2023-cü il tarixə kimi olan müddət deyil, 4 aydan artıq müddət ərzində, yəni, xx.xx.2023-cü il tarixindən əmr verilən tarixə kimi işə üzürsüz səbəbdən çıxmaması göstərilərək hərəkəti (hərəkətsizliyi) qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin 'a' bəndinin pozuntusu kimi qiymətləndirilmişdir. Halbuki, qeyd olunduğu kimi cavabdeh işəgötürən tərəfindən Tİ Həmkarlar İttifaqı Komitəsinə göndərilən təqdimatda və sonuncunun xx.xx.2023-cü il tarixli 191 saylı qərarından aydın görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində işə çıxmaması məsələsi müzakirə edilmişdir. Yuxarıda göstərilən işin müəyyən edilmiş halları məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, SOCAR-ın Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-11/3- 1K-222/2023 nömrəli əmri əsassız qəbul edilməklə iddiaçının hüquqları pozulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən onun hərəkətlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndində nəzərdə tutulan hal olmadığından cavabdeh-işəgötürən tərəfindən əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməklə işdən azad olunması kimi intizam tənbehi verilməsi Əmək Məcəlləsinin 186-cı maddəsinin tələbləri baxımından qanun pozuntusudur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməli, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı barəsində olan SOCAR-ın Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-11/3- 1K-222/2023 nömrəli əmri əmək qanunvericiliyinin tələbləri baxımından qanuni olmadığı üçün ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı, 01 oktyabr 2023-cü il tarixindən hesablanmaqla işə bərpa edilən günədək ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Lakin, məhkəmə məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qənaətinə gələrkən 2023-cü ilin noyabr ayında iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənişlərinin hazırki qətnamənin icrasından kənar qaydada cavabdeh tərəfindən ödənilməli olmasını nəzərə almışdır. Həmçinin, məhkəmə iddia tələblərinin xəstəliyə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti üçün müavinətin ona ödənilməsi üçün qanunvericiliklə işəgötürənə aid olunan öhdəliklərin icra olunmasının cavabdeh tərəfindən təmin edilməsi hissəsi üzrə qeyd edir ki, iddiaçıya son haqqhesab ödənilərkən, SN 00007 № ******* saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsi” əsasında əmək fəaliyyətindən müvəqqəti azad olunduğu xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığındakı müddət üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilməməsinin səbəbi onun adına olan xəstəlik vərəqəsinin ləğv edilməsinə dair "xxxx" MMC-nin “X21 X15 Komissiyasının qərarı olmuşdur. Belə ki, iddiaçının göstərilən tarixlərdə səhhətində olan problemlərlə bağlı xəstə olması faktı müəyyən edilsə də, onun adına olan xəstəlik vərəqəsinin ləğv edilməsinə dair "xxxx" MMC-nin “X21 X15 Komissiyasının qərarı məhkəməyə təqdim edilməsə də, xəstəlik vərəqəsinin ləğv edilməsi müvafiq məktublarla həm məhkəməyə, həm də işəgötürənə bildirilmişdir. Məhkəmənin qənaətinə görə xəstəliyə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti üçün müavinətin iddiaçıya ödənilməsi Komissiyanın sözügedən qərarının mübahisələndirildiyi halda onun ləğv edilməsi və ya etibarsız hesab edilməsi halında mümkün ola bilər. Odur ki, məhkəmə hazırda iddianın qeyd edilən hissəsinin təmin edilməsini mümkün hesab etmir və iddiaçıya qeyd edilən ödənişləri tələb etməsi üçün həmin qərarın qanuniliyini mübahisələndirmək hüququnun olmasını izah edir. Məhkəmə, iddia tələblərinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi qismində 20.000 AZN (iyirmi min manat) pul məbləğinin tutulmasına dair hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında cavabdehin qanunsuz hərəkətləri nəticəsində psixiki sarsıntılar və mənəvi iztirablar keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddianın qiymətləndirilən hissəsi əsas götürülməklə 20.000 manata görə 150 manat dövlət rüsumu hesablanmaqla, dövlət rüsumunun 75 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı barəsində olan cavabdeh (SOCARın) Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-11/3- 1K-222/2023 nömrəli ləğv edilməklə o, Cavabdeh 31 saylı komandasının rəisi vəzifəsinə bərpa olunmalı, iddiaçıya 01 oktyabr 2023-cü il tarixindən hesablanmaqla işə bərpa edilən günədək (2023-cü ilin 2-14 noyabr tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənişlər nəzərə alınmaqla) məcburi işburaxma müddəti üçün əmək haqqı ona ödənilməli, dövlət rüsumunun 75 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməli, 50 manat mediasiya xərcinin 25 manat hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilməli, 25 manat hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İşəgötürən (SOCAR-ın) Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-11/3- 1K-222/2023 nömrəli əmri ləğv edilsin. İddiaçı (SOCARın) Cavabdeh 31 saylı komandasının rəisi vəzifəsinə bərpa edilsin və 01 oktyabr 2023-cü il tarixindən hesablanmaqla işə bərpa edilən günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı (2023-cü ilin 2-14 noyabr tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənişlər nəzərə alınmaqla) ona ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 75 (yetmiş beş) manat hissəsi cavabdeh (SOCAR-ın) Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Ödənilmiş mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsi cavadeh (SOCAR-ın) Cavabdehndən tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-627/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-627/2024
31.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver