Məhkəmə qərarları › İş №e-2(009)-639/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-639/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-639/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “AAA” Vəkil Bürosunun – cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 Birgə Azərbaycan-İngiltərə MMC-yə qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 14 mart 2025-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “AAA” Vəkil Bürosu cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 Birgə Azərbaycan-İngiltərə MMC-yə qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15606 (on beş min altı yüz altı) manat pulun və 117,39 manat dövlət rüsumunun Cavabdeh2 MMC-dən, 4335 (dörd min üç yüz otuz beş) manat pulun və 32,61 manat dövlət rüsumunun Cavabdeh1 Birgə Azərbaycan-İngiltərə MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “AAA” Vəkil Bürosu ilə Cavabdeh2 arasında 01 aprel 2023-cü il tarixli, 02/2023 saylı X1 dair Müqavilə bağlanmışdır. 6.1.1. 01 aprel 2023-cü il Müqavilənin: 1.1-ci bəndinə əsasən, vəkil Sifarişçinin tapşırığına əsasən hüquqi yardım göstərməyi, Sifarişçi isə hüquqi yardıma görə razılaşdırılmış məbləğdə və qaydada haqq ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən, müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan abonent X1 görə Sifarişçi hər növbəti ayın 5-dək 4.500 (dörd min beş yüz) ABŞ dolları, ödəniş günü Mərkəzi Bankın məzənnəsi üstəgəl 2% olmaqla manat ekvivalentində haqq ödəyir. 6.1.2. Cavabdeh2 MMC-nin 29 noyabr 2024-cü il tarixli, 024/334/02 saylı məktubu ilə X3 haqqında müqaviləyə 4.1.1-cimaddəsinə uyğun olaraq 27 yanvar 2025-ci ildən xitam verildiyi bildirilmişdir. 6.1.3. Müqaviləyə xitam verilməsinədək olan dövr üzrə 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar ayları üzrə Cavabdeh2 MMC-nin iddiaçı qarşısında ümumilikdə 15606 (on beş min altı yüzaltı) manat borc öhdəliyi yaranmışdır. 6.1.4. Müqavilə üzrə borcun ödənilməsi ilə bağlıCavabdeh2nə 01042023/21- 01 saylı və 01042023/21-01- 002 saylı hesab-fakturalar və müvafiq elektron qaimələr, habelə öhdəliyin icrasının təmin edilməsi haqqında 31 yanvar 2025-ci il tarixli, 31/01-1 saylı pretenziya təqdim edilməsinə baxmayaraq, borc ödənilməmişdir. 6.2. Habelə, iddiaçı “AAA” Vəkil Bürosu ilə Cavabdeh1 arasında 05 yanvar 2023-cü il tarixli, 02/2023 saylı X1 dair Müqavilə bağlanmışdır. 6.2.1. 05 yanvar 2023-cü il tarixli, 02/2023 saylı X3 haqqında Müqavilənin: 1.1-ci bəndinə əsasən, vəkil Sifarişçinin tapşırığına əsasən hüquqi yardım göstərməyi, Sifarişçi isə hüquqi yardıma görə razılaşdırılmış məbləğdə və qaydada haqq ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən, müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan abonent X1 görə Sifarişçi hər növbəti ayın 5-dək 2.500 (iki min beş yüz) ABŞ dolları, ödəniş günü Mərkəzi Bankın məzənnəsi üstəgəl 2% olmaqla manat ekvivalentində haqq ödəyir. 6.2.2. Cavabdeh1 Birgə Azərbaycan-İngiltərə MMC-nin 29 noyabr 2024-cü il tarixli, 024/334/02 saylı məktubu ilə X3 haqqında müqaviləyə 4.1.1-ci maddəsinə uyğun olaraq 27 yanvar 2025-ci ildən xitam verildiyi bildirilmişdir. 6.2.3. Müqaviləyə xitam verilməsinədək olan dövr üzrə 2025-ci ilin yanvar ayı üzrə Cavabdeh1 Birgə Azərbaycan- İngiltərə MMC-nin iddiaçı qarşısında 4335 (dörd min üç yüz otuz beş) manat borc öhdəliyi yaranmışdır. 6.2.4. Müqavilə üzrə borcun ödənilməsi ilə bağlı Cavabdeh1nə 05012023/21- 01 saylı hesab-faktura və müvafiq elektron qaimə, habelə öhdəliyin icrasının təmin edilməsi haqqında 01 fevral 2025-ci il tarixli, 01/02-1 saylı pretenziya təqdim edilməsinə baxmayaraq, borc ödənilməmişdir. 6.2.5. Yaranmış vəziyyət iddiaçı “AAA” Vəkil Bürosunun üçüncü şəxslər qarşısında götürdüyü öhdəliklərin icrasına ciddi maneə törətməklə, hüquqlarına və qanuni mənafeyinə toxunur. Bu səbəbdən 15606 manat pulun Cavabdeh2ndən, 4335 manat pulun Cavabdeh1 Birgə Azərbaycan-İngiltərə MMC-dən, dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı“AAA” Vəkil Bürosuna ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh1 Birgə Azərbaycan-İngiltərə MMC (Sifarişçi) ilə “AAA” Vəkil Bürosu (Vəkil) arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli «Hüquqi yardımın göstərilməsi haqqında Müqavilə»yə əsasən Vəkil Sifarişçinin tapşırığına əsasən hüquqi yardım göstərməyi, Sifarişçi isə hüquqi yardıma görə razılaşdırılmış məbləğdə və qaydada haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin: 2.1-ci bəndinə əsasən X1 görə Sifarişçi hər növbəti ayın 5-dək 2,500 ABŞ dolları, ödəniş günü Mərkəzi Bankın məzənnəsi üstəgəl 2% olmaqla manat ekvivalentində haqq ödəyir. 3.2.5-ci bəndinə əsasən bu Müqavilə ilə şərtləşdirilmiş haqqı Sifarişçi vaxtında və tam ödəməyə borcludur. 4.4-cü bəndinə əsasən müqavilə xitam olunduqda və ya məhkəmə tərəfindən ləğv olunduqda Müştəri Vəkil tərəfindən çəkilən bütün xərcləri və məsrəfləri, habelə hüquqi yardım haqqını tam ödəməlidir. Cavabdeh2 MMC (Sifarişçi) ilə “AAA” Vəkil Bürosu (Vəkil) arasında bağlanmış 01 aprel 2023-cü il tarixli «Hüquqi yardımın göstərilməsi haqqında Müqavilə»yə əsasən Vəkil Sifarişçinin tapşırığına əsasən hüquqi yardım göstərməyi, Sifarişçi isə hüquqi yardıma görə razılaşdırılmış məbləğdə və qaydada haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin: 2.1-ci bəndinə əsasən X1 görə Sifarişçi hər növbəti ayın 5-dək 4,500 ABŞ dolları, ödəniş günü Mərkəzi Bankın məzənnəsi üstəgəl 2% olmaqla manat ekvivalentində haqq ödəyir. 3.2.5-ci bəndinə əsasən bu Müqavilə ilə şərtləşdirilmiş haqqı Sifarişçi vaxtında və tam ödəməyə borcludur. 4.4-cü bəndinə əsasən müqavilə xitam olunduqda və ya məhkəmə tərəfindən ləğv olunduqda Müştəri Vəkil tərəfindən çəkilən bütün xərcləri və məsrəfləri, habelə hüquqi yardım haqqını tam ödəməlidir. xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimənin surətindən görünür ki, iddiaçı tərəfindən göstərilmiş hüquqi yardım müqabilində Cavabdeh1 Birgə Azərbaycan-İngiltərə MMC-nin iddiaçı qarşısında 2025-ci ilin yanvar ayı üzrə 4,335 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimələrin surətindən görünür ki, iddiaçı tərəfindən göstərilmiş hüquqi yardım müqabilində Cavabdeh2 MMC-nin iddiaçı qarşısında 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar ayları üzrə ümumilikdə 15,606 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Cavabdeh1 Birgə Azərbaycan-İngiltərə MMC-nin “AAA” Vəkil bürosuna ünvanladığı 29 noyabr 2024-cü il tarixli məktubda qeyd edilir ki, 05 yanvar 2023-cü il tarixli X3 haqqında müqavilənin 4.1.1-ci maddəsinə uyğun olaraq, həmin müqaviləyə 27 yanvar 2025-ci il tarixində xitam verilir. Cavabdeh2 MMC-nin “AAA” Vəkil bürosuna ünvanladığı 29 noyabr 2024-cü il tarixli məktubda qeyd edilir ki, 01 aprel 2023-cü il tarixli X3 haqqında müqavilənin 4.1.1-ci maddəsinə uyğun olaraq, həmin müqaviləyə 27 yanvar 2025-ci il tarixində xitam verilir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, “AAA” Vəkil Bürosu ilə Cavabdeh2 MMC və Cavabdeh1 Birgə Azərbaycan-İngiltərə MMC arasında ayrı-ayrılıqda bağlanmış 01 aprel 2023-cü il və 05 yanvar 2023-cü il tarixli “Hüquqi yarım göstərilməsi haqqında Müqavilə”yə əsasən iddiaçı cavabdehlərin tapşırığına əsasən hüquqi yardım göstərməyi, cavabdehlər isə hüquqi yardıma görə razılaşdırılmış məbləğdə və qaydada haqq ödəməyi öhdəsinə götürmüşdürlər. Müqavilələr ilə razılaşdırılmışdir ki, göstərilən hüquqi yardım müqabilində “AAA” Vəkil Bürosuna Cavabdeh2 MMC tərəfindən hər növbəti ayın 5-dək 4,500 ABŞ dolları, ödəniş günü Mərkəzi Bankın məzənnəsi üstəgəl 2% olmaqla manat ekvivalentində, Cavabdeh1 Birgə Azərbaycan-İngiltərə MMC tərəfindən isə hər növbəti ayın 5-dək 2,500 ABŞ dolları, ödəniş günü Mərkəzi Bankın məzənnəsi üstəgəl 2% olmaqla manat ekvivalentində haqq ödəniləcəkdir. İddiaçıya ünvanlanmış 29 noyabr 2024-cü il tarixli məktublarda cavabdehlər iddiaçı ilə bağladıqları müqavilələrə xitam verildiyini bildirmişdirlər. Lakin göstərilən hüquqi yardım müqabilində iddiaçı qarşısında Cavabdeh2 MMC-nin 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar ayları üzrə ümumilikdə 15,606 manat məbləğində, Cavabdeh1 Birgə Azərbaycan-İngiltərə MMC-nin isə 2025-ci ilin yanvar ayı üzrə 4,335 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehlər sözügedən məbləğləri ödəməməklə iddiaçı ilə bağladıqları müqavilələrin 4.4-cü bəndinin tələblərinə riayət etməmişdirlər. Bu səbəbdən iddia təmin edilərək, 15606 manat pul vəsaiti Cavabdeh2 MMC-dən, 4335 manat pul vəsaiti isə Cavabdeh1 Birgə Azərbaycan- İngiltərə MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. AR Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasənə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 15,606 (on beş min altı yüz altı) manat məbləğində pul vəsaiti və ödənilmiş 117,39 manat dövlət rüsumunun əvəzi ”Libra” MMC-dən tutulub “AAA” Vəkil bürosuna ödənilsin. 4,335 (dörd min üç yüz otuz beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 32,61 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 Birgə Azərbaycan-İngiltərə MMC-dən tutulub “AAA” Vəkil bürosuna ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar