Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-64/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinə əməl edilməsi, müqaviləyə dəyişiklik edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinə əməl edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh MTK arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan mənzili MTK-nın mülkiyyətinə vermiş, bunun əvəzində 36 ay müddətində MTK həmin ərazidə tikintisi nəzərdə tutulmuş çoxmərtəbəli yaşayış binasında 69 kv.m. yaşayış sahəsini təmirli qaydada ona verməyi öhdəsinə götürmüşdür. 72 ay müddət keçməsinə baxmayaraq yaşayış sahəsini bu günədək ona təhvil verilməmişdir. Həmçinin müqavilənin 2.1.4-cü maddəsinə əsasən yaşayış sahəsi təmirli təhvil verilənədək hər ay 300 manat kirayə pulu MTK tərəfindən ona ödənilməlidir. Lakin MTK tərəfindən kirayə pulu ödənişləri daima gecikdirilmiş, müxtəlif bahələrlə kirayə pulunu ödəməkdən yayınmağa çalışmışlar. Sonuncu kirayə pulu ödənişi 2022-ci ilin avqust ayı üçün ödənilmişdir. Dünyada və ölkədə ərzaq və qeyri-ərzaq məhsulları üzrə qiymətlərin bahalaşması kirayə qiymətlərin bahalaşmasına da səbəb olmuşdur. 2017-ci ildə 300 manat dəyərində kirayəyə verilən mənzilin bu gün kirayə dəyəri 500-600 manat dəyərindədir. Göstərilənləri nəzərə alaraq iddiaçı 2022-ci ilin avqust ayından 2023-cü ilin noyabr ayınadək ödənilməyən kirayə pulu olan 4200 manat Cavabdeh MTK-dan alınaraq onun xeyrinə ödənilməsi, xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 69 kv.m. yaşayış sahəsini təmirli qaydada ona verilməsi öhdəliyinin Cavabdeh MTK üzərinə qoyulması, 2023-cü ilin dekabr ayından etibarən 69 kv.m.yaşayış sahəsini təmirli qaydada ona təhvil verilən günədək xx.xx.2017-ci il tarixli müqavilənin 2.1.4-cü bəndinə dəyişiklik edilərək kirayə pulunun 550 manat müəyyən olunması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 2022-ci ilin avqust ayından 2023-cü ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) ödənilməyən kirayə pulu olan 4500 manat Cavabdeh MTK-dan alınaraq onun xeyrinə ödənilməsi, xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 69 kv.m. yaşayış sahəsini təmirli qaydada ona verilməsi öhdəliyinin Cavabdeh MTK üzərinə qoyulmasını, 2023-cü ilin dekabr ayından etibarən 69 kv.m.yaşayış sahəsini təmirli qaydada ona təhvil verilən günədək xx.xx.2017-ci il tarixli müqavilənin 2.1.4-cü bəndinə dəyişiklik edilərək kirayə pulunun 550 manat müəyyən olunması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli müqavilənin 2.1.4-cü bəndinə dəyişiklik edilərək kirayə pulunun 2023-ci ilin dekabr ayından 2025-ci ilin fevral ayınadək (dekabr ayı daxil olmaqla) 550 manat, 2025-ci ilin mart ayından 69 kv.m. yaşayış sahəsini təmirli qaydada ona təhvil verilən günədək 600 manat müəyyən olunması, icarə haqqı aylıq 300 manatdan hesablanmaqla 2022-ci ilin avqust ayından 2023-cü ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) ödənilməyən kirayə pulu olan 4500 manat, icarə haqqı aylıq 550 manatdan hesablanmaqla 2023-cü ilin dekabr ayından 2025-ci ilin fevral ayınadək (fevral ayı daxil olmaqla) ödənilməyən kirayə pulu olan 7.700 manat olmaqla cəmi 12.200 manat Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi, xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 69 kv.m. yaşayış sahəsini təmirli qaydada ona verilməsi öhdəliyinin Cavabdeh MTK üzərinə qoyulması, 2023-cü ilin dekabr ayından etibarən 69 kv.m.yaşayış sahəsini təmirli qaydada ona təhvil verilməsi öhdəliyini Cavabdeh MTK üzərinə qoyulması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə həcmi artırılmış iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə “Kooperativ” qismində Cavabdeh MTK ilə “Vətəndaş” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləsinin surətinə əsasən hazırkı müqavilə üzrə “Vətəndaş” AR ƏMDK Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində seriya RX, No ******* nömrəli Çıxarışla mülkiyyətçi kimi qeydiyyata alındığı ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 18 kv.m. təşkil edən yaşayış sahəsini Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 175 saylı, xx.xx.2016-cı il tarixli Sərəncamı ilə nəzərdə tutulmuş layihənin həyata keçirilməsi məqsədilə “Kooperativ”in mülkiyyətinə verir, “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin ərazi üzrə ümumi sahəsi 69 kv.m. təşkil edən yaşayış sahəsini təmirli qaydada “Vətəndaş”ın mülkiyyətinə verməyi öz öhdəsinə götürür. Tərəflər, tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddətin, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər (bənd 1). Tikinti işləri tam başa çatana və yaşayış sahəsi təmir edilənədək “Vətəndaş”ın müvəqqəti yaşayacağı yer üzrə aylıq 300 manat icarə haqqının ödənilməsini təmin etməsi (bənd 2.1.4), tikinti işləri tam başa çatdıqdan sonra müqavilədə nəzərdə tutulmuş qaydada ümumi sahəsi 69 kv.m.təşkil edən yaşayış sahəsini təmirli şəkildə “Vətəndaş”a təhvil-təslim edilməsini təmin etməsi (bənd 2.1.5) “Kooperativ”in vəzifələridir. İş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan mənzili MTK-nın mülkiyyətinə vermiş, bunun əvəzində 36 ay müddətində MTK həmin ərazidə tikintisi nəzərdə tutulmuş çox mərtəbəli yaşayış binasında 69 kv.m. yaşayış sahəsini təmirli qaydada İddiaçı verməyi öhdəsinə götürmüşdür. 72 ay müddət keçməsinə baxmayaraq yaşayış sahəsi bu günədək İddiaçı təhvil verilməmişdir. Həmçinin müqavilənin 2.1.4-cü maddəsinə əsasən yaşayış sahəsi təmirli təhvil verilənədək hər ay 300 manat kirayə pulu MTK tərəfindən İddiaçı ödənilməlidir. Lakin MTK tərəfindən kirayə pulu ödənişləri daima gecikdirilmiş, müxtəlif bahələrlə kirayə pulunu ödəməkdən yayınmağa çalışmışdır. Sonuncu kirayə pulu ödənişi 2022-ci ilin avqust ayı üçün ödənilməlidir. Dünyada və ölkədə ərzaq və qeyri-ərzaq məhsulları üzrə qiymətlərin bahalaşması kirayə qiymətlərinin bahalaşmasına da səbəb olmuşdur. 2017-ci ildə 300 manat dəyərində kirayəyə verilən mənzilin bu gün kirayə dəyəri təxmini 500-600 manat dəyərindədir. 5 gün ərzində qalıq 4200 manat kirayə pulunun ödəməsini və yaşayış sahəsinin təhvil verilməsini xahiş olunur. Yaşayış sahəsini təhvil verilməsini mümkün deyildirsə dekabr 2023-cü il tarixdən etibarən kirayə pulunu 550 manat olaraq ödənilməsini xahiş etmişdir. Əks halda məhkəməyə müraciət olunacaqdır. Məhkəməyə müraciət olunan təqdirdə qeyd olunan məbləğlər, vəkil xərci və dövlət rüsumuna görə ödəniləcək əlavə məbləğlər tələb olunacaqdır. İş üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının layihəsinin təsdiq edilmiş surətinin verilməsi barədə müraciətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/3524 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən: -1-ci və 2-ci suallar üzrə: Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının sahəsi 152,41 kv.m. olan mənzilinin faktiki vəziyyətinə görə mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələrini (mətbəx, dəhliz və s.) yalnız bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna görə İnşaat Norma və Qaydalarının 2.08.01.89*- nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun mənzilin iki ayrı mənzil şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş üzrə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli sorğusuna əsasən "xxxx" MMC tərəfindən verilmiş 02-44/25 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bayıl ərazisində və həmin ərazilərə yaxın yerləşən yeni tikili binalarda, ümumi sahəsi 65-75 kv.m. təşkil edən 1 və ya 2 otaqlı təmirli, təchizatlı mənzillərin orta aylıq kirayə haqqı 2023-cü il üçün 550 manat, 2024-ci il üçün 550-600 manat, 2025-ci il üçün 600 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinə əməl edilməsi, müqaviləyə dəyişiklik edilməsi və pul tələbinə dair mülki iş üzrə iddia tələbinin müqavilənin 2.1.4-cü bəndinin dəyişdirilməsi hissəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilənin müvafiq şərtlərinə əsasən iddiaçı mülkiyyətində olan 18 kv.m. mənzilini MTK-nın mülkiyyətinə vermiş, cavabdeh isə həmin mənzilin əvəzində 36 ay müddətində MTK həmin ərazidə tikintisi nəzərdə tutulmuş çoxmərtəbəli yaşayış binasında 69 kv.m. yaşayış sahəsini təmirli qaydada iddiaçıya verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.4-cü bəndinə əsasən yaşayış sahəsi təmirli təhvil verilənədək hər ay 300 manat icarə haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MTK müqavilə şərtinə uyğun nəzərdə tutulmuş müddətdə sahəsi 69 kv.m. təşkil edən təmirli mənzili iddiaçıya təhvil verməmiş, həmçinin 2022-ci ilin avqust ayından hazırkı vaxtadək şərtləşdirilmiş kirayə haqqını iddiaçıya ödəmir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, müqaviləyə əsasən o, mülkiyyətində olan mənzili MTK-nın mülkiyyətinə vermiş, bunun əvəzində 36 ay müddətində MTK həmin ərazidə tikintisi nəzərdə tutulmuş çoxmərtəbəli yaşayış binasında 69 kv.m. yaşayış sahəsini təmirli qaydada ona verməyi öhdəsinə götürmüşdür. 88 ay müddət keçməsinə baxmayaraq yaşayış sahəsini bu günədək ona təhvil verilməmişdir. Həmçinin müqavilənin 2.1.4-cü maddəsinə əsasən yaşayış sahəsi təmirli təhvil verilənədək hər ay 300 manat kirayə pulu MTK tərəfindən ona ödənilməlidir. Lakin MTK tərəfindən kirayə pulu ödənişləri daima gecikdirilmiş, müxtəlif bəhanələrlə kirayə pulunu ödəməkdən yayınmağa çalışmışlar. Sonuncu kirayə pulu ödənişi 2022-ci ilin avqust ayı üçün ödənilmişdir. Dünyada və ölkədə ərzaq və qeyri-ərzaq məhsulları üzrə qiymətlərin bahalaşması kirayə qiymətlərin bahalaşmasına da səbəb olmuşdur. 2017-ci ildə 300 manat dəyərində kirayəyə verilən mənzilin bu gün kirayə dəyəri 500-600 manat dəyərindədir. Bu səbəbdən iddiaçı xx.xx.2017-ci il tarixli müqavilənin 2.1.4-cü bəndinə dəyişiklik edilərək kirayə pulunun 2023-ci ilin dekabr ayından 2025-ci ilin fevral ayınadək (dekabr ayı daxil olmaqla) 550 manat, 2025-ci ilin mart ayından 69 kv.m. yaşayış sahəsini təmirli qaydada ona təhvil verilən günədək 600 manat müəyyən olunması, icarə haqqı aylıq 300 manatdan hesablanmaqla 2022-ci ilin avqust ayından 2023-cü ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) ödənilməyən kirayə pulu olan 4500 manat, icarə haqqı aylıq 550 manatdan hesablanmaqla 2023-cü ilin dekabr ayından 2025-ci ilin fevral ayınadək (fevral ayı daxil olmaqla) ödənilməyən kirayə pulu olan 7.700 manat olmaqla cəmi 12.200 manat Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi, xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 69 kv.m. yaşayış sahəsini təmirli qaydada ona verilməsi öhdəliyinin Cavabdeh MTK üzərinə qoyulması, 2023-cü ilin dekabr ayından etibarən 69 kv.m.yaşayış sahəsini təmirli qaydada ona təhvil verilməsi öhdəliyini Cavabdeh MTK üzərinə qoyulması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi müqavilə şərtlərinə əsasən cavabdeh mübahisəli mənzilin əvəzində həmin ərazidə inşa ediləcək binadan yeni təmirli 69 kv.m. mənzil verilməsini və həmin mənzili təhvil verənədək hər ay 300 manat kirayə haqqı ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi icra etmədiyindən iddiaçının müqavilə öhdəliyinin icrası ilə bağlı hazırkı tələblə məhkəməyə müraciət etməsi əsaslı hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh MTK iddiaçı ilə bağladığı müqavilə şərtinə uyğun olaraq 69 kv.m. yaşayış sahəsinin təmirli qaydada müqavilədə nəzərdə tutulan müddətdə iddiaçıya təhvil vermədiyindən, iddia tələbi həmin ölçülü yaşayış sahəsinin iddiaçıya verilməsi ilə bağlı cavabdeh üzərinə öhdəliyin qoyulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdeh tərəfindən ödənilməyən icarə haqqının tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində sahəsi 65-75 kv.m. təşkil edən 1 və ya 2 otaqlı mənzilin kirayə haqqının 2023-2024-cü illər üzrə 550-600 manat, 2025-ci il üçün 600 manat təşkil etməsini nəzərə alaraq kirayə haqqı ödənilməyən 2022-ci ilin avqust ayından 2023-cü ilin noyabr ayına qədər olan müddət üçün 300 manatdan, həmin tarixdən 2025-ci ilin fevral ayınadək 550 manatdan hesablanıb tutulmalı olmasını qeyd edərək tələb irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən kirayə haqqı ilə bağlı irəli sürdüyü tələb yalnız "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyində müəyyən edilən məbləğlə bağlı olduğundan, iddiaçı tərəfindən isə konkret həmin müddətlərdə (300 manatdan daha artıq məbləğdə) kirayə haqqının ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi kirayə haqqı kimi 2023-cü ilin noyabr ayından sonra 550 manat kirayə haqqının tutulması hissəsində əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş icarə haqqı 2022-ci ilin avqust ayından ödənilmədiyindən, kirayə haqqı müqavilə şərtinə uyğun 300 manat olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək (fevral ayı daxil olmaqla) ödənilməyən 9.300 (300 manat x 31 ay=9.300) manat kirayə haqqı Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq 69 kv.m. yaşayış sahəsinin təmirli qaydada iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş icarə haqqı 300 manat hesablanmaqla 2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək (fevral ayı daxil olmaqla) ödənilməyən 9.300 manat kirayə haqqı Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərci - ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq 69 kv.m. yaşayış sahəsinin təmirli qaydada İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTKnın üzərinə qoyulsun. xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş icarə haqqı 300 manat hesablanmaqla 2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək (fevral ayı daxil olmaqla) ödənilməyən 9.300 (doqquz min üç yüz) manat kirayə haqqı Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulsun. Cavabdeh MTK-dan İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MTK-dan dövlət nəfinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərci – 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev İş № 2(009)-64/2025 MƏHKƏMƏ İCLASİNİN QƏRARDADİ Səbail Rayon Məhkəməsi Bakı şəhərində 14 mart 2025-ci il tarixdə Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinə əməl edilməsi, müqaviləyə dəyişiklik edilməsi və pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinə əməl edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2022-ci ilin avqust ayından 2023-cü ilin noyabr ayınadək ödənilməyən kirayə pulu olan 4200 manat Cavabdeh MTK-dan alınaraq onun xeyrinə ödənilməsi, xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 69 kv.m. yaşayış sahəsini təmirli qaydada ona verilməsi öhdəliyinin Cavabdeh MTK üzərinə qoyulmasını, 2023-cü ilin dekabr ayından etibarən 69 kv.m.yaşayış sahəsini təmirli qaydada ona təhvil verilən günədək xx.xx.2017-ci il tarixli müqavilənin 2.1.4-cü bəndinə dəyişiklik edilərək kirayə pulunun 550 manat müəyyən olunması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 2022-ci ilin avqust ayından 2023-cü ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) ödənilməyən kirayə pulu olan 4500 manat Cavabdeh MTK-dan alınaraq onun xeyrinə ödənilməsi, xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 69 kv.m. yaşayış sahəsini təmirli qaydada ona verilməsi öhdəliyinin Cavabdeh MTK üzərinə qoyulması, 2023-cü ilin dekabr ayından etibarən 69 kv.m.yaşayış sahəsini təmirli qaydada ona təhvil verilən günədək xx.xx.2017-ci il tarixli müqavilənin 2.1.4-cü bəndinə dəyişiklik edilərək kirayə pulunun 550 manat müəyyən olunması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli müqavilənin 2.1.4-cü bəndinə dəyişiklik edilərək kirayə pulunun 2023-ci ilin dekabr ayından 2025-ci ilin fevral ayınadək (dekabr ayı daxil olmaqla) 550 manat, 2025-ci ilin mart ayından 69 kv.m. yaşayış sahəsini təmirli qaydada ona təhvil verilən günədək 600 manat müəyyən olunması, icarə haqqı aylıq 300 manatdan hesablanmaqla 2022-ci ilin avqust ayından 2023-cü ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) ödənilməyən kirayə pulu olan 4500 manat, icarə haqqı aylıq 550 manatdan hesablanmaqla 2023-cü ilin dekabr ayından 2025-ci ilin fevral ayınadək (fevral ayı daxil olmaqla) ödənilməyən kirayə pulu olan 7.700 manat olmaqla cəmi 12.200 manat Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi, xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 69 kv.m. yaşayış sahəsini təmirli qaydada ona verilməsi öhdəliyinin Cavabdeh MTK üzərinə qoyulması, 2023-cü ilin dekabr ayından etibarən 69 kv.m.yaşayış sahəsini təmirli qaydada ona təhvil verilməsi öhdəliyini Cavabdeh MTK üzərinə qoyulması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən həcmi artırılmış iddia tələbi müqavilənin dəyişdirilməsi hissəsində aşağıdakı əsaslara görə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Belə ki, qanunvericilikdə müqavilənin məhkəmə qaydasında dəyişdirilməsi ilə bağlı tələb irəli sürülməmişdən qabaq həmin mübahisənin məhkəmədən kənar həlli qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 3 nömrəli Qərarının1.3-cü bəndinə əsasən ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı, və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir. Qarşılıqlı iddia ərizəsinin, iddia ərizəsində birləşən ayrı-ayrı tələblər üzrə ərizələrin, habelə müstəqil iddia tələbi irəli sürən üçüncü şəxslərin ərizələrinin baxılmamış saxlanılması istisna edilmir. Qeyd edilən Plenum Qərarının 4.1-ci bəndinə əsasən bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. X1 4.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş müqavilənin dəyisdirilməsi hissəsində tələb üzrə mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmadığından, eyni zamanda mübahisənin məhkəmədənkənar həll edilməsi qaydasını tətbiq etmək imkanı itirilmədiyindən hazırki iddia tələbinin müqavilənin 2.1.4-cü bəndinin dəyişdirilməsi hissəsi baxılmamış saxlanılmalıdır. Hakim izah edir edir ki, qanunvericiliyin tələblərinə əsasən müqavilənin dəyişdirilməsi ilə əlaqədar tələblə məhkəməyə müraciət etmək üçün müqavilə tərəfi ilk növbədə belə bir təkliflə müqavilənin digər tərəfinə müraciət etməlidir. Sonuncu tərəfindən bu təklifdən imtina olunduğu, yaxud cavab verilmədiyi halda qanunda və ya müqavilədə nəzərdə tutulmuş müddət keçdikdən sonra həmin müqavilənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 259 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinə əməl edilməsi, müqaviləyə dəyişiklik edilməsi və pul tələbinə dair mülki iş üzrə iddia tələbinin müqavilənin 2.1.4-cü bəndinin dəyişdirilməsi hissəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-64/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-64/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver