Məhkəmə qərarları › İş №e-2(009)-650/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-650/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-650/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı – cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi və pul” barədə ilkin iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı “ cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə 06 may 2022-ci il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 MMC arasında 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin ləğv edilməsi, cavabdehlərə ödənilmiş 13,500 manat pulun, hüquqi yardıma görə ödənilmiş 500 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 132 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC” (VÖEN **********) arasında 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə bağlanmışdır, iddiaçı tərəfindən cavabdehlərə 11 avqust 2021-ci il tarixdə 8000 Azn, 13 dekabr 2022-ci il tarixdə 5500 Azn olmaqla cəmi 13500 Azn pul ödənilmişdir. Ödənilmiş pulların qarşılığında cavabdehlər iddiaçıya vərəsəlik işi üzrə hüquqi yardım göstərməyi öhdəsinə götürmüşdür. Lakin keçən müddət ərzində iddiaçıya vərəsəlik işi üzrə hüquqi yardım göstərilməmişdir. Bələ ki, ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının əri Liu Xinan 27 yanvar 2021-ci il tarixdə ölmüşdür. Qanunla müəyyən edilmiş müddətdə vərəsə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnaməsi və mülkiyyət hüququ haqqında şəhadətnaməsi alınması üçün Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət etmişdir. Həmin müraciət əsasında vərəsəlik işi açılmışdır. Çıxarışı olan mənzil və bank hesabları üzrə notariat tərəfindən qanunvericiliyə uyğun olaraq paylar müəyyən edilmişdir. İddiaçının rəhmətə getmiş əri Liu Xinanın Bakı şəhəri, Xətai rayon ərazisində ‘Ocag Construction’nın tikdiyi çox mərtəbəli binalarda müqavilə əsasında adına olan 3 ədəd mənzil (çıxarışı olmayan) üzrə cavabdehlər iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq çatacaq miras əmlaklarda payının müəyyən edilməsində hüquqi köməklik göstərməli idi. Lakin Cavabdeh2 həmin mənzillərdə bütün payı iddiaçının adına rəsmiləşdirməyə cəhd etmişdir, iddiaçının etibarnamə əsasında nümayəndəsi olan Cavabdeh2 tərəfindən həyata keçirilən bu hərəkət iddiaçının həqiqi niyyətini əks etdirmədiyi üçün iddiaçı müqavilələrə imza etməmiş, bu barədə iradını cavabdehlərə bildirmişdir. Çünki həmin mənzillərdə qanunvericiliyin tələblərinə əsasən iddiaçının qaynanasının miras payı var. 29 yanvar 2022-ci il tarixdə bununla əlaqədar cavabdehlərin Nərimanov rayonu ərazində yerləşən ofisində müzakirələr aparılmış, lakin nəticə əldə olunmamışdır. Ofisdə olan zaman cavabdehlərə təklif olunmuşdur ki, həmin mənzillərin yeni sənədlərini iddiaçıya qaytarılsın, lakin cavabdehlər imtina etmişlər, imtinanın əsası kimi əlavə ödəniş göstərmələri olmuşdur. İddiaçının mənzillərə dair yeni sənədləri tələb etmək məqsədi ondan ibarət olmuşdur ki, həmin sənədləri şirkətə qaytararaq əvəzində qanunvericiliyin tələblərinə uyğun olaraq miras payına uyğun olaraq öz payını əldə edə bilsin. Araşdırmalar zamanı iddiaçıya məlum olmuşdur ki, "JAFARLİ AND CO”MMC tərəfindən iddiaçıya təyin olunan nümayəndə həmin şirkətinin direktoru olan Yusif Cəfərlinin atası hüquqşünas olmayan, əvvəllər məhkum olunmuş Cavabdeh2dur. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, İddiaçı ilə Cavabdeh1 MMC arasında 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin etibarsız hesab edilməsi, cavabdehlərə ödənilmiş 13,500 manat pulun, hüquqi yardıma görə ödənilmiş 500 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 132 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması və ünvan 1 ünvanında yerləşən 3-cü mərtəbə, 200 kvadratmetr, 4 otaqdan ibarət 8 nömrəli mənzilin 11 yanvar 2022-ci il tarixli, 8 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 180.000 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin, ünvan 3 binanın yanındakı ərazidə yerləşən binanın 11-ci mərtəbə, 147 kvadratmetr, 3 otaqdan ibarət 57 nömrəli mənzilin 11 yanvar 2022-ci il tarixli, 55 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132,300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin, ünvan 3 binanın yanındakı ərazidə yerləşən binanın 13-cü mərtəbə, 147 kvadratmetr, 3 otaqdan ibarət 67 nömrəli mənzilin 11 yanvar 2022-ci il tarixli 67 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132,300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin Cavabdeh1 MMC-dən məcburi qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, "xxxx" MMC 28 mart 2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi vermiş, qarşılıqlı iddia ərizəsinin əsası kimi sübutlardan bir olaraq 01 iyul 2021-ci İİ tarixli ‘Hüquqi yardımın göstərilməsi haqqında’ müqaviləni təqdim etmişdir. Elektron məhkəmə sisteminə əlavə edilən 01 iyul 2021-ci il tarixli ‘Hüquqi yardımın göstərilməsi haqqında’ müqavilədən görünür ki, müqavilənin bütün səhifələri möhürlənmiş,sadəcə sonuncu səhifələr imzalanmış və tikilmişdir. Halbuki, "xxxx" MMC tərəfindən 03 fevral 2022-ci il tarixdə İddiaçı göndərilmiş ‘ Xəbərdarlıq’ məktubuna əlavə edilmiş 01 iyul 2021-ci il tarixli ‘Hüquqi yardımın göstərilməsi haqqında’ müqavilədən görünür ki, müqavilənin sadəcə sonuncu səhifəsi imzalanıb möhürlənmiş və tikilməmişdir. Ziddiyətlə əlaqədar olaraq 30 mart 2022-ci il tarixli məhkəmənin hazırlıq iclasında "xxxx" MMC-nin nümayəndəsi və vəkilinə tərəfindən sual verilmiş, cavab olaraq bildirilmişdir ki, müqavilələr arasında olan ziddiyyət ‘texniki səhvdir’. 01 iyul 2021-ci il tarixli ‘Hüquqi yardımın göstərilməsi haqqında’ müqavilənin 1 sürətinin İddiaçı təqdim olunmaması, 28 mart 2022-ci il tarixdə ‘elektron məhkəmə sisteminə’ əlavə olunan müqavilə iiə Azerpoçt vasitəsi ilə 03 fevral 2022-ci il tarixdə ‘Xəbərdalıq’ məktubu ilə birgə göndərilən müqavilələr arasında möhürlərin sayında və tikilməsində ziddiyyətlər olması bizdə şübhə yaratmışdır. Araşdırmaları zamanı müəyyən olunmuşdur ki, ümumiyyətlə 01 iyul 2021-ci il tarixidə İddiaçı Azərbaycan Respublikası ərazisində olmamışdır. İddiaçı uşaqlan Liu Leyli və Aylin Liu ilə birlikdə 30 iyun 2020-ci il tarixdə Türkiyənin Ankara şəhərinə bacıgilə getmiş, daha sonra oradanda İstanbul şəhərinə getmiş və 11 iyul 2022-ci il tarixdə Azərbaycana qayıtmışdır. Necə ola bilər ki, İddiaçı 1 iyul 2022-ci il tarixdə Bakı şəhərində olmadığı halda müqavilə imzalayır? Hesab edirlər ki, bütün səhifələri İddiaçı tərəfindən imzalanmış müqavilənin 1 -ci və 2-ci səhifələri şirkət tərəfindən maraqları çərçivəsində dəyişdirilmişdir. (İddiaçı məxsus pasportun 31,32-cu səhifələri, Liu Aylinə məxsus pasportun 48-ci, Liu Leyliyə məxsus pasportun 9-cu səhifəsi). İddiaçı sadəcə Çin Respublikasında olan əmlaklardan onun miras payı müəyyən edilib yekunlaşdıqdan sonra ona çatmış payın %10-i verməyi öhdəsinə götürmüşdür. Belə ki, 30 mart 2022-ci il tarixli məhkəmənin hazırlıq iclasında "xxxx" MMC-nin nümayəndəsi və vəkilinə tərəfindən ‘Sizin təqdim etdiyiniz müqavilədə müqavilənin dəyəri göstərilməmişdir. İddiaçı hansı əsasla 8000 manat alınmışdır’ sualı verilmiş, cavab olaraq bildirilmişdir ki, ‘8000 manat avans formasında alınmışdır’. Halbuki, 11 avqust 2021-ci il tarixli qəbzdə göstərilmişdir ki, ‘8000 manat qonarar alınmışdır’. İddiaçı "xxxx" MMC-yi ilə müqavilə bağlamadan və Cavabdeh2 etibarnamə vermədən öncə vərəsəlik vərəsəlik işi açılması üçün Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət etmiş və 9 aprel 2021 tarixdə 38\2021 nömrəli vərəsəlik işi açılmışdır. Çıxarışı olan mənzil və bank hesabları üzrə notariat tərəfindən qanunvericiliyə uyğun olaraq paylar müəyyən edilmiş, çıxarışı olmayan mənzillərlə əlaqədar sənədlər notariat ofisi tərəfindən qəbul edilməmişdir. Belə ki, miras qoyan Liu Xinanın Bakı şəhəri, Xətai rayon ərazisində ‘Ocag Construction’nın tikdiyi çox mərtəbəli binalarda müqavilə əsasında adına olan 3 ədəd mənzillər(çıxarışı olmayan) üzrə cavabdehlər iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq çatacaq miras əmlaklarda payının müəyyən edilməsində hüquqi köməklik göstərməli idi. Lakin Cavabdeh2 həmin mənzillərdə bütün payı iddiaçının adına rəsmiləşdirməyə cəhd etmişdir. İddiaçının etibarnamə əsasında nümayəndəsi olan Cavabdeh2 tərəfindən həyata keçirilən bu hərəkət iddiaçının həqiqi niyyətini əks etdirmədiyi üçün iddiaçı müqavilələrə imza etməmiş, bu barədə iradını cavabdehlərə bildirmişdir. Çünki həmin mənzillərdə qanunvericiliyin tələblərinə əsasən iddiaçının qaynanasının miras payı var. 29 yanvar 2022-ci il tarixdə bununla əlaqədar cavabdehlərin Nərimanov rayonu ərazində yerləşən ofisində müzakirələr aparılmış, lakin nəticə əldə olunmamışdır. Ofisdə olan zaman cavabdehlərə təklif olunmuşdur ki, həmin mənzillərin yeni sənədlərini iddiaçıya qaytarılsın, lakin cavabdehlər imtina etmişlər, imtinanın əsası kimi əlavə ödəniş göstərmələri olmuşdur. İddiaçının mənzillərə dair yeni sənədləri tələb etmək məqsədi ondan ibarət olmuşdur ki, həmin sənədləri şirkətə qaytararaq əvəzində qanunvericiliyin tələblərinə uyğun olaraq miras payına uyğun olaraq öz payını əldə edə bilsin. Cavabdehlərin qanunsuz hərəkətləri İddiaçı şübhə yaratmışdır. Hətta bu barədə MMC rəhbərliyinədə pretenziya məktubu göndərilmişdir. İddiaçı 01 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının sərhədlərindən kənarda olduğu üçün Bakı şəhərində 01 iyul 2021-ci il tarixli ‘Hüquqi yardımın göstərilməsi haqqında’ müqaviləni fizikən imzalaması mümkün deyildir. 28 mart 2022-ci il tarixdə ‘elektron məhkəmə sisteminə’ əlavə olunan müqavilə ilə Azerpoçt vasitəsi ilə 03 fevral 2022- ci il tarixdə ‘Xəbərdalıq’ məktubu ilə birgə göndərilən müqavilələr arasında ziddiyyətlər olduğu üçün, həmçinin müqavilənin üzərindəki tarix olan 01 iyul 2022-ci il tarixdə İddiaçı Bakı şəhərində olmadığı üçün hesab edirik ki, 01 iyul 2021-ci il tarixli ‘Hüquqi yardımın göstərilməsi haqqında’ müqavilə etibarsız hesab edilməlidir. ünvan 1 ünvanında yerləşən 3-cü mərtəbə, 200 kvadratmetr, 4 otaqdan ibarət 8 nömrəli mənzilin 11 yanvar 2022-ci il tarixli, 8 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 180000 manat ödənilməsinə dair 11 yanvar 2022- ci il tarixli maliyyə arayışının əslinin, ünvan 3 binanın yanındaki ərazidə yerləşən binanın 11-ci mərtəbə, 147 kvadratmert, 3 otaqdan ibarət 57 nömrəli mənzilin 11 yanvar 2022-ci il tarixli, 55 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin, ünvan 3 binanın yanındaki ərazidə yerləşən binanın 13-ci mərtəbə, 147 kvadratmert, 3 otaqdan ibarət 67 nömrəli mənzilin 11 yanvar 2022-ci il tarixli, 67 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin İddiaçı qaytarılmalıdır ki, həmin müqavilələr və arayışlar MMC-yə təqdim olunaraq digər vərəsələr nəzərə alınmaqla vərəsəlik qaydasında yenidən paylar müəyyən edilə bilsin. Qeyd olunan sənədlərin qaytarılması "xxxx" MMC”-yə təklif olunmuş, lakin onlar imtina etmişlər. İddiaçı məhkəmədə hüquqlarını təmsil və müdafiə etmək üçün Bakı Şəhər 12 saylı vəkil bürosunun vəkili Nümayəndə ilə 10 fevral 2022-ci il tarixdə 500 (beş yüz) Azərbaycan manatı dəyərində müqavilə bağlamışdır. Eyni zamanda Cavabdeh1 MMC cavabdeh İddiaçı qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərilmiş hüquqi xidmətin dəyəri olaraq 169,853 manat pulun və 460 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh (qarşılıqlı iddia tələbi üzrə iddiaçı) "xxxx" 'MMC (VÖEN **********) ilə arasında 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci və 2-cİ bəndlərinə əsasən "xxxx"MMC” ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməli, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC həvalə edilən tapşırıq vərəsəlik işi ilə bağlı sənədlərin toplanması, araşdırılması, sorğuların müvafiq idarələrə, dövlət qurumlarına, xarici dövlətlərin səlahiyyətli orqanlarına və Azərbaycan Respublikasındakı səfirlik və digər diplomatik nümayəndəliklərinə göndərilməsi, vərəsəyə çatacaq əmlakların tapılması, sənədləşdirilməsindən ibarət olmuşdur. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə vərəsəlik işi həm qismən, həm də tam həll edildikdən sonra İddiaçı tərəfindən ona çatacaq payın (bütün əmlakın) 10%-i məbləğində mükafat (qonarar) "xxxx"MMC” - ə ödənilməlidir. Qeyd olunan müqavilə üzrə qarşılıqlı iddia tələbi üzrə iddiaçı "xxxx"MMC” öz üzərinə düşən öhdəliyini nəzərdə tutulduğu kimi həyata keçirsə də qarşılıqlı iddia tələbi üzrə İddiaçı Müqavilə üzrə hüquqi xidmətlərə görə qonarar ödəməkdən qərəzli olaraq yayınmışdır. Belə ki, göstərilmiş hüquqi xidmət nəticəsində qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı mərhum həyat yoldaşı Çin Xalq Respublikasının vətəndaşı Liu Xinanın tərəfindən “Ocağ Construction" MMC-dən alınmış Bakı şəhəri Xətai rayonu, Ramız Quliyev küçəsi 23 saylı evin, ümumi sahəsi 147 kv.metr olan 55 saylı mənzili, həmin mənzilə görə 132 300 AZN pulun ödənildiyi, Bakı şəhəri Xətai rayonu, Ramiz Quliyev küçəsi 23 saylı evin, ümumi sahəsi 147 kv.metr olan 67 saylı mənzili, həmin mənzilə görə 132 300 AZN pulun ödənildiyi və Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 7A saylı evin, ümumi sahəsi 200 kv.metr olan 8 saylı mənzili, həmin mənzilə görə 180 000 AZN pulun ödənildiyi müəyyən edilmişdir. "xxxx"MMC” tərəfindən "xxxx" MMC-dən alınmış maliyyə arayışlarına uyğun olaraq qeyd olunan mənzillərin ümumi dəyərinin 444 600 AZN olması və həmin mənzillərin, habelə onların ümumi dəyərinin 7/8 hissədə payın qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Rafiqovaya məxsus olması nəzərə alınaraq cavabdehdən göstərilmiş hüquqi xidmətə görə ona məxsus payın dəyəri olan 389 000 manatın 10% məbləğində yəni 38900 manat məbləğində xidmət haqqı tələb edilmişdir. Bununla yanaşı göstərdikləri hüquqi xidmətlər nəticəsində qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı mərhum həyat yoldaşı Çin Xalq Respublikasının vətəndaşı Liu Xinanın adına Azərbaycan Respublikasında açılmış müxtəlif Bank hesablarında müxtəlif valyutalar növündə pul vəsaitləri aşkar edilərək həmin məbləğlərin Azərbaycan manatına ekvivalenti şıklindı (hazırki dəyər) 40858 manat müəyyən edilmiş, habelə həmin məbləğin 10 % miqdarında yəni 4085 manat cavabdehdən xidmət haqqı tələb edilmiş, lakin o həmin məbləği də ödəməkdən qərəzli boyun qaçırmışdır. Eyni zamanda göstərdiyimiz hüquqi xidmətlər nəticəsində qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı mərhum həyat yoldaşı Çin Xalq Respublikasının vətəndaşı Liu Xınanın tərəfindən nikahdan əvvəl alınmış Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsi ev 22, mənzil 34 ünvanında yerləşən mənzilin 3/4 hissəsinin dəyəri olaraq 120000 manat pulun 10% məbləğində İddiaçı xidmət haqqı tələb edilmiş lakin, onun tərəfindən müəyyən bəhanələr gətirilərək heç bir məbləğdə ödəmə aparmamışdr. Həmçinin, göstərdikləri hüquqi xidmətlər nəticəsində qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı mərhum həyat yoldaşı Çin Xalq Respublikasının vətəndaşı Liu Xınanın tərəfindən Türkiyyə Respublikası İstanbul əyaləti, Bakırköy şəhəri, Zeytinlik məhəlləsi, 564 cü ada, 50 saylı evin ümumi sahəsi 119,27 kv.metr olan 181 saylı mənzilinin alındığı və həmin mənzilin tikinti müqaviləsinə əsasən 826 000 ABŞ dolları məbləğində olduğu müəyyən edilmişdir. Hazırda qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı mərhum həyat yoldaşı Çin Xalq Respublikasının vətəndaşı Liu Xinanın tərəfindən Yunanısatan Respublikasında alınmış iki mənzilin və Çin Xalq Respublikasında yerləşən qeyri yaşayış sahəsinin yerinin və dəyərinin öyrənilməsi istiqamətində tərəflərindən araşdırmalar aparılır. Buna görə də, həmin əmlaklarla bağlı lazımi sənədləri məhkəməyə təqdim edə bilmirlər. Həmin sənədlər məhkəməyə təqdim olunduqdan sonra hazırkı iddia tələblərinin həcminin artırılması istisna edilmir. Məlumat üçün bildirirlər ki, qarşılıqlı iddia tələbi üzrə cavabdeh tərəfindən hazıradək 8000 AZN məbləğində hüquqi xidmətlərə görə ödəniş həyata keçirilmişdir. Qarşılıqlı iddia tələbi üzrə cavabdehin 5500 manat kimi iddia ərizəsində qeyd etdiyi vəsaitini cavabdeh özü şəxsən mərhum həyat yoldaşı Liu Xinanın tərəfindən ödənilməmiş qalmış vəsaitin əvəzində "xxxx" MMC-ə ödəniş etmiş və bu barədə həmin MMC-dən qəbzlər alınmışdır. Hesab edirlər ki “JAFARLİ AND CO"MMC” tərəfindən qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı onlara tərəflərindən göstərilmiş hüquqi xidmət nəticəsində 778533 manat dəyərində əmlaka vərəsəlik qaydasında sahib olacağı müəyyən edilmişdir. Buna görə də, hesab edirlər ki ödənilmiş 8000 manat pul nəzərə alınmaqla qarşılqılı tələbləri üzrə cavabdeh İddiaçı göstərilmiş hüquqi xidmətinin dəyəri olaraq 169 853 AZN (177 853 AZN-8000AZN=169 853 AZN) və dövlət rüsumu olaraq ödənilmiş 460 AZN pul vəsaiti tutularaq qarşılıqlı iddia tələbi üzrə iddiaçı “JAFARLİ AND CO"MMC” xeyrinə ödənilməlidir. İddiaçı nümayəndəsi-vəkili tərəfindən təqdim olunmuş qarşılıqlı iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı 30 iyun 2021-ci tarixdə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, 1 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasında olmamışdır. Ocaq Constraction MMC-də alınmış mənzillər ilə əlaqədar: Ocag Constraction MMC-dən müqavilə ilə alınmış mənzillərin İddiaçı adına rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bildirmək istəyir ki, ilkin iddia üzrə cavabdehlər İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq çatacaq miras əmlaklarda payının müəyyən edilməsində hüquqi köməklik göstərməli idi. Lakin Cavabdeh2 həmin mənzillərdə bütün payı addan ada keçirmək yolu ilə İddiaçı adına rəsmiləşdirməyə cəhd etmişdir. İddiaçı etibarnamə əsasında nümayəndəsi olan Cavabdeh2 tərəfindən həyata keçirilən bu hərəkət İddiaçı həqiqi niyyətini əks etdirmədiyi üçün o mənzillərin müqavilələrinə imza etməmiş, bu barədə iradını ilkin iddia üzrə cavabdehlərə bildirmişdir. Çünki həmin mənzillərdə qanunvericiliyin tələblərinə əsasən İddiaçı qaynanasının və uşaqların miras payı var. 29 yanvar 2022-ci il tarixdə bununla əlaqədar ilkin iddia üzrə cavabdehlərin Nərimanov rayonu ərazində yerləşən ofisində müzakirələr aparılmış, lakin nəticə əldə olunmamışdır. Ofisdə olan zaman ilkin iddia üzrə cavabdehlərə təklif olunmuşdur ki, həmin mənzillərin yeni sənədlərini İddiaçı qaytarılsın, lakin ilkin iddia üzrə cavabdehlər imtina etmişlər, imtinanın əsası kimi əlavə ödəniş göstərmələri olmuşdur. İddiaçı mənzillərə dair yeni sənədləri tələb etmək məqsədi ondan ibarət olmuşdur ki, həmin sənədləri Ocag Constraction MMC qaytararaq əvəzində qanunvericiliyin tələblərinə uyğun olaraq miras payına uyğun olaraq öz payını əldə edə bilsin. Hətta bu barədə MMC rəhbərliyinədə pretenziya məktubu göndərilmişdir. Məhkəməyə təqdim olunmuş ‘whatsapp’ proqramı vasitəsi ilə aparılmış mesajlaşmadan görünür ki, Cavabdeh2 özü bildirmişdir ki, ‘Mənzillərin addan-ada keçməsi üçün 5500 manat rüsum lazım olduğunu Cəmiləyə bildirdim’, ‘Bir neçə gündən sonra çox böyük tərəddütlərdən sonra Sahil bağının yanında Cəmilə pulu və mənzilin sənədlərinin əslini mənə çatdırdı’, ‘Mən darhal MTK-ya getdim,etibarnaməni,Ş\V,sənədləri və 5500 manat ödənişi təqdim etdim.’ JAFARLİ AND CO" MMC”-nin nümayəndəsi və vəkili məhkəmə iclasında həqiqəti gizlədərək bildirmişdir ki, qeyd olunan mənzillərin sənədlərinin əldə olunmasında “JAFARLİ AND CO" MMC” xidmət göstərmişdir. Lakin mesajlardan görünür ki, sənədlərin əslini İddiaçı Cavabdeh2 şəxsən özü çatdırmışdır. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 2018-ci ildən qeyd olunan mənzillərin yerləşdiyi binanın tikintisində ölmüş şəxs Liu Xinan investor qismində iştirak etmişdir. Ayrıca "xxxx" MMC”-nin nümayəndəsi və vəkili məhkəmə iclasında həqiqəti gizlədərək bildirmişdir ki, ‘5500 manat ödənişi İddiaçı özü şəxsən Ocag Constraction MMC ödəmişdir’. Təkrarən bildirmək istəyir ki, ‘whatsapp’ proqramı vasitəsi ilə aparılmış mesajlaşmadan görünür ki, 5500 manatı Cavabdeh2 şəxsən özü İddiaçı almış və Ocag Constraction MMC-yə ödənişi şəxsən Cavabdeh2 özü təqdim etmişdir. Müqavilələrin əsli, maliyyə arayışlarının əsli, həmçinin 5500 manatlıq ödənişlərin əsli halhazırda ilkin iddia üzrə cavabdehlərin özündədir. Liu Xinanın bank hesablarında olan pullarla və Bakı şəhəri Səbail rayonu, ifə Əliyeva küçəsi ev 22, mənzil 34 ilə əlaqədar: Liu Xinanın bank hesablarında olan pullarla və Bakı şəhəri Səbail rayonu, Zərifə yeva küçəsi ev 22, mənzil 34 ilə əlaqədar bildirmək istəyir ki, Liu Xinanın öldükdən sonra qanunla müəyyən edilmiş müddətdə vərəsə İddiaçı vərəsəlik işi açılması üçün Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət etmişdir. Həmin müraciət əsasında 9 aprel 2021 tarixdə 38\2021 nömrəli vərəsəlik işi açılmışdır. Notariat orqanına Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva küçəsi ev 22, mənzil 34-ün çıxarışı təqdim edilmiş, bank hesabları üzrə isə notariat orqanı tərəfindən banklara sorğular verilmiş və sorğuların nəticəsində banklardan notariat orqanına cavablar göndərilmişdir. Belə ki, Banklar haqqında Azərbaycan Respublikasının qanunun 41.3-cü laddəsində göstərilmişdir ki, hesabların və əmanətlərin sahibləri vəfat etdikdə onların hesabları və əmanətləri barəsində arayışlar notariuslara onların icraatında olan vərəsəlik işləri üzrə, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir. İlkin iddia üzrə cavabdehlər "xxxx" MMC”-nin və Cavabdeh2 sorğular nəticəsində bank hesabları barədə məlumat əldə etməsi qanunən qeyri-mümkündür. Bakı şəhəri 46 saylı notariat ofisinin 29 mart 2022-ci il tarixli, X\362 nömrəli məktubundan görünür ki, notariat ofisinə "xxxx" MMC”, Cavabdeh2 və vəkil Mehdi Hüseynzadə tərəfindən sorğular daxil olmamış, 38\2021 nömrəli vərəsəlik işi üzrə İddiaçı şəxsən özü iştirak etmişdir. Məhkəməyə təqdim edilmiş 38\2021 nömrəli 68 vərəqəlik vərəsəlik işinin materiallarından görünür ki, vərəsəlik işində İddiaçı şəxsən özü iştirak etmiş, "xxxx" MMC”nin, Cavabdeh2 və vəkil Mehdi Hüseynzadənin onun nümayəndəsi olması barədə hər hansı bir sənəd mövcud deyildir. Türkiyə Respublikası İstanbul şəhərində yerləşən mənzillə əlaqədar: X5 Respublikası İstanbul şəhərində yerləşən mənzilin çıxarışı olmadığı üçün 11 dekabr 2019-cu il tarixli türk və ingilis dillərində tərtib edilmiş payçı müqaviləsi əsasında almış, satış müqaviləsinin və ilkin məlumatdırma formasının bir nüxsəsi 12 dekabr 2019-cu il tarixli ‘Sənədin təhvil-təslim aktı’ əsasında Liu Xinana təhvil verilmiş və o 16 dekabr 2019-cu il tarixdə Azərbaycana qayıtmışdır ( Liu Xinana məxsus passortun 43cü səhifəsi). 13 gün sonra Liu Xinan aldığı evi ailə üzvlərinə göstərmək üçün həmçinin Yeni il bayramı keçirtmək üçün ailəsi birlikdə Gürcüstan Respublikasına, daha sonra İstanbul şəhərinə getmişlər. ( Liu Xinana məxsus pasportun 21-ci,41-ci səhifələri, Liu Aylinə məxsus pasportun 8-ci və 30-cu səhifələri, Liu Aylinə məxsus pasportun 3-cü, 6-cı səhifələri, Liu Leyliyə məxsus pasportun 3-cü, 4-cü səhifələri). Liu Xinan rəhmətə getdikdən sonra da Türkiyə Respublikası İstanbul şəhərində yerləşən mənzilin sənədləri, həmin evin ödənişinə dair bank sənədləri və digər sənədlər ailəsinin Bakı şəhərində yaşadığı mənzildə olmuşdur. Mənzilin sənədlərinin əldə olunmasında "xxxx" MMC” hər hansı bir hüquqi xidmət göstərməmiş, mənzilin sənədləri İddiaçı tərəfindən Cavabdeh2 və vəkil kimi təqdim etdiyi şəxsə təqdim edilmişdir. "xxxx" MMC" tərəfindən Türkiyə Respublikası İstanbul şəhərində yerləşən mənzilin sənədləri, həmin evin ödənişinə dair Azərbaycan və Türrkiyə bank sənədləri əsillərinin əldə olunması qeyri-mümkündür. Belə ki, İddiaçı uşaqları Liu Leyli və Aylin Liu ilə birlikdə 30 iyun 2020-ci il tarixdə Türkiyənin Ankara şəhərinə bacıgilə getmiş, daha sonra oradan da İstanbul şəhərinə getmişdir. İddiaçı İstanbul şəhərində olarkən və ümumiyyətlə 2022-ci ilin yanvar ayının sonunadək "xxxx" MMC” tərəfindən İstanbul şəhərində yerləşən mənzillə əlaqədar olaraq hər hansı bir hüquqi yardım göstərilməmiş, İddiaçı Türkiyə Respublikası ərazisində Liu Xinanın vərəsəsi olması barədə məhkəməyə müraciət olunmamış, bu istiqamətdə hər hansı bir hərəkətlər edilməmiş, buna görədə 13 fevral 2022-ci il tarixdə İddiaçı onunla birlikdə İstanbul şəhərinə gedərək onun təklifi əsasında Türkiyə Respublikasında vəkillik fəaliyyəti ilə məşğul olan Gülşen Velizadəyə etibarnamə verilmiş və həmin vəkil tərəfindən məhkəməyə müraciət olunmuşdur. (biletlər və etibarnamə əlavə olunur). Vəkil Mehdi Hüseynzadə tərəfindən İddiaçı hüquqi yardım göstərilməsi əlaqədar: "xxxx" MMC” məhkəməyə order və vəkil sorğuları təqdim edərək bildirmişlər ki, İddiaçı hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Mehdi Hüseynzadə ilə müqavilə bağlanmışdır. Qarşılıqlı iddiaya ərizəsi verilənədək yəni 29 mart 2022-ci il tarixədək vəkil Mehdi Hüseynzadə ilə İddiaçı adından müqavilə bağlandığına dair İddiaçı məlumatı olmamış, müqavilənin surəti ona təqdim edilməmiş, vəkilə İddiaçı tərəfindən etibarnamə verilməmiş, vəkillə İddiaçı görüşü təşkil edilməmiş, vəkil tərəfindən İddiaçı hüquqi yardım göstərilməmişdir. Məhkəmədən sonra İddiaçı 30 mart 2022-ci il tarixdə 20 saylı vəkil bürosuna ərizə ilə müraciət etmiş, 20 saylı vəkil bürosunundan təqdim olunmuş 11 aprel 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı adından "JAFARLİ AND MMC” yox, etibarnamə əsasında Cavabdeh2 vəkil Mehdi Hüseynzadə ilə 20 manat dəyərində formal müqavilə bağlanmışdır. Halbuki, məhkəməyə təqdim olunmuş ‘whatsapp’ proqramı vasitəsi ilə aparılmış mesajlaşmadan görünür ki, Cavabdeh2 yalandan bildirmişdir ki, vəkillə müqavilə bağlanması üçün 2000 manat pul ödənmişdir. Lakin araşdırmaları nəticəsində məlum olmuşdur ki, vəkillə bağlanmış müqavilənin dəyəri 20 manat təşkil edir. Nümunə olaraq göstərə bilər ki, vəkil Mehdi Hüseynzadə tərəfindən ölmüş şəxs Liu Xinan təsisçisi olduğu hüquqi şəxslər barədə məlumat əldə edilməsi üçün Dövlət Vergi Xidmətinə, Baş Dövlət Yol Polisi İdarəsinə vəkil sorğuları verilməmişdir. Həmin sorğular onun tərəfindən verilmiş və məlum olmuşdur ki, Azərbaycan Respublikası ərazisində Liu Xinan 4 məhdud məsuliyyətli cəmiyyətin təsisçisi olmuşdur. Məhkəmə iclasında iştirak etmiş ilkin iddiaçının nümayəndəsi-vəkili ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinə və qarşılıqlı iddia ərizəsinə vermiş olduğu etiraz ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəmə iclasına dəvət edilmiş, lakin onlar məhkəmə iclasında iştirak (nümayəndəsinin iştirakını təmin etməmiş) etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə ilkin iddia üzrə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ilkin iddia üzrə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Məhkəmə ilk öncə ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, ilk öncə ilkin iddia tələbinin “İddiaçı ilə Cavabdeh1 MMC arasında 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 01 iyul 2021ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin surətindən görünür ki, bu müqavilə əsasında MMC ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı məxsus P5031590 nömrəli pasportun surətindən görünür ki, İddiaçı 30 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş və 14 iyul 2021-ci il tarixdə ölkəyə geri dönmüşdür. Qarşılıqlı iddia ərizəsində tərəflər arasında bağlanmış müqavilənin 01 iyul 2021-ci il tarixdə bağlandığını qeyd edilsə də, 20 aprel 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahat verərək bildirmişdir ki, tərəflər arasında müqavilə 01 iyul 2021-ci il tarixdə bağlanmamışdır. Müqavilədə tarix 01 iyul 2021-ci il tarix göstərilsə də, Müqavilə onun dəqiq xatırlamadığı başqa bir tarixdə imzalanmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Müqavilə bağlanan zaman İddiaçı ölkə hüdudlarında olmadığından onun 01 iyul 2021-ci il tarixdə fiziki olaraq sözügedən Müqaviləni imzalaması mümkün deyildir. Bundan başqa Cavabdeh2 izahatında Müqavilənin 01 iyul 2021-ci il tarixdə deyil, başqa bir tarixdə imzalandığını qeyd etsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, Müqavilə tərəflərdən biri kimi qeyd olunan İddiaçı iradəsini ifadə etmədiyindən və hansı şəraitdə bağlandığı müəyyən olunmadığından özözlüyündə etibarsız hesab edilməlidir. AR Mülki Məcəlləsinin: 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Eyni Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən də qanun pozuntusu ilə bağlanmış hər bir əqd, bunun nəticəsində mənafeyi pozulan şəxsin tələbi ilə etibarsız sayılır. Məhkəmə iddia tələbinin “cavabdehlərə ödənilmiş 13,500 manat pulun iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsaslıdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində və 20 aprel 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında özü də etiraf etmişdir ki, 8.000 manat məbləğində pul vəsaitini göstərmiş olduğu hüquqi xidmət müqabilində İddiaçı almışdır. Sözügedən məbləğin cavabdeh tərəfindən iddiaçıdan alınması işin mübahisəsiz halı olduğundan məhkəmə həmin pulun hansı səbəbdən cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına münasibətdə qeyd edir ki, cavabdehin özünün də bildirdiyi kimi 8.000 manat məbləğində pul vəsaiti İddiaçı tərəflər arasında bağlanmış 01 iyul 2021-ci il tarixli Müqavilənin şərtlərinə uyğun olaraq göstərilmiş hüquqi xidmətin müqabilində alınmışdır. Lakin sözügedən 01 iyul 2021-ci il tarixli Müqavilə etibarsız müqavilə hesab edildiyindən həmin pul məbləği də qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehlərdən İddiaçı xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 13,500 manat pulun yerdə qalan 5,500 manat hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, təkrarən qarşılıqlı iddia ərizəsində cavabdeh qeyd etmişdir ki, cavabdehin (İddiaçı) 5500 manat kimi iddia ərizəsində qeyd etdiyi pul vəsaitini cavabdeh özü şəxsən mərhum həyat yoldaşı Liu Xinanın tərəfindən ödənilməmiş qalmış vəsaitin əvəzində "xxxx" MMC-yə ödəniş etmiş və bu barədə həmin MMC-dən qəbzlər alınmışdır. Məhkəməyə təqdim olunmuş “whatsapp” proqramı vasitəsilə aparılmış yazışmalardan görünür ki, İ. Cəfərov özü bildirmişdir ki, “mənzillərin addan-ada keçməsi üçün 5,500 manat rüsum lazım olduğunu Cəmiləyə bildirdim. Bir neçə gündən sonra çox böyük tərəddüdlərdən sonra Sahil bağının yanında Cəmilə pulu və mənzilin sənədlərinin əslini mənə çatdırdı. Mən dərhal MTK-ya getdim, etibarnaməni, Ş\V, sənədləri və 5,500 manat ödənişi təqdim etdim”. 22 aprel 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili izahatında bildirmişdir ki, "xxxx" MMC-nin direktoru ilə danışığında direktor ona bildirmişdir ki, 5,500 manat pulun MTK-ya ödənildiyi barədə qəbzləri geri qaytaracaqları təqdirdə MTK həmin pulu İddiaçı qaytaracaqdır. Lakin həmin qəzlərin əsli Cavabdeh2dır. Cavabdeh2 həmin məhkəmə iclasında nümayəndənin dediklərinə münasibətdə bildirmişdir ki, qəbzlərin əsli ondadır. Qəbzlərin əsli yalnız İddiaçı ona göstərilmiş hüquqi xidmətin əvəzini ödədikdən sonra Cavabdeh1 MMC tərəfindən qaytarılacaqdır. Bundan başqa iş materiallarında olan 11 yanvar 2022-ci il tarixdə verilmiş maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən yaşayış binası "xxxx" MMC-yə məxsusdur. İddiaçı həmin mənzil üzrə ödənilməmiş borcu yoxdur. Eyni zamanda iş materiallarında olan 045942 və 045940 nömrəli "xxxx" Construction tərəfindən verilmiş kassa mədaxil orderlərininin surətindən görünür ki, addan ada keçirilmə kimi mücərrəd bir səbəbdən MMC-yə ümumilikdə 5,400 manat pul ödənilmişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz ərizəsində 5,500 manat məbləğində pul vəsaitini İddiaçı özü tərəfindən mənzilin dəyərindən yerdə qalan ödənilməmiş hissənin müqabilində ödənildiyini göstərsə də, işdə olan sübutlarla təsdiq olunur ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin adından İddiaçı 5,500 manat məbləğində pulu əsassız olaraq onu aldadaraq əldə etmişdir. Bu səbəbdən 5,500 manat məbləğində İddiaçı tərəfindən cavabdehlərə ödənilmiş pul məbləği də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ilkin iddia tələbinin “ünvan 1 ünvanında yerləşən 3-cü mərtəbə, 200 kvadratmetr, 4 otaqdan ibarət 8 nömrəli mənzilin 11 yanvar 2022-ci il tarixli, 8 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 180.000 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin, ünvan 3 binanın yanındakı ərazidə yerləşən binanın 11-ci mərtəbə, 147 kvadratmetr, 3 otaqdan ibarət 57 nömrəli mənzilin 11 yanvar 2022-ci il tarixli, 55 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132,300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin, ünvan 3 binanın yanındakı ərazidə yerləşən binanın 13-cü mərtəbə, 147 kvadratmetr, 3 otaqdan ibarət 67 nömrəli mənzilin 11 yanvar 2022-ci il tarixli 67 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132,300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin Cavabdeh1 MMC-dən məcburi qaydada alınaraq iddiaçıya verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsaslıdır. Belə ki, 20 aprel 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, qeyd olunan əmlaklarla bağlı olan sənədlərin əsli (müqavilələr və maliyyə arayışları) Cavabdeh1 MMC-də saxlanılır. Həmin sənədlər İddiaçı göstərilmiş hüquqi yardıma görə razılaşdırılmış məbləğlər İddiaçı tərəfindən MMC-yə ödənildikdən sonra onun özünə qaytarılacaqdır. Bundan başqa Məhkəməyə təqdim olunmuş “whatsapp” proqramı vasitəsilə aparılmış yazışmalardan görünür ki, İ. Cəfərov özü bildirmişdir ki, bir neçə gündən sonra çox böyük tərəddüdlərdən sonra Sahil bağının yanında Cəmilə pulu və mənzilin sənədlərinin əslini ona çatdırmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus sözügedən əmlaklarla bağlı müqavilələrin və maliyyə arayışlarının cavabdehlərdə saxlanılması qanunsuz və əsassdır. Bu səbəbdən həmin sənədlər cavabdehlər tərəfindən iddiaçının özünə qaytarılmalıdır. Mülki Məcəllənin 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə ilkin iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 500 manat pulun cavabdehlərdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsaslıdır. Belə ki, iş materiallarında olan qəbzin surətindən görünür ki, “Access Bank” vasitəsilə İddiaçı tərəfindən 12 saylı vəkil bürosunun hesabına 500 manat məbləğində ödəniş edilmişdir. MPM-nin 115.0.6-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə istinad edərək, həmin Müqavilə üzrə göstərmiş olduğu hüquqi xidmətlərin müqabilində razılaşdırılmış vəsaiti tələb edir. İş materiallarında olan 20 saylı Vəkil Bürosu tərəfindən İddiaçı ünvanlanmış 11 aprel 2022-ci il tarixli məktubda qeyd edilir ki, etibarnamə əsasında nümayəndəniz Cavabdeh2 ilə 20 saylı Vəkil Bürosu arasında sizə “xarici ölkə səfirliklərinə və digər qurumlara sorğu göndərilməsi ilə bağlı “hüquqi yardım göstərilməsi üçün 03.07.2021-ci il tarixli 882 saylı müqavilə bağlanılmış, müqavilə üzrə tapşırığın icrası 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 həvalə edilmişdir. Həmin müqavilə üzrə 20 manat xidmət haqqı ödənilmişdir. Habelə iş materiallarında olan 46 saylı Notariat ofisi tərəfindən 12 saylı Vəkil Bürosuna ünvanlanmış 29 mart 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, 46 saylı Notariat ofisinə Cavabdeh1 MMC, Cavabdeh2 və vəkil Mehdi Hüseynzadə tərəfindən 547 saylı, 27 dekabr 2021-ci il tarixli sorğular daxil olmamışdır. 27.01.2021-ci il tarixdə vəfat etmiş Liu Xinanın ölümü ilə əlaqədar açılmış 38/2021 saylı vərəsəlik işi üzrə İddiaçı şəxsən özü iştirak etmişdir. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının qarşı tərəfdən onun xeyrinə tutulmasını tələb etdiyi ödənişin əsasında tərəflər arasında bağlanmış 01 iyul 2021-ci il tarixli Müqavilə durduğundan və həmin müqavilə hazırda etibarsız hesab edildiyindən İddiaçı MMC qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi qalmır. Bundan başqa MMC qarşılıqlı iddia ərizəsində İddiaçı razılaşdırılmış hüquqi yardıma görə müxtəlif xidmətlər (yazışmalar, sorğular) göstərdiyini qeyd etsə də, bu halı təsdiq edə biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından görünür ki, məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı ilkin iddia tələbi təmin olunduğundan, qarşılıqlı iddia tələbi isə təmin olunmadığından, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 132 manat dövlət rüsumunun əvəzi ilkin iddia üzrə cavabdehlərdən tutulub ilkin iddia üzrə iddiaçıya ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə etibarsız hesab edilsin. 13,500 manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilsin. ünvan 1 ünvanında yerləşən 3-cü mərtəbə, 200 kvadratmetr, 4 otaqdan ibarət 8 nömrəli mənzilin 11 yanvar 2022-ci il tarixli, 8 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 180.000 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin, ünvan 3 binanın yanındakı ərazidə yerləşən binanın 11-ci mərtəbə, 147 kvadratmetr, 3 otaqdan ibarət 57 nömrəli mənzilin 11 yanvar 2022-ci il tarixli, 55 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132,300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin, ünvan 3 binanın yanındakı ərazidə yerləşən binanın 13-cü mərtəbə, 147 kvadratmetr, 3 otaqdan ibarət 67 nömrəli mənzilin 11 yanvar 2022-ci il tarixli 67 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132,300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin İddiaçı qaytarılması öhdəliyi Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilən 132 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar