Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-660/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC tərəfindən xəta nəticəsində ödənilmiş 4003.11 AZN-nin, cari bank uçot dərəcəsinə uyğun kompensasiya və ödənilmiş dövlət rüsumunun (ümumilikdə) tutularaq İddiaçı MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 4003,11 manat məbləğində pulun tutması tələbi ilə çıxış etsə də, iddiaçı tərəfindən iddia ərizəsinə müəyyən olunmuş məbləğdə- həddə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamış, dövlət rüsumu kəsirlə ödənilmişdir, belə ki, həmin tələb üzrə 60,03 manat ödənilməli olduğu halda 30 manat dövlət rüsümu ödənilmişdir. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia qiymətləndirilən iddia olduğundan iddiaçı iddia ərizəsində pul tələbi ilə eyni zamanda cari bank uçot dərəcəsinə uyğun kompensasiya verilməsini tələb etmiş, lakin kompensasiyanın miqdarını göstərməmişdir. Bu hal isə həmin tələb üzrə ödənilməli olan dövlət rüsumunun məbləğinin müəyyən edilməsini mümkünsüz edir. Yəni həmin hissədə tələb konkret rəqəmlə ifadə edilməklə göstərilməlidir ki, cavabdehdən tutulmalı olan ümumi məbləğə uyğun dövlət rüsumu ödənilsin. “Dövlət rüsumu haqqında” AR Qanunun tələblərinə əsasən qiymətləndirilməyən iddia ərizələrinə görə dövlət rüsumun məbləği 100 manat həddində, qiymətləndirilən iddia ərizələrinə görə isə qaldırılan tələbin məbləğinə uyğun olaraq müəyyən edilir. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumu kəsirlə ödənildiyindən və tələb olunan kompensasiyanın məbləği göstərilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149.2.4, 151.1 və 152.1.5, 152.1.6 maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-660/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-660/2025
13.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver