Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-665/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üşün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 mart 2023cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üşün əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-də işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmrin surətini və əmək kitabçasını 27 dekabr 2022-ci il tarixdə MMCdən götürmüşdür. İşdən azad olunmağına səbəb kimi 21 oktyabr 2022-ci il tarixdə “Emporium Man” mağazasında xəzinədar vəzifəsində çalışarkən kassa əməliyyatları zamanı baş vermiş nöqsan göstərilmişdir. Halbuk faktiki olaraq heç kimə heç bir ziyan dəyməmişdir, sadəcə texniki prosedurlara düzgün əməl olunmamışdır. İddiaçı hesab edir ki, işdən azad olunmağı qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, fəaliyyət göstərdiyi müddətdə müştərilərin etdiyi alış-veriş zamanı ödədikləri nağd məbləğləri qeyri-nağd həyata keçirmişdir. Bunu etməkdə məqsədi isə sadəcə cashback əldə etmək olmuşdur. 2021-ci ilin dekabr ayından 724,94 manat cashback əldə etmişdir. Əslində bu əməliyyatla şirkətə heç bir zərər dəyməmişdir. Ancaq buna baxmayaraq qeyd edilən 724,94 manat məbləği şirkətə ödəmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı müştərilərin nağd olaraq kassaya təqdim etdikləri pul vəsaitlərini mənimsəyərək şəxsi bank kartları vasitəsilə ödənişləri rəsmiləşdirmiş və ödənşlərdən yaranan “cashback” bonuslarını şəxsi məqsədlərlə istifadə etmişdir. Kassa əməliyyatları zamanı aşkarlanmış nöqsan nəticəsində iddiaçının təqsiri ucbatından cavabdehə 724,94 manat dəyərində dəymiş ziyan iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əmək Müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə xəzinədar vəzifəsinə işə götürülmüşdür. 10 noyabr 2022-ci il tarixli 3 767/22 saylı əmrdən çıxarışdan görünür ki, “Emporium Man” mağazasının xəzinədar-administratoru İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğu üçün işdən azad edilmişdir. Müəssisədaxili intizamın pozulması haqqında xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı 2022-ci il ərzində bir çox satışı müştəridən məbləği nağd almasına baxmayaraq üzərində olan karta mədaxil etmiş və müştərilərin satışlarını kart vasitəsilə qeydiyyatını aparıb kartından ödənişlər etmişdir. Xəzinədarın üzərində olan kart cashback kartıdır. Eyni zamanda xx.xx.2022-ci il tarixdə yalnışlqla kartından ödədiyi 499,75 AZN dəyərində məbləği sonradan bilib və xx.xx.2022-ci il tarixdə həmin məbləği geri qaytarma etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatlarla müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh MMC-nin xəzinədarı vəzifəsinə işə götürülmüşdür. 10 noyabr 2022-ci il tarixdə əmək vəzifələrini kobud şəkildə pozduğu əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı da işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kolektivinin hüquqlarına və mənafelərinə ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin təqsirli hərəkətləri nəticəsində əməyin mühafizəsi qaydasını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində işəgötürənin, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi işçinin yol verdiyi səhvin onun əmək müqaviləsinə xitam verilməsinə əsasə təşkil etməsi üçün qeyd olunan bu hal nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsinə yol aça bilər. Halbuki hazırki işdə cavabdeh (işəgötürən) tərəfindən sadalanan halların mövcudluğunu təsdiq edə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə də sübut olunur ki, cavabdehə dəymiş ziyan iddiaçı tərəfindən işdən azad olunmamışdan öncə ödənilmişdir. Bununla da, işəgötürənin hüquqlarına və mənafelərinə hər hansı bir ziyan dəydiyi təsbit olunmur. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, qanunun tələbinə əsasən işəgötürənin hüquqlarına və mənafelərinə dəymiş ziyan işçinin qəsdən və səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyi səbəbindən yaranmalıdır. Halbuki tərəflərin izahatlarından və iş materiallarından da görünür ki, işçinin işəgötürənə ziyan vurmaqda heç bir qərəzli məqsədi olmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya töhmət, xəbərdarlıq edilmədən, digər tənbeh tədbirləri görülmədən əmək müqaviləsinə birbaşa həmin əsasla xitam verilməsi işəgötürənin işçiyə qarşı qərəzli mövqedə olduğu ehtimalını yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi barədə 10 noyabr 2022-ci il tarixli əmr ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-665/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-665/2023
17.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver