Məhkəmə qərarları › İş №e-2(009)-666/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-666/2023

29.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-666/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə oğluna qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, aralarında bağlanmış barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, onların arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış həmin barışıq sazişinin şərtlərinə görə:

1. İddiaçı “Sinteks" MMC-tinə qarşı irəli sürdüyü işə bərpası və əmək haqqının ödənilməsi barədə iddia tələbindən imtina edir.

2. Əvəzində cavabdeh "xxxx" MMC-ti İddiaçı işdən çıxması barədə Əmrdə və müvafiq surətdə onun Əmək kitabçasında 10 noyabr 2022-ci il tarixində işdən azad olunmasının hüquqi əsaslarını Əmək məcəlləsinin 70 maddəsinin "ç" bəndini məcəllənin 69 maddəsinə (yəni Əmək müqaviləsinə işçisinin təşəbbüsü ilə xitam verilməsi) dəyişdirilməsini rəsmiləşdirir.

3. İkinci bənddə göstərilən dəyişiklik Əmək və Məşqulluq altsistemində qeydiyyata alınsın.

4. Bu Saziş tərəflərlə imzalandıqdan və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.

5. Barışıq Sazişi 3 (üç) nüsxədə tərtib edilir, Barışıq Sazişinin bir müsxəsi təsdiq edilmək üçün məhkəməyə təqdim edilir, digər iki nüsxə tərəflərdə qalır. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏRARA ALDİ:

Aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı “Sinteks" MMC-tinə qarşı irəli sürdüyü işə bərpası və əmək haqqının ödənilməsi barədə iddia tələbindən imtina edir. 2.Əvəzində cavabdeh "xxxx" MMC-ti İddiaçı işdən çıxması barədə Əmrdə və müvafiq surətdə onun Əmək kitabçasında 10 noyabr 2022-ci il tarixində işdən azad olunmasının hüquqi əsaslarını Əmək məcəlləsinin 70 maddəsinin "ç" bəndini məcəllənin 69 maddəsinə (yəni Əmək müqaviləsinə işçisinin təşəbbüsü ilə xitam verilməsi) dəyişdirilməsini rəsmiləşdirir. 3.İkinci bənddə göstərilən dəyişiklik Əmək və Məşqulluq altsistemində qeydiyyata alınsın.

4. Bu Saziş tərəflərlə imzalandıqdan və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir. 5.Barışıq Sazişi 3 (üç) nüsxədə tərtib edilir, Barışıq Sazişinin bir müsxəsi təsdiq edilmək üçün məhkəməyə təqdim edilir, digər iki nüsxə tərəflərdə qalır. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262-ci maddələrinin tələbləri izah edilmişdir. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar