Məhkəmə qərarları › İş №e-2(009)-680/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-680/2021

11.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-680/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi E.E.Həsənlinin iştirakları ilə İddiaçı Cavabdehnə qarşı özbaşına inşa edilmiş tikililərin sökülməsi tələbinə dair ilkin iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı özbaşına inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, seriya RX No ******* saylı, qeydiyyat tarixi 10.04.2014-cü il tarixli olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən, məqsədi istifadə növü fərdi yaşayış evinin tikintisi olan 0,04 ha torpaq sahəsi İddiaçı şəxsi mülkiyyətindədir. İddiaçının maddi imkanı yol vermədiyindən, o, mülkiyyətində olan torpaq sahəsi üzərində hələ ki, hər hansı tikinti işləri aparmamışdır. İddiaçı yalnız torpaq sahəsini hasarlanmış və vaxtaşırı torpaq sahəsinə baş çəkərək sahəyə nəzarət edirdi. İddiaçı növbəti dəfə torpaq sahəsinə gəldikdə hasarın dağıldığını və ona məxsus ərazidə Cavabdeh tərəfindən tikinti işlərinin (yüksək mərtəbəli evdərin ucaldılması) aparılmasını müşahidə etmişdir. Həmçinin cavabdeh tərəfindən digər bir bina da Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 13-cü fəsli ilə nəzərdə tutulan “Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ”na dair normalar kobudcasına pozulmaqla iddiaçıya məxsus torpaq sahəçinin bilavasitə yaxınlığında uçaldılır. Hazırda cavabdeh tərəfindən tikinti işləri iddiaçıya məxsus torpaq sahəsinin bilavasitə ərazisində aparılır. Xeyli vaxt keçdikdən sonra iddiaçı cavabdeh şəxsin nümayəndələri ilə görüşməyə müvəffəq olmuşdur. Cavabdehin nümayəndələri ilk öncə iddiaçıya bildirmişlər ki, ona məxsus ərazi cavabdeh üçün zəruri olduğundan onlar sahənin bazar dəyərini təşkil edən məbləği iddiaçıya ödəməyə razıdırlar. Lakin hazırda cavabdeh iddiaçıya verdiyi sözdən boyun qaçırır, onunla bərabər sonuncuya məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasını davam edir. Göstərilənlərə əsasən iddiaçı ona məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən, 0,04 ha torpaq sahəsinin ərazisində Cavabdeh MTK tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafə nəzərdə tutulmadan Cavabdeh MTK tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MTK cavabdeh İddiaçı qarşı cavabdehə məxsus torpaq sahəsinin əvəzinə yeni təmirli mənzillə təmin edilməsi və cavabdehin həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli 292-İVQ №-li Qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 04.09.2012-ci il tarixli 695 №-li Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 №-li Qərarı qəbul edilmişdir. Həmin qərarın birinci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyriyaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Bakı şəhərinin rayon İcra Hakimiyyətlərinə tapşırılmışdır. Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərini sökülməsini və yenidən qurulması, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektlərinin istismarına icazənin verilməsinə, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Qərarın 1.2-ci bəndinə əsasən mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkəti tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 22.09.2017-ci il tarixli aktına əsasən Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi Xanlar küçəsi 10,12,14,16,18, 20, Əlibəyov Qardaşları küçəsi, 15,17,17A,17B, 19 və Əlibəy Hüseynzadə küçəsi 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olduğundan mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» 25.02.2016-cı il tarixli 86 saylı qərarına və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 25.09.2017-ci il tarixli, 127 saylı sərəncamı ilə «xxxx» MMC-yə həvalə edilmişdir. Sonradan Səbail rayon İcra Hakimiyyəti Başçısının 27.10.2017ci il tarixli, 138 saylı sərəncamı ilə 25.09.2017-ci il tarixli, 127 saylı sərəncam ləğv edilmiş və həmin sərəncama əsasən həmin binaların sökülməsi, həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinin həyata keçirilməsi «xxxx» MMC-nin həmtəsisçisi olduğu Cavabdehnə həvalə edilmişdir. Bu məqsədlə 1,3 ha torpaq sahəsinin Cavabdeh MTK-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 27.10.2017-ci il tarixli, 138 saylı sərəncamının icrası ilə əlaqədar olaraq Səbail rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında 15.11.2017-ci il tarixli müqavilə bağlanılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək, sakinlər binaya köçənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kompensasiya ödənilməsi, müqavilənin 2.4-cü bəndinə əsasən binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15%-dən artıq sahəsi olan, təmirli və püşkatma yolu ilə seçilmiş mənzil sahəsi ilə təmin edilməsi öhdəlik kimi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur. 21.12.2017-ci il tarixdə Səbail RİH-nin təsərrüfat şöbəsinin böyük məsləhətçisi X1 və Cavabdeh MTK-nın nümayəndəsinin iştirakı ilə Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin Başçısının 138 saylı 27.10.2017-ci il tarixli sərəncamına əsasən Cavabdeh MTK ayrılmış 1,30 ha torpaq sahəsi instrumental təriqilə ölçülüb ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyularaq çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 1,30 ha torpaq sahəsi Akt ilə Cavabdeh MTK-ya təhvil verilmişdir. Təhvil verilmiş torpaq sahəsinə Əlibəyov Qardaşları küçəsi, 11 ünvanı da daxil edilmişdir. Eyni zamanda Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış sözügedən ərazinin Tikinti-Planlaşdırma Eskizində yenidən qurulan ərazinin sərhədləri göndərilmişdir. Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsi, 11 saylı torpaq sahəsində həmin sərhədlərdə yerləşmiş və eskizdə göstərilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq MTK tərəfindən həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, razılıq əldə olunmuş, notariat qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Sözügedən ünvanlarda yaşayış binasının tikintisinə başlanılmışdır. Hal-hazırda yaşayış binasının tikintisi sürətlə davam edir və ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur. Lakin iş üzrə cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq həmin qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrsı gecikməklə yanaşı, həmin ərazidə köçürülən digər şəxslərin də hüquqları pozulmaqla davam edir. Belə ki, cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladıqları əvəzləşmə müqavilələri üzrə öhdəliklərini vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Bundan başqa mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütəmadi olaraq kompensasiya ödənilməsi MTK-ya külli miqdarda maddi zərər vurur. Göstərilənləri nəzərə alaraq qarşılıqlı iddia üzrə iddiaçı Azrbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 22.09.2017-ci il tarixli akta nəzərə alınmaqla Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 27.10.2017-ci il tarixli, 138 saylı sərəncamı ilə yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsində yerləşən cavabdeh İddiaçı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsi, 11 saylı torpaq sahəsinə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qarlaşları küçəsində tikiləcək çoxmərtəbəli və yaşayış binasında cavabdeh İddiaçı məxsus 11 saylı torpaq sahəsinin əvəzinə yeni və təmirli mənzilin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh MTK AR MPM-nin 53-cü maddəsinə əsasən qarşılıqlı iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində ekspertin gəldiyi rəyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpağın hər sotunun bazar dəyərinin 50.000 manat, mülkiyyətindəki olan 0,004 ha torpaq sahəsinin 200.000 manat dəyərində olması müəyyən edilmişdir. 21.12.2017-ci ildə “Səbail RİH-nin əməkdaşı X1 və Cavabdeh MTk-nın nümayəndəsinin iştirakı ilə Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının 27.10.2017-ci il tarixli sərəncamına əsasən Cavabdeh MTK-ya ayrılmış 1,3 ha torpaq sahəsi instrumental fərqi ilə ölçülüb ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyularaq çoxmərtəbəli yaşayış binasının tikintisinin alyihələndirilməsinə icazə verilmiş, 1,30 ha torpaq sahəsi akt ilə Cavabdeh MTk-ya təhvil verilmişdir. Təhvil verilmiş torpaq sahəsinə Əlibəyov qardaşları küçəsi, 11 ünvanı da daxil edilmişdir. eyni zamanda Bakı şəhəri, Səbail rayonu İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış sözügedən ərazinin tikinti-planlaşdırma eskizində yenidən qurulan ərazinin sərhədləri göstərilmişdir. Əlibəyov qardaşları küçəsi, 11 saylı torpaq sahəsi də həmin sərhədlərdə yerləşmiş və eskizdə göstərilmişdir. Səbail rayon İcra Hakimiyyəti tərəfindən 15.02.2019-cu il tarixli 3/10-171 saylı tikintiyə icazə barədə xüsusi nişana əsasən tikinti ərazisi və tikinti sahəsi barədə məlumat verilmişdir. Həmin sənədə əsasən ərazinin sahəsi 12960 kv.m, ərazinin tikinti sahəsi 4313 kv.m göstərilmişdir. Yəni mübahisəli torpaq sahəsi MTk-ya ayrılmış tikinti ərazisinin hüdudlarında yerləşir. Həmin ərazidə abadlaşdırma işlərinin aparılması nəzərdə tutulmuşdur. Abadlaşdırma işlərinin aparılmasında məqsəd ərazidə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, həmin ərazinin zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılmasıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentilyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 22.09.2017-ci il tarixli aktı nəzərə almaqla Bakı şəhəri, Səbail rayonu, İcra Hakimiyyəti başçısının 27.10.2017-ci il tarixli 138 saylı sərəncamı ilə yeni hündürmərtəbəli soxmənzilli yaşayış binasının tikilməsi üçün Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsində yerləşən cavabdeh İddiaçı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov qardaşları küçəsi, 11 saylı torpaq sahəsinə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh MTK tərəfindən cavabdeh İddiaçı məxsus 11 saylı torpaq sahəsinin əvəzinə 300.000 manat kompensasiya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini,qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyət hüququna xitam verilməsi və iddia tələblərini irəli sürməyə subyektiv hüququ yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdır. Belə ki, hazırki iş üzrə isə iddiaçının, mülkiyyətimndə (qanuni sahibliyində) olduğu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Hətta Səbail rayon İcra Hakimiyyətinə ünvanlanan sorğuya verilən cavabda da iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ünvanın, yəni Əlibəyovlar qardaşları 11A ünvanının ünvan 5nda əhatə edilməməsi qeyd edilmişdir. Bu isə onu göstərir ki, cavabdehin həmin sərəncama istinad edərək mülkiyyət hüquqlarına xitam verilməsi barədə tələb irəli sürməyə hər hansı subyektiv hüququ mövcud deyil. Yəni qarşılıqlı iddia üzrə iddiaçının hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Ümumiyyətlə rayon İcra Hakimiyyətinə hər hansı bir normativ hüquqi aktla vətəndaşa məxsus torpağa dair mülkiyyət hüququna xitam verilməsi barədə səlahiyyət verilməmişdir. Bu səbəbdən ilkin iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə eyni zamanda göstərmişdir ki, mülkiyyətdə olan torpaq sahəsi üçün təklif olunan kompensasiya məbləği ədalətli hesab edilə bilməz. İddiaçı yalnız tikilən binada 400 kv.m sahəyə malik mənzillə təmin olunacağı təqdirdə torpağın alğı-satqısını həyata keçirəcəyini bildirmişdir. Azərbaycan Respublikasının qanunvericilik aktları mülkiyyətdə olan əmlakın özgəninkiləşdirməsinin hüquqi əsası kimi dövlət ehtiyaclarını nəzərdə tutur. Cavabdeh ev tikib pul qazanır, gəlir əldə edir, o yalnız mülkiyyətçinin razılaşdığı şərtlər daxilində əmlakı əldə edə bilər. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi X3 ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, 138 saylı sərəncam yalnız ərazidə mövcud olan qəzalı vəziyyətdə olan tikililərin sökülüb yerində yeni binanın inşa edilməsi və bina sakinlərinin mülkiyyətində olan əmlakın müqabilində mənzillə təmin edilməsi ilə bağlı verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində hər hansı tikili mövcud deyil. Digər tərəfdən həmin torpaq sahəsinin xüsusi mülkiyyətdə olması onlara 2020-ci ildə məlum olmuşdur. Məhkəməyə təqdim olunan sənədlərlə müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ünvan, yəni Əlibəyov qardaşları küçəsi, 11 saylı ünvan onlara ayrılmış ümumi torpaq sahəsinin sərhədlərində yerləşir. Təklif olunan kompensasiya məbləği real torpağın bazar qiymətindən də artıqdır. İddiaçı torpağa görə tələb etdiyi kompensasiya məbləği isə dəfələrlə real qiymətdən çoxdur. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia tələbləri təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10.04.2014-cü il tarixli, RX seriya ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən ünvan 6 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 09.04.2014cü il tarixli, AA 061144 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş üzrə Səbail rayon İcra Hakimiyyətinin Başçısının 27.10.2017-ci il tarixli 138 saylı sərəncamına əsasən, “Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı qərarını və “Yerli icra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci maddəsini rəhbər tutaraq,“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun Səbail rayon,Bayıl qəsəbəsi, Xanlar küçəsi 10,12,14,16,18,20; Əlibəyov Qardaşları küçəsi 15,17, 17A, 17B, 19 və Əlibəy Hüseynzadə küçəsi, 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə 22.09.2017-ci il tarixli aktını, 09.10.2017-ci il tarixli 37/34-03495 saylı məktubunu, “xxxx” MMC-nin 24.10.2017-ci il tarixli Q-280 saylı razılıq məktubunu və Cavabdeh MTK-nın S-101 saylı, 24.10.2017-ci il tarixli müraciətini nəzərə alaraq Səbail rayon İcra Hakimiyyəti Başçısının 127 saylı, 25.09.2017-ci il tarixli sərəncamının ləğv edilməsi, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Xanlar küçəsi, 10,12,14,16,18,20; Əlibəyov küçəsi 15,17,17A,17B,19 ünvanlarda və Əlibəy Hüseynzadə küçəsi, 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının söküntüsünün Cavabdeh MTK tərəfindən yerinə yetirilməsi və həmin cəmiyyətə torpaq sahəsi 1,3 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. İş üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısı ilə Cavabdeh MTK arasında bağlanmış 15.11.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh MTK tərəfindən Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi, 10,12,14,16,18,20; Əlibəyov qardaşları küçəsi, 15,17,17A,17B,19 və Əlibəy Hüseynzadə küçəsi 8 saylı ünvanlarda yaşayış binalarının (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün NK Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması hazırki müqavilənin predmetini təşkil etmişdir. Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi, 10,12,14,16,18,20; Əlibəyov Qardaşları küçəsi, 15,17,17A,17B,19 və Əlibəy Hüseynzadə küçəsi, 8 ünvanlarında tikiləcək binanın (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) İcra Hakimiyyəti tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi həmin ərazidəki sakinlərlə Cavabdeh MTK arasında razılaşmalar əldə oluqdundan və müqavilələr imzalandıqdan sonra verilməsini müəyyən edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək, sakinlər binaya köçənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kompensasiya ödənilməsi, müqavilənin 2.4-cü bəndinə əsasən binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15%-dən artıq sahəsi olan, təmirli və püşkatma yolu ilə seçilmiş mənzil sahəsi ilə təmin edilməsi öhdəlik kimi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur. İş üzrə 21.12.2017-ci il tarixdə tərtib edilmiş və Səbail rayon İcra Hakimiyyəti Başçısının müayini tərəfindən təsdiq edilmiş aktın kserosurətindən görünür ki, Səbail RİH-nin təsərrüfat şöbəsinin böyük məsləhətçi memarı Kamil Məmmədov Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin Başçısının 138 No-li 27.10.2017-ci il tarixli sərəncamına əsasən 1.30 ha torpaq sahəsində instrumental təriqilə ölçüb ayırmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoymuş və Cavabdeh MTK-nın nümayəndəsi A.Səfərov yerində təhvil vermişlər, Səbail rayonu, Xanlar küçəsi, 10,12,14,16,18,20; Əlibəyov Qardaşları küçəsi, 15,17,17A,17B,19 və Əlibəy Hüseynzadə küçəsi, 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 1.30 ha torpaq sahəsinin Cavabdeh MTK-nın nümayəndəsi A.Səfərov cizgidə olduğu kimi yerində qəbul etmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən “İsmayılbəyli və Partnyorları” vəkil bürosunun vəkili Vəkil ünvanlanmış 20.04.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 138 saylı, 27.10.2017-ci il tarixli sərəncamına əsasən Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, qəzalı vəziyyətdə olan Xanlar küçəsi, 10,12,14,16,18,20, Əlibəyov Qardaşları küçəsi, 15,17,17A,17B, 19 və Əlibəy Hüseynzadə küçəsi, 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının söküntüsü Cavabdeh MTK tərəfindən yerinə yetirilərək, çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 11A ünvanı ünvan 8a əhatə edilməmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş MB-14/0549 saylı, 29.04.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 11A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin 29.04.2021-ci il tarixə hesablanmış bazar dəyəri 200.000 manat təşkil etmişdir. Həmin ərazidə 0,01 ha torpaq sahəsinin 29.04.201-ci il tarixə hesablanmış bazar dəyəri 50.000 manat təşkil etmişdir. Məhkəmə ilk növbədə ilk iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanda yerləşən 0,04 ha torpaq sahəsi cavabdehə yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə həmsərhəddir, yəni qonşuluqda yerləşir. Belə ki, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 27.10.2017-ci il tarixli 138 saylı sərəncamına əsasən Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Xanlar küçəsi, 10,12,14,16,18,20; Əlibəyov küçəsi 15, 17, 17A, 17B, 19 ünvanlarda və Əlibəy Hüseynzadə küçəsi, 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının söküntüsünün Cavabdeh MTK tərəfindən yerinə yetirilməsi və həmin cəmiyyətə torpaq sahəsi 1,3 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Səbail rayon İcra Hakimiyyətinin Başçısının 27.10.2017-ci il tarixli 138 saylı sərəncamına əsasən ona ayrılmış torpaq sərhədlərinin sərhədləri daxilində tikinti işləri aparmış və orada yüksək mərtəbəli bina inşa etmişdir. Həmin bina iddiaçının mülkiyyətindəki torpaq sahəsinin ərazisindən kənarda inşa edilmiş və iddiaçının mülkiyyətindəki torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı müdaxilə edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətindəki torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikinti işlərinin aparılması müəyyən olunmadığından və iddiaçı tərəfindən bu halları təsdiq edən sübutlar da məhkəməyə təqdim olunmadığından, ilk iddia tələbi cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi hissəsində əsaslı hesab edilməməlidir. Məhkəmə ilk iddianın cavabdeh tərəfindən torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafəsi nəzərdə tutulmadan inşa edilmiş tikililərin sökülməsi ilə bağlı qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mülkiyyətindəki torpaq sahəsində hər hansı tikinti işləri aparılmamış və həmin torpaq sahəsində heç bir tikili mövcud deyil. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericilik torpaq sahəsində inşa edilən tikililər arasında ara məsafəsinin saxlanılmasını nəzərdə tutur. Tikili ilə qonşu torpaq sahəsi arasında ara məsafəsinin saxlanılması qanunla müəyyən olunmur. Bu səbəbdən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafə nəzərdə tutulmadan cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi barədə tələbini də məhkəmə əsassız hesab edir. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, həmin tələb təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh MTK-ya müvafiq sərəncam əsasında ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə veirlmişdir. Eyni zamanda həmin sərəncamla iddiaçıya həmin əraziyə bitişik yerləşən ərazidə də abadlıq işlərinin aparılması tapşırılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən eilmişdir ki, iddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin yerləşdiyi ünvan 9 ünvan Cavabdeh MTK-ya ayrılmış və razılaşdırılmış ərazinin tikinti-planlaşdırma eskizlərinin müəyyən edilmiş sərhədlərində yerləşir və texniki sənədlərdə öz əksini tapmışdır. Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsi ilə qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı mülkiyyətindəki torpaq sahəsi yan-yana yerləşir və həmsərhəddir. Cavabdeh MTK İddiaçı mülkiyyətindəki torpaq sahəsinin alınması ilə bağlı təklif irəli sürülmüş və İddiaçı həmin təklifi qəbul etmişdir və razılaşmışdır. Lakin MTK tərəfindən təklif olunan kompensasiya məbləği İddiaçı qane etmədiyi üçün tərəflər arasında mübahisə yaranmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətindəki torpaq sahəsinin əvəzinə MTK tərəfindən ona kompensasiyanın ödənilməsinə razıdır, lakin MTK tərəfindən təklif olunan məbləğ onu qane etmir. Yəni cavabdeh İddiaçı faktiki olaraq mülkiyyət hüquqlarına kompensasiya verilməsi yolu ilə xitam verilməsinə razıdır. Lakin İddiaçı tərəfindən tələb olunan kompensasiya məbləği real bazar qiymətlərinə tamamilə uyğun olmadığı üçün, MTK üçün həmin torpaq sahəsini əldə etmək iqtisadi baxımından əlverişli deyil. Yəni torpaq mülkiyyətçisi mülkiyyət hüquqlarından sui istifadə edərək MTK üçün zəruri olan torpaq sahəsini ona ziyan vurmaqla satmaq istəyir. AR Mülki Məcəllənin əsas prinsiplərindən biri mülki hüquq subyektləri mülki hüquq bərabərliyidir(maddə 6.1). AR Mülki Məcəllənin 16.1-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. AR Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məhkəmə qeyd edir ki, torpağın mülkiyyətçi olan İddiaçı tərəfindən mülkiyyətindəki torpaq sahəsinə görə real bazar dəyərindən qat-qat üstün haqq tələb etməklə MTK-ya qarşı hüqundan sui-istifadə edir və bu səbəbdən onun bu hərəkətlərinə yol verilməməlidir. Belə ki, məhkəmə tərəfndən təyin edilmiş və İddiaçı nümayəndəsinin və vəkilinin təklif etdiyi ekspertiza müəssisəsi tərəfindən verilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətindəki torpaq sahəsinin dəyəri 200.000 manat təşkil edir. Cavabdeh MTK tərəfindən İddiaçı isə mülkiyyətindəki torpaq sahəsinə görə 300.000 manat təklif olunur. Göründüyü kimi MTK tərəfindən təklif olunan kompensasiya da torpaq sahəsinin bazar dəyərindən 1.5 dəfə çoxdur. Məhkəmə MTK tərəfindən təklif olunan kompensasiyanın məbləğini tam ədalətli hesab edir və qeyd edir ki, həmin məbləğ İddiaçı mülkiyyətçi kimi hər hansı hüquqlarını pozmur. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mülkiyyətindəki torpaq sahəsi Cavabdeh MTK tərəfindən hazırda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının fəaliyyəti üçün zəruridir. Eyni zamanda sözügedən torpaq sahəsi Cavabdeh MTK-ya ayrılmış tikinti ərazisinin hüdudlarında yerləşir, həmin ərazidə gələcəkdə abadlaşdırma işlərinin aparılması nəzərdə tutulmuşdur və abadlaşdırma işlərinin aparılmasında məqsəd ərazidə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, orada yaşayan və işləyən insanların təhlükəsizliyinin təmin edilməsinə, ərazinin zahiri görkəminin yaxşılaşmasına xidmət edəcəkdir. İddiaçı mülkiyyətindəki torpaq sahəsi üçün bazar dəyərindən qat-qat çox kompensasiya tələb etməsi öz mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilməli və bu səbəbdən onun torpaq sahəsi üzərinə mülkiyyət hüquqlarına MTK tərəfindən təklif olunan 300.000 manat kompensasiya verilməsi yolu ilə xitam verilməlidir. AR Mülki Məcəllənin 247.1.1-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsi üsulu ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə Cavabdeh MTK tərəfindən kompensasiya verilmə yolu ilə mülkiyyət hüquqlarına xitam verildikdən sonra həmin torpaq sahəsi üzərində Cavabdeh MTK-nın mülkiyyət hüquqları tanınmalıdır. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbində iddiaçı həmin tələblə çıxış etməsə də, məhkəmə şəxsin əmlak üzərində mülkiyyət hüquqlarına xitam verdikdən sonra həmin əmlak üzərində əmlakın dəyərini ödəyən hüquqi şəxsin mülkiyyət hüquqlarının müəyyən edilməsini qarşılıqlı iddiada irəli sürülmüş tələbdən irəli gələn tələb kimi qəbul edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxılmalı və Cavabdeh MTK tərəfindən verilən kompensasiya müqabilində torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları tanınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, mülkiyyət hüquqlarına kompensasiya verilməsi ilə mülkiyyət hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilməlidir. AR MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərci Cavabdeh MTK-ya aid aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı ona məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən, 0,04 ha torpaq sahəsinin ərazisində Cavabdeh MTK tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafə nəzərdə tutulmadan Cavabdeh MTK tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə görə Cavabdeh MTK tərəfindən 300.000 (üç yüz min) manat kompensasiya verilməsi yolu ilə İddiaçı torpaq üzərindəki mülkiyyət hüquqlarına xitam verilsin və həmin torpaq sahəsi üzərində Cavabdeh MTK-nin mülkiyyət hüquqları tanınsın. Qətnamə bu hissədə İddiaçı 300.000 manat kompensasiya verilməsi ilə onun Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 11A ünvanında yerləşən 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və həmin torpaq sahəsi üzərində Cavabdeh MTK-nın mülkiyyət hüquqlarının tanınması hissəsində eyni vaxtda icra edilsin. Cavabdeh MTK-dan “xxxx” MMC-nin (VÖEN: **********, H/h: No AZ33İBAZ********************, “xxxx” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X) xeyrinə qiymətləndirmə hesabatının verilməsinə dair ekspertiza xərcinin əvəzi kimi 300 (üç yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar