Məhkəmə qərarları › İş №e-2(009)-699/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-699/2023

20.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-699/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 İsmixan qızının, İddiaçı5 "xxxx" Mənzil Tikinti Kooperativi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "torpaq sahəsindən piyada və avtomobillə keçidin təmin edilməsi məqsədi ilə onun servitutla yüklü edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 İsmixan qızının, İddiaçı5 "xxxx" Mənzil Tikinti Kooperativi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "torpaq sahəsindən piyada və avtomobillə keçidin təmin edilməsi məqsədi ilə onun servitutla yüklü edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil mülkiyyətçiləri kimi "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş 5 gürişdən ibarət, çoxmənzilli yaşayış binasının piyada və avtomobillərimizlə keçidin təmin edilməsi məqsədi ilə “Ərazinin tikinti planlaşdırma eskizi”-ndə göstərilən qaydada Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsidə Cavabdeht mülkiyyətində olan torpaq sahəsinin sevitutla yüklü edilməsinə dair müvafiq qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 İsmixan qızına, İddiaçı5 və Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Bundan başqa, tərəflər işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiyindən belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 İsmixan qızının, İddiaçı5 "xxxx" Mənzil Tikinti Kooperativi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "torpaq sahəsindən piyada və avtomobillə keçidin təmin edilməsi məqsədi ilə onun servitutla yüklü edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar