Məhkəmə qərarları › İş №e-2(009)-719/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-719/2023

01.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-719/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh1nə və “X5 Komleksi” MTK-ya qarşı mənzillə bağlı mübahisəyə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh1nə və “X5 Komleksi” MTK-ya qarşı onların çox acınacaqlı vəziyyətə düşdükləri üçün cavabdehlərin qanun qabağında cavab vermələri, onlara qarşı xx.xx.12019-cu il tarixli Nazirlə Kabinetinin 482 nömrəli qərarının tətbiq edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.3-cü mddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hakim qeyd edir ki, iddiaçı iddia ərizəsində tələbini kifayət qədər aydın ifadə etməmiş, bir neçə cavabdehə qarşı tələb irəli sürsə də onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində qeyd ediməmişdir. Başqa sözlə iddiaçının tələbi konkret deyildir. Digər tərəfdən hakim qeyd edir ki, cavabdehlərdən Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh1 inzibati orqandır. Onlar üzərinə müəyyən vəzifənin qoyulması barədə tələbə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İnzibati orqanın hərəkətləri ilə bağlı mübahisəyə dair iddia tələbinə aidiyyəti üzrə ixtisaslaşdırılmış məhkəmədə, yəni inzibati məhkəmədə baxılmalıdır. Hakim eyni zamanda qeyd edir ki, AR MPM-nin 153.2.1-ci maddəsi ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadıqda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsini nəzərdə tutur. Beləliklə hakim hesab edir ki, iddia ərizəsində tələbləri konkret olmadığından onun məhkəmə icraatı mümükün deyil və bu səbəbdən geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149,263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh1nə və “X5 Komleksi” MTK-ya qarşı onların çox acınacaqlı vəziyyətə düşdükləri üçün cavabdehlərin qanun qabağında cavab vermələri, onlara qarşı xx.xx.12019-cu il tarixli Nazirlə Kabinetinin 482 nömrəli qərarının tətbiq edilməsi barədə iddia ərizəsinin icraata qəbulundan qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən imtina edilsin və iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar