Məhkəmə qərarları › İş №e-2(009)-735/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-735/2025

29.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-735/2025 29.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı intizam tənbehinin qanunsuz hesab olunmaqla ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı intizam tənbehinin qanunsuz hesab olunmaqla ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona AR DNŞ "xxxx" İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsində quyuların əsaslı təmiri sahəsinin 6-cı dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçısı vəzifəsinin icrası zamanı əmək funksiyasının pozulması əsası ilə ötən ilin avqust ayında müvafiq əmrə əsasən, eyni əsasla xx.xx.2024-cü il tarixdə isə 14-2-1-7/3-1İ-632/2024 No-li əmrlə sonuncu xəbərdarlıqla “şiddətli töhmət” intizam tənbehi verilmişdir. Sözügedən əmr yalnız mülahizələrlə əsaslandırılmış və əmrdə göstərilmiş dəlillərin faktiki əsası olmamışdır. Tərəfindən intizam pozuntusu törədildiyinə dair istinad olunan hallar isə obyektiv cəhətdən süni təsvir olunan görüntülərə əsasən müəyyən edilmiş və mövcud situasiyanın real məqamlarına uyğun gəlməmişdir. Həmçinin ondan alınmış izahatla əmrdə əks edilənlər mahiyyət etibarı ilə bir-birinin zidd olsa da, izahatındakı dəlilləri təkzib edən əks-arqumentlər qismində yalnız onunla eyni statusa malik digər şəxslərin izahatları və rəhbər şəxslərin təqdimatları göstərilmişdir. Hazırkı mübahisənin məhkəməyəqədər həlli üçün zəruri olan mediasiya prosesində ilkin sessiya zamanı cavabdehin səlahiyyətli nümayəndəsi sessiyada iştirak etməmiş və bu barədə arayış tərəfindən alınaraq məhkəməyə təqdim olunur. Göstərilənləri nəzərə alaraq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-1İ-632/2024 No-li əmrin ona “şiddətli töhmət” növündə intizam tənbehinin verilməsinə dair hissədə qanunsuz hesab olunaraq ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, "xxxx" İB-nin işçisi dəfələrlə onun haqsız işlərlə bağlı yazdığı şikayətləri cırmışdır. O, müəssisədə olan neqativ hallarla bağlı fikirlərini bildirdiyinə görə rəhbərlik tərəfindən ona qarşı qərəzli münasibət olmuş və əsassız olaraq ona töhmət vermişdir. Cavabdehin əlində görüntülü heç bir sübutu yoxdur ki, nəyi isə təsdiq etsin. Hamısı şər-böhtandır. Bu hadisələrlə bağlı xəstə olduğu üçün məhkəməyə müraciət etməkdə gecikmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının iddia ərizəsində əmrin qanunsuz olması barədə istinad etdiyi hallar heç bir sübuta söykənmir, bunu təsdiq edən sübutları mövcud deyil. İntizam tənbehinin verilməsi məhz iddiaçının müəssisədaxili intizam qaydalarının pozulması ilə əlaqədar olmuşdur. Bununla bağlı rəhbərliyə işçilər tərəfindən müraciətlər olunmuşdur. Eyni zamanda iddiaçı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddəti də ötürmüşdür. Cavabdehin nümayəndəsi iddia tələbi əsassız olduğu, eyni zamanda iddia müddətinin üzrsüz səbəbdən ötürüldüyü üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 öz ifadəsində göstərmişdir ki, o, QƏ və YTSnın mexniki vəzifəsində işləyir. İddiaçını tanıyır. İddiaçı tərəfindən bir neçə dəfə polisə ayrı-ayrı işçilərdən şikayət olunmuş, polislər müəssisəyə gələrək izahatları almış, bunun nəticəsində işin ahəngi pozulmuş, hətta izahat vermək üçün polis bölməsinə də dəvət edilərək izahatlar vermişlər. xx.xx.2024-cü il tarixli akt onun tərəfindən də imzalanmışdır. Həmin aktda araşdırmalar nəticəsində İddiaçı şikayətlərinin öz təsdiqini tapmaması qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, o, QƏ və YTSda sementləmə operatoru vəzifəsində 2 ildir işləyir, İddiaçı tanıyır. İddiaçı işçilərdən olan Sahil, Ramiz və sürücü barəsində polisə şikayətlər etmişdir, onun şikayətləri əsasında izahatlar alınmışdır, iş ahəngi pozulmuşdur. Rəhbərlikdən də bununla əlaqədar gəlinib iclaslar keçirilmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh “28 May” NQÇİ-nin 14-2-1-7/3- 1İ-327/2024 saylı, xx.xx.2024-cü il tarixli intizam qaydalarının pozulması barədə əmrin surətindən görünür ki, “28 May” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ və ya İdarə) Baş mühəndisin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müavini Aqşin Mikayılovun xx.xx.2024-cü il tarixli, 14-2-1- 7/3-5-303/2024 nömrəli təqdimatında qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə “28 May” NQÇİ-nin Ümumi məsələlər üzrə rəis müavini Ələddin Mürsəlovla birlikdə Quyulalın əsası və yeraltı təmir sahəsində (QƏ və YTS və ya sahə) əraziyə, istehsalat sahələrinə, iş və istirahət orqanlarına baxış keçirilmişdir. Sahənin emalatxana ərazisində işçilərin fasilə vaxtlarında istifadəsi üçün nəzərdə tutulmuş vaqon evciyə baxış keçirilərkən evcikdə istifadəyə yararsız digər əşyalar olan kisə və s.) aşkar olunmuşdur. QƏ və YTS-nin əlatlər üzrə mühəndisi Hilal Verdiyevdən əşyaların kimin olduğunu soruşduqda o, sahənin 6-cı qazmaçı İddiaçı məxsus olduğunu bildirmişdir. İddiaçı vaqon evciyə dəvət olunaraq, ondan yararsız əşyaların vaqon evcikdən yığışdırılması tələb olunmuşdur. İddiaçı müxtəlif bəhanələr gətirərək həmin əşyalardan istifadə etdiyini bildirmiş və nizam-intizam qaydalarını pozaraq sahənin alət üzrə mühəndis Hilal Verdiyev ilə mübahisə şəraiti yaratmaqla onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Həmin əşyaların vaqon evcikdən götürülməsi təmin edilmişdir. Təqdimatda həmçinin gələcəkdə idarənin digər istehsalat sahələrində bu kimi hallara yol verilməməsi üçün, eləcə də əmək qanunvericiliyinin və daxili intizam qaydalarının tələblərini pozduğuna görə QƏ və YTS-nin 6-cı dərəcəli qazmaçısı İddiaçı barələrində ciddi intizam tədbirlərinin görülməsi xahiş edilmişdir. Qeyd olunanlarla əlaqədar QƏ və YTS-nin alət üzrə mühəndisi Hilal Verdiyevdən alınmış izahatda sahədəki vaqon evcikdə aşkar edilmiş əşyaların sahənin qazmaçı İddiaçı aid olduğunu və ondan istifadə etdiyini özü etiraf etdiyini, İddiaçı nizamintizam qaydalarını pozmasına və verilən işləri yerinə yetirməməsinə dair rəhbərliyə məlumat verdikdə isə onu təhqir etdiyini, bunları lap yuxarı yazacağını və ona heç nə edə bilməyəcəkləri yazmışdır. QƏ və YTS-nin qazmaçısı İddiaçı alınmış izahatda isə vaqon evcikdəki əşyaların ona aid olduğunu bildirsə də, izahatında baş vermiş insidentə aid olmayan digər məsələlər barədə şəxsi fikirlərini yazmışdır. Araşdırmalardan görünür ki, İddiaçı tez-tez bu kimi davranış və hərəkətlərə yol verərək əmək qanunvericiliyinin, daxili intizam qaydalarının tələblərinə əməl etmir, sahənin işçiləri ilə yersiz mübahisə yaradaraq onlara qarşı kobud ifadələr işlədir və yaxud hədələməklə işlərin normal ahəngdə aparılmasına mane olur, səhhəti ilə əlaqədar ona müəyyən şərait yaradılsa da o, bundan sui-istifadə edərək öz əmək müqaviləsi və peşə təlimatı ilə müəyyən vəzifələrini yerinə yetirmir, dəfələrlə belə nöqsan və pozuntulara görə barəsində intizam tədbirləri görülsə də, bundan nəticə çıxarmır. Yuxarıda qeyd olunanlarə nəzərə alaraq, idarənin struktur bölmələrində işçilərin əmək qanunvericiliyinin və daxili intizam qaydalarının tələblərinə ciddi əməl etmələri, əmək vəzifələrini keyfiyyətlə yetirmələri və gələcəkdə digər işçilər tərəfindən oxşar hallara yol verilməsinin qarşısının alınması məqsədilə bu əmrin kollektivlərdə ətraflı müzakirəsi təşkil olunması, bütün işçilərin əmrlə tanış edilməsi və gələcəkdə digər işçiləri tərəfindən oxşar hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi (bənd 1.1), işçilərin əmək qanunvericiliyinin, əmək və icra intizamının, daxili intizam qaydalarının tələblərinə ciddi əməl etmələri, öz əmək müqaviləsi üzrə müəyyən olunmuş əmək funksiyalarını və vəzifə (peşə) təlimatlarının tələblərini keyfiyyətlə yerinə yetirmələri istiqamətində müvafiq tədbirlərin görülməsi və bu istiqamətdə işçilərlə profilaktik söhbətlərin aparılması (bənd 1.2), işçilərin “28 May” Neft və Qazçıxarma İdarəsinin fəhlə və qulluqçularının daxili intizam qaydaları”nın və davranış qaydalarının tələblərinə, etik normalara əməl etmələri, əmək funksiyalarını yerinə yetirərkən iş yoldaşları, rəhbərləri və tabeçiliyindəki şəxslərlə mədəni və nəzakətlə davranmaların təmin edilməsi, bu tələblərə əməl etməyən şəxslərin barəsində ciddi intizam tədbirlərin görüləcəyi nəzərə alınması (bənd 1.3) bütün struktur bölmələrinin rəhbərlərinə tapışılması, QƏ və YTS-nin rəhbərləri sahədə işçilər tərəfindən bu əmrin təsviri hissəsində qeyd olunan nöqsan və pozuntulara yol verməməsi üçün zəruri tədbirlərin görülməsi və nəzarətin artırılması (bənd 2), bu əmrin təsviri hissəsində qeyd olunan hərəkətlərə yol verməklə əmək qanunvericiliyinin, daxili intizam qaydalarının tələblərini pozaraq öz əmək müqaviləsi və peşə təlimatları ilə müəyyən olunmuş əmək funksiyalarını lazımınca yerinə yetirmədiyinə görə “28 May” NQÇİ-nin QƏ və YTS-nin 6-cı dərəcəli qazmaçısı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi (bənd 3) əmr edilmişdir. İş üzrə “28 May” NQÇİ-nin Baş mühəndisin ƏM və TT üzrə müavini Aqşin Mikayılov tərəfindən “28 May” NQÇİ-nin rəisi Nasir Xalıqova ünvanlanmış xx.xx.2024-cü il tarixli intizam qaydalarının pozulması haqqında təqdimatın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə “28 May” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Ümumi məsələlər üzrə rəis müavini Ələddin Mürsəlovla birlikdə Quyuların əsaslı və yeraltı təmir sahəsində (QƏ və YTS və ya sahə) əraziyə, istehsalat sahələrini, iş və istirahət otaqlarına baxış keçirilmişdir. Emalatxana ərazisində işçilərin fasilə vaxtlarında istifadəsi üçün nəzərdə tutulmuş vaqon evciyə baxış keçirilən zaman evcikdə istifadəyə yararsız əşyalar (köhnə və yararsız yastıq, ədyal, içərisində istifadəyə yararsız əşyalar olan kisə və s.) aşkar olunmuşdur. QƏ və YTS-nin alətlər üzrə mühəndisi Hilal Verdiyevdən əşyaların kimin olduğunu soruşduqda, o cavabında sahənin 6-cı dərəcəli qazmaçısı İddiaçı məxsus olduğunu bildirdi. Tərəflərindən İddiaçı vaqon evciyə dəvət olundu və əşyaların yığışdırılması ondan tələb edildi. İddiaçı müxtəlif bəhanələr gətirərək həmin əşyalardan istifadə etdiyini bildirdi və nizamintizam qaydalarını pozaraq alət üzrə mühəndis X16 ilə mübahisə şəraiti yaratmaqla onu nalayiq ifadələrlə təhqir etməyə başladı. Həmin əşyaların vaqon evcikdən götürülməsi təmin edildi. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə digər istehsalat sahələrində bu kimi hallara yol verilməməsi üçün əmək qanunvericiliyini və daxili intizam qaydalarını pozduğuna görə QƏ və YTS-nin 6-cı dərəcəli qazmaçısı İddiaçı barələrində ciddi intizam tədbirlərinin görülməsinə göstəriş verilməsini xahiş etmişdir. İş üzrə “28 May” Neft və Qazçıxarma İdarəsinin rəisi F.Xəlilov tərəfindən “28 May” Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış A.N.Məhərəmovun əmək müqaviləsinin ləğv edilməsinə razılıq barədə məktubun surətindən görünür ki, SOCAR-ın Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Personalın uçotu xidmətinin rəisi X2 xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-xx-xx/2024 nömrəli təqdimatında qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində saat 13.30 radələrində “28 May” NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sahəsinin 6cı dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçısı İddiaçı təzyiqinin qalxması ilə əlaqədar xəstəxanaya müraciət etdiyi barədə məlumat aldıqdan sonra SƏTƏMM və keyfiyyətə nəzarət xidmətinin rəis müavini X11, Sosial inkişaf, təsərrüfat işləri və kargızarlıq xidmətinin rəis müavini X7 və İlkin uçot və iqtisadi məlumatların işlənməsi xidmətinin əməyin təşkili üzrə aparıcı mühəndis X12 ilə birlikdə xəstəxanada onunla görüşmüşlər. GÖrüş zamanı İddiaçı QƏ və YTS-nin quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi X3 onu ağır söyüşlərlə təhqir etdiyini və üstünə hücum çəkərək hədələdiyini bildirmişdir. Qeyd olunanları araşdırılması üçün həmin gün hadisəyə şahid olmuş QƏ və YTS-nin 8 nəfər işçisi və Sahil Hüseynlinin özü ilə görüş keçirilmişdi. Sahil Hüseynli özü barəsindəki ittihamları inkar etsə də, digər həmkarlarının dediklərindən və alınmış izahatlardan məlumt olmuşdur ki, nahar fasitəsi ərəfəsində İddiaçı avtobusun getmədiyini görərək digər həmkarlarından avtobusa minmədiklərinin səbəbini soruşduqda Sahil Hüseynli günahın onda olduğunu demiş və kobud sözlər işlətmişdir. Bundan sonra İddiaçı də ona qarşılıq verərək Sahil Hüseynlini təhqir etməyə başlamışdır. Nəticədə hər iki işçi bir-birinə qarşı təhqiredici sözlər işlətməklə nizam-intizam qaydalarını pozmuşlar. xx.xx.2024-cü il tarixdə saat 19.00 radələrində SƏTƏMM və KNX-nin rəis müavini Tərlan Rəhimovla və Personalın uçotu xidmətinin rəisi Tərlan Əliəsgərov QƏ və YTS-də olmuş, sahədə olan əməkdaşlarla maarifləndirici söhbətlər aparmışlar. X21 hamının qarşısında İddiaçı üzr istəmiş və onlar barışdıqlarını bildirmişlər. Personalın uçotu xidmətinin rəisi Tərlan Əliəsgərov təqdimatında həmçinin həmkarına qarşı kobud davranaraq daxili nizam-intizam qaydalarını pozduğuna görə Quyuların əsaslı və yeraltı təmiri sahəsinin 4-cü dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi X3 və 6-cı dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçısı İddiaçı barəsində müvafiq intizam tənbehinin görülməsini xahiş etmişdir. Əlavə olaraq qeyd edirlər ki, QƏ və YTS-də işçilər arasında keçirilmiş söhbət zamanı işçilər İddiaçı dəfələrlə ayrı-ayrı işçilərlə iş yerində əsassız mübahisələr yaradaraq kollektivdə iş ahəngini pozduğunu, işçilər arasında neqativ münasibət formalaşdırdığını, iş yoldaşları haqqında idarə rəhbərliyinə və polisə əsassız şikayətlərlə müraciət etdiyini bildirərək onun barəsində tədbir görülməsini xahiş etmiş və bu barədə tərtib etdikləri aktı təqdim etmişlər. Yuxarıda qeyd olunanları, həmçinin daxili nizam-intizam qaydalarını pozduğunu, daxili nizam-intizam qaydalarının tələblərinə riayət etmədiyinə görə “28 May” NQÇİ-nin xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-1İ-327/2024 nömrəli əmrlə barəsində verilmiş intizam tənbehindən (töhmət) nəticə çıxarmayaraq təkrar eyni pozuntuya yol verdiyini və bununla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (AR ƏM) 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğunu nəzərə alaraq Quyuların əsaslı və yeraltı təmiri sahəsinin 6-cı dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə münasibət bildirməsini xahiş etmişdir. İş üzrə QƏ və YTS-nin böyük mühəndisi Nəsibov Səbuhi, QƏ və YTS-nin mexniki Quliyev Elşən, QƏ və YTS-nin qazmaçısı İsmayılov İlham, QƏ və YTS-nin qazmaçı köməkçisi Mirzoyev Fəxrəddin, QƏ və YTS-nin qaxmaçı köməkçisi Əsədov Ramiz, QƏ və YTS-nin sementləmə operatoru Fərzəliyev Əli, QƏ və YTS-nin qazmaçı köməkçisi Zamin Abasov, QƏ və YTS-nin gil məhsulu hazırlayanı Abdullayev Şəfayə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, QƏ və YTS-nin 6-cı dərəcəli qazmaçı İddiaçı dəfələrlə ayrı-ayrı şəxslərlə iş yerində əsassız mübahisələr yaradaraq kollektivdə iş ahəngini pozaraq, işçilər arasında neqativ münasibətlər formalaşdıraraq nifaq salmışdır. Əlavə olaraq onu bildirmək istəyirlər ki, İddiaçı sahə işçiləri haqqında dəfələrlə polisə və İdarə rəhbərliyinə əsassız şikayətlərlə müraciət etməsinə baxmayaraq aparılan araşdırmalar nəticəsində bu şikayətlər öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı barədə SOCAR-ın X9 uyğun olaraq tədbir görülməsini xahiş etmişlər. İş üzrə “28 May” NQÇİ-nin Personalın uçotu xidmətinin rəisi Tərlan Əliəsgərov tərəfindən “28 May” NQÇİ-nin rəisi Fazil Xəlilova ünvanlanmış icra intizamının gücləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13.30 radələrində QƏYTS-nin 6-cı dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçısı İddiaçı təzyiqinin qalxması ilə əlaqədar xəstəxanaya müraciət etdiyinin xəbərini almış, SƏTƏMM və keyfiyyətə nəzarət xidmətinin rəis müavini X11, Sosial inkişaf, təsərrüfat işləri və kargüzarlıq xidmətinin rəis müavini X7 və İlkin uçot və iqtisadi məlumatların işlənməsi xidmətinin əməyin təşkili üzrə aparıcı mühəndisi X12 ilə birlikdə xəstəxanada onunla görüşdükdə Sahil Hüseynlinin onu ağır söyüşlərlə təhqir etdiyini və üstünə hücum çəkərək hədələdiyini söylədi. Qeyd olunanları araşdırılması üçün yenidən QƏYTS-nə getmişlər. Sahədə çalışan 8 nəfər əməkdaşla və X3 özü ilə danışmışlar. X4 özü barəsindəki ittihamları inkar etsə də, digər həmkarlarının dediklərindən məlum olmuşdur ki, nahar fasiləsi ərəfəsində İddiaçı avtobusun getmədiyini görərək digər həmkarlarından avtobusa minmədiklərinin səbəbini soruşduqda Sahil Hüseynli ona günahın onda olduğunu demiş və kobud sözlər işlətmişdir. Daha sonra Aydın Məhərəmov da ona qarşılıq verərək Sahil Hüseynlinin təhqir etməyə başlamışdır. Nəticədə hər iki işçi bir-birinə qarşı təhqiredici sözlər işlətməklə nizam-intizam qaydalarını pozmuşlar. xx.xx.2024-cü il tarixdə saat 19.00 radələrində SƏTƏMM və KNX-nin rəis müavini Tərlan Rəhimovla birlikdə QƏYTS-nə getmişlər. Sahədə olan əməkdaşlarla maarifləndirici söhbətlər aparmışlar. X21 hamının qarşısında İddiaçı üzr istəmiş və aralarında barışıq elan etmişlər. Bundan əlavə son 6 ayda yazılmış işöncə təlimatlandırma vərəqələri yoxlanılmış, Sahil Hüseynliyə hər hansı bir iş tapşırılması və onun təlimatlandırılması barədə heç bir qeyd aşkar olunmamış,İddiaçı isə bu ilin avqust ayında iki dəfə iş tapşırılıb işöncə təlimatlandırıldığı müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq adları yuxarıda qeyd olunmuş işçilərə iş tapşırılmamaqla boşdayanma hallarının yaranmasına yol verdiyinə görə Quyuların əsaslı və yeraltı təmiri sahəsinin rəis əvəzi X13 barəsində müvafiq intizam tənbehinin görülməsinə, həmkarına qarşı kobud davranaraq daxili nizam-intizam qaydalarını pozduğuna görə Quyuların əsaslı və yeraltı sahəsinin 4-cü dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi X3 barəsində müvafiq intizam tənbehinin görülməsinə, həmkarına qarşı kobud davranaraq daxili nizam-intizam qaydalarını pozduğunu, daxili nizam-intizam qaydalarının tələblərinə riayət etmədiyinə görə xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-1İ-327/2024 nömrəli əmrlə barəsində verilmiş intizam tənbehindən (töhmət) nəticə çıxarmayaraq təkrar eyni pozuntuya yol verdiyini və bununla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (AR ƏM) 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğunu nəzərə alaraq Quyuların əsaslı və yeraltı təmiri sahəsinin 6-cı dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş üzrə “28 May” Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsi İdarə heyətinin iclasının xx.xx.2024-cü il tarixli 28 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, “28 May” NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sahəsinin 6-cı dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məsələsinin xəstəliyi və oğlunun müharibə iştirakçısı olduğu nəzərə alınaraq bir qədər yüngül intizam tənbehi ilə əvəz edilməsi idarə rəisindən xahiş edilməsi, iclas iştirakçılarının təklifləri nəzərə alınaraq İddiaçı səhhəti ilə bağlı idarəetmə aparatının aidiyyəti xidmət rəhbərlərinin və işlədiyi sahə rəhbərinin iştirakı ilə təkrar komissiyasına göndərilməsi məsələsinə baxılması qərara alınmışdır. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh “28 May” NQÇİ-nin 14-2-1-7/3- 1İ-632/2024 saylı, xx.xx.2024-cü il tarixli intizam qaydalarının pozulması haqqında əmrin surətindən görünür ki, “28 May” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ və ya idarə) Personalın uçotu xidmətinin rəisi (PUX) Tərlan Ələsgərovun xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-xx-xx/2024 nömrəli təqdimatında qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13.30 radələrində Quyuların əsaslı və yeraltı təmiri sahəsinin (QƏ və YTS və ya sahə) 6-cı dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçısı İddiaçı təzyiqinin qalxması ilə əlaqədar xəstəxanaya müraciət etdiyi barədə daxil olmuş məlumat əsasında PUX-nın rəisi Tərlan Ələsgərov, Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət xidmətinin (SƏTƏMM və KNX) rəis müavini Tərlan Rəhimov, Sosial inkişaf, təsərrüfat işləri və kargüzarlıq xidmətinin (SİTİ və KX) rəis müavini Rövşən Hüseynov və İlkin uçot və iqtisadi məlumatların işlənməsi xidmətinin əməyin təşkili üzrə aparıcı mühəndisi (İU və İMİX) Eldəniz Vəliyev ilə birlikdə xəstəxanada olmuş və onunla görüşmüşlər. Görüş zamanı İddiaçı QƏ və YTS-nin quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi X1 onu ağır söyüşlərlə təhqir etdiyini və üstünə hücum çəkərək hədələdiyini bildirmişdir. Qeyd olunanların araşdırılması üçün QƏ və YTS-ə gedərək sahədə çalışan işçilərlə və Sahil Hüseynlinin özü ilə görüş keçirilmişdir. Sahil Hüseynli özü barəsindəki ittihamları inkar etsə də, digər həmkarlarının dediklərindən məlum olmuşdur ki, nahar fasiləsi ərəfəsində İddiaçı avtobusun getmədiyini görərək digər həmkarlarından avtobusa minmədiklərinin səbəbini soruşduqda Sahil Hüseynli günahın onda olduğunu demiş və kobud sözlər işlətmişdir. Bundan sonra İddiaçı da ona qarşılıq verərək Sahil Hüseynlini təhqir etməyə başlamış, nəticədə hər iki işçi bir-birinə qarşı təhqiredici sözlər işlətməklə nizam-intizam qaydalarını pozmuşlar. xx.xx.2024-cü il tarixdə saat 19.00 radələrində PUX-nin rəisi Tərlan Ələsgərov və SƏTƏMM və KNX-nin rəis müavini Tərlan Rəhimovla birlikdə yenidən QƏ və YTS-ə getmiş və sahədə olan işçilərlə maarifləndirici söhbətlər aparmışlar. X21 hamının qarşısında İddiaçı üzr istəmiş və onlar barışdıqlarını bildirmişlər. SƏTƏMM və KNX-nin rəis müavini Tərlan Rəhimov tərəfindən son 6 ayda sahədə yazılmış işdənöncə təlimatlandırma vərəqələri yoxlayarkən Sahil Hüseynliyə hər hansı bir iş tapşırılması və onun təlimatlandırılması barədə heç bir qeyd aşkar olunmadığı, İddiaçı isə cəri ilin avqust ayında iki dəfə iş ğapşırılıb işdənöncə təlimatlandırıldığı müəyyən edilmişdir. Təqdimatda İddiaçı və Sahil Hüseynliyə peşə təlimatlarına uyğun iş tapşırmamaqla boşdayanma hallarının yaranmasına yol verdiyinə görə QƏ və YTS-nin rəis əvəzi Rəşad Baxışov, həmkarına qarşı kobud davranaraq daxili intizam qaydalarını pozduğuna görə QƏ və YTS-nin 4-cü dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi Sahil Hüseynli barəsində müvafiq intizam tənbehinin görülməsinə və həmkarına qarşı kobud davranaraq daxili nizam-intizam qaydalarını pozduğunu, daxili nizam-intizam qaydalarının tələblərinə riayət etmədiyinə görə “28 May” NQÇİ-nin xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-1İ-327/2024 nömrəli əmrlə barəsində verilmiş intizam tənbehindən (töhmət) nəticə çıxarmayaraq təkrar eyni pozuntuya yol verdiyini və bununla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğunu nəzərə alaraq QƏ və YTS-nin 6-cı dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi xahiş edilmişdir. Təqdimatda qeyd olunanlara dair QƏ və YTS-nin qazmaçısı İddiaçı və qazmaçı köməkçisi Sahil Hüseynlidən və hadisə baş verən zaman sahənin orada olmuş işçilərindən alınmış izahatlarda onların əmək qanunvericiliyinin daxili intizam qaydalarının tələblərini pozaraq bir-birini kobud ifadələrlə təhqir etdiyi öz təsdiqini tapmışdır. QƏ və YTS-nin işçiləri arasında baş vermiş insidentin araşdırılması zamanı müəyyən edilmişdir ki, sahə rəhbərliyi tərəfindən İddiaçı və Sahil Hüseynli uzun müddət istehsalat sahələrinə göndərilməmiş, onlar öz peşələrinə uyğun işlərə cəlb edilməmiş, onların boşdayanmaları isə belə nəticə doğurmuşdur. Həmçinin “28 May” NQÇİ-nin baş mühəndis-rəis müavini cənab Əfqan Yusubovun QƏ və YTS-nin rəis müavini əvəzi Rəşad Baxışovun məlumatına əsasən yazdığı xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-5-935/2024 nömrəli təqdimatda xx.xx.2024-cü il tarixdə idarə rəhbərliyi sahədə olarkən nizam-intizam qaydalarına əməl olunması ilə maraqlanarkən QƏ və YTS-nin qazmaçı köməkçisi Sahil Hüseynlinin saat 11.30-da 15 dəqiqə iş yerində olmadığını müəyyən etmişlər. Sahil Hüseynlidən alınmış izahatda həmin vaxt sahənin ərazisində olduğunu, inzibati binada məzuniyyət qrafikinə baxdığı üçün emalatxanaya gec gəldiyini yazmışdır. Aparılmış araşdırmadan görünür ki, QƏ və YTS-nin qazmaçı köməkçisi Sahil Hüseynli öz əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını lazımınca yerinə yetirməyərək, əmək intizamına və müəssisə daxili intizam qaydalarının tələblərinə əməl etməmiş və yersiz olaraq İddiaçı qarşı kobud ifadələr işədərək onunla mübahisə etmişdir. Sahənin qazmaçısı İddiaçı isə öz əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirmək əvəzinə mütəmadi olaraq sahənin işçiləri ilə yersiz mübahisə yaradaraq onlara qarşı kobud ifadələr işlətmiş, onların barəsində şikayət edəcəyi ilə hədələmiş, sahədə işlərin normal ahəngdə aparılmasına maneçilik yaradaraq, bu kimi davranış və hərəkətlərə yol verməklə əmək intizamına və müəssisə daxili intizam qaydalarının tələblərinə əməl etməmiş və əvvəllər də dəfələrlə belə qayda pozuntularına görə barəsində intizam tədbirləri görülsə də bunlardan nəticə çıxarmamışdır. Eyni zamanda QƏ və YTS-nin bir qrup işçisi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktda İddiaçı dəfələrlə ayrıayrı şəxslərlə əsassız mübahisələr yaradaraq iş ahəngini pozuduğu, işçilər arasında neqativ münasibətlər formalaşdıraraq nifaq saldığı, sahə işçiləri haqqında polisə və idarə rəhbərliyinə əsassız şikayət etdiyi və s. qeyd edilmişdir. İddiaçı belə hərəkətlərə yol verməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri” haqqında 10-cu maddəsinin “b” bəndinin (əmək intizamına və müəssisə X9 əmək etmək) və “e” bəndinin (iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq), “28 May” Neft və Qazçıxarma İdarəsinin fəhlə və qulluqçularının daxili intizam qaydaları”nın “İşçinin əsas hüquq və vəzifələri” haqqında 4.2.1-ci bəndinin (işçi vəzifə (peşə) təlimatının tələblərini, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını tələb olunan qaydada, vicdanla və yüksək peşəkarlıqla yerinə yetirməlidir) və 4.2.2-ci bəndinin (işçi əmək intizamına və bu Qaydalara əməl etməli, müəyyən edilmiş iş günü (vaxtı) müddətini pozmamalı, bütün iş vaxtını yalnız öz vəzifələrini (peşələrinin) yerinə yetirilməsinə sərf etməli, digər işçilərin əmək vəzifələrinin yerinə yetirilməsinə maneçilik törədən hərəkətdən çəkinməlidir) tələblərini pozmuş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən vəzifələrini kobud şəkildə pozduğuna görə işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasının pozulmasına yol vermişdir. Həmçinin İddiaçı partlayış yanğın və yanğın təhlükəli obyektlərdə çalışdığını, eyni zamanda mürəkkəb işlərin yerinə yetirilməsinni, qeyriadekvat hərəkət etdiyini, 2021-ci ildən idarəyə təqdim etdiyi sağ çiyin oynağının halsinasiyası, sağ çiyin oynağınınəməliyyatı, beyin sarı insultu, işemik insult, sol sartı nahiyəsində dərialtı hemotomiya, hipertonik insult, tranzintor işemik həmlə, beyin infarktının nəticələri və s. diaqnozlarla əmək qabiliyyətinin olmaması vərəqələrindən də görünür ki, onun çalışdığı peşədə işləməsi özünün və digər işçilərin həyat və sağlamlığı üçün təhlükəlidir. Qeyd edilənlər nəzərə alınaraq “28 May” NQÇİ-nin rəhbərliyi xx.xx.2024-cü il tarixli 14-2-1-7/3-xx-xx/2024 nömrəli məktubla “28 May” NQÇİnin Həmkarlar İttifaqı Komitəsinə (HİK) müraciət edərək idarənin xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3- 1İ-327/2024 nömrəli əmrlə barəsində verilmiş intizam tənbehindən (töhmət) nəticə çıxarmayaraq təkrar eyni pozuntuya yol verdiyi və bununla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğunu nəzərə alaraq QƏ və YTS-nin 6-cı dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilməsini xahiş etmişdir. “28 May” NQÇİ-nin HİK-nin İdarə Heyətinin xx.xx.2024-cü il tarixli iclasının 28 nömrəli Protokolundan çıxarışda, QƏ və YTS-nin 6-cı dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi məsələsinin xəstəliyi və oğlunun müharibə iştirakçısı olduğu nəzərə alınaraq, ona bir qədər yüngül intizam tənbehi verilməsinin idarə rəisindən xahiş edilməsi və İddiaçı səhhəti ilə bağlı “28 May” NQÇİ-nin idarəetmə aparatının aidiyyəti xidmətlərin rəhbərlərinin və işlədiyi sahə rəhbərinin iştirakı ilə təkrar tibbi müayinəyə göndərilməsi qərara alınmışdır. Əmr verilərkən müəyyən edilmişdir ki, “28 May” NQÇİ-nin QƏ və YTS-nin quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi Sahil Hüseynliyə “28 May” NQÇİ-nin xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-1M-2371/2024 nömrəli əmrlə əmək məzuniyyəti verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189cu maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçiyə işdə olduğu gün ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq idarənin struktur bölmələrində işçilərin əmək qanunvericiliyinin və daxili intizam qaydalarının tələblərinə ciddi əməl etmələri, əmək vəzifələrini keyfiyyətlə yetirmələri və gələcəkdə digər işçilər tərəfindən oxşar hallara yol verilməməsi məqsədilə bu əmrin kollektivlərdə müzakirəsinin təşkil olunması, bütün işçilərin əmrlə tanış edilməsi, gələcəkdə digər işçilər tərəfindən oxşar hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi, işçilərin əmək qanunvericiliyinin, əmək və icra intizamının tələblərinə ciddi əməl etmələri, öz əmək müqaviləsi üzrə müəyyən olunmuş əmək vəzifələrini və vəzifə (peşə) təlimatlarının tələblərini keyfiyyətlə yerinə yetirmələri istiqamətində müvafiq tədbirlərin görülməsi və bu istiqamətdə işçilərlə profilaktik söhbətlərin aparılması (bənd 1.1), struktur bölmələrində işçilərin “28 May” Neft və Qazçıxarma İdarəsinin fəhlə və qulluqçularının daxili intizam qaydaları”nın və davranış qaydalarının tələblərinə, etik normalara əməl etmələrinə, əmək funksiyalarını yerinə yetirərkən onlardan iş yoldaşları, rəhbərləri və tabeçiliyindəki şəxslərlə mədəni və nəzakətlə davranmaların tələb edilməsi və bu istiqamətdə nəzarətin artırılması (bənd 1.2) bütün struktur bölmələrinin rəhbərlərinə tapşırılması, bu əmrin təsviri hissəsində göstərilmiş pozuntuların yaranmasına səbəb olmuş amillərin vaxtında aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməyərək sahənin işçiləri tərəfindən əmək, istehalat və X9 əməl olunmasına zəif nəzarət etmələri, əmrdə adları qeyd edilən işçilərə peşə təlimatlarına uyğun işlərdə işləmələrini təmin etməməklə öz Əmək müqaviləsi və Vəzifə təlimatı ilə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərinə görə “28 May” NQÇİ-nin QƏ və YTS-nin rəis əvəzi Rəşad Baxışova və rəis müavini Telman Rzayevə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq edilməsi (bənd 2), hazırkı əmrin təsviri hissəsində qeyd edilən hərəkətlərə yol verdiyinə, iş yerində iş yoldaşı ilə mübahisə edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin, “28 May” Neft və Qazçıxarma İdarəsinin fəhlə və qulluqçularının daxili intizam qaydaları”nın 4.2.1-ci bəndinin və 4.2.2-ci bəndlərini pozaraq öz əmək müqaviləsi üzrə vəzifələrini və peşə təlimatının tələblərini yerinə yetirmədiyinə görə “28 May” NQÇİ-nin QƏ və YTS-nin quyuların əsaslı təmiri üzrə qazmaçısı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin, “28 May” Neft və Qazçıxarma İdarəsinin fəhlə və qulluqçularının daxili intizam qaydaları”nın 4.2.1ci bəndinin və 4.2.2-ci bəndlərinin tələblərini pozaraq öz əmək müqaviləsi üzrə vəzifələrini və peşə təlimatının tələblərini yerinə yetirmədiyinə görə “28 May” NQÇİ-nin QƏ və YTS-nin quyuların əsaslı təmiri üzrə qazmaçısı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi (bənd 3), QƏ və YTS-nin quyuların əsaslı təmiri üzrə qazmaçı kömkçisi X3 “28 May” NQÇİ-nin xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-1M-2371/2024 nömrəli əmrlə əmək məzuniyyətində olduğu nəzərə alınraqa, yol verdiyi intizam pozuntusuna görə əmək qanunvericiliyinə əsasən barəsində intizam tənbehi işə çıxdıqdan sonra tətbiq olunması (bənd 4), PUX-nin rəisi T.Əliəsgərov və QƏ və YTS-nin rəis əvəzi Rəşad Baxışov bu əmrlə QƏ və YTS-nin qazmaçısı İddiaçı tanış etməsi və bir daha bu kimi intizam pozuntularına yol verərsə onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi nəzərinə çatdırılması (bənd 5), Baş mühəndisin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müavini A.Mikayılov, SƏTƏMM və KNX-nin N.Həsənov, PUX-nin rəisi T.Əliəsgərov, Quyu əməliyyatları və təmiri xidmətinin rəisi Ə.Vəliyev və QƏ və YTS-nin rəis əvəzi Rəşad Baxışov səhhəti ilə bağlı əmrin təsviri hissələrində qeyd olunan diaqnozlara əmək qabiliyyətinin olmaması barədə QƏ və YTS-nin qazmaçısı İddiaçı xəstəlik vərəqələri açıldığı, hərəkətlərinin qeyri-adekvat olduğu nəzərə alınaraq, onun ağır istehsalat sahəsində işləməsi sağlamlığı üçün təhlükəli olduğundan mövcud qanunvericiliyinin tələblərinə əməl olunmaqla, onun xx.xx.2024-cü il tarixədək təkrar (növbədənkənar) tibbi müayinədən keçirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi (bənd 6) əmri edilmişdir. Əmrin əsası kimi RUX-nin rəisi T.Ələsgərovun xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-xxxx/2024 nömrəli, Baş mühəndis-rəis müavini Ə.Yusubovun xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-5- 935/2024 nömrəli və QƏ YTS-nin rəis əvəzi R.Baxışovun xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-5- 922/2024 nömrəli təqdimatları, “28 May” NQÇİ-nin xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-xx-xx/2024 nömrəlli məktubu, HİK-nin İdarə Heyətinin xx.xx.2024-cü il tarixli iclasının 28 nömrəli Protokolundan çıxarış, QƏ və YTS-nin qazmaçısı İddiaçı, qazmaçı köməkçisi S.Hüseynlinin və işçilərin izahatları, sahə işçilərinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli akt göstərilmişdir. İş üzrə “28 May” NQÇİ-nin QƏ və YTS-nin rəis əvəzi Rəşad Baxışov tərəfindən “28 May” NQÇİ-nin Baş mühəndis-rəis müavini Əfqan Yusubova ünvanlanmış istehsalat intizamının pozulması haqqında xx.xx.2024-cü il tarixli məlumatın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə QƏ və YTS-in qazmaçısı İddiaçı və qazmaçı köməkçisi Əsədov Ramiz arasında söz mübahisəsi yaranmışdır. Bununla da onlar daxili nizam-intizam qaydalarını pozmuşlar. Onların bu mübahisəsi nəticəsində sahədə iş ahəngi pozmuş, digər işçilərin əhval-ruhiyyəsinə mənfi təsir göstərmişdir. Belə hallar bir neçə dəfə təkrar olunmağına baxmayaraq heç bir nəticəsi yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq qazmaçısı İddiaçı və qazmaçı köməkçisi Əsədov Ramiz barələrində müvafiq intizam təlbiri görülməsini xahiş etmişdir. İş üzrə “28 May” NQÇİ-nin Baş mühəndis-rəis müavini Əfqan Yusubov tərəfindən “28 May” NQÇİ-nin rəisi Fazil Xəlilova ünvanlanmış nizam-intizam pozulması haqqında xx.xx.2024-cü il tarixli təqdimatın surətindən görünür ki, QƏ və YTS-in rəis əvəzi X13 ona ünvanlandığı xx.xx.2024cü il tarixli 14-2-1-7/3-5-1040/2024 saylı təqdimata əsasən bildirir ki, xx.xx.2024-cü il tarixdə QƏ və YTS-in qazmaçısı İddiaçı və qazmaçı köməkçisi Əsədov Ramiz arasında söz mübahisəsi yaranmışdır. Bununlada onlar daxili nizam-intizam qaydalarını pozmuşlar. Onların bu mübahisəsi nəticəsində sahədə iş ahəngi pozulmuş, digər işçilərin əhval-ruhiyyəsinə mənfi təsir göstərmişdir. Belə hallar bir neçə dəfə təkrar olunmağına baxmayaraq heç bir nəticəsi yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq QƏ və YTS-in qazmaçısı İddiaçı və qazmaçı köməkçisi Əsədov Ramiz barələrində müvafiq intizam tədbiri görülməsini xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh “28 May” NQÇİ-nin 14-2-1-7/3- 1İ-26/2025 saylı, xx.xx.2025-ci il tarixli intizam qaydalarının pozulması barədə əmrin surətindən görünür ki, SOCAR-ın Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ və ya idarə) baş mühəndis-rəis müavini Əfqan Yusubov “28 May” NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sahəsinin (QƏ və YTS və ya sahə) rəis əvəzi Rəşad Baxışovun məlumatına əsasən yazdığı xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-5-1042/2024 nömrəli təqdimatında bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə “28 May” NQÇİ-nin QƏ və YTS-nin quyuların əsaslı təmiri üzrə qazmaçısı İddiaçı ilə quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi X14 arasında mübahisə yaranmışdır. Bununla da onlar daxili nizam-intizam qaydalarını pozmuş, onların bu mübahisəsi nəticəsində sahədə iş ahəngi pozulmuş və bu mübahisə digər işçilərin də narazılığına səbəb olmuşdur. Belə halların bir neçə dəfə təkrar olunmasına baxmayaraq, işçilər görülmüşdür tədbirlərdən heç bir nəticə çıxarmamışdır. Təqdimatda qeyd olunanlar nəzərə alınaraq QƏ və YTS-nin quyuların əsaslı təmiri üzrə qazmaçısı İddiaçı və quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi Ramiz Əsədov barəsində intizam tədbirinin görülməsini xahiş etmişdir. Qeyd olunanlarla bağlı X5 alınmış izahatda o, Aydın Məhərəmov tərəfindən müxtəlif təhqirlərə və aqressiv hücumlara məruz qaldığını, özünü bu cür davranışlardan qorumağa çalışdığını, İddiaçı ona qarşı olan bu münasibətlərə ara verməyərək onu davaya cəlb etmək istədiyini, şərəf və ləyaqətinə toxunaraq dövlətin onu təltif etdiyi orden və medalları təhqir etdiyini, bu halların iş qabiliyyətinə təsir etdiyini qeyd etmiş və İddiaçı barəsində tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, QƏ və YTS qazmaçısı İddiaçı xx.xx.2024-cü il tarixdə növbədən çıxmış, xx.xx.2025-ci il tarixdə isə təsdiq edilmiş qrafik üzrə işə gəlməli olduğu halda naməlum səbəbdən işə gəlməmişdir. Bu səbəbdən İddiaçı izahat alınması və xidməti yazıda onun barəsində qeyd olunanların araşdırılması mümkün olmamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, hər iki işçi iş yerində mübahisə edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin və “28 May” Neft və Qazçıxarma İdarəsinin fəhlə və qulluqçularının daxili intizam qaydaları”nın tələblərini pozmuşlar. Yuxarıda qeyd olunanları nəzərə alaraq struktur bölmələrində işçilərin əmək qanunvericiliyinin və daxili intizam qaydalarının tələblərinə ciddi əməl etmələri, əmək vəzifələrini keyfiyyətlə yetirmələri və gələcəkdə digər işçilər tərəfindən oxşar hallara yol verilməməsi məqsədilə əmrin struktur bölmələrinin kollektivlərində müzakirəsinin təşkil olunması, işçilərin əmrlə tanış edilməsi, gələcəkdə digər işçilər tərəfindən oxşar hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi, işçilərin əmək qanunvericiliyinin, əmək və icra intizamının tələblərinə ciddi əməl etmələri, öz əmək müqaviləsi üzrə müəyyən olunmuş əmək vəzifələrini və vəzifə (peşə) təlimatlarının tələblərini keyfiyyətlə yerinə yetirmələri istiqamətində müvafiq tədbirlərin görülməsi (bənd 1.1), işçilərin əmək qanunvericiliyinin, “28 May” Neft və Qazçıxarma İdarəsinin fəhlə və qulluqçularının daxili intizam qaydaları”nın və davranış qaydalarının tələblərinə, etik normalara əməl etmələrinə, əmək funksiyalarını yerinə yetirərkən onldardan iş yoldaşları, rəhbərləri və tabeçiliyindəki şəxslərlə mədəni və nəzakətlə davranmaları tələb edilməsi və bu istiqamətdə nəzarətin artırılması (bənd 1.2) bütün struktur bölmə rəhbərlərinə tapşırılması, əmrin təsviri hissəsində göstərilmiş pozuntulara yol verməklə əmək qanunvericiliyinin və daxili intizam qaydalarının müvafiq tələblərini pozaraq iş yerində mübahisə yaratmaqla sahədə iş ahənginə mənfi təsir göstərdiyini və işçilərin narazılığına səbəb olan hərəkətlərə yol verməklə öz əmək müqaviləsinə müəyyən edilmiş vəzifələri lazımınca yerinə yetirməyinə görə “28 May” NQÇİ-nin QƏ və YTS-nin quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi (bənd 2), “28 May” NQÇİ-nin QƏ və YTS-nin quyuların əsaslı təmiri üzrə qaçmaçısı İddiaçı naməlum səbəbdən işə gəlmədiyinin nəzərə alınması və əmək qanunvericiliyinə uyğun olaraq barəsində intizam tənbehinin verilməsi məsələsinə işə çıxdıqdan sonra baxılması (bənd 3) əmr edilmişdir. Əmrin əsası kimi “28 May” NQÇİ-nin bah mühəndis-rəis müavini Əfqan Yusubovun xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-5-1042/2024 nömrəli təqdimatı və X6 izahatı göstərilmişdir. İş üzrə Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı intizam tənbehinin ləğv edilməsi tələbi üzrə xx.xx.2025-ci il tarixdə, saat 10.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında “28 May” Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsinin Quyuların əsaslı və yeraltı təmir sahəsində (QƏ və YTS-də) quyuların əsaslı təmiri üzrə 6-cı dərəcəli qazmaçı vəzifəsində işləyir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı nizam-intizam qaydalarını pozaraq QƏ və YTS-nin alətlər üzrə mühəndisi Hilal Verdiyevi nəlayiq ifadələrlə təhqir etməsinə görə Cavabdeh “28 May” NQÇİ-nin xx.xx.2024-cü il tarixli 14-2-1-7/3-1İ-327/2024 saylı əmri ilə iddiaçı barəsində intizam tənbehi kimi töhmət verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı iş yerində iş yoldaşı ilə mübahisə edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin, “28 May” NQÇİ-nin fəhlə və qulluqçularının daxili intizam qaydaları”nın 4.2.1-ci və 4.2.2-ci bəndlərinin tələblərini pozaraq öz əmək müqaviləsi üzrə vəzifələrini və peşə təlimatının tələblərini yerinə yetirmədiyinə görə Cavabdeh “28 May” NQÇİ-nin xx.xx.2024-cü il tarixli 14-2-1- 7/3-1İ-632/2024 saylı əmri ilə iddiaçı barəsində intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, ona AR DNŞ "xxxx" İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsində quyuların əsaslı təmiri sahəsinin 6-cı dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçısı vəzifəsinin icrası zamanı əmək funksiyasının pozulması əsası ilə ötən ilin avqust ayında müvafiq əmrə əsasən, eyni əsasla xx.xx.2024-cü il tarixdə isə 14-2-1-7/3-1İ-632/2024 No-li əmrlə sonuncu xəbərdarlıqla “şiddətli töhmət” intizam tənbehi verilmişdir. Sözügedən əmr yalnız mülahizələrlə əsaslandırılmış və əmrdə göstərilmiş dəlillərin faktiki əsası olmamışdır. Tərəfindən intizam pozuntusu törədildiyinə dair istinad olunan hallar isə obyektiv cəhətdən süni təsvir olunan görüntülərə əsasən müəyyən edilmiş və mövcud situasiyanın real məqamlarına uyğun gəlməmişdir. Həmçinin ondan alınmış izahatla əmrdə əks edilənlər mahiyyət etibarı ilə bir-birinin zidd olsa da, izahatındakı dəlilləri təkzib edən əks-arqumentdər qismində yalnız onunla eyni statusa malik digər şəxslərin izahatları və rəhbər şəxslərin təqdimatları göstərilmişdir. Bu səbəbdən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-1İ-632/2024 No-li əmrin ona “şiddətli töhmət” növündə intizam tənbehinin verilməsinə dair hissədə qanunsuz hesab olunaraq ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Eyni Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisəX9 əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göstərilən Məcəllənin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cu maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Həmin Məcəllənin 190-cı maddəsinin 3-cü hissəsinə görə işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya intizam tənbehi verilərkən işəgötürən tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmamış, verilmiş töhmət tamamilə əsaslı olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya intizam tənbehi kimi şiddətli töhmət verilməsinin əsası kimi onun iş yerində iş yoldaşı ilə mübahisə edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin, “28 May” NQÇİ-nin fəhlə və qulluqçularının daxili intizam qaydaları”nın 4.2.1-ci və 4.2.2-ci bəndlərinin tələblərini pozaraq öz əmək müqaviləsi üzrə vəzifələrini və peşə təlimatının tələblərini yerinə yetirməməsi olmuş və bu hallara dair RUX-nin rəisi T.Ələsgərovun xx.xx.2024-cü il tarixli 14-2-1-7/3-xx-xx/2024 nömrəli, Baş mühəndis-rəis müavini Ə.Yusubovun xx.xx.2024-cü il tarixli 14-2-1-7/3-5-935/2024 nömrəli və QƏ YTS-nin rəis əvəzi R.Baxışovun xx.xx.2024-cü il tarixli 14-2-1-7/3-5-922/2024 nömrəli təqdimatları, “28 May” NQÇİ-nin xx.xx.2024-cü il tarixli 14-2-1-7/3-xx-xx/2024 nömrəli məktubu, HİK-nin İdarə Heyətinin xx.xx.2024-cü il tarixli iclasının 28 nömrəli Protokolundan çıxarışı və s. əsas götürülmüşdür. Bu hallar məhkəmədə iclasında dindirilmiş şahid ifadələri ilə təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh təşkilatın rəhbərliyi tərəfindən iddiaçıya verilmiş intizam tənbehi tamamilə əsaslı olduğuna görə onun ləğv olunması üçün heç bir əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən intizam tənbehləri verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2024-cü il tarixli əmrin ona aid “sonuncu xəbərdarlıqla şiddətli töhmət” növündə intizam tənbehinin verilməsinə dair hissədə ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. İddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə yazılı vəsatət vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi intizam tənbehinin verilməsi barədə əmrin ləğvi ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmrlər qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində xx.xx.2024-cü il tarixli əmr qəbul edildikdən sonra o, Mediasiya təşkilatına xx.xx.2025-ci il tarixdə müraciət etmiş, xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişdir və ilkin medasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/2/2025-0073 saylı arayışı əldə etmişdir. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 2-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Məhkəmə iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməməsini və həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, onun xx.xx.2024-cü il tarixli əmrin ona aid “sonuncu xəbərdarlıqla şiddətli töhmət” növündə intizam tənbehinin verilməsinə dair hissədə ləğv edilməsi barədə tələbi bu əsasla da əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-1İ-632/2024 No-li əmrin ona aid “sonuncu xəbərdarlıqla şiddətli töhmət” növündə intizam tənbehinin verilməsinə dair hissədə qanunsuz hesab olunaraq ləğv edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar