Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-737/2023 22.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, “Paramount” lounge və “X30”- Cavabdeh1 qarşı “Mülkiyyətə edilən qəsdə son qoyulması, musiqinin və elektroakkustik cihazların normadan artıq səslə səsləndirilməsinə və gecə saatlarında istifadəsinə qadağa qoyulması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər “Social Baku” restoranı- X3, “Premim Pub” lounge-Cavabdeh1 qarşı “Mülkiyyətə edilən qəsdə son qoyulması, musiqinin və elektroakkustik cihazların normadan artıq səslə səsləndirilməsinə və gecə saatlarında istifadəsinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 1-ci mərtəbədə fəaliyyət göstərən “Social Baku” restoranına, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3, ünvan 17 mərtəbə 1-də fəaliyyət göstərən X33, sahibklarlıq fəaliyyəti ilə məşğul olan X20 mülkiyyətinə edilən qəsdə son qoyulması, gecə saatlarında istirahət hüququnun bərpa edilməsi, göstərilən ünvanlarda gecə saat 22:00-dan sonra musiqinin səsləndirilməsi, elektroakkustik cihazlardan istifadə edilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: ünvan 5 mənzil 11 onun mülkiyyətindədir. Vaxtı ilə həmin mənzildə mərhum atası akademik Abdulla Qarayev yaşamışdır. 70 yaşı var. Mülkiyyətində olan mənzildə səs-küy əlindən normal yaşaya bilmir. Belə ki, yaşadığı ünvan 1 yerləşən 11 saylı mənzilinin alt mərtəbəsində yəni birinci mərtəbədə yanbayan “Social Baku” restoranı və “X33” yerləşir. Hər gün axşam və gecə saatlarından səhərədək həmin restoranlarda musiqiləri ucadan, gur səslə səsləndirirlər. Gecədən səhərə kimi səs–küy ucbatından nəinki yatmaq olmur, mənzildə danışanı eşitmək belə olmur. Restoranlarda ucadan səsləndirilən musiqinin küyündən, akustikasından mənzildə olan çılçıraq belə yerə düşərək sınmışdır. Çoxsaylı müraciətlərdən sonra daxili işlər nazirinin nəzarəti nəticəsində sahə müvəkkili yaşadığı ünvana gəlmiş və musiqinin yüksək səs-küyünü mənzildə hiss etmişdir. Bundan sonra “Sosial Baku” restoranını İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən cərimələmişdir. Lakin restoranlar cərimənin məbləği çox cüzi olduğundan nəticə çıxarmırlar, musiqinin səslənmə diapazonu tənzimlənmir, yenə də gecə saatlarında ucadan musiqini səsləndirməyi davam edirlər. Musiqinin həddən artıq olması onun sinir sistemini pozmuşdur, gecələr səsdən yuxuya gedə bilmir, əsəbdən qan təyziqi artır, ürək-damar xəstəliyi tapmışdır. Öz evində normal istirahət edə bilmir. Cavabdehlərin fəaliyyəti dövlətin vətəndaşların rifahına yönəlmiş siyasətinə ziddir. Restoranlar tərəfindən yol verilən qanunsuzluğun aradan qaldırılması, restoranlarda səs-küyün qarşısının alınması, istirahət hüququnun bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etməli olur. Həmçinin qeyd etmək istəyir ki, cavabdeh restoranların fəaliyyət göstərdikləri məkan yaşayış binasının 1-ci mərtəbəsində yerləşir, orada səslənən musiqinin səsi normadan yüksəkdir. Cavabdeh restoranların fəaliyyəti sanitar epidemioloji tələblərə cavab vermədiyindən onlara fəaliyyətlərində musiqinin səsləndirilməsi qadağan edilməlidir. X4ydalarına görə 50 desibeldən yuxarı səs varsa, orada yaşayış üçün təhlükə var. Cavabdehlərin yaşayış binasında səsləndirdikləri musiqinin desibeli Azərbaycan Respublikasınını Prezidentinin 2008-ci il 08 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normalarına uyğun deyildir. Normalara əsasən yaşayış binalarında yol verilən maksimal səs həddi gündüz saatlarında 40-50, axşam saatlarında 45-55 dBA-dır. Göstərilən Dba-dan yuxarı səs həyat üçün təhlükəlidir. Yüksək səs-küy insanın psixikasına olduqca neqativ təsir göstərir, axşam saatlarında isə istirahət hüququnu pozur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanda 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2, orada fəaliyyət göstərən “Social Baku” restoranına, o cümlədən “The Cups” restoranına, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3, ünvan 17 mərtəbə 1-də yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh3 və orada fəaliyyət göstərən “Paramount” lounge təsərrüfat subyektinə (obyektinə), sahibklarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 mülkiyyətinə edilən qəsdə son qoyulması, gecə saatlarında istirahət hüququnun bərpa edilməsi, göstərilən ünvanlarda gecə saat 24:00-a kimi musiqi səsinin ucadan, yəni qanunda nəzərdə tutulmuş normadan artıq səslənməsini və 24:00-dan sonra musiqinin səsləndirilməsi, elektroakkustik cihazlardan istifadə edilməsinin cavabdehlərə qadağan edilməsi, 600 manat maddi ziyana görə, 5000 manat mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə müraciət etdikdən sonra ünvan 3 ünvanda X33 adında təsərrüfat subyektinin (obyektinin) adı dəyişdirilərək “Paramount” adlı təsərrüfat subyektinə (obyektinə) çevrilmişdir. Dövlət vergi xidmətinin məhkəməyə ünvanladığı 12 may 2023-cü il tarixli məlumatlardan bəlli olur ki, həmin ünvanda “Paramount” adlı təsərrüfat subyekti (obyekti) fəaliyyət göstərir və həmin obyektdə Cavabdeh1 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Beləliklə müəyyən olunur ki, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh3 icarəyə verdiyi Cavabdeh1 ilə birlikdə məsuliyyətdən kənarda qalmaq üçün təsərrüfat subyektinin (obyektinin) adını “Premim Pub” lounge-dan “Paramount” adına dəyişmişdir. Halbuki təsərrüfat subyektinin adı “Paramount” adına dəyişdirilsə də hər iki təsərrüfat subyektinin VÖEN-ni eyni olmaqla Cavabdeh1 adınadır. Hal-hazırda da təsərrüfat subyektinin (obyektinin) vəziyyəti aktivdir. “Paramount Baku” gecə klubunda səslənən musiqi onun və ətrafda yaşayan insanların rahatlığını və konstitusion hüququnu pozur. Məhkəməyə müraciət etdikdən sonra “Social Baku” təmirə bağlanıb, adını da “THE CUPS”a dəyişib. Dövlət Vergi Xidmətinin məhkəməyə verdiyi məlumatdanda görünür ki “Social Baku” təsərrüfat subyekti (obyektinin) fəaliyyəti dayandırılmışdır. Təsərrüfat subyektinin adını dəyişdirilməsi verilən məlumatda öz əksini tapmasa da, faktiki olaraq “Social Baku” adı dəyişdirilərək “The Cups” adı verilib. Beləliklə, cavabdehlər təsərrüfat subyektinin (obyektinin) adını dəyişdirməklə məsuliyyətdən kənarda qalmaq niyyətindədirlər. Məhkəməyə daxil olan sorğulara cavablardan qeyriyaşayış sahələrinin mülkiyyətçiləri barədə məlumat bəlli olduğundan cavabdehlərin siyahısını artırır və tələbini dəqiqləşdirir. Həmçinin, cavabdeh restoranların fəaliyyət göstərdikləri məkan yaşayış binasının 1-ci mərtəbəsində yerləşir, orada səslənən musiqinin səsi normadan yüksəkdir. Cavabdeh restoranların fəaliyyəti sanitar epidemioloji tələblərə cavab vermədiyindən onlara fəaliyyətlərində musiqinin səsləndirilməsi qadağan edilməlidir. Cavabdehlərin musiqinin ucadan səsləndirməsi nəticəsində onun mənzilində asılan çilçıraq yerə düşərək sınmışdır. Həmin çilçırağın dəyərini işlənmiş vəziyyətini nəzərə alaraq 600 manat qiymətləndirir. Həmçinin uzun müddətdir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində gecələr yüksək səsin ucbatından yata bilmədiyinə görə əsəb-sinir sistemi pozulub, getdikçə artan psixoloji gərgin şəraitdə yaşayır, streslər keçirir. Bu streslərin artması əsəb pozuntusuna gətirib çıxarmışdır. Yaşlı vəziyyətində həyatının rahatlığı hər gün pozulur, öz mülkiyyətində rahat yaşaya bilmir, kəskin baş ağrıları baş verir, əsəblərinin pozulması səs tellərinə də mənfi təsir göstərmişdir. Tez-tez öskürməyə başlamış, müalicə alır. Ona dəymiş mənəvi ziyanı 5000 manat dəyərində qiymətləndirir. xx.xx.2023-cü il tarixdə İddiaçı yenidən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 4 ünvanında 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh4, Cavabdeh3 və orada fəaliyyət göstərən “Paramount” lounge təsərrüfat subyektinə (obyektinə), “X30” təsərrüfat subyektinə (obyektinə), sahibklarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 və digər şəxslərə mülkiyyətinə edilən qəsdə son qoyulması, gecə saatlarında istirahət hüququnun bərpa edilməsi, göstərilən ünvanlarda gecə saat 24:00-a kimi musiqi səsinin ucadan, yəni qanunda nəzərdə tutulmuş normadan artıq səslənməsini və 24:00-dan sonra musiqinin səsləndirilməsi, elektroakkustik cihazlardan istifadə edilməsinin cavabdehlərə qadağan edilməsi, 300 manat maddi ziyana görə, 2500 manat mənəvi ziyanın mülkiyyətçisi Cavabdeh4 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, ünvan 5 ünvanda 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh2 qarşı iddiasından imtina etdiyi üçün onunla bağlı icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, məhkəməyə daxil olan sorğulara cavablardan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi barədə məlumat bəlli olduğundan cavabdehlərin siyahısını artırır və tələbini dəqiqləşdirir. xx.xx.2023-cü il tarixdə İddiaçı yenidən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 4 ünvanında 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh4, Cavabdeh3 və orada fəaliyyət göstərən “Paramount” lounge təsərrüfat subyektinə (obyektinə), “X30” təsərrüfat subyektinə (obyektinə), sahibklarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 və digər şəxslərə mülkiyyətinə edilən qəsdə son qoyulması, gecə saatlarında istirahət hüququnun bərpa edilməsi, göstərilən ünvanlarda gecə saat 24:00-a kimi musiqi səsinin ucadan, yəni qanunda nəzərdə tutulmuş normadan artıq səslənməsini və 24:00-dan sonra səs-küylə müşahidə edilən fəaliyyətlə məşğul olmağın cavabdehlərə qadağan edilməsi, 300 manat maddi ziyana görə, 2500 manat mənəvi ziyanın mülkiyyətçisi Cavabdeh4 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, ünvan 5 ünvanda 1-ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsi ilə bağlı Cavabdeh2 qarşı iddiasından imtina etdiyi üçün onunla bağlı icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh2 qarşı iddiadan imtina edildiyi üçün onunla bağlı icraata xitam verilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh3 iddiaya münasibət bildirərək, göstərmişdir ki, o, həmin obyekti Cavabdeh4 icarəyə götürmüş və sonra Cavabdeh1 icarəyə vermişdir, hazırda ora ilə heç bir əlaqəsi yoxdur. Bildiyinə görə həmin obyektin hazırki təyinatla işləməsi üçün 300.000 manata yaxın xərc çəkilərək ora təmir edilib. Onun qonşu ilə belə bir mübahisə olmasından əvvəlcə xəbəri olmayıb, o yer icarəyə verilən zaman iddiaçı o mənzildə yaşamayıb, heç kim yaşamırdı o mənzildə. Zamirdən mübahisə barədə soruşanda Zamir ona bildirdi ki, belə bir problem var. Problemi həll etmək üçün obyekti izolyasiya ediblər, yoxlayıblar – səs azalsa da divarın əsməsi ola bilər bir az olsun. İzolyasiya işlərindən sonra yoxlamaq üçün gələndə iddiaçı içəri keçib yoxlamağa icazə vermədi. Obyektin təyinatından asılı olaraq səs də fərqlənir. Səsin həcmini müəyyən edib obyektin təyinatını da müəyyən edə bilərdilər. Amma bunu yoxlamaq imkanı yaratmadılar. Həmin küçədə 7, 8 obyekt varki bu təyinatla gecə saatlarında işləyir və musiqinin səsi ucadan səsləndirilir. Onları evə buraxsalar öz cihazı ilə səsi ölçüb və narahatçılığı aradan qaldırarlar. Əgər iddiaçıya hər hansı bir maddi və ya mənəvi zərər vurulubsa buna cavabdeh şəxs hazırda orada fəaliyyət göstərən şəxs ola bilər. Nə mülkiyyətçi, nə də ki, o özü zərərlə bağlı heç bir məsuliyyət daşımırlar. İddianı mülkiyyətçiyə və özünə aid hissədə əsassız hesab edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və Cavabdeh2 münasibətdə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, “Paramount” lounge -“X30”- Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının təxirə salınması barədə ərizə daxil olmamışdır. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı dövründə İddiaçı ilə Cavabdeh2 arasında barışıq sazişi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərardadı ilə təsdiq edilərək iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sübutlar: İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 5 mənzil 11 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Dövlət Vergi Xidmətinin məlumat bazasında ünvan 6 ünvanında “Premium Pub” lounge adında təsərrüfat subyekti (obyekti) aşkar edilməmişdir. Qeyd edilən ünvanda vergi orqanının əməkdaşları tərəfindən yerində müşahidə aparılmış və həmin ünvanda yerləşən “Paramount” adlı təsərrüfat subyektində (obyektində) Cavabdeh1 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Uçot məlumat bazasına əsasən həmin təsərrüfat subyekti (obyekti) xx.xx.2020-ci il tarixdə “X30” ad və **********-17001 nömrəli kod ilə qeydiyyata alınmışdır. Hal-hazırda təsərrüfat subyektinin (obyektinin) vəziyyəti aktivdir. Uçot məlumat bazasına əsasən ünvan 7 ünvanında fəaliyyət göstərən “Sosial Baku” təsərrüfat subyekti (obyekti) vergi ödəyicisi X6 (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata qoyulmuşdur. Hal-hazırda təsərrüfat subyektinin (obyektinin) fəaliyyəti dayandırılmışdır. Qeyd edilən ünvanda vergi orqanının əməkdaşları tərəfindən yerində müşahidə aparılmış və “Sosial Baku” adlı təsərrüfat subyektinin (obyektinin) fəaliyyət göstərmədiyi, obyektdə təmir işlərinin aparıldığı müəyyən edilmişdir. - Bakı şəhəri Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əliyarbəyov küçəsi, ev 8, mənzil 11-də yaşayan X8 yaşadığı evin 1ci mərtəbəsində yerləşən “Social Baku” və “X33” restoranlarının fəaliyyəti zamanı yaranan səs-küyün rahat yaşayış hüquqlarının pozması haqqında şikayətinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsində obyektiv araşdırılmaması barədə Daxili işlər Nazirliyinə ünvanladığı müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, şikayət müəllifinin yaşadığı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2 xüsusi mülkiyyətində olmaqla icarə müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdən X3 icarəyə verilmiş, sonuncu icarəyə götürdüyü qeyri-yaşayış sahəsində “Social Baku” adlı karaoke klub təyinatlı iaşə obyekti təşkil etmiş, digər qeyri-yaşayış sahəsi Cavabdeh3 xüsusi mülkiyyətində olmaqla icarə müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdən X21 icarəyə verilmiş, sonuncu icarəyə götürdüyü qeyri-yaşayış sahəsində “X33” adlı karaoke klub təyinatlı iaşə obyekti təşkil etmiş və hazırda həmin təyinat üzrə istifadə edir. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsində aparılmış araşdırma zamanı şikayətçinin narahatçılığına səbəb olan hallar “Social Baku" adlı karaoke klubunda aşkar edildiyindən məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması faktına görə inzibatçı X24 barəsində Azərbaycan Respublikasının İXM-nin 521-ci (məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh tədbiri görülmüşdür. Bundan əlavə, klubların rəhbərliyi ilə profilaktik-izahedici söhbətlər aparılmış, birgəyaşayış qaydalarının pozulmasının yaratdığı hüquqi məsuliyyətlər barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda, gələcəkdə sözügedən klubların fəaliyyəti nəticəsində birgəyaşayış qaydalarının pozulması hallarının təkrarlanmamasının qarşısının alınması məqsədi ilə profilaktik nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə müvafiq göstəriş verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X26 X11 Sanitariya-gigyena, fiziki-kimyəvi, toksikoliji və radioloji müayinələr üzrə laboratoriyasının 25 iyul 2023-cü il tarixli 174 saylı Səs və X5 görünür ki, ünvan 8 ünvanında titrəmə növündə daimi səs qeydə alınmış, yol verilən səviyyə 40 Dba olduğu halda qonaq otağında 59.5 Dba, yataq otağında 44.9 Dba, Akkor səviyyə 77 Dba olduğu halda qonaq otağında 88 Dba, yataq otağında 90 Dba olduğu aşkar olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X26 25 iyul 2023-cü il tarixli Tədqiqat obyektinə dair mütəxəssis Rəyindən görünür ki, ölçmələr xx.xx.2023-cü il tarixdə saat 22.00-da iddiaçının qonaq və yataq otaqlarında aparıldı. Yaşayış mənzillərinin sakinlərinin səhhətinə mənfi təsir yaradılmaması üçün vibrasiya (titrəmə) və səs-küy səviyyələri Azərbaycan Respublikası Prezidentinin "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri normaları"nın təsdiq edilməsi haqqında 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı müəyyən edilmiş yol verilən hədd səviyyəsindən (vibrasiya - Akorr 77DB, səsküy- 40dBA) artıq olmamalıdır. Aparılmış ölçmələrin nəticələrinə görə vibrasiya səviyyəsi mənzilin qonaq otağında 88DB, yataq otağında 90DB, səs-küy səviyyəsi qonaq otağında 59,5 dBA, yataq otağında 44,9 dBA olaraq, 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı müəyyən edilmiş yol verilən hədd səviyyələrindən artıq olmuşdur. Vibrasiya (titrəmə) və səs-küy səviyyələrinin yol verilən həddən artıq olması sakinlərin narahatlığına səbəb ola bilər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 01 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, ev 8 ünvanında 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin və Cavabdeh3 məxsus ünvan 9 ünvanında 1-ci mərtəbədə yerləşən yaşayış (qeyri-yaşayış) sahələrinin hüquqi statusu haqqında məlumat və sənəd surətlərinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, ev 8, 7/9 saylı mənzil xx.xx.1996-cı il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı DNK-nın 4Ə/02-361 reyestr nömrəli xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısının 156 nömrəli xx.xx.2015ci il tarixli sərəncamına əsasən sözügedən yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilərək xx.xx.2016-cı il tarixdə (ünvan 10 ünvanında yerləşən 54.4 kv.m qeyri-yaşayış sahəsi) X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, ev 8 ünvanında 1-ci mərtəbədə yerləşən 183.4 kv.m qeyriyaşayış sahəsinə dair X7 adına 001184 nömrəli xx.xx.1999-cu il tarixli şəhadətnamə verilmişdir. Bakı şəhəri 33 saylı DNK-nın 4-Ə/59 reyestr nömrəli xx.xx.2007-ci il tarixli, 4- Ə/01-82 reyestr nömrəli xx.xx.2012-ci il tarixli bağışlama müqavilələrinə əsasən xx.xx.2012-ci il tarixdə X15 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 5 saylı notariat kontorunun xüsusi notariusu İ.A.Məmmədov tərəfindən təsdiq edilmiş 4Ə-7 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə X16 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 9 ünvanında 1-ci mərtəbədə yerləşən 76.3 kv.m qeyri-yaşayış sahəsinə dair “X1” Şirkətinin adına 005819 nömrəli xx.xx.2005-ci il tarixli şəhadətnamə verilmişdir. Bakı şəhəri 6 saylı DNK-nın 4Ə/1016 reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə Khanlou Pirouzun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı DNK-nın 4Ə- 505 reyestr nömrəli xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 4 ünvanında, 1-ci mərtəbədə yerləşən 76.3 kv/m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2013-cü il tarixdə Cavabdeh4 adına dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 5 ünvanında yerləşən 183.4 kv/m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin məhkəmənin sorğusuna əsasən təqdim etdiyi ünvan 11 ünvanında yerləşən «Paramount» restoranında ucadan səsləndirilən musiqi və səs-küylə bağlı X8 müraciəti əsasında toplanmış materialdan görünür ki, Paramount restoranının sahibinə ciddi xəbarədarlıq olunaraq Finnegans restoranının sahibi X10 barəsində İXM-nin 521-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunmuşdur. - Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan və MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından görünür ki, X22 Azərbaycan Respublikası İXM-nin 521ci maddəsinə əsasən 150 manat məbləğində cərimə olunmuşdur. - Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan və MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından görünür ki, X22 Azərbaycan Respublikası İXM-nin 521ci maddəsinə əsasən 150 manat məbləğində cərimə olunmuşdur. - Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin xx.xx.2023-cü il tarixli EXP ******* saylı inzibati xəta haqqında protokolundan və EPQ № ******* saylı inzibati tənbehvermə haqqında qərarından görünür ki, X10 Azərbaycan Respublikası İXMnin 521-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə olunmuşdur. - Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin xx.xx.2023-cü il tarixli EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X22 Azərbaycan Respublikası İXM-nin 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib olunmuşdur. - Bakı şəhəri Səbail rayonu Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(009)-1597/2023 saylı qərarından görünür ki, Səbail Rayon Məhkəməsinin 16(009)-105/2023 saylı, xx.xx.2023-cü il tarixli il icra sənədinə əsasən ünvan 12 ünvanında 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Paramount lounge” təsərrüfat subyektində (obyektində) sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 və başqa şəxslərə göstərilən ünvanda gecə saat 24:00-dan sonra musiqinin uca səslə səsləndirilməsi, o cümlədən elektroakustik, səs gücləndirici cihazlardan istifadə edilməsi qadağan edilmiş, həmin restoranda menecer vəzifəsində çalışan X22 icra şöbəsinə dəvət edilərək icra sənədi ilə tanış edilmiş, lakin tələb təmin edilməmişdir. Ona görə də X22 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. - xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh4 tam mülkiyyət hüququ əsasında ona məxsus ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 76.3 kv/m olan qeyri-yaşayış sahəsini icarəçi Cavabdeh3 icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh3 tam mülkiyyət hüququ əsasında ona məxsus ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 76.3 kv/m olan qeyri-yaşayış sahəsini icarəçi Cavabdeh1 icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 5 mənzil 11 iddiaçının mülkiyyətindədir. ünvan 4 ünvanında, 1-ci mərtəbədə yerləşən 76.3 kv/m qeyri-yaşayış sahəsi isə Cavabdeh4 mülkiyyətindədir. Cavabdeh4 tam mülkiyyət hüququ əsasında ona məxsus ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 76.3 kv/m olan qeyri-yaşayış sahəsini xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh3 xx.xx.2024-cü il tarixədək icarəyə vermiş, sonuncu da xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsini icarəçi Cavabdeh1 xx.xx.2024-cü il tarixədək icarəyə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Dövlət Vergi Xidmətinin məlumat bazasında ünvan 6 ünvanında “Premium Pub” lounge adında təsərrüfat subyekti (obyekti) aşkar edilməmişdir. Qeyd edilən ünvanda vergi orqanının əməkdaşları tərəfindən yerində müşahidə aparılmış və həmin ünvanda yerləşən “Paramount” adlı təsərrüfat subyektində (obyektində) Cavabdeh1 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Uçot məlumat bazasına əsasən həmin təsərrüfat subyekti (obyekti) xx.xx.2020-ci il tarixdə “X30” ad və **********-17001 nömrəli kod ilə qeydiyyata alınmışdır. Uçot məlumat bazasına əsasən həmçinin ünvan 7 ünvanında fəaliyyət göstərən “Sosial Baku” təsərrüfat subyekti (obyekti) vergi ödəyicisi X6 (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata qoyulmuşdur. Məhkəmə baxışı dövründə qeyd edilən ünvanda vergi orqanının əməkdaşları tərəfindən yerində müşahidə aparılmış və “Sosial Baku” adlı təsərrüfat subyektinin (obyektinin) fəaliyyət göstərmədiyi, obyektdə təmir işlərinin aparıldığı müəyyən edilmişdir. Daha sonra müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etdikdən sonra “Social Baku” adı altında fəaliyyət göstərən obyektin təyinatı və adı dəyişdirilərək ona “The Cups” adı verilmişdir. Məhkəmə baxışı dövründə İddiaçı ilə Cavabdeh2 arasında barışıq sazişi bağlanmış və iddiaçı iddiadan imtina etdiyinə görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilərək iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilmişdir. Beləliklə də, dəqiqləşdirilmiş iddia tələbi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh4, icarəçi (və icarəyə verən) Cavabdeh3 və “X30” adı ilə qeydiyyata alınmış “Paramount” lounge təsərrüfat subyektində (obyektində) sahibklarlıq fəaliyyəti ilə məşğul olan icarəçi Cavabdeh1 (VÖEN: **********) qarşı olmuşdur. İşin materiallarından görünür ki, ünvan 14 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh4 məxsus qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Paramount” lounge təsərrüfat subyektində (obyekti), axşam və gecə saatlarında musiqi səsinin qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq (ucadan) səsləndirilməsi, gecə vaxtı saat 24:00-dan sonra musiqinin səsləndirilməsində elektroakustik cihazlardan istifadə edilməsi halı baş vermiş, bununla bağlı, İddiaçı əvvəlcə müvafiq səlahiyyətli orqanlara, daha sonra isə hazırki "mülkiyyətə edilən qəsdə son qoyulması, maddi və mənəvi zərərin ödənilməsi və s." tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələblərinə əsasən cavabdehlərin qanunsuz və hüquqazidd əməlləri nəticəsində vurulmuş zərər iddiaçının sağlamlığına vurulmuş maddi və mənəvi zərərdə, istirahət hüququnun pozulmasında ifadə olunmuşdur. İddiaçının hüquq mühafizə orqanlarına etdiyi şikayətlərin və hazırki iddiasının mahiyyəti cavabdehlər tərəfindən hər gün axşam və gecə saatlarından başlayaraq səhərədək həmin restoranda musuqini ucadan, gur səslə səsləndirilməsi ucbatından istirahət hüququnun və rahatlığının pozulmasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16(009)-105/2023 saylı, xx.xx.2023-cü il tarixli il icra sənədinə əsasən ünvan 12 ünvanında 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Paramount lounge” təsərrüfat subyektində (obyektində) sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 və başqa şəxslərə göstərilən ünvanda gecə saat 24:00-dan sonra musiqinin uca səslə səsləndirilməsi, o cümlədən elektroakustik, səs gücləndirici cihazlardan istifadə edilməsinin qadağan edilməsinə və həmin restoranda menecer vəzifəsində çalışan X22 icra şöbəsinə dəvət edilərək icra sənədi ilə tanış edilməsinə baxmayaraq icra sənədini icra etmədyinimə görə Bakı şəhəri Səbail rayonu Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(009)-1597/2023 saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bundan başqa, iddiaçının hüquq mühafizə orqanlarına etdiyi müraciətinə əsasən aparılan araşdırmalar əsasında səlahiyyətli dövlət orqanı tərəfindən də X22 dəfələrlə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh3 izahatlarında iddiaçının şərait yaratdığı təqdirdə onunla musiqinin səsləndirilməsi həddi və elektroakkustik cihazlardan istifadə edilməsi ilə bağlı müvafiq razığıla gəlinə bilməsini göstərsə də, işin məhkəmənin icraatında olduğu dövr ərzində məhz bu niyyətlə cavabdehlər tərəfindən bu istiqamətdə hər hansı bir real hərəkət edilməmiş, tərəflər arasında yaranmış mübahisənin müsbət həllinə dair heç bir sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən yaranan mübahisənin obyektiv və qanuni həlli baxımından iş üzrə müvafiq ekspertiza təyin edilmiş və təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X26 25 iyul 2023-cü il tarixli Səs Və X5 və Tədqiqat obyektinin yerində müayinəsinin nəticəsi olaraq verilən rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22.00-da ünvan 15 ünvanında qonaq və yataq otaqlarında ölçmələr aparılmış, həmin ünvanında titrəmə növündə daimi səs qeydə alınmış, yol verilən səviyyə 40 Dba olduğu halda qonaq otağında 59.5 Dba, yataq otağında 44.9 Dba, vibrasiya səviyyəsi 77 Dba olduğu halda qonaq otağında 88 Dba, yataq otağında 90 Dba, yəni yol verilən hədd səviyyələrindən artıq olmuşdur. Vibrasiya (titrəmə) və səs-küy səviyyələrinin yol verilən həddən artıq olması sakinlərin narahatlığına səbəb ola bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 170-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. - 170.2-ci maddəsinə görə isə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. - 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. - 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2-ci maddəsinə əsasən tikinti obyekti (57.2.4.) səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməli; (57.2.5.) istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır. "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanına əsasən yaşayış mənzillərinin sakinlərinin səhhətinə mənfi təsir yaradılmaması üçün vibrasiya (titrəmə) və səs-küy səviyyələri müəyyən edilmiş yol verilən hədd səviyyəsindən (vibrasiya - Akorr 77DB, səsküy - 40dBA) artıq olmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, mülkiyyət hüququ Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin Vİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar). Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X13rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95). Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93). Beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ünvan 8 ünvanında xx.xx.2023-cü il tarixdə saat 22.00-da iddiaçının mənzilində qonaq və yataq otaqlarında aparılmış ölçmələrin nəticələrinə görə vibrasiya səviyyəsi mənzilin qonaq otağında 88DB, yataq otağında 90DB, səs-küy səviyyəsi qonaq otağında 59,5 dBA, yataq otağında 44,9 dBA olaraq, 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı müəyyən edilmiş yol verilən hədd səviyyələrindən artıq olmuşdur. Müəyyən edilmişdir ki, qeyd edilən vibrasiya (titrəmə) və səs-küy səviyyələrinin yol verilən həddən artıq olması sakin kimi iddiaçının haqlı narahatlığına səbəb olmuş və sonuncu yuxarıda qeyd edildiyi kimi cavabdehlərin bu hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulmasını iddia edir. Məhkəmə, Bakı şəhəri X22 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Səbail Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(009)-1597/2023 saylı qərarında gösərilənləri də nəzərə almaqla hesab edir ki, ünvan 16 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh4 məxsus qeyri-yaşayış sahəsində gecə saat 24:00-dək, eləcə də ondan sonra musiqi səsinin qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq (ucadan) səsləndirilməsi, hətta gecə vaxtı saat 24:00dan sonra musiqinin səsləndirilməsi zamanı elektroakustik cihazlardan istifadə edilməsi ilə İddiaçı gecə saatlarında istirahət hüququnun pozulması halları baş vermişdir. Yuxarıda göstərilən qanunvericilik normalarını və iş üzrə təqdim edilmiş rəyi, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı gecə saatlarında istirahət hüququnun bərpa edilməsi məqsədilə ünvan 17 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh4 məxsus qeyri-yaşayış sahəsində gecə saat 24:00-dək musiqi səsinin qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq (ucadan) səsləndirilməsi, gecə vaxtı saat 24:00-dan sonra musiqinin səsləndirilməsində elektroakustik cihazlardan istifadə edilməsi cavabdehlər- qeyri yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh4, icarəçi (və icarəyə verən) Cavabdeh3 və “X30” adı ilə qeydiyyata alınmış “Paramount” lounge təsərrüfat subyektində (obyektində) sahibklarlıq fəaliyyəti ilə məşğul olan icarəçi Cavabdeh1 (VÖEN: **********) qadağan edilməlidir. Məhkəmə, iddianın mənəvi zərərin əvəzinin ödənilməsinə aid hissəsinə münasibət bildirərək qeyd edir ki, qanunsuz hərəkətin mövcudluğu artıq mənəvi ziyanın, sarsıntının mövcud olmasının təsdiqidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qanunvericiliyin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın” müddəalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu həmin qərarla məhkəmələrə tövsiyə etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı cavabdehin maddi durumunu nəzərə almalıdır. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, iddiaçının mütəmadi olaraq insan sağlamlığına mənfi təsir göstərən vibrasiyanın və səs-küyün təsirinə məruz qalmasının onun üçün mənəvi və psixoloji sarsıntı ilə nəticələnməsi labüddür. Məhkəmə vurğulayır ki, iş üzrə Cavabdeh4 məxsus əmlakını idarə edən cavabdehlərin - icarəçilərin təyin etdiyi inzibatçıların dəfələrlə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq iddiaçının hüquqlarına zidd olaraq onun rahatlığının pozulmasına səbəb olan hərəkətlərini davam etdirmələri faktı özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı yoxdur. Məhkəmə, göstərilənlərə və iddia tələblərinə əsasən mənəvi zərərin əvəzi olaraq 2500 (iki min beş yüz) manat pulun cavabdeh (mülkiyyətçi) Cavabdeh4 iddiaçının xeyrinə tutulmasını əsaslı və ədalətli hesab edir. Məhkəmə bu qənaətə gələrkən cavabdeh (mülkiyyətçi) Cavabdeh4 mülkiyyətini icarəyə verərək oradan gəlir əldə etməklə yanaşı, həmin sahənin təyinatı üzrə müəyyən məqsədlər üçün istifadə edilməsi zamanı icarəçilərin ətrafda yaşayan sakinlərin (qonşuların) hüquqlarını pozmasına yönəlmiş hərəkətlərə yol verilməməsinə müəyyən mənada nəzarət etməli olmasını da nəzərə almış və iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin iddia olunan məbləğdə ondan tutulmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın maddi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, maddi ziyanla bağlı tələb mübahisənin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1-ci maddəlinin baxımından əsaslı sayıla bilməz. Belə ki, sadalanan normaların tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər (maddə 1115.). Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Beləliklə, yalnız yuxarıda göstrərilən şərtlərin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayılır. Məhkəmə araşdırması zamanı cavabdehlərin yuxarıda sadalanan qanunsuz hərərkətləri ilə iddiaçıya maddi ziyan vurulması arasında səbəbli əlaqənin olması müəyyən edilmədiyindən məhkəmə iddianın bu hissədə təmin edilməsini mümkün hesab etmir. Belə ki, iddiaçı tərəf məhkəməyə mənzildə olan çıl-çırağın uca səsdən və vibrasiyadan təsir görərək yerindən qopub yerə düşməsini və qırılmasını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı gecə saatlarında istirahət hüququnun bərpa edilməsi məqsədilə ünvan 16 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh4 məxsus qeyri-yaşayış sahəsində gecə saat 24:00-dək musiqi səsinin qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq (ucadan) səsləndirilməsi, gecə vaxtı saat 24:00-dan sonra musiqinin səsləndirilməsində elektroakustik cihazlardan istifadə edilməsi cavabdehlər - qeyri yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh4, icarəçi (və icarəyə verən) Cavabdeh3 və “X30” adı ilə qeydiyyata alınmış “Paramount” lounge təsərrüfat subyektində (obyektində) sahibklarlıq fəaliyyəti ilə məşğul olan icarəçi Cavabdeh1 (VÖEN: **********) qadağan edilməli, mənəvi zərərin əvəzi olaraq 2500 (iki min beş yüz) manat cavabdeh (mülkiyyətçi) Cavabdeh4 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı gecə saatlarında istirahət hüququnun bərpa edilməsi məqsədilə ünvan 17 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh4 məxsus qeyri-yaşayış sahəsində gecə saat 24:00-dək musiqi səsinin qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq (ucadan) səsləndirilməsi, gecə vaxtı saat 24:00-dan sonra musiqinin səsləndirilməsində elektroakustik cihazlardan istifadə edilməsi cavabdehlər- qeyri yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh4, icarəçi (və icarəyə verən) Cavabdeh3 və “X30” adı ilə qeydiyyata alınmış “Paramount” lounge təsərrüfat subyektində (obyektində) sahibklarlıq fəaliyyəti ilə məşğul olan icarəçi Cavabdeh1 (VÖEN: **********) qadağan edilsin. Mənəvi zərərin əvəzi olaraq 2500 (iki min beş yüz) manat cavabdeh (mülkiyyətçi) Cavabdeh4 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-737/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-737/2023
22.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver