Məhkəmə qərarları › İş №e-2(009)-758/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-758/2023

09.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-758/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızı İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması tələbinə dair mülki işin ərazi aidiyyətnin mübahisələndirilməsinə dair məsələyə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia əriəzsi icraata qəbul edilmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-181/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Səbail rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi əvvəlcədən aidiyyət qaydalarına uyğun olaraq icraata götürüldüyü üçün mülki işə həmin məhkəmədə baxılmalı idi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. İş materiallarından görünür ki, paylı mülkiyyətdə olan əmlak Nəsimi rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənləri və məhkəmələr arasında ərazi aidiyyəti ilə əlaqədar mübahisə olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmiş mülki iş ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 32.7, 44.1 və 44.5 maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-181/2021 saylı qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar