Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-772/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Atəşgah” Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh «Atəşgah Sığorta Şirkəti” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 22.11.2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh «Atəşgah Sığorta Şirkəti” ASC-dən 2500 ABŞ dollarının tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 10.12.2021-ci il tarixdə vəsatət verərək, İddiaçı cavabdeh "Atəşgah” Sığorta Şirkəti ASCyə qarşı pul tələbinə dair iddia ərizəsinin aidiyyatı üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-732/2022 saylı, 18.01.2022-ci il tarixli qərardadı ilə aidiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İddia ərizəsinin onunla əsaslandırmışdır ki, 01.09.2021-ci il tarixdən 16.01.2021-ci il tarixinədək X3 səfər etmişdir. Bu səfəri nəzərə alaraq, Atəşgah sığorta şirkətində səfərini sığortalayıb. Bu sığorta müqaviləsinin bəndlərindən biri səfərin ləğv olunmasıdır. Bildirmək istəyir ki, 02.09.2021-ci il tarixində o, X3 İstanbuldan uçuş edib. Amma onu Meksikanın miqrasiya işçiləri buraxmayıblar. O iki gündən sonra Bakıya geri qayıdıb. Evə qayıtdıqdan sonra məlumat alıb ki, Ali Məhkəmə onun aidiyyətində 09.10.2021-ci il və 15.10.2021-ci il tarixində məhkəmə iclası təyin edib. Bununla əlaqədar olaraq o «Atəşgah Sığorta Şirkəti” ASC -yə ödənişin ona ödənilməsi ilə bağlı ərizə ilə müraciət edib. Amma «Atəşgah Sığorta Şirkəti” ASC ona 2500 ABŞ dollar sığorta ödənişini ödəməkdən imtina edib. Cavabdeh «Atəşgah Sığorta Şirkəti” ASC-nin nümayəndəsi X2 08.04.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim etmiş və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” 2(009)-772/2022 saylı mülki iş Sizin icraatınızdadır. İddiaçı iddia edir ki, aşağıda qeyd edilən hadisə səfərin ləğv olunması kimi qiymətləndirilməli, bu səbəbdən sığortaçı Cavabdeh Sığorta Şirkəti ona 2500 ABŞ dolları ödəməlidir. Belə ki, Cavabdeh Sığorta Şirkəti ilə İddiaçı arasında SS-08706383 saylı səfər sığortası müqaviləsi bağlanmışdır. İddiaçı 01.09.2021-ci il tarixində Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə Meksika Respublikasına səfər etmişdir. 02.09.2021-ci il tarixində X6 X4 İdarəsi ölkəyə girişinə “səfər səbəbinin sübut edilməməsi” səbəbindən icazə verməmiş və imtinanı Arayışla təsdiqləmişdir. Bundan sonra İddiaçı Cavabdeh Sığorta Şirkətinə müraciət edərək, sığorta ödənişinin verilməsini xahiş etmişdir. Cavabdeh Sığorta Şirkəti “Səfər Sığortası” Qaydalarına əsaslanaraq, sığorta ödənişinin verilməsindən imtina etmişdir. İddiaçı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, səfərini Atəşgah Sığortada sığortalayan zaman hər hansı problem olduqda onun şəhərə buraxılmaması halının sığortalanmasını soruşmuşdur. Hər bir halda səfər baş tutmadıqda sığorta məbləğinin geri qaytarılacağını bildirmişlər. O Meksikaya dostunu görmək üçün getmiş, ölkəyə buraxılmadıqları üçün geri qayıtmışdır. Məhkəmə iclasları olduğu üçün səfəri təxirə düşmüşdür. Meksika təhlükəli ölkədir. Ətrafında bir çox insan bu problemlə rastlaşdığına görə o səfər sığortası edib. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etiraz ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, hansı halların sığorta hadisəsi olması “Səfər Sığortası” qaydalarının 28-ci maddəsində göstərilmişdir. Həmin qaydalarla tanış olmasını Sığorta Şəhadətnaməsini imzalayaraq təsdiq etmişdir. Etiraz ərizəsində göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində isə iddiaçı üçüncü şəxs kimidir. Səfəri “səfər səbəbinin sübut edilməməsi” səbəbindən baş tutmamışdır. İş materiallarını araşdırıb, iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan 24.09.2021-ci il tarixli, 0592 nömrəli Sığorta məktubundan görünür ki, «Atəşgah Sığorta Şirkəti” ASC-yə ünvanlanan 09.09.2021-ci il tarixli ərizələr və onlara əlavə olunmuş sənədlər araşdırılmışdır. Təqdim edilən sənədlərdən və ərizədən müəyyən edilmişdir ki, iddiaçı 01.09.2021-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə və İstanbul şəhərindən Meksika Respublikasına səfər etmişdir. Lakin 02.09.2021ci il tarixdə X6 X4 İdarəsi ölkəyə girişinə imtina etmişdir. Bundan sonra o 04.09.2021-ci il tarixdə Türkiyə Respublikasına geri dönmüşdür. Bildirilib ki, «Atəşgah Sığorta Şirkəti” ASC ilə bağlanan SS-08706383 saylı Səfər Sığortası şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan Səfər Sığortası qaydalarının 28-ci maddəsində səfərin ləğv edilməsi və ya tarixinin dəyişdirilməsi üzrə sığorta təminatına daxil edilən hallar sadalanmışdır. Qeyd edib ki, iddiaçının səfərinin baş tutmasına səbəb olan hal qaydaların adı çəkilən maddəsi ilə sığorta təminatına aid edilməmişdir. Belə ki, qeyd edilən hal sığorta təminatına daxil edilmədiyindən, müvafiq olaraq səfərin ləğvi (tarixin dəyişdirilməsi) sığorta hadisəsi hesab edilə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirilib ki, "xxxx" ASC tərəfindən 09.09.2021-ci il tarixli müraciət üzrə səfərin ləğv olunması (tarixlərinin dəyişməsi) hadisəsi üzrə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan X7 Səhmdar Cəmiyyətinin nümayəndəsinin məktubunda qeyd edilib ki, Azərbaycan vətəndaşı xx.xx.1984-cü il təvəllüdlü İddiaçı səyahət səbəbini sübut edə bilmədiyi üçün, bununla 02.09.2021-ci il tarixdə Türkish Airlines hava yolu şirkətinə Meksika şəhəri Beynəlxalq Hava limanından nəzarətçi vəzifəsini icra edən və 825940 nömrəli hava limanı şəxsiyyət vəsiqəsinin sahibi Yonatan Pacheco tərəfindən məlumat verilir və o, hazırki sənədin əslini qəbul edir və bildirilir ki, təmsilçiyə sənədin məzmunu barədə məlumat verilmiş və sözügedən əcnəbi ölkəni 04.09.2021-ci il tarixdə saat 10:00da İstanbul istiqamətinə həyata keçiriləcək 181 nömrəli uçuşla tərk edəcəkdir. İş materiallarında olan 24.08.2021-ci il tarixli Səfər Sığorta Şəhadətnaməsindən görünür ki, İddiaçı sığorta haqqı üçün 33.13 ABŞ dolları ödəmişdir. Sığorta məbləği 50000 ABŞ dolları hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-in 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. MM-in 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. MM-in 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. “Səfər Sığortası” Qaydalarının “Səfərin ləğv edilməsi və tarixinin dəyişdirilməsi” bölməsinin 27.2-ci maddəsinə əsasən səfərin ləğv edilməsinin və ya tarixlərinin dəyişdirilməsinin sığortası zamanı sığorta predmeti Sığortalının dəyəri ödənilmiş xaricə səfərin ləğv edilməsi və ya xaricdə qalma tarixlərinin dəyişməsi nəticəsində çəkdiyi xərclərdir. “Səfər Sığortası” Qaydalarının “Səfərin ləğv edilməsi və tarixinin dəyişdirilməsi” bölməsinin 28-ci maddəsinə əsasən aşağıda qeyd edilənlər sığorta hadisəsi hesab edilir: 28.1. Sığorta müqaviləsində nəzərdə tutulmuş olan və baş verməsi nəticəsində Sığortaçının sığorta ödənişi verməsi öhdəliyini yaranan hallar sığorta hadisəsi hesab edilir. 28.2. O hallar sığorta hadisəsi hesab edilir ki, onlar sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş olsun və səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlərlə sübuta yetirilsin: 28.2.1. Sığortalının və ya onun yaxın qohumunun ölməsi, səhhətinin qəfil pozulması halları, hansı ki, səfərin başlama tarixindən əvvəl yaranmışdır və həmin səfərin baş tutmasına maneə törətmişdir. Bu Qaydalara əsasən yaxın qohum dedikdə, ata və ana, uşaqlar (övladlığa götürülənlər daxil olmaqla), həmçinin doğma bacı və qardaşlar nəzərdə tutulur; 28.2.2. Sığortalının və ya onun yaxın qohumunun və ya həyat yoldaşının ölməsi, səhhətinin qəfil pozulması halları, hansı ki, səfərin başlama tarixindən əvvəl yaranmışdır və həmin səfərin baş tutmasına maneə törətmişdir; 28.2.3. Sığorta müqaviləsi qüvvəyə mindikdən sonrakı dövrdə məhkəmə orqanı tərəfindən verilmiş qərara əsasən Sığortalının sığorta müddəti ərzində məhkəmə işinə baxılmasında iştirakı tələb edildikdə; 28.2.4. Sığortalının, onun həyat yoldaşının, yaxın qohumun xəstələnməsi və/və ya ölümü ilə bağlı olaraq, həkim məsləhətinə əsasən Sığorta olunanın xaricdən vaxtından əvvəl geri qayıtması; 28.2.5. Səfərin son tarixinin keçməsinə baxmayaraq, Sığortalının onunla birlikdə səfər edən həyat yoldaşının və ya yaxın qohumların ölümü, bədbəxt hadisə baş verməsi və ya xəstəliyi səbəbilə xəricdən geri qayıtmasının gecikməsi. İş materiallarında olan sığorta şəhadətnaməsindən görünür ki, sığortalı bu qaydalar ilə tanış olub imza atmışdır. İş materiallarından həmçinin görünür ki, iddiaçıya “səfərin səbəbini sübuta yetirilməməsi” halına görə ölkəyə girişinə icazə verilməmişdir. Bu hal isə sığorta hadisəsi hesab edilə bilən hallar arasında mövcud deyil. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-772/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-772/2022
16.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver