Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-776/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Amil qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı göstərilmiş tibbi xidmətə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər cavabdehlər Cavabdeh1 Amil qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı göstərilmiş tibbi xidmətə görə yaranmış borcun tutulması barədə iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh1 Amil qızı ilə xx.xx.2022-ci il tarixdə, Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixdə və Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixdə bağlanılmış tibbi xidmətlərə dair müqavilələr üzrə öhdəliklərin icra edilməməsi səbəbindən Cavabdeh1 Amil qızından 1125.27 manat, Cavabdeh2 3799,82 manat və Cavabdeh3 1782,73 manat məbləğində pulun tutulması xahiş olunmuşdur. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə iddiaçıya geri qaytarılmalıdır. AR MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). Hakim qeyd edir ki, iddiaçı prosessual qanunvericiliyin qeyd edilən normasına riayət etməmiş, həmçinin cavabdehlərdən birinin ünvanı isə ərizədə konkret göstərməmişdir. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini geri qaytarır. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri də birləşdirərək bir iddia ərizəsində məhkəməyə təqdim etmişdir. AR MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Qeyd edilən Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, o, cavabdehlərin hər biri ilə ayrılıqda, ayrı-ayrı tarixlərdə bağlanılmış müqavilələr üzrə tibbi xidmətə görə yaranmış borcun tutulmasını məhkəmədən xahiş edir. Hakim hesab edir ki, iddiaçı tərəfindən göstərilmiş tibbi xidmətə görə borcun tutulması ilə bağlı irəli sürülmüş tələblərin bir-biri ilə əlaqəsi yoxdur və iddiaçı tərəfindən hər cavabdehə qarşı müstəqil formada tələb irəli sürülməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə hər üç cavabdeh arasında bağlanılmış müqavilələr ayrı-ayrı tarixlərdə və fərdi qaydada bağlanılmış və bağlanılmış müqavilələrin bir-biri ilə hər hansı əlaqəsi yoxdur. Hər müqavilə üzrə irəli sürülmüş tələblər müstəqil məhkəmə araşdırmasının predmetidir və bu səbəbdən həmin tələblərin bir icraatda birləşdirilməsi yolverilməzdir. Beləliklə hakim hesab edir ki, iddiaçı bir iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirdiyindən iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən sənədlərlə birlikdə geri qaytarılmalıdır. Digər tərəfdən hakim qeyd edir ki, verilən tələblərə görə dövlət rüsumunun məbləği qiymətləndirilən və qiymətləndirilməyən iddia ərizələrinə görə müəyyən edilir. Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanunun tələblərinə əsasən qiymətləndirilməyən iddia ərizələrinə görə dövlət rüsumun məbləği 100 manat həddində, qiymətləndirilən iddia ərizələrinə görə isə qaldırılan tələbin məbləğinə uyğun olaraq müəyyən edilir. İddiaçı tərəfindən ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən belə məlum olur ki, onun tərəfindən hər üç cavabdehə qarşı ümumilikdə 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hakim qeyd edir ki, hər üç cavabdehə qarşı ayrı-ayrılıqda qaldırılmış iddia tələbində göstərilən məbləğə münasibətdə dövlət rüsumu ödənilməlidir. AR MPM-nin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Amil qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı göstərilmiş tibbi xidmətə görə yaranmış borcun tutulması barədə iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-776/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-776/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver