Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-784/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdehna qarşı “sərəncamın ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehna qarşı “sərəncamın ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli sərəncamının ləğv edilməsini, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının Cavabdehndan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Rəyasət Heyəti ilə bağlanmış 25 dekabr 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh Rəyasət Heyəti X8 Əlaqələndirilməsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, (əmr № 38, 25 dekabr 2020-ci i l ) , 16 may 2021-ci il tarixdə Cavabdeh Rəyasət Heyəti Aparatının Elmi- Təşkilat idarəsinin Elmi Əlaqələndirmə şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə keçirilmişdir. 01 noyabr 2022-ci il tarixli Cavabdeh Prezidentinin 568 № sərəncamı ilə əmək müqaviləsinə 01 noyabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən xitam verilmişdir. Sərəncamla razı deyil, həmin sərəncam Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinə bütünlüklə ziddir. Belə ki, mübahisə predmeti olan əmək müqaviləsinə xitam verilməsi haqqında sərəncamda göstərilmişdir ki, ştatlar ixtisar edildiyindən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Göründüyü kimi əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "b” bəndinə əsasən xitam verilir. Əmək Məcəlləsinin 70-ci maddənin b bəndində işçilərin sayı və ştatlarının ləğv olunması əsası gətirilərək işinə xitam verilir, lakin tamamilə ləğv olunmuş, ştatları ixtisara düşmüş başqa bir şöbənin 2 işçisi işlədiyi idarəyə keçirilir. Bir işçi olaraq onun əmək funksiyaları və öhdəlikləri onunla bağlanmış əmək müqaviləsi ilə müəyyən edilmişdir. Onun tərəfindən həmin Müqavilədə sadalanan har hansı əmək funksiyası pozulmamışdır. Belə olan halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin « b » bəndinə əsasən xitam verilməsi hüquqi baxımdan mümkün deyildir. Ümumiyyətlə, Cavabdeh Rəyasət Heyəti Aparatında İşlədiyi müddət ərzində əmək funksiyalarının və əmək öhdəliklərinin icrası ilə bağlı ona rəhbərlik tərəfindən hər hansı bir irad belə bildirilməmişdir. Göründüyü kimi, mübahisə predmeti olan əmək müqaviləsinin xitam verilməsi haqqında sərəncam qanunvericiliyin tələblərinə ziddir və hüquqi baxımdan əsassızdır. Sadalananlardan aydın olur ki, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrdə hansı ştatların ixtisar olunması, onun hansı səbəbdən ixtisara düşməyi əsaslandırılmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının və Həmkarlar Təşkilatının üzvü olduğundan Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən onun işdən çıxarılması qanunsuzdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının Cavabdeh Rəyasət Heyəti ilə bağlamış olduğu 25 dekabr 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh Rəyasət Heyəti X8 Əlaqələndirilməsi şöbəsinə aparıcı mütəxəsis vəzifəsinə işə qəbul edilmişdir. 16 may 2021-ci il tarixdə Cavabdeh Rəyasət Heyəti Aparatının Elmi-Təşkilat idarəsinin Elmi Əlaqələndirmə şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə keçirilmişdir, 01 noyabr 2022-ci il tarixli Cavabdeh Prezidentinin 568 № sərəncamı ilə əmək müqaviləsinə 01 noyabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək məcəlləsinin 70 maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Həmin sərəncamla razı deyil, həmin sərəncam Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinə bütünlüklə ziddir. Belə ki, mübahisə predmeti olan əmək müqaviləsinə xitam verilməsi haqqında sərəncamda ştatların ixtisar edildiyi göstərilmişdir. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə ƏM-nin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Tamamilə ləğv olunmuş, ştatları ixtisara düşmüş başqa bir şöbənin 2 işçisi iddiaçının işlədiyi idarəyə keçirilir. Bir işçi olaraq iddiaçının əmək funksiyaları və öhdəlikləri onunla bağlanmış əmək müqaviləsi ilə müəyyən edilmişdir. İddiaçı tərəfindən həmin müqavilədə sadalanan hər hansı əmək funksiyası pozulmamışdır. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsi hüquqi baxımdan mümkün deyildir, Ümumiyyətlə, Cavabdeh Rəyasət Heyəti Aparatında işlədiyi müddət ərzində əmək funksiyalarının və əmək öhdəliklərinin icrası ilə bağlı ona rəhbərlik tərəfindən hər hansı bir irad belə bildirilməmişdir. Mübahisə predmeti olan əmək müqaviləsinə xitam verilməsi haqqında əmr qanunvericiliyin tələblərinə ziddir və hüquqi baxımdan əsassızdır. Sadalananlardan aydın olur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə hansı ştatların ixtisar olunması, onun hansı səbəbdən ixtisara düşməyi əsaslandırılmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, “Azərbaycan Respublikası prezidentinin 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanının icrası ilə bağlı bir sıra məsələlər haqqında” AMEA Rəyasət Heyətinin 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarı ilə AMEA-nın yeni strukturu təsdiq edilmişdir. AMEA-nın yeni strukturunda iddiaçının işlədiyi “AMEA Rəyasət Heyəti aparatının Elmi təşkilat idarəsinin Elmi əlaqələndirmə şöbəsi” struktur vahidi nəzərdə tutulmamışdır. Bu səbəbdən də, ləğv edilmiş şöbənin işçiləri arasında seçim etmək zərurəti yaranmamışdır. Həmçinin iddiaçı bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işə-götürəni qane etməzsə həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Bildirir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa, qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin sənədlərdən də göründüyü kimi İddiaçı Cavabdeh prezidentinin 01 noyabr 2022-ci il tarixli 568 nömrəli sərəncamına əsasən 01 noyabr tarixindən işdən azad edilməsinə baxmayaraq, “işə bərpa” tələbi ilə Mediasiya Şurasına 23 yanvar 2023-cü il tarixdə müraciət etmiş və bununla da Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci bəndinin tələblərini pozaraq əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət müddətini ötürmüşdür. 02 sentyabr 2022-ci il tarixdə xəbərdarlıq da göndərilmişdir. Bundan əlavə olaraq, İddiaçı AMEA Rəyasət Heyəti aparatının strukturunda dəyişiklik edilməsi ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 77-ci maddəsinin 1ci hissəsinin tələblərinə uyğun olaraq ixtisarı ilə əlaqədar əmək stajından asılı olaraq azı 4 təqvim həftəsi xəbərdarlıq edilmiş və azı 4 təqvim həftəsi xəbərdarlıq müddəti bitdikdən sonra əmək müqaviləsinə 01 noyabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 8-1/2-442/2023 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində AMEA Rəyasət Heyəti aparatına işə qəbul edilib. AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin Elmi əlaqələndirmə şöbəsinin aparıcı mütəxəssisi kimi onun əmək müqaviləsinə AMEA prezidentinin xx.xx.2022-ci il tarixli 568 nömrəli sərəncamı ilə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndində əsasən xitam verilmişdir. AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarı ilə AMEA Rəyasət Heyəti aparatının bir sıra struktur vahidləri ləğv edilmişdir. İddiaçı işlədiyi ləğv olunmuş AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin Elmi əlaqələndirmə şöbəsində bir aparıcı mütəxəssis ştat vahidi olmuşdur və həmin vəzifədə də İddiaçı işləmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat İdarəsinin Elmi əlaqələndirmə şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, aylıq əmək haqqı 684 manat müəyyən olunmuş, həmin əmək müqaviləsi bir il müddətinə xx.xx.2023cü il tarixədək bağlanmışdır. İş materiallarında olan Cavabdeh Prezidentinin 01 noyabr 2022-ci il tarixli, 568 saylı Sərəncamından görünür ki, İddiaçı əmək müqaviləsinə 01 noyabr 2022-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində əsasən xitam verilmişdir. İş materiallarında olan Balakən Rayon İHB İtitala kənd inzibati dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 69 saylı arayışından görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X1 Naira Yusif qızının nənəsidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AZ-İİ 308304 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının nənəsi X3 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı Cavabdeh Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli, 38 saylı əmri ilə Rəyasət Heyəti X8 əlaqələndirilməsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, hər iki tərəf-İddiaçı və Cavabdeh ilkin mediasiyada iştirak etmişdir. İş materiallarında olan Cavabdeh Rəyasət Heyətinin 19 avqust 2022-ci il tarixli, 15/1 saylı qərarından görünür ki, Milli Elmlər X7 aparatının yeni strukturu yaradılmışdır. İş materiallarında olan Cavabdeh Rəyasət Heyəti X4 iclasının 16 saylı, xx.xx.2022-ci il tarixli protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən, AMEA Rəyasət Heyəti aparatının ləğv edilmiş struktur vahidlərində işləyən işçilərin AZərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci və 79-cu maddəsinə uyğun olaraq onların ixtisar zamanı işdə saxlanmağa üstünlüyü və əmək müqaviləsinə xitam verilməsinin qadağan edildiyi hallar nəzərə alınmaqla əmək müqavilələrinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, işlədiyi AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsi ləğv edildiyindən İddiaçı əmək müqaviləsinin xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən ləğv olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 25 dekabr 2020-ci il tarixdən Azərbaycan Milli Elmlər X10 Aparatına mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin Elmi əlaqələndirmə şöbəsinin aparıcı mütəxəssisi kimi onun əmək müqaviləsinə AMEA prezidentinin xx.xx.2022-ci il tarixli 568 nömrəli sərəncamı ilə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndində əsasən xitam verilmişdir. AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarı ilə AMEA Rəyasət Heyəti aparatının bir sıra struktur vahidləri ləğv edilmişdir. İddiaçı işlədiyi ləğv olunmuş AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin Elmi əlaqələndirmə şöbəsində bir aparıcı mütəxəssis ştat vahidi olmuşdur və həmin vəzifədə də İddiaçı işləmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, AMEA Rəyasət Heyətinin 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarı ilə AMEA-nın yeni strukturu təsdiq edilmiş və yeni strukturunda iddiaçının işlədiyi “AMEA Rəyasət Heyəti aparatının Elmi təşkilat idarəsinin Elmi əlaqələndirmə şöbəsi” struktur vahidi nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı Cavabdeh Prezidentinin 01 noyabr 2022-ci il tarixli, 568 № əmək müqaviləsinə 01 noyabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən xilam verilməsinə dair sərəncamı Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinə bütünlüklə zidd olduğundan razı deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən işəgötürənin əsas vəzifələri əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qanunvericiliyə əsasən qeyd edir ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün ixtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: - ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd. Məhkəmə hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi qanuna uyğun və əsaslı olduğundan Cavabdeh xx.xx.2022-ci il tarixli sərəncamının ləğv edilməsi üçün əsaslar mövcud deyil. Məhkəmə eyni zamanda cavabdehin nümayəndəsinin həmin hissədə iddia tələbinin iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməsi barədə ərizəsini də nəzərə alaraq hesab edir ki, iddiaçı eyni zamanda pozulmuş hesab etdiyi hüquqların bərpası üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti də ötürmüşdür. Bu hissədə iddia tələbi eyni zamanda müddətin üzrsüz səbəbdən ötürülməsi ilə əlaqədar da əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddənin 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qayda sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2022-ci il tarixdə işlədiyi AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsi ləğv edildiyindən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən ləğv olunacağı barədə xəbərdar edildiyi, 01 noyabr 2022-ci il tarixindən əmək müqaviləsinə xitam verildiyi, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı yalnız 2023-cü ilin yanvar ayında Mediasiya təşkilatına, xx.xx.2023-cü il tarixdə məhkəməyə, yəni təxminən 2 ay keçdikdən sonra müraciət etdiyi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə iddiaçının xx.xx.3033-ci il tarixində qanın ümumi analizi verməsini və 22 dekabr 2022-ci il tarixdə nənəsinin vəfat etməsinə dair iş materiallarına əlavə etdiyi sənədlərə münasibət bildirərək həmin dəlilləri əsassız hesab edir. Həmin dəlillər üzrlü hal kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin iddiaçının məhkəmə iclasında bildirdiyinə - sərəncamın ƏM-nin 79-cu maddəsinə zidd olaraq qəbul edilməsinə münasibət bildirərək qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən işçinin həmkarlar təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olduğu hala görə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir. Odur ki, iddiaçının bu dəlili də əsassızdır. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi sərəncamın ləğv edilməsi və işə bərpa olunması hissəsində əsassız hesab edildiyindən, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində də iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehna qarşı “sərəncamın ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-784/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-784/2023
08.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver